Məhkəmə qərarları › İş №2(102)-2977/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2977/2023

05.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2977/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MTK-nın Cavabdeh qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Nizami rayon Bələdiyyəsi və Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ərazinin boşaldılması, tikililərin sökülməsi, söküntü ilə bağlı kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlundan və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Nizami rayon Bələdiyyəsi və Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti cəlb edilməklə Cavabdeh qarşı “qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbinə dair və Cavabdeh İddiaçınə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-87/2023 nömrəli, 06 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 05 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nizami Bələdiyyəsinin 15 mart 2005-ci il tarixli qərarı ilə Ş.Mirzəyev küçəsi 46 saylı binanın yaxınlığında yerləşən təsərrüfat anbarı Cavabdeh adına icarə müqaviləsi bağlanmaqla sənədləşdirilməsi, təsərrüfat anbarının yerləşdiyi torpaq sahəsinin tikinti və ya abadlıq işləri üçün lazım olarsa bələdiyyənin ilk tələbi ilə etiraz edilmədən azad edilməsi qərara alınmışdır. Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2005-ci il tarixli müqavilə ilə icarəyə verən Bakı şəhəri Nizami Bələdiyyəsi icarə əsasında Nizami rayon Ş.Mirzəyev küçəsi 42 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 114 kv.m. olan, gələcəkdə sahə adlanan ərazini icarəçi Cavabdeh uzun müddətli 49 il istifadəyə vermişdir. xx.xx.2013-cü il tarixli icarə müqaviləsinə əsasən isə 53 kv.m qeyri-yaşayış sahəsinin altındakı torpaq sahəsi xx.xx.2034-cü ilədək olan müddətə Cavabdeh icarəsinə verilmişdir.

2. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 154 saylı Sərəncamı ilə Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nə simi küçələrinin kəsişməsindəki 2400cü məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələşdirilməsi üçün torpaq sahəsinin icarə əsasında "xxxx" MTK-nın istifadəsinə verilməsi, ərazidə yerləşən yaşayış və qeyriyaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən "xxxx" MTK tərəfindən həll edilməsi ilə bağlı sərəncam imzalanmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 154 saylı sərəncamının addan-ada keçirilməsi haqqında xx.xx.2018-ci il tarixli 104 saylı sərəncamı ilə Nizami rayonu, 2400-cü məhəllə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində yaşayış binalarının tikintisini n layihələndirilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 154 saylı sərəncamı və tərtib olunmuş 12899 saylı inşaat pasportu İddiaçı MTK-nın adına rəsmiləşdirilmişdir.

3. Cavabdeh xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.

4. Cavabdehin vəfatından sonra arvadı X2 və oğlu Nümayəndə prosessual hüquq varisi kimi işdə iştirak etməyə cəlb edilmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı MTK Cavabdeh qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Nizami rayon Bələdiyyəsi və Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu 2400-cü məhəllə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsiş məsində yaşayış binalarının tikintisi üçün ayrılmış torpaq sahəsində cavabdeh tərəfindən Ş.Mirzəyev küçəsindəki 46 saylı binanın qarşısında qanunsuz olaraq zəbt edilmiş ərazilərin boşaldılması və həmin ərazidə inşa edilmiş tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı MTK tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 154 saylı sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, 2400-cü məhəllə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində mövcud yaşayış və qeyri-yaşayış sahələrinin sökülərək yerində hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin layihələndirilməsi "xxxx" MTK-ya həvalə edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli 104 saylı “xx.xx.20 14-cü il tarixli, 154 saylı sərəncamın addan-ada keçirilməsi haqqında” sərəncamına əsasən Nizami rayonu 2400-cü məhəllə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində yaşayış binalarının tikintisinin layihələndirmə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 154 saylı sərəncamına və tərtib olunmuş 12899 saylı inşaat pasportu İddiaçı MTK-nın adına rəsmiləşdirilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 154 saylı sərəncamına əsasən tərtib edilmiş 14/102 saylı ayrıc aktı ilə Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçəsi 2400-cü məhəllədə 1,9276 hektar torpaq sahəsi yüksəkmərtəbəli yaşayış binalarının tikintisi üçün MTK-ya verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 154 saylı sərənc amına əsasən ərazidə yerləşən yaşayış və qeyriyaşayış sahələrinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən MTK tərəfindən həll edilir. Hal-hazırda MTK tərəfindən Şirin Mirzəyev 46 ünvanında bina sakinləri ilə razılaşdırılmış rəsmi müqavilələr bağlanmışdır. 46 saylı binanın sakinləri ilə də razılıq əldə edilmişdir. Lakin Nizami rayon Şirin Mirzəyev küçəsi ev 42, mənzil 12-də yaşayan Cavabdeh daş təsərrüfat anbarına dair 17 noyabr 2020-ci il tarixli 48 nömrəli ümumi sahəsi 52,89 kv.m. və 15 mart 2005-ci il tarixli 03 nömrəli ümumilikdə sahəsi 71,94 kv.m. mövcud təsərrüfat anbarına (hal-hazırda qanunsuz olaraq iaşə obyekti kimi fəaliyyət göstərir) Nizami rayon Bələdiyyəsi qərar vermişdir. Bələdiyyənin verdiyi müvəq qəti qərardan başqa şəxsin həmin anbarlara dair hər hansı bir hüquqi sənədi yoxdur. Həmin qərarların 2-ci və 3-cü bəndində daş təsərrüfat anbarının və mövcud təsərrüfat anbarının yerləşdiyi torpaq sahəsi tikinti və ya abadlıq işləri üçün lazım olarsa Nizami Bələdiyyəsinin ilk tələbi ilə etiraz edilmədən azad edilməlidir.

7. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadə və sahibliyində olan Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən ictimai iaşə obyektinin "Karayev City” MTK tərəfindən sökülməsi ilə bağlı İddiaçı MTK-dan 480.000 manatın və MTK-nin qanunsuz hərəkəti nəticəsində əmlakına dəymiş ziyana görə 20.000 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, torp aq sahəsi və tikilidən tam qanuni şəkildə istifadə edir və istifadəsi ilə bağlı Nizami rayon Bələdiyyəsinə torpaq icarə haqqını və vergini vaxtlı-vaxtında ödəyir, bundan əlavə iaşə obyektindən istifadə etdiyi qaz, su, elektrik sərfiyyatına dair kommunal xərcləri vaxtlı-vaxtında ödəyir. O, burada 2005-ci ildə qaraj tipli anbarı əsaslı təmir edərək icitmai-iaşə obyekti kimi formalaşdırmış, tikilinin ətrafını abadlaşdırmış və 16 ildir bu tikilidən iaşə obyekti kimi istifadə edir. Bu illər ərzində onun fəaliyyətinə Nizami rayon bələdiyyəsi və digər orqanlar tərəfindən heç bir etiraz və pretenziya edilməmişdir. Əvvəla, nəzərə çatdırır ki, Nizami rayon bələdiyyəsinin müvafiq qərarının 2 və 3-cü bəndinə əsasən onun bu torpaq sahəsindən çıxması yalnız Nizami bələdiyyəsinin tələbinə əsasən mümkündü r. İddiaçı Karayev City MMC-nin ona qarşı torpaq sahəsindən çıxarılma tələbini irəli sürməyə subyetkiv hüququ yoxdur. İkincisi, iddiaçının ilkin iddia ərizəsində qeyd etdiyi kimi Bakı şəhər İHB-nin tikintiyə dair vermiş olduğu xx.xx.2014-cü il tarixli, 154 saylı sərəncamına əsasən ərazidə yerləşən qeyri-yaşayış və yaşayış sahələrinin sökülməsi, sakinlərin köçürülməsi və onlara vəsaitin ödənilməsi qarşılıqlı razılaşmaya əsasən müvafiq qanunvericiliyə əsasən MTK tərəfindən həll edilir. İddiaçı bu günə qədər ona müvafiq tikili və torpaq sahəsinə görə hər hansı bir kompensasiya ödənilməsini təklif etməmişdir. Bu hərəkəti ilə iddiaçı Bakı şəhər İHB-nin müvafiq sərəncamının tələbini kobud şəkildə pozmuşdur. Onun istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsi Nizami rayon bələdiyyəsinin 20 05-ci il tarixli müvafiq qərarı ilə 49 illiyinə onun istifadəsinə verilmişdir. Lakin iddiaçının istinad etdiyi Bakı şəhər İHB-nin tikinti ilə bağlı müvafiq qərarı xx.xx.2014cü il tarixdə verilmişdir. Belə bir sərəncamın verilməsindən yəqin ki, Nizami rayon Bələdiyyəsinin heç xəbəri də olmamışdır. Belə olan halda iddia edilən torpaq sahəsinə və tikiliyə dair kimin haqlı və kimin haqsız olmasını mübahisələndirməzdən əvvəl iddiaçı inşaat sahəsində olan yaşayış və qeyri-yaşayış sahələrinin sahibləri ilə sərəncamda olduğu kimi razılığa gəlməsi daha məqsədə müvafiqdir. Qeyd olunan iaşə obyektinin ümumi sahəsi torpaqla birlikdə 160 kv.metrdir. O, buranı yüksək səviyyədə təmir etmişdir, müvafiq tikinti və abadlıq işləri aparmışdır. Hesab edir ki, onun istifadə və sahibliyində olan bu ictimai iaşə obyektinin hər kvadrat metri 3.000 manata bərabərdir. O, bu tikilini ilkin iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MTK-ya kvadrat metri 3000 manat olmaqla, ümumilikdə 500000 manata güzəşt edə bilər. "Karayev City” MTK məhkəmədən onun bu obyektdən çıxarılması və ona məxsus obyektin sökülməsinə dair qətnamə çıxarılmasını məhkəməyə müraciət etsə də, məhkəmənin yekun qərarını gözləmədən özbaşına onun istifadə və sahibliyində olan obyekti sökməyə başlamışdır. O, MTK-nin bu hərəkətindən müvafiq polis orqanına şikayət etmişdir. "xxxx" MTK-nin qanunsuz hərəkətləri nəticəsində onun əmlakına 20000 manat ziyan dəymişdir.

9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim B.Qasımov, iş № 2(007)-1910/2021) ilkin iddia qismən təmin edilərək Bakı şəhəri, Niz ami rayonu, 2400-cü məhəllə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində yaşayış binalarının tikintisi üçün ayrılmış torpaq sahəsində 46 saylı binanın qarşısında cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş ərazilərin boşaldılması qət olunmuş, ilkin iddia qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia rədd olunmuşdur.

10. Birinci instansiya məhkəməsi ilkin iddia ilə bağlı qətnaməsində göstərmişdir ki, mübahisəli əmlak Nizami rayon Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarına əsasən Cavabdeh adına icarə müqaviləsi bağlanılmaqla sənədləşdirildiyindən o, həmin əmlakdan qanuna uyğun şəkildə istifadə etmişdir, lakin hazırda onun həmin əmlak üzərində mülkiyyət hüququ yoxdur. Göründüyü kimi, Cavabdeh ilə icarə müqaviləsinin bağlanmasına əsas olmuş Nizami rayon Bələdiyyəsinin x x.xx.2005-ci il tarixli qərarının 2-ci bəndinə əsasən hazırda İddiaçı tərəfindən həmin ərazidə tikinti işləri aparıldığından X3 həmin ərazini azad etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, həmin ərazi boşaldılmadır.

11. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd edərkən ona əsaslanmışdır ki, bələdiyyə tərəfindən 49 illiyə cavabdehin icarəsinə verilmiş mübahisəli torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin 154 saylı 10 aprel 2014-cü il tarixli və 104 saylı 05 mart 2018-ci il tarixli sərəncamlarına əsasən hündürmərtəbəli binaların tikintisi üçün İddiaçı MTK-nın icarəsinə verildiyindən Nizami bələdiyyəsinin yuxarıda qeyd olunan 03 saylı 15 mart 2005ci il tarixli qərarı və 22 mart 2005-ci il tarixli torpaq icarə müqavilələri öz qüvvəsini itirmiş hesab olunur. Nəticədə, Cavabdeh hazırda Ş.Mirzəyev küçəsi 46 saylı binanın yaxınlığından yerləşən təsərrüfat anbarı və Nizami rayonu Ş.Mirzəyev küçəsi 42 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 114 kv.m. olan torpaq sahəsi üzərində subyektiv hüququnun olmadığı müəyyən edilmişdir. İddiaçı MTK tərəfindən həmin ərazidə tikinti işləri aparıldığından Cavabdeh həmin anbardan və onun yerləşdiyi torpaq sahəsindən istifadə hüququ artıq mövcud deyil. İctimai iaşə obyekti Cavabdeh mülkiyyətində deyil, nəticə etibarı ilə onun mübahisə predmeti ilə bağlı obyektin sökülməsi üçün tələb hüququ yoxdur və o, göstərilən iddia tələbi ilə bağlı tərəf kimi çıxış edə bilməz. Bundan əlavə, cavabdehə zərər vurulduğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəməyə təqdim edilmiş fotoşəkillərdən də görün ür ki, iaşə obyektinə heç bir ziyan vurulmamış, onun ətrafında qazıntı işləri aparılmışdır, lakin həmin qazıntı işləri nəticəsində 20.000 manat dəyərində ziyan vurulması müəyyən edilməmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə, “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tari xli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyun 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Qarşılıqlı iddia ərizəsi ilə eyni məzmun təşkil edən apellyasiya şikayəti əlavə olaraq onunla əsaslandırılmışdır ki, qətnamənin təsviri hissəsində onun müvafiq torpaq sahəsindən özbaşına deyil, Nizami Bələdiyyəsinin müvafiq qərarları əsasında istifadə etdiyi ni qeyd etsə də, nəticə hissəsində onun bu ərazini qanunsuz olaraq zəbt etdiyini qeyd edir. İddia tələbində müvafiq bələdiyyə qərarlarının qüvvədən düşməsinə dair heç bir tələb yoxdur. Belə olan halda bələdiyyə sədrinin şəxsi mülahizəsi əsasında iddiaçıya göndərdiyi məktuba istinad etməklə bu qərarları qüvvədən düşmüş hesab etmək olmaz. Bu qərarlar yalnız bələdiyyənin digər qərarı ilə qüvvədən düşə bilər, bələdiyyə sədrinin mülahizəsi əsasında yazılmış məktubu ilə qüvvədən düşə bilməz. Müqaviləyə əsasən bələdiyyə ondan tələb etdikdə, o, ərazini qeyd-şərtsiz boşaltmalıdır. Lakin iddia qaldırılanadək bələdiyyə tərəfindən belə bir müraciət edilməyib. Bundan başqa, Bakı ŞİHB-in iddiaçıya verdiyi xx.xx.2014-cü il tarixli sərəncamının qüvvədən düşməsini məhkəmə qətnamədə qeyd etməyib. Belə ki, həmin sərəncamın ən çox 2 il hüquqi qüvvəsi olmasına baxmayaraq, iddiaçının 7 il keçdikdən sonra tikinti işləri aparması tamamilə qanunsuzdur.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), V.N.Sadıqov və Ə.M.Rüstəmli) 2(103)-87/2023 nömrəli, 06 aprel 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə 27 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, İddiaçı MTK-nın Cavabdeh qarşı qanunsuz olaraq zəbt edilmiş ərazilərin boşaldılması və həmin ərazidə inşa edilmiş tikililərin sökülməsi barədə ilkin iddiasının və Cavabdeh İddiaçı MTK-ya qarşı kompensasiya ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edi lməsi, İddiaçı MTK tərəfindən mərhum Cavabdeh prosessual hüquq varisləri X1 və oğlu Nümayəndə cəmi 231.378 (iki yüz otuz bir min üç yüz yetmiş səkkiz) manat kompensasiya ödənilməklə Bakı şəhəri, Nizami rayonu 2400-cü məhəllə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində yaşayış binalarının tikintisi üçün ayrılmış torpaq sahəsində yerləşən və cavabdehə məxsus olan 114 kv.m. və 57 kv.m. qeyri-yaşayış sahələrinin sökülməsi, ilk və qarşılıqlı iddiaların qalan hissələrdə rədd edilməsi qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli tikililər üzərində cavabdehin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməsi həmin tikililərin kompensasiya ödənilmədən sökülməsi üçün əsas vermir.

17. Apellyasiya instansiyası məhkəmə si qeyd etmişdir ki, 114 kv.m. torpaq sahəsi Bakı şəhəri Nizami Bələdiyyəsinin 15 mart 2005-ci il tarixli qərarı və torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən 49 il müddətinə cavabdehin istifadəsinə verilmişdir (1-ci cild, i.v.141-145). Həmin ərazidə cavabdehə məxsus tikili Bələdiyyə tərəfindən təsərrüfat anbarı kimi qeydə alınsa da, ekspert rəyindən və işin müəyyən edilən digər hallarından göründüyü kimi o, ictimai iaşə obyekti kimi istifadə olunmuşdur. Cavabdehə məxsus 53 kv.m qeyri-yaşayış sahəsinin altındakı torpaq sahəsi isə xx.xx.2013-cü il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2034- cü ilədək olan müddətə cavabdehin icarəsinə verilmişdir (1-ci cild, i.v.179). Bu tikili də anbar kimi qeydə alınmasına baxmayaraq ekspert rəyindən və işin di gər hallarından göründüyü kimi avtoyuma məntəqəsi kimi fəaliyyət göstərmişdir. Hər iki tikili bələdiyyə ödənişlərinə (vergi, kommunal və s.) cəlb olunmuşdur.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli tikililər daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydə alınmasa da, onlar cavabdeh tərəfindən inşa olunmaqla faktiki olaraq mövcuddur və cavabdehin istifadəsindədir. Bu baxımdan, cavabdehin həmin tikililər və torpaq sahəsi üzərində əmlak hüquqları vardır və ona görə də həmin tikililərə “əmlak” kimi yanaşılmalı və qiymət verilməlidir.

19. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası ilk növbədə sökülməsi tələb olunan cavabdehə məxsus tikililərin həqiqətən də İddiaçı MTK-nın istifadəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşmə diyini araşdırmış və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 10/2445 saylı rəyinə əsasən müəyyən etmişdir ki, Bakı şəhəri, Nizami Bələdiyyəsi tərəfindən 22 mart 2005-ci il tarixli və xx.xx.2013-cü il tarixli icarə müqavilələrinə əsasən Cavabdeh istifadəsinə verilmiş 114 kv.m. və 53 kv.m. qeyri-yaşayış binalarının Bakı şəhər İcra Hakimiyyətinin 10 aprel 2014-cü il tarixli 154 saylı və xx.xx.2018-ci il tarixli 104 saylı sərəncamları ilə Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsisməsində İddiaçı MTK-nın istifadəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşir. Ekspert qarşısında həmin tikililərin yerləşdiyi sahənin hüquqi statusunun (dövlət, yoxsa bələdiyyə mülkiyy ətində olması) müəyyən edilməsi barədə sual qoyulsa da, ekspert səlahiyyətinə aid olmadığını əsas gətirərək həmin sualı cavablandırmamışdır.

20. Apellyasiya instansiyası məhkəməsi həmin məsələ üzrə əlavə araşdırma aparılmasına lüzum görməyərək, qeyd etmişdir ki, həmin ərazinin kimin (dövlətin ya bələdiyyənin) mülkiyyətində olmasından asılı olmayaraq mübahisəli tikililərin sökülməsi üçün hər bir halda cavabdehə kompensasiya ödənilməlidir. Bu kompensasiyanın ödənilməsi vəzifəsi isə Bakı İcra Hakimiyyətinin müvafiq sərəncamlarına əsasən dövlətin və ya bələdiyyənin deyil, bilavasitə İddiaçı MTK-nın üzərinə düşür.

21. İşin apellyasiya baxışı zamanı mübahisəli əmlakların dəyərinin müəyyən olunması üçün "xxxx" MMC tərəfindən qiymətləndirmə aparılmış, həmin MMC-nin xx.xx.2022-ci il tarixli, 125 saylı mütəxəssis rəyi ilə Nizami rayonu, Ş.Mirzəyev küçəsindəki, 42 saylı binanın yaxınlığında yerləşən 114 kv.m qeyri-yaşayış sahəsinin 91.200 manat, ünvan 1 ünvanında yerləşən 53 kv.m qeyri-yaşayış sahəsinin bazar dəyəri 42.400 manat müəyyən edilmişdir.

22. Apellyasiya baxışı zamanı bu rəy mübahisələndirildiyindən və kifayət qədər əsaslandırılmadığından iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə olunmuş və həmin Mərkəzin xx.xx.2023-cü il tarixli, 10/7287 saylı rəyi ilə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ölçüsünün 53 kvm deyil, 57 kv.m olduğu müəyyən edilmişdir. Qoyulan suallar üzrə ekspert tərəfindən ətraflı tədqiqat aparılmış, 114 kvm qeyri-yaşayış sahəsinin ictimai iaşə o byekti kimi, 57 kvm qeyri-yaşayış sahəsinin isə avtoyuma məntəqəsi kimi fəaliyyət göstərdiyi, işlək vəziyyətdə olduqları müəyyən edilmişdir. Ekspert həmçinin müqayisə metodu ilə apardığı tədqiqat nəticəsində 1 kvm qeyri-yaşayış sahəsinin orta bazar qiymətinin 1243 manat olduğunu müəyyən etmişdir.

23. Ekspert həmin məbləği əsas götürərək Nizami rayonu, Ş.Mirzəyev küçəsindəki, 42 saylı binanın yaxınlığında yerləşən 114 kv.m qeyri-yaşayış sahəsinin bazar dəyərinin 141.700,0 manat, ünvan 1 ünvanında yerləşən 57 kv.m qeyri-yaşayış sahəsinin bazar dəyərinin 70.800 manat; 114 kv.m qeyri-yaşayış sahəsinin inşası üçün görülmüş tikintitəmir işlərinin dəyərinin 14.448,0 manat, 57 kv.m qeyri-yaşayış sahəsinin inşası üçün görülmüş tikinti-təmir işlərinin dəyərinin 4.430,0 manat olduğunu müəyyən etmişdi r.

24. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ekspert rəyi kifayət qədər əsaslandırıldığından rəyin məlumatlarını şübhə altına almaq üçün əsaslar yoxdur.

25. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən ictimai iaşə obyektinin "Karayev City” MTK tərəfindən sökülməsi və dəymiş ziyanın ödənilməsi ilə bağlı İddiaçı MTK-dan ümumilikdə (141700+70800+14448+4430) 231378 manat pul vəsaiti tutularaq cavabdehin prosessual hüquq varislərinə ödənilməlidir Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassa siya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini kifayət qədər hüquqi cəhətdən əsaslandırmamış və ümumi cümlələrdən istifadə etməkdə ədalətli məhkəmə araşdırılması aparılmamışdır. Apellyasiya instansiyası məhkəməsi öz funksiyalarına formal yanaşaraq, əsassız və qanunsuz qətnamə qəbul etmiş iddiaçının “hüquqlarının məhkəmə qaydasında müdafiəsi ilə bağlı” konstitusion hüququnu pozmuşdur. Nəticədə tərəflərin hüquq bərabərliyi prinsipi və İddiaçı MTK-nın hüquqları pozmuşdur.

28. Kassator bildirmişdir ki, iddia tələbində kompensasiya ödənilməsi nəzərdə tutulmadığı, həmçinin cavabdehə heç bir maddi zərər dəymədiyi söküntü həyata keçirilmədiyi halda məhkəmə kompensasiya ödənilməklə söküntü aparılması barədə qətnamə qəbul edə bilməzdi. Bundan başqa sökü ntüsü tələb olunan tikili cavabdehin mülkiyyətində olmadığı üçün hər hansı mülkiyyət hüququnun pozulması və ya dəymiş zərərin kompensasiya ödənişi müzakirə belə oluna bilməz. Cavabdehin həmin tikinti və torpaq sahəsi ilə bağlı heç bir gözlənilən hüququ da mövcud olmamış, yaranmamışdır. Belə ki, cavabdehin adı icarəyə verilməsi barədə müqavilə icarə müddəti göstərilmiş, həmçinin ərazidə tikinti həyata keçiriləcəyi təqdirdə cavabdeh ərazini boşaldaraq təhvil verməlidir. Belə olan halda cavabdehin həmin torpaq sahəsi və tikili ilə bağlı gözləntisi ola bilməzdi, sadəcə müvəqqəti istifadəsinə verildiyi və gələcəkdə geri qaytarmalı olduğunu bilmişdir. Bundan başqa torpaq sahəsinin cavabdehə müvəqqəti istifadəyə verilməsi, ona həmin torpaq sahəsi barədə başqa şəxslərdən hər hansı tələb irəli sü rmək hüququ verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Cavabdeh hüquqi varisi Nümayəndə vəkili və nümayəndəsi Vəkil6 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-87/2023 nömrəli, 06 aprel 2023-cü il tarixli qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

30. Maddə 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır

31. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

32. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

33. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

34. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

35. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

36. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

37. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

38. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüq uqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Mülki Prosessual Məcəllə

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qar şılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

45. Maddə 218.2. Hakim, işə əhəmiyyəti olan halları əlavə olaraq aydınlaşdırmağı və ya sübutları əlavə olaraq tədqiq etməyi zəruri hesab edərsə, məhkəmə iclasının təzələnməsi haqqında qərardad çıxarır. İşə mahiyyəti üzrə baxılması başa çatdıqdan sonra hakim yenidən tərəflərin çıxışlarını dinləyir

46. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillə rindən asılı olmayaraq yoxlanılmalıdır.

50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

54. Belə ki, ilk iddiaçının tələbi Bakı şəhəri, Nizami rayonu 2400-cü məhəllə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində yaşayış binalarının tikintisi üçün ayrılmış torpaq sahəsində cavabdeh tərəfindən Ş.Mirzəyev küçəsindəki 46 sa ylı binanın qarşısında qanunsuz olaraq zəbt edilmiş ərazilərin boşaldılması və həmin ərazidə inşa edilmiş tikililərin sökülməsi; cavabdehin (qarşılıqlı iddiaçının) tələbi isə istifadə və sahibliyində olan Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən ictimai iaşə obyektinin "Karayev City” MTK tərəfindən sökülməsi ilə bağlı İddiaçı MTK-dan 480.000 manatın və MTK-nin qanunsuz hərəkəti nəticəsində əmlakına dəymiş ziyana görə 20.000 manatın tutularaq ona ödənilməsi barədədir.

55. Göründüyü kimi ilk iddiaçı hər hansı kompensasiya məbləği ödənilmədən cavabdeh tərəfin qeyri-yaşayış sahəsindən çıxarılması, cavabdeh tərəf isə müvafiq kompensasiya məbləğinin ödənilməsini tələb edir, kompensasiya məbləği olaraq 480.000 manat, əmlaka dəyən zərər olaraq isə 20000 manat tələb edilir.

56. Apellyasiya inst ansiya məhkəməsi isə ilk və qarşılıqlı iddianı qismən təmin edərkən əmlakların dəyərini (114 kv.m sahə üçün 141.700 manat, 57 kv.m sahə üçün 70800 manat) müəyyən edərək tutulması ilə bağlı qərar qəbul etməklə yanaşı müvafiq olaraq həmin əmlaklara münasibətdə 14.448 manat və 4430 manat məbləğinin (təmirtikinti xərcinin) tutulmasını qət etmişdir.

57. Halbuki apellyasiya instansiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçı məhz əmlakın tam dəyəri olan məbləği tələb edir, onun qeyri-yaşayış sahəsinin təmir-bərpa işlərinin aparılmasına görə ayrıca tələbi mövcud deyildir. Faktiki olaraq əmlakın dəyərinə daxil olan qeyri-yaşayış sahəsinin tikintisi və təmiri üçün sərf olunmuş məbləğin təkar ödənilməsi vəzifəsi qarşılıqlı iddia üzrə cavabdehin üzərinə öhdəlik kimi qoyulmuş olur.

58. Məhkəmə kollegiy ası apellyasiya instaniyası məhkəməsinin gəlmiş olduğu bu nəticəsini Mülki Prosessual Məcəlləninin 218.3-cü maddəsinə uyğun hesab etmir və iddia tələbindən çıxma kimi qiymətləndirir.

59. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

60. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 114 kv.m torpaq sahə si Bakı şəhəri Nizami Bələdiyyəsinin 15 mart 2005-ci il tarixli qərarı və torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən 49 il müddətinə cavabdehin istifadəsinə verilmişdir. Həmin ərazidə cavabdehə məxsus tikili Bələdiyyə tərəfindən təsərrüfat anbarı kimi qeydə alınsa da, ekspert rəyindən və işin müəyyən edilən digər hallarından göründüyü kimi o, ictimai iaşə obyekti kimi istifadə olunmuşdur. Cavabdehə məxsus 53 kv.m qeyri-yaşayış sahəsinin altındakı torpaq sahəsi isə xx.xx.2013-cü il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2034- cü ilədək olan müddətə cavabdehin icarəsinə verilmişdir (1-ci cild, i.v.179). Bu tikili də anbar kimi qeydə alınmasına baxmayaraq ekspert rəyindən və işin digər hallarından göründüyü kimi avtoyuma məntəqəsi kimi fəaliyyət gö stərmişdir. Hər iki tikili bələdiyyə ödənişlərinə (vergi, kommunal və s.) cəlb olunmuşdur.

61. Apellyasiya instansiyası məhkəməsi mübahisəli qeyri-yaşayış sahələrinin faktiki olaraq cavabdehin istifadəsində və sahibliyində olmasını nəzərə alaraq onun Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı ilə əhatə olunduğu və həmin maddənin təsiri altına düşməsi qənaətinə gəlmişdir.

62. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri).

63. Mülkiyyət hüququnun məzmunu Konsti tusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı).

64. Daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeyd iyyatına alınmasının məcburiliyinin qanunvericilikdə təsbit edilməsi daşınmaz əmlakın konkret şəxsə məxsus olmasının müəyyən edilməsində dövlətin publik hüquqi marağının mövcudluğundan irəli gəlir. Bu maraq şəxslərin hüquqlarının səmərəli müdafiəsi və mülki dövriyyənin sabitliyinin təmin edilməsində ifadə olunur. 65. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Lakin nəzərə alınmalıdır ki, bu akt özlüyündə əmlak hüququnun yaranması, dəyişdirilməsi və ona xitam verilməsinin əsasını təşkil etmir.

66. Belə ki, Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin ümumi əsaslarını müəyyən edən 14-cü maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən, əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar isə Məcəllənin 139-1-ci maddəsində əks olunmuşdur.

67. Eyni zamanda, Mü lki Məcəllənin Mülkiyyət hüququnun əldə edilməsi və itirilməsi adlanan 9-cu fəslinin 1-ci paraqrafı ilə daşınmaz əşyalara mülkiyyət hüququnun əldə edilməsi qaydaları tənzimlənmişdir.

68. Həmin paraqrafda yer alan 180-cı maddəyə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mül kiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

69. Beləliklə, qanunverici özbaşına tikililərə dair hüquqi tənzimləmə qaydalarını təsbit edərək onun üzərində mülkiyyət hüququnun yaranması şərtlərini müəyyən etmişdir. Bunlara tikinti aparılan torpaq sahəsinin tikən şəxsin mülki yyətində olması, tikilinin saxlanılmasının digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmaması və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratmamasıdır. Bu şərtlərdən birinin mövcud olmaması məhkəmələr tərəfindən özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmasını istisna edir.

70. Göstərilən şərtlər mövcud olarsa, məhkəmə özbaşına tikili üzərində mülkiyyət hüququnu tanıya bilər və belə tanıma Mülki Məcəllənin 139-1.1.4-cü maddəsinə uyğun olaraq, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsası təşkil edir.

71. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 180.3-cü maddəsində qeyd edilən “torpaq sahəsinin tikintini aparan şəxsin mülkiyyətində olması” ifadəsi nəinki daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrini, həm də qanuni əsas larla şəxslərin sahibliyində olan sahələri ehtiva edir. Belə yanaşma Mülki Məcəllənin 157.8-ci maddəsinin mənasından irəli gəlir. Belə ki, göstərilən maddəyə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

72. O da qeyd edilməlidir ki, şəxsin lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti ilərinin aparılması da özbaşına tikili hesab edilir.

73. İşin müəyyən olunmuş hallarından aşkar olaraq müəyyən olunur ki, qarşlıqlı iddiaçıya torpaq sahələri müvafiq bələdiyyə tərəfindən icarə hüququ əsasında ayrılmış və həmin torpaq sahələri üzərində tikinti aparılmasına dair müvafiq icra hakm iyyəti orqanlarnın razılığını alınması müəyyən olunmur. Qarşılıqlı iddiaçı tikintinin müvafiq hüquqmüəyyənedici sənədlər əsasında ona məxsus olmasını təsdiq edən sübutlara malik deyildir. Eyni zamanda tikililərinin qarşılıqlı iddiaçı və bələdiyyə tərəfindən tikilməsi müəyyən edilməmiş qalmışdır. Göstərilən faktın müəyyən edilməsi isə məhz hər iki iddianın qiymətləndirilməsi üçün əhəmiyyətlidir.

74. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

75. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sır a qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman “əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin (Kopecky Slovakiyaya qarşı iş üzrə 2004cü il 28 sentyabr tarixli, X4rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli Qərarlar).

76. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sa hiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir (N.Qədirovun şikayəti üzrə 2017-ci il 18 dekabr tarixli Qərar)

77. Lakin apellyasiya instansiyası məhkəməsi qeyri-yaşayış sahələrinə dair hansı əmlak hüquqlarının mövcud olduğunu araşdırmadan və gəldiyi nəticəni əsaslandırmadan Mülki Məcəllənin müvafiq normalarına, Konvensiyanın müvafiq maddələrinə və president hüququna istinad edərək tikililərin mülkiyyət hüququ ilə əhatə olunduğu nəticəsinə gəlmişdir.

78. Məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddiaçının qeyri-yaşayış sahələrinə hər hansı əsaslarla əmlak hüquqları mövcuddursa və müvafiq əsasların yarandığı təqdirdə kompensasiya tələbi mümkün olan tələbdir, lakin o da qeyd edilməlidir ki, hər bir konkret halda mülki hüquqi məsuliyy ət tədbirləri tətbiq edilərkən, onların törədəcəyi nəticələr (həm zərərçəkən, həm də zərərvuran şəxslərə münasibətdə) dəymiş zərərə mütənasib olmalı, eyni zamanda fərdi və ümumi maraqların tarazlığı təmin edilməlidir. Əks yanaşma mülki hüququn ümumi əsaslarına zidd olmaqla, ədalət və mütənasiblik prinsiplərinin pozulmasına səbəb olar.

79. Bu baxımdan Konstitusiya Məhkəməsi 23 iyul 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə k i, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə suiistifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar.

80. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

81. Kollegiya bildirir ki, sökülməli olan tikililərə (özbaşına tikili olması və ya onla r üzərində hər hansı əmlak hüquqlarının mövcudluğu, bu hüququn kimə məxsus olması, tikillərin kimin tərəfindən tikilməsi müəyyən edilməklə) görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusu və işin digər halları nəzərə alınmalı və özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanmasının mümkünlüyü aydınlaşdırılmalıdır.

82. Qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

83. Təkrar apelyasiya baxışı zamanı tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.

84. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-87/2023 nömrəli mülki iş üzrə 06 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar