Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2980/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində X25, X51, X40, X32 və qeyriləri cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, miras payının müəyyən edilməsi və miras əmlakın payları bərabər olmaqla vərəsələr arasında bölünməsi, dövlət reyestrindən çıxarışın, bu çıxarış əsasında aparılmış qeydin, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi) (Mülki mübahisənin kateqoriyası: Əqdin etibarsızlığı; Vərəsəlik hüququndan irəli gələn mübahisəl ər; Mirasın bölüşdürülməsi ilə bağlı mübahisələr; Sübutetmə yükü ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2nə qarşı “Cavabdeh2 tərəfindən verilmiş 30 dekabr 2019-cu il tarixli, 2V-733 reyestr nömrəli, 05 iyul 2012-ci il tarixli, 2V-452 reyestr nömrəli, 30 dekabr 2019-cu il tarixli, 2V-734 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, X9 və X41 məxsus olmuş 1.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona məxsus olan miras payının müəyyən edilməsi və miras əmlakın payları bərabər olmaqla vərəsələr arasında bölünməsi, Cavabdeh3 adına xx.xx.2021-ci i l tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, bu çıxarış əsasında aparılmış qeydin və Cavabdeh1 ilə Cavabdeh3 arasında 0.4763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması barədə Balakən Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Səbuhi Məmmədov tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli, 4Ə-644 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-427/2024 nömrəli, 23 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı Heybulla oğlunun hüquqi varisi X30 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 23 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazı lı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. ünvan 1 soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı (bundan sonra mətndə-iddiaçı) xx xxxxxx 1956-ci ildə doğulmuş, atası X23, anası X59 yazılmışdır.
2. Balakən rayon Aqrar İslahat Komissiyasının 29 iyun 2001-ci il tarixli, 06 nömrəli qərarı ilə X26 və onun 1 nəfər ailə üzvünə (arvadı) mülkiyyətinə ünvan 1i ərazisindən 1,13 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir.
3. Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına (JN-0730, Kod ********) əsasən X26 və onun ailə üzvünə verilmiş 1,13 ha torpaq sahəsi ölçüləri 4322,70 kv.m (730N), 499,23 kv.m (730) və 6525,78 kv.m (730D) olmaqla 3 planşetdə yerləşir. 4. 26 sentyabr 2009-ci il tarixli müqavilənin surətinə əsasən, X59 ƏMDK-nin yanında DƏDRX-in Zaqatala Ərazi idarəsinin qeydiyyat №**********, qeydiyyat tarixi xx.xx.2009-cu il, reyestr kitabı-3, səhifə-135 olan çıxarışına və xx.xx.2009-il tarixli, 844 saylı arayışına əsasən ona məxsus olan ünvan 1ində 0,2497 ha torpaq sahəsində yerləşən 1993-cü ildə tikilən, 1 (bir) mərtəbəli, 5 (beş) otaqlı yaşayış sahəsi 111,54 kv metr, ümumi sahəsi-122,8 kv metrdən ibarət yaşayış evini oğlu Cavabdeh1 bağışlamışdır. 5. 30 dekabr 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, 23 fevral 2011-ci il tarixdə ölmüş X33 ünvan 1ində yaşayan oğlu Cavabdeh1 miras əmlakdan tam irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDKnin yanında DƏDRX-in 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən xx/xx/2022 tarixdə X41 verilmiş seriya nömrəsi JN:0730, K OD 40100048 olan Dövlət Aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1,13 ha olan torpaq sahəsinin mərhuma çatacaq hissəsindən ibarətdir. 6. 30 dekabr 2019-cu il tarixli qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, 03 iyun 1997-ci il tarixdə ölmüş X10 ünvan 1ində yaşayan oğlu Cavabdeh1 miras əmlakdan tam irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDKnin yanında DƏDRX-in 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən xx/xx/2022 tarixdə X41 verilmiş seriya nömrəsi JN:0730, KOD 40100048 olan Dövlət Aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1,13 ha olan torpaq sahəsinin mərhuma çatacaq hissəsindən ibarətdir.
7. Zaqatala rayonu Şərif kənd sovetliyi tərəfindən verilmiş evlənmək haqqında şəhadətnaməyə əsasən, X26 ilə X59 arasında nikah Zaqatala rayonu Şərif kənd sovetliyində 18 yanvar 1948-ci il tarixdə 1 nömrə ilə nikah qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Xutrayeva soyadı verilmişdir. 8. ünvan 1 soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnaməyə əsasən, Cavabdeh1 Heybulah oğlu xx xxxxxx 1958-ci ildə doğulmuş, atası X23, anası X42r.
9. Balakən RİHB-nin Şərif kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən 08 dekabr 2019-ci ildə verilmiş 328 nömrəli arayışa əsasən, X59 vəfat etdiyi 23 fevral 2011-cı il tarixdə Balakən rayon Şərif kəndində daimi qeydiyyatda olmuşdur, mərhumun aşağıda qeyd edilən vərəsələri olmuşdur: əri- X26, oğlu Cavabdeh1 Heybulah oğlu.
10. Cavabdeh1 Heybulah oğlu tərəfindən 20 dekabr 2019-cu il tarixdə Cavabdeh2nə verilmiş ərizəyə əsasən, ünvan 1ində yaşayan 03 iyun 1997-ci il tarixdə vəfat etmiş X5 qalmış miras payını qəbul edir.
11. Cavabdeh1 Heybulah oğlu tərəfindən 20 dekabr 2019-cu il tarixdə Cavabdeh2nə verilmiş ərizəyə əsasən, ünvan 1ində yaşayan 23 fevral 2011-ci il tarixdə vəfat etmiş X27 qalmış miras payını qəbul edir. 12. 28 dekabr 2019-cu il tarixli B-303 nömrəli daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmasına, hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyə) dair dövlət reyestrindən arayışa əsasən, ünvan 1i ünvanında yerləşən 1,13 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ X10 və X33 adına daşınmaz əmlakın reyestrində nömrəli reyestr kitabının - vərəqində qeydə alınmışdır. 25 dekabr 2019-ci il tarixi üçün məhdudiyyət və yüklülük qeydə alınmamışdır.
13. Balakən RİHB-nin Şərif kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən 24 dekabr 2019-ci ildə verilmiş 1022 nömrəli arayışa əsasən, Cavabdeh1 03 iyun 1997-ci tarixdə vəfat etmiş mərhum atası X10 və 23 fevral 2011-ci il tarixdə vəfat etmiş mərhum X33 ölümündən sonra mərhumların dəfn xərclərini çəkmiş, yas mərasimlərini yola salmış, mərhumlara məxsus təsərrüfatı qəbul edib sahiblənmiş, torpaq sahələrini əkib-bəcərmiş, məhsulunu toplamış, vergi borcunu ödəmiş, pay torpaqlarından istifadə etmiş, bununla da mirası faktiki qəbul etdiyini nümayiş etdirmişdir.
14. Balakən rayon Şərif kənd bələdiyyəsi tərəfindən 24 dekabr 2019-ci ildə verilmiş 48 nömrəli arayışa əsasən, Cavabdeh1 mərhum anası 23 fevral 2011-ci ildə vəfat etmiş X33 və 03 iyun 1997-ci il tarixdə vəfat etmiş mərhum atası X10 ölümündən sonra mərhumlara məxsus pay torpağının vergi borclarını ödəmişdir.
15. Balakən rayon Qeydiyya t Şöbəsi tərəfindən 10 yanvar 2020-ci il tarixdə verilmiş 27 №-li arayışına əsasən, X26 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və 03 iyun 1997-ci ilədək onun nikahının qeydə alınmasına dair məlumat aşkar edilməmişdir. Qeyd: Balakən rayon Şərif kənd icra nümayəndəliyi tərəfindən tərtib olunmuş 05 iyun 1997-ci il tarixli 15 nömrəli ölüm haqqında akt qeydinə əsasən X26 03 iyun 1997-ci ildə vəfat etmişdir.
16. Balakən RİHB-nin Şərif kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən 08 yanvar 2020-ci ildə verilmiş 08 nömrəli arayışa əsasən, X26 vəfat etdiyi 03 iyun 1997cı il tarixdə Balakən rayon Şərif kəndində daimi qeydiyyatda olmuşdur, mərhumun aşağıda qeyd edilən vərəs ələri olmuşdur: arvadı X59, oğlu iddiaçı, oğlu Cavabdeh1 Heybulah oğlu.
17. Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 10 yanvar 2020-ci il tarixdə verilmiş 28 №-li arayışa əsasən X59 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və xx.xx.2011-ci ilədək onun nikahının qeydə alınmasına dair məlumat aşkar edilməmişdir. Qeyd: Balakən rayon Şərif kənd icra nümayəndəliyi tərəfindən tərtib olunmuş xx.xx.2011-ci il tarixli 05 nömrəli ölüm haqqında akt qeydinə əsasən X59 xx.xx.2011-ci ildə vəfat etmişdir.
18. Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 10 yanvar 2020-ci ildə verilmiş 01 nömrəli arayışa əsasən Azərbaycan Respublikasının vətəndaşı XX.XX.1928-ci il tarixdə Balakən rayonun Şərif kəndində anadan olmuş X59 barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 23 fevral 2011-ci ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: oğlu X11-xx.xx.1952, oğlu-iddiaçı xx.xx.1956, oğlu Cavabdeh1 Heybulah oğlu-xx.xx.1958, qızı- X15-xx.xx.1961. Qeyd: “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə Azərbaycan Respublikasının qeydiyyat orqanları tərəfindən tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktlarına dair məlumatlar daxildir.
19. Ədliyyə Nazirliyi Cavabdeh2 Dağıstan Respublikası Mahaçqala şəhəri Stepnoy qəsəbəsi ünvanında yaşayan iddiaçının etibarnamə üzrə nümayəndəsi Xutrayeva Hürü Seyidməmməd qızına ünvanlanmış 13 yanvar 2020- ci il tarixli 14 nömrəli məktuba əsasən, Cavabdeh2nə müraciət edərək 23 fevral 2011-ci il tarixdə vəfat etmiş mərhum anası X33 və 03 iyun 1997-ci il tarixdə vəfat etmiş mərhum atası X10 mirasına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir. Bildirilir ki, mirası faktiki qəbul edən vərəsə olan qardaşı Cavabdeh1 mərhum anası X33 mirasına 30 dekabr 2019-cu il tarixdə 2V-733 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və mərhum atası X10 mirasına isə 05 iyul 2012-ci il tarixdə 2V-452 nömrəsi ilə əmanət hesabında pul vəsaitinə dair, 30 dekabr 2019cu il tarixdə 2V-734 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. 20. 10 mart 2021-ci il tarixli AN-İ №0924001 daşınmaz əml akın alqı-satqı müqaviləsinin surətinə əsasən, Cavabdeh1 ünvan 1ində yerləşən, ümumi sahəsi 0.6526 ha olan torpaq sahəsini 4000 (dörd min) manata Cavabdeh3 satmışdır.
21. Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********16 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən ünvan 1ində 0,4763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 103 №li reyestr kitabının 57 №li vərəqində xx.xx.2021-ci il tarixdə Cavabdeh3 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
22. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi ********* *16 olan, 619931 qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsünə əsasən, ünvan 1i 0,4763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh3 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
23. Balakən RİHB-nin Şərif kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən 03 aprel 2024-cü il tarixdə verilmiş 182 №-li arayışa əsasən Şərif kənd sakini mərhum X6 ailə tərkibi aşğıdakı kimi olmuşdur: arvadı X59, oğlu X28, oğlu X16, oğlu iddiaçı, oğlu Cavabdeh1 Heybulla oğlu, qızı X34.
24. Balakən RİHB-nin Şərif kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən 03 aprel 2024-cü il tarixdə verilmiş 183 №-li arayışa əsasən Şərif kənd sakini Cavabdeh1 Heybulla oğlunun ailə tərkibi aşağıdakı kimidir: arvadı X17, oğlu X37, qızı X38.
25. Balakən RİHB-nin Şərif kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən 03 aprel 2024-cü il tarixdə verilmiş 184 №-li arayışa əsasən Şərif kənd sakini mərhum X18 ailə tərkibi aşağıdakı kimidir: oğlu X43, oğlu X52.
26. Balakən RİHB-nin Şərif kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən 03 aprel 2024-cü il tarixdə verilmiş 180 №-li arayışa əsasən Şərif kənd sakini mərhum X3 ailə tərkibi aşağıdakı kimidir: arvadı X19, oğlu X73(ov) oğlu, oğlu X74(ov) oğlu.
27. Balakən RİHB-nin Şərif kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən 03 aprel 2024-cü il tarixdə verilmiş 181 №-li arayışa əsasən Şərif kənd sakini mərhum X12 ailə tərkibi aşağıdakı kimidir: arvadı X24, oğlu X51, oğlu X49, qızı X29 İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci insta nsiya məhkəməsində icraat:
28. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 tərəfindən verilmiş 30 dekabr 2019-cu il tarixli 2V-733 reyestr nömrəli, 05 iyul 2012-ci il tarixli 2V-452 reyestr nömrəli, 30 dekabr 2019-cu il tarixli 2V-734 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, mərhum atası X9 və anası Xutrayeva Havva İsa qızına məxsus olmuş 1.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona məxsus olan miras payının müəyyən edilməsi və miras əmlakın payları bərabər olmaqla vərəsələr arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
29. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə mülki işin icraatı, ölmüş iddiaçının hüquqi varisi müəyyən edilənək, dayandırılmışdır.
30. Balakən Rayon Məhkəməsinin müvafiq qərardadı ilə ölmüş iddiaçı onun hüquqi varisi X30 ilə əvəzlənmiş və işin icraatı təzələnmişdir.
31. İddiaçının hüquqi varisi nümayəndəsi-vəkili Nümayəndə2 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh2 tərəfindən verilmiş 30 dekabr 2019-cu il tarixli 2V-733 reyestr nömrəli, 05 iyul 2012- ci il tarixli 2V-452 reyestr nömrəli, 30 dekabr 2019-cu il tarixli 2V-734 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, mərhum atası X9 və anası X64ma məxsus olmuş 1.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona məxsus olan miras payının müəyyən edilməsi və miras əmlakın payları bərabər olmaqla vərəsələr arasında bölünməsi, Cavabdeh3 adına xx.xx.2021-ci il t arixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, bu çıxarış əsasında aparılmış qeydin və Cavabdeh1 Heybulla oğlu ilə Cavabdeh3 arasında 0.4763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması barədə Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X35 tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli 4Ə-644 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
32. İddiaçının hüquqi varisi X14 nümayəndəsi-vəkili Nümayəndə2 iddianı onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxxxx 1956-cı ildə Balakən rayonunun Şərif kəndində anadan olmuşdur, atası X23, anası isə X42r. Onlar qeyri rəsmi nikahla evlənmiş, nikahlarını rəsmiləşdirməmişlər. Faktiki nikahlarından dörd uşaqları olmuşdur: xx.xx.1952ci ildə X13, 2512.1956-cı ildə iddiaçı, xx.xx.1958-ci ildə Cavabdeh1 və xx.xx.1961-ci ildə X15 doğulmuşdur. İddiaçının qardaşı X13 xx.xx.2005-ci ildə ölmüşdür. İddiaçının atası X23 03 iyun 1997-ci ildə, anası X59 isə 23 fevral 2011-ci ildə ölmüşdür. ünvan 1ində aparılan torpaq islahatı nəticəsində İddiaçı atası X9 və anası X41 Balakən rayon Aqrar İslahat Komissiyasının 29 iyun 2001-ci il tarixli, 06 saylı qərarı ilə 1.13 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Qeyd edilən 1.13 torpaq sahəsinə JN 730 KOD 40100048 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hazırlanmışdır. Qeyd edilən əmlaklar iddiaçının atasının və anasının ölümündən sonra miras qalmışdır. İddiaçı həmin əmlakl ardakı payını vərəsəlik yolu ilə əldə etmək məqsədi ilə Cavabdeh2nə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmişdir. Həmin sənədlər Cavabdeh2ndə araşdırılmış, ona 13 yanvar 2020-ci il tarixli, 14 nömrəli cavab məktubu verilmişdir. Məktubda göstərilir: Cavabdeh2nə müraciət edərək xx.xx.2011-ci il tarixdə vəfat etmiş mərhum anası X33, xx.xx.1997-ci il tarixdə vəfat etmiş mərhum atası X10 mirasına Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir. Bildirilir ki, mirası faktiki qəbul edən vərəsə olan qardaşı Cavabdeh1 mərhum anası X33 mirasına xx.xx.2019-cu il tarixdə 2V-733 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və mərhum atası X10 mirasına isə xx.xx.2012-ci il tarixdə 2V-452 reyestr nömrəsi ilə əmanət hesabınd a olan pul vəsaitinə dair, xx.xx.2019- cu il tarixdə 2V-734 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. İddiaçı valideynlərinin ölümündən sonra onların dəfnini həyata keçirmişdir. Onların ölümündən sonra həmin təsərrüfata gedib-gəlmişdir. Həmin müddətdə iddiaçının qardaşı Cavabdeh1lə heç bir mübahisələri olmamışdır. İddiaçının qardaşı ilə mirasla bağlı mübahisələri olmadığından, həm də hüquqi məlumatsızlığından Cavabdeh2nə mirasın qəbulu haqqında ərizə verməmişdir. İddiaçının qardaşı Cavabdeh1 ondan xəbərsiz Cavabdeh2nə müraciət etmiş, Cavabdeh2 tərəfindən mərhumların digər vərəsələrinin olub-olmaması araşdırmadan onun mərhum anası X33 mirasına xx.xx.2019-cu il tarixdə 2V-733 reyestr nömrəsi ilə kənd təsərr üfatı təyinatlı torpaq sahəsinə, mərhum atası X10 mirasına xx.xx.2012-ci il tarixdə 2V-452 reyestr nömrəsi ilə əmanət hesabında olan pul vəsaitinə dair, xx.xx.2019- cu il tarixdə 2V-734 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Balakən rayon Qeydiyyat Şöbəsinin 01 saylı 10 yanvar 2020-ci il tarixli arayışından görünür ki, 1928-ci ildə anadan olmuş X33 xx.xx.1952ci ildə X13, xx.xx.1956-cı ildə iddiaçı, xx.xx.1958-ci ildə Cavabdeh1 və xx.xx.1961-ci ildə X15 adında uşaqları doğulmuşdur. Mərhumların üç nəfər vərəsələri olduğu halda, Cavabdeh2 tərəfindən mərhumlardan qalmış miras əmlaklara Cavabdeh1 xx.xx.2019-cu il tarixdə 2V-733 reyestr nömrəsi ilə, xx.xx.2012-ci il tarixdə 2V-452 reyestr nömrəsi ilə, xx.xx. 2019-cu il tarixdə 2V-734 reyestr nömrəsi ilə bütün mirasa məcburi pay saxlanılmadan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir.Cavabdehə verilmiş şəhadətnamələr qanunsuz sayılmalı və digər vərəsələrin də payı müəyyən edilməlidir. Həmçinin 25 noyabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh1 vəkili Nümayəndə1 məhkəməyə Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı və həmin torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixdə tərtib edilmiş AA 619931 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin surətini təqdim etmişdir. Həmin sənədlərdən görünür ki, X9 və X41 məxsus olmuş 1.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı m əhkəmənin icraatında iş olduğu halda Cavabdeh1 1.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.4763 ha hissəsini Cavabdeh3 Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X35 tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli 4Ə-644 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında satmışdır. Buna görə də Cavabdeh3 Şəmsəddin oğlunun adına xx.xx.2021-ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və Cavabdeh1 Heybulla oğlunun 1.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.4763 ha hissəsini Cavabdeh3 satmasına dair Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X35 tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli 4 -Ə644 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi məhkəmə qaydasında mübahisələndirilməklə onlara hüquqi qiymət verilməlidir.
33. Cavabdeh1 və onun nümayəndəsi- vəkili Nümayəndə1 iddianı qəbul etməyərək, ölmüş cavabdeh İddiaçı tərəfindən mərhum atası X4 və mərhum anası X27 qalmış mirası nə notariat orqanına ərizə verməklə, nə də onların miras əmlakına yiyələnməklə və faktiki idarə etməklə qəbul etmədiyini, mərhum X4 və mərhum X27 qalmış mirasın notariat orqanına ərizə verməklə və Xeybullah Xutrayevin bankdakı əmanətini almaqla yalnız Cavabdeh1 tərəfindən qəbul olunduğunu, notariat kontoru tərəfindən mərhum atası və anasının mirasına dair yalnız Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verildiyini, digər vərəsələrin mirası qəbul etmədiklərini, Cavabdeh1 qanuni əsasla rla atası və anasından qalmış mirası öz adına sənədləşdirdiyini və qanuni əsaslarla da miras qalmış 1.13 ha torpaq sahəsinin 0.4763 ha hissəsini notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 satdığını, iddiaçının və onun vərəsələrinin belə bir iddia qaldırmaqda hüquqlarının olmadığını, həmçinin iddia müddətinin ötürüldüyünü, iddia müddətinin tətbiq olunması barədə ərizə verdiklərini, iddianın əsassız olduğunu bildirərək, iddianın təmin olunmamasını xahiş etmişlər.
34. Cavabdeh3 Cavabdeh1 notarial qaydada təsdiq olunmuş 03 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 xüsusi mülkiyyətində olan 1.13 ha torpaq sahəsinin 0.4763 ha hissəsini qanuni əsaslarla vicdanlı alıcı kimi aldığını və həmin 0.4763 ha torpaq sahəsinə olan mülkiyyət hüquqlarını n xx.xx.2021-ci il tarixdə **********16 reystr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığını, alqı-satqı zamanı torpaq sahəsinə dair hər hansı mübahisənin olmasından məlumatı olmadığını, bu alqısatqı zamanı heç bir qanun pozuntusunun olmadığını, torpaq sahəsinin dəyərini ödədikdən sonra həmin torpaq sahəsinə qanuni sahiblik etdiyini, onun torpaq sahəsinin vicdanlı alıcısı olduğunu bildirərək ona münasibətdə iddianın təmin olunmamasını xahiş etmişdir.
35. Şahid X24 ifadəsində göstərdi ki, iddiaçı və Cavabdeh1 onun qayınlarıdır, onlar əri X7 qardaşlarıdır. X76 2016-cı ildə ölmüşdür. X1 xx.xx.1997-ci il tarixdə vəfat etmiş, qaynanası olmuş X59 isə xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. İddiaçı mərhumların yas mərasimlərində iştirak etmiş, hər dəfə gələndə bir neçə gün kən ddə qalmışdır. Heybulla Xutrayev öz sağlığında iddiaçıya ona məxsus torpaq sahəsində olan bir otaqdan ibarət evi vermiş, X10 ölümündən sonra Maksud Şəmsəddini atasından miras qalmış əmlaklara buraxmamış, onlar arasında miras üstündə narazılıq olmuşdur. Sonradan Maksud həmin torpaqda olan bir otaqlı evi sökmüşdür.
36. Şahid X51 ifadəsində göstərdi ki, iddiaçı və Cavabdeh1 onun əmiləridir. Əmisi Şəmsəddin 1995-ci ildən sonra Rusiya Federasiyasına getmişdir. X2 xx.xx.1997-ci il tarixdə vəfat etmiş, nənəsi X59 isə xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Onların hər ikisinin yas mərasimində əmisi iddiaçı iştirak etmişdir. X57 öz sağlığında ona məxsus torpaq sahəsində olan bir otaqdan ibarət evi əmisi idiaçıya vermiş, babasının ölümündən sonra Maksud əmisi Şəmsəddini atasından miras qalmış əmla klara buraxmamış, sonradan isə Maksud həmin torpaqda olan bir otaqlı evi sökmüşdür. Babasının ölümündən sonra isə iddiaçı ona məxsus olan torpaq sahəsində bir neçə il kartof əkmişdir. Hansı illərdə əkdiyini isə dəqiq xatırlamır.
37. Şahid1 ifadəsində göstərdi ki, iddiaçı onun bacanağı olmuşdur. İddiaçı Rusiya Federasiyasında yaşamış, atasının və anasının dəfn mərasimlərində iştirak etmiş, hər dəfə orada bir müddət qaldıqdan sonra Rusiyaya qayıtmışdır. Atasının ölümündən sonra ona məxsus olan torpaq sahəsində iddiaçı ağaclar əkmiş, torpağı əkib becərmiş, atasının ona verdiyi bir otaqlı evi təmir etdirmişdir. Lakin atasının ölümündən sonra digər qardaşı Maksudla torpaq sahəsinə görə aralarında mübahisə olmuş, Maksud sonradan Şəmsəddini miras əmlaklardan istifadə etməsinə maneçilik törətmişdi r.
38. Şahid5 ifadəsində göstərdi ki, iddiaçı onun bacısı oğludur. X26 xx.xx.1997-ci il tarixdə, X59 isə xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Onların dəfnini Maksud təşkil etmiş, onlardan miras qalmış əmlakları da Maksud idarə etmişdir. İddiaçı Rusiya Federasiyasında yaşamış, valideynləri ölərkən dəfn mərasimində iştirak etmiş və qayıtmışdır.
39. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid4 və Şahid3 ifadələrində X10 xx.xx.1997-ci il tarixdə, X33 isə xx.xx.2011-ci il tarixdə vəfat etdiklərini, onların dəfnini Maksudun təşkil etdiyini, onlardan miras qalmış əmlakları da Maksudun idarə etdiyini, iddiaçının Rusiya Federasiyasında yaşadığını, yalnız valideynləri ölərkən Balakən rayonuna qayıdaraq dəfn mərasimlərində bir neçə gün iştirak etdiyini, iddiaçının valideynlərindən miras qalmış əmlaklarda heç bir təmir- tikinti işləri aparmadığını, vergilərini ödəmədiyini, torpaq sahəsini əkib-becərmədiyini bildirmişlər.
40. Balakən Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 23 dekabr 2022-ci il tarixli, 2(019)7/2022 saylı qətnaməsi ilə (hakim Z.Tahirov) iddia tələbinin təmin edilməməsi, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ölmüş iddiaçının hüquqi varisi X22 aid edilməsi qət edilmişdir.
41. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ölmüş iddiaçının hüquqi varisi onun atasından və anasından miras qalmış əmlakları qəbul etdiyini sübut etməli idi. Ölmüş iddiaçının hüquqi varisi və onun nümayəndələri iddiaçının mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı i darə etməyə faktiki başlamaqla və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə valideynlərindən qalmış mirası qəbul etdiyini sübut edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişlər. Ölmüş iddiaçının hüquqi varisinin nümayəndələri sübut olaraq şahidləri məhkəmə iclasına dəvət etmiş, lakin iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş şahidlər X24, X51 və Şahid1 ifadələrində xx.xx.1997-ci il tarixdə ölmüş X5 və xx.xx.2011-ci il tarixdə ölmüş X27 qalmış mirasın iddiaçı tərəfindən mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə qəbul edilməsini təsdiq etməmişlər.
42. Məhkəmə qeyd edib ki, xx.xx.19 97-ci il tarixdə ölmüş X5 və xx.xx.2011-ci il tarixdə ölmüş X27 miras qalmış əmlakları bölüşdürərkən notarius tərəfindən ilk növbədə mirası faktiki qəbul etmiş vərəsələrin dairəsi müəyyən edilməli idi. Belə ki, mərhumların dörd nəfər övladları olsa da, onlardan üçü mirasın qəbulu ilə bağlı hər hansı hərəkətlər etməmiş, qanunda nəzərdə tutulmuş müddətdə mirasın qəbulu barədə mirasın açıldığı yer üzrə notariat orqanına ərizə ilə müraciət etməmiş, mirası faktiki qəbul və idarə etdiklərini məhkəməyə sübut etməmişlər. Buna görə də mirasın qəbulu üçün notariat orqanına ərizə vermədiklərindən, eyni zamanda onların miras əmlaka faktiki sahiblik etməklə qəbul etmədiklərindən onlar susmuş vərəsə hesab edilməlidir.
43. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 60cı maddələrinə, Mülki Məcəllənin 139.1, 139.3, 146.1, 146.2, 152.1, 152.5, 157.2, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339, 350, 354.1, 354.2, 149.2, 1263, 1133.1, 1133.2, 1145, 1151.1, 1151.2, 1159.1, 1159.1.1, 1243, 1243.2, 1243.3, 1246, 1255, 1256, 1268.1, 1269, 1272, 1274, 1276, 1291, 1321, 1321.2, 1322-ci maddələrinə, «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanununun 22.1 və 22.2-ci maddəsinə, İnsan Hüquqları Bəyannaməsinin 18-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 4.1, 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
44. Qətnamədən narazı qalan iddiaçının hüquqi varisi X30, onun nümayəndəsi X20 apellyasiya şikayəti verərək birinci inst ansiya məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(019)7/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
45. Şikayət onunla əsaslandırılmışdır ki, qeyd edilən 1,13 ha torpaq sahəsinə JN 730 KOD 40100048 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hazırlanmışdır. Qeyd edilən əmlaklar iddiaçının atasının və anasının ölümündən sonra miras qalmışdır. İddiaçı həmin əmlaklardakı payını vərəsəlik yolu ilə əldə etmək məqsədi ilə Cavabdeh2nə müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmişdir. Həmin sənədlər Cavabdeh2ndə araşdırılmış, ona 13 yanvar 2020-ci il tarixli, 14 nömrəli cavab məktubu verilmişdir. Məktubda göstərilmişdir ki, Cavabdeh2nə müraciət edərək xx.xx.2011-ci il tarixdə vəfat etmiş mərhum anası X33, xx.xx.1997-ci il tarixdə vəfat etmiş mərhum atası X10 mirasına Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Bildirmişlər ki, mirası faktiki qəbul edən vərəsə olan qardaşı Cavabdeh1 mərhum anası X33 mirasına xx.xx.2019-cu il tarixdə 2V-733 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və mərhum atası X6 mirasına isə xx.xx.2012ci il tarixdə 2V-452 reyestr nömrəsi ilə əmanət hesabında olan pul vəsaitinə dair, xx.xx.2019cu il tarixdə 2V734 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. İddiaçı valideynlərinin ölümündən sonra onların dəfnini həyata keçirmişdir. Onların ölümündən sonra həmin təsərrüfata gedib-gəlmişdir. Həmin müddətdə iddiaçının qard aşı Cavabdeh1lə heç bir mübahisələri olmamışdır. Şəmsəddinin qardaşı ilə mirasla bağlı mübahisələri olmadığından, həm də hüquqi məlumatsızlığından Cavabdeh2nə mirasın qəbulu haqqında ərizə verməmişdir. İddiaçı qardaşı Cavabdeh1 ondan xəbərsiz Cavabdeh2nə müraciət etmiş, Cavabdeh2 tərəfindən mərhumların digər vərəsələrinin olub-olmaması araşdırmadan onun mərhum anası X33 mirasına xx.xx.2019-cu il tarixdə 2V-733 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, mərhum atası X6 mirasına xx.xx.2012-ci il tarixdə 2V-452 reyestr nömrəsi ilə əmanət hesabında olan pul vəsaitinə dair, xx.xx.2019-cu il tarixdə 2V-734 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Cavabdehə verilmiş şəhadətnamələr qanunsu z sayılmalı və digər vərəsələrin də payı müəyyən edilməlidir. Həmin sənədlərdən görünmüşdür ki, X9 və X41 məxsus olmuş 1,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı məhkəmənin icraatında iş olduğu halda, Cavabdeh1 1,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,4763ha hissəsini Cavabdeh3 Balakən Regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X35 tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli 4Ə-644 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında satmışdır. Buna görə də Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və Cavabdeh1 1,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,4763ha hissəsini Cavabdeh3 satması na dair Balakən Regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X35 tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli 4-Ə-644 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi məhkəmə qaydasında mübahisələndirilməklə onlara hüquqi qiymət verilməlidir.
46. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli, 2(107)-513/2023 nömrəli qətnaməsi ilə (hakimlər: M.A.Əsədli (sədrlik edən və məruzəçi),Ə.T.Məcidov və E.M.Mehdiyev) apellyasiya şikayəti təmin edilməsi, iş üzrə biinci instansiya məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(019)7/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmasını qət etmişdir.
47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq göstərmiş dir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur.
48. Məhkəmə qeyd etmişdir ki, iddiaçı miras əmlakı qanunla müəyyən edilmiş qaydada və müddətdə qəbul etməmişdir, Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, bu çıxarış əsasında aparılmış qeydin və Cavabdeh1 Heybulla oğlu ilə Cavabdeh3 arasında 0,4763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması barədə Balakən Regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X44 tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli 4Ə-644 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbini irəli sürməyə subyektiv hüququ da olmamışdır.
49. Beləliklə, xx.xx.2021-ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərkən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdır.
50. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyanın 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 140, 149, 152.1, 152.5, 182.1, 337.1, 337.2, 1145, 1151.1, 1159.1, 1243.2, 1243.3, 1246, 1262, 1263, 1282 və 1283-c ü maddələrinə və «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanuna istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:
51. İddiaçının hüquqi varisi X30, nümayəndəsi Xutrayeva Hürü Seyidməmməd qızı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-513/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işi yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul etməyi xahiş etmişdir.
52. İddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 149, 182, 1159.1, 1243.2, 1243.3, 1257 və 1291-ci və MPM-nin 14.2, 77 və 88-ci maddələrinə istinad edərək, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğunu qeyd etmiş, göstərmişdir ki, mira s əmlak məhkəmədə mübahisələndirildiyi müddətdə Cavabdeh1 mirasın bir hissəsini başqa şəxsin adına özgəninkiləşdirmiş, notariat orqanı işdə cavabdeh olduğu halda notariat əməliyyatı aparmaqdan imtina etməyərək mirası əmlakı başqa şəxsin adına rəsmiləşdirilməsinə nail olmuşlar. Belə olan halda hesab edirik ki, üçüncü şəxsin əldə etdiyi vicdanlı əldə edən hesab edilməməlidir.
53. Bundan əlavə kasasiya şikayətində qeyd olunmuşdur ki, Notariat Ofisi iddiaçının mərhumların mirası qəbul etmiş vərəsə olduğunu qəbul etmiş, tərəflər arasında yalnız mirasın bölüşdürülməsi ilə bağlı mübahisənin olduğunu müəyyən etmişdir. Lakin məhkəmələr işin bu hallarına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı miras açılan andan mirası faktiki qəbul etmişdir.
