Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2989/2025 22.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin Qax rayon Şöbəsinə, Cavabdeh4, X2, Cavabdeh5 qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsi üzərində hüquq, gözlənilən mülkiyyət, ədalətli məhkəmə araşdırması hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-601/2025 nömrəli, 11 iyun 2025-ci il tarixli qətnaməsindən id diaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Qax Rayon İcraiyyə Komitəsinin sərəncamına əsasən Qax Rayon Mərkəzinin 07 iyun 1952-ci il tarixli aktı ilə iddiaçının X3na fərdi ev tikintisi üçün ümumi sahəsi 5 sot (25x20 m) olan torpaq sahəsi və 05 oktyabr 1959-cu il tarixdə Qax Kommunal-Təsərrüfat idarəsi ilə bağlanılmış və notarial qaydada təsdiqlənmiş müqaviləyə əsasən X8 müddətsiz istifadəsinə sahəsi 8,75 sot (250x350 m) olan torpaq sahəsi verilmişdir;
3. Daha sonra 20 yanvar 1974-cü il tarixdə həmin torpaq sahəsində inşa edilmiş evin Ş.Ə.Əliyevin mülkiyyəti kimi dövlət qeydiyyat ına alınmasına dair qeydiyyat vəsiqəsi verilmişdir;
4. İddiaçının X3 xx.xx.1992-ci il tarixdə anası X10 isə xx.xx.2008-ci il tarixdə vəfat etmişlər;
5. Qax Rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 2007-ci il tarixli 02 qərarı ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən X5 513.61 kv.m həyatyanı torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir;
6. Zaqatala rayon Xalq Məhkəməsinin 8 yanvar 1996-cı il tarixli qətnaməsi ilə X16 və qeyrilərinin X12 ünvan 1 ünvanda yerləşən evinin mülkiyyət hüququ üzrə həmin tikintiyə sahiblik mərhum X9 məxsus olması faktının müəyyən edilməsinə və Rəşid Əliyevin öz ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılmasına dair iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir. İş üzrə q əbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin Qax rayon Şöbəsinə, Cavabdeh4, X2, Cavabdeh5 qarşı məhkəməyə iddia ərizəsi və daha sonra tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 1952-1959-cu illərdə X8 müddətsiz istifadəsinə verilmiş torpaq sahələrinin (xx.xx.1952-ci il tarixli torpaq aktına əsasən 25mx20m, xx.xx.1959-cu il tarixli müqaviləyə əsasən 25mx35m torpaq sahələrinin) Cavabdeh4, X6 və Cavabdeh5 olan hissələri həmin şəxslərin qanunsuz sahibliyindən geri alınaraq X8 qanun üzrə vərəsəsi olan ona verilməsi, Cavabdeh4, X6 və Cavabdeh5un göstərilən torpaq sahələrindən çıxarılması və Qax rayon X20 Komiss iyasının 30 dekabr 2007-ci il tarixli qərarının X5 aid hissədə etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia belə əsaslandırılmışdır ki, Qax rayon icraiyyə Komitəsinin sərəncamına əsasən Qax rayon Mərkəzinin 07 iyun 1952-ci il tarixli aktı ilə X3na fərdi ev tikintisi üçün ümumi sahəsi 5 sot (25x20 m) olan torpaq sahəsi ayrılaraq onun müddətsiz istifadəsinə verilib. 05 oktyabr 1959-cu il tarixində Qax Kommunal-Təsərrüfat idarəsi ilə bağlanılmış və notarial qaydada təsdiqlənmiş müqaviləyə əsasən X8 müddətsiz istifadəsinə sahəsi 8,75 sot (250x350 m) olan torpaq sahəsi verilib. 20 yanvar 1974-cü il tarixində həmin sahədə inşa edilmiş evin Ş.Ə.Əliyevin mülkiyyəti kimi dövlət qeydiyyatına alınmasına dair qeydiyyat vəsiqəsi verilib. X3 və anası X11 vəfat etdikdən sonra, o, 08 iyun 2020-ci il tarixində qanun üzrə vərəsə kimi atasından qalan daşınmaz əmlakı: ev və torpağı öz adına rəsmiləşdirmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi idarəsinin Qax Rayon Şöbəsinə müraciət edib, 13 iyun 2020-ci il tarixində «Torpaq sahəsinin planı və ölçüsü» sənədini almışdır. “Torpaq sahəsinin planı və ölçüsü”nə baxılarkən məlum oldu ki, atasının mülkiyyətində olan torpaq sahəsi Qax Rayon X20 Komissiyasının 30 dekabr 2007-ci il tarixli qərarı ilə əhəmiyyətli dərəcədə kiçildilib13,75 sot sahə 5,3 sota düşüb və guya anası X5 verilib. Məhkəmənin diqqətini ona cəlb edir ki, bu “qərarı” qəbul edən Komissiya hələ Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli 226 saylı fərmanı ilə ləğv edilmişdi. Hüquqi baxımdan mövcud olmayan qurumun belə sənəd qəbul etməsi absurddur. Bir də onu qeyd edir ki, bu “qərar” ona, başqa ailə üzvlərinə xəbər verilmədən xəlvəti şəkildə qəbul edilib. O, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ləğv olunmuş, fəaliyyəti qüvvədən düşmüş hesab olunan Qax Rayon X20 Komissiyasının 30 dekabr 2007-ci il tarixli qərarının verilməsinə səbəb olmuş əsasları müəyyən etmək üçün Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə, ƏMDX-nın Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri xidmətinə, ƏMDX-nın DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə müraciət etmişdir. Cavab məktublarında heç bir hüquqi əsas göstərilməyib. Aqrar islahat Komissiyaları kolxoz, sovxoz və digər kənd təsərrüfatı müə ssisələrinin islahatlarını aparmaq məqsədilə yaradılmış bir qurum olub. “Aqrar islahatların əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən aqrar islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Həmin qanunun 12-ci maddəsinə uyğun olaraq, sovxoz və kolxozların islahatı onların kəndli /fermer/ təsərrüfatlarına bölünməsini, birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətli kənd təsərrüfatı müəssisələrinə çevrilməsini, sovxozların bazasında dövlət kənd təsərrüfatı müəssisələrinin yaradılmasını, şəxsi yardımçı təsərrüfatların inkişafını n əzərdə tutur. Yəni hətta hüquqi baxımdan mövcud olsa idi belə, aqrar islahat komissiyasının atasının şəxsi (xüsusi) mülkiyyətinə 1952-ci və 1959-cu illərdə verilmiş torpaq sahələri barədə sərəncam vermək hüququ ümumiyyətlə olmayıb. Komissiya yalnız sovxoz və kolxozların islahatı ilə məşğul ola bilərdi. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı fərmanı ilə aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktlar təsdiq edilmişdir ki, bunlardan ona, ailəsinə aid olanı “Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyindəki bağların/torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”dir. Atasının daimi istifa dəsində olmuş torpaqlar kolxoz və sovxoz torpaqlarına aid olmadığından mülkiyyətdə olan torpaqdır və bu qəbildən olan torpaq sahələri üzərində hüquqların tənzimlənməsi sahəsində bu əsasnamədə nə yerli, nə də rayon aqrar islahat komissiyalarının səlahiyyəti müəyyən edilməmişdir. Ailəsinə məxsus mülkiyyət hüququnu rəsmiləşdirmək istəsə də, süni olaraq yaranmış anlaşılmazlıq nəticəsində hüquqlarını reallaşdıra bilmir. Bundan əlavə, 534 saylı fərmanla təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında Əsasnamə”nin 6-cı bəndinin birinci hissəsinə əsasən hər bir vətəndaşa/ailəyə/düşən torpaq payını dövlət yerquruluşu xidməti/Torpaq Komitəsi/hesablayır və həmin payların böl güsünü əks etdirən kompleks yerquruluşu layihəsini yerli aqrar islahatı komissiyası ilə razılaşdırılmaqla, rayon aqrar islahatı komissiyası təsdiq etməli idi. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi qəbul olunduqdan sonra Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 760 nömrəli fərmanı ilə bu əsanamənin 6-cı bəndinin birinci hissəsində “rayon aqrar islahatı komissiyası”sözləri “yerli icra hakimiyyəti orqanı”sözləri ilə əvəz edilib. Başqa sözlə, 2002ci ilin avqust ayından bu abzasda qeyd olunan sovxoz, kolxoz və s.torpaqlarına münasibətdə yerquruluşu layihələrini təsdiq etmək səlahiyyəti rayon aqrar islahat komissiyasından alınıb, yerli icra hakimiyyəti orqanına verilib. Yuxarıdakıları ümumiləşdirərək, bildirir ki, Qax rayon aqrar islahat komiissiyası 2002-ci ilin avqust ayından (30 dekabr 2007-ci il tarixi də daxil olmaqla) nə vətəndaşların qanuni istifadəsində olan, nə də kolxoz və sovxoz torpaq sahələrinin ölçüsündə heç bir dəyişiklik edə bilməzdi və belə hərəkətlər cinayət məsuliyyəti yaradır. Atası - X14 Böyük Vətən Müharibəsinin İ dərəcəli iştirakçısı, SSRi-nin Səhiyyə Əlaçısı olub. Müharibə qurtardıqdan sonra 1951-ci ilə qədər sovet ordusunda xidmət edib. 1951-ci ildə Azərbaycana gəlib, doğma kəndinə - ata evinə qayıtmayıb, Qax Rayon Səhiyyə Şöbəsində - SES-da epidemioloq-etimoloq kimi fəaliyyətə başlayır. Tez bir zamanda rayonda hörmət qazanır. Qax qəsəbəsində qeydiyyata duran Şamxal Əliyevə yurd salmaq üçün o dövrün qanunlarına uyğun olaraq xx.xx.1952-ci ildə tərtib olunmuş akt ilə 25m x 20m ölçüdə 0,05 ha torpaq sahəsi ayrılıb. Ayrılan t orpaq sahəsində tikintinin aparılması Qax Rayon icraiyyə Komitəsinin sərəncamı ilə rəsmiləşdirilib. Təhkim olunma aktı ilə torpaq sahəsi naturada ölçülüb verilib /akt xx.xx.1952-ci il və arxiv arayışı əlavə olunur/. Torpaq sahəsini aldıqdan sonra atası evin inşasına başlamış, 1953-cü ildə çiy kərpicdən evi tikib qurtarmış, 1956-cı ildə ev istifadəyə hazır olmuşdur. Torpaq sahələri paylanıb qurtardıqdan sonra şəhərin baş planında dəyişiklik edildiyi üçün atasına verilən torpaq sahəsinin ətrafında boş qalan 25m x 35m ölçüsündə olan torpaq sahəsi 09 oktyabr 1959cu il tarixli notarius tərəfindən imzalanmış torpaq müqaviləsinə əsasən əlavə olaraq ona verilib./müqavilə əlavə olunur. Atasının tikdiyi birinci ev çiy kərpiçdən olduğu üçün dövlət tərəfindən “avariynı”- təhlükəli ev sayıldığından o, dövlətdən ssuda götürərək həmin torpaq sahəsində daşdan ikinci ev tikib. 1962-ci ildə həmin evə köçür, torpaq sahəsi Dövlət qeydiyyatına alnımışdır əlavə olunur. Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin Qax Rayon Şöbəsi tərəfindən mənə verilən kadastrla, Qax X20 Komissiyasının verdiyi qərarla Konstitusiyanın 13, 29, 60-cı maddələri, Torpaq islahatı haqqında qanunun 10.1, 10.2, 19-cu maddələri pozulmuşdur.
9. Məhkəmənin 21 avqust 2024-cü il tarixli eyni nömrəli qərardadına əsasən iddia tələbinin “Qax rayon X20 Komissiyasının 30 dekabr 2007-ci il tarixli qərarının X5 aid hissədə etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatın etibarsız hesab edilməsi”nə dair hissəsi işə baxan məhkəməyə aid olmadığı üçün həmin hissədə iş üzrə icraata xitam verilmişdir.
10. Cavabdeh X6 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, İddiaçı 2019-cu ildə sərhəd barısını sökmüş və 1 metr özlərinə aid olan əraziyə keçmiş, ip çəkilmişdir. Ustadan nə etdiyini soruşduqda İddiaçı bilər deyə cavab vermişdir. O, iddiaçıdan nə etdiyini soruşduqda hamamın barısının əyri olduğunu və barını düzəltdiyini demişdir. O Şəfəqə hamamın barısıın sökərək 1 metr içəridə tikməsini demişdir. 2019-cu ildə sökülən barı hələ də tikilməmişdir. O anlamır ki, iddiaçı nə fikirdədir. Köhnə kupçada sərhəddə barı yoxdur. Sərhəd evdir. Sonradan pəncərələr görünməsin deyə barı tikilmişdir. İddiaçı barını sökməli və zəbt etdiyi torpağı geri verməlidir. Bununla bağlı məhkəmə olmuş və icra olunmamışdır. İddia tələbində göstərilənləri əsassız hesab edir. İddianı qə bul etmir.
11. Cavabdeh4 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o da iddia tələbini əsassız hesab edir. Çünki 1996-cı ildə Zaqatala rayon Məhkəməsinin və Ali Məhkəmənin qətnamələri vardır ki, iddia əsassız sayılsın. İddianı qəbul etmir, rədd edilməsini xahiş etdi.
12. Cavabdeh5 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o da iddia tələbinə etiraz edir. İddiaçı düz demir. 1957-ci ildə öz evləri tikilmiş və evə dair Çıxarışı olmasa da texniki pasportu vardır. Ev tikilən də torpaq da verilir. Uşaqlıqdan həmin torpaq sahəsinin özlərinə məxsus olduğunu görmüşdür.
13. Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(024)-385/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Malik Qarayev).
14. Məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin iddiaçını n valideyinlərinin mülkiyyətində olmasına dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmamış və buna dair hüquqi sənəd Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilməmişdir. Ona görə də, mübahisəli torpaq sahəsi üzərində mərhum X10 və X8 mülkiyyət hüququ olmadığı üçün iddiaçı hazırki tələblə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmamışdır. Zaqatala rayon Xalq Məhkəməsinin 8 yanvar 1996-cı il tarixli qətnaməsinə əsasən X16 və qeyrilərinin X12 ünvan 1 ünvanda yerləşən evinin mülkiyyət hüququ üzrə həmin tikintiyə sahiblik mərhum X9 məxsus olması faktının müəyyən edilməsinə və Rəşid Əliyevin öz ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılmasına dair iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mübahisəli torpaq sah əsinin 1952-1959-cu illərdə iddiaçının mərhum X3na verildiyini iddia edir və o mərhum valideyinin vərəsəsi olduğu üçün miras əmlakın gələcəkdə qəbulu ilə bağlı gözlənilən mülkiyyət hüququ əldə etmək ehtimalı vardır. Odur ki, iddianın qaldırılması barədə İddiaçı subyektiv hüquqa malikdir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 26 və 60cı; “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” X1 6-cı; “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci; Mülki Məcəlləsinin 66.1, 140, 152.1 və 178.1-ci; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 12.1-ci; Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 119.1, 217.4 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı apellyasiya şikayəti verərək göstərmişdir ki, iməhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş və iş üçün əhəmiyyəti olan sübutları tədqiq etməmişdir. Qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir.
19. Belə ki, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya bilməsi haqqında iddia qaldıra bilər. Həmçinin daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimi yyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməlidir. Hesab edir ki, onun məhkəmə əlçatanlığı hüququ pozulmuşdur. Məhkəməyə təqdim edilən hüquqmüəyyənedici sənədlər tam araşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar sübut edilməmişdir. Mübahisənin mahiyyəti təhlil edilməmiş, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas olmuş hüquqmüəyyənedici sənədlərə və inzibati orqanın hərəkətlərinə qiymət verilməmişdir.
18. Apellyasiya şikayətinə qarşı cavabdehlər Cavabdeh4 və Cavabdeh5 yazılı etiraz vermişlər. Cavabdehlər etirazlarında iddianı qanunsuz və əsassız hesab etdiklərini, iddiaçının mübahisəli sahələrə mülkiyyət hüququ olmadığı üçün hazırki tələblə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmadığını qeyd edərək Qax rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını və iddianın təmin edilməməsini xahiş etmişlər.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Qax Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, e-2(024)- 385/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, iddia tələbini əsassız hesab edir, çünki Zaqatala Rayon Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin mübahisə ilə bağlı qətnamələri vardır.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh5 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Qax Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, e-2(024)- 385/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, iddia tələbini tamamilə əsassız hesab edir. Çünki uzun illərdir ki, mübahisəli torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evi onlara məxsusdur. Həmin evin texniki pasportunu da almışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X6 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Qax Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, e-2(024)-385/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
22. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Musayev Taleh - sədrlik edən və məruzəçi, Mehdiyev Elçin və Məcidov Ələddin) 2(107)-601/2025 nömrəli, 11 iyun 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Birinci instansiya məhkəməsinin mövqeyi ilə tam razılaşan məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının valideyinləri mərhum X10 və X8 mülkiyyətində olmasına dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmamış və buna dair hüquqi sənəd Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilməmişdir. Qax Rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 2007-ci il tarixli 02 qərarı ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən X5 513.61 kv.m həyatyanı torpaq sahəsinə da ir (hazırda mübahisə olunan torpaq sahəsinə dair) “Torpaq sahəsinin planı və ölçüsü sənədi işlənmişdir. Hal-hazırda isə Qax Rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 2007-ci il tarixli 02 qərarı qüvvədədir. Həmçinin Zaqatala Rayon Xalq Məhkəməsinin 8 yanvar 1996- cı il tarixli qətnaməsindən görünür ki, X16 və qeyrilərinin X13 qarşı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin mülkiyyət hüququ üzrə həmin tikintiyə sahiblik mərhum X9 məxsus olması faktının müəyyən edilməsinə və Rəşid Əliyevin öz ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılmasına dair iddiası əsassız olduğundan rədd edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən yuxarıda göstərilən xüsusatlar ətraflı tədqiq edilmiş və hüquqmüəyyənedici sənədlərə hüquqi qiymət verildiyindən apellyatorun yuxarıda sa dalanan dəlilləri əsassızdır.
24. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, İddiaçı 1952-1959-cu illərdə X3nun müddətsiz istifadəsinə verilmiş torpaq sahələrinin (xx.xx.1952-ci il tarixli torpaq aktına əsasən 25mx20m, xx.xx.1959-cu il tarixli müqaviləyə əsasən 25mx35m torpaq sahələrinin) Cavabdeh4, X6 və Cavabdeh5 olan hissələri həmin şəxslərin qanunsuz sahibliyindən geri alınaraq X8 qanun üzrə vərəsəsi olan ona verilməsi, Cavabdeh4, X6 və Cavabdeh5 göstərilən torpaq sahələrindən çıxarılmasını tələb etsə də, iddiaçıya məxsus torpaq sahəsinin hər hansı bir hissəsinin məhz cavabdehlər tərəfindən zəbt edilməsinə dair iddiaçı tərəfindən əlavə bir sübut təqdim edilməmişdir.
25. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 152.5 və 157.2-ci; Torpaq Məcəlləsinin 82, 84 və 111-ci; Mülki Prosessual Məcəllənin 4.1, 9.1, 9.3, 14.2, 77.1, 88, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 372.1, 372.2, 372.6, 372.7, 384, 385.2 və 402.1-ci maddələrinə həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006- cı il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Ko llegiyasının xx.xx.2025-ci il tarixli,2(107)-601/2025 saylı qətnaməsinin tam ləğv edilməsi, kassasiya şikayətinin tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
27. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apelyasiya şikayətinin dəlilləri həmçinin məhkəməmə instansiyalarında iddiaçı tərəfindən verilən izahatlarla eynilik təşkil etmiş, əlavə olaraq qeyd olunmuşdur ki, İddiaçı məxsus olan torpaq sahəsi hal hazırda iş üzrə cavabdehlərin istifadəsindədir. Bununla da iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan mülkiyyət hüquqları pozulmuşdur.
28. İddiaçının torpaq sahəsi cavabdehlərin (qonşunun) faktiki istifadəsindədir. Məlum olub ki, ailəsinə məxsus torpaqlar qeyri qanuni yollarla qonşulara - Cavabdeh4, X2, Cavabdeh5 verilib (yaxud satılıb ). Azərbaycan Respublikası Mülki Məcəslləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Atasından qalan torpaq sahəsindən onu qanunsuz olaraq almış Cavabdeh4, X6 və Cavabdeh5 geri qaytarılmaılıdr.
29. Kassasiya şikayətinin dəlilləri Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü; Mülki Məcəlləsinin 157.2; Mülki Prossesual Məcəlləsinin 88 və 217-ci maddələrinə istinadən əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
31. Maddə 60, hissə
1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqları Konvensiyası: və əsas azadlı qlarının müdafiəsi haqqında» Avropa
32. Maddə 6, hissə.
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «İnsan hüquqları və əsas Konvensiyasının 1 saylı protokolu: azadlıqlarının müdafiəsi haqqında» Avropa
33. Maddə
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həy ata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
34. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
35. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
36. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəlləd ə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
37. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məh kəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Baxılan işdə İddiaçı 1952 və 1959-cu illərdə X3nun müddətsiz istifadəsinə verilmiş 5 sot (25x20 m.) və 8,75 sot (250x350 m.) torpaq sahələrinin cavabdehlər Cavabdeh4, X6 və Cavabdeh5 olan hissələrinin həmin şəxslərin qanunsuz sahibliyindən geri alınaraq Şamxal Əliyevin qanun üzrə vərəsəsi kimi ona verilməsini, həmin cavabdehlərin torpaq sahələrindən çıxarılmas ını tələb edir.
46. Cavabdehlər isə iddiaya etiraz (Cavabdeh4 həm də Zaqatala rayon Xalq Məhkəməsinin 8 yanvar 1996-cı il tarixli qətnaməsinə istinad) edərək tələbin təmin olunmamasını xahiş edirlər.
47. Birinci instansiya məhkəməsi İddiaçı sözügedən torpaq sahələrinin adına ayrıldığı Şamxal Əliyevin vərəsəsi olduğu üçün həmin əmlaka gözlənilən mülkiyyət hüququ baxımından hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olduğunu qəbul etmişdir. Bununla belə, məhkəmə torpaq sahəsinin iddiaçının valideyinlərinin mülkiyyətində olmasına dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmadığına və Zaqatala rayon Xalq Məhkəməsinin 8 yanvar 1996-cı il tarixli qətnaməsinə istinadən iddianı rədd etmişdir (§ 14-15).
48. Bu nəticə və mövqe ilə eynilə razılaşan apellyasiya instansiyası məhkəməsi həm də onu qeyd etmişdir ki, hazırda mübahisə olunan torpaq sahəsi iddiaçı Qax Rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 2007-ci il tarixli, 02 qərarı əsasında (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü sənədi ilə X4 adına işlənmiş 513.61 kv.m həyatyanı torpaq sahəsidir və həmin qərar qüvvəsindədir. Bundan başqa, iddiaçıya məxsus torpaq sahəsinin hər hansı bir hissəsinin məhz cavabdehlər tərəfindən zəbt edilməsinə dair əlavə sübut təqdim edilməmişdir (§ 23-24).
49. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, hazırkı iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
50. Əvvəla, baxılan işin ədalətli həll edilməsi üçün ilk növbədə mübahisənin obyektinin və predmetinin düzgün müəy yənləşdirilməsi vacibdir.
51. Məlum olduğu kimi, iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın obyekti isə iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 27 avqust 2012-ci il tarixli qərarı).
52. Baxılan işdə iddiaçı atasının adına ayrılmış 5 sot (25x20 m) və 8,75 sot (250x350 m) torpaq sahəsinin Qax Rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 2007-ci il tarixli, 02 qərarı ilə kiçildilərək cəmi 513.61 kv.m. həcmdə anasının adına işləndiyini, torpağın müəyyən hissəsinin cavabdehlərin qanunsuz sahibliyində olduğunu bildirərək onların həmin hissələrdən çıxarılmasını tələb edir.
53. Apellyasiya məhkəməsi 513.61 kv.m. sahənin mübahisənin obyekti olduğunu göstərmiş, lakin bu qənaətini işin müəyyən edilmiş halları ilə əsaslandırmamışdır. Odur ki, mübahisənin obyektinin düzgün müəyyən edilib-edilmədiyini qətnamədən aydın şəkildə görmək mümkün olmur.
54. Əgər istinad olunan, ümumilikdə 13,75 sot torpaq sahəsinin 513.61 kv.m. hissəsi həm hüquqi, həm də faktiki olaraq iddiaçının ixtiyarındadırsa, güman ki, bu sahənin xaricində qalan hissələr mübahisə obyektini təşkil edə bilər. Belə olan halda, 513.61 kv.m. sahə ilə bağlı Qax Rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 2007-ci il tarixli, 02 qərarının qüvvədə olmasını n hazırkı iddianın rəddinə hansı məntiqlə əsas verməsi anlaşılan olmur. Yox əgər iddianın obyekti 513.61 kv.m. hissədirsə, bununla bağlı mübahisənin nədən ibarət olması və nədən qaynaqlanması aydınlaşdırılmalıdır.
55. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən bu xüsusat lazımi şəkildə araşdırılmamış və əsaslandırılmamışdır.
56. Mübahisənin obyekti dəqiqliklə müəyyən edildikdən sonra iddianın predmeti, yəni bu obyektə münasibətdə tərəflərin mübahisəli hüquq münasibətlərinin nədən ibarət olduğuna aydınlıq gətirilməlidir.
57. İddiaçının haqq iddia etdiyi, ümumilikdə 13,75 sot torpaq sahəsinin Şamxal Əliyevə 1952 və 1959-cu illərdə ayrılması müəyyən olunmuşdur. O da məlumdur ki, torpaqayırma barədə müvafiq inzibati aktlar şəxsin özünə və ya vərəsəsinə həmin sahə(lər ) üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına qanuni əsas verirsə, sözügedən aktlardan irəli gələn hüquq gözlənilən mülkiyyət hüququ kimi tanınır. Bu əmlak hüququ miras kütləsinə daxil olduğu üçün vərəsələr arasında mübahisə olmadığı halda əşyaya dair reyesrdə ilkin qeydiyyatın aparılması və notarius tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsi maneəsiz şəkildə həyata keçirilir.
58. Hazırkı işdə birinci instansiya məhkəməsi bu kontekstdə iddiaçının subyektiv hüququnu tanısa da, torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət reyestrində onun valideynlərinin adına qeydə alınmamasına görə iddianı rədd etməsi anlaşılan mövqe olmamışdır.
59. Ona görə ki, bir şəxsin mülkiyyət hüququnun müdafiəsinə verilən təminat, gözlənilən mülkiyyət hüququna da ai ddir. Necə ki, mülkiyyətçinin qanunsuz sahibə və ya müdaxilə edənə qarşı irəli sürə biləcəyi vindikasiya (Mülki Məcəllə 157.2), yaxud neqator (Mülki Məcəllə 157.4) iddialardan, mülkiyyətçi olmayan məhdud əşya hüququ (servitut, girov,tikintiyə vərəsəlik hüququ və s.) sahibləri yararlana bilərlər (Mülki Məcəllə 157.8), o cümlədən gözlənilən mülkiyyət hüququ sahibi də həmin tələbləri irəli sürməklə öz əmlak hüquqlarını qoruya bilər.
60. O da məlumdur ki, «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi (§ 33) nəinki qeydə alınmış, həm də gözlənilən mülkiyyət hüquqlarının müdafiəsinə təminat verməklə belə hüquq sahiblərini də qoruyur. Bu normada qeyd edilən mülkiyyət ifadəsinin geniş təfsir edilməli olduğu Avropa İnsan Hüquqla rı Məhkəməsinin qərarlarında dəfələrlə vurğulanmışdır.
61. Bu baxımdan, iddiaçının gözlənilən mülkiyyət hüququ müəyyən edildiyi halda həmin hüququn dövlət reyestrində qeydə alınmadığı üçün müdafiə olunmayacağı barədə məhkəmələrin mövqeyi qanuni və əsaslı olmamışdır.
62. Odur ki, hazırkı işdə iddianın predmetini müəyyən etməli olan apellyasiya məhkəməsi ilk növbədə mübahisə obyekti üzərində iddiaçının gözlənilən mülkiyyət hüququna malik olub-olmamasını aydınlaşdırmalı idi. Bunun üçün həmin sahəyə münasibətdə iddiaçının atasının adına verilmiş torpaqayırma sənədlərinin qüvvədə olubolmaması, həmin sənədlərin dövlət reyestrində qeydiyyatın aparılması üçün qanuni əsas təşkil edib-etməməsi və digər əhəmiyyətli hallar yoxlanılmalıdır.
63. İddiaçının atasına ayrılmış torpaq sahələrinə iddiaçının gözlənilən mülkiyyət hüququ müəyyən edildikdən sonra həmin sahələrin sərhədləri ilə hazırda cavabdehlərin sahibliyində olan mübahisəli sahələrin sərhədlərinin üst-üstə düşüb-düşmədiyi müəyyən edilməlidir. Təbii ki, iddiaçı gözlənilən mülkiyyət kimi üzərində haqq iddia etdiyi torpaq sahələrinin sərhədləri barədə sübutları təqdim etməli, əldə edə bilmədiyi sübutların məhkəmə tərəfindən təmin edilməsinin, habelə zəruri olduqda iş üzrə müvafiq ekspertizanın keçirilməsinin mümkünlüyü və digər sübutetmə vasitələri tərəflərlə çəkişmə prinsipinə uyğun şəkildə müzakirə olunmalı və həll edilməlidir.
64. Nəticə etibarilə, iddiaçı mübahisə etdiyi sahələrin gözlənilən mülkiyyət hüququ ilə ona məxsus sahələrin sərhədləri içində olduğunu sübuta yetirə bilmədikdə, iddianın bu əsasla rədd edilməsi mümkünd ür. Bu zaman həmin sərhədlər aidiyyəti orqan tərəfindən müəyyən edildikdən sonra yeni əsaslarla iddia qaldıra biləcəyi iddiaçıya izah olunmalıdır.
65. Mübahisəli sahələrin gözlənilən mülkiyyət hüququ ilə iddiaçıya məxsus sahələrin sərhədləri içində olduğu sübuta yetirildikdə isə hansı cavabdehin hansı həcmdə sahəyə sahiblik etdiyi dəqiqləşdirilməlidir. Belə ki, torpağa sahiblik faktı mülkiyyətçinin həmin sahələr üzərində öz hüquqlarını maneəsiz həyata keçirməyinə əngəl təşkil etdiyindən müdaxilə kimi qiymətləndirilə bilər.
66. Müdaxilə faktı müəyyən edildikdən sonra isə Mülki Məcəllənin 157.4-cü maddəsi baxımından belə müdaxilənin, yəni ayrı-ayrılıqda hər bir cavabdehin əşyaya sahibliyinin qanuni olub-olmaması aydınlaşdırılmalıdır.
67. Qanunilik müxtəlif əsaslara söykənə bilər. Məsələn, mü vafiq sahənin inzibati akt əsasında cavabdehə də verilmiş olması, sahədən istifadəyə dair torpaq sahibi ilə bağlanmış müqavilənin mövcudluğu, həmin sahəyə hüququn məhkəmə qərarı ilə tanınması və s.
68. Nəzərə alınmalıdır ki, iddiaçının ərazisinə (onun bir hissəsinə) sahiblik etməsinin qanuni əsasa söykəndiyini bildirən cavabdeh bu əsası sübuta yetirmək yükünü daşıyır. Sübuta yetirdikdə isə həmin əsaslar aradan qalxmadıqca iddianın təmin edilməsinin mümkünlüyü qiymətləndirilməli, zəruri olduqda işin hüquqi vəziyyəti tərflərlə müzakirə olunmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməlidir (məsələn, cavabdehin sahibliyinin əsaslandığı inzibati və ya məhkəmə aktı mübahisələndirilədək işin icraatının dayandırılması, həmin aktların mübahisələndirilməsinə dair sübut təqdim edilməd iyi halda iddianın həmin əsasla rədd edilməsi və s.).
69. Yeri gəlmişkən, kassasiya məhkəməsi onu da vurğulayır ki, Cavabdeh4 və məhkəmələrin istinad etdikləri məhkəmə qərarlarının (Zaqatala rayon Xalq Məhkəməsinin 8 yanvar 1996-cı il tarixli qətnaməsi) həmin cavabdehə yönəlmiş iddiaya və bütövlükdə hazırkı işə təsiri də aydınlaşdırılmaqla nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət verilməlidir. Bu zaman həmin qətnamənin iddiaçı baxımdan preyudisial olub-olmaması, iddianın və ya onun bir hissəsinin həllinə konkret olaraq necə təsir göstərməsi aydın şəkildə əsaslandırılmalıdır.
70. Nəhayət, cavabdehlərin əraziyə sahibliyinin keçərli əsasa söykənmədiyi sübuta yetirilmədikdə müdaxilə qanunsuz sayılır və iddianın təmin edilməsi üçün əsas yaranır.
71. Bu baxımdan, əgər iş cavabdehlərin qa nuni sahib olmaları barədə iddiaların araşdırılması mərhələsinə gələrsə, onların bu barədə məhkəməyə təqdim etdikləri sübutlar işdəki digər sübutlarla birlikdə qiymətləndirilməli və məsələyə yekun hüquqi qiymət verilməlidir.
72. Bütün bu qeyd edilən nüansların hazırkı işin düzgün həlli üçün əhəmiyyət kəsb etməsinə baxmayaraq, apellyasiya məhkəməsi tərəfindən lazımi araşdırmalar aparılmamış, qətnamə iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericliyə uyğun qaydada əsaslandırmamışdır (§ 40-41).
73. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı el ə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
74. Məhkəmə kollegiyası vurğulayır ki, mübahisəni aidiyyəti maddi hüquq normaları əsasında yoxlamadan, sadəcə işin bəzi hallarının və qanunvericilik normalarının sadalanması ilə iddianın həlli barədə qənaəti əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.
75. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, İnsan Hüquqlarının və X7 X1 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir (§ 31-32).
76. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).
77. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
78. Təkrar apelyasiya baxışı zamanı tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiym ət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.
79. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-601/2025 nömrəli, 11 iyun 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.