Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-298/2020 13.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 05 avqust 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1121/2019 saylı işi üzrə 03 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı «xxxx» -nin Cavabdeh qarşı “yaranmış borcların ödənilməsi” tələbinə da ir iddia ərizəsi təmin edilməmiş, iddiaçı «xxxx» tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 avqust 2019-cu il tarixli 2(103)-8812/2019 saylı qətnaməsi ilə (sədrlik edən və məruzəçi F.Talışinski, hakimlər Z.Əliyev və R.Eyvazov) iddiaçı “xxxx” tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1121/2019 saylı işi üzrə 03 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia ərizəsinin təmin edilməsi, Cavabdeh iddiaçı “xxxx” -nin xeyrinə 5760 (beş min yeddi yüz altmış) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı «xxxx» -nin Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı «xxxx» -nin xeyrinə 5760 manat borcun və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və vəkili Vəkil oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya məhkəməsinin qətnaməsində obyektiv həqiqəti ifadə edən faktlar qətiyyən nəzərə alınmamış, iş tam, hərtərəfli və obyektiv araşdırılmamış, iş üçün əhəmiyyəti olan hallar sübut olunmamış, qətnamədə müəyyən olunmuş nəticələr işin hallarına uyğun gəlməmiş, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi il ə çıxarılmış, qanunvericiliyin tələbləri kobud surətdə pozularaq ədalətsiz və əsassız bir qətnamə qəbul edilmiş və nəticədə Azərbaycan Respublikası MPM-nin tələbləri üzrə qətnamənin kassasiya qaydasında ləğv olunması üçün əsaslar yaranmışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 05 avqust 2019-cu il tarixli 2(103)-8812/2019 saylı qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyası, iddiaçı “xxxx” -nin nümayəndəsi X1 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh tərəfə lazımi qaydada bildiriş göndərilmiş olsa da, cavabdeh üzrlü səbəblər olmadan gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 05 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını ara şdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası MM-in 324, 325, 329, 331, 38 5.1, 405-409, 442, 454, 456, 560, 1128-1131; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135-137, 139-140-cı maddələrinə istinadən işin materialları üzrə gəldiyi nəticədən görünür ki, cavabdeh 2013-cü ilədək kommunal xərclər ödəmiş və buna dair qəbzlər təqdim edildiyindən, “xxxx” MTK və onun xidmət üzrə fəaliyyətinin davamçısı olan iddiaçı ilə müqavilə münasibətlərində olmasını təsdiq etmiş və bu münasibətləri mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi digər nəticədən görünür ki, cavabdeh ödənişləri qismən (müəyyən zamanadək) ödəməklə müqavilə münasibətlərində olmasını təsdiq etmiş, işgüzar adət və sui-istifadənin yolverilməzliyi baxımından ofertanı təkzib etmədiyi müddətdə aksept etmiş sayılır. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiy a Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, Ünvan, M. ünvan 1 ünvanında yerləşən və inşa olunan çoxmənzilli binalarda daşınmaz əmlak kompleksinin birgə idarə etmək, çoxmənzilli binaların ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədilə, 01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə əsasən «Yasamal -3» Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradılmışdır və d övlət qeydiyyatından keçirilmişdir. İşin materiallarından görünür ki, “xxxx” -nin küçəsi 202 binalarında yaşayan sakinlərin kommunal xidmətlərin 2016-cı il dekabr və 2017-ci ilə olan smeta 61660 manat müəyyən edilmişdir. İş materiallarında olan 02.02.2019-cu il tarixli Ünvan binalarında yaşayan sakinlərin yığıncaq protokoluna əsasən, iclasda qeyd olunan nöqsan və çatışmazlıqlar -nin X bir daha bildirilməsi, ciddi tədbir görülməsi ondan tələb edilməsi, binada aparılmış və hazırda aparılan tikinti təmir işləri ilə əlaqədar onların qanuna və müvafiq qaydalara əməl olunması vəziyyəti haqqında araşdırma aparılması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırılması, bu sahədə görülən işlər barədə növbəti yığıncaqda “xxxx” -nin İdarə Heyəti sədrinin 2015-2018-ci illər üzrə maliyyə-təsərrüfat hesabatı dinlənilməsi və müvafiq qərarlar qəbul edilməsi qərara alınmışdır. İş materiallarında olan 10.07.2019-cu il tarixli Ünvan binalarında yaşayan mənzil mülkiyyətçilərinin yığıncaq protokoluna əsasən, Ünvan-in mülkiyyətçisi Mənzil Məcəlləsinin 135.2.4-cü maddəsinə əsasən, müvafiq sənədləri təqdim edərək “xxxx” ilə müqavilə bağlanmışdır. İşin materiallarından daha sonra görünür ki, iddiaçı «xxxx» -nin Ünvan, məhəllə 618, Ünvan saylı mənzilin sakini, Cavabdeh Cəmiyyət rəhbərliyi tərəfindən rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq, göstərilən və istifadə edilən kommunal xidmətlərinin haqqını ödəməkdən qəsdən yayınmasını və hal-hazırda cavabdehin, iddiaçıya yaratdığı kommunal xidmətlərin həcmi 5760 manat təşkil etməsini mübahisələndirir. Cavabdeh isə iddiaya etirazın əsası kimi səlahiyy ətli nümayəndəsi vasitəsilə (birinci instansiya məhkəməsində) kommunal xidmətlərdən narazı qaldığı üçün xidmət xərcinin ödənilməsindən imtina etməsinə, kommunal xidmətlərinin bir qisminin ödədikləri halda onlara qəbzin verilməməsinə və müqavilənin bağlanmamasına (təklif edilməməsinə) istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsinin işin materialları ilə həmçinin müəyyən etdiyi kimi, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, cavabdeh 2013-cü ilədək kommunal xərclər ödəmiş və buna dair qəbzlər təqdim edildiyindən, “xxxx” MTK və onun xidmət üzrə fəaliyyətinin davamçısı olan iddiaçı ilə müqavilə münasibətlərində olmasını təsdiq etmiş və bu münasibətləri mübahisələndirməmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin «Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödə mək vəzifəsi» adlanın 135-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. (135.1-ci maddə) Həmin Məcəllənin 135.2-ci maddəsində yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsinin yaranmış hesab edilən anları göstərilmişdir.(135.2.1-135.2.4-cü maddələri) Həmin Məcəllənin «Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın tərkibi» adlanan 136-cı maddəsində Dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrində sosial kirayə müqaviləsi və ya kirayə müqaviləsi üzrə yaşayan kirayəçinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödənilməli haqq nədən ibarət olması açıqlanmışdır ( 136.1.1- 136.1.3-cü maddələr) Həmin Məcəllənin 136.2-ci maddəsində isə çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq nədən ibarət olması açıqlanmışdır (136.2.1-136.2.2-ci maddələr) Həmin Məcəllənini 136.3-cü maddəsinə görə yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Eyni Məcəllənin «Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənil məsi» adlanan 137-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. (137.1-ci maddəsi) Həmin Məcəllənin 139.1-ci maddəsinə görə kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Həmin Məcəllənin 140.1-ci maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əml akının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Göründüyü kimi, mənzil qanunvericiliyinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Mənzil-tikinti kooperativi üzvləri üçün mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan, yaşayış sahəsinin mülkiyyətçisi üçün yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaranmış hesab edilir. Məhkəmə kollegiyası kassasiya şikayətinin kassatorun 2009-cu ilin mart ayından 2013-cü ilin iyun ayınadə k ödənişlər etməsini müqavilənin bağlanması kimi qiymətləndirilməli olmaması kimi dəlillərinə qiymət verərək hesab edir ki, mülki qanuvericiliklə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır. Aksept oferentə gec çatdıqda və akseptdən onun vaxtında göndərildiyi məlum olduqda, aksept yalnız o halda gecikmiş sayıla bilər ki, oferent bu barədə digər tərəfə dərhal məlumat vermiş olsun. Əgər oferta göndərmiş tərəf digər tərəfin gec alınmış akseptini qəbul etdiyi barədə ona dərhal məlumat verərsə, müqavilə bağlanmış sayılır. Əgər ofertada aksept üçün müddət müəyyənləşdirilibsə, ofertanı göndərmiş şəxs aksepti ofertada göstərilən müddət ərzində aldıqda müqavilə bağlanmış sayılır. Əgər yazılı ofertada aksept üçün müddət müəyyənləşdirilməyibsə, müqavilə bu şərtlə bağlanmış sayılır ki, oferta göndərmiş şəxs aksepti bu Məcəllədə müəyyənləşdirilmiş müddət qurtarana qədər, belə müddət müəyyənləşdirilmədikdə isə bunun üçün zəruri olan müddət ərzində almış olsun. Əgər oferta aksept üçün müddət göstərilmədən, şifahi edilmişsə, digər tərəf ofertanın akseptini dərhal bildirdikdə müqavilə bağlanmış sayılır, ünvanında olan şəxsə verilmiş oferta dərhal qəbul və ya rədd edilməli, ünvanında olmayan şəxsə verilmiş oferta yalnız oferta vermiş şəxsin adətən cavab gözləyə biləcəyi müddətədək qəbul edilə bilər. (Azərbaycan Respubl ikasının Mülki Məcəlləsinin 405-409 cu maddələri) Məhkəmə kollegiyası cavabdehin ödənişləri qismən (müəyyən zamanadək) ödəməklə müqavilə münasibətlərində olmasını təsdiq etməsi, işgüzar adət və suiistifadənin yolverilməzliyi baxımından ofertanı təkzib etmədiyi müddətdə aksept etmiş sayılmasına dair nəticəsini işin araşdırılmış hallarına uyğun, qanuni və əsaslı sayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 10.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilibedilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsəd i ilə istifadə edilməsi yolverilməzdir. Qeyd olunan Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrını də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək daha sonra hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları əsasında haqlı olaraq bu qənaətə gəlmişdir ki, vəzifə və prinsiplərinə əsasən mülki məhkəmə icraatı qanunçuluğun (ictimai qaydanın) bərqərar edilməsinə və vətəndaşların qanunlara dönmədən hörmət ruh unda tərbiyə edilməsinə rəvac verməli, hamının qanun və məhkəmə qarşısında bərabərliyi əsasında hüquq və azadlıqlarının məhkəmə müdafiəsini təmin etməlidir. Bir şəxsin xidmət xərclərinin ödəməməsi digər sakinlərin və onların təşkil etdikləri cəmiyyətin hüquq və vəzifələrinə birbaşa mənfi təsir etməsinə yönəlir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin əsaslı olmasına dair işə aid maddi hüquq normalarına istinad etmiş və istinad olunan qanunvericilik normaları əsasında gəldiyi nəticənin qayəsini tələb olunan məbləğin iddiaçının əsassız varlanması deyil, “xxxx” MTK və onun xidmət üzrə fəaliyyətinin davamçısı olan iddiaçı ilə müqavilə münasibətlərində olduğu üçün kommunal xidmət haqları nın ödəməli olması təşkil etmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorun an mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkə mə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər qanuni, əsaslı və mahiyyətcə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217,218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bildiyi üçün iddia tələbinin təmin olunmalı olması barədə düzgün və əsaslı nəticəyə gəlmişdir. Buna görə də kassasiya şika yətində göstərilən dəlillər əsassız olduğu və hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının həmin iş üzrə 05 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-298/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-298/2020
13.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver