Məhkəmə qərarları › İş №2(102)-298/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-298/2025

22.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-298/2025 22.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlakın özgənin qanunsuz sahibliyindən tələb olunması, torpaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər İspəndiyar Əsəd oğlu Şəfiyev (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və X3 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “torpaq sahəsindən çıxarılma, həmin torpaq sahəsinin üzərində olan cavabdehlərə məxsus binaların, tikililər və qurğuların cavabdehlərin hesabına sökülməsi, torpaq sahəsinin əvvəl ki vəziyyətinə gətirilməsi” tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 oktyabr 2024-cü il tarixli 2(106)-1575/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X6 ilə Bəhrəmtəpə Bələdiyyəsi arasında bağlanmış 25 noyabr 2007-ci il tarixli torpaq icarəsi müqaviləsinə əsasən, X1 təsərrüfatı məhsullarının istehsalı məqsədilə Bəhrəmtəpə-Horadiz avtomobil yolunun sol tərəfində yerləşən Bəhrəmtəpə Bələdiyyəsinə məxsus boş torpaqdan 18,0 ha torpaq sahəsi 99 il müddətinə illik 126 manat haqq ödəmək şərtilə icarəsinə verilmişdir.

2. Şirvan İnzibati Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2-1(120)-577/2022 saylı qərarı ilə X4 iddia təl əbi təmin olunmuş, İddiaçı 24 noyabr 2007-ci il tarixli 14 nömrəli qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə onun icarəsinə 99 il müddətinə verilmiş 18.0 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulması qərarı alınmışdır.

3. İmişli rayon Bəhrəmtəpə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 14 saylı qərarına əsasən bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsi üzrə icarəyə verilmiş İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən 3.0 ha, 6.0 ha və 2.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində X4 icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydi yyata alınmışdır.

4. Bundan əvvəl X6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3, Cavabdeh4 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona icarə hüququ ilə məxsus olan Bəhrəmtəpə-Horadiz avtomobil yolunun sol tərəfində yerləşən 18,0 ha torpaq sahəsindən cavabdehlərin çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi İmişli Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(036)1705/2021 nömrəli qətnaməsi ilə təmin edilmiş, cavabdehlərin Bəhrəmtəpə bələdiyyəsinin mülkiyyətində olan və icarə hüququ əsasında iddiaçı X5 məxsus 18 ha torpaq sahəsindən çəkilən xərclərin əvəzi ödənilmədən çıxarılmaları qət edilmişdir. 4.1. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-151/2023 nömrəli, xx.xx.2023-cü il qətnaməsi ilə Cavabdeh1 apellya siya şikayəti qismən təmin edilərək, İmişli Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(036)-1705/2021 saylı qətnaməsi “çəkilən xərclərin əvəzinin ödənilmədən” hissədə ləğv edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. 4.2. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023cü il tarixli, 2(102)-2898/2023 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-151/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. 4.3. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-190/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(036)-1705/2021 sa ylı qətnaməsi ləğv edilmiş və iddia tələbi rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2ı qızı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bəhrəmtəpə-Horadiz avtomobil yolunun sol tərəfində yerləşən, Bəhrəmtəpə bələdiyyəsinə məxsus olan və X4 icarəsinə verilmiş 11.6 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin üzərində olan cavabdehlərə məxsus binaların, tikililər və qurğuların cavabdehlərin öz hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, X6 icarə müqaviləsi əs asında illik icarə haqqını vaxtı-vaxtında ödəyir. Lakin cavabdehlər həmin torpaq sahəsindən istifadə etdiyindən X6 icarə müqaviləsi üzrə hüquqlarını həyata keçirə bilmir, dövlətin müəyyən etdiyi subsidiyanı ala bilmir. Onun tərəfindən cavabdehlərə torpaq sahəsindən çıxmaları barədə dəfələrlə şifahi xəbərdarlıq edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Cavabdehlər həmin torpaq sahəsini heç bir hüquqi əsas olmadan uzun illərdir istifadə edir, lakin bələdiyyənin hesabına bu günədək heç bir haqq ödəməmişdir. Hazırda həmin torpaq sahəsi bələdiyyə mülkiyyətindədir, lakin icarə hüququ ilə X5 məxsusdur. Ona görə də cavabdehlər həmin torpaq sahəsindən çıxarılmalı və X4 pozulmuş hüquqları bərpa edilməklə icarə müqaviləsi üzrə torpaq sahəsindən istifadə etməsinə şərait yaradılmalıdır. X6 icarə müqa viləsində nəzərdə tutulmuş icarə haqlarını ödəmişdir. İmişli rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə həmin torpaq sahəsində sahibkarlıq məqsədi ilə tikinti aparılmasına dair icazə verilmişdir.

7. Cavabdeh1 məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbləri mövcud qanunvericiliyə ziddir. O, həmin torpaq sahəsini zəbt etməmiş, özbaşına tikinti işi aparmamışdır. Ailə üzvləri ilə Laçın rayonunun ermənilər tərəfindən işğalı ilə əlaqədar məcburi köçkün kimi gəlib İmişli rayonun Bəhrəmtəpə qəsəbəsi yaxınlığında yerləşən hazırkı torpaq sahəsində məskunlaşmışlar. İmişli rayon İcra Hakimiyyətinin, “Kare” təşkilatının köməyi ilə ailəsinə bu torpaq sahəsində 2 ev tikilib verilmişdir və heyvanların saxlanması üçün böyük tövlə tikmişdir. İddiaçının tələb etdiyi torpa q sahəsi istifadəyə yararsız vəziyyətdə olmuşdur. 27 il ərzində həmin torpaq sahəsinə xərc çəkib yararlı vəziyyətə gətirmiş və orada 200-ə qədər ağac əkmişdir. Bundan əlavə, 11000 ABŞ dolları məbləğində xərc çəkərək artezian quyusu qazdırmışdır. Həmin torpaq sahəsi X5 qeyri-qanuni verilmişdir. O, həmin torpaq sahəsində məskunlaşdığı halda, bələdiyyə tərəfindən torpaq sahəsi ona təklif edilməmiş, həmin ərazidən təxminən 30 km kənarda yaşayan başqa kənd sakini olan başqa şəxsə verilmişdir. Torpaq sahəsi X5 heç bir hərrac keçirilmədən qanunsuz verilmişdir. Qarşı tərəfə məskunlaşdığı torpaq sahəsi verilərkən tərəf-məcburi köçkün kimi onun hüquqları pozulmuşdur. Məcburi köçkünlərin doğma yurdlarına qayıdana kimi məskunlaşdıqları torpaq sahəsinin başqa şəxsə verilməsi və ya satılması qanunaziddi r. Onun və ailəsinin başqa yaşayış yeri yoxdur. Göründüyü kimi, iddiaçı Cavabdeh1 və ailəsinə qarşı əsassız iddia tələbləri irəli sürmüşdür. Əlif Heydərov eyni predmet üzrə 3 il əvvəl İmişli Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 iddiası təmin edilmiş, şikayətləri əsasında Ali Məhkəmənin göstərişi ilə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)190/2024 saylı qətnaməsi ilə rayon məhkəməsinin qətnaməsi ləğv edilmiş və Əlif Heydərovun iddia tələbi əsassız olduğundan rədd edilmişdir.

8. İmişli Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(036)-544/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddia tələbi təmin edilərək, cavabdehlərin Bəhrəmtəpə bələdiyyəsinə məx sus olan və Ə.H.Heydərovun icarəsinə verilmiş 11.6 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsi üzərində olan cavabdehlərə məxsus binalar, tikililər və qurğuların cavabdehlərin öz hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi cavabdehlər, iddiaçıya məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 11,6 ha hissəsini özbaşına zəbt etməklə qanunsuz sahibliyinə keçirmiş və oradan istifadə edirlər. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddələrinin tələblərinə əsasən cavabdehlər tərəfindən qanunsuz sah ibliyə keçirilmiş iddiaçıya məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 11,6 ha hissəsi iddiaçıya geri qaytarılmaqla iddia təmin edilməlidir.

10. Bundan başqa, məhkəmə hesab etmişdir ki, zəbt edilmiş torpaq sahəsində cavabdehlər tərəfindən özbaşına inşa edilmiş tikililər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinin tələblərinə əsasən onların hesabına sökülməli və torpaq sahəsi əvvəlki vəziyyətinə gətirilməlidir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.4, 157.8, 180.1, 180.4 və 239.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 239.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazın dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir və bu səbəbdən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməmişdir. O, torpaq sahəsinə bələdiyyə yaranandan əvvəl məcburi köçkün kimi düşmüşdür. Bələdiyyə onun məskunlaşdığı torpaq sahəsini başqa şəx sə verməklə səhv etmişdir.

14. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-1575/2024 nömrəli, 2 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.Əsədov (sədrlik edən və məruzəçi), S.Mayılov və T.Heydərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, X4 cavabdehlər Cavabdeh1 və başqalarına qarşı "torpaq sahəsindən çıxarılma" tələblərinə dair iş üzrə əldə olunmuş məhkəmə tikinti-texniki ekspertizasının 30 iyun 2022-ci il tarixli 10/2957 nömrəli ekspert rəyində aşağıdakılar qeyd edilmişdir: İddiaç ı 24 noyabr 2007-ci il tarixli, 14 saylı qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə X5 icarəyə verilmiş 18 ha torpaq sahəsinin koordinatları müəyyən edilmiş və yerləşmə konfiqurasiyasının mülki iş materialına əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsinin müdiri V.Məmmədovun və Bəhrəmtəpə bələdiyyəsinin sədri İ.İbrahimovun möhürü və imzası ilə təsdiq edilmiş plan-sxemə uyğun olduğu müəyyən edilmişdir. İcarəyə verilmiş 18 ha torpaq sahəsi 24 noyabr 2007-ci ildə bələdiyyə mülkiyyəti olmaqla, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. X5 icarəyə verilmiş 18 ha torpaq sahəsi təyinatına görə icarə hüququnun predmeti ola bilər. Qeyd olunan 18 ha torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir və təyinatı üzrə istifadə olunur. 18 ha tor paq sahəsi İmişli rayonu, Qaragüvəndikli kəndində gedən avtomobil yolunun və həmin ərazidən keçən dəmir yolunun mühafizə zolağına düşmür. Mühafizə zolaqları gözlənilməklə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsinin müdiri V.Məmmədovun və Bəhrəmtəpə Bələdiyyəsinin sədri İ.İbrahimovun möhürü və imzası ilə təsdiq edilmiş plan-sxem tərtib edilmişdir. 18 ha torpaq sahəsində sahəsi 120 kv.metr olan köhnə tikili mövcuddur. Həmin tikili faktiki olaraq Cavabdeh1 istifadəsindədir və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə hər hansı hüquqmüəyyənedici sənəd mülki iş materialına əlavə edilməmişdir. 18 ha torpaq sahəsinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahələri üst-üstə düşmür.

16. Beləliklə müəyyən edilir ki, cavabdehlər bələdiyyəy ə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 11,6 ha hissəsini özbaşına zəbt etməklə qanunsuz sahibliyinə keçirmiş və oradan istifadə edirlər. Bundan başqa, zəbt edilmiş torpaq sahəsində cavabdehlər tərəfindən özbaşına tikililər inşa edilmişdir. Cavabdeh tərəfindən iddia edilən torpaq sahəsinin istifadəsi ilə bağlı hər-hansı sənəd təqdim edilməmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 180.4-cü maddələrinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş in yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin və ailəsinin başqa yaşayış yeri olmamasına baxmayaraq, onları yaşayış yerindən məhrum edir. Faktiki olaraq məhkəmə tələbin qanuniliyini araşdırmamış, yalnız iddiaçının yazdıqlarını əsas götürmüşdür. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına ziddir. X9 eyni predmet üzrə 3 il əvvəl İmişli Rayon Məhkəməsində iddia qaldırmış, lakin məhkəmə prosesləri nəticəsində iddia tələbi təmin olunmamışdır. Belə olan halda, hazırkı iş üzrə iddianın təmin olunması barədə gəlinən nəticə məhkəmə təcrübəsinin vahidliyinin pozulması deməkdir.

20. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

23. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

24. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 25. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

27. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

28. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

29. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır:... 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;... Azərbaycan Respublikası Torpaq Məcəlləsi

30. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

31. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kass asiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri

38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutl ara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Nəhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

41. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi İddiaçı ümumi yığıncağının xx.xx.2007-ci il tarixli, 14 saylı qərarı ilə BəhrəmtəpəHoradiz avtomobil yolunun sol tərəfində yerləşən, Bəhrəmtəpə bələdiyyəsinə məxsus ərazidən 18,0 ha torpaq sahəsinin 99 il müddə tinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə X5 icarəyə verilməsi qərara alınmış, bələdiyyə ilə X6 arasında həmin torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2007-ci il tarixli müqavilə bağlanmış, icarə haqqı 126 manat müəyyən edilmişdir.

42. Həmçinin iş materiallarından görünür ki, Şirvan İnzibati Məhkəməsinin 27 iyul 2022-cı il tarixli, 2-1(120)-577/2022 saylı qərarı ilə Cavabdeh1 iddia tələbi təmin olunmuş, İddiaçı 24 noyabr 2007-ci il tarixli, 14 nömrəli qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə onun icarəsinə 99 il müddətinə verilmiş 18.0 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsini n üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh1 Bəhrəmtəpə bələdiyyəsi ilə bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsi əsasında istifadəsində olan müvafiq olaraq 3 ha, 2,60 ha və 6 ha (cəmi 11,60 ha) torpaq sahələri üzərində icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü ildə qeydiyyata alınmışdır.

43. İddiaçı cavabdehlərin Bəhrəmtəpə bələdiyyəsinə məxsus olan və X4 icarəsinə verilmiş 11.6 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin üzərində olan cavabdehlərə məxsus binaların, tikililər və qurğuların cavabdehlərin öz hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

44. Bu iddia mülkiyyətin müdafiəsinə yönəlmişdir və bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

45. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsidir və cavabdehin istifadə etdiyi torpaq sahəsinə hər hansı hüququnu təsdiq edən sənəd yoxdur.

46. İddiaçının subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçının torpaq sahəsində və ya onun bir hissəsində cavabdeh tərəfindən tikili inşa edilib edilməməsinin müəyyən edilməsindən ibarətdir.

47. Bununla bağlı apelyasiya instansiyası məhkəməsi X4 ca vabdehlər Cavabdeh1 və başqalarına qarşı "torpaq sahəsindən çıxarılma" tələblərinə dair iş üzrə əldə olunmuş məhkəmə tikinti-texniki ekspertizasının 30 iyun 2022-ci il tarixli 10/2957 nömrəli ekspert rəyinə istinadla müəyyən etmişdir ki, cavabdehlər bələdiyyəyə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 11,6 ha hissəsini özbaşına zəbt etməklə qanunsuz sahibliyinə keçirmiş və oradan istifadə edirlər. Həmçinin cavabdehlər zəbt edilmiş torpaq sahəsində özbaşına tikililər inşa edilmişdir.

48. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin bu mövqeyi işin hərtərəfli, tam və obyektiv tədqiqinə əsaslanmır. Belə ki, Bəhrəmtəpə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə X4 icarəsinə 18 ha torpaq sahəsi verilmişdir. İddiaçı cavabdeh X4 icarəsinə ver ilmiş bütün (18 ha) sahəsindən deyil, 11.6 ha torpaq sahəsindən çıxarılmasını və həmin torpaq sahəsi üzərində olan cavabdehlərə məxsus binaların, tikililər və qurğuların sökülməsini tələb etmişdir. Qeyd olunan 11,6 ha torpaq sahəsi, icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə X4 adına qeydiyyata alınan müvafiq olaraq 3.0 ha, 6.0 ha və 2.60 ha torpaq sahələridir. Göründüyü kimi iddiaçı cavabdehlərin Əlif Heydərova icarəyə verilən 18 ha hissəsinin bütövündən deyil, yalnız 11,6 ha hissəsindən çıxarılmasını tələb edir. Bu halda cavabdehlərin məhz qeyd olunan 11,6 hissəsindən istifadə etməsi, xüsusilə cavabdehə məxsus tikililərin 11,6 ha hissəsində və ya bu sahədən kənarda yerləşməsi müəyyən olunmalıdır.

49. Apelyasiya instansiyası məhkəməsi X4 cavabdehlər Cavab deh1 və başqalarına qarşı "torpaq sahəsindən çıxarılma" tələblərinə dair iş üzrə əldə olunmuş məhkəmə tikintitexniki ekspertizasının 30 iyun 2022-ci il tarixli 10/2957 nömrəli ekspert rəyinə istinad etməklə cavabdehlərin mübahisəli 11,6 ha hissəsini özbaşına zəbt etməklə özbaşına tikililər inşa etməsi nəticəsinə gəlmişdir.

50. Lakin həmin rəydə cavabdehlər tərəfindən 11,6 ha torpaq sahəsindən istifadə etməsi müəyyən olunmur. İstinad olunan tikinti-texniki ekspertizasının 30 iyun 2022-ci il tarixli 10/2957 nömrəli ekspert rəyi hazırki işə əlavə edilməsə də, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-6608/2023 saylı qərarından görünür ki, həmin rəylə X5 icarəyə verilmiş 18 ha torpaq sahəsinin faktiki ol araq iddiaçının (Əlif Heydərovun) istifadəsində olması və təyinatı üzrə istifadə olunduğu müəyyən edilmişdir.

51. Göründüyü kimi iddiaçının mülkiyyətində olan 11,6 ha torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunması barədə gəlinən nəticə, bu qənaətə gələrkən məhkəmənin istinad etdiyi ekspert rəyində müəyyən olunan hala uyğun deyildir və məhkəmə bu ziddiyyəti izah etməmişdir.

52. Həmçinin qeyd olunan ekspert rəyində 18 ha torpaq sahəsində 120 kv.metrlik köhnə tikilinin mövcud olduğu, həmin tikilinin faktiki olaraq Cavabdeh1 istifadəsində olduğu qeyd olunub.

53. Apelyasiya instansiyası məhkəməsi tikilinin sökülməsi barədə nəticəyə gəlsə də, bu tiklilinin iddia tələbində göstərilən 11,6 ha torpaq sahəsində yaxud icarəyə verilən 18 ha torpaq sahəsinin qalan hissəsində yerləşməsini müəyyən etməmişdir. Halbuki, bu xüsusat mübahisə üzrə düzgün nəticəyə gəlmək üçün həlledici əhəmiyyət kəsb edirdi. Əgər tikililər iddia ərizəsində bəhs olunan 11,6 ha torpaq sahəsində deyil, həmin torpaqdan kənarda yerləşirsə, o halda tikililərin sökülməsi barədə iddia tələbi təmin edilə bilməzdi.

54. Bundan başqa, cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında, habelə apelyasiya şikayətində torpaq sahəsindən 27 il istifadə etdiyini, məcburi köçkün kimi ona həmin torpaq sahəsində İmişli rayon İcra Hakimiyyətinin və Kare təşkilatının köməyi ilə iki ev tikildiyini, bələdiyyənin həmin torpaq sahəsini qanunsuz olaraq başqa şəxsə icarəyə verdiyini bildirmişdir.

55. Cavabdehin torpaq sahəsindən 27 il istifadə etməsi barədə dəlili, işə baxan məhkəmə üçün həmin torpağın başqa şəxsə verilməsi barədə bələdiyyənin hərəkətinin qanuniliyini yoxlamaq vəzifəsi yaratmırdı. Çünki bu dəlil, bələdiyyənin publik fəaliyyəti ilə bağlı olduğundan inzibati məhkəmə icraatının predmeti ola bilərdi və mülki məhkəmə icraatı qaydasında işə baxan məhkəmə həmin dəlilə qiymət vermək səlahiyyətinə malik deyildi.

56. Lakin cavabdehin torpaq sahəsindən 27 il müddətində istifadə etməsi və orada tikililər inşa edib uzun müddət istifadə etməsi barədə dəlili iddianın həlli üçün əhəmiyyət kəsb edir. Buna baxmayaraq nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi bu dəlilləri cavabdehlə müzakirə etməyib, mübahisəli torpaq sahəsində olan tikililərdən yaşayış sahəsi kimi istifadə edilib edilmədiyini, həqiqətən də bu torpaq sahəsində ona məcburi köçkün kimi ev inşa edilib edilmədiyini, inşa edilibsə bələdiyyə ilə razılaşdırılıb razılaşdırılmadığını, əgər bələdiyyənin razılığı alınmayıbsa bu vaxta kimi bələdiyyənin torpaq sahəsindən cavabdehin çıxarılması və tikililərin sökülməsi üçün hansı tədbir gördüyünü, cavabdehin və ailə üzvlərinin orada evi varsa və həmin ev söküləcəyi təqdirdə başqa yerdə yaşayış yerinə malik olub olmadığını araşdırmamış, tikililrdən yaşayış sahəsi kimi istifadə olunursa tikililərin sökülməsi barədə qəbul ediləcək qərarın milli qanunvericiliklə yanaşı == konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından əsaslandırılmalı olmasını (bax: Avropa İnsan Hüquqları Məhkəməsinin Əhmədova Azərbaycana qarşı iş üzrə 2021-ci il 18 noyabr tarixli qərarı, § 47; Laləzər Məmmədova Azərbaycana qarşı 06 iyun 2023-cü il tarixli qərarı § 17, 18) nəzərə almamışdır.

57. Məhkəmə kollegiyası qeyd edir ki, bundan əvvəl X4 hazırki cavabdehlərə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İmişli rayon Bəhrəmtəpə Bələdiyyəsi cəlb edilməklə) Bəhrəmtəbə Bələdiyyəsi tərəfindən ona icarəyə verilmiş 18,0 ha torpaq sahəsindən cavabdehlərin çıxarılması barədə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)2898/2023 saylı qərarı ilə, iddia tələbini təmin edən Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-151/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

58. Həmin qərarda kassasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarına əlavə olunmuş “X8 və Ekspertiza Mərkəzi” MMC- nin xx.xx.2022-ci il tarixli rəyində qeyd olunur ki, iddiaçıya icarəyə verilmiş 18 ha torpaq sahəsinin 0,5 hektarında Cavabdeh1 məxsus olan fərdi yaşayış evi və digər yardımçı tikililər (çardaq, tövlə, toyuq hini, anbar, əl damı, sanitar qovşaqlar və s.) yerləşir, həmin torpaq sahəsində artezian quyusu və transformator mövcuddur. Cavabdeh qeyd olunan torpaq sahəsindən istifadə etməsi üçün ona əsas verən bələdiyyə qərarı, icarə müqaviləsi və s. sənədləri təqdim etməyib. Lakin bununla yanaşı, onun həmin torpaqdan istifadə etməsinə, orada uzun müddətli fəaliyyətə hesablanmış tikililər (yuxarıda qeyd olunan rəyin mötəbərliyi sübut olunarsa hətta yaşayış evi) inşa edib təsərrüfatla məşğul olmasına bələdiyyə, dövlət orqanları və ya iddiaçının özü tərəfindən etiraz etməsinə dair hər hansı mötəb ər sübut işə əlavə olunmamışdır və məhkəmə tərəfindən də bu hal araşdırılmamışdır. Əksinə, məhkəmənin əsaslandırmasından görünür ki, cavabdehlər mübahisəli torpaq sahəsindən ilk vaxtlar qanuni sahibin razılığı əsasında istifadə ediblər. Məhkəmə tərəfindən cavabdehin dəlilləri ətraflı araşdırılmadığından bilinmir ki, iddiaçı bu cür razılığı nə vaxt (torpaq icarəyə götürdüyü 2007-ci ildə yaxud daha sonra) vermişdir, iddiaçıya torpaq sahəsi icarəyə verilən zaman həmin torpaq sahəsində cavabdehin təsərrüfatı mövcud idimi? Bundan başqa, mövcud vəziyyət hər bir halda, işin hallarına həm də Mülki Məcəllənin 560.1-ci maddəsində müəyyən olunmuş hüquqdan sui-istifadənin yolverilməzliyi barədə müddəaları əsasında qiymət verilməsini tələb edirdi. Çünki əgər iddiaçının cavabdehə torpaq sahəsindən istif adə etməsinə razılıq verməklə və 2007-ci ildən sonra uzun müddət cavabdehdən torpaq sahəsindən çıxmasını tələb etməməklə, orada əsaslı tikinti işləri görməsinə, hətta artezian qazmasına imkan verməklə müşayiət olunan hərəkətləri, cavabdehdə iddiaçının həmin torpaqdan arxayın istifadə etməsinə güvən yaradan əməllərdir. Bu vəziyyətdə cavabdehin torpaqdan çıxarılmasını tələb etmək üçün iddiaçı, cavabdehin onun razılığına güvəndən irəli gələn itkilərini qarşılamaq, müəyyən kompensasiya ödəmək vəzifəsi yaradır. Lakin işə baxmış məhkəmə iddia tələbinin cavabdehin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsindən (Mülki Məcəllənin 560.3.4-cü maddəsi) ibarət olub-olmamasını, iddianın təmin olunması üçün cavabdehə müəyyən kompensasiya ödəməli olub olmadığını araşdırma mışdr. Məhkəmə kollegiyası xatırladır ki, dürüstlük mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Nəzərə alınmalıdır ki, «Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18.1 və 425-ci maddələrinin göstərişlərindən irəli gəlir. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız b aşqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricind ə istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir» (Konstitusiya Məhkəməsinin X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 sentyabr 2021-ci il tarixli qərarı).

59. Məhkəmə kollegiyası hesab edir ki, Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2898/2 023 saylı qərarında ifadə olunmuş yuxarıda göstərilən hüquqi mövqelər hazırda baxılan işdə də keçərlidir.

60. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamə qanuni və əsaslı olmalıdır.

61. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir.

62. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun (“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarı).

63. Apelya siya instansiyası instansiyası məhkəməsinin qətnaməsi bu tələblərə cavab vermir.

64. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bu tələblərə riayət edilmədən çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edi lmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

65. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 2 oktyabr tarixli 2(106)-1575/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar