Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2984/2024 01.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ilk, iddiaçılar Cavabdeh2, İddiaçı2, Cavabdeh1 və Cavabdeh3 cavabdeh İddiaçı1 və X2 qarşı qarşılıqlı tələblər barədə iş üzrə QƏRARİ (kateqoriya: mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), X6 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair ilk, iddiaçılar Cavabdeh2, İddiaçı2, Cav abdeh1 və Cavabdeh3 cavabdeh İddiaçı1 və X2 qarşı mənzilə köçürülmə və istifadə hüququnun müəyyən edilməsi tələblərinə dair qarşılıqlı iddialar barədə mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-620/2024 nömrəli, 8 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətlərinə 1 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. X7 adına 15 mart 1968-ci il tarixdə verilmiş 423 saylı orderə əsasən, Mingəçevir şəhəri, Lenin küçəsi 55 saylı evin, 30 saylı mənzili (hazırda Vidadi küçəsi 3, mənzil 30) üç nəfər ailə üzvü ilə birlikdə onun istifadəsinə verilmiş, orderdə arvadı İddiaçı1, qızı X4 və oğlu İddiaçı2 adı qeyd olunmuşdur.
2. Nikah haqqında şəh adətnaməyə görə İddiaçı2 və X13 29 iyul 1992-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə həmin tarixdə 276 nömrəli qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra arvad Məmmədova soyadını götürmüşdür.
3. Mingəçevir regional «Asan xidmət» mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2022-ci il tarixdə ölmüşdür.
4. Mingəçevir şəhər 3 saylı MİS-nin xx.xx.2023-cü il tarixdə tərtib olunmuş aktına əsasən, qonşuların dediklərinə görə İddiaçı1 oğlu İddiaçı2, gəlini X13, nəvələri Cavabdeh3, Məmmədov X8 şəhər Vidadi küçəsi 3 saylı evin 30 saylı mənzilində yaşamırlar.
5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışa əsasən, xx. xx.1940cı il təvəllüdlü İddiaçı1, xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.1963-cü il təvəllüdlü X1 şəhəri, M.V.Vidadi küçəsi, ev 3, 30 nömrəli mənzildə qeydiyyatdadırlar.
6. Mingəçevir şəhər 1 nömrəli MİS-nin xx.xx.2023-cü il tarixli, 375 №-li arayışına əsasən Məmmədov X5 şəhəri, M.Ə.Sabir küçəsi, ev 3, mənzil 27 ünvanda yaşayır.
7. Mingəçevir şəhər 1 nömrəli MİS-nin xx.xx.2023-cü il tarixli, 374 №-li arayışına görə Məmmədova X10 şəhəri, M.Ə.Sabir küçəsi, ev 3, mənzil 27 ünvanda ailə üzvləri İddiaçı2, Cavabdeh3 və Cavabdeh1 ilə birlikdə kirayədə yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı1 cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1, Cava bdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 (xx.xx.1997-ci il doğum tarixli), Cavabdeh2 (xx.xx.1971-ci il doğum tarixli) və Cavabdeh3 (xx.xx.1995-ci il doğum tarixli) Mingəçevir şəhəri, M.V.Vidadi küçəsi, ev 3, 30 nömrəli mənzilə dair istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Sonradan İddiaçı1 məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə ilə müraciət edərək göstərmişdir ki, o, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Mingəçevir şəhəri M.V.Vidadi küçəsi, ev 3, 30 saylı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər XDS İcraiyyə Kom itəsinin 22-23 fevral 1968-ci il tarixli, 5 saylı protokol qərarına əsasən Mingəçevir şəhəri, Lenin küçəsi 55 saylı evin, 30 saylı mənzili (hazırda Vidadi küçəsi 3, mənzil 30) üç nəfər ailə üzvü ilə birlikdə iddiaçının əri X9 verilmişdir. Kamal Məmmədov 1 mart 2022-ci ildə vəfat etmişdir. Mənzildə iddiaçı özü, qızı Tamilla Məmmədova, oğlu İddiaçı2, onun arvadı Cavabdeh2 və övladları Zaur və Afaq Məmmədovlar qeydiyyatda olsalar da, mənzildə o, qızı Tamilla ilə birlikdə yaşamışdır. X17 da vəfat edənə qədər onlarla birlikdə yaşamışdır. Oğlu İddiaçı2 1994-cü ildən ailə qurduqdan sonra yaşadıqları evi tərk edib getmiş, daha sonra mənzildən qeydiyyatdan çıxmışdır. Oğlunun ailəsi isə mənzildə yaşamasalar da, qeydiyyatdan çıxmamışlar, bu da mülkiyyətçi kimi onun hüquqlarını pozur. Cavabdeh İddia çı2 və onun ailə üzvləri heç vaxt onlarla birlikdə yaşamamışlar. İddiaçı2 və onun ailə üzvləri mərhum Kamal Məmmədovun yas mərasiminə də gəlməmişdir. Mənzildə cavabdehlərə aid heç bir əşya yoxdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlərin mübahisəli mənzilə dair istifadə hüquqlarına xitam verilməlidir. Ona görə də Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mingəçevir şəhəri, M.V.Vidadi küçəsi, ev 3, 30 nömrəli mənzilə dair istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə çıxarılmasını, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir.
11. Cavabdeh2, İddiaçı2, Cavabdeh1 və Cavabdeh3 cavabdeh İddiaçı1 və X2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhəri, M.V.Vidadi küçəsi, ev 3, 30 nömrəli mənzilə köçürülmələri və həmin mənzildən istifadə hüq uqlarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
12. İddianı belə əsaslandırmışlar ki, onlar köçürülmə tələb etdikləri mənzildən öz istəkləri ilə çıxmamışlar. Hazırda kirayədə yaşayırlar. Daimi yaşayış sahəsi ilə təmin olunmamışlar. Ona görə də, qarşılıqlı iddianın təmin edilməsini xahiş edirlər.
13. Cavabdeh2 və İddiaçı2 etibarnamə üzrə nümayəndələri və vəkilləri Nümayəndə məhkəmə iclasında izahatında göstərmişdir ki, Mingəçevir şəhər Vidadi küçəsi 3 saylı evin, 30 saylı mənzilinə dair order İddiaçı2 atası mərhum Kamal Məmmədovun adına verilmişdir. İddiaçı2 1992-ci ildə Cavabdeh2 ilə ailə qurmuş, ailə qurduqdan sonra Afət onların yaşadıqları Mingəçevir şəhər Vidadi küçəsi 3 saylı evin 30 saylı mənzilinə gəlin köçmüşdür. Onların birgə nikahdan Zaur və Afaq adlı ik i övladları olmuşdur. Bir müddət cavabdehlər anası Solmaz və bacısı Tamella ilə mehriban yaşamışlar. Həmin vaxt qeyd olunan mənzildə dünyaya gəlmiş övladları tələf olmuşdur. Lakin sonra cavabdehlər əsassız mübahisələr yaratmaqla onun həyat yoldaşı Afəti hamilə vəziyyətdə mənzildən qovub çıxarmışlar. Bundan əlavə atasının vəfatını onlardan gizlətmiş, məlumat verməmişlər. Artıq neçə illərdir ki, kirayədə yaşayırlar. Onların mübahisəli mənzildə qeydiyyatda olmalarına, orderdə adının olmasına baxmayaraq, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində qeyd olunan mənzildə yaşaya bilmirlər. Ailə üzvü olmasına, ailə üzvü kimi təsərrüfatı birgə idarə etmələrinə və hazırda yaşayış sahələrinin olmadığına görə onların mənzildən istifadə hüquqları vardır və həmin mənzilə köçürülməlidirlər.
14. Mingəçe vir Şəhər Məhkəməsinin 2(051)-306/2024 nömrəli iş üzrə 6 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Güləndam Quliyeva) İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair ilkin iddia tələbinin təmin edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Mingəçevir şəhəri, Vidadi küçəsində yerləşən 3 saylı evin 30 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi, Cavabdeh2, İddiaçı2, Cavabdeh1 və Cavabdeh3 Mingəçevir şəhəri, Vidadi küçəsində yerləşən 3 saylı evin 30 saylı mənzilinə köçürülmə və həmin mənzildən istifadə hüquqlarının müəyyən edilməsinə dair qarşılıqlı iddia tələbinin isə rədd olunması qət edilmişdir.
15. Hazırkı mübahisə üzrə ilkin iddia üzrə məhkəmə qeyd etmişdir ki, cavabdehlərin istifadə hüquqlarının yar anması işin mübahisəsiz halıdır. Lakin ilkin iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçının gəlini) həmin mənzilə köçsə də cəmi iki il orada yaşamış, daha sonra başqa mənzilə köçmüş, övladları dünyaya gəlmiş, onlar da mübahisəli mənzilə qeydiyyata düşmüş, artıq 30 ilə yaxındır ki, onlar digər mənzildə yaşayırlar. Eyni zamanda onlar 30 ilə yaxın müddət ərzində özlərinin istifadə hüquqlarının pozulması barədə nə məhkəməyə, nə də digər hüquq mühafizə orqanına müraciət etməmişlər. Eyni zamanda cavabdehlər mənzilin saxlanılması üçün 30 il ərzində heç bir vəzifəni icra etməmişlər. Mənzilə qayıtmaları üçün hər hansı cəhd göstərməmişlər. Əksinə ailənin başçısı ilkin iddia üzrə iddiaçının oğlu həmin mənzildən qeydiyyatdan çıxmış, könüllü olaraq həmin mənzilə olan hüquqlarından imtina etmişdir.
16. Qarşılıqlı iddia tələbinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, iddiaçının oğlunun mənzildən qeydiyyatdan çıxması işin mübahisəsiz halıdır. Qarşılıqlı iddia üzrə İddiaçı2 könüllü olaraq mənzildən qeydiyyatdan çıxaraq digər yaşayış sahəsinə qeydiyyata düşməsi onun həmin mənzilə olan hüquqlarından imtina etməsini göstərir. Bu keçən müddət ərzində həm ilkin iddia üzrə iddiaçının oğlu, həm də qarşılıqlı iddia üzrə digər iddiaçılar ümumiyyətlə mənzillə əlaqəni tamamilə daimi olaraq kəsmişlər. Cavabdehlər yalnız ilkin iddia qaldırıldıqdan sonra belə bir qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişlər.
17. Məhkəmə hesab etmişdir ki, iş üzrə ilk iddianın təmin edilməsi qarşılıqlı iddianın təmin edilməsini aradan qaldırır. Belə ki, ilk iddia üzrə cavabdehlərin istifadə hüququnun itirilmiş hesab edilməsi onların mənzilə köçürülmə tələbini istisna edir. Eyni zamanda qarşılıqlı iddia üzrə digər İddiaçı2 mənzilə istifadə hüququ itirildiyindən onun da mənzilə köçürülmə tələbinə dair iddiası təmin oluna bilməz.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin ( 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan) 53, 60, 85 və 87-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Cavabdeh2 və İddiaçı2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin olunması b arədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
20. Cavabdeh2 və İddiaçı2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Mingəçevir şəhərinin Vidadi küçəsində yerləşən 3 saylı evin 30 saylı mənzili order əsasında mərhum atası X7 adına verilmişdir. Orderdə onun, yəni İddiaçı2 adı da qeyd olunmuşdur. O, 1992-ci ailə qurduqdan sonra həyat yoldaşı Cavabdeh2 onların yaşadığı, Mingəçevir şəhərinin Vidadi küçəsində yerləşən 3 saylı evin 30 saylı mənzilinə gəlin köçmüşdür. Həmin vaxt qeyd olunan mənzildə dünyaya gəlmiş övladı tələf olmuşdur. Cavabdeh2 ilə birgə nikahından Zaur və Afaq adlı iki uşağı dünyaya gəlmişdir. Bir müddət onlar cavabdehlər olan anası İddiaçı1 və bacısı Tamella Məmmədova ilə mehriban yaşamışlar. Lakin, sonradan onlar əsassız mübahisələr yaratmağa başlamış və onla rı yoldaşı Afət hamilə olan zaman qeyd olunan mənzildən qovub çıxartmışlar. Bu halı Mənzil İstismar Sahəsi tərəfindən tərtib olunmuş arayışdan da görmək olar. Belə ki, MİS-nin arayışda tərəflər arasında mübahisə olduğu üçün İddiaçı2 və ailə üzvlərinin mübahisəli mənzildən çıxdıqları qeyd olunmuşdur. Lakin, işə baxan Mingəçevir Şəhər Məhkəməsi bu halı nəzərə almamışdır. Halbuki, qarşılıqlı iddia üzrə iddiaçıların yaşayış sahəsinə olan ehtiyac meyarları aradan qalxmamışdır. Belə ki, onlar hazırda kirayəşin yaşayırlar. Qarşılıqlı iddiaçıların adlarına mənzil mövcud deyil. Halbuki, o, İddiaçı2 nə qədər ki, orderdə adı qeyd olunduğuna görə onun gözləntidə olan mülkiyyət hüququ var və Mingəçevir şəhərinin Vidadi küçəsində yerləşən 3 saylı evin 30 saylı mənzilinin gələcəkdə mülkiyyətçilərindən bi ri kimi qeyd olunan mənzildən ailə üzvləri ilə birlikdə istifadə etmək hüququ vardır. Bundan başqa anası İddiaçı1 və bacısı Tamella Məmmədova atası Kamal Məmmədovun rəhmətə getməsi barədə onlara heç bir məlumat verməmişlər. İddiaçılar artıq neçə ildir ki, kirayəşin yaşayırlar. İddiaçılardan Afət, Zaur və Afaqın Mingəçevir şəhərinin Vidadi küçəsində yerləşən 3 saylı evin 30 saylı mənzilinə qeydiyyatları olmalarına baxmayaraq, eyni zamanda da onun qeyd olunan mənzilə dair verilmiş orderdə adının qeyd olunmasına baxmayaraq cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində qeyd olunan mənzildə yaşaya bilmirlər. Onlar ailə üzvü olduğuna, ailə üzvü kimi təsərrüfatı birgə idarə etdiyinə, hazırda yaşayış sahəsinə olan ehtiyac meyarı aradan qalxmadığına və onun, yəni İddiaçı2 gözləntidə olan mülkiyyət hüquqları olduğunu nəzərə alaraq onların Mingəçevir şəhərinin Vidadi küçəsində yerləşən 3 saylı evin 30 saylı mənzilindən istifadə hüquqları vardır və qeyd olunan mənzilə köçürülməlidirlər.
21. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-620/2024 nömrəli mülki iş üzrə 8 may 2024-ci il tarixli qətnaməsi ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Elçin Mehdiyev) Cavabdeh2 və İddiaçı2 tərəfindən verilmiş аpellyasiya şikayətinin təmin edilməməsi, Mingəçevir Şəhər Məhkəməsinin 6 fevral 2024- cü il tarixli 2(051)-306/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
22. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya şikayəti verən şəxslər şikayətdə mənzildən məcburiyyət qarşısında çıxdıqlarını, həmçinin çıxdıqdan sonra kirayədə qaldıqlarını, ona görə də mənzilə ehtiyaclarının aradan qalxmadığını iddia etmişlər. Həmin hallar mənzilə istifadə hüququnun itirilməsini istisna etmir. Ona görə ki, həmin şəxslər mənzildən çıxdıqdan sonra 30 il müddətinə həmin mənzilə qayıtmaq üçün hər hansı cəhd etdikləri iş materialları ilə sübut olunmamışdır və hesab olunur ki, onlar mənzili daimi əsaslarla tərk etmişlər. Həmin müddətdə harda yaşamaları isə vəziyyəti dəyişdirmir.
23. Həmçinin İddiaçı2 mübahisəli orderdə adı olduğunu, ona görə də mənzildə gözlənilən mülkiyyət hüququ olduğunu iddia etmişdir. Məhkəmə dəlilə münasibətdə göstərmişdir ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşa yış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla-mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar-adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 60-cı maddəsinin 1-ci hissəsində qeyd olunur ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Mənzilə dair order icarədarın adına verilir ki, hazırki iş üzrə də icarədar Kamal Məmmədov olmuşdur. Orderdə icarədarla birlikdə onun ailə üzvlərinin adları qeyd olunur ki, həmin şəxslər icarədarla birlikdə mənzildən eyni əsaslarla istifadə hüququna malikdirlər. Həmin Mənzil Məcəlləsinin dövlət və ictimai mənzil fondu evlərində yaşayiş sahəsindən istifadə adlanın ikinci fəslinin normal arının mənasından aydın şəkildə görünür ki, mənzilə dair icarədara order verilməsi həmin icarədarın və onun ailə üzvlərinin həmin mənzildən daimi və davamlı istifadəsinə əsaslandırır. Elə ona görə də, həmin Məcəllənin 60-cı maddəsinə görə nəinki ailə üzvlərinin, hətta icarədarın özünün belə 6 aydan artıq mübahisəli mənzildən getməsi, həmin maddədə göstərilən hallar istisna olmaqla, mənzilə hüquqların itirilməsinə səbəb olur. İddiaçı2 mübahisəli mənzilə dair orderdə adının qeyd olunması onun mənzildən 6 aydan artıq müddətə daimi əsaslarla getdiyi halda həmin mənzilə hüquqlarının itirilməsini istitsna etmir.
24. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, hazırki iş üzrə İddiaçı2 ilk iddia üzrə cavabdeh olmadığı halda qarşılıqlı iddia vermiş, həmçinin X4 ilk iddia üzrə iddiaçı olmadığı ha lda qarşılıqlı iddia üzrə cavabdeh kimi qeyd edilmiş, qarşılıqlı iddia icraat qəbul edilməklə baxılaraq qətnamə qəbul edilmişdir. Həmin hal mübahisələndirilməmişdir.
25. Məhkəmə göstərmişdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür.
26. Birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üz rə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan) 51 və 52 maddələrinə, 53-cü maddənin 3-cü, 54-cü maddənin 1-ci, 60-cı maddənin 1 və 10-cu hissədlərinə, 85 və 87-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228–ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəll əsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı2 və Cavabdeh2 (vəkil Nümayəndə) birlikdə kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin 8 may 2024-cü il tarixli, 2(107)-620/2024 saylı qətnaməsini tamamilə ləğv edib, işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir.
29. Kassasiya şikayətinin bir sıra dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, kassasiya şikayətini verən şəxslər ailə üzvü olduqlarına, ailə üzvü kimi təsərrüfatı birgə idarə etdiklərinə, hazırda yaşayış sahəsinə olan ehtiyacları aradan q alxmadığına və İddiaçı2 gözləntidə olan mülkiyyət hüquqlarının olduğunu nəzərə alaraq onların Mingəçevir şəhərinin Vidadi küçəsində yerləşən 3 saylı evin 30 saylı mənzilindən istifadə hüquqları vardır və onlar qeyd olunan mənzilə köçürülməlidirlər. Lakin işə baxan Şəki Apellyasiya Məhkəməsi bu halları nəzərə almamış, əsassız olaraq apellyasiya şikayətini təmin etməmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi Mingəçevir şəhər 3 saylı MİS-nin akt və arayışlarını qətnamədə qeyd etsə də, həmin aktda İddiaçı2 və ailə üzvlərinin ilkin iddia üzrə iddiaçı ilə münaqişə səbəbindən həmin mənzildən çıxarıldıqlarını qeyd etməmişdir. Məhkəmə qətnaməsində apellyasiya şikayəti verən şəxslərin mənzildən çıxdıqdan sonra 30 il müddətinə həmin mənzilə qayıtmaq üçün hər hansı cəhd etdiklərinin iş materi alları ilə sübut olunmadığından, onların mənzili daimi əsaslarla tərk etmiş hesab olunduqlarını və həmin vaxt ərzində harada yaşadıqlarının isə bu halı dəyişmədiyini qeyd etmişdir. Şəki Apellyasiya Məhkəməsinin işin bu hissəsinə də düzgün qiymət verməmişdir. Belə ki, nə birinci instansiya, nə də ki, apellyasiya instansiyası ümumiyyətlə cavabdehlərin-qarşılıqlı iddia üzrə iddiaçıların mübahisəli mənzilə köçüb yaşamaq istədikləri cəhdinin olub-olmamasını araşdırmamışdır. Digər tərəfdən iş materiallarına əlavə olunmuş yaşayış yeri üzrə Mənzil İstismar Sahəsi tərəfindən verilmiş arayışlardan görünür ki, qarşılıqlı iddiaçılar hazırki vaxtda da kirayəçi kimi yaşayırlar. Onların yaşayış sahəsinə olan ehtiyac meyarları aradan qalxmamışdır. Lakin, işə baxan Şəki Apellyasiya Məhkəməsi bu hallara hüq uqi qiymət verməmiş və əsassız olaraq apellyasiya şikayətini təmin etməmişdir. Şəki Apellyasiya Məhkəməsi işə baxarkən qarşılıqlı iddia üzrə iddiaçılara qarşı qərəzli mövqe tutmuşdur.
30. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan) 53, 54, 60.1, 87 və 123-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4-cü maddəsinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan)
32. Maddə
51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əs asında, kirayədarla–mənzil istisimar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar–adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır.
33. Maddə
52. Dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir.
34. Maddə 53 (hissə 3). İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
35. Maddə 54 ( hissə 1). İcarədar özü ilə bi rlikdə yaşayan ailə üzvlərinin razılğı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Qeyd edilən maddənin 3–cü hissəsinə əsasən isə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan diglər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
36. Maddə 60 (hissə 1). İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
37. Maddə 60 (hissə 10). Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin idd iası üzrə məhkəmə qaydasında həyata keçirilir.
38. Maddə
85. İcarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi–buluğa çatmış qalan üzvülərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq ola raq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
48. İddiaçının kassasiya şikayətinin dəlilləri qarşılıqlı iddia ərizəsində, ilk iddiya etirazda və məhkəmə iclaslarında irəli sürdüyü dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdı rılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
49. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2 -ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
50. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasını n tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, haqlı olaraq 1 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Mülki Məcəllənin normalarını tətbiq etməklə mübahisəni həll etmişdir, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh və qarşılıqlı iddiaçılar Cavabdeh2 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-620/2024 nömrəli iş üzrə 8 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.