Məhkəmə qərarları › İş №2(102)-2990/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2990/2021

02.08.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2990/2021 02.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi cəlb edilməklə “mənzilin şəxsi vəsait hesabına alınması faktının müəyyən edilməsi və pulun geri qaytarılması” tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-2990/21 Açar sözlər: əsassız varlanma, iddia müddətinin tətbiqi, iddia müddətinin axımının başlanması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaq uboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçının vəkili Vəkil1, Cavabdeh1 vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3770/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 02 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı "xxxx" Səhmdar Bankı ASC-nin Gənclik filialının 04.06.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı 105.460 manat məbləğində vəsaiti bankdakı depozit hesabından 04.06.2014-cü il tarixdə çıxarmışdır. 06.06.2014-cü il tarixli AN-İ seriyalı ******* saylı Daşınmaz Əmlak ın Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcı X3 nümayəndəsi X6 ilə alıcı Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, ev 22-də yerləşən 158 nömrəli mənzil alıcı tərəfindən 50000 manat ödənilməklə Cavabdeh1 mülkiyyətinə keçmişdir. İddiaçının oğlu X5 13.03.2014-cü il tarixdə kəskin ürək ağ ciyər çatışmazlığından Bakı şəhərində vəfat etmiş, 11.09.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə 13.03.2014-cü il tarixdə vəfat edən X2 vərəsəsi İddiaçı miras əmlakdan tam irs almalıdır. Şəhadətnamə verilən əmlak "xxxx" ASC-də **********10869601 saylı hesabda saxlanılan və miras qoyana məxsus olan əmanətdən və onun üzərinə gəlmiş faizindən ibarətdir. Azərbaycan Respublikası "xxxx" MMC-nin 14/FL/02-19 saylı qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, ev 22-də yerləşən 158 nömrəli mənzilin 2014-cü il tarixə bazar qiyməti 110000 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 158 nömrəli mənzilin onun 110 000 manat pul vəsaiti hesabına alınması faktının müəyyən edilməsi və həmin pulun ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o,1926-cı ildə anadan olmuş və 92 yaşındadır. Ağdam rayonundan məcburi köçkündür. 1990-cı illərin əvvəllərində Bakı şəhərinə gələrək Nərimano v rayonunda qızlarından birinin evində məskunlaşmışdır. Həmin mənzildə Gülnaz adlı ən kiçik qızı və Tofiq adlı böyük oğlu ilə yaşamışdır. İddiaçı ilə birlikdə köçkün düşən və Bakıda onunla birlikdə yaşayan kiçik qızı Gülnaz 2012-ci ildə, böyük oğlu Tofiq isə 2014-cü ildə vəfat etmişlər. Oğlu Tofiq sağlığında Nərimanov rayonu İbrahimpaşa küçəsində birgə yaşamaqları üçün mənzil almış, lakin ev iddiaçının xoşuna gəlmədiyi üçün həmin mənzili sataraq pulunu anasına vermişdir ki, anası özünə ev alıb orada yaşasın, ona-buna yük olmasın, heç kimə möhtac olmadan yaşasın. İddiaçı da həmin 100000 (yüz min manat) məbləğində pulu elə Tofiqin sağlığında apararaq “AMRAHBANK" ASC-nin Gənclik filialında öz adına açdırdığı hesaba yatırmışdır. Oğlunun vəfatından sonra onun vərəsəsi iddiaçı olmuşdur. Oğlunun dəfn işlərini və hüzn mərasimlərini yola verdikdən sonra digər oğlu Tariyelə və qızlarına xəbər göndərərək ona Nərimanov rayonunda, metronun ‘"Gənclik" stansiyası yaxınlığında bir mənzil tapmalarını xahiş etmiş, hal-hazırda qeydiyyatda olduğu Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, ev 22-də yerləşən 158 nömrəli mənzili tapmış, mənzilə baxdıqdan sonra onu bəyənmiş və almağa qərar vermişdir. Almamışdan əvvəl oğlu Tariyellə belə şərtləşmişdir ki, ikiqat rəsmiləşmə xərcləri çəkilməməsi üçün həmin mənzili onun adına alıb və bununla da mənzili ona bağışlasın. Mənzilin alınması üçün bankdakı 105.460 manat pulunu vermiş və 5-6 min də əlavə etmişdir, cəmi 111000(yüz on bir min)manat mənzilin alınmasına vermişdir. Alqı-satqıdan bir-iki gün öncə iddiaçı bankdan pulu çəkmiş və notariusa gedər ək müqavilə bağlamışdır. Müqavilə AMAY ticarət mərkəzinin yerləşdiyi binadakı ASAN xidmətdə olub. İddiaçı pulu Tariyelə vermişdir ki, aparıb mənzili sənədləşdirsin. Özü isə həmin vaxt onun maşınında gözləmişdir. Hal-hazırda öyrənmişdir ki, rəsmiləşmə aparılarkən mənzilin qiyməti dəyərindən az göstərilib və 50000 (əlli min) manat qeyd edilib. İddiaçının bundan xəbəri olmayıb. Alqı-satqıdan sonra iddiaçı həmin mənzilə köçərək orada yaşamağa başlamışdır. Mənzilə pasport qeydiyyatına alınmış və ondan başqa orada qeydiyyatda olan yoxdur. 2014-cü ildən 2017-ci ilədək orada yalnız iddiaçı yaşamışdır. 2017-ci ildə Tariyel və ailəsi mənzilə köçmək istədiklərini bildirmişlər. Belə ki, onların “İnşaatçılar" metro stansiyasının yaxınlığındakı mənzilləri söküldüyündən yeni mənzil verilməsini gözləməli idilər. İnşaat şirkəti onlara aylıq kirayə haqqı da verir. Amma onlar nədənsə kirayə tutmaq istəməmiş, bəhanə gətirib iddiaçını mənzildən çıxartmışlar ki, getsin o, Moskvadakı qızının mənzilində yaşasın, onlar isə həmin mənzilə köçsünlər ki, əlavə xərcləri çıxmasın. Oğlu ailəsinin təsiri ilə onu öz halal pulu ilə aldığı və Tariyelə bağışladığı mənziİdən çıxarmışdır. Göründüyü kimi, Cavabdeh1 bağışlanmış əmlakı qəbul etmiş, lakin öz öhdəliklərinin icrasından boyun qaçırmış, aralarındakı şərtləri pozmuşdur. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil2 iddianı qəbul etməyərək, mənzili öz vəsaitləri hesabına aldıqlarını bildirmiş və iddia müddətinin ötürülməsinə dair ərizə təqdim edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xa hiş etdi. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Kəmalə Əmirxanova) 2(005)-743/2019 saylı 29 mart 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, iddiaçı cavabdehlərdən pul vəsaitini geri istəyir. Lakin iddiaçı şəxsin tələb etdiyi pul məbləğinin cavabdehlər tərəfindən ona borclu olması müəyyən edilməmişdir. Məhkəmə hesab etmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, ev 22-də yerləşən 158 nömrəli mənzilin iddiaçının 110000 manat pul vəsaiti hesabına alınmasını və həmin pulun iddiaçıya geri qaytarılması üçün əsas olan sübutların məhkəmə iclasında təqdim edilmədiyindən iddia rədd edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1, 739.1-ci maddələrinə istinadl a əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)743/2019 saylı 29 mart 2019-cu il tarixli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, ev 22-də yerləşən 158 nömrəli mənzilin 2014-cü il tarixə bazar qiyməti 110.000 manat məbləğində müəyyən edilmişdir. Alqı-satqı zamanı məbləğinin 50.000 göstərilməsi rüsum və vergilərin azaldılması ilə bağlı olmuşdur. Belə ki, həmin mənzilin 50.000 manata alınması 2014-cü il üzrə bazar qiymətlərinə uyğun olmadığından ağlabatan hesab edilə bilməz. Mənzilin alı nması zamanı Cavabdeh1 məhz iddiaçı tərəfindən 110.000 manat pul verilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Cəmilova - sədrlik edən və məruzəçi, İ.Kərimli, A.Hüseynov) 04 sentyabr 2019-cu il tarixli 2(103)-10103/2019 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-743/2019 saylı 29 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli mənzil dövlət reyestrində iddiaçının oğlu Cavabdeh1 mülkiyyətindədir. Həmin mənzil notarial qaydada təsdiq olunmuş 06.06.2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında alıcı Cavabdeh1 tərəfindən 50000 manat ödənilməklə alınmışdır. Göründüyü kimi, müvafiq alqı-satqı müqaviləsi notarial qayd ada təsdiq olunmuşdur, həmin müqavilənin həqiqiliyini şübhə altına alan hallar mövcud deyil. Əks olunan məlumatların doğru olmaması halını sübutetmə vəzifəsi həmin məlumatların həqiqiliyini mübahisələndirən tərəfin üzərinə düşür. Nə qədər ki, sənədin məzmununda olan məlumatların düzgün olmaması sübuta yetirilməmişdir, yazılı sənəddəki məlumatların həqiqiliyi qəbul edilir. İddiaçı həmin mənzilin cavabdehin adına rəsmiləşdirilməsi ilə əlaqədar ona pul vəsaitinin verilməsini sübuta yetirə bilmir. Bundan başqa alqı-satqı müqaviləsindən görünür ki, həmin mənzilin dəyəri 50 000 manat məbləğindədir. İddiaçı mənzilin alınması üçün cavabdehə pul verməsini sübuta yetirə bilmədiyi üçün 110 000 manat məbləğin ona geri qaytarılması barədə dəlili də keçərli deyil. Apellyasiya instansiyası məhkəməsi məhk əmə hesab etmişdir ki, iddiaçının dəlilləri hazırkı iddia tələbinin təmin olunması üçün əsaslı deyil, buna görə də işə baxan məhkəmə iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər V.İbayev - sədrlik edən və məruzəçi, A.Kalbalıyev və Ə.Əliyev) 17 yanvar 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən alqı-satqı müqaviləsinin notarial orqanında bağlanılmasına, həmin müqavilənin həqiqiliyinin şübhə altına alınması üçün əsasların olmamasına istinad etməklə səhvə yol vermişdir. Belə ki, İddiaçı alqı-satqı müqaviləsini mübahisələndirməmiş, əksinə həmin alqı-satqı müqaviləsi əsasında alınmış mənzilə görə 110.000 manat pulu oğlu Cavabdeh1 verdiyini və onun geri alınmasını göstərmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı dəlilləri ilə əlaqədar onun adında "xxxx"da 100.000 manat vəsaitin olub-olmaması, həmin vəsaitin nə vaxt bankdan çıxarılması, mənzilin alqı-satqısı ilə əlaqədar müqavilənin nə vaxt bağlanması məsələləri araşdırılıb, həmin faktlar hüquqi cəhətd ən dəyərləndirilməli olduğu halda apelyasiya instansiyası məhkəməsi bunu etməmiş və beləliklə mülki prosessual qanunvericiliyin sübutların qiymətləndirilməsi ilə əlaqədar tələblərini yerinə yetirməmişdir. Məhkəmə kollegiyası qərarını Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Həsənov - sədrlik edən və məruzəçi, İ.Şirinov və F.Babayev) 29 iyul 2020-ci il tarixli 2(103)-3770/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)743/2019 saylı iş üzrə 29 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilərək İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilin ona məxsus pul vəsaiti he sabına alınması faktının müəyyən edilməsi və həmin pulun geri qaytarılması” tələbinə dair iddiasının qismən təmin edilməsi, ünvan 1-də yerləşən 158 nömrəli mənzilin İddiaçı məxsus pul vəsaiti hesabına alınması faktı müəyyən olunsun və həmin mənzilin alınmasına görə verdiyi pulun əvəzi qismində 50 000 (əlli min) manat Cavabdeh1 alınaraq İddiaçı ödənilməsi barədə iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılan zaman iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişləri nəzərə alınaraq müəyyən edilmişdir ki, ünvan 1-də yerləşən 158 nömrəli mənzil 06 iyun 2014-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 tərəfindən 50.000 manata satın alınmış, 21.06.201 4-cü il tarixdə mənzil onun adına mülkiyyət hüququ üzrə rəsmiləşdirilmişdir; iddiaçı həmin mənzildə pasport qeydiyyatında olmaqla Cavabdeh1 anası, digər cavabdehlər isə onun (Cavabdeh1) ailə üzvləridirlər. İddiaçı sözügedən mənzilin əslində özü tərəfindən alındığını, oğlu Tariyellə arasında olan şifahi razılıq əsasında mənzilin onun adına rəsmişdirilməsinə etiraz etmədiyini, mənzilin alınması məqsədilə Tariyelə 110.000 manat pul verdiyini, lakin mənzilin qiymətinin daha az göstərildiyini, hazırda Tariyelin ona baxmaq barədə öhdəliyini yerinə yetirməyərək onu mənzildən çıxardığını iddia etməklə müvafiq tələbi irəli sürmüş, cavabdeh(lər) isə, mənzilin iddiaçının pulu ilə alındığını inkar etməklə yanaşı, iddiaçının iddia müddətini də ötürmüş olduğunu bildirmişlər. Məhkəmə kollegiyası hesab e tmişdir ki, hazırkı iddia üzrə əsas tələb iddiaçının Cavabdeh1 mənzil alınmasına görə verdiyini iddia etdiyi pulun ondan tutularaq özünə (iddiaçıya) qaytarılması barəsindədir və iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. H əmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Kollegiya hesab etmişdir ki, ağlabatan mühakimə əsasında iddiaçının bildirdiyi faktiki halların onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması nəticəsinə gəlmək mümkündür. Belə ki, iş materiallarından iddiaçının adına 27.12.2013-cü il tarixdə "xxxx" ASC-yə 100.000 (yüz min) manat depozit yerləşdirildiyi, həmin pul vəsaitinin (faizləri ilə birlikdə 105 460 manatın) 04.06.2014-cü il tarixdə hesabdan çıxarıldığı, 06 iyun 2014-cü il tarixdə (iki gün sonra) isə Cavabdeh1 ünvan 1-də yerləşən 158 nömrəli mənzilə dair alqı-satqı müqaviləsi bağlayaraq mənzili satın aldığı aydın olur – 88 yaşlı qadının 105.460 manat pul vəsaitini başqa təyinat üzrə xərcləmə sinin inandırıcı olmadığını, ümumiyyətlə bu dəlilin irəli də sürülmədiyini nəzərə alan kollegiyanın qənaətinə görə, həmin vəsaitin sözügedən mənzilin alqı-satqısına sərf olunduğunu qəbul etmək daha məntiqlidir. Bununla belə kollegiya, iddia tələbinin qismən əsaslı olduğunu vurğulamışdır ki, iddiaçı mənzilin 105 000 manata alındığını iddia etsə də, iş materiallarından mənzilin 50 000 manata satın alındığı aydın olur və buna görə də iddia tələbi həmin məbləğ həddində təmin oluna bilər. Qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. İddia müddə ti (bu müddətin keçib-keçmədiyi) irəli sürülən iddia tələbinin təmin edilibedilməməsinə birbaşa təsir etdiyindən kollegiya, cavabdehlərin iddia müddətinin tətbiq edilməsinə dair ərizələrinə də qiymət verərək qeyd etmişdir ki, cavabdehlərin nümayəndələri (vəkilləri) iddia tələbinin 06.06.2014-cü il tarixdə bağlanmış müqavilə ilə əlaqədar olduğunu göstərməklə 3 illik iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Kollegiya qeyd etmişdir ki, əvvəla, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin əsassız varlanma ilə bağlı müddəalarının nəzərdən keçirilməli olduğu yuxarıda şərh olunmuşdur; digər tərəfdən isə, hər hansı müddətin, o cümlədən iddia müddətinin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək üçün mütləq qaydada həmin müddətin başlama, yəni müddətin axımının başlanğıc günü müəyyən o lunmalıdır. Bunu, yəni müddətin axımı gününü müəyyən etmədən hər hansı bir müddətin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək isə qeyri-mümkündür. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən də, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır; 382-ci maddəsinə görə isə, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fıziki şəxsin pozulmuş hüququ müdafıə edilməlidir. Həmin Məcəllənin 1095-ci maddələrinə görə, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uy ğun müəyyənləşdirilir. Qeyd edilən maddələrin mənasından aydın olur ki, müddətin axımının başlandığı tarix hesablanarkən şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün nəzərə alınmalıdır. Cavabdehlərin iddia tələbinin 06.06.2014-cü il tarixdə bağlanmış müqavilə ilə əlaqədar olduğunu göstərməklə 3 illik iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh1 ünvan 1-də yerləşən 158 nömrəli mənzili 06.06.2014-cü il tarixdə aldıqdan sonra iddiaçı oraya pasport qeydiyyatına düşmüş, 2017-ci ilə qədər həmin mənzildə yaşamış, 2017-ci ildə oğlu (Cavabdeh1) ilə arasında mübahisə yaranmışdır. Bu hal isə, iddiaçının iddia müddətini ötürmədiyi qənaətinə gəlməyə əsas verir. Məhkəmə kollegiyasının qətnaməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091, 1092.1, 375, 377.1, 1095-ci maddələrinə əsaslanaraq əsaslandırılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 iyul 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 iyul 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsinə və ya işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin iştirakçılarının izahatları