Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2981/2024 19.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı1 və digərlərinin Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin bağlanmış hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-382/2023 nömrəli, 25 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı7 tərəfindən birgə verilmiş kassasiya şikayəti üzrə işə 19 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzib ati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.1997-ci il tarixli əlyazmaya əsasən X2 X oğlundan altı milyon beş yüz min (6.000.500) manat evinin behini almışdır.
2. JN-015A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 dekabr 1998-ci il tarixli 12 saylı qərarı ilə verilmiş 2.92 hektar torpaq sahəsi X7, İddiaçı7, İddiaçı1, İddiaçı6, İddiaçı5, İddiaçı2, X(X) X və İddiaçı4 mülkiyyətinə verilmişdir. X7 29 mart 2010-cu ildə ölmüşdür.
3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Saatlı rayonu, Mircəlal kəndində yerləşən 1.22 ha torpaq sahəsinin 5/32 hissəsi İddiaçı5, 5/32 hissəsi İddiaçı1, 5/32 hissəsi İddiaçı7, 5/32 hissəsi İddia çı6, 4/32 hissəsi İddiaçı2, 4/32 hissəsi İddiaçı3 və 4/32 hissəsi İddiaçı4 adına 20 may 2022-ci il tarixdə qeydiyyata alınmışdır.
4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Saatlı rayonu, Mircəlal kəndində yerləşən 0.56 ha torpaq sahəsinin 5/32 hissəsi İddiaçı5, 5/32 hissəsi İddiaçı1, 5/32 hissəsi İddiaçı7, 5/32 hissəsi İddiaçı6, 4/32 hissəsi İddiaçı2, 4/32 hissəsi İddiaçı3 və 4/32 hissəsi İddiaçı4 adına 20 may 2022-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində birinci iş üzrə icraat
5. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 (bundan sonra- iddiaçılar) cavabdehlər Cavabdeh1, Cavabdeh2, X8 və Cavabdeh4 (bundan sonracavabhehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli torpaq sahəsindən cavabdehlərin və onlarla birlikdə yaşayan ailə üzvlərinin çıxarılması, cavabdehlər tərəfindən inşa edilmiş özbaşına tikililərin onların hesabına sökülməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
6. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışlar ki, cavabdehlər və ailə üzvləri uzun müddətdir ki, mübahisəli torpaq sahəsini istifadə etmiş və orada qanunsuz tikililər inşa etdirmişlər. Onlar da həmin torpaq sahəsindən qanunsuz istifadəsini dayandırmasını və orada tikilmiş tikililərin sökülməsini cavabdehlərdən tələb etmişlər. Lakin buna baxmayaraq, cavabdehlər torpaq sahəs ini qaytarmamış, yəni qanunsuz istifadəsini davam etdirmişlər.
7. Cavabdeh1 iddianı etiraf etməyərək izahatında göstərmişdir ki, iddiaçıların iddia etdiyi 2.92 ha torpaq sahəsini torpaq sahəsinin digər mülkiyyətçilərindən olan mərhum X4 1997-ci ildə Azərbaycan manatının köhnə məzənnəsi ilə 2.500.000 manat qarşılığında almış, lakin həmin torpaq sahəsini rəsmi olaraq öz adlarına keçirməmişlər. İddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
8. Cavabdehlər Cavabdeh4 digər Cavabdeh1 izahatına uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
9. Saatlı Rayon Məhkəməsinin 2(055)-1076/2022 nömrəli iş üzrə 15 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Mirlətif Sadıqov) iddia təmin edilərək, mübahisəli torpaq sahəsindən cavabdehlərin və onlarla birlikdə yaşay an ailə üzvlərinin çıxarılması, cavabdehlər tərəfindən inşa edilmiş özbaşına tikililərin onların hesabına sökülməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıların tələbi qanuni olduğundan onların qanunla qorunan hüquqları məhkəmə qaydasında müdafiə olunmalıdır. Cavabdehlər iddiaçıların iddia etdiyi mübahisəli torpaq sahəsini torpaq sahəsinin digər birgə mülkiyyətçilərindən olan mərhum X4 aldıqlarını və onların mülkiyyəti olduğunu göstərsələr də, bu barədə məhkəməyə sübut təqdim edə bilməmişlər.
11. Məhkəmə qeyd etmişdir ki, X7 vəfat etdiyindən məhkəmə tərəfindən onun üçüncü şəxs qismində işə cəlb edilməsinin qeyri-mümkünlüyü nəzərə alınmalıdır.
12. Məhkəmə cavabdehlərin torpaq sahəsinin alınması üçün verdiyi Azərbaycan manatının köhnə məz ənnəsi ilə 2.500.000 manat pul tələbi ilə bağlı qeyd etmişdir ki, cavabdehlərin bununla bağlı ayrıca iddia qaldırmaq hüququ istisna olunmur.
13. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Mülki Məcəllənin 152, 157-ci maddələrinə, Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Birinci instansiya məhkəməsində ikinci iş üzrə icraat
14. İddiaçılar Cavabdeh4, Cavabdeh1, X6, X8 və Cavabdeh2 cavabdehlər İddiaçı2, İddiaçı4, İddiaçı6, İddiaçı1 və İddiaçı7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Torpağa mülkiyyət hüququna dair” JN-015A saylı Şəhadətnaməyə əsasən cavabdehlərin ümumi birgə mülkiyyətinə verilmiş, Saatlı rayonu, Mircəlal kəndində yerləşən 2,92 ha torpaq sahəsinə dair alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi b arədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
15. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışlar ki, mübahisəli torpaq sahəsini mərhum X 1997-ci il tarixdə əvvəlki Azərbaycan manatının məzənnəsi ilə 25.000.000 manat pul müqabilində almışlar. Həmin vaxt digər mülkiyyətçilər torpaq alğı-satqısından xəbərdar olmuş, şifahi müqaviləyə razılaşaraq etiraz etməmişlər. Hüquqi savadlarının olmaması səbəbindən torpaq sahəsini rəsmi qaydada alğı-satqı etdirməmişlər. Sözügedən torpaq sahəsində 1990-cı ildə tikilmiş 3 otaqlı və 1 eyvandan ibarət fərdi yaşayış evi olmuş və həmin evdə təsərrüfat olaraq qeydə alınmışlar. Həmin vaxtdan hal-hazırkı vaxtadək həmin fərdi yaşayış evindən istifadə etmişlər, torpaq sahəsini əkib-becərmişlər, kommunal və verg i xərclərini ödəmişlər.
16. Cavabdeh İddiaçı4 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçılar həmin torpaq sahəsini onların mərhum nənələri X 1997-ci il tarixdə əvvəlki Azərbaycan manatının məzənnəsi ilə 25.000.000 manat pul müqabilində aldıqlarını bildirsələr də, sözügedən alğı-satqı müqaviləsindən məlumatları olmamışdır. Onların bildiyinə görə torpaq sahəsi iddiaçılara icarəyə verilmiş, alğı-satqı müqaviləsi bağlanmamışdır.
17. Cavabdehlər İddiaçı1 və İddiaçı2 nümayəndəsi İddiaçı3 və cavabdeh İddiaçı7 nümayəndəsi İddiaçı5 cavabdeh İddiaçı4 ilə eyni məzmunlu izahat vermişdir.
18. Saatlı Rayon Məhkəməsinin 2(055)-168/2023 nömrəli iş üzrə 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Mirlətif Sadıqov) iddia ərizəsi təmin edilməmişdir.
19. Birinci instansiya məhkəməsinin mö vqeyi ondan ibarət olmuşdur ki, torpağa mülkiyyət hüququna dair dövlət aktı əldə olunmuş və iddiaçılar həmin sənəd əsasında torpaq sahəsini qanuni şəkildə (notarial qaydada) özgəninkiləşdirmək imkanına malik olmuşlar. Belə olduğu halda torpaq sahəsinin alğı-satqısı barədə əqd bağlamaq üçün əvvəlcədən iddiaçının cavabdehlərə notariat orqanına getmələrini niyə təklif etməməsi və buna maneə olan səbəblər aydın olmamışdır. Əgər həmin vaxt cavabdehlər notariat orqanına getməkdən yayınmışlarsa, onların (yaxud onlardan hər hansı birinin və ya bir neçəsinin) həmin əqdi bağlamaq niyyətləri olmamışdır.
20. Məhkəmə qeyd etmişdir ki, əgər həqiqətən də torpaq sahəsinin alğı-satqısına dair iddiaçıların nəzərdə tutduqları əqd bağlanmış olsaydı və buna onların iradəsi mövcud olsaydı, o zaman cavabdehlər in notariat kontoruna getməkdən yayınmaları üçün əsas və səbəb olmazdı.
21. Məhkəmə qeyd etmişdir ki, daşınmaz əşyaların alğı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının notarial formasına riayət edilməməsi onların etibarsızlığına səbəb olur. Məhkəmə araşdırması zamanı mübahisə predmeti olan torpağın alğı-satqısına dair yazılı əqdin olmadığı müəyyən edilmiş, eyni zamanda əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin əks tərəfin təqsiri ucbatından baş verməsi və tərəfin əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırması halları barədə məhkəməyə sübut təqdim edilməmişdir.
22. Məhkəmə, həmçinin iş materiallarına əlavə edilmiş sənədlərə əsasən iddiaçıların mübahisə predmeti olan 2.92 ha torpaq sahəsində t əsərrüfat olaraq qeydə alınmaqla həmin torpaq sahəsində 1990-cı ildə tikilmiş fərdi yaşayış evində yaşamaları, torpaq vergisi, kommunal xərcləri ödəmələri barədə xüsusatlar və şahid ifadələri ilə bağlı qeyd etmişdir ki, məhkəmə mübahisəsi zamanı daşınmaz əmlakla bağlı əqdin bağlanmasını təsdiq edən sübut vasitəsi kimi yalnız yazılı formada tərtib olunmuş və notarial qaydada təsdiqlənmiş müqavilə çıxış edə bilər. Həmin əqdin bağlanmasının başqa sübutlarla, o cümlədən şahid ifadələri ilə əsaslandırılması yolverilməzdir və şahidlərin ifadələrini məhz bu xarakterli mübahisə üçün mötəbər hesab etmək olmaz.
23. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 152, 157, 222, 335, 386, 389-394-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəm əsindəki icraat
24. İddiaçı Cavabdeh4 apellyasiya şikayəti verərək, iş üzrə Saatlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçıların razılığı əsasında torpağı əldə etmələrini, iddiaçıların mübahisəli torpağa dair 1997-ci il tarixli razılaşmadan xəbərdar olduqlarını etiraf edərək, hüquqlarının pozulduğunu bildirsələr də, bu müddətə ərzində məhkəmədə iddia qaldırmamalarının səbəbini əsaslandırmadıqlarını və həmin sahə üzərində yaranmış hüquqlarını nəzərə almamaqda ifadə ol unmuşdur. Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət əslində iddia müddəti deyil, kəsici müddətdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. Məhkəmə mülki işin faktiki hallarını araşdırarkən tərəflərin qarşılıqlı münasibətini nəzərə almamış və iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır.
26. İddiaçılar Cavabdeh4, Cavabdeh1, X6, X8 və Cavabdeh2 birgə apellyasiya şikayəti verərək, Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, mübahisə predmeti olan torpaq sahəsinin keçmiş mülkiyyətçilərindən qanuni əsaslarla razılaşma əsasında əldə etdiklərindən, bununla da, torpağın sahibi olaraq almış olduqları tarixdən istifadə edildiyindən və bununla bağlı heç bir şikayət və etiraz olmadığından həmin sahə mülkiyyətlərində olan əmlak kimi qəbul edilməlidir. Məhkəmənin qeyd olunmuş əsası nəzərə almaması torpaq sahəsi üzərində istifadə və gözənilən mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Cavabdehlər mübahisəli torpağa dair şifahi alğı-satqı müqaviləsinin bağlanılmasından xəbərdar olmuş və bu faktı etiraf edərək hüquqlarının pozulduğunu bildirsələr də, bu müddətə ərzində torpaq sahəsi ilə bağlı məhkəmədə iddia qaldırmamışlar və bu faktın səbəbini əsaslandırmamışlar. Eyni zamanda, məhkəmə cavabdeh lərdən torpağın alınması zamanı verdikləri pul məbləğini yeni məzənnə ilə tələb etmək hüquqlarını nəzərə almamışdır. Qeyd olunmuş faktiki əsasa uyğun olaraq, məhkəmə iddia tələbləri təmin olunmadığı halda, həmin torpaq sahəsinin alınmasına verdiyi əvvəlki məzənnə ilə 25.000.000 manat pul məbləğinin hazırkı məzənnə ilə cavabdehlərdən tələb etmək hüquqlarına da, münasibət bildirməmişdir. Məhkəmənin maddi hüquq normalarının pozuntusuna yol verməsi torpaq sahəsini cavabdehlərin razılığı əsasında əldə etmələrini, iddiaçıların mübahisəli torpağa dair 1997-ci il tarixli razılaşmadan xəbərdar olduqlarını etiraf edərək, hüquqlarının pozulduğunu bildirsələr də, bu müddət ərzində məhkəmədə iddia qaldırmadıqlarının səbəbini əsaslandırmadıqlarını və həmin sahə üzərində yaranmış hüquqlarının mövcudluğun u nəzərə almamaqla ifadə olunmuşdur.
28. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 sentyabr 2023-cü il tarixli, 2(106)-1315/2023 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh4 və digərlərinin cavabdeh İddiaçı2 və digərlərinə qarşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair 2(106)-1315/2023 nömrəli mülki iş, İddiaçı1 və digərlərinin Cavabdeh1 və digərlərinə qarşı “torpaq sahəsindən çıxarılma və cavabdehlər tərəfindən inşa edilmiş özbaşına tikililərin onların hesabına sökülməsi” tələbinə dair 2(106)-382/2023 nömrəli mülki işə birləşdirilmiş və mülki işin 2(106)-382/2023 nömrə ilə baxışının davam etdirilməsi qərara alınmışdır.
29. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-382/2023 nömrəli mülki iş üzrə 25 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hak imlər Cahid İmanov (sədrlik edən və məruzəçi), Tale Kərimov və Pərviz Əhmədov) Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə Saatlı Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X9 və Cavabdeh4 qarşı torpaq sahəsindən cavabdehlərin və onlarla birgə yaşayan ailə üzvlərinin çıxarılması, cavabdehlər tərəfindən tikilmiş özbaşına tikililərin onların hesabına sökülməsi tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Saatlı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın qismən təmin edilməsi, mübahisəli torpaq sahəsinə dair alğı-satqı müqaviləsinin cavabdehlərlə iddiaçılar Cavabdeh4 və Cavabdeh1 arasında bağlanmış hesab edilməsi qət edilmişdir.
30. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh4 və Oqtat Nuriyev mübahisəli torpaq sahəsini almışlar. Tərəflər qeyd edilən torpaq sahəsini öz aralarında notarial qaydada alğı-satqı etdirməsələr də, işə əlavə edilmiş xx.xx.1997-ci il tarixli yazılı beh müqaviləsindən görünür ki, mülkiyyətçilərdən X7, X3 evinin satılması ilə bağlı, manatın həmin dövrdəki məzənnəsinə uyğun olaraq 6.000.500 manat beh pulunu almışdır. Cavabdehlər sonradan evin qalan pulunu da X ödəmiş və qarşılığında JN-015A saylı Şəhadətnamənin əslini ondan almışlar. Həmin va xtdan da qeyd edilən şəhadətnamənin əsli cavabdeh tərəfdə qalmışdır. Bu səbəbdən də iddiaçılar islahat nəticəsində onlara ayrılmış 1.22 və 0.56 ha torpaq sahəsinə dair DƏDRX-dən Çıxarışlar ala bilsələr də, 2.92 ha torpaq sahəsində dair Çıxarış ala bilməmişlər.
31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçılar qeyd edilən mübahisəli torpaq sahəsinin cavabdehlərə icarəyə verdiklərini bildirsələr də, həmin torpağın icarəyə verilməsi ilə bağlı hər hansı sübutlarını məhkəməyə təqdim edə bilməmişlər. Əksinə cavabdeh tərəf bildirmişdir ki, X ilə onlar arasında icarə deyil, alğı-satqı müqaviləsi bağlanmasını qeyd etmiş və buna dair yazılı beh müqaviləsini məhkəməyə təqdim etmişlər. İddiaçılardan Ramin, Cavanşir və Nigar yazılı behin verilməsi ilə bağlı müqavilənin mövcudluğunu inkar etməmişlə r. Onlar həmin behin icarə üçün əvvəlcədən alınmış məbləğlər olmasını bildirmişlər.
32. Məhkəmə kollegiyası iddiaçıların qeyd edilən fikirlərinə tənqidi yanaşmışdır. Belə ki, iddiaçılar cavabdehlər tərəfindən icarə üçün sonradan ödənişlər etmələri ilə bağlı məhkəməyə hər hansı bir fikir bildirməmiş və ya sübut təqdim etməmişlər.
33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, həmçinin tərəflərin izahatı ilə müəyyən olunmuşdur ki, 1997-ci ildə ev və torpaq satıldıqdan sonra iddiaçılar Bakı şəhərindən ev alaraq ailəlikcə köçərək Bakı şəhərində yaşamağa başlamışlar, hal-hazırda da Bakıda yaşayırlar. Bu işin mübahisəsiz halı olmuşdur. Cavabdeh tərəf bildirmişdir ki, onların verdikləri 2.500.000 manat pulla iddiaçılar Bakı şəhərində ev almışlar. İddiaçılar da qeyd etmişlər ki, 1997-ci ildə Bakı şəhər indən 3500 ABŞ dollarına 2 otaqlı ev almışlar. Bu bir daha ona dəlalət etmişdir ki, iddiaçılar 1997-ci ildə 2.92 ha torpaq sahəsini cavabdehlərə satmışlar. İşin mübahisəsiz hallarından biri də ondan ibarət olmuşdur ki, cavabdehlər 1997-ci ildən 2.92 ha torpaq sahəsində istifadə etmişlər, həmçinin indi də edirlər və həmin torpaq sahəsi onların faktiki sahibliyində olmuş, indi də onların sahibliyindədir. Bunu iş üzrə dindirilmiş şahidlər də təsdiq etmişdir.
34. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehlər torpaq sahəsini aldıqdan sonra həmin ərazidə yaxşılaşdırma işləri aparmış, müxtəlif növ bar verən və bar verməyən ağaclar əkmiş, sonradan həyətdə yeni bir ev və digər hamam, tualet, tövlə, çardaq və sair yardımçı tikililər inşa etdirmişlər. Keçən 24-25 il ərzində iddiaçılar həmin ərazi də yaşayan yaxın qohumlarını (əmisigil, bibisigil və s.) ziyarət etmək üçün kəndə gəldikləri zaman cavabdehlər tərəfindən mübahisəli torpaqda aparılan təmir-tikinti, yaxşılaşdırma işlərini görmüş və ya kənddə olmadıqları vaxtlarda isə yaxın qohumları vasitəsilə cavabdehlərin gördükləri bütün işlərdən bir növ xəbərdar olmuşlar. Bütün bu işlər sanki iddiaçıların “gözünün önündə” baş vermişdir. Lakin iddiaçılar ötən bu müddət ərzində görülən işlərlə bağlı cavabdehlərə qarşı hər hansı etiraz etməmiş, onların bütün bu işlərini sükutla qarşılamaqla bir növ bu işlərə öz razılıqlarını bildirmişlər.
35. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi 1997-ci ildən etibarən hal-hazıradək Cavabdeh1 və onun ailəsinin faktiki istifadəsində və sahibliyində olmuş və həmin halın qanunsuz baş verməsi iş materialları üzrə təsdiqini tapmamışdır. Belə ki, həmin torpaq sahəsinin Cavabdeh1 və onun ailəsinin qanuni sahibliyinə verilməsi tərəflərin izahatları, eləcə də, iş materiallarında olan digər mötəbər sübutlarla tam təsdiq edilmişdir. Bununla da, hazırkı iddia tələbinin Mülki Məcəllənin 157.2ci maddəsi əsasında həll edilməsi mümkün deyildir və iddianın qanuni əsası mövcud deyildir.
36. Baxılan işdən aydın olmuşdur ki, hər iki iş üzrə tərəflər eyni yaşayış ünvanında, yəni eyni kənddə yaşaması baxımından birinci iş üzrə cavabdehlərin mübahisəli torpaqdan və evdən istifadə etmələrinə uzun illər sükut nümayiş etdirməsi, 24 il boyunca buna etiraz etməmələri birinci iş üzrə iddiaçılar tərəfindən onlara göstərilən razılığa, onda yaradılan arxayınçılığa görə də, biri nci iş üzrə cavabdehlərin mübahisəli evin həyətində müxtəlif növ ağaclar əkərək, nar bağı salaraq, həmin torpaqda ev və digər yardımçı tikililər inşa edərək həmin evdə yaşamaları onların qeyd edilən torpaq sahəsinə qanuni sahibliyinin göstəricisi sayılmalıdır. Birinci iş üzrə iddiaçılar birinci iş üzrə cavabdehlərin mübahisəli torpaqdan 1997-ci ildən istifadə etdiklərini öz izahatları ilə təsdiq etmişlər.
37. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı, həmçinin birinci iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi İddiaçı3, iddiaçı, həmçinin İddiaçı7 nümayəndəsi İddiaçı5 və İddiaçı6 qeyd edilən evə görə “beh müqaviləsinin hazır olaraq yazılıb gətirildiyini və X tərəfindən imzalandığını” göstərmişlər. Qeyd edilən beh müqaviləsi üzrə ödənilmiş o vaxtın məzənnəsi ilə ******* manat pu lun icarə müqaviləsi üzrə ilkin ödəniş olduğunu bildirmişlər. Lakin beh müqaviləsində behin ev üçün alınması açıq-aşkar bildirilmişdir. Bu hal özlüyündə tərəflər arasında mübahisəli torpaq və evlə bağlı mövcud razılaşmanın (əqdin) onların (akt üzrə yetkinlik yaşına çatmış şəxslərin) iradəsi ilə əhatə edildiyini əks etdirmiş və tam sübut etmişdir.
38. Məhkəmə iclasında müəyyən edilmiş işin mübahisəsiz faktiki hallarından görünmüşdür ki, mübahisəli həyətyanı torpaq sahəsi 1997-ci ildən Cavabdeh1 və onun ailəsinin faktiki istifadəsində olmuşdur. Cavabdeh1 həmin torpaq sahəsində özü və ailəsi üçün fərdi yaşayış evi, özləri və heyvanları üçün digər yardımçı tikililər tikdirmiş, torpaqda yaxşılaşdırma işləri aparmış, orada müxtəlif növ meyvə və digər ağaclar əkmişdir. Bir sözlə, həmin torpaq s ahəsi qeyd edilən 1997-ci il tarixindən etibarən etirazsız şəkildə onların sahibliyində və istifadəsində olmuşdur. Lakin birinci instansiya məhkəməsi göstərilən halları nəzərə almamış, tərəflər arasındakı qarşılıqlı münasibəti onların müqavilə üzrə əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirmədən, yəni tərəflərin həqiqi iradə ifadələrinə uyğun şəkildə müqayisəli təhlil etməyərək, işin faktiki hallarına qanunvericiliyin imperativ normalarını düzgün tətbiq etməməklə əsassız nəticəyə gəlmişdir.
39. Məhkəmə kollegiyası qeyd etmişdir ki, xx.xx.1997-ci tarixli beh müqaviləsinə əsasən 1997-ci il tarixindən Cavabdeh1 və onun ailəsinin sahibliyinə keçmiş və hazırkı vaxta kimi istifadəsində olan mübahisəli torpaq sahəsi üzrə qanuni gözləntiyə malik olmuşdur. Belə ki, onun bu sahibliyi tərəflər arasındakı müqavilə və ondan sonrakı uzun illər (25-26 il) ərzində hazırkı iş üzrə birinci iş üzrə iddiaçıların davranışı ilə müəyyən edilən rəftarı və əsl iradə ifadəsində inikasını tapan qanunvericilik normalarına əsaslanmışdır.
