Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2979/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.11.2018-ci il tarixli 2(103)12/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər rayon məhkəməsinin 26 aprel 2016-ci il tarixli qətnaməsi ilə (hakim Ə.S.Qəhrəmanov, iş № 2(003)-1393/2016) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilərək cavabdehdən 90.000 manat alına raq iddiaçıya verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: T.S.Səmədov, İ.S.Şirinov və E.C.Kazımov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 26 aprel 2016-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 18 sentyabr 2014-cü il tarixdə tərəflər arasında şifahi borc müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh 90.000 manat məbləğində borc verilmişdir. 19 sentyabr 2014-cü il tarixdə tərəflərin münasibəti notariat orqanında rəsmiləşdirilərək onların arasında borcun etirafı barədə müqavilə bağlanmışdır. Həmin müqavilədə Cavabdeh aldığı 90.000 manat məbləğində borcu 20 oktyabr 2014-cü il tarixə kimi qaytarmaq barədə üz ərinə öhdəlik götürmüşdür. 2016-cı ilin fevral ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh müqavilə üzrə öhdəliyini icra etməməsini əsas göstərməklə sonuncudan onun xeyrinə 90.000 manat tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kassasiya şikayəti verərək iddiaçıdan ticarət fəaliyyəti ilə məşğul olmaq üçün cəmi 15.000 manat məbləğində borc almasını, mallarının oğurlanması ilə əlaqədar ziyana düşdüyü üçün pulu qaytara bilmədikdə iddiaçının hədə-qorxu ilə onu 90.000 manat məbləğində borcun etirafı barədə müqaviləni imzalamağa məcbur etməsini, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini, işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxla nılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Cavabdeh kassasiya şikayətində iddiaçıdan yalnız 15.000 manat məbləğində borc alınması, 90.000 manat məbləğində borcun etirafı barədə müqaviləni hədə-qorxu təsiri altında bağlamasını bildirsə də işdən görünür ki, cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında iddiaçıdan 90.000 manat almasını etiraf etmiş, lakin maddi imkanının olmaması ilə əlaqədar borcu qaytara bilməməsini, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Həmin qətnamədən 2017-ci ilin mart ayında verdiyi apellyasiya şikayətində də cavabdeh müqavilənin hədə-qorxu təsiri altında bağlanma sını göstərməmiş, qətnaməni yalnız yol verilmiş maddi və prosessual hüquq normalarının pozulması əsası ilə ləğv olunmasını xahiş etmişdir. Bundan sonra Cavabdeh borcun etirafı barədə müqavilənin hədə-qorxu təsiri altında bağlamağa məcbur olmasını əsas göstərməklə həmin müqavilənin etibarsız hesab olunması barədə məhkəmədə iddia qaldırmış və Bakı şəhəri Nizami rayon məhkəməsinin 03 avqust 2017-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 dekabr 2017-ci il tarixli qətnaməsi ilə Nizami rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh iddiaçıdan cəmi 15.000 manat məbləğində borc almasını sübuta yetirə bilmədiyindən, 90.000 manata dair müqavilənin hədə-qorxu təsiri altında bağlanması qanuni qüvvəyə minmiş məhkəmə qətn aməsi ilə təsdiq olunmadığından kollegiya kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, həmin dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir (882.1). Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz (882.2.). Cavabdeh müqavilədə müəyyən olunduğundan az, yəni 15.000 manat məbləğində ona borc verməsini sübuta yetirə bilmədiyindən və eləcə də müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən, kollegiya hesab edir ki, məhkəmə Mülki Məcəllənin öhdəlik münasibətlərini tənzimləyən normalarına istinad etməklə iddianı təmin etməkdə haqlı olmuşdur. Göstərilənlərlə əlaqədar kollegiya qətnaməni qanuni sayır və hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş ü zrə olan 29 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2979/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2979/2019
24.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver