Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-299/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh ASC “xxxx” MMC İddia tələbi: əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı Açar sözlər: işə bərpa və əmək haqqı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçının vəkili Kərimli Ruhiyyə Nemət qızının iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1092/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətn aməsindən Cavabdeh ASC “xxxx” MMC tərəfindən verilmiş kasasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Mülki işə əlavə olunmuş Cavabdeh ASC “xxxx” MMC-nin Mingəçevir Sukanal İdarəsinin 440-K saylı, xx xxxxxx 2019-cu il tarixli əmrinin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra –ƏM) 73-cü maddəsinin 1-ci hissəsinə əsasən xitam verilmiş və ona xx.xx.2019-cu il tarixdən – xx.xx.2019-cu il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə təqvim günü pul əvəzi ödənilməsi qeyd edilmişdir. Cavabdeh ASC-nin xx.xx.2019-cu il tarixli, 52 saylı məktubundan görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən xx.xx.2019-cu il tarixində xitam veriləcəkdir. Cavabdeh ASC-nin xx xxxxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, “xxxx” MMC-nin idarəetmə aparatının və tabeliyində olan idarələrin təsdiq edilmiş təşkilatı strukturları və ştat cədvəlləri rəhbərlik və icra üçün göndərilir. Cavabdeh ASC “xxxx” MMC-nin Mingəçevir Sukanal İdarəsinin 405-K saylı, xx xxxxxxxx 2019-cu il tarixli əmrin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdən 2-ci dərəcə ilə Cavabdeh ASC-nin “xxxx” MMC-nin Mingəçevir Sukanal İdarəsinin Su və kanalizasiya sistemlərinin istismarı sahəsinin 3 saylı çirkab su nasos stansiyasının nasos qurğularının maşinisti peşəsinə təyin edilmişdir. Cavabdeh ASC “xxxx” MMC-nin “Min gəçevir Sukanal İdarəsi”nin 588 saylı müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh ASC “xxxx” MMC-nin “Mingəçevir Sukanal” İdarəsinin Su və kanalizasiya sistemlərinin istismarı sahəsinə 2-ci dərəcə ilə nasos qurğularının maşinisti peşəsinə işə qəbul edilmişdir. Cavabdeh ASC “xxxx” MMC-nin “Mingəçevir Sukanal İdarəsi”nin 162-R saylı, xx xxxxxx 2019-cu il tarixli əmrinin surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyəyə görə 31 təqvim günü pul əvəzi ödənilmişdir Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə birinci instansiyası məhkəməsinə müraciət edərək, Cavabdeh ASC “xxxx” MMC-nin Mingəçevir Sukanal İdarəsinin xx xxxxxx 2019 saylı əmrinin ləğv edilməsi, Cavabdeh ASC “xxxx” MMC-nin Mingəçevir Sukanal İdarəsinin xx xxxxxx 2019-cu il tarixli, 440-K saylı əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi, məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməsi, vəkil tutmağı ilə əlaqədar ödədiyi 300 manat ziyanın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcmini azaldaraq iddiasını onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1992-ci ildə AzDRES-də, sonra isə struktur dəyişikliyi ilə xx xxxxx 2005-ci ildə Mingəçevir şəhər Su Təsərrüfatı İdarəsində maşinist vəzifəsində çalışmışdır. xx xxxx 2017-ci ildən bağlanmış əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən 2-ci dərəcə ilə nasos qurğularının istismarı sahəsinin 3 saylı çirkab su nasos stansiyasının nasos qurğularının maşinisti peşəsinə təyin edilmişdir. 2019-cu ilin yay aylarında X2 rəis təyin edilmişdir. M.Məmmədov təyin edildikdən təxminən bir ay sonra işçilərə bildirmişdir ki, idarədə struktur dəyişikliyi olur, bununla əlaqədar hər kəs işdən azad olunub, yenidən idarə ilə əmək müqaviləsi bağlayacaqdır. xx xxxxxxxx 2019-cu ildə idarə rəhbərliyi ilə onun arasında, o cümlədən digər işçilərlə əmək müqaviləsi bağlanmışdır. Hətta onlara bildirmişlər ki, əvvəlki idarə ləğv olunduğundan son haqq-hesab veriləcək və həmin son haqq-hesabı o 2019-cu ilin sentyabr ayında almışdır. xx xxxxxx 2019-cu il tarixdə ünvan 1 ünvanlanmışdır. Məktubun məzmunu bu şəkildə olmuşdur: Nəzərinizə çatdırırıq ki, sizinlə Cavabdeh ASC “xxxx” MMC-nin Mingəçevir Sukanal İdarəsi arasında bağlanmış əmək müqaviləsinin müddəti xx xxxxxx 2019-cu il tarixdə bitir. ƏM-nin 73-cü maddəsinin 1-c i hissəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə xitam veriləcəkdir. Məktubu aldığı günün sabahı gün isə İdarənin xx xxxxxx 2019-cu il tarixli, 440-K saylı əmri ona poçt vasitəsilə gəlib çatmışdır. xx xxxxxx 2019-cu il tarixdə iş yerindən əmək kitabçasını götürərkən ona məlum olmuşdur ki, müdiriyyət onun xəbəri olmadan xx xxxxxx 2019-cu il tarixdə ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə əmək müqaviləsinin ləğv edilməsi barədə əmək kitabçasında qeyd aparılmışdır. Həmin əmrin surətini o almamışdır. O başqa işə götürənlə əmək müqaviləsi bağlamamışdır. Onunla xx xxxxxxxx 2019-cu il tarixdə bağlanmış əmək müqaviləsi müddətli olmamışdır. O həmin idarədə daimi işlədiyindən heç bir halda onunla bağlanmış ə mək müqaviləsinin müddətli hesab edilməsinə razılıq verməmişdir. Əmək kitabçasında onunla bağlanmış əmək müqaviləsinə əsasən 2-ci dərəcə ilə su və kanalizasiya sistemlərinin istismarı sahəsinə nasos qurğularının maşinisti vəzifəsinə təyin edilməyi qeyd olunmuş, həmin əmrdə onun müvəqqəti işləməyi barədə hər hansı bənd yoxdur. O hesab edir ki, idarədə struktur dəyişikliyi ilə bağlı vəzifəsinin adının dəyişdirilməsi ilə əlaqədar işəgötürənin onu müvəqqəti işə qəbul etməsi qanunsuzdur. Digər tərəfdən müdiriyyətin başqa işəgötürənlə əmək müqaviləsi bağlanması əsası ilə onunla bağlanmış müqavilənin ləğv edilməsi barədə qəbul etdiyi əmr qanunsuzdur. O, bildirmək istəyir ki, o ailə qurmamışdır və tək yaşayır. Ailənin yeganə qazanc gətirəni odur və başqa yerdən gəliri yoxdur. Ona görə də xx.xx.2 019-cu il tarixdə onun Cavabdeh ASC “xxxx” MMC-nin Mingəçevir Sukanal İdarəsinin arasında bağlanmış əmək müqaviləsinin müddətli hesab edilməsi hissəsinin eribarsız sayılması, Cavabdeh ASC “xxxx” MMC-nin Mingəçevir Sukanal İdarəsinin xx xxxxxx 2019-cu il tarixli, 440-K saylı əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi, məcburi işə buraxma dövrü üçün əmək haqqı ödənilməsi, vəkil tutmağı ilə əlaqədar ödədiyi 300 manat ziyanın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(051)-313/2020 saylı qətnаməsi ilə (hakim Ə.M.Hüseynov) İddiaçı Cavabdeh ASC xxxx MMC-yə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı” tələbinə dair iddiası qismən təmin edilərək, xx.xx.2019-cu il tar ixdə İddiaçı ilə Cavabdeh ASC “xxxx” MMC-nin Mingəçevir Sukanal İdarəsinin arasında bağlanmış əmək müqaviləsinin müddətli hesab edilməsi hissəsinin eribarsız sayılması, Cavabdeh ASC “xxxx” MMC-nin Mingəçevir Sukanal İdarəsinin xx xxxxxx 2019-cu il tarixli, 440-K saylı əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh ASC “xxxx” MMC-nin Mingəçevir Sukanal İdarəsin 2-ci dərəcə ilə nasos qurğularının maşinisti işinə bərpa edilməsi, İddiaçı xx xxxxxx 2019-cu il tarixdən başlayaraq işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqının hesablanıb ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh ASC “xxxx” MMC apelyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1092/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli q ətnaməsi ilə (hakimlər – İ.Şükürov (sədrlik edən və məruzəçi), A.Eyvazov və R.Əliyev) Cavabdeh ASC «xxxx» MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-313/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. Kasasiya şikayətinin dəlilləri, ona etiraz, kasasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh ASC “xxxx” MMC kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş, hüququn tətbiq edilməsində səhv buraxmış, işin faktiki h allarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddətli olmasını və bununla əlaqədar ƏM-nin 73-cü maddəsinin tələblərini nəzərə almamışdır. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iddiaçının vəkili Kərimli Ruhiyyə Nemət qızı kasasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə Cavabdeh ASC “xxxx” MMC-nin nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabd ehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. İşdən bəlli olur ki, işçi ilə işəgötürən arasınd a bağlanmış əmək müqaviləsinə ƏMnin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası ƏM-nin 300-cü maddəsində göstərilmişdir ki, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydalarının tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verilmişdirsə əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qər ardad çıxarır. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Kasasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası m əhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası ƏM-nin 2-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 14-cü maddəsində yazılmışdır ki, əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınması, işçilərin v ə işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını, əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Həmin Məcəllənin 43-cü maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Həmin Məcəllənin 45-ci maddəsinin 3-cü hissəsinə əsasən Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının icra etdiyi işi daimi xarakterə malikdir. İddiaçı izahatlarında göstərmişdir ki, hazırda həmin iş yeri ixtisar olunmamışdır və bu iş yerinə yeni işçi qəbul olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələbinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. İş materiallarından da göründüyü kimi İddiaçı hazırki vaxta kimi işlədiyi vəzifədə və cavabdeh olan müəssisədə uzun illər işləyir. Onun əvvəllər və hazırda tutduğu vəzifə daimi xarakter daşımışdır. İddiaçının planlı şəkildə daimi işdən azad olunaraq 3 aylıq müddətli müqavi lə əsasında işə qəbul olunması İddiaçı hüquqlarının pozulması kimi qiymətləndirilir. Qanunun müəyyən etdiyi bu şərt işə qəbul zamanı müddətli əmək müqaviləsindən istifadəni məhdudlaşdıran təminatları təsbit edən X1 xx xxxx 1982-ci il tarixdə qəbul etdiyi “İşəgötürənin təşəbbüsü ilə əmək münasibətlərinin xitam edilməsi haqqında” 166 saylı Tövsiyyəsində də nəzərdə tutulmuşdur və əmək hüquqlarının müdafiəsi sahəsində təməl hüquqi təminatlardan biridir. ƏM-nin 47-ci maddəsində müddətli əmək müqaviləsinin bağlandığı hallar sadalanmışdır. Həmin maddədə deyilir ki, aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər ha llarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsüm işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması, və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən i şləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının (Baş Məşğulluq İdarəsi və onun yerli orqanları) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Qeyd olunan qanun normasının tələbi ondan ibarə tdir ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsinin müddəti müəyyən edilməklə bağlanmasına yol verilmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası qeyd edir ki, kassator kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları nın tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh ASC “xxxx” MMC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1092/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-299/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-299/2021
26.01.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver