Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2990/2019 14.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı vəkili Vəkil, cavabdeh “xxxx” MTK nümayəndəsi X5, vəkili X1 və üçüncü şəxs Neftçilərin Hüquqlarının Müdafiə X2 nümayəndəsi X3 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 yanvar 2019-cu il tarixli, 2(103)1067/2019 saylı qətnaməsindən İddiaçı və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, XX r ayon məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli, 2(009)-2742/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim N.A.Bağırov) İddiaçı cavabdeh “xxxx” MTK qarşı “mənzilin əvvəlki vəziyyətdə bərpa edilməsi, mənzilin yerləşdiyi ərazidə hər hansı başqa fəaliyyətin aparılmasının dayandırılması, mənzildə olan əmlaka görə, eləcə də bina tikilənə qədər kirayədə qalmaq haqqı ilə birlikdə 100.000 manat, mənəvi ziyana görə 100.000 manat pulun tutulması və cavabdeh “xxxx” MTK sədri XX barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi” barədə iddiası qismən təmin edilərək, 2018-ci ilin fevral ayından başlayaraq Bakı şəhəri, XX rayonu, XX küçəsində sökülmüş 4 saylı binanın yerində cavabdeh təşkilat tərəfindən inşa edilən yaşayış binasının yaşayış üçün hazır olduğu günədək iddiaçının müvəqqəti kirayədə yaşaması məqsədi ilə hər ay 650 manat pulun cavabdeh təşkilatdan tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunmuşdur. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 yanvar 2019-cu il tarixli, 2(103)1067/2019 saylı qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski sədrlik edən, məruzəçi, R.Ə.Eyvazov və Z.Ə.Əliyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, XX rayon məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Vəkil qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdeh təşkilata qarşı “mənzilin əvvəlki vəziyyətdə bərpa edilməsi, mənzilin yerləşdiyi ərazidə hər hansı başqa fəaliyyə tin aparılmasının dayandırılması, mənzildə olan əmlaka görə, eləcə də bina tikilənə qədər kirayədə qalmaq haqqı ilə birlikdə 100.000 manat, mənəvi ziyana görə 100.000 manat pulun tutulması və cavabdeh “xxxx” MTK sədri XX barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi” barədə iddia qaldırmış və tələblərini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, XX rayonu, XX küçəsi 4 saylı evin, 4-cü mənzili mülkiyyət hüququ üzrə ona və ailəsinə məxsusdur. Uzun müddətdir ki, yaşadığı Bakı şəhəri, XX rayonu, XX küçəsində cavabdeh təşkilat tərəfindən “söküntü və tikinti” işlər aparılır. Qeyd olunan işlərin gecə saatlarında aparılması, səs-küy onların rahatlığını pozur ki, bu da onun və digər sakinlərin narazılığına səbəb olmuşdur. Bununla əlaqədar olaraq aidiyyatı üzrə dövlət orqanları na yazılı müraciətlər etsə də bunun heç bir nəticəsi olmamışdır. Son dövrlər, xüsusən də 2018-ci ilin əvvəlindən başlayaraq, onun və ailə üzvlərinin yaşamaq və istirahət hüquqları, su, işiq və qaz təminatı cavabdeh təşkilat tərəfindən dəfələrlə pozulmuş və yaşadıqları mənzilin qaz, elektrik və su ilə təminatında uzun müddətli fasilələr yaranmışdır. 2018-ci ilin aprel ayından mənzilinə gedən yol da cavabdeh təşkilat tərəfindən bağlanmışdır. Qeyd olunan narahatçılıqlar, səs-küy, eləcə də işiq, qaz və suyun kəsilməsi, yolun bağlanması və digər hallar onu və ailə üzvlərini mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən köçməyə və kirayədə yaşamaq məcburiyyətində qalmışlar. 08 iyun 2018-ci ildə evinə gəldikdə, mənzilinin cavabdeh təşkilat tərəfindən müəyyən hissəsinin sökldüyünü, ona məxsus ev əşyalarının həyətə atıldığını görmüşdür. Bununla əlaqədar olaraq polisə müraciət etsə də heç bir tədbir görülməmiş və yalnız hadisə yerinə baxış keçirilməklə kifayətlənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 Fevral 2016-cı il tarixli, 86 saylı Qərarında söküntüyə məruz qalan tikililərin alqı-satqısının hansı qaydada həyata keçirilməsi təsbit olunsa da, söküntü və tikinti işlərini aparan cavabdeh təşkitlatın sözügedən Qərarın bu tələbinə də əməl etməmiş və nəticə də ona və ailə üzvlərinə maddi, mənəvi ziyan dəymişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyas ı məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat vermişdir. Cavabdeh “xxxx” MTK-nin nümayəndəsi XX və vəkili XX məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətn aməsinin dəyişdirilmədən, kassasiya şikayətinin təmin edilmədən saxlanılmasını xahiş etmişlər. Üüçüncü şəxs “Neftçilərin Hüquqlarının Müdafiə X2 nümayəndəsi Azər Quliyev məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləməmişdir. İddiaçı və cavabdeh Bakı şəhər İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün, kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə işt irak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilmələdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, müvafiq icra hakimiyyəti orqanının qərarının icrası ilə əlaqədar olaraq iddiaçıya məxsus mənzilin yerləşdiyi binanın istismar müddətinin bitmə sinə, bununla əlaqədar olaraq mənzilin yerləşdiyi ərazidə müvafiq söküntü işlərinin həyata keçirilməsinə, binanın sakinlərinin köçürülməklə müvəqqəti kirayə pullarının ödənilməsi və sakinlərin yeni tikiləcək binalarda mənzillərlə təmin edilməsi vəzifəsinin müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə cavabdeh təşkilatı həvalə edilməsinə, sonuncunun da öz növbəsində iddiaçıya məxsus mənzilin söküntüsünü həyata keçirməsinə, iddiaçının cavabdeh təşkilatla hər hansı müqavilə, yəni müvəqqəti kirayədə yaşamaq üçün maliyyə vəsaitinin ayrılması və ya yeni təmirli mənzillə təmin edilməsi barədə müqavilə bağlamaqdan imtina etməsinə, eləcə də iddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi binanın istismara yararsız və qəzalı vəziyyətdə olmasına, həmin mənzilin orada yaşayan sakinlər və ətrafda kılar üçün təhlükə mənbəyi olmasının müəyyən edilməsinə, beləliklə də mənzilin sökülməsi və iddiaçının həmin mənzildən çıxarılmasına dair cavabdeh təşkilatın hərəkətlərinin qanuni və əsaslı olmasına və iddia ərizəsini yuxarıda göstərilən hissədə qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 560, 1096-1099-cu maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və oby ektiv araşdırmamışdır. Belə ki, işin mübahisə olunmayan həqəqi hallarından görünür ki, 24 avqust 1999-cu il tarixli “şəxsi mülkiyyətdə olan mənzilin texniki pasportu”na və 16 oktyabr 1999-cu il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, XX rayonu, ünvan 1 evin, 2 otaqlı, ümumi sahəsi 96,9 kv.metr, yaşayış sahəsi 41,7 kv.metr olan 4-cü mənzili iddiaçının mülkiyyətində olmuşdur; “Bakı şəhəri, XX, Suraxanı, Nəsimi, Xətai, Nərimanov, XX, Yasamal, Pirallahı və Xəzər rayonlarının sosial-iqtidasi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarına əsasən, həmin rayonların ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir t ələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılaşması məqsədi ilə XX rayonu üzrə 1819 nəfərin yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqi, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin veri lməsi, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binların sökülərək, onların yerində yeni yaşayış binasını tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması qərara alınmışdır; Bundan sonra “Qəzalı vəziyyətdə olan binaların sökülməsinə və yerində çoxmərtəbəli yaşayış evinin layihələndirilməsinə və tikintisinə icazə verilməsi haqqında” Bakı şəhəri, XX rayon İHB-nın 28 fevral 2017-ci il tarix li, 21 saylı sərəncamına əsasən, XX rayonu, Rastrapoviç küçəsi, 5, 7, 9, 11, 13 və ünvan 1 ünvanda yerləşən və uzun müddət istismar nəticəsində yararsız hala düşərək, hazırda qəzalı vəziyyətdə olan çoxmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının sökülməsi cavabdeh təşkilata həvalə edilmiş və həmin təşkilata sahəsi 0,6 ha olan ərazidə çoxmərtəbəli yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. Eyni zamanda həmin sərəncamla ərazidə yerləşən yaşayış və qeyriyaşayış tikililərinin sökülməsi, həmçinin qanunverciliyin tələblərinə uyğun olaraq yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi, həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılmasının cavabdeh təşkilatın vəsaiti hesabına həyata keçirilməsi qərara alınmışdır; Cavabdeh təşkilatın söküntü üzrə mühəndis vəzifəsində çalışan işçiləri tərəfindən tərtib edilmiş 08 iyul 2018-ci il tarixli aktdan görünür ki, 06 iyul 2018-ci il tarixdə cavabdeh təşkilat tərəfindən alqı-satqı yolu ilə əldə edilmiş Bakı şəhəri, XX rayonu, XX küçəsi 4-saylı evin, 2-ci mənzilinin yerləşdiyi 4 mərtəbəli yaşayış binasında pilot layihə çərçivəsində söküntü işləri həyata keçirilərkən, həmin yaşayış binasına bitişik Bakı şəhəri, XX rayonu, ünvan 1 evin, 4-cü mənzilinin divarı onların iradəsindən asılı olmayaraq uçmuşdur. Bundan sonra həmin mənzildə olan ev əşyalarının xilas edilməsi üçün müvafiq təxirəsalınmaz tədbirlər görülmüş və mənzildə olan id diaçıya məxsus ev əşyalarının mənzildən çıxarılaraq cavabdeh təşkilatın anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV bəndlərinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1, 6.1.4, 6.1.5, 6.1.8, 6.1.9-cu maddələrinə görə, mülkiyyətin toxunulmazlığı; müqavilə azadlığı; mülki hüquqların bərpasının təmin edilməsi; mülki hüq uqların məhkəmə müdafiəsi və sair mülki qanunvericiliyin əsas prinsipləri hesab olunur. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini kobud şəkildə pozaraq, söküntüyə məruz qalan mənzilin iddiaçının mülkiyyətində olmasına, mülkiyyət hüququnun isə toxunulmaz olmaqla, qanunla dövlət tərəfindən mülafiə edilməsinə, heç kəsin məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməməsinə, mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərinin ədalətli ödənilməsi şərti ilə yol verilməsinə, cavabdeh təşkilatın açıq-aşkar hüquqdan sui-istifadə edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarı, eləcə də Bakı şəhəri, XX rayon İHB-nın 28 fevral 2017-ci il tarixli, 21 saylı sərəncamı ilə ona verilmiş hüquqlardan id diaçıya ziyan vurmaq məqsədi ilə istifadə etməsinə diqqət yetirmədən, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla, əslində cavabdeh təşkilatın iddiaçıya birbaşa maddi, mənəvi ziyan vuran hərəkətləri üçün qanunsuz əsas yaratmışdır. Halbuki, Mülki Məcəllənin 560.1-ci maddəsinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göründüyü kimi cavabdeh təşkilat iddiaçıya qarşı mülki hüquq pozuntusu (delikt) törətmişdir, yəni qanunla mülkiyyət hüququ qorunan iddiaçıya birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əmələ yol vermişdir. Bu faktı cavabdeh təşkilat özü də inkar etmir. Belə ki, iddia tələblərinə etiraz ərizəsindən, cavabdeh təşkilatın nümayəndəsinin izahatından, həmçinin məhkəməyə təqdim edilmiş 08 iyul 2018-ci il tarixli aktdan görünür ki, həqiqətən 06 iyul 2018-ci il tarixdə cavabdeh təşkilat tərəfindən alqı-satqı yolu ilə əldə edilmiş Bakı şəhəri, XX rayonu, XX küçəsi 4-saylı evin, 2-ci mənzilinin yerləşdiyi 4 mərtəbəli yaşayış binasında pilot layihə çərçivəsində söküntü işləri aparılarkən, həmin yaşayış binasına bitişik iddiaçıya məxsus 4-cü mənzilin divarı onların iradəsindən asılı olmayaraq uçmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə ( zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin...əvəzi zərurvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini pozaraq, iddiaçıya vurulmuş zərərin əvəzinin ödənilməsi üçün bilavasitə məsuliyyət daşıyan cavabdeh təşkilatın üzərinə işin hallarına, yəni iddiaçıya məxsus mənzilin sökülərək artıq mövcud olmamasını nəzərə alıb, ona dəymiş zərərin əvəzini naturada ödəmək, yəni ona qanunvericiliyin tələblərinə uyğun olaraq eyni növlü və keyfiyyətli mənzil vermək və ya sökülən mənzilin dəyərini bazar qiymətlərinə uyğun olaraq ədalətli ödəmək vəzifəsini qoymaq əvəzinə, onun “mülkiyyətində olan mənzilin əvvəlki vəziyyətinin bərpa edilməsi” barədə iddia tələbini rədd etməklə, əslində iddiaçını mülkiyyətində olan mənzildən məhrum etməklə, cavabdeh təşkilatı qanunsuz olaraq bu öhdəlikdən azad etmişdir. Kassasiya i nstansiyası məhkəməsi eyni zamanda hesab edir ki, iddiaçının hazırkı iddia tələbləri ona dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı olduğundan və ona məxsus mənzilin əvvəlki vəziyyətdə bərpa edilməsi artıq qeyri-mümkün sayıldığından, iddia tələbində nəzərdə tutulmasa da, ona dəymiş zərərin əvəzinin naturada ödənilməsi və ya cavabdeh təşkilatın üzərinə vurulmuş zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması, Mülki Məcəllənin 1115-ci maddəsinin tələblərindən irəli gəldiyindən, bu iddia tələblərindən kənara çıxma kimi qiymətləndirilə bilməz. Çünki, MPM-nin 218.3-cü maddəsinin mənasına görə, işə baxan məhkəmə qanunda göstərilən müstəsna hallar olduqda iddia tələblərindən kənara çıxa bilər. Digər tərəfindən işdən görünür ki, cavabdeh təşkilatın iddiaçıya qarşı həyata keçirmiş olduğu hərəkətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarının, eləcə də Bakı şəhəri, XX rayon İHB-nın 28 fevral 2017-ci il tarixli, 21 saylı sərəncamının tələblərinə də cavab vermir. Belə ki, həmin qərar və sərəncamla cavabdeh təşkilata, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, həmçinin qanunverciliyin tələblərinə uyğun olaraq yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi, eləcə də həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin verilməsi üçün maliyyə vəsaitinin ayrılması tapşırılsa da, cavabdeh təşkilat nəinki mənzil sökülənədək bu vəzifəsini yerinə yetirmiş, əksinə, mənzili sökdükdən sonra da i ddiaçı ilə hər hansı müqavilə bağlmağa və ya onun əmlakına dəymiş maddi zərəri naturada və ya kompensasiya şəklində ödəməyə belə cəhd göstərməmişdir. Cavabdeh təşkilat iddia tələblərinə etiraz ərizəsində iddiaçıya məxsus sökülən mənzilin əvəzinə ona yeni tikilən binadan sahəsi 120,0 kv.metr olan təmirli mənzil təklif edildiyini, lakin iddiaçının bu təkliflə razılaşmayaraq, onlardan sahəsi 400,0 kv.metr olan 4 ədəd mənzil tələb etdiyini və sair göstərsə də, işdə, bu barədə, yəni iddiaçının qeyd olunan təkliflə razılaşmamasını özündə ehtiva edən heç bir yazılı sübut yoxdur. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual normaların mənasına görə, iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi cavabdeh təşkilatın iddiaçıya qarşı birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd və mülki qanunvericiliyin normalarını pozan əmələ, hərəkət və ya hərəkətsizliyə yol verməsi açıq-aşkar ortadadır və cavabdeh təşkilatın törətmiş olduğu delikt nəticəsində iddiaçıya maddi, mənəvi ziyan d əyməsi mülki iş materialları ilə istisna olunmur. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb onlara obyektiv hüquqi qiymət vermədən, hansı dəlillərə əsasən iddiaçının apellyasiya şikayətini təmin etmədiyini, eləcə də mənzildə olmuş əmlaklara dair iddiaçının tələbini nəyə görə təmin etməməsini qətnamədə göstərmədən, həmçinin mənzilin cavabdeh təşkilat tərəfindən sökülüb dağıdılması nəticəsində onun keçirdiyi sarsıntıları, iztirabları, əzab və əziyyəti və sair işin hallarını nəzərə almadan, iddiaçının tələb etdiyi mənzildə olmuş əmlakların, adlarını, saylarını, növlərini, qiymətlərini və sair fərdi əlamətlərini müəyyən etmədən, zərurət yarandığı halda bu barədə iş üzrə müvafiq ekspertiza keçirib əsaslandırmış rəy almadan, yalnız cavabdeh təşkilatın gətirdiyi fom al mülahizələrə əsaslanaraq iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Halbuki, MPM-nin 392.2-ci maddəsinin mənasına görə, apellyasiya şikayəti təmin edilmədikdə...apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən apellyasiya şikayətini təmin etmədiyini qətnamədə göstərməyə borcludur. Kassasiya instansiyası məhkəməsi ilk öncə qeyd edir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanu nun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsində göstərilir ki, prosessual hüquq normalarının pozulmas ı və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını, sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədb irlər görülməli, mübahisəyə maddi, prosessual hüquq normalarının düzgün tətbiq edilməsi təmin edilməklə, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 yanvar 2019-cu il tarixli, 2(103)-1067/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2990/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2990/2019
14.05.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Mənəvi zərərin ödənilməsi - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver