Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-298/2024 16.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X3 qarşı işi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasından imtina, kassasiya şikayətinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X3 qarşı “torpaq sahəsindən istifadənin dayandırılaraq torpağın geri qaytarılması” tələbinə dair ilkin və X2 İddiaçı qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-264/2023 nömrəli, 27 oktyabr 2023-cü il tarixli qərardadından iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı (vəkili Nümayəndə3) tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Məhkəmə kollegiyasının hazırki qərarı ilə baxılan məsələ, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 3 may 2023-cü il tarixli 2(106)-264/2023 saylı qətnaməsindən kassasiya şikayəti vermək üçün iddiaçı tərəfindən buraxılmış prosessual müddətin bərpası ilə bağlıdır.
2. Belə ki, İddiaçı Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 3 may 2023-cü il tarixli 2(106)- 264/2023 saylı qətnaməsi 25 may 2023-cü il tarixdə rəsmi qaydada verilmiş, 24 iyul 2023-cü il tarixdə həmin qətnamədən kassasiya şikayət i verilmiş, lakin şikayət prosessual qanunvericiliyə uyğun olmadığı üçün geri qaytarılmışdır. İddiaçı yenidən 12 oktyabr 2023-cü il tarixdə qətnamədən kassasiya şikayəti verilərkən qanunda nəzərdə tutulan prosessual müddət ötürülmüşdür. Buna görə də prosessual müddətin bərpa edilməsi haqqında vəsatət verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı X3 qarşı iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olmaqla Sabirabad rayonu Qaragüney kəndində yerləşən 0.2477 ha torpaq sahəsindən istifadəsinə cavabdeh X5 tərəfindən törədilən maneələrin dayandırılaraq, həmin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin ona qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. X1 Cavid Tofiq oğluna qar şı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Sabirabad rayon Qaragüney kəndində yerləşən 0.2477 ha torpaq sahəsinin münbitləşdirilməsinə çəkdiyi 1500 manat xərc və torpağın hazırki dəyəri olan 10400 manat olmaqla ümumilikdə 11900 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Sabirabad Rayon Məhkəməsinin 1 noyabr 2022-ci il tarixli, 2(056)-56/2022 saylı qətnaməsi ilə ilk iddia tam, qarşılıqlı iddia isə qismən təmin olunaraq, DƏDRX tərəfindən verilmiş 17 avqust 2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında İddiaçı mülkiyyətinə verilmiş Sabirabad rayonu Qaragüney kəndində yerləşən 0.2477 ha torpaq sahəsindən cavabdeh X2 istifadəsi dayandırılaraq çıxarılması və İddiaçı həmin torpaq sahəsindən istifadə hüququn un bərpa edilməsi, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı 5000 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı X3 ödənilməsi, qarşılıqlı iddianın qalan hissələrdə rədd olunması qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir.
7. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 3 may 2023-cü il tarixli, 2(106)-264/2023 saylı qətnaməsi ilə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinin təmin edilməmiş, qarşılıqlı iddia üzrə iddiaçı X2 apellyasiya şikayətinin qismən təmin olunaraq Sabirabad Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli 2(056)-56/2022 saylı qətnaməsi "qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı 5000 manat məbləğində pu l vəsaitinin alınaraq iddiaçı X3 ödənilsin" hissədə dəyişdirilmiş və cavabdeh İddiaçı tutulacaq məbləğ 10400 manat məbləğində müəyyən edilmişdir.
8. Qətnamədən iddiaçı 24 iyul 2023-cü il tarixdə kassasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və həmin hissədə iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
9. Apelyasiya instansiyası məhkəməsinin 3 avqust 2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 10-1.3 və 408.1.7-ci maddələrinin tələblərinə uyğun olmadığı üçün geri qaytarılmışdır.
10. Sonradan - 25 avqust 2023-cü il tarixdə iddiaçı və onun vəkili Vəkil1 tərəfindən tərtib olunaraq imzalanmış kassasiya şikayəti skan olunmuş şəkildə iddiaçının nümayəndəsi Nümayəndə2 elektron imzasından istifadə edilməklə 25 avqust 2023-cü ildə elektron kabinetə yerləşdirilmişdir.
11. Apelyasiya instansiyası məhkəməsinin 29 avqust 2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti MPM-in 10-1.3, 10-1.7 və 408.1.7-ci maddələrinə istinadla “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən və kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır.
12. Qərardaddan kassasiya şikayəti verilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2023-cü il tarixli 2(102)-4106/2023 saylı qərardadı ilə kassasiya şikayəti eyni əsaslarla icraata qəbul edilməmiş və tərəfə qaytarılması üçün mülki iş materialları ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
13. Apelyasiya instansiyası məhk əməsinin 5 oktyabr 2023-cü il tarixli qərardadı ilə bu şikayət də geri qaytarılmışdır.
14. Bundan sonra - 12 oktyabr 2023-cü il tarixdə iddiaçı və vəkili Vəkil1 Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 3 may 2023-cü il tarixli 2(106)-264/2023 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişlər.
15. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamədən ilk dəfə kassasiya şikayətini prosessual müddətlər çərçivəsində vermiş, bu zaman kassasiya şikayətinin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməli olduğunu bilməmişdir. Bundan sonra elektron imzadan istifadə edilməklə kassasiya şikayəti və ona əlavə olunan sənədləri skan edərək elektron kabinetə yerləşdirmiş dir. Lakin bu dəfə Şirvan Apellyasiya Məhkəməsi 29 avqust 2023-cü il tarixli qərardadla kassasiya şikayətinin prosessual müddət ötürülməklə verilməsi əsası ilə geri qaytarmışdır. Hesab edir ki, qeyd edilən faktiki hallar qətnamədək kassasiya şikayəti verə bilməsi üçün buraxılmış prosessual müddətin bərpası üçün əsasdır.
16. Apelyasiya instansiyası məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər - Tale Kərimov (sədrlik edən və məruzəçi), Cahid İmanov və Müşfiq Həsənov) iddiaçının qətnamədən kassasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatəti təmin edilməmiş, müddətin bərpasından imtina edilmiş və kassasiya şikayəti qaytarılmışdır.
17. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddia üzrə cavabdehə 15 may 2023-cü ildə sifarişli poçt zərfində göndərilmiş, "xxxx" MMC-nin rəsmi internet səhifəsi üzərindən poçt göndərişlərinin izlənməsi səhifəsindən edilən çıxarışa əsasən 25 may 2023-cü ildə verilmişdir. Qeyd olunan hal qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən ilk dəfə kassasiya şikayəti verilərkən, kassasiya şikayətinə qoşma olaraq əlavə edilmiş poçt zərfindən, kassasiya şikayətinin özündə olan qeyddən də, təsdiqini tapmışdır. İddiaçının kassasiya şikayətinin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməli olduğunu bilməməsindən ibarət arqumentləri üzrlü bir səbəb kimi qəbul olunaraq, buraxılmış prosessual müddətin bərpasının əsasını təşkil edə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Qərardaddan iddiaçı (vəkili Nümayəndə3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk dəfə kassasiya şikayəti 24 iyul 2023-cü il tarixdə, 2 ay müddət ötürülmədən verilmişdir. Lakin kassasiya şikayətinin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə verilməsinə dair yeni qaydaları bilmədiyindən şikayət geri qaytarılmışdır. Bu barədə qərardadı alan kimi dərhal nöqsanları aradan qaldırıb yenidən müraciət etsə də, bu dəfə şikayəti eyni səbəblərlə geri qaytarılmışdır. Hesab edir ki, kassas iya şikayəti üçün müəyyən edilmiş prossesual müddət üzürlü səbəblərdən ötürülmüşdür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi
21. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.
22. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
23. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlə r keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
24. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
25. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
26. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddə lərində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
27. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
28. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş s übutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunmaması və kassasiya şikayətinin qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır.
34. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
35. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qəra rından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 405.0.1-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində verilə bilməsi müəyyən olunur.
36. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddətinin axımı, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır və iki ay davam edir. Müddətlərin hesablanması qaydalarını müəyyən edən MPM-nin 128.3-cü maddəsinə görə, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
37. Apellyasi ya instansiyası məhkəməsi müəyyən etmişdir ki, məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi 25 may 2023-cü il tarixdə iddiaçıya çatdırılmışdır. İddiaçının təkrar kassasiya şikayəti xx.xx.2023-cü il tarixdə verilmişdir.
38. Göründüyü kimi cavabdeh qanuna uyğun kassasiya şikayəti ilə məhkəməyə müraciət edəndə kassasiya şikayəti vermək üçün müddət ötürülmüşdü. Apelyasiya instansiyası məhkəməsi cavabdehin qətnamədən kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi və ərizəsinin təmin edilməsi üçün məhkəmə kollegiyasına hər hansı bir sübut təqdim etmədiyinə görə müddətin bərpasından imtina etmişdir.
39. İddiaçı müddətin ötürülməsinin səbəbi kimi qətnamədən kassasiya şikayətini əslində müddət ötürülmədən vaxtında verməsinə baxmayaraq, ka ssasiya şikayətinin elektron kabinet vasitəsi ilə verilməsinə dair yeni qaydaları bilmədiyindən şikayətin geri qaytarılıldığnı, bu barədə qərardadı alan kimi dərhal nöqsanları aradan qaldırıb yenidən müraciət etsə də, bu dəfə şikayətin eyni səbəblərlə geri qaytarıldığını bildirmişdir.
40. Nəzərə alınmalıdır ki, mülki prosessual qanuvericilik məhkəmə prosesi iştirakçılarına hüquqlarının səmərəli təmin olunması üçün geniş hüquqlar tanımaqla bərabər, bu hüquqların həyata keçirilməsi üçün məcburi tələblər müəyyən etmişdir. Məsələn, MPM-nin 402.1-ci maddəsinə əsasən tərəfin apelyasiya instansiyası məhkəməsinin aktını mübahisələndirmək hüququ vardır. Lakin bu hüquqdan məhkəmə aktı qəbil edildiyi vaxtdan iki ay müddətində istifadə oluna bilər. Eyni zamanda kassasiya şikayəti MPM-nin 407-ci madd əsində müəyyən edilmiş kassasiya şikayətinin forma və məzmununa uyğun olmalıdır.
41. Bu baxımdan cavabdeh qanunla müəyyən edilmiş qaydalara, forma və məzmun tələblərinə əməl etməməsindən irəli gələn hüquqi nəticələrə görə özü məsuliyyət daşıyır. Tərəflər onlara verilmiş hüquqlardan düzgün istifadə etməyə, verilmiş hüquqlardan suiistifadə etmədən ədalət mühakiməsinin düzgün həyata keçirilməsinə şərait yaratmağa borcludur.
42. Tərəfin bu cür hərəkət etmək vəzifəsi MPM-nin 47-ci maddəsində də təsbit edilərək göstərilir ki, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.
43. Bundan başqa, MPM-in 404-1.2-ci maddəsinə müvafiq olaraq, kassasiya instansiyası məhkəməsi kassasiyanın mümkünlüyünü yoxlayaraq, işə kass asiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyrimümkün hesab edilməsinə dair qərardad qəbul edir.
44. MPM-in 408.5-ci maddəsinə görə bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.
45. Bu müddəanın mənasına görə, kassasiya şikayəti verildiyi anda onun verilməsinə dair prosessual hərəkət bitmiş hesab olunur, onun müvafiq apellyasiya instansiyası məhkəməsinə təqdim edilməsi anınadək tamlığı təmin edilməli, kassasiya şikayətinin verilməsi ilə bağlı hər hansı nöqsanlar onun verilməsi üçün nəzərdə tutulmuş müddətdə aradan qaldırıla bilər.
46. İşdən görünür ki, kassator kassasiya şikayətinin qeyri-mümkün hesab edilməs i barədə Ali Məhkəmənin qərardadı elan edildikdən sonra nöqsanı aradan qaldırmış, bundan sonra kassasiya şikayəti qanunla müəyyən edilmiş formaya uyğun hal almışdır.
47. Belə şəraitdə nəzərə alınmalıdır ki, peşəkar hüquqi yardım göstərən vəkil tərəfindən kassasiya şikayətinin tərtibi zamanı şikayətin verilməsi qaydası, forma və məzmun tələbinə riayət edilməməsi və s. kimi pozuntular qəbuledilməzdir və təkrar kassasiya şikayətinin verilməsi zamanı müddətin bərpasını mümkün edən üzrlü səbəb kimi qiymətləndirilməsini istisna edir.
48. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Çünki Konstitusiya Məhkəməsinin “X4 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konst itusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, oby ektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
49. Apellyasiya instansiyası məhkəməsi iş üzrə prosessual müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkarolunmaz səbəblər müəyyən etməmişdir.
50. Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəru riliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir.
51. Məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə nəticələnə bilər.
52. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq MPM-nin 133cü maddəsinə istinad etməklə iddiaçının prosessual müddətin bərpasına dair vəsatətini təmin etməmiş, kassasiya şikayətinin geri qa ytarılmasına dair qərardad qəbul etmişdir. Buna görə kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
53. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-264/2023 nömrəli, 27 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.