40. Məhkəmə kollegiyası işin faktiki hallarını və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli və digər qərarlarında formalaşmış hüquqi mövqeyini nəzərə alaraq hesab etmişdir ki, mübahisəli torpaq sahəsinə dair birinci iş üzrə iddiaçıların artıq heç bir subyektiv hüququ olmamışdır.
41. Nəzərə alınm alıdır ki, mübahisəli torpaq sahəsinin satıldığı vaxt- 1997-ci ildə həmçinin İddiaçı3, İddiaçı5 və İddiaçı4 yetkinlik yaşına çatmadığından yuxarıda qeyd edilən müqavilədə onların imzasına zərurət olmamışdır.
42. Mülki Məcəllənin 335.2-ci maddəsi elə notarial qaydada bağlanmalı olan müqavilə həmin formada rəsmiləşdirilmədiyi halda bir tərəfin belə sənədləşmədən boyun qaçırması hallarını tənzimləyir. Odur ki, tərəflərin müqaviləni notarial qaydada bağlamaq imkanları olduğu halda da bunu etməmələri həmin normaya əsaslanan tələbin rədd edilməsi üçün əsas ola bilməz.
43. Birinci instansiya məhkəməsi baxılan işdə həmin halları müəyyən edərək iddianı təmin etməmişdir. Lakin işlə müəyyən edilmişdir ki, tərəflər arasında mübahisəli torpaq sahəsinin alğı-satqısına dair ikitərəfli razılaşma baş tutmu ş, bu razılaşma yazılı beh müqaviləsi tərtib edilməsi ilə sənədləşdirilmiş və torpaq mülkiyyətçisi onu imzalamışdır. Daşınmaz əşyanın dəyərini satıcılar qəbul etmiş, alıcı sahəni təhvil almaqla hazırkı vaxtadək ona sahiblik etmiş və hazırda da edir. Sonradan ikinci iş üzrə iddiaçı notarial rəsmiləşdirməni satıcılardan tələb etmiş, bununla da Aygün və Cavabdeh1lər alıcı olaraq iradəsini bəyan etmişlər.
44. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab etmişdir ki, hazırkı birinci iş üzrə iddianın təmin edilməsi, ikinci iş üzrə isə iddianın təmin edilməməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir.
45. İş materialları müəyyən olunmuşdur ki, 1997-ci ildə X8 və Cavabdeh2 yetkinlik yaşına çatmamışlar. Buna görə də məhkəmə hesab etmişdir ki, ikinci iş üzrə iddia X8 və Cavabdeh2 münasibətdə təmin edilməməlidir.
46. X1 beh müqaviləsi üzrə qardaşı Cavabdeh1 və onun ailəsinin mənafeyindən çıxış etmişdir. Buna görə də onun apellyasiya şikayəti də təmin edilə bilməz.
47. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 16, 152, 157, 213, 222, 324, 335, 357, 358, 360, 404, 425, 560-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 34 6.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
48. Birinci iş üzrə iddiaçılar İddiaçı4, İddiaçı5, İddiaçı3, İddiaçı7 və İddiaçı1 (Vəkil3) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, birinci iş üzrə iddianın təmin edilməsi, ikinci iş üzrə iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
49. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən MPM-in 385, 386-cı maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə bu mübahisəyə Mülki Məcəllənin 491-ci maddəsini tətbiq etməli idi. Beh tərə flər arasında gələcək müqaviləni təmin etmək məqsədi daşıyır. Hazırkı mübahisədə məhkəmə qanunsuz qətnaməsini əsaslandırarkən 2 məqamı nəzərdən qaçırmışdır: 1) mübahisəli torpaq sahəsi onu (guya ki) satmış X5 müstəsna mülkiyyətində olmamışdır. 2) Mübahisəli torpağa dair JN-015A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 2.92 hektar torpaq sahəsi X7, İddiaçı7, İddiaçı1, İddiaçı6, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 dekabr 1998-ci il tarixli, 12 saylı qərarı ilə birgə mülkiyyətinə verilmiş və bu mülkiyyət hüququ ümumi mülkiyyət hüququ olmuşdur. Məhkəmənin əsas sübut kimi təqdim etdiyi xx.xx.1997-ci il tarixli yazılı beh müqaviləsi yazılan zaman nə beh müqaviləsində adı yazılmış X, nə də digər cavabdehlər mülkiyyətçi olmamışl ar. Mülki Məcəllənin 491-ci maddəsinə əsasən beh (hətta bu mübahisədə olduğu kimi şübhəli şəraitdə və digər mülkiyyətçilərin imzası olmadan deyil, notarial təsdiq olunmuş olsaydı belə) əqdin başa çatmasının sübutu ola bilməz. Çünki daşınmaz əmlakın barəsində alğısatqı əqdi Mülki Məcəllənin 491-ci deyil, 567-ci maddəsi ilə tövsif olunur. Lakin məhkəmə tərəflər arasında deyil, beh yazılarkən mülkiyyətçi olmayan, beh anlaşmasından yalnız 1 il 2 ay sonra mülkiyyətçi olmuş şəxslərdən yalnız birinin adı yazılmış beh kağızını alğısatqının başa çatması kimi qiymətləndirmişdir. Bundan başqa məhkəmə qətnaməsində bir neçə dəfə: “Tərəflər qeyd edilən torpaq sahəsini öz aralarında notarial alğı-satqı etdirməsələr də işə əlavə edilmiş (iş.v 102) xx.xx.1997-ci il tarixli yazılı beh müqaviləsindən görünür ki, mülkiyyətçilərdən X2 İX evinin satılması ilə bağlı, manatın həmin dövrdəki məzənnəsinə uyğun olaraq altı milyon beş yüz min manat beh pulunu almışdır”- yazsa da, alğı-satqının tarixi barədə qətnamənin heç bir hissəsində, hətta Nuriyevlərin özlərinə belə istinadən qeyd edilməmişdir. Qətnamədə qeyd edilmişdir ki, “cavabdehlər sonradan evin qalan pulunu da X ödəmişlər”. Məhkəmə 3 məsələni ümumiyyətlə araşdırmamışdır:
1. Nuriyevlər niyə bütün mülkiyyətçilərlə əqd bağlalamışlar?
2. Beh kağızında olan məbləğ mübahisəli torpaq sahəsinin “alğı-satqı” qiymətinin yerdə qalan nə qədər hissəsi və nə zaman verilib? Daha dəqiq desək, “Cavabdehlər sonradan evin qalan pulunu”- ifadəsindəki “sonradan” sözü mülkiyyətçilər torpağa dair şəhadətnamə alandan əvvəl yaxud sonra baş verib?
3. Əgər şəhadətnamə alandan sonra baş veribsə onda niyə Nuriyevlər şəhadətnamədə adı yazılmış bütün şəxslərin imzasını tələb etməmişlər? Necə olmuş ki, 6.000.500 manat verəndə ilk cavabdehlər Nuriyevlərin “beh” adlı kağız yazmağa savadı çatmış, lakin (guya ki) yerdə qalan 1.850.000 manat pulu verəndə kağız almağa savadları çatmamışdır?. Qətnamədə daha sonra qeyd edilmişdir ki, “cavabdeh tərəf bildirmişdir ki, onların verdikləri 2.500.000 manat pulla iddiaçılar Bakıdan ev alıblar. İddiaçılar da qeyd etmişlər ki, 1997-ci ildə Bakıdan 3500 ABŞ dollarına 2 otaqlı ev almışlar. Bu bir daha ona dəlalət edir ki, iddiaçılar 1997-ci ildə 2.92 ha torpaq sahəsini cavabdehlərə satmışlar.” Lakin məhkəməyə ilk iddiaçılar və ikinci cavabdehlərin hansı tarixdə harada və neçəyə ev almaları barədə hər hansı sübut təqdim olunma mışdır. Əks halda, məhkəmə MPM-in 97-99-cu maddələrini pozmaz, müvafiq mütəxəssis yaxud ekspert rəyi tələb edər, sorğu verər və görərdi ki, “1997-ci ildən Azərbaycanda dollar ucuzlaşmağa başlamışdır. Həmin ilin iyulunda 1 ABŞ dolları 3.970 manat təşkil etmişdir.” Yəni beh kimi yazılmış kağızdakı 6.000.500 manat (təxminən 1600 ABŞ dolları) 3.500 ABŞ dolları məbləğinə ev almağa bəs etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
50. Cavabdeh4 (Vəkil1) kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
51. Maddə 13 (hissə İ). Azərbaycan Respublikasınd a mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
52. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
53. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənca m vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
54. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
55. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
56. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.
57. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyy ətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.
58. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
59. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
60. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
61. Maddə 335.1. Əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır.
62. Maddə 335.2. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiq lənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir (Maddə 24 iyun 2005-ci il 949- İİQD nömrəli Qanunla çıxarılanadək olan redaksiya).
63. Maddə
357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.
64. Maddə
358. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
65. Maddə 360.2. Təmsil edilən tər əfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.
66. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
67. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
68. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxt da və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
69. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
70. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
71. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
72. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşd ırmalı və onlardan istifadə etməlidir.
73. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
74. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
75. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
76. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
77. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
78. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
79. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mate riallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
80. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi
81. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
82. İddiaçılar kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır.
83. Belə ki, işin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 05 oktyabr 1997-ci il tarixli yazılı beh müqaviləsinə əsasən, mülkiyyətçilərdən X7, X3 evinin satılması ilə bağlı, manatın həmin dövrdəki məzənnəsinə uyğun olaraq 6.000.500 manat beh almışdır. Cavabdehlər sonradan evin qalan pulunu da X ödəmiş və qarşılığında JN-015A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin əslini ondan almışlar. Həmin vaxtdan qeyd edilən Şəhadətnamənin əsli cavabdeh tərəfdə qalmışdır. Bu səbəbdən də iddiaçılar islahat nəticəsində onlara ayrılmış 2.92 ha torpaq sahəsində dair Çıxarış ala bilməmişlər.
84. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçılar mübahisəli torpaq sahəsinin cavabdehlərə icarəyə verdiklərini bildirsələr də, həmin torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı hər hansı sübutlarını məhkəməyə təqdim edə bilməmişlər. Əksinə, cavabdehlər bildirmişlər ki, X ilə onlar arasında icarə deyil, alğı-satqı müqaviləsi bağlanmasını qeyd etmiş və buna dair yazılı beh müqaviləsini məhkəməyə təqdim etmişlər. İddiaçılardan Ramin, Cavanşir və Nigar yazılı behin verilməsi ilə bağlı müqavilənin mövcudluğunu inkar etmə mişlər.
85. Apellyasiya instansiyası məhkəməsi, iddiaçıların qeyd olunan dəlillərinə tənqidi yanaşmış və qeyd etmişdir ki, tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, 1997-ci ildə ev və torpaq sahəsi satıldıqdan sonra iddiaçılar Bakı şəhərindən ev alaraq ailəlikcə köçərək Bakı şəhərində yaşamağa başlamış və hal-hazırda da orada yaşayırlar. Bu fakt işin mübahisəsiz halı olmuşdur. Cavabdeh tərəf bildirmişdir ki, onların verdikləri 2.500.000 manat pulla iddiaçılar Bakı şəhərində ev almışlar. İddiaçılar da qeyd etmişlər ki, 1997-ci ildə Bakı şəhərindən 3500 ABŞ dollarına 2 otaqlı ev almışlar. Bu bir daha ona dəlalət etmişdir ki, iddiaçılar 1997-ci ildə 2.92 ha torpaq sahəsini cavabdehlərə satmışlar. İşin mübahisəsiz hallarından biri də ondan ibarət olmuşdur ki, cavabdehlər 1997-ci ildən 2.92 ha torpaq sahəsində istifadə etmişlər, həmçinin indi də edirlər və həmin torpaq sahəsi onların faktiki sahibliyində olmuş, indi də onların sahibliyindədir. Bunu iş üzrə dindirilmiş şahidlər də təsdiq etmişdir.
86. Apellyasiya instansiyası məhkəməsi iddiaçıların tələbləri ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdehlər torpaq sahəsini aldıqdan sonra həmin ərazidə yaxşılaşdırma işləri aparmış, müxtəlif növ bar verən və bar verməyən ağaclar əkmiş, sonradan həyətdə yeni bir ev və digər hamam, tualet, tövlə, çardaq və sair yardımçı tikililər inşa etdirmişlər. Keçən 24-25 il ərzində iddiaçılar həmin ərazidə yaşayan yaxın qohumlarını (əmisigil, bibisigil və s.) ziyarət etmək üçün kəndə gəldikləri zaman cavabdehlər tərəfindən mübahisəli torpaqda aparılan təmir-tikinti, yaxşılaşdırma işlərini görmüş və ya kənddə olmadıqları vaxtlarda isə yaxın qohumları vasitəsilə cavabdehlərin gördükləri bütün işlərdən bir növ xəbərdar olmuşlar. Bütün bu işlər sanki iddiaçıların “gözünün önündə” baş vermişdir. Lakin iddiaçılar ötən bu müddət ərzində görülən işlərlə bağlı cavabdehlərə qarşı hər hansı etiraz etməmiş, onların bütün bu işlərini sükutla qarşılamaqla bir növ bu işlərə öz razılıqlarını bildirmişlər.
87. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi 1997-ci ildən etibarən hal-hazıradək Cavabdeh1 və onun ailəsinin faktiki istifadəsində və sahibliyində olmuş və həmin halın qanunsuz baş verməsi mülki iş materialları üzrə təsdiqini tapmamışdır. Belə ki, həmin torpaq sahəsinin Cavabdeh1 və onun ailəsinin qanuni sahibliyinə verilməsi tərəflərin izahatlar ı, eləcə də, iş materiallarında olan digər mötəbər sübutlarla tam təsdiq edilmişdir. Bununla da, hazırkı iddia tələbinin Mülki Məcəllənin 157.2-ci maddəsi əsasında həll edilməsi mümkün deyildir və iddianın qanuni əsası mövcud deyildir.
88. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
89. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, kassasiya şikayə tində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
90. Birinci iş üzrə iddiaçıların kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür.
91. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
92. Beləliklə də, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
93. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi qərara aldı: İddiaçı1 və digərlərinin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 sentyabr 2023-cü il tarixli, 2(106)-382/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.