Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2981/2023 09.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: vurulmuş maddi zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2175/2023 nömrəli iş üzrə 04 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etd i. İŞİN HALLARİ
1. İddiaçı MMC-nin direktoru X3 və Cavabdeh arasında bağlanmış “Əmək müqaviləsini bağlayan tərəflər haqqında məlumat”a görə sonuncu xx.xx.2020-ci il tarixdən satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir.
2. Müqavilənin 5-ci bəndinə əsasən, əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal və kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır, tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürür, əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir. 3. xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən edilir ki, Cavabdeh İddiaçı MMC-də ekspeditor, əmək müqaviləsi üzrə satış təmsilçisi vəzifəsində işləyir, əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2020-ci ildir, işçinin aylıq əmək haqqı 250 manatdır. 4.. İddiaçı MMC və Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə “Tam maddi məsuliyyət haqqında” müqavilə bağlanmışdır.
5. Müqaviləyə əsasən, işçi şirkətə vurduğu ziyana görə tam maddi məsuliyyət daşıyır, o, əmək müaviləsinə əsasən, icrası nəzərdə tutulmuş işlərə görə ona verilmiş maddi dəyəri olan bütün növ əşyaları, mal, material, alət və s. qorunub saxlanması, əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifə öhdəliklərini vaxtı nda və tələb olunan şəkildə yerinə yetirməyi öhdəsinə götürmüşdür, həmçinin, müqaviləyə əsasən, işçi ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalıdır, eyni zamanda şirkətə heç bir səbəb üzündən ziyan vurmamalıdır, işçinin təqsirinə görə ona həvalə edilmiş vəzifələr yerinə yetirilməzsə, şirkətə vurulmuş zərərin miqdarı və onun əvəzinin ödənilməsi qüvvədə olan qanunvericiliyə əsasən həyata keçirilir. 6. xx.xx.2020-ci il tarixli xxxxxxx0003X0 saylı İddiaçı MMC sürücü ekspeditorunun vəzifə Təlimatının: 2.5-ci bəndinə əsasən, sücürü-ekspeditor təyin edilmiş satış planının icrasına görə öhdəlik alır və cavabdehlik daşıyır; Təlimatın 4.1-ci bəndinə görə, sürücüekspeditor cəmiyyətin normativ sənədləri ilə müəyyən olunmuş qaydada cəmiyyət qarşısında məsuliyyət daşıyı r; Təlimatın 4.2-ci bəndinə əsasən, sürücü-ekspeditorun təqsiri üzündən cəmiyyətə və ya rəhbərliyə vurulmuş hər hansı maddi və ya mənəvi ziyan onun tərəfindən Azərbaycan qanunvericiliyi və cəmiyyətin normativ sənədlərində nəzərdə tutulan şəkildə ödənilməlidir və o, müəyyən olunmuş qaydada Şirkət qarşısında məsuliyyət daşıyır; Təlimatın 4.3-cü bəndinə əsasən, şirkətdən satış üçün aldığı məhsulun ödənişinə görə tam maddi məsuliyyət daşıyır.
7. Bölgə müdiri Həsənov Emil, auditor Nəcəfov Rüfət, satış müdiri Şərifov Elçin, audit rəhbəri Şahmərdanov Azər tərəfindən imzalanmış 06 aprel 2021-ci il tarixli Aktda göstərilmişdir ki, Cavabdeh İddiaçı MMC-yə həqiqətən xx.xx.2021-ci il tarixə 100.991,45 manat borcu yaranmışdır, pərakəndə satış nöqtələrində olan məbləğ 8.665,70 manat təşkil edir, Əliz-ad ə X4 debitorlar arası borc keçidi 8.665,70 manat təşkil etmişdir, yuxarıdakılar nəzərə alındıqdan sonra Əlizadə Ramilin 61.953,04 manat borcu mövcuddur. Satış təmsilçisi Ramil Əlizadə tərəfindən akt imzalanmamışdır.
8. İddiaçı MMC-nin 21 iyun 2021-ci il tarixli 05/Ü nömrəli əmri ilə Cavabdeh tərəfindən cəmiyyətə dəymiş zərərin qiymətləndirilməsinə dair komissiya yaradılmışdır.
9. Ruslan Müseyibov, Azər Şahmərdanov, Tural Nəbiyev tərəfindən imzalanmış “İşçinin işəgötürənə vurulmuş ziyanın miqdarının araşdırılması”na dair xx.xx.2021-ci il tarixli Akta görə, Cavabdeh Cəmiyyətə yekun qalıq borcu 99.456,45 manat təşkil edir. Cavabdeh borc məbləği ilə razılaşmadığına görə aktı imzalamaqdan imtina etmişdir 10. 21.06.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən edilir ki, Cavabdeh əmək müqaviləsinə 53k nömrəli xx.xx.2021-ci il tarixli əmr ilə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmişdir 11..İddiaçı MMC-nin işdən azad olunan işçinin dövriyyə vərəqəsində Cavabdeh şirkətə 100.991,45 AZN borcunun mövcud olduğu qeyd edilmişdir. 12. xx.xx.2019-xx.xx.2022-ci il tarixlərində Cavabdeh – Müştərilərlə hesablaşma cədvəlinə görə, 01 fevral 2021-ci il tarixə Cavabdeh borcu (qalıq) 100.991,45 manat olmuş, 30 iyun 2021-ci il tarixdə Azərbaycan Supermarket tərəfindən 1.535 manat, Araz Supermarket tərəfindən 12 yanvar 2022-ci il tarixdə 16.829 manat, 31 mart 2022-ci il tarixdə 34.786 manat, ANC Group MMC tərəfindən 30 aprel 2022-ci il tarixdə 1.492 manat ödəniş (debet) olunmuşdur, Əlizadə Ramilin xx.xx.2022-ci il tarixə olan borcu (qa lıq) 46.349,25 manat təşkil edir 13. 15 iyul 2022-ci il tarixli Maliyyə arayışına görə X2 xx.xx.2022-ci il tarixə İddiaçı MMC-yə ödənilməli olan yekun borcu 46349,25 manat təşkil edir 14. 06 dekabr 2022-ci il tarixli Maliyyə arayışına görə X2 xx.xx.2019-xx.xx.2022-ci il tarixlərdə ümumi dövriyyəsi 919.012,62 manat təşkil edir, buraya həm köçürmə, həm nəğd, silinmə, ekspeditor faizləri, satış xərcləri, ərazidə qalan qalıqlar da çıxıldıqdan sonra yekun məbləğ 46.349,25 manat təşkil edir, şəbəkəyə verilən mallar ümumi dövriyyədən 522.485,73 manat təşkil edir, həmin məbləğdən 54.831,25 manat iadə olunmuş malların dəyəridir, geri qalan məbləğ isə 46.7654,48 manat olmuşdur, ümumi dövriyyədən, şəbəkə satışı, yəni 522.485,73 manat çıxıldıqdan sonra qalıq məbləğ 396.526,89 manat pərakəndə satışı he sab edilir, pərakəndə satışdan 350.177,64 manat ödəmişdir, bu günə borc 46.349,25 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 46.349,25 manat və ödənilmiş 337 manat dövlət rüsumunun alınaraq MMCnin xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4029/2022 nömrəli iş üzrə 06 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia təmin edilmiş, cavabdehdən 46.349,25 manat məbləğində pul vəsaiti və dövlət rüsumu qismində ödənilmiş 229 manatın alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.
17. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, cavabdehin iddiaçıya ma ddi ziyan vurması, tərəflər arasında bağlanmış tam maddi məsuliyyət haqqında müqavilə, iddiaçının maddi ziyanın məbləği və onun vurulması ilə bağlı təqdim etdiyi sübutlar (hesabat cədvəli, audit yoxlaması, aktlar, qaimələr və s.) və şahid ifadələri ilə tam sübuta yetirilir. Bundan başqa, cavabdehin izahatı və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından da cavabdehin iddiaçıdan əldə etdiyi məhsula görə borcunun yaranması müəyyən olunur. Belə ki, cavabdehin izahatı üzrə “əvvəlki ekspeditordan qalıq qalmış 78.500 manat məbləğdə borcun onun hesabına yazılması barədə razılığının olması və həmin məbləğdən 35.000 manat silinməklə yerdə qalan 43.500 manat məbləğin borc kimi saxlanılması, 2019-cu ilin may ayından etibarən iddiaçıya məxsus müəssisədə qeyri-rəsmi fəaliyyət göstərməsi və əmək fəaliyyəti göstərmədiyi (əvvəlki ekspeditorun sürücüsü olduğu vaxt) dövrdə müəssisədən satış məqsədilə ət məhsulları götürməsi”, həmçinin iddiaçının nümayəndəsinin izahatı və şahid ifadələri üzrə “2019-cu ilin may ayından etibarən cavabdeh tərəfindən müəssisədən sərbəst olaraq istehsal məhsulları qəbul edərək götürməsi” barədə qeydlər (faktlar), tərəflər arasında əmək müqaviləsi bağlanmadan öncə 2019-cu ilin may ayından etibarən mülki hüquq münasibətlərinin yaranması hallarını təsdiq edir ki, bu münasibətlər üzrə də cavabdehin öhdəliyi istisna olunmur. Belə olan halda cavabdeh “bu borcların silinəcəyi barədə iddiaçının vəd verməsi və əmək müqaviləsi bağlanmasından əvvəl götürülmüş məhsullara görə məsuliyyət daşımaması” barədə dəlillərinə və ümumilikdə borcun ödənilməsi barədə hallara dai r sübutetmə vəzifəsi daşıyır, lakin buna dair sübutlar iş materiallarına əlavə edilməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Digər tərəfdən, cavabdeh, iddiaçı ilə arasında bağlanmış müqavilə üzrə tam maddiməsul şəxs kimi də, digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludur. b) Apellyasiya instansiyası məhkəməsində icraat
18. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti vermişdir.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2175/2023 nömrəli iş üzrə 04 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Vahid Sadıqov sədrliyi və məruzəsi ilə, hakimlər Akif İsgəndərov və Məhəmməd Rüstəmlidən ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbi təmin edilməmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Cavabdehlə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli əmr ilə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmişdir. Bundan sonra MMC-nin xx.xx.2021-ci il tarixli əmri ilə cavabdeh tərəfindən cəmiyyətə dəymiş zərərin qiymətləndirilməsinə dair komissiya yaradılmış, “İşçinin işəgötürənə vurulmuş ziyanın miqdarının araşdırılmasına dair” eyni tarixli akta görə isə cavabdehin Cəmiyyətə yekun qalıq borcu 99456,45 manat təşkil etmişdir. Cavabdeh aktı imzalamamışdır. Birinci instansiya məhkəməsi tərəfindən hesablanmış borcun düzgünlüyünün müəyyən edilməsi məqsədi ilə məhkəmə-mühasibatlıq eskpertizası təyin edilmiş, ekspert vəsatət göndərərək, bir sıra sənədlər, eyni zamanda Audit və ya mütəxəssis aktının təqdim olunmasını xahiş etmiş, MMC tərəfindən hesab fakturalar və kassa mədaxil orderləri təqdim edilsə də, digər sənədlərin təqdim edilməsinin mümkün olmadığı göstərilmişdir. Tələb edilən sənədlərin hamısı göndərilmədiyi üçün ekspertizasının keçirilməsindən imtina edilmişdir. Qanunvericiliyin tələbinə görə illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditorun cəlb edilməsi, audit yoxlamasının aparılması və bu barədə aktın tərtib edilməsi vəzifə olaraq MMC-nin üzərinə qoyulmuşdur. Hazırki iş üzrə iddaçı olan MMC tərəfindən illik maliyyət hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün belə müstəqil auditorun cəlb edilməsi, borcun yarandığını iddia etdiyi illər ü zrə qeyd edilən formada yoxlamanın aparılmasını göstərən, bu audit yoxlaması nəticəsində tərtib edilmiş audit aktının olması müəyyən edilməmişdir. Təyin edilmiş ekspertizanın keçirilməsi üçün ekspert tərəfindən audit aktı və ya mütəxəssis aktı tələb edilməsinə baxmayaraq, MMC tərəfindən həmin illər üzrə tərtib edilmiş Audit və ya mütəxəssis aktı təqdim edilməmişdir. Əmək qanunvericiliyinin tələbinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Göründüyü kimi işəgötürən tərəfindən müvafiq araşdırılmanın aparılması üçün yoxlama keçirilir. İşəgötürən işçini m addi məsuliyyətə cəlb etməmişdən əvvəl onun izahatını almalıdır, işçi yazılı izahat verməkdən imtina etdikdə bu barədə müvafiq akt tərtib edilir. Özözlüyündə konkret işçidə hansısa sərvətin faktik surətdə əksik gəlməsi hələ onun maddi məsuliyyətinin yaranması üçün əsas ola bilməz. Ziyanın ödənilməsini təmin etmək haqqında qərar qəbul edənədək işəgötürən əmtəə-maddi sərvətlərin yoxlanmasını aparmağa borcludur, işçi isə onun aparılmasını tələb etmək hüququna malikdir. Ziyanın vurulması faktı və onun miqdarı yoxlamanın nəticələri əsasında tərtib edilmiş sənədlə (yoxlama aktı ilə) təsiqlənməlidir. Belə ki, əmlakın əksik gəlməsi invertarlaşdırma aktı ilə və s. təsdiqlənməlidir. Ziyanın yaranması səbəblərini və onun miqdarını təsdiq edən sənədlərin olmaması işəgötürəni bu ziyana görə işçinin ü zərinə maddi məsuliyyəti qoymaq imkanından məhrum edir. Araşdırmanın (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. İşəgötürən tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq nəzərdə tutulmuş qaydada yoxlamanın keçirilməsi müəyyən edilməmişdir. Yalnız xx.xx.2021-ci il tarixli əmri ilə dəymiş zərərin qiymətləndirilməsinə dair komissiya yaradılmış, həmin komissiya tərəfindən isə göstərilən qaydada araşdırma aparılmamışdır, hər hansı araşdırma materiallarına istinad edilmədən qısa məzmunlu eyni tarixli akt tərtib edilərək, sadəcə cavabdehin 99456,45 manat borcu qaldığı göstərilmişdir. Belə olan halda həmin aktı mötəbər sübut kimi qəbul edərək, cavabdehin iddiaçıy a maddi ziyan vurması qəanətinə gəlmək yolverilməzdir. Bundan başqa, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən, müştərilərdən yeni sifarişlər qəbul etmək, onların pulunu almaq, pulu müəssisənin xəzinədarlığına ödəmək, ticarət obyektlərinə çatdırılan malların fakturada göstərilən məbləğdə və çeşiddə tam həcmdə çatdırılıb-çatdırılmamasını yoxlamaq, borcları vaxtında almaq cavabdehin əmək funksiyalarına daxil olmuşdur. Yəni, iddiaçının tələb etdiyi məbləğ birbaşa cavabdehin əmək funksiyalarının icrası ilə bağlı olan münasibətlərdən irəli gəlir. İş üzrə mübahisəsiz qaydada müəyyən edilir ki, cavabdeh ticarət obyektlərindən sifarişlər qəbul edib iddiaçıya təqdim etmiş və sifariş əsasında qəbul etdiyi malları birbaşa ticarət obyektlərinə təhvil vermişdir. Bu baxımdan məhsulların satış ına dair ayrı- ayrı ticarət subyektləri ilə nisyə alğı-satqı müqavilələri iddiaçı ilə həmin subyektlər arasında bağlanmış hesab olunur. Həmin malların dəyərini yığıb iddiaçıya təhvil vermək isə cavabdehin əsas əmək funksiyalarından biri olmuşdur. Başqa sözlə, cavabdeh iddiaçının işçisi olmaqla, sonuncunun təmsilçisi olmuşdur. Əgər bu belə olmasaydı, iddiaçının etiraf etdiyi kimi, iri ticarət subyektləri («Bravo», «Araz» və s.) ödənişləri birbaşa iddaçıya etməzdilər. Bu baxımdan işçi ilə əmək münasibətlərinə xitam verildikdən sonra satış nöqtələrində (alıcılarda) qalmış və ya onlar tərəfindən qiyməti ödənilməmiş məhsulların dəyəri cavabdeh tərəfindən iddiaçıya vurulmuş ziyan kimi qiymətləndirilə və cavabdehdən iddiaçının xeyrinə tutula bilməz. İddiaçı satıcı qismində ticarət obyektlərində q almış məhsulları və ya onların dəyərini birbaşa alıcılardan tələb etmək hüququna malikdir. Nəzərə alınmalıdır ki, əmək münasibətlərinə xitam verildikdən sonra iddiaçını təmsil etmək, onun adından müəyyən tapşırıqları yerinə yetirmək səlahiyyətləri olmadığı üçün cavabdehin alıcılara qarşı tərəfi (satıcısı) olmadığı alğı-satqı müqaviləsindən irəli gələn tələblər irəli sürmək hüququ yoxdur. İddiaçı cavabdehdən zərərin ödənilməsini o zaman tələb edə bilərdi ki, cavabdehin işlədiyi ticarət obyektləri tərəfindən məhsulların dəyərinin ona ödənildiyini, lakin iddiaçıya təhvil verilmədiyini sübut etmiş olsun. Əmək Məcəlləsinin 192-ci və MPM-in 77.1-ci maddələrinə əsasən həmin halı sübut etmə yükü iddiaçının üzərinə düşür. Lakin iddiaçı bununla bağlı heç bir sübut təqdim etməmiş, cavabdehlə əmək mün asibətlərinə xitam verərkən alıcılarda (ticarət obyektlərində) qalmış mal qalığı barədə, cavabdehin alıcılardan alıb iddiaçıya ödəmədiyi məbləğlər üzrə heç bir araşdırma aparmamışdır. İddiaçı iddia ərizəsində də belə bir halın mövcudluğuna istinad etməmişdir. Halbuki iddiaçının mübahisələndirmədiyi işin hallarından görünür ki, cavabdeh işə qəbul edildikdən sonra müvafiq ərazidə ondan əvvəl çalışmış işçinin işdən azad olunması ilə əlaqədar onun balans hesabında olan ticarət obyektləri üzrə müştərilərin iştirakı və imzası ilə təsdiq edilmiş faktiki borc qalıqları iddiaçıya təhvil-təslim edilmişdir. Beləliklə, ticarət obyektlərinə verilən malların dəyərinin cavabdeh tərəfindən alınaraq iddiaçıya ödənilməməsini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. İddiaçının müştərilə təhvil v erilmiş, dəyərinin iddiaçı tərəfindən müştərilərdən alındığı barədə heç bir sübutun olmadığı pul məbləğinin cavabdehdən tutulması qanunsuz və əsassızdır. Yəni, iddia bu baxımdan da əsassızdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
21. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.
22. Kassasiya şikayətinin dəlillərinə görə, cavabdehin Cəmyyətə vurulmuş ziyanın müəyyən edilməsi üçün audit aktın tərtib edilməsi qanunvericilikdə tələb olunmur, aktın olması kifayət edir. Məhkəmə kollegiyası AR Əmək Məcəlləsinin 203-cü maddəsinin normasının pozulmasına yol verərək nəzərə almamışdır ki, cavabdeh işdən azad olunduqdan sonra onun fəaliyyətinin yoxlanılması bağlı edilən dəvətlərə məhəl qoymamış, yoxlamanın nəticələri barədə aktı imzalamaqdan imtina etmişdir. Bundan başqa, məhkəmə kollegiyası qərarını həm Mülki Məcəllənin 91.4-cü maddəsi, həm də Əmək Məcəlləsinin 203-cü maddəsi ilə əsaslandırmağa çalışmışdır. Halbuki, söhbət birinci halda audit aktından, ikinci halda isə yoxlama aktından gedir. Hazırki iş üzrə cavabdehdən tələb olunan pul vəsaiti məhz vurulmuş ziyanla bağlıdır. Belə olan halda isə Cəmiyyət göstərilən maddi hüquq normasının tələblərinə əsasən yoxlama keçirmiş, müvafiq akt tərtib edilmişdir. Lakin məhkəmə kollegiyası qərarında ziddiyyətli mövqe sərgiləyərək həm audit aktın tərtib olunmasının zəruriliyin göstərmiş, həm də yoxlama aktının olmasının vacibliyini qeyd etmişdir. Bu isə yolverilməzdir. b) Ka ssasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 25. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
26. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə
191. İşəgötürənin və işçinin birinin digərinə vurdu ğu ziyana görə maddi məsuliyyəti
1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda; Maddə
192. Maddi məsuliyyətin başlanması və onu sübut etmək şərtləri
1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərək ətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.
2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar; Maddə
194. Vurulan ziyanın ödənilməsinin təmin edilməsi şərtləri
1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.
2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir; Maddə
199. İşçinin tam maddi məsuliyyəti İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; Maddə
202. Ziyanın məbləğinin müəyyən edilməsi
1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir; Maddə
203. Vurulan ziyanın müəyyən edilməsi üçün araşdırmaların aparılması
1. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır.
2. Araşdırmaların (yoxla manın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə i ştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikay ətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 4 17.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarı: “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, i ş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış (müəyyən edilmiş) sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
31. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən m addi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
34. Məhkəmə kollegiyası bildirir ki, əmək qanunvericiliyinin tələblərinə görə, işəgötürən ona vurulan zərərin ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş zərərlə işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş zərərin həqiqi miqdarını araşdırır. İşçinin tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlaması təkbaşına çatışmayan mallara görə işçinin məsuliyyət daşıması üçün yetərli deyil. Konkret işçidə hansısa sərvətin faktik surətdə əksik gəlməsi hələ onun maddi məsuliyyətinin yaranması üçün əsas ola bilməz. Zərərin ödənilməsini təmin etmək haqqında qərar qəbul edənədək işəgötürən əmtəə-maddi sərvətlərin yoxlanmasını aparmağa borcludur, işçi isə onun aparılmasını tələb etmək hüququna malikdir. Araşdırmanın (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Zərərin vurul ması faktı və onun miqdarı yoxlamanın nəticələri əsasında tərtib edilmiş sənədlə (yoxlama aktı ilə), əmlakın əksik gəlməsi invertarlaşdırma aktı ilə təsdiqlənməlidir. Zərərin yaranması səbəblərini və onun miqdarını təsdiq edən sənədlərin olmaması işəgötürəni bu zərərə görə işçinin üzərinə maddi məsuliyyət qoymaq imkanından məhrum edir.
35. Bu kontekstdə, kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 91.4-cü maddəsinin düzgün tətbiq edilməməsi barədə dəlili əsassızdır. Belə ki, həmin məhkəmə sözügedən normanı audit aktı zərərin vurulduğunu təsdiq edən sübut olduğu üçün deyil, iş üzrə təyin edilmiş ekspertizanın keçirilməsi üçün ekspert tərəfindən audit aktı və ya mütəxəssis aktı tələb edildiyi, lakin iddiaçı tə rəfindən həmin illər üzrə belə aktlar təqdim edilmədiyi üçün tətbiq etmişdir.
36. Şikayətin Əmək Məcəlləsinin 203-cü maddəsinin mübahisəyə tətbiqində də qanunsuzluğa yol verilməsinə dair dəlili də əsaslı deyil. Belə ki, iddiaçı adıçəkilən norma ilə əməlin qanunauyğunluğu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqə və dəymiş ziyanın həqiqi miqdarının müəyyən edilməsi ilə bağlı ondan tələb olunan araşdırmanı aparmamış, cavabdeh işdən azad olunduqdan 3 gün sonra akt tərtib etməklə kifayətlənmiş, həmin aktın özü də Əmək Məcəlləsinin 191, 192, 194, 202 və 203cü maddələrinin (§26) tələblərinə cavab verməmişdir.
37. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasi ya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2175/2023 nömrəli iş üzrə 04 aprel 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.