Məhkəmə qərarları › İş №2(102)-2983/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2983/2024

03.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2983/2024 03.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, "Çinarə Lizinq” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ilk, Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasına dair iş üzrə QƏRARİ (Açar sözlər: deliktdən irəli gələn öhdəlik, zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı “zərərin ödənilməsi” barədə ilk, Cavabdeh2 cavabdeh İddiaçı qarşı “zərərin ödənilməsi” barədə qarşılıqlı iddia tələb lərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 may 2024-cü il tarixli, 2(103)-2582/2024 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 03 sentyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 xx.xx.2021-ci il tarixdə “İnfiniti FX-35 minik” markalı, ** PC *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Heydər Əliyev prospekti Mərdəkan istiqamətində hərəkətdə olarkən ara məsafəsi qaydalarını pozaraq, İddiaçı idarə etdiyi “Opel Antara minik” markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobillə arxadan toqquşmuş, zərbənin təsirindən sonuncu avtomobil qarşıda duran Cavabdeh2 idarə etdiyi “Honda CRV minik” markalı, ** KF *** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vu rmuşdur.

2. Polis orqan tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində (... ara məsafəsi...qaydalarının pozulmasına... görə) nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 40 manat inzibati cərimə edilmişdir. 3. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən “Opel Antara” markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyat hissələri üçün 28985 manat məbləğində, işçilik üçün 3430 manat olmaqla, cəmi 32415 manat zərər dəymişdir. 4. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli digər qüsur aktına əsasən “Opel Antara” markalı, ** TV *** dövlət qey diyyat nişanlı avtomobilə ehtiyat hissələri üçün 31750 manat məbləğində, işçilik üçün 3430 manat olmaqla, cəmi 35180 manat zərər dəymişdir.

5. Firm "xxxx" Firması tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən “Opel Antara” markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyat hissələri üçün 26415 manat məbləğində, işçilik üçün 3315 manat, olmaqla cəmi 29730 manat zərər dəydiyi hesablanmışdır.

6. Yol nəqliyyat hadisəsinin baş verdiyi tarixdə Cavabdeh1 idarə etdiyi “İnfiniti FX35 minik” markalı, ** PC *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh3 MMC-nin mülkiyyətində olmuşdur.

7. Cavabdeh3 MMC və X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən Cavabdeh3 MMC həmin avtomobili Nuranə Qurbanovaya lizinqə vermişdir. Həmçinin C avabdeh3 MMC xx.xx.2021-ci il tarixli etibarnamə ilə həmin avtomobili idarə etmək hüququnu xx.xx.2021-ci il tarixədək Cavabdeh1 etibar etmişdir.

8. Cavabdeh3 MMC-nin sığortaçısı "xxxx" Dövlət Sığorta Şirkəti tərəfindən hadisə nəticəsində avtomobilinə dəymiş zərərə görə İddiaçı 3.379 manat məbləğində sığorta ödənişi edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı (bundan sonra “iddiaçı”) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı iddia ərizəsi (əlavə ərizə) ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, “Opel Antara” minik markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərə görə 35.180 manat pul vəsaitinin, iddiaçıya məxsus avtomobilin ümumi texniki baxışdan keçirilməsi və qüsur aktının tərtib edilmə sinə görə ödənilmiş 150 manat pul vəsaitinin, 10.000 manat məbləğində vurulmuş mənəvi zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 45.360 manat pul vəsaitinin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, yol-nəqliyyat hadisəsi baş verəndən qısa müddət sonra iddiaçı öz mülkiyyətində olan avtomobilə dəymiş zərərin müəyyən edilməsi məqsədi ilə "xxxx" MMC-yə müraciət etmişdir. "xxxx" MMC tərəfindən iddiaçıya məxsus “Opel Antara” minik markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobil müayinə olunaraq avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün 32415 manat müəyyən edilmişdir. Avtomobilə ümumi texniki baxışın keçirilməsi və qüsur aktının tərtib edilməsi üçün iddiaçı tərəfindən "xxxx" MMC-yə 150 manat ödənilmişdir.

11. Göründüyü kimi, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobil əhəmiyyətli dərəcədə zərər görmüşdür. Bundan əlavə, sözügedən yol-nəqliyyat hadisəsindən iddiaçı dərin mənəvi sarsıntı keçirərək depressiyaya düşmüş, bu isə öz növbəsində onun səhhətinə mənfi təsir göstərmişdir.

12. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 152.1, 1096.1, 1096.2 və 1108.1-ci maddələrinə istinad etmişdir.

13. Cavadeh Cavabdeh2 da İddiaçı qarşı qarşılıqlı iddia verərək sonuncudan vurmuş olduğu maddi zərərə görə 13.919 manatın, mənəvi zərərin əvəzi kimi 5.000 manatın, məhkəmədə iddia qaldırarkən ödədiyi 30 manat dövlət rüsumunun və vəkilə ödədiyi 110 manatın, cəmi 19.059 manatın alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 xx.xx.2021-ci ildə Heydər Əliyev prospektindən üzü şəhər istiqamətində geriyə Mərdəkan istiqamətinə dönərkən dönmə zolağının bütöv xətlə nişanlandığı və sağ zolaqdan gələn avtonəqliyyat vasitəsinin hərəkətdə olduğu zolağa, eyni zamanda Cavabdeh2 hərəkətdə olduğu zolaqdan sağ zolağa keçmənin qadağan olunduğu zolaqla irəliləyərkən iddiaçıya məxsus “Opel Antara” minik markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmadığı halda iddiaçı ona yol vermək məqsədi ilə dayanmış və yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. Hadisə yerinin şəkillərindən və yol-nəqliyyat hadisəsinin sxemindən də göründüyü kimi, məhz iddiaçının hərəkəti sayəsində Cavabdeh2 avtomobilinə 15.539 manat maddi zərər dəymişdir ki, həmin zərərdən 1.620 manat "xxxx" DSKŞ tərəfindən Cavabdeh2 ödənilmişdir. Hadisə zamanı Cavabdeh2 öz zolağından çıxmamış, əlverişli şərait yaranana qədər gözləmişdir. Lakin iddiaçı bu zaman Cavabdeh2 yol vermək məqsədi ilə 120 km/saat surətli yolda qəfildən dayanmış və Cavabdeh2 avtomobilinə zərər vurulmasına səbəb olmuşdur. Həmin hadisə zamanı avtomobildə azyaşlı uşaqlar və Cavabdeh2 özü çox qorxmuş, hələ də həmin hadisənin təsirindən çıxa bilməmiş, çəkdiyi stress və qorxudan müalicə almalı olmuşdur.

15. Birinci instansiya məhkəməsi 27 aprel 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizası təyin edilmişdir.

16. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7458 nömrəli ekspert rəyinə əsasən 2015-ci il buraxılışlı, “Opel Antara” markalı, ** TV *** dövlət nömrə nişanlı avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 14.400 (24.000-40%) manat müəyyən edilir.

17. Birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixli qərardadı ilə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

18. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3077 nömrəli ekspert rəyinə əsasən 2015-ci il buraxılışlı, “Opel Antara” markalı, ** TV *** dövlət nömrə nişanlı avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təx minən 14400 (24000-40%) manat müəyyən edilir. Eyni zamanda qeyd edilir ki, nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2015-ci il tarixli, 422 nömrəli məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədəmüvafiq hesab olunduğundan 2015-ci il buraxılışlı, “Opel Antara” markalı, ** TV *** dövlət nömrə nişanlı avtomobilin bərpası məqsədi ilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı iş materiallarında olan qüsur aktı əsasında hesablanır.

19. Birinci instansiya məhkəməsində verdiyi rəylə bağ lı Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X6 bildirmişdir ki, təcrübələrində avtomobillərin bazar qiyməti “Turbo.az” kimi saytlardan, avtomobil servislərindən əldə edilmiş məlumatlar əsasında müəyyən edilir, həmçinin ekspertlərin təcrübələri nəzərə alınır. Bunun üçün avtomobilin markası və buraxılış ilinin fərqi yoxdur. Belə ki, avtomobil hansı marka və buraxılış ilidirsə, araşdırma da buna uyğun aparılır və əldə edilmiş məlumatlar əsasında orta qiymət müəyyən edilir. Hazırkı işdə də eyni qaydada araşdırma aparılmış və avtomobilin bazar qiymətinin 24000 manat olduğu müəyyən edilmişdir. Həmçinin qiymət müəyyən edilərkən yol nəqliyyat hadisəsi baş verən zaman satış qiyməti nəzərə alınmışdır. Avtomobilin ehtiyat hissələrinin qiymətini isə avtomağazalardan öyrənirlər. Ümumiyyətlə, onlar av tosalonlardan avtomobilin satış və ehtiyat hissələrinin qiymətini şifahi soruşmaqla öyrənir, bununla bağlı heç bir rəsmi sorğu vermirlər. Onların belə bir hüquqları yoxdur. Həmçinin avtomobilə baxış keçirmək də onların səlahiyyətində deyil. Belə ki, onlar yalnız servis tərəfindən verilmiş qüsur aktına əsasən araşdırma apararaq, ehtiyat hissələrinin qiymətlərinə baxa bilirlər. Bununla bağlı xx.xx.2015-ci il tarixli daxili əsasnamə qəbul edilmişdir. Həmin əsasnamədən əvvəl ekspertlər avtomobilə baxış keçirə bilsələr də, hazırda belə bir səlahiyyətləri yoxdur və yalnız qiymətlərə müdaxilə edə bilirlər. İş materiallarında olan qüsur aktında avtomobilə 32415 manat zərər dəydiyi müəyyən edilmişdir. Hansı ki, qüsur aktındakı zədələnmiş hissələr avtomobilin 40 %-ni təşkil edir. Əsas hissə isə avto mobilin “sürətlər qutusu”dur. Bu hissələrə zərər dəyibsə, deməli avtomobilin 50%-i yoxdur. Bu səbəbdən təcrübədə hansı hissələrin salamat qaldığını müəyyən edib, həmin hissələrini dəyərini avtomobilin bazar qiymətindən çıxırlar. Hazırkı işdə də bu metoddan istifadə edilmiş, yekunda avtomobilin təmir xərcinin 14400 manat olduğu müəyyən edilmişdir. Hesab edir ki, qüsur aktında müəyyən edilmiş qiymət şişirdilmiş qiymətdir. Belə ki, avtomobilin təmiri üçün 32000 manat verməkdənsə, 24000 manata yeni avtomobil almaq olar. Bazarda “Opel Antara” markalı avtomobil azdır, lakin tapmaq mümkündür. Bundan əlavə, fotoşəkillərə əsasən tədqiqat aparmasalar da, iş materiallarında olan fotoşəkillərdən görünür ki, maşının əsasən arxa bufer, baqaj, qabaq hissədən sağ bufer, kapot hissələrinə ziyan dəymişdir. Bu hissələrin təmiri üçün 32000 manat çoxdur.

20. Birinci instansiya məhkəməsində mütəxəssis kimi iştirak edərək "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktı ilə bağlı həmin MMC-nin avtomobillərin təmiri və satışı müəssisəsində təmir sexinin rəisi işləyən X1 göstərmişdir ki, "xxxx" MMC “Opel” şirkətinin Azərbaycandakı rəsmi distribütorudur. İş materiallarında olan qüsur aktını belə tərtib etmişlər ki, əvvəlcə avtomobilə bir neçə usta (elektrik, çilingər və s.) tərəfindən baxış keçirilmiş, onların hər bir ayrı-ayrılıqda zədələnən detalların siyahısını hazırlamış, həmçinin bu hissələrin təmiri üçün xidmət haqqını müəyyən etmişlər. Bundan sonra onlar həmin siyahını distribütoru olduqları “Opel” şirkətinə göndərmiş və şirkətdən onlara qiymətlər barədə məlumat verilmişdir. Bunun əsasında da qüsur aktında zədələnmiş detalların qiymətlərini yazmışlar. “Antara” modeli elə bir modeldir ki, onun köhnəlmiş detallarını tapmaq mümkün olmur. Belə ki, artıq onlar da bu avtomobillərin satışı ilə məşğul olmurlar. Hər bir halda iddiaçının zədələnmiş avtomobilini rəsmi servis kimi 14400 manata təmir etmələri mümkün deyil. Çünki köhnə detalları tapılmayan bu avtomobili təmir etmək üçün distribütoru olduqları şirkətin özündən yeni detallar sifariş etməyə məcburdurlar. Bu vəziyyətdə avtomobili o qiymətə təmir edə bilməzlər.

21. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-43/23 saylı iş üzrə 04 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh3ndən müştərək qaydada 26501 manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsum unun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, ilk iddia qalan hissədə və qarşılıqlı iddia təmin edilməmişdir. (hakim Səlimə Miriyeva)

22. Birinci instansiya məhkəməsi iş materiallarında olan inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərara əsasən müəyyən etmişdir ki, iddiaçının avtomobilinə zərər dəyməsi ilə nəticələnən yol nəqliyyat hadisəsində təqsirkar ilk iddia üzrə Cavabdeh1dir. Qarşılıqlı iddia ərizəsində hər nə qədər hadisənin baş verməsində ilk iddiaçının təqsirli olduğu iddia edilsə də, məhkəməyə bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Əksinə, qarşılıqlı iddiaçı Cavabdeh2 hadisə baş verdiyi gün yol polisinə verdiyi izahatda “İnfiniti” markalı avtomobilin (Cavabdeh1 idarə etdiyi avtomobil) “Opel” markalı avtomobili (iddiaçının idarə etdiyi avto mobil) vurduğunu və zərbənin təsirindən sonuncunun onun avtomobilini vurduğunu bildirmişdir. Cavabdeh1 də daxil olmaqla yol nəqliyyat hadisəsinin hər üç iştirakçısı hadisə günü verdiyi izahatlarda hadisəni yuxarıda qeyd edildiyi kimi təsvir etmişlər. Belə olan halda hadisənin ilk iddia üzrə Cavabdeh1 təqsirli olaraq törətdiyi hüquqa zidd əməllər (ara məsafəsi qaydalarını pozması) nəticəsində baş verməsi, məhz bu hadisə nəticəsində ilk iddiaçıya məxsus avtomobilə zərər dəyməsi işin faktiki halları kimi qəbul edilməlidir.

23. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Cavabdeh1 mülki hüquq pozuntusu (delikt) törətmişdir və törətdiyi əmələ görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır. Tərəflər işin bu hallarını bir o qədər mübahisələndirməsələr də, ilk iddia üzrə cavabdehin törətdiyi mülki hüquq pozuntusu nəticəsində ilk iddiaçıya dəymiş zərərin məbləği, yəni mülki məsuliyyətin həcmi ilə bağlı tam fərqli mövdedədirlər və aralarındakı əsas mübahisə də elə bununla bağlıdır.

24. Birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi mütəxəssis rəylərini və ekspert rəyini qiymətləndirərək, iş üzrə verilmiş ekspert rəyi ilə razılaşmamış və hesab etmişdir ki, hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş zərər iddiaçı tərəfindən təqdim edilmiş qüsur aktına əsasən hesablanmalıdır. Belə ki, "xxxx" MMC avtomobilin istehsalçısı olan şirkətin Azərbaycanda rəsmi diler kimi fəaliyyət göstərir. Müvafiq ekspert rəylərindən və məhkəmə iclasında ekspertin verdiyi izahatdan isə görünür ki, ekspert avtomobilə dəymiş zərəri qiymətləndirərkən əsas ən iki mənbəyə istinad etmişdir. Bunlardan biri avtomobil satış saytları, digəri isə müxtəlif avtosalonlardan şifahi sorğu ilə (telefonla servisə zəng edib soruşaraq) əldə edilən məlumatlardır.

25. Birinci instansiya məhkəməsinin mövqeyinə görə ekspertin rəy verərkən istinad etdiyi bu mənbələrin heç biri avtomobilin istehsalçısı (dileri vasitəsilə) tərəfindən müəyyən edilmiş qiymətlərdən daha etibarlı ola bilməz. Hansı ki, məhkəmə iclasında izahatı dinlənən mütəxəssis qüsur aktındakı hər bir detalın qiymətinin istehsalçı şirkətin özü tərəfindən müəyyən edilmiş qiymətlər olduğunu, bu avtomobilin köhnə ehtiyat hissələri tapılmadığından təmir zamanı ancaq yeni hissələri sifariş edərək gətirdiklərini bildirmişdir.

26. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, qüsur aktını tərtib edən "xxxx" MMC-nin avtomobilin istehsalçısı olan şirkətin Azərbaycanda rəsmi dileri olduğu nəzərə alındıqda, müvafiq qüsur aktı avtomobilə dəymiş real zərəri göstərən daha mötəbər (ən azından ekspert rəyi ilə müqayisədə) sübut hesab olunmalıdır.

27. Bununla belə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə iclasında ilk iddiaçı tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixli yeni bir qüsur aktı təqdim etmişdir. Firm "xxxx" Firması tərəfindən verilmiş bu qüsur aktında ilk iddiaçıya məxsus avtomobilin ehtiyat hissələri 26415 manat, işçilik 3315 manat olmaqla, cəmi 29730 manat məbləğində zərər dəydiyi müəyyən edilmişdir.

28. Birinci instansiya məhkəməsi bu qüsur aktının iş materiallarında olan "xxxx" MMC-nin tərtib etdiyi xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il ta rixli qüsur aktları ilə müqayisədə daha yeni olmasını, dolayısı ilə müvafiq ehtiyat hissə və işlərin cari qiymətini göstərməsini, həmçinin avtomobilin istehsalçısı tərəfindən müəyyən edilmiş qiymətlərə olduqca yaxın olmasını, həmçinin bu qüsur aktını məhkəməyə təqdim edən ilk iddiaçının avtomobilinə dəymiş zərərin məhz həmin qüsur aktına əsasən müəyyən edilməsinə etirazı olmamasını nəzərə alaraq hesab etmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus “Opel Antara minik” markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği Firm "xxxx" Firması tərəfindən tərtib edilmiş qüsur aktına uyğun olaraq 29730 manat məbləğində müəyyən edilməlidir.

29. Eyni zamanda birinci instansiya məhkəməsi nəzərə almışdır ki, avtomobilə dəymiş zərər üçün sığortaçı şirkət tərəfindən ilk iddiaçıya 3379 manat məbləğində sığorta ödənişi edilmişdir. Belə olan halda, avtomobilə dəymiş yekun zərərdən həmin məbləğ çıxılmalı, avtomobilə dəymiş zərərə görə ilk iddiaçıya 26351 manat məbləğində pul ödənilməlidir.

30. Həmçinin ilk iddiaçı avtomobilə texniki baxış keçirilərək qüsur aktı tərtib edilməsi üçün ödədiyi 150 manat məbləğində pulu da tələb etməkdə haqlı olmuşdur.

31. Həmin məbləğin kim tərəfindən ilk iddiaçıya ödənilməsinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsində yalnız Cavabdeh1 təqsiri müəyyən edildiyindən ilk iddiaçının avtomobilinə dəymiş zərərə görə yalnız o və hadisə baş verən vaxt avtomobilin mülkiyyətçisi olan Cavabdeh3 MMC məsuliyyət daşımalıdır. İlk iddiaçı və və kili hər nə qədər Cavabdeh2 qəzaya şərait yaratdığını iddia etsə də, iş materiallarından Cavabdeh1 savayı, başqa şəxsin təqsirli bilindiyi görünmür. Elə ilk iddiaçı da hadisə baş verdiyi vaxt verdiyi izahatında hadisənin baş verməsində Cavabdeh2 da məsuliyyət daşıması barədə heç bir qeyd etməmişdir. Belə olan halda baş vermiş hadisə nəticəsində ilk iddiaçının avtomobilinə dəymiş zərərə görə pul ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MMC-dən tutulmalıdır.

32. Birbaşa öz təqsiri nəticəsində vurulmuş zərərə görə Cavabdeh1 məsuliyyət daşımalı olduğu mübahisəsizdir.

33. Digər Cavabdeh3 MMC-nin hadisə baş verən vaxt Cavabdeh1 idarə etdiyi avtomobilin mülkiyyətçisi kimi daşıdığı məsuliyyətlə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əsasən hadisə vaxtı Cava bdeh1 idarə etdiyi avtomobilin mülkiyyətçisi Cavabdeh3 MMC olmuşdur. xx.xx.2020-ci il tarixli lizinq müqaviləsinə əsasən lizinq verən Cavabdeh3 MMC həmin avtomobili lizinq alan X3 lizinqə vermişdir. Lakin Cavabdeh3 MMC xx.xx.2021-ci il tarixdə verdiyi etibarnamə ilə həmin avtomobilin idarə edilməsini xx.xx.2021-ci il tarixədək Cavabdeh1 etibar etmişdir. Yəni sonuncu, hadisə baş verdiyi vaxt avtomobili idarə etmək səlahiyyətinə malik şəxs olmuş, bu səbəbdən haqqında tərtib edilmiş inzibati xəta haqqında protokol yalnız ara məsafəsi qaydalarının pozulmasına görə olmuşdur.

34. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilk iddia üzrə Cavabdeh3 MMCnin yüksək təhlükə mənbəyi (avtomobil) üzərində sahibliyinin həm hüquqi əsası (mülkiyyətçi kimi), həm də maddi əsası (avtomobildən mənfəət əldə edən lizinq verən kimi) olmuşdur. Belə ki, Cavabdeh3 MMC Cavabdeh1 verdiyi etibarnaməni məhz lizinq verən kimi vermiş, etibarnamədə də lizinq verənin razılığı olmadan bu etibarnamə üzrə səlahiyyətlərin başqa şəxslərə verilə bilməyəcəyi xüsusi qeyd edilmişdir. Bu isə o deməkdir ki, avtomobilin mülkiyyətçisi olan Cavabdeh3 MMC hadisə baş verdiyi vaxt lizinq verən kimi avtomobildən mənfəət əldə edən şəxs olmuşdur. Belə olan halda onun avtomobil üzərində həm hüquqi, həm də maddi sahibliyi olmuşdur. Bu səbəbdən ilk iddiaçı avtomobilinə dəymiş zərərə görə həm hadisənin baş verməsində birbaşa təqsirli olan Cavabdeh1, həm də hadisə baş verən vaxt avtomobilin mülkiyyətçisi olan və avtomobildən lizinq verən kimi mənfəət əldə edən Cavabdeh3 MMC-dən pul tələb etməkdə haqlı olmuşdur.

35. İlk iddia üzr ə digər Cavabdeh2 münasibətdə isə birinci instansiya məhkəməsi vurğulamışdır ki, bu cavabdehin baş vermiş hadisədə hansısa təqsiri olması, ilk iddiaçının avtomobilinə dəymiş zərərlə onun hərəkətləri arasında hansısa səbəbli əlaqə olması müəyyən edilmədiyindən ilk iddia həmin cavabdehə münasibətdə təmin edilə bilməz.

36. Eyni səbəbdən birinci instansiya məhkəməsi qarşılıqlı iddianın təmin edilməməsi qənaətinə gəlmiş və gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, qarşılıqlı iddiaçı Cavabdeh2 baş vermiş yol nəqliyyat hadisəsində İddiaçı təqsiri olduğunu iddia etsə də, iş materiallarında bu iddianı təsdiq edəcək heç bir mötəbər sübut yoxdur. Qarşılıqlı iddiaçı Cavabdeh2 hadisə baş verdiyi gün yol polisinə verdiyi izahatında “İnfiniti” markalı avtomobilin (Cavabdeh1 idarə etdiyi avtomobil) “Ope l” markalı avtomobili (İddiaçı idarə etdiyi avtomobil) vurduğunu və zərbənin təsirindən sonuncunun onun avtomobilini vurduğunu bildirmişdir. Cavabdeh1 də daxil olmaqla yol nəqliyyat hadisəsinin hər üç iştirakçısı hadisə günü verdiyi izahatlarda hadisəni yuxarıda qeyd edildiyi kimi təsvir etmişdir. Belə olan halda İddiaçı qarşı qaldırılmış qarşılıqlı iddia təmin edilə bilməz.

37. İlk iddia tələbinin 10000 manat məbləğində mənəvi ziyanla bağlı hissəsinə münasibətdə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilk iddia bu hissədə təmin edilməməlidir. Belə ki, “Ramazanov və digərlərinin” işi üzrə xx.xx.2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Ali Məhkəməsi milli məhkəmələrə bu problemi tənzimləyən milli hüquq müddəaları olmadığı üçün mənəvi zərərə görə kompensasiya məsə lələrinin həllində Avropa Məhkəməsinin təcrübəsinə riayət etməyi tövsiyə etmişdir. 38. “Kletsova Yusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında, eləcə də bir sıra digər qərarlarında Avropa İnsan Hüquqları Məhkəməsi mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq, iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir.

39. Avropa Məhkəməsinin müvafiq mövqeyini əsas götürməklə birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, ilk iddiaçının avtomobilinə dəymiş zərərin sığortaçı tərəfindən qarşılanmamış hissəsinin cavabdehlərdən tutulmasının qət edilməsi ilk iddiaçıya dəymiş mənəvi zərəri ədalətli kompensasiya edir. Odur ki, ilk iddia bu hissədə təmin edilməməlidir.

40. B irinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 21, 1096, 1097.1, 1108-ci maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

41. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir.

42. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobilin konkret olaraq hansı detallarının zədələnməsi, hadisə zamanı zədələrin hansının hadisə zamanı törədildiyi müəyyən edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş qüsur aktlarında özün ün müəyyən etdiyi ehtiyat hissələri yol nəqliyyat hadisəsi zamanı həmin detalların zədələnməsinin göstəricisi sayıla bilməz. Həmin aktlarda çox sayda ehtiyat hissələrinin göstərilməsi isə daha çox detalların zədələndiyini göstərmək məqsədi daşımışdır. İddiaçı aktları təqdim etsə də, bu aktların mötəbərliyi məhkəmə tərəfindən araşdırılmamışdır. İddiaçı cavabdehin ona 35.180 manat zərər vurmasını göstərsə də, buna dair heç bir sübut təqdim etməmiş, iddiaçıya 35.180 manat maddi zərər dəyməsini təsdiq edə bilməmişdir. İddiaçının təqdim etdiyi "xxxx" MMCnin xx.xx.2022-ci il tarixli qüsur aktı və Firm "xxxx" Firmasının xx.xx.2023- cü il tarixli qüsur aktı heç bir sübut əhəmiyyətinə malik deyildir. Həmin aktlar sadəcə “Opel Antara” markalı avtomobilin müəyyən ehtiyyat hissələrinin qiymətlərini öz ündə əks etdirən sadə siyahıdır. Qüsur aktları yol nəqliyyat hadisəsi baş verən xx.xx.2021-ci il tarixdə olan satış qiymətlərinə uyğun deyildir. Nəzərə alınsa ki, yol nəqliyyat hadisəsi xx.xx.2021-ci il tarixdə baş versə də, aktların tarixləri müvafiq olaraq 2022 və 2023 illərin satış qiymətlərini göstərir. Yol nəqliyyat hadisəsinin baş verməsi tarixi ilə işdə olan aktların tarixləri arasında 1 ildən çox müddət fərqi vardır. Həmin aktlardakı qiymətlər həddindən artıq şişirdilib. Belə ki, avtomobilin təmiri üçün qüsur aktlarında müəyyən edilmiş məbləği ödəməkdənsə, yeni avtomobil alıb vermək ondan daha sərfəli olardı. Aktlarda yalnız dəyişilməli olan ehtiyat hissələri qeyd edilmiş, təmirə ehtiyacı olan detallar isə, ümumiyyətlə, göstərilməmişdir. Yol nəqliyyat hadisəsi zamanı hansısa kiçik bir detalın təmirə ehtiyacının olmaması məntiqli deyil. Bunu avtomobilin fotoşəkillərinə vizual olaraq baxdıqda da görmək mümkündür. Yol nəqliyyat hadisəsi baş versin, lakin zədələnmiş detalların heç biri təmir olunmaqla əmələ gəlməsin, bu, absurd yanaşmadır Həmçinin, o da qeyd edilməlidir ki, iddiaçının təqdim etdiyi aktlarda göstərilən detallar yeni ehtiyat hissələridr. İddiaçı idarə etdiyi “Opel Antara minik” markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilində olan detallar aşınmaya məruz qaldığı üçün işlənmiş olub, yeni ehtiyat hissələri olmayıb. Yəni, iddiaçıya məxsus avtomobilin buraxılış ilinin 8 il əvvələ aid olduğu, avtomobilin kifayət qədər amortizasiyaya məruz qaldığı və əmlak bazarında işlənmiş (ikinci əl) ehtiyat hissələrinin olduğu nəzərə alınsa, yeni ehtiyat hissələrin in tələb edilməsi və ya həmin avtomobilə yeni detallara görə xərcin ödənilməsi şərt deyildir. Halbuki, praktiki olaraq baş vermiş yol nəqliyyat hadisələri zaman sığorta şirkətləri də zədələnmiş avtomobilləri yeni ehtiyat hissələri ilə deyil, işlənmiş detallarla təmin edir. Yeni detallara görə xərcin tutulması barədə məhkəmə qətnaməsi digər tərəfin vəziyyətini ağırlaşdırır.

43. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 may 2024-cü il tarixli 2(103)-2582/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli qətnaməsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3ndən müştərək qaydada İddiaçı xeyrinə 26501 (iyirmi altı min beş yüz bir) manat məbləğində pulun tutulması hissəsində dəyişdirilmiş, cavabdeh lər Cavabdeh1 və Cavabdeh3ndən müştərək qaydada İddiaçı xeyrinə tutulan pul vəsaitinin həcmi 11.021 (on bir min iyirmi bir) manat müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov, Məhəmməd Rüstəmli)

44. Apellyasiya instansiyası məhkəməsi qətnaməni Cavabdeh1 apellyasiya şikayəti üzrə iddianın sonuncuya qarşı təmin olunan hissəsində yoxlayaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni mahiyyəti üzrə düzgün həll etsə də, vurulmuş zərərin əvəzi kimi cavabdehlərdən tutulan məbləğin həcmini düzgün müəyyən etməmişdir.

45. Belə ki, iddiaçı avtomobilə dəymiş zərərin həcmini əsaslandırmaq üçün məhkəməyə "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktını və "xxxx" Firmasının xx.xx.2023-cü il tarixli qüsur aktını təqdim etmişdir. "xxxx" MMC-nin aktında ehtiyat hissələri üçün 31750 manat, işçilik üçün 3430 manat olmaqla, cəmi 35180 manat zərər dəydiyi, "xxxx" Firmasının aktında ehtiyat hissələri üçün 26415 manat məbləğində, işçilik üçün 3315 manat olmaqla cəmi 29730 manat zərər dəydiyi qeyd edilmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7458 ekspert rəyi ilə nəzəri hesablama əsasında, 2015-ci il buraxılışlı, “Opel Antara” markalı, ** TV *** dövlət nömrə nişanlı avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmamış və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 14400 (24000-40%) m anat müəyyən edilmişdir.

46. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/3077 nömrəli ekspert rəyi ilə qüsur aktında olan məlumatlar əsas götürülməklə avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 14400 (24000-40%) manat müəyyən edilir.

47. Apellyasiya instansiyası məhkəməsi iş üçün əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdıraraq diqqəti ilk növbədə avtomobilə vurulmuş zərərin məbləği ilə üç qiymətləndirmə (qüsur) aktı olduğuna cəlb edir. Onlardan ikisi "xxxx" MMC, digəri isə Firm"xxxx" Firması tərəfindən verilmişdir. "xxxx" MMC tərəfindən 1-ci akt xx.xx.2021-ci il tarixdə, ikinci akt xx. xx.2022-ci il tarixdə, "xxxx" Firmasının aktı isə xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir. Həmin MMC-lər tərəfindən verilmiş qiymətləndirmə aktındakı məlumatlar birinci instansiya məhkəməsində keçirilmiş ekspert tədqiqatı zamanı araşdırılmış və zərər məbləği 14400 manat müəyyən olunmuşdur.

48. Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X6 birinci instansiya məhkəməsində işə baxılarkən dindirilmiş və bildirmişdir ki, qüsur aktındakı zədələnmiş hissələr avtomobilin 40 %-ni təşkil edir. Əsas hissə isə avtomobilin “sürətlər qutusu”dur. Əgər bu hissələrə zərər dəyibsə, deməli avtomobilin 50%-i yoxdur. Bu səbəbdən təcrübədə hansı hissələrin salamat qaldığını müəyyən edib həmin hissələrin dəyərini avtomobilin bazar qiymətindən çıxırlar. Hazırkı işdə də bu metoddan istifadə edilmiş, yekunda avtom obilin təmir xərcinin 14400 manat olduğu müəyyən edilmişdir. Qüsur aktında müəyyən edilmiş qiymət şişirdilmiş qiymətdir. Belə ki, avtomobilin təmiri üçün 32000 manat verməkdənsə, 24000 manata yeni avtomobil almaq olar.

49. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı 3379 manat məbləğində sığorta ödənişi edilmişdir.

50. Apellyasiya instansiyası məhkəməsi qüsur aktının məlumatlarını, ekspert rəyini və ekspertiza aparılarkən tətbiq edilmiş metodları, ekspertin və mütəxəssisin izahatlarını nəzərə alaraq sığorta şirkəti tərəfindən bu hal nəzərə alınaraq ona sığorta ödənişi edildiyini, eləcə də iş üçün əhəmiyyəti olan digər halları nəzərə alaraq, ekspertin gəldiyi nəticəni əsaslı saymış və hesab etmişdir ki, ekspert rəyi digər sübutlard an daha mötəbər olduğundan onun mötəbərliyi qəbul edilməklə məhz həmin rəydəki məbləğ əsas götürülməli və ziyanın ödənilməsi məsələsi həll olunmalıdır.

51. Apellyasiya instansiyası məhkəməsi sonda belə qənaətə gəlmişdir ki, iddiaçıya 3379 AZN məbləğində sığorta ödənişi verilməsi və onun həmin məbləği qəbul etdiyi nəzərə alınmalı, ekspetin müəyyən etdiyi ümumi zərər məbləğindən ödənilmiş sığorta məbləği çıxılmaqla (14400– 3379=11021) iddiaçıya dəyən və cavabdehlərdən tutulmalı olan zərərin məbləği müəyyən edilməlidir.

52. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1096.2, 1097.1, 1108.1-ci maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu nun 18 aprel 2022-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

53. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin “Cavabdeh1 oğlunun apellyasiya şikayətinin qismən təmin olunması, Suraxanı Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli qətnaməsinin cavabdehlər Cavabdeh1 oğlu və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada iddiaçı Hüseynov Hüseynağa Faiq oğlunun xeyrinə 26501 (iyirmi altı min beşyüz bir) manat məbləğində pulun tutulması hissəsində dəyişdirilməsi, cavabdehlər Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada iddiaçı Hüseynov Hüseynağa Faiq oğlunun xeyrinə tutulan pul vəsaitinin həcminin 11021 (on bir min iyirmi bir) manat müəyyən edilməsi” hissəsində ləğv edilməsi; cavabdehlər Cavabdeh1 və Cavabdeh3ndən müştərək qaydada 26501(iyirmi altı min beş yüz bir) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsinə dair iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

54. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi ekspert rəyi elmi və ya texniki araşdırmaya yox, məhz ekspert X2 şəxsi mülahizəsinə əsaslanmaqdadır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

55. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 21.1. Zə rərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şəra it yaratması nəzərə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizml ərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcə lləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellya siya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

56. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

57. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin edilməyən hissəsində mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır.

58. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün mübahisələndirilən hissədə qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə ilk iddia tələbi v ə cavabdehin apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.

61. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı qərarın 4552-ci bəndlərində əks edilən hüquqi mövqeyi və işin hallarına uyğun olaraq tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır.

62. Belə ki, həmin bəndlərdə əks edilənlərdən görünür k, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutları ətraflı araşdırmış, hansı sübutun mötəbər, hansının isə qeyrimötəbər olduğunu prosessual normalara əsasən müəyyən etmiş, bu barədə gəldiyi nəticəni əsaslandırmış, düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsaslarını düzgün müəyyən etmişdir.

63. Həmçinin apellya siya instansiyası ekspert rəyini də Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

64. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız sayır. Belə ki, bu dəlillər işin faktiki halları ilə bağlı olmaqla həm də ilk iddia tələbinin dəlilləri olmuş və apellyasiya instansiyası məhkəməsi məhz həmin dəlillərə qiymət verməklə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayəti üzrə dəyişdirmişdir.

65. Ekspertiza rəyinin düzgün olmaması barədə dəlilə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

66. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsinin şərtlətini müəyyən etmişdir.

67. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə həmin rəyi şübhə altına almaq üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.

68. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kas sasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

69. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2582/2024 nömrəli, 01 may 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar