Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2986/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Kiçik Müəssisəsinə və Cavabdeh2 qarşı (Maraqlı şəxs üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin ləğv edilməsi və mənzilin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8808/2021 nömrəli iş üzrə 20 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 14 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsi (hazırda Əsəd Əhmədov küçəsi) 22A saylı yaşayış binasının 1-ci giriş, 3-cü mərtəbəsində yerləşən, sahəsi 122 kvadrat metr olan, 3 otaqlı, 6 saylı mənzildir. Həmin mənzil xx.xx.2007-ci il tarixli mənzil tikinti müqaviləsinə əsasən “Arabaçı" kiçik müəssisəsi tərəfindən X1, mənzilin dəyəri Alim Hüseynov tərəfindən tam ödənilmişdir. Alim Hüseynov 27 mart 2010-cu il tarixdə vəfat etmiş, onun ölümündən sonra mənzilə dair "xxxx" kiçik müəssisəsi ilə onun arvadı Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli müqavilə bağlanmış, Cavabdeh2 tərəfindən pay haqqının tam ödənilməsi barədə xx.xx.2019-cu il tarixli maliyyə aray ışı verilmişdir. İddiaçı cavabdehlər "xxxx" KM-nə və Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qarşı “müqavilənin ləğv edilməsi və mənzilin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, ev 22a, 6 saylı mənzilə dair cavabdehlər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqavilənin ləğv edilməsi və mənzilin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Moskva şəhərində fərdi əməklə məşğul olur. Əldə etdiyi gəlirlər hesabına Azərbaycan Respublikasına gələrkən bir neçə ev alaraq, sonradan onları təmir etdirərək satıb gəlirlər əldə edir. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, ev 22a, 6 saylı mənzili xx.xx.2007-ci il tarixində cavabdeh "xxxx" Kiçik Müəssisəsinə 68.320 ABŞ dolları ödəyərək mərhum qayınatası X3 adına almışdır. O, cavabdeh "xxxx" KM-dən bir neçə mənzil alaraq sonradan satmışdır. Mərhum qayınatası ilə münasibətləri normal və qaydasında olmuşdur. Belə ki, onun qızı X6 ilə bu günə qədər də ər-arvad münasibətindədir və əmlakları ilə bağlı hər hansı bir mübahisələri də yaşanmayıb. Mərhum qayınatası ilə aralarında etibarlı münasibət olmuşdur. Mübahisəli mənzil sonradan Maraqlı şəxs satılmışdır. Əvvəlcədən mənzilin satılmasına razılıq vermiş Cavabdeh2 "xxxx" KM-nin rəhbərliyi ilə birləşərək satılmış mənzilə görə pul almasına baxmayaraq, sonradan mənzilin sənədləşdirilməsindən boyun qaç ırmışdır. Bir neçə aydır ki, cavabdeh "xxxx" KM-nin rəhbərliyi digər cavabdeh olan qaynanası Cavabdeh2 ilə birləşərək qanunsuz hərəkətləri ilə əlavə gəlirlər əldə etmək məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, ev 22 a, mənzil 6-nı qanunsuz və özbaşına olaraq xx.xx.2019-cu il tarixində Cavabdeh2 adına müqavilə ilə keçirdiyindən xəbər tutmuşdur. Hesab edir ki, cavabdeh "xxxx" KM-nin rəhbərliyi bu cür hərəkətləri ilə həm qanunsuzluq və özbaşınalıq etmiş, həm də onun pul ödəyib aldığı mənzilə sahiblənərək, dolayısı yolla digər cavabdehin köməkliyi ilə mənzili yenidən başqa şəxslərə sataraq gəlirlər əldə etmək fikrindədirlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 21 iyun 2021-ci il tarixli 2(004)-2935/2021 nömrəli qətn aməsi ilə (hakim Toğrul Axundov) iddia tələbinin rədd edilməsi edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən, işin mübahisələndirilməyən halları ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsi (hazırda Əsəd Əhmədov küçəsi) 22A saylı yaşayış binasının 1-ci giriş, 3-cü mərtəbəsində yerləşən, sahəsi 122 kvadrat metr olan, 3 otaqlı, 6 saylı mənzil xx.xx.2007ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən “Arabaçı" kiçik müəssisəsi tərəfindən X1, mənzilin dəyəri Amil Hüseynov tərəfindən tam ödənilmişdir. Alim Hüseynov 27 mart 2010-cu il tarixdə vəfat etmiş, mənzil vərəsəlik qaydasında onun arvadı Cava bdeh2 mülkiyyətinə keçmiş, bu barədə "xxxx" kiçik müəssisəsi ilə onun arasında xx.xx.2019-cu il tarixli müqavilə bağlanmış, Cavabdeh2 tərəfindən pay haqqının tam ödənilməsi barədə xx.xx.2019-cu il tarixli maliyyə arayışı verilmişdir. Mənzil həmin tarixdən Cavabdeh2 mülkiyyətindədir. İddiaçı mübahisəli mənzilin alq-satqı müqaviləsinin tərəfi deyil. Ümumi qaydaya görə müqaviləni mübahisələndirmək hüququ müqavilə tərəflərinə aid olan hüquqdur. Mülki Məcəllənin 337.2-ci maddəsinin 2-ci cümləsində qeyd olunmuşdur: “Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir”. Yəni müqavilənin mübahisə edilməsi üçün müqavilənin bir tərəfi müqavilənin digər tərəfinə iradə ifadəsini bildirməlidir. Əgər müqaviləni mübahisələndirmək hüququ müqav ilənin tərəfi olmayan şəxslərə də aid olsayıdı, bu halda qanunverici “müqavilənin digər tərəfinə” deyil, “müqavilənin tərəflərinə” ifadəsini işlədərdi. Yəni müqaviləni mübahisələndirmək niyyətində olan istənilən şəxs müqavilənin tərəflərinə iradə ifadəsini bildirməlidir. Ona görə də hesab olunur ki, qanunverici “müqavilənin digər tərəfinə” ifadəsini işlətməklə müqaviləni mübahisələndirmək hüququ olan subyektlərin dairəsini məyyən edib. Bu qaydanın məntiqi ondan ibarətdir ki, müqavilə yalnız müqavilə tərəfi olan şəxslər üçün vəzifə (məcburi davranış qaydası) yaradır, müqavilə tərəfi olmayan şəxslər üçün isə müqavilənin vəzifə yaratması mümkün deyil, müqavilə onlar üçün yalnız hüquq (mümkün davranış qaydası) yarada bilər. Ona görə də müqavilə tərəfi olmayan şəxsin müqaviləni mübahisələndirmə si yersizdir. Lakin nəzərə alınmalıdır ki, 337.2-ci maddənin 2-ci cümləsində müqavilə tərəfi olmayan şəxslərə müqaviləni mübahisələndirmək qadağan olunmayıb. müqavilə əqdir, bəzi hallarda əqdin tərəfi olmayan şəxslərin də əqdi mübahisələndirmək hüququ tanınmalıdır. Əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququ o halda tanına bilər ki, əqd onun hüququna, vəzifəsinə və ya qanuni mənafeyinə toxunmuş olsun. Hazırkı işdə isə mübahisələndirilən xx.xx.2019-cu il tarixli müqavilə cavabdehlər arasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi (keçmiş Talıblı küçəsi) 22A saylı yaşayış binasının 1-ci giriş, 3-cü mərtəbəsində yerləşən, sahəsi 122 kvadrat metr olan 3 otaqlı 6 saylı mənzil hüquq münasibətinin əmələ gəlməsinə yönəlmişdir və iddiaçıya aidiy yəti yoxdur. Müqavilə forma baxımından bütün tələblərə əməl edilməklə bağlanmışdır, onun uydurma olması kifayət qədər güclü və bir-biri ilə uzlaşan sübutlarla təsdiq olunmalıdır. X2 iddiaçının qarşısında mötəbər sübutlarla təsdiq olunmamış pul öhdəliyinin olması faktı onun hüquq varisi olan Cavabdeh2 bağladığı alqısatqı müqaviləsinin uydurma olması barədə qənatə gəlməyə əsas vermir. Beləliklə, məhkəmə baxışı zamanı tərəflərin izahatları, iş materialları və məhkəmədə toplanılmış digər sübutlar hərtərəfli araşdırılmaqla işin müəyyən edilmiş hallarına hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi (keçmiş Talıblı küçəsi) 22A saylı yaşayış binasının 1-ci giriş, 3-cü mərtəbəsində yerləşən, sahəsi 122 kvadrat metr olan 3 otaqlı 6 saylı mənzilin qanuni əsaslarla hazırda Cavabdeh2 sahibliyində olmasının qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir. İddiaçı qeyd olunan məhkəmə proseslərindən məlumatlı olmasına baxmayaraq, prosesdə yalnız şahid qismində ifadə verməklə kifayətlənmiş, həmin məhkəmə aktlarını mübahisələndirməmişdir. Həmçinin, iddiaçı mübahisəli mənzilin əslində onun vəsaiti hesabına alınmasına, mənzilə dair müqavilənin formal olaraq, mərhum qayınatası X3 adına rəsmişəldirilməsi ilə bağlı mülahizələrinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 337, 421.1, 421.2-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 82.3, 119, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Akif İsgəndərov- sədrlik edən və məruzəçi, İlham Kərimli, Elşən Kazımov) xx.xx.2021-ci il tarixli, 2(103)-8808/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli 2(004)-2935/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması q ət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli mənzilin əslində onun vəsaiti hesabına alınmasına, mənzilə dair müqavilənin formal olaraq, mərhum qayınatası X3 adına rəsmiləşdirilməsi ilə bağlı mülahizələrinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin halları tam, obyektiv və hərtərəfli araşdırılmış, işin həqiqi halları müəyyən edilmiş və işin müəyyən edilən hallarına uyğun gələn maddi və prosessual hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə qiymət verilmişdir. İddiaçı hazırkı işdə mənzilə dair cavabdehlər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin ləğv edilməsini və mənzilin ona qaytarılmasını tələb etsə də, artıq qanuni qüvvəyə m inmiş məhkəmə qətnaməsi ilə mənzilin Cavabdeh2 məxsus olduğu müəyyən edilmiş və məhz bu fakt müəyyən edildiyinə görə onun Maraqlı şəxs qarşı mənzildən çıxarılma tələbi təmin olunmuşdur. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil2) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin təkrar apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı və qaynatası ilə münasibətlərinin normal olması və bütün ailəni iddiaçının təhciz etməsi məhkəmə tərəfindən nəzərə alınmamış, yalnız mərhum qaynata Alim Hüseynovun vəfat etməsindən sonra cavabdehlər qaynana Ca vabdeh2 MTK rəhbərliyi ilə birləşərək mal-mülk iddiasına düşmüşdür. Cavabdehin qızının iddiaçı ilə ər-arvad münasibətlərində olması nəzərə alınmayıbdır. Bu günə qədər iddiaçı mərhum qaynatası Alim Hüseynovun adına aldığı mənzilləri hər hansı mübahisə olmadan satışını həyata keçirmiş, yalnız ünvan 1 ünvanı ilə bağlı mənzilin satışından əldə olunan pulu Cavabdeh2 mənimsədikdən sonra cavabdeh MTK ilə birləşərək satılmış mənzili yenidən ələ keçirmək üçün xx.xx.2019-cu il tarixdə öz adına olan müqavilə bağlamışdir. İşə kollegial qaydada baxan məhkəmə bu hallara qiymət verməmiş və ümumiyyətlə mahiyyəti üzrə araşdırmamışdır. İddiaçı öz gəlirləri barədə iddia ərizəsində göstərsə də məhkəmələr tərəfindən onun mülkiyyətindəki evi hansı qaydada əldə etməsi araşdırılmamış və cavabdehlərin bilərəkdən i ddiaçını mülkiyyətindən məhrum edilməsi yönümündə birləşib sənədləşmələr ilə bağlı birgə çıxış etmələri məhkəmələrin nəzərindən qaçmışdır. Cavabdeh2 hər hansı gəlirinin olması və yaxud mənzil almaq gücünün olması nəzərə alınmamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı göstərilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 421.1 Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. M addə 421.2 Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzər də tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfındən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən subut edilmir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud q ətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, iddiaçı kasasiya şikayətini formal dəlillərlə əsaslandırmağa çalışmışdır. Belə ki o, kasasiya şikayətində cavabdehin mənzili hansı qaydada almasının, mənzil almağa gəlirinin olub-olmamasının araşdırılmaması ilə əsaslandırmağa çalışsa da, kasasiya yoxlaması nəticəsində də aşkar edilmiş hal ondan ibarətdir ki, cavabdehin mübahisəli mənzilin mülkiyyətçisi olması iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə aktları ilə öz təsdiqini tapmışdır. Müqavilənin ləğvi tələbini irəli sürmək hüququ isə müqavilə tərəflərinə məxsusdur. İddiaçının isə belə bir hüququ mövcud dey ildir. Odur ki, kasasiya şikayətində göstərilən dəlillər formallıqdan başqa hər hansı anlam ifadə edə və apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi əsası hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8808/2021 nömrəli iş üzrə 20 oktyabr 2021-ci i l tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2986/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2986/2022
14.06.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver