Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2978/2023 09.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və İddiaçı2 Nəcməddin oğlunun Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X4 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1936/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdak ıları müəyyən etmişlər.
2. İddiaçı1 və İddiaçı2 Nəcməddin oğlu (bundan sonra – iddiaçılar) X5 arasında müəyyən işgüzar münasibətlər mövcud olmuşdur.
3. X5 xx.xx.1997-ci ildə Cavabdeh ilə nikaha girmiş, xx.xx.2020-ci il tarixdə ölmüşdür. Cavabdeh N.Abdullayevin vərəsəsidir.
4. Cavabdeh xx.xx.2021-ci il tarixdə X8 ilə alqı-satqı müqaviləsi bağlayaraq ünvan 1 ünvanında yerləşən mənzili sonuncudan 70000 manat qiymətinə almışdır.
5. İddiaçı1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edərək X3 vəfatından əvvəl verdiyi 260000 manat pul vəsaitini tələb edərkən cavabdeh tərəfindən hədə-qorxuya məruz qaldığını bildirmiş, istinad olunan qurumda araşdırmalar aparılmış və İddiaçı1 müraciətində əks olunanlar təsdiqini tapmadığından, yəni tə rəflər arasında olan münasibətlərin cinayət xarakterli olmadığı qənaətinə gəlinərək mülki icraat qaydasında məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar məhkəməyə müraciət edərək, cavabdehdən 260.000 manat pulun və ödədiyi 565 manat dövlət rüsumunun alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçılar tələbi onunla əsaslandırmışlar ki, cavabdehin mərhum həyat yoldaşı X5 ilə 10 may 2017-ci il tarixdə Bakı şəhərində 3 tərəfli müqavilə bağlamışlar. X5, İddiaçı2 və İddiaçı1 arasında bağlanmış həmin müqaviləyə əsasən ünvan 2 ünvanda 8 mərtəbəli yaşayış binasının təmir tikinti işlərinin tam başa çatdırılmasından gələn gəlir və qazancların müqavilədəki tərəflər üzrə dü zgün bölüşdürülməsi və ona birgə nəzarəti həyata keçirmək üçün öz aralarında razılığa gələrək müqavilə bağlamışlar. Binanın tikiləcəyi yer olan torpaq sahəsi üçüncü tərəf İddiaçı2 istifadəsində olmuş və həmin torpağı şəxsən özü 360.000 manata almışdır. X1 bu işə hələlik heç bir pul yatırmamışdır. Şərtə görə torpağı İddiaçı2 təklif etmiş, İddiaçı1 8 mərtəbəli binanın 4 mərtəbəsinin tikilmə xərcini çəkmiş və son 4 mərtəbəsini isə mərhum X5 maliyyələşdirməli olmuşdur. 10 may 2017-ci il tarixdə 3 tərəfli müqavilə bağlanan zaman İddiaçı2 360.000 manata aldığı torpaqda binanın tikilməsi üçün razılıq verərək müqavilənin 3-cü tərəfi olmuşdur. İddiaçı1 həmin binanın 4-cü mərtəbəsini tikib başa çatdırandan sonra X3 bildirmişdir ki, artıq öz işlərini tamamlayır, 4-cü mərtəbədən 8-ci mərtəbəyə qədər t ikintini yekunlaşdırmaq üçün maliyyə vəsaiti istəmişdir. X1 bəhanə gətirərək vaxtı uzatmışdır. İddiaçılar Cavabdeh mərhum həyat yoldaşı olan X2 yerinə pul vəsaiti qoyaraq binanın 8-ci mərtəbəsini tamamlamışlar. Bundan sonra da X5 heç bir vəsait xərcləməmiş, iddiaçılar binanın daxilini və xaricini binada yaşayış üçün və sakinlərə təhvil vermək məqsədilə öz hesablarına təmir etdirmişlər. Əlavə olaraq binaya qazın, suyun və işığın verilməsi üçün vəsait xərcləmişlər. Sonda isə mənzillərin kanalizasiya sisteminin qoşulmasını təmin etmişlər. İddiaçılar ünvan 2 ünvanda 8 mərtəbəli yaşayış binasının təmir tikinti işlərinin tam başa çatdırılmasına ümumilikdə torpağın alınmasından əlavə 1.260.000 manat pul xərcləmişlər. Həmin puldan 800.000 manatını İddiaçı2, qalan 460.000 manatını isə İddiaçı1 xərc ləmişdir. Cavabdeh mərhum həyat yoldaşı olan X5 isə heç bir pul xərcləməmişdir. İddiaçılar artıq bütün mənzillər satıldıqdan sonra əldə olunmuş qazancdan 40.000 manat və 18.000 manatdan əlavə 198.000 manat X3 pul vermişlər və əlavə olaraq 105 kv.m olan 3 otaqlı tam əla təmirli mənzili də ona vermişlər. İddiaçılar tikdikləri binanın sağ hissəsində olan 0,13 ha torpaq sahəsini özəlləşdirə bilməmişlər. X5 onlara MTN-də yüksək vəzifədə işləyən qohumunun olduğunu və həmin torpaq sahəsini özəlləşdirə biləcəyini bildirərək onlardan 260.000 manat pul istəmişdir. İddiaçılar 26 yanvar 2020-ci il tarixdə razılaşaraq X3 260.000 manat pul vermişlər. Nurəddin Abdullayev iddiaçılara 3 ay müddətində torpağı onların adına özəlləşdirəcəyini bildirmişdir. Lakin 3 ay keçdikdən sonra ondan bir xəbər çıxmamış dır. İddiaçılar verdikləri pulu ondan geri tələb etmişlər. İddiaçılar pulu almaq üçün onun evinə getdikdə 25 dekabr 2020-ci il tarixdə qonşuları onun öldüyünü bildirmişlər. Onun ölümündən 10 gün sonra iddiaçılar onun evinə gedərək 260.000 manatı tələb etmişlər. Mərhumun həyat yoldaşı Cavabdeh bir neçə gün vaxt istəmiş, pulu evdən tapıb geri qaytaracağını bildirmişdir. Lakin üzərindən təxminən 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq cavabdeh həmin pulu iddiaçılara qaytarmamışdır. İddiaçılar Bakı şəhəri 40 saylı Notariat Ofisinə müraciət etmiş və 08 iyul 2021-ci il tarixli sorğuya cavabda 23 dekabr 2020-ci il tarixdə vəfat etmiş X2 vərəsəsinin onun arvadı Cavabdeh kimi tanınması bildirilmişdir.
8. Cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bun dan sonra – birinci instansiya məhkəməsi) 2(011)-5244/2022 saylı 13 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia tələbinin təmin edilmiş, Cavabdeh 260.000 (iki yüz altmış min) manat pul vəsaiti və 565 (beş yüz altmış beş) manat dövlət rüsumunun alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi, həmçinin 27 dekabr 2022-ci il tarixdə qərardad qəbul edərək qətnamənin nəticə hissəsinə “260.000 manat pul vəsaiti” sözlərindən sonra “hər birinə 130.000 (bir yüz otuz min) manat olmaqla” sözlərinin əlavə olunmasını qərara almışdır.
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında izahat vermiş İddiaçı1 bildirmişdir ki, istinad olunan quruma o özü və hazırkı iş üzrə cavabdeh olan Cavabde h adından onun nümayəndəsi qismində oğlu İsa Nurəddin oğlu dəvət edilmişdir. Orada onların izahatları alınmış və sonuncu pulun onun atasına verilməsini öz izahatında təsdiq etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid İsa Nurəddin oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olduğunu, izahat verdiyini inkar etməsə də, pulla bağlı ifadə verdiyini qəbul etməmişdir. Halbuki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məhkəməyə göndərdiyi məktubdan da görünür ki, istinad olunan qurumda araşdırmalar aparılmış və İddiaçı1 müraciətində əks olunanlar təsdiqini tapmadığından, yəni tərəflər arasında olan münasibətlərin cinayət xarakterli olmadığı qənaətinə gəlinərək mülki icraat qaydasınd a məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Yuxarıda istinad olunanlar məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, tərəflərin həqiqətən də istinad olunan qurumda izahatları alınmış, lakin onlar istinad olunan izahatları məhkəməyə təqdim etməmişlər. Belə qənaətə gəlmək üçün məhkəməyə həm də o hal əsas verir ki, məhkəmə iclasında izahatı alınmış İsa Nurəddin oğlu “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində etirafedici ifadə yazmamışam. Əgər yazmışamsa rəsmi sübutları təqdim edin.” kimi ifadə vermişdir.
12. X5 23 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra 26 yanvar 2021-ci il tarixdə Cavabdeh tərəfindən alğı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 25G, 9 saylı mənzil əldə edilmiş, sonra isə “Ford Focus” minik markalı, **-BF-*** dövlət nömrə nişanlı, “Toyota Prius (hibrid)” minik markalı, **-CK-*** dövlət nömrə nişanlı və “Chevrolet Cruze” minik markalı, **-EX-*** dövlət nömrə nişanlı avtomobillər əldə edilmişdir.
13. Məhkəmə araşdırması zamanı şahidlər tərəfindən verilmiş ifadələrdən görünür ki, Nurəddin Abdullayevin ölümündən əvvəl ona məxsus “Ford Focus” minik markalı, **-BF*** dövlət nömrə nişanlı atomobil olmuşdur. Eyni zamanda, şahid ifadələrindən o da müəyyən olunur ki, Nurəddin Abdullayev öldükdən sonra həmin avtomobil satılaraq yerinə başqa avtomobil əldə edilmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, istinad olunanlar belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh vəfat etmiş ərinin qanun üzrə vərəsəsi olaraq iddiaçılar tərəfindən on a verilmiş pul vəsaitinə yiyələnərək ərinin ölümündən sonra bir sıra əmlaklar əldə etmişdir. Məhkəmə araşdırması zamanı bu əmlakların hansı vəsait hesabına və hansı gəlirlərdən əldə olunmuş pullarla alınması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda cavabdehin oğlu İsa Nurəddin oğlunun məhkəməyə verdiyi izahatlarla məhkəmədə çaşqınlıq yaratması, verdiyi izahatların bir-birinə zidd olması məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, iddiaçılar iddialarında haqlıdırlar.
15. Sərbəst məhkəmə araşdırması nəticəsində məhkəmədə dinlənilmiş şahid ifadələrindən və formalaşan daxili inamdan irəli gələrək məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.
16. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 739.1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Ape llyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi, heç bir mötəbərlilyi ilə tanınmayan, iddiaya əsas verməyən mənasız sübutları sadalayaraq, həmin sübutlar əsasında nəinki iddiaçıların istinad etdikləri halı, hətta işin hər hansı halını müəyyən etmədən iddiaçıların onun vəfat etmiş ərinə (X3) 260.000 manat pul verildiyini tanımış və iddia üçün məhkəməyə köçürülmüş 565 manat dövlət rüsumu ilə birlikdə tələb olunan məbləğlərin ondan alınıb iddia tərəfinə verilməsinə qət etmişdir. Halbuki hakim məhz sübutların qiymətləndirilməsinin nəticəsi olaraq iş üçün əhəmiyyəti olan h alları müəyyən etməklə mübahisəyə hüquq normasının tətbiq etməlidir. Bu tələb MPM-in 218.1ci maddəsindən irəli gəlir. Həmin normaya görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunu-bolunmadığını müəyyən edir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə, iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə bağlı olan faktlar və cavadeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsasland ıran faktları sübut etməlidir. Göründüyü kimi mülki qanunvericilikdə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Mülki işin materialları isə təsdiq edir ki, birinci instansiya məhkəməsi (hakim Aygün Həsənova) işə baxarkən tərəflərin hansı münasibətdə olmalarını düzgün müəyyənləşdirməmiş, tərəflər arasında olan münasibətə müvafiq olan hüquq normasını düzgün müəyyən etməmişdir. Əvvəla, iddiaçılar ondan tələb etdikləri 260.000 manat pulu onun vəfat etmiş ərinə verdiklərini təsdiq edən heç bir faktı, sübutu məhkəməyə təqdim edə bilməyiblər. Ona görə də hər hansı sübutun qiymətləndirilməsini barədə məhkəmə qeydlərini MPM-in 88-ci maddəsinin tələblərinə uyğun hesab etmək olmaz. Hətta Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məhkəməy ə göndərdiyi məktubdan da görünür ki, istinad olunan qurumda araşdırmalar aparılmış və İddiaçı1 müraciətində əks olunanlar təsdiqini tapmamışdır. Fikir verin iddiaçılar ikinci dəfə məhkəməyə verilən iddia ərizəsində (birinci iddiada tək iddiaçı kimi İddiaçı1 çıxış edir) qeyd edirlər ki, guya onlar təzə obyektin sənədləşdirilməsi üçün, 20 yanvar 2020-ci il tarixdə Nurəddin Abdullayevə 260000 manat pul veriblər. Hətta məhkəmədə şahid qismində dinlənilən Şahid2 və Şahid3 izahatlarından görünür ki, onlar tərəflər arasında pulun alınıb verilməsi zamanı iştirak etmişlər. Şahidlərin hər ikisi pulun sayılmasında iştirak etmişlər və 260.000 manat vəsaitin İddiaçı1 tərəfindən Nurəddin Abdullayevə verilməsinin şahidi olmuşlar. Daha sonra Nurəddin Abdullayevə verilən vəsaitin külli miqdarda olduğu üçü n Şahid2 onu öz avtomobili ilə yaşadığı evə aparmışdır. Eləcə də iddiaçılar ikinci iddia ərizələrində qeyd edirlər ki, - guya oğlu İsanın və Sahibin yanında onlara demişdi ki, X5 pulu evə qoyub yerini bilmir, müddət istəmiş ki, axtarıb tapsın və tapan kimi gətirib onlara verəcək. Məhkəmə araşdırması zamanı isə Şahid5 ifadələrində göstərir ki, o, İsa (oğlu) ilə görüşdükdə İsa ondan atasının pulu kimə verdiyini bilib-bilmədiyini soruşmuşdur. O da ona pulun Hacı adlı şəxsə verdildiyini bildirmişdir. Sual olunur, əgər o, oğlu İsanın, Sahibin yanında pulun evdə olduğlunu deyirdisə o halda oğlu pulun kimdə olduğunu niyə kimlərdənsə soruşur ?. Pulun verildiyi bildirilən Hacı kimdir? Bundan başqa İddiaçı1 Famil oğlu özünün adından məhkəməyə ünvanlandığı birinci iddia ərizəsində qeyd edir ki, “...müqaviləyə əsasən özünə düşən 100 (bir yüz min) manat qazanc və mənfəət ona çatmalı idi və əlavə olaraq da ayrı-ayrı şəxslərdən topladığı 160000 (bir yüz altımış min) manat pulu təzə obyektin sənədləşməsi üçün Nurəddin Abdullayevə verib...”. Sual olunur Bu şahidlər (Şahid2 və Şahid3) Nurəddin Abdullayevə 260.000 (iki yüz altımış min) manat pulun verildiyinə necə şahid olub. Həltta Şahid2 onu öz avtomobili ilə yaşadığı evinədə aparıb. Bundan başqa İkinci iddia üzrə İddiaçı2 Nəcməddin oğlunun tələbi nədən ibarət olmuş olur. Əgər tələb ümumilikdə 260000 manatdan və dövlət rüsumundan ibarətdirsə, onları da N.Allahverdiyevə İddiaçı1 veribsə?. Axı “İddiaçı1” Xətai Rayon Məhkəməsinə ünvanlandığı ilk idia ərizəsində (hakim Leyla xanım Talıbovanın icraatının baxış predimeti olmuş 2(011)- 3746/2021 №-li mülki iş üzrə iddia ərizəsində) qeyd edir ki, o, 160000 pulu, özü tək Abdullayev Nurəddinə verib, 100000 manat isə onun qazancı olmalı idi.(iddia ərizəsi və icraata götürldüyü barədə məhkəmə bildirişi şikayətə qoşma edilir). İkinci dəfə irəli sürülən iddia ərizəsində isə “bu şərik iddiaçılar” iddia ərizələrində göstərirlər ki, guya onlar Nurəddin Abdullayevə təzə obyektin sənədləşdirilməsi üçün, 20 yanvar 2020-ci il tarixdə 260000 manat pul veriblər. Məhz bu faktların (iki iddia ərizəsində İddiaçı1 iddia əsasları, ikinci iddia ərizəsində iddiaçıların iddiaları və onların qondarma şahidinin ifadəsi) özü məhkəmənin iş üzrə gəldiyi nəticəsinin, həqiqətlə əlaqəsi olmayan faktlara, uydurma şahidlərin yalan ifadələrinə, formal iddia tələbinə əsaslanmaqla çıxarıldığını təsdiq edir. Birinci instansiya məhkəməsinin işə tətbiq etdiyi norma düzgün olmayıb. Belə ki, əvvəla iddiaçıların ona qarşı iddialarına əsas verə biləcək subyektiv hüququn olmasını təsdiq edən hər hansı fakt, sübut yoxdur. (ərinə 260000 manat pul verildiyini təsdiq edən fakt, sübut.). İkincisi, fərz edilsə ki, belə bir hal olub o halda da onun həmin pulu qaytarmağıma imkan verən ərindən qalana mirasın olması, dəyəri (həmin əmlakda ərin, arvadın nikah tərəfi olaraq payı nəzərə alınmaqla), barədə hər hansı sənəd sübut məhkəməyə təqdim edilmədən tələb olunan məbləğin (260.000 manat pulun və dövlət rüsumunun) məndən tutulması qərarı qanuni sayıla bilməz. Yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, xx.xx.2022-ci il tarixli qətnamə əsassız olmaqla, iş üzrə tətbiq edilmiş maddi hüquq norması həqiqi hallara, i ş üzrə tərəflərin qarşılıqlımünasibətinə uyğun deyil. İşin halları isə onu göstərir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarına, iş üzrə tərəflərin qarşılıqlı münasibətlərinə düzgün hüquqi qiymətini verə bilməyib və təqdim olunan sübutlar, eləcə də digər lazımıməqamlar araşdırılmayıb. Halbuki birinci instansiya məhkəməsi qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli və eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından qiymət verməli idi.
19. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək cavab dehin apelyasiya şikayətinin təmin edilmədən, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, cavabdehin apellyasiya şikayəti formal xarakterlidir. Belə ki, birinci instansiya məhkəməsində cavabdeh iddia ərizəsinə heç bir münasibət bildirməmiş, həmçinin cavabdehə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq məhkəmə iclаsınа gəlməmişdir. Beləliklə, göründüyü kimi, cavabdehin apellyasiya şikayəti formal xarakterli olmaqla yanaşı, dəlilləri tamamilə əsassızdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qərar çıxarılarkən maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlilləri formal xarakterlidir.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 aprel 2023-cü il tarixli, qətnaməsi ilə (hakimlər Azad İmanov, (sədrlik edən və məruzəçi) İkram Şirinov və Fuad Talışinski, iş N 2(103)-1936/2023) birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş və iddia rədd edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, əvvəla iddiaçıların Cavabdeh qarşı hazırkı iddia tələbi ilə çıxış etməsi üçün ilkin olaraq 260.000 manat pulun cavabdehin mərhum həyat yoldaşı X3 verilməsini sübut etməli, daha sonra isə sonuncudan hazırkı iş üzrə cavabdehə keçmiş miras əmlakın həddi müəyyən edilməklə 260.000 manat pulun Cavabdeh tələb edilməsi məsələsi müzakirə edilməlidir.
22. Hazırki işdə iddiaçılar iddia etdiyi 260.000 manatın cavabdehin mərhum həyat yoldaşı X 3 verilməsini sübut etməlidirlər. İddiaçılar iddia tələbini şahidlər Şahid2, Şahid3 və Şahid5 ifadələri ilə sübut olunduğunu bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Baxmayaraq ki, iddiaçılar pulun verilməsi əsas kimi məhz y uxarıda göstərilən şahid ifadələrinə istinad etmişdir, lakin prosessual qənaət prinsipinə görə məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsin. Dindirilmiş şahidlər Şahid2 və Şahid3 iddiaçıların işçisi olduğunu və onlardan maddi aslılığının olmasını, həmçinin 260.000 manat pulun cavabdehin mərhum həyat yoldaşı X3 verilməsində bilavasitə iştirak etmədiklərindən, kollegiya hesab edir ki, onların ifadələrinin hazırki tələb üzrə sübut kimi qəbul edilməsi qanuni və ədalətli olmazdı.
23. Əksinə, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məhkəməyə göndərdiyi məktubdan da görünür ki, istinad olunan qurumda araşdırmalar aparılmış və İddiaçı1 müraciətində əks olunanlar təsdiqini tapmadığından, yəni tərəflər arasında olan münasibətlərin cinayət xarakterli olmadığı qənaətinə gəlinərək mülki icraat qaydasında məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur.
24. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilmə bilməz.
25. Məhkəmə kollegiyası onu da qed etmişdir ki, iddiaçılar 260.000 manat pulun cavabdehin mərhum həyat yoldaşı X3 verilməsini sübuta yetirə bilmədiklərindən iş üzrə digər halların, yəni Nurəddin Abdullayevdən Cavabdeh keçmiş miras əmlakın həcminin və onun qəbul etdiyi miras əmlak həcmi miqdarında borclu olub-olmaması üzrə əlavə araşdırma aparılmasına lüzum yoxdur.
26. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 739.1, 739.2, 1246, 1243.2, 1243.3, 1246, 1306.1-ci, MPM-in 14.2, 77.1-ci maddələrinə, həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçılar (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası m əhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 1246, 1243.2, 1306-ci maddəsinə istinad edilmiş, həmin normalar isə işin həqiqi hallarına və tərəflərə münasibətdə düzgün tətbiq edilməmişdir. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi yalnız cavabdehin nümayəndəsinin ifadələrinə istinad edərək və məhz həmin şəxsin, yəni cavabdehin nümayəndəsinin göstərdiklərini mötəbər sübut kimi qəbul edərək iddianı təmin etməsi qanuni və əsaslı hesab edilə bilməz.
29. Apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N. Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarının tətbiqi formal xarakter daşımışdır.
30. İddiaçılar tərəfindən 260.000 manat pulun cavabdehin mərhum həyat yoldaşı X3verilməsini sübut edən kifayət qədər mötəbər sübutlar, o cümlədən təkzibedilməz şahid ifadələri olduğu halda, apellyasiya instansiyası məhkəməsi qətnamədə həmin ifadələrə, hətta tənqidi olaraq yanaşmamış, həmin sübutların, o cümlədən şahid ifadələri qəbul edilib-edilməməsini araşdırmamış və müvafiq hüquqi qiymət verməmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi tamamilə qərəzli olaraq araşdırmamışdır ki, əgər 260.000 manat pul vəsaiti cavabdehin mərhum həyat yoldaşı X3 verilməmişdisə və həmin vəsait son ra cavabdehə qalmamışdısa, onda cavabdehin mərhum həyat yoldaşı öldükdən cəmi bir ay ərzində, hətta miras əmlakın dairəsi belə müəyyən edilməmişdən qabaq, ümumi dəyəri elə təqribən 260.000 manat təşkil edən bir mənzil və iki avtonəqliyyat vasitəsini (“Ford Focus”minik markalı, **-BF-*** dövlət nömrə nişanlı avtomobil istisna olunmaqla) hansı vəsaitlə əldə etmişdir?
32. Nəzərə almaq lazımdır ki, cavabdeh bu halın əksini sübuta yetirə bilməmiş, ən əsası isə odur ki, həmin suallara aydınlıq gətirmək üçün dəfələrlə və təkidlə cavabdehin apellyasiya instansiyası məhkəməsinin iclasında iştirakını tələb etməyimizə baxmayaraq, cavabdeh məhkəməyə gəlməkdən yayınmış, apellyasiya instansiyası məhkəməsi isə bu hala heç bir əhəmiyyət və hüquqi qiymət verməmişdir. Belə ki, birinci instansiya məhkəməsind ə də cavabdeh iddia ərizəsinə heç bir münasibət bildirməmiş, həmçinin cavabdehə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq məhkəmə iclаsınа gəlməmişdir b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin rədd edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və etirazı onunla əsaslandırmışdır ki, kassasiya şikayətində iişin mahiyyəti bütün təfərrüfatı ilə yazılsada apellyasiya instansiyasının iş üzrə qətnaməsinin hansı hissədə mübahisələndirildiyi, qətnamə ilə hansı maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməyib.
34. İddiaçılar idda ərizələrində bildirmişlər ki, onların mərhum ərinə verdikləri pul (hansı ki, ondan istənilir) onlar arasında bağlanmış müqaviləyə aid deyil və ərinə borc olaraq verilməyib, hansısa işin görülməsi üçün verilib. Belə olduğu halda, kredit münasibətlərini tənzimləyən MM-nin 739-cu maddəsinin iş üzrə tətbiq edilməsi qanuni sayıla bilməz. Bundan başqa, iddiaçıların tələb etdikləri pulla əlaqədar ərinin cavabdehliyi öz təsdiqini tapmadığı halda onun mərhum ərinin kreditorları qarşısında öhdəlikləri də yarana bilməz və belə olan təqdirdə MM-nin vərəsəliklə əlaqədar 1246, 1243.2 və 1306-cı maddələrinin işə tətbiq edilməsindən söhbət belə gedə bilməz.
35. Bakı Apellyasiya Məhkəməsinin nəticəsi isə həqiqətən də düzgündür və hər hansı pozuntu halları yoxdur. Belə bir qətnamə isə formal söz yığımından ibarət olan kassasiya şikayətinə görə ləğv edilə bilməz.
36. Dövlətə məxsus torpaq sahəsinin qanunsuz alınıb-satılması, hansısa sənədləşmə üçün rüşvətin verilməsi ortada aşkar cinayət əməlinin olmasını göstərir. MPM-in 265.4-cü maddəsi belə halları müəyyən edən məhkəmədən xüsusi qərardad çıxarmasını tələb edir.
37. Məhz bu faktlar (iki iddia ərizəsində İddiaçı1 iddia əsasları, ikinci iddia ərizəsində iddiaçıların iddia əsasları və onların qondarma şahidlərinin ifadələri) özü-özlüyündə iddianın əsasız olduğunu göstərir və bu iddiaçıların Nurəddin Abdullayevə pul vermələri barədə dediklərinin yalan olduğunu, bu şəxslərin ərinin ölməsi məqamından sui istifadə etməklə əsassız varlamaq hərisliyində olduqlarını deməyə əsas verir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
38. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
39. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
40. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
41. Maddə 779.1. Vəkalə t alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.
42. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əh əmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməy ə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma sı kimi qiymətləndirilməməlidir.
50. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Belə ki, iddiaçıların cavabdehə qarşı pul tələblərinin təmin edilməsi iddianın əsasında duran faktiki halların sübuta yetirilməsindən asılı olmuşdur.
53. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmən in əldə etdiyi məlumatlar sübutlar hesab olunur (§ 44).
54. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir. Sübutetmə yükü bir qayda olaraq iddiaçının üzərinə düşür.
55. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (§ 45).
56. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurlar ı çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər.
57. Apellyasiya instansiyası məhkəməsi iş materialları əsasında belə nəticəyə gəlmişdir ki, iddiaçılar tələblərinin əsasında duran halları mötəbər sübutlarla sübuta yetirə bilməmişlər.
58. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin g əldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır.
59. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edil məsi üçün əsas təşkil etmir.
61. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1936/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.