54. Azərbaycan Respublika sı Ali Məhkəməsinin (hakimlər Ə.Nurməmmədov, A.Hüseynov, Z.Babayev) 2(102)-32/2024 nömrəli, 22 yanvar 2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin 2(107)-513/2023 nömrəli, iş üzrə 18 may 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, işə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilmişdir.
55. Kassasiya instansiyası məhkəməsinin göstərişləri ondan ibarət olmuşdur ki, iddiaçının vərəsəlik hüququna, mirası qəbul edib-etməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməməsi əsasında hüquqi qiymət verilməlidir. Belə ki, mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formad a mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Odur ki, şəxsin mirası qəbul etməməsinə görə onun vərəsəlik hüququndan məhrum olması barədə mövqe Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət və vərəsəlik hüquqlarına ziddir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:
56. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(107)427/2024 nömrəli qətnaməsi ilə (hakimlər: E.Ş.Hüseynov (sədrlik edən və məruzəçi), G.İ.Cavadova, Ə.V.Kərimov) apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(01 9)-7/2022 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, Cavabdeh2 tərəfindən verilmiş 30 dekabr 2019-cu il tarixli 2V-733 reyestr nömrəli, 30 dekabr 2019-cu il tarixli 2V-734 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, X23 və X27 miras qalmış 1.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.6540 ha hissəsinə onların vərəsələri olan İddiaçı, Cavabdeh1, X8, Uruxova (Xutrayeva) Xacay Heybullah qızının və X7 hər birinin 1/5 hissə olmaqla paylarının müəyyən edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
57. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə əsasən, iddiaçının vərəsəlik hüququna, mirası qəbul edib-etməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməməsi əsasında hü quqi qiymət verilməlidir. Belə ki, mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Odur ki, şəxsin mirası qəbul etməməsinə görə onun vərəsəlik hüququndan məhrum olması barədə mövqe Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət və vərəsəlik hüquqlarına ziddir.
58. Məhkəmə kollegiyası qeyd edib ki, iddia ərizəsində 05 iyul 2012-ci il tarixli 2V452 reyestr nömrəli əmanət hesabında olan pul vəsa itinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi tələbi göstərilsə də, həmin pul vəsaitindən miras payların müəyyən edilməsi və bölünməsi tələbi göstərilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən 05 iyul 2012-ci il tarixli 2V-452 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə işə baxan məhkəmələrə təqdim olunmamışdır. Həmçinin, şikayətin digər dəlilləri əsassızıdır. Belə ki, Cavabdeh3 ilə Cavabdeh1 arasında notarial qaydada təsdiq olunmuş 03 iyun 2021-ci il tarixli 4Ə-644 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 xüsusi mülkiyyətində olan 1.13 ha torpaq sahəsinin 0.4763 ha hissəsinin Cavabdeh3 satılması zamanı qanunvericiliyin tələbləri pozulmamışdır. Alqı-satqı zamanı torpaq sahəsinə dair hər hansı mübahisənin olmasından C avabdeh3 məlumatı olmamış, bu alqı-satqı zamanı heç bir qanun pozuntusu olmamış, Cavabdeh3 torpaq sahəsinin dəyərini ödədikdən sonra həmin torpaq sahəsinə dair müqaviləni imzlayaraq torpaq sahəsini qanuni əsaslarla almışdır.
59. Məhkəmə kollegiyası əlavə edib ki, özügedən miras əmlakla bağlı iddiaçının etibarsızlığını tələb etdiyi Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, bu çıxarış əsasında aparılmış qeydin və Cavabdeh1 ilə Cavabdeh3 arasında 0.4763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması barədə Balakən Regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu Səbuhi Məmmədov tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli 4Ə -644 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin qanunsuz və əsassız olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, bu vəzifə iddiaçının üzərinə düşür. Cavabdeh3 adına xx.xx.2021ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, bu çıxarış əsasında aparılmış qeydin və Cavabdeh1 ilə Cavabdeh3 arasında 0.4763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması barədə Balakən Regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X44 tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli 4Ə-644 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qanunda nəzərdə tutulmuş hüquqi əsaslar və faktiki hallar müəyy ən edilməmişdir. Qanunda əqdlərin etibarsızılığ üçün əsaslar və şərtlər nəzərdə tutulmuşdur və yalnız qanunvericilikdə göstərilən hallar olduğu təqdirdə əqd etibarsız hesab edilə bilər.
60. Bundan başqa, xx.xx.2021-ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərkən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdır.
61. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 337.4, 1145, 1243.2, 1243.3, 1246, 1255 və 1273-1-ci maddələrinə, 2000-ci i lin sentyаbr аyının 1-dək qüvvədə оlmuş Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 528 və 552-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8 və 22.1-ci maddələrinə, AR MPM-in 9, 14.2, 50.3, 77.1, 88, 217, 218.1, 372.1, 372.2, 372.6, 372.7, 384.0.2, 385.1, 386 və 390-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri:
58. İddiaçının hüquqi varisi (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)-427/2024 nömrəli qətnaməsinin iddianın təmin olunmayan hissəsinin ləğv edilməsi və işin həmin hissəsinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsin i xahiş etmişdir.
59. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, hazırki işdə miras əmlak yalnız torpaq deyildir, torpaqla bərabər bankda mövcud olmuş miras qalmış pul vəsaitindən ibarətdir. Həmin miras əmanət hesabında olan pul vəsaitinə dair əmlak hesab olunur. Həmin əmlaka dair xx.xx.2012-ci ildə tarixli 2V-452 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin də ləğv edilməsi tələbi iddia ərizəsinə əlavə edilmişdir. Lakin apelyasiya məhkəməsi işin vərəsəliklə bağlı mübahisəni tam həll etməmişdir, yəni əmanət hesabında olan pul vəsaitinə dair vərəsəlik mübahisəni qətnamənin nəticə hissəsində düzgün həll etməmişdir. Mərhumlardan miras qalmış əmlakın iddiaçıya düşən payı üzərində miras açıldığı gündən iddiaçının mülkiyyət hüququ vardır. Apelyasiya instansiya məhkəməsi iddianın vərəsəli yə dair hissəsini tam düzgün həll etməsə də bir hissəsini həll etmiş, digər hissəsini, yəni əmanət pul vəsaitinə dair hissəsini düzgün həll etməmiş vərəsəliyə dair mübahisəni həll edərkən miras əmlakları hansı qanuna əsasən fərqləndirdiyi barədə dəyərləndirmə aparmamışdır. İddianın alqı-satqısına dair hissəsinə isə ümumiyyətlə düzgün hüquqi qiymət verməmişdir.Apellyasiya instansiya məhkəməsinin qətnaməsinin 20-ci bəndində qeyd olunmuşdur ki, Maksud 0,6526 ha torpaq sahəsini 4000 manata Cavabdeh3 satmışdır. Qətnamənin 21-ci bəndində isə qeyd olunur ki, həmin torpaq sahəsinin 0,4763 ha hissəsi DƏDR-də Cavabdeh3 adına qeydiyyat alınmışdır. Buradan başa düşmək olur ki, Cavabdeh1 iş məhkəmədə gedən zaman miras qalmış torpağın hamısını, yəni bütöv hissəsini 2 müqavilə əsasında satmışdır. Məhkəmə isə işin bu halı ilə əlaqədar heç bir araşdırma aparmamışdır. Qeyd edilməlidir ki, məhz mübahisələndirilən müqavilə üzrə məhkəmə tərəfindən araşdırma aparılmamışdır. Belə ki, müqavilədə qeyd olunan bəndlər notarius tərəfindən tərəflərə izah edilib-edilməməsi məhkəmə iclasında notariusdan soruşulmamışdır. Torpaq üzərində məhkəmə mübahisəsinin olub-olmadığı barədə notariusun məlumatı öyrənilməmişdir. Məhkəmə mübahisəsi olan torpaq üzərində alqı-satqı müqaviləsinin tərtib edilməsinin səbəbi notariusdan öyrənilməmişdir. İşə baxan Apelyasiya Məhkəməsi Ali Məhkəmənin göstərişlərinə tam əməl etməyərək iş üzrə kifayət qədər araşdırma aparmamışdır. Belə ki, apelyasiya məhkəməsinin qətnaməsinin 100-cü bəndində qeyd olunub ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə 0,4763 ha torpaq sahəsini Cavabdeh3 sa tmışdır. Qətnamənin 20-ci bəbdində isə qeyd olunur ki, 10 mart 2021-ci il tarixdə Cavabdeh1 torpaq sahəsinin 0,6524 ha hissəsini Cavabdeh3 satmışdır. Buradan belə qənaətə gəlmək olur ki, Cavabdeh1 torpaq sahəsinin təkcə 0,4763 ha hissəsini deyil, digər yerdə qalan 0,6526 ha hissəsini də Cavabdeh3 satmışdır. Bu alqı-satqı müqavilələri məhkəmə tərəfindən notariusdan tələb olunmalı və iş hərtərəfli öyrənilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixdə bağlanmış ******* saylı alqı-satqı müqaviləsi başqa notarius, yəni Zaqatala rayon notariusu tərəfindən təsdiqlənmışdır. Lakin Zaqatala notariusu da işə cəlb olunmalı olduğu halda məhkəmə tərəfindən o işə cəlb olunmamış, onların isə bu alqı-satqı müqaviləsindən indi məlumatları olmuşdur
60. Kassasiya şikayətinin əsası kimi Konstitusiyanın 60, 125 və 127-ci maddələrinə, Mülki məcəllənin 141.1, 182.1 və 329.1 maddələrinə, MPM-in 14, 77, 88-ci, 217-ci, 420-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
61. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
62. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
63. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
64. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
65. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
66. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
68. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
69. Maddə 1273-1. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. 2000-ci ilin sentyаbr аyının 1-dək qüvvədə оlmuş Аzərbаycаn Re spublikаsı Mülki Məcəlləsi
70. Maddə
528. Vərəsəlik mirаs qоyаn şəxsin ölməsi ilə, yаxud оnun ölmüş elаn edilməsi ilə açılır.
71. Maddə
552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu m üddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu:
72. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələri nə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; (...).
73. Maddə 22.1. Etibarlı idarəetmə və ya qəyyumluq əsasında daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı bütün hüquqlar bu münasibətləri müəyyən edən sənədlər, o cümlədən müqavilələr və məhkəmə qərarları əsasında dövlət qeydiyyatına alınır.
74. Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsini n Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarı: “Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etm əməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. 75. ”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarı.
76. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
74. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
75. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
76. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına mü vafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur
77. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır.
78. Maddə 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir.
79. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
80. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
81. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsin in faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
82. Hazırkı kassasiya şikayətində qətnamə iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
83. İddiaçının kassasiya şikayətində irəli sürdüyü tələbindən aydın olur ki, o, iddianın təmin olunmayan hissələrini, yəni 05 iyul 2012-ci il tarixli 2V452 reyestr nömrəli əmanət hesabında olan pul vəsaitinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və Cavabdeh1 Heybulla oğlu ilə Cavabdeh3 arasında 0,4763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması barədə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında aparılmış qeydin və verilmiş çıxarışın eti barsız hesab edilməsinə aid hissədə iddianın rədd edilmiş hissələrini mübahisələndirmişdir.
84. İlkin olaraq məhkəmə kollegiyası qeyd edir ki, əmanət məbləğinə dair 05 iyul 2012-ci il tarixdə verilmiş şəhadətnamənin etibarsızlığı ilə bağlı tələb üzrə məhkəmənin gəldiyi nəticəsi düzgün olmuş və kassasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsas təşkil etmir.
85. Kassasiya tələbinin digər hissəsi Balakən rayon Şərif kəndində yerləşən 0,4763 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilənin və onun hüquqi nəticələrinin etibarsızılığı ilə bağlıdır.
86. Apellyasiya instansiya məhkəməsi həmin hissə üzrə mövqeyini iki müxtəlif əsaslandırma ilə aparmışdır. Belə ki, birinci halda qeyd edilir ki, müqavilə bağlanarkən qanunvericiliyin tələbi pozulmamışdır. Alğı-satqı z amanı torpaq sahəsinə dair hər hansı mübahisənin olmasından Cavabdeh3 məlumatı olmamış, bu alğı-satqı zamanı heç bir qanun pozuntusu olmamış, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən rəsmi sənədin həqiqiliyi və tamlığı prezumpsiyasına güvənərək, Cavabdeh3 torpaq sahəsinin dəyərini ödədikdən sonra həmin torpaq sahəsinə dair müqaviləni imzalayaraq torpaq sahəsini qanuni əsaslarla almışdır.
87. Apellyasiya instansiya məhkəməsinin mübahisəli hissə üzrə qeyd etdiyi digər mövqeyindən aydın olur ki, tərəflərin izahatlarından və iş materiallarından da müəyyən olunduğu kimi miras qalmış 1.13 ha torpaq sahəsinin 0,4763 ha hissəsini Cavabdeh3 qeyri-rəsmi olaraq təxminən 20 il əvvəl almış və orada fındıq bağı salaraq yetişdirmişdir. Sonradan Cavabdeh3 həmin torpaq sahəsini öz adına rəsmləşdirərkən m əhkəmə mübahisəsindən onun xəbəri olmayıb və o, həmin torpaq sahəsində 20 il öncə fındıq bağı əkmişdir.
88. İşin müəyyən edilmiş hallarından aydın olur ki, baxılan iş üzrə iddia ərizəsi 31 yanvar 2020-ci il tarixdə Balakən rayon məhkəməsinin icraatına daxil olmuş, iddiaçının vəfat etməsi səbəbi ilə xx.xx.2020-ci il tarixdə işin icraatı dayandırılmış, xx.xx.2022-ci il tarixdə işin icraatı təzələnmiş və iddiaçının prosessul hüquq varisi işə cəlb olunmuşdur.
89. Birinci instansiya məhkəməsinin işə baxılarkən, yəni 25 noyabr 2022-ci il tarixdə cavabdeh tərəfindən hazırda mübahisələndirilən alğı-satqı müqaviləsi və həmin müqavilə əsasında verilmiş çıxarış məhkəməyə təqdim olunmuşdur. Məhz bundan sonra iddiaçı iddia tələbinin həcmini artırmış və müqavilənin etibarsızlığı tələbini irəli sürmüşdür.
90. Göstərilənlərdən aşkar olaraq müəyyən olunur ki, cavabdeh miras əmlakı qəbul etdikdən, öz adına hüquqi qeydiyyatdan keçirdikdən və məhkəmə mübahisəsinin olduğu müddət ərzində torpaq sahəsini iki hissəyə bölmüş, hazırda mübahisəsi gedən Balakən rayon Şərif kəndində yerləşən 0,4763 ha torpaq sahəsini xx.xx.2021-ci il tarixdə, 0,6525 ha torpaq sahəsini isə xx.xx.2021-ci il tarixdə bağlanmış alğı-satqı müqavilələri əsasında Cavabdeh3 satmışdır.
91. Qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsi Cavabdeh3 mübahisəsi gedən (0,4763 ha) torpaq sahəsinə münasibətdə vicdanlı alıcı hesab edərkən iş materiallarında olan hansı hallara istinad etməsi anlaşılmaz və müəyyən deyildir. Nəzərə alınmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yar anmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır.
92. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsində, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrində mülkiyyət hüququnun tanınması və qorunması təsbit olunmuşdur.
93. Konstitusiya normalarına əsaslanan Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – qüvvədə olan MM) müddəalarında təsbit edilmişdir ki, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Əşya hüquqlarının pozulmasını ehtimal edən şəxs onların müdafiəsi üçün müvafiq əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiqi, habelə əmlakın özgənin qanunsuz sahibliyindən geri tələb olunması iddiaları ilə məhkəməyə müraciət edə bilər
94. Beləliklə, ilk olaraq apellyasiya məhkəməsi tərəfindən şəxsin vicdanlı əldə edən olmasının müəyyən edilməsi üçün ilk olaraq mülkiyyətçinin əmlaka dair onun adına aparılmış qeydiyyat, yəni əmlakının tamamına münasibətdə mülkiyyətçi hüququ mübahisələndirildiyi və bununla bağlı icraatda işin olması aşkar olduğu halda hansı səbəbdən əqdin bağlanması aydınlaşdırılmalı idi. Eyni zamanda vicdanlı əldə edən şəxsə münasibətdə əmlakın əvəzli əldə edilməsi, həmin əmlakın onu özgəninkiləşdirmək hüququna malik olmayan şəxs t ərəfindən əldə olunduğunu bilməməsi və bilmək iqtidarında olmaması sübut edilməlidir. Bu sübutetmə özünü vicdanlılığa isinad edərək qoruyan şəxsin deyil, onun vicdanlı olmadığını iddia edən şəxsin üzərinə düşür.
95. Lakin yuxarıda göstərildyi kimi apellyasiya instansiya məhkəməsi əldə edənin vicdanlı alıcı olması nəticəsinə gələrkən başlamış icraat müddətində alğı-satqı müqaviləsinin bağlanmasının hansı zərurətdən irəli gəlməsi, alıcı ilə mülkiyyətçinin bir ərazidə (kəndə) yaşaması, onların qohumluq əlaqələrinin olması, alıcının mübahisənin mövcud olmasından xəbərsiz olması, məhkəmənin göstərdiyi kimi əgər alıcı 20 ildən artıq müddət ərzində torpaqdan istifadə edirsə başlanmış icraatdan onun məlumatının olubolmaması, məhz bu müddət ərzində müqavilənin bağlanmasını zəruri edən halların nədə n ibarət olması və sair halların aydınlaşdırılmasından sonra əldə edənin vicdanlı olubolmaması aydınlaşdırıla bilərdi. Lakin belə bir araşdırmanını aparılmadığı halda məhkəmənin gəldiyi nəticəsi nə faktiki hallar, nə də maddi hüquq normaları baxımından əsaslı hesab edilə bilməz.
96. Lakin baxılan işdə iddiaçı Cavabdeh3 vicdanlı əldə edən olmadığına istinad etsə də, apelyasiya instansiyası məhkəməsi yalnız iddiaçının mülkiyyət hüququna və müqavilənin etibarsız hesab edilməsi üçün ümumi əsasların olmamasına istinadən mübahisələndirilən hissədə iddianın əsaslı olmadığı qənaətinə gəlmiş, Mülki Məcəllənin vicdanlı əldə etmə ilə bağlı normalarını hazırkı işin halları baxımından ümumiyyətlə təhlil etməmiş, iddiaçının dəlillərinə müvafiq normalar əsasında hüquqi qiymət verməmişdir.
97. Nəzərə al ınmalıdır ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır (MPM-in 372.1-ci maddəsi). Göstərilən normanın mənasına görə apellyasiya instasiyası məhkəməsi tərəflərin tələb və etirazlarına hüquqi qiymət verir, onların hüquq və vəzifələrini müəyyənləşdirir, işə faktlar üzrə araşdırma aparmaqla baxır. Bunun üçün apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlardan, həmçinin MPM-in 371-ci maddəsində müəyyən olunmuş qaydada ona təqdim olunmuş yeni sübutlardan istifadə edir
98. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təs ir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30)
99. Məhkəmə kollegiyasının qənatəinə görə apellyasiya instansiyası məhkəməsi mülki prosessual qanunvericilikdə təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsiplərinə əməl etməmiş, işdə olan sübutları hərtərəfli və tam araşdırmamış, həmin sübutlara tətbiq etdiyi hüquq normalarına uyğun qiymət verməmiş və gəldiyi nəticəni əsaslandırmamışdır.
100. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Gheorghe Rumıniyaya qarşı iş üzrə 15 mart 2007-ci il tarixli qərarında ərizəçinin ədalətli məhkəmə araşdırması hüququnun pozu lduğuna dair qənaətə gələrkən mövqeyini həm də onunla əsaslandırmışdır ki, Ali Məhkəməyə şikayətində, ərizəçinin irəli sürdüyü və həlledici əhəmiyyətinə görə konkret və aydın qiymət tələb edən dəlili Ali Məhkəmə tərəfindən nəzərə alınmamışdır (§ 50).
101. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
102. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 aprel 2024-cü il tarixli, 2(107)-427/2024 nömrəli qətnaməsi qismən - Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, bu çıxarış əsasında aparılmış qeydin və Cavabdeh1 ilə Cavabdeh3 arasında 0.4763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması barədə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində ləğv olunsun və iş həmin hissədə yenidən baxılması üçün geri qaytarılsın. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.