Məhkəmə qərarları › İş №2(102)-2989/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2989/2023

05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2989/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iş üzrə ödənilmiş hərrac xərclərinin geri alınması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 (103)-2863/2023 nömrəli, 03 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 MMC və "xxxx" QSC arasında xx.xx.2015-ci il tarixində 2013/41585/1 saylı kredit xəttinin açılması barədə müqavilə bağlanmışdır. 2. xx.xx.2015-ci il tarixli 213/47585 № li kredit xətti müqaviləsi üzrə 1№-li xx.xx.2015ci il tairxli kredit sazişinə əsasən illik 16 faiz olmaqla 24 ay müddətinə 670000, 2 №-li xx.xx.2016-cı il tarixli kredit sazişinə əsasən isə illik faiz dərəcəsi 18 faiz olmaqla 27800 manat məbləğində kredit verilmişdir.

3. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə xx.xx.2015-ci il tarixdə bank ilə Cavabdeh2 arasında 2013/47585 saylı zaminlik müqaviləsi bağlanmışdır.

4. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi məqsədi ilə bank ilə ipoteka qoyanlar arasında xx.xx.2015 və xx.xx.2015-ci il tarixli ipoteka müqavilələri bağlanmışdır.

5. Kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi məqsədilə Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzil, ünvan 2nvanında olan mənzil, X2 məxsus ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsində yerləşən bağ evi, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsidəki 35 nömrəli evin 58 nömrəli mənzil, X3 məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi, 3306 nömrəli ünvanda yerləşən bağ sahəsi, X1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən 12 nömrəli binanın 43 nömrəli mənzil, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsind əki 11 nömrəli evin 91 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir.

6. Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5027/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada 681210.50 manat əsas, 72561.72 manat faiz, 34190.84 manat cərimə borcu, 210 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərcin və 30 manat ödənilmiş dövlət rüsumunun - cəmi 788203.06 manat pulun tutulması, tutmanın ilkin satış qiyməti 215000 manat müəyyən edilən ünvan 5 ünvanında yerləşən 12 nömrəli mənzilə, ilkin satış qiyməti 80000 manat müəyyən edilməklə Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 47 ünvanında yerləşən 47 nömrəli mənzilə, ilkin satış qiyməti 100000 manat müəyyən edilməklə Sumqayıt şəhəri, Saray bağlar massivi ünvanında 0.12 ha torpaq sahəsində yerləşən bağ evinə, ilkin satış qiyməti 60000 manat müəyyən edilməklə ünvan 8a yerləşən 58 saylı mənzilə, ilkin satış qiyməti 40000 manat müəyyən edilməklə Sumqayıt şəhəri, Saray bağlar massivi, 3306 ünvanında olan torpaq sahəsinə, ilkin satış qiyməti 105000 manat müəyyən edilməklə ünvan 6 ünvanında yerləşən 43 nömrəli mənzilə, ilkin satış qiyməti 70000 manat müəyyən edilməklə X1 məxsus olan ünvan 7 ünvanında olan 91 nömrəli mənzilə yönəldilməsi, əmlaklar satıldıqda ən geci bir ay ərzində həmin daşınmaz əmlakların boşaldılması qət edilmişdir.

7. Ali Məhkəmənin 2(102)-2412/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi tutmanın Sumqayıt şəhəri, Saray bağlar massivi ünvanında yerləşən bağ evinə, ünvan 8a yerləşən 58 saylı mənzilə, Sumqayıt şəhəri, Saray bağlar massivi, 3306 ünvanında xüsusi mülkiyyətdə olan 0.12 ha torpaq sahəsinə, ünvan 6 ünvanında yerləşən 43 nömrəli mənzilə, ünvan 7 ünvanında olan 91 nömrəli mənzilə yönəldilməsi hissəsində ləğv edilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

8. Qətnamə icra edilməsi üçün Yasamal rayon İcra şöbəsinə və Nərimanov rayon İcra şöbəsinə göndərilmişdir.

9. İpoteka predmeti olan əmlakların satılması üçün hərrac keçirilmiş, əmlaklar satılmadığı üçün əmlaklar “X7 Azərbaycan” QSC tərəfindən qəbul edilmişdir. ünvan 6 ünvanında yerləşən 43 nömrəli mənzilin qəbul edil məsi ilə bağlı hərracın yekunları haqqında xx.xx.2021-ci il tarixli 59/03 saylı və Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 47 ünvanında yerləşən 47 nömrəli mənzilin qəbul olunması barədə xx.xx.2022-ci il tarixli 57/22 saylı protokollar tərtib olunmuşdur. 10. “X7 Azərbaycan” QSC tərəfindən xx.xx.2021-ci il tarixli 650 saylı ödəniş tapşırığına əsasən 5807.73 manat xidmət haqqı, 1045.39 manat ƏDV 18%, 304 saylı ödəniş tapşırığına əsasən 4171.20 manat sadələşdirilmiş vergi və xx.xx.2022-ci il tarixli 186 saylı ödəniş tapşırığına əsasən 1250 manat xidmət haqqı, xx.xx.2022-ci il tarixli 213 saylı ödəniş tapşırığına əsasən 327.70 manat sadələşdirilmiş vergi, cəmi 12.602.02 manat məbləğində vəsait bank tərəfindən hərrac təşkilatlarının bank hesablarına ödənilmişdir. İş üzrə qəbul ed ilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı “X7 Azərbaycan” QSC cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli 650 saylı ödəniş tapşırıqlarına əsasən 5807.73 manat xidmət haqqı, 1045.39 manat ƏDV 18%, 4171.20 manat sadələşdirilmiş vergi və 186 saylı ödəniş tapşırığına əsasən 1250 manat xidmət haqqı, 213 saylı ödəniş tapşırığına əsasən 327.70 manat sadələşdirilmiş verginin, cəmi 12.602.02 manat məbləğində vəsaitin cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı tələbini işin yuxarıda göstərilən hallarına uyğun əsaslandıraraq qeyd etmişdir ki, “İcra haqqında” Qanunun 74.1-ci maddəsinə əsasən, icra məmuru tərəfindən borcludan tutulmuş, o cümlədən borclunun əmlak ının satılmasından əldə olunmuş pul məbləğindən əvvəlcə tələbkarın (tələbkarların) tələblərinin təmin olunması üçün istifadə edilir. “İpoteka haqqında” Qanunun 4.14-cü maddəsinə görə əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. Həmin Qanunun 47.2.2-ci maddəsinə əsasən, ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən bölüşdürülür və həmçinin bu Qanunun 4.1.4-cü və 5-ci mad dələrində nəzərdə tutulmuş xərclər ödənilir. Göründüyü kimi ipoteka predmetinin hərracdan satılması ilə bağlı hərrac təşkilatçısının xərcləri tələbkar tərəfindən ödənilmişdir.

13. Cavabdehlər birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməmiş, iddia tələbinə qarşı yazılı etiraz və mülahizə də təqdim etməmişlər.

14. Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e2(004)-1058/2023 nömrəli, 7 mart 2023-ci il tarixli qətnaməsi ilə (hakim Fariz Əlizadə) iddia tələbi təmin edilməmişdir.

15. Məhkəmə mübahisənin qanuni əsası qismində “İcra haqqında” Qanunun 8.2, 61.2, 79.1, 79.2.1 və 81.1-ci maddələrinin çıxış etdiyini bildirərək qeyd etmişdir ki, iddiaçının müvafiq iddia tələbi ilə bağlı subyektiv hüququ yoxdur. Qeyd olunan hüquq normalarının məzmunundan göründ üyü kimi mübahisə ilə bağlı subyektiv hüquq icra orqanına məxsusdur. Lakin icra orqanı tərəfindən bu hüquq iddia icraatı qaydasında deyil, icra hərəkətlərinin davamı kimi həyata keçirilməlidir.

16. Məhkəmə bildirmişdir ki, ipoteka münasibətləri əsas borca münasibətdə tələbin təmin üsulu kimi çıxış etdiyindən iqtisadi dövriyyənin təmin olunması, bazar iqtisadiyyatı və mülki qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla ipoteka qoyan üzərinə əsas tələb üzrə öhdəlik qoyulması məqsədə müvafiq hesab edilmir. Nəzərə almaq lazımdır ki, ipoteka qoyan ipoteka saxlayan ilə hər hansı öhdəlik münasibətlərinə daxil olmamış, öhdəliyi yalnız ipotekaya qoyduğu mülkiyyəti həddində təşkil edir. Belə ki, tərəflər arasında yaranmış müqavilə münasibətləri üzrə öhdəliklər yalnız kreditor və əsas borclu arası nda olur. İpoteka qoyan isə əsas öhdəlik üzrə yalnız ipoteka predmeti həddində mükəlləfiyyətli olur. Bu səbəbdən, əsas borclu ilə birlikdə ipoteka qoyana qarşı iddia irəli sürülməsi mövqeyini məhkəmə əsaslı hesab etmir. Əks halda, hüquq münasibətlərinin subyektləri arasında tələbin təmin edilməsi institutu kimi ipoteka münasibətlərindən çəkindiriciliyə səbəb ola bilər.

17. Məhkəmə gəldiyi nəticəni “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2, 61.2, 79.1, 79.2.1, 81.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Qətnamədən iddiaçı “X7 Azərbaycan” QSC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməs inə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir

19. Apellyasiya şikayətində iddia ərizəsində şərh olunmuş işin faktik halları təkrarlanmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə heç bir hüquqi əsası olmadan və maddi hüquq normalarını düzgün tətbiq etmədən, hüquqi yanaşmasını əsaslandırmadan hesab etmişdir ki, iddiaçının iddia tələbi ilə bağlı subyektiv hüquqi yoxdur. Məhkəmə tərəflərin hüquqi statusu ilə bağlı onu da səhv olaraq qeyd etmişdir ki, “əsas borclu ilə birlikdə ipoteka qoyana qarşı iddia irəli sürülməsi mövqeyini məhkəmə əsaslı hesab etmir”. Məhkəmə ipoteka qoyanın hüquqi statusu ilə bağlı onu nəzərdən qaçırmışdır ki, ipoteka qoyan Cavabdeh2 həmçinin kreditin təminatı olaraq bankla bağladığı zaminlik müqaviləsinə əsasən eyni zamanda zamin statusunda çıxış edir və Mülki M əcəllənin 472-ci maddəsinə əsasən zamin borclu ilə birlikdə kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, mübahisənin tənzimlənməsinə tətbiq edilməli olan normalar birmənalı olaraq təsbit edir ki, ipoteka qoyana qaytarılmalı olan vəsaitin ödənilməsindən daha əvvəlki növbədə ipoteka predmetinin satılması və s. ilə bağlı xərclərin ödənilməsi nəzərdə tutulmuşdur. Başqa sözlə desək, qanunverici həmin xərclərin ödənilməsi vəzifəsini ipoteka qoyanın üzərində saxlamışdır. İpoteka predmetinin satılmasından əldə olunan vəsaitin tələbkarın tələblərini tam ödəmədiyi halda isə ipoteka qoyanın bu vəzifədən azad edilməsini təsbit edən norma yoxdur. Belə olan halda, məhkəmənin konkret qanun normasına istinad etmədən ipoteka qoyanı qeyd edilən xərclərin ödənilməsi vəzifəsindən “azad etm əsi” və əksinə, ipoteka saxlayanı isə bu vəzifə ilə mükəlləfiyyətli etməsi konkret qanunvericinin iradəsinə açıq-aşkar zidd mövqedir. Göründüyü kimi, istinad edilən maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi aşkardır.Yuxarıdakı bölmələrdə də qeyd edildiyi kimi, hazırkı mübahisədə ipoteka ilə yüklü edilmiş əmlakların bank tərəfindən hərrac yolu ilə əldə edilməsi ilə bağlı çəkdiyi xərclərin tələb edilməsi mühüm əhəmiyyət kəsb edən məsələdir. Məhkəmə, iddiaçı tərəfindən təqdim edilən ödəniş tapşırıqlarını araşdırmamış, maddi hüquqi normalarını düzgün tətbiq etməmiş, mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırılmamış qalmışdır.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-2863/2023 nömrəli, 3 may 2023-cü il tarixli qət naməsi ilə (hakimlər – Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışınski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının müvafiq iddia tələbi ilə bağlı subyektiv hüququ yoxdur. Məhkəmənin bu mövqeyi “İcra haqqında” Qanunun hazırda istinad olunan 8.2-ci maddəsində nəzərdə tutduğu iradə ifadəsi ilə ziddiyyət təşkil edir.

24. Digər tərəfdən həm ipoteka qoyan, həm də kredit müqaviləsi üzrə borclu şəxslər birgə borcalan qismində çıxış edirlər. Hətta onların birgə borclu olmadığı qəbul edilsə belə, ipoteka qoyan mülki hüquq münasibətlərinin subyekti olaraq qanunla üzərinə qoyulmuş öhdəliyin daşıyıcısı olmaqla, tərəfi olduğu ipoteka müqaviləsi ilə yüklü etdiyi əmlakının hərracdan satılması xərclərinin ona aid edilməsi qanunla imperativ olaraq həmin öhdəliyin icrasına cavab verməli olan şəxs kimi tələb də ona qarşı y önəlmişdir. Göstərilən səbəblərdən məhkəmənin ipoteka qoyanı qanunla müəyyən edilmiş öhdəliyi yerinə yetirmək vəzifəsindən azad etməsi “İcra haqqında” və “İpoteka haqqında” qanunların, həmçinin Mülki Məcəllənin tələblərinə ziddir. Apellyasiya məhkəməsinin başqa bir dəlilinə - yəni, icra hərəkətlərinin maliyyələşdirilməsinin tələbkara aid olmaması ilə bağlı dəlilinə gəldikdə isə qeyd edilməlidir ki, apellyasiya məhkəməsi həmin tərzdə əsaslandırma verməklə “İcra haqqında” qanunun 80.1-ci maddəsinin müddəalarını nəzərə almamışdır. Halbuki, istinad edilən Qanunun 80.1-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə tələbkar icra qurumunun depozit hesabına avans köçürə bilər. Sübut etməyə ehtiyac yoxdur ki, 80.1-ci maddədə göstərilən avans məbləği həm də hə rracın keçirilmə xərclərini ehtiva edir. Belə ki, hərracın keçirilməsi icra hərəkətlərinin bir hissəsidir.

25. Göründüyü kimi, qanun icra icraatında tələbkarın özü tərəfindən icra hərəkətlərinin həyata keçirilməsini avans ödəməklə maliyyələşdirməsi imkanını nəzərdə tutmuşdur və bu baxımdan apellyasiya məhkəməsinin guya, iddiaçı bankın həmin xərcləri hərrac təşkilatına ödəmək vəzifəsi daşımadığı və xərclərin əvəzinin ödənilməsi tələbinə münasibətdə “ipoteka qoyan üzərinə əsas tələb üzrə öhdəlik qoyulması məqsədə müvafiq hesab edilmir” kimi əsaslandırma verməsi qanunun tələbləri ilə ziddiyyət təşkil edir. Bununla bağlı qeyd edilməlidir ki, ipoteka predmetinin satılması xərclərinin ipoteka qoyandan tələb edilməsi sonuncun üzərinə “əsas tələb üzrə öhdəlik qoyulması” hesab edilmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq h ərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. “İcra” haqqında Azərbaycan Respublikası Qanununu

28. Maddə 79.1. İcra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir.

29. Maddə 79.2.1. Borclunun əmlakının satılması icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aiddir.

30. Maddə 81.1. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köç ürülür. “İpoteka haqqında” Qanun

31. Maddə 47.2. İpoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: 47.2.1. ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); 47.2.2. bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə; 47.2.3. sonrakı ipoteka saxlayan ipoteka hüququnu hə yata keçirdikdə onun tələbinin ödənilməsinə; 47.2.4. bu Qanunun 47.2.1‒47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsinə.

32. Maddə 47.4. Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübu tlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olu nub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apelllyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulma sı və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelllyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Tərəflər arasında yaranan münasibətlər ipoteka predmetinin satılmasından əldə olunan gəlirlərin bölüşdürülməsi üzrə yaranmışdır. Bu münasibətlər “İpoteka haqqında” Qanunun 47.2-ci maddəsi ilə tənzimlənir. Apellyasiya instansiyası məhkəməsi də işin hallarına bu norma əsasında qiymət vermişdir.

46. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə i stinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

47. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, kassasiya şikayətinin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi qətnamənin əsaslandırıcı hissəsində əksini tapmışdır. Buna görə də apelllyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

48. Bununla belə, kassatorun “İcra haqqında” Qanunun 80.1-ci maddəsinə istinadla irəli sürdüyü dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, bu dəlil qətnamənin ləğvinə əsas vermir. Belə ki, həmin normaya görə icra hərəkətlərinin həyata keçirilməsini təmin etmək məqs ədi ilə tələbkar icra qurumunun depozit hesabına avans köçürə bilər.

49. Bu normanın məzmunundan göründüyü kimi, avans hərrac təşkilatının hesabına deyil, icra qurumunun depozit hesabına ödənilir.

50. Avans icra hərəkətlərinin həyata keçirilməsinə sərf olunan xərclərə aiddir və icra sənədi müxtəlif əsaslar üzrə qaytarıldıqdan sonra avansın tələbkara qaytarılması məsələsi icra məmuru tərəfindən həll olunaraq, avans ödəməsinin tələbkara qaytarılması barədə qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər (“İcra haqqında” Qanunun 23.5, 80.3-cü maddələri).

51. Göründüyü kimi iddiaçı tərəfindən hərrac təşkilatına ödənilən məbləğin avans ki mi qiymətləndirilməsi üçün qanuni əsas yoxdur. 52. “İcra haqqında” Qanunun 79.1, 79.2.1-ci maddələri və “İpoteka haqqında” Qanunun 4.1.4 və 47.2-ci maddələrinin birgə təhlili o nəticəyə gəlməyə əsas verir ki, ipoteka predmeti olan əmlakların satılması üçün keçirilən hərrac xərclərinin tutulması icra məmuru tərəfindən həyata keçirilən tədbirdir. İddiaçı tələbkar olaraq hərrac başa çatdıqdan sonra həmin xərcləri hərrac təşkilatına ödəmək vəzifəsi daşımamışdır.

53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelllyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

54. Kassasiya şikayətinin bəzi dəlil ləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelllyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

55. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2863/2023 nömrəli, 03 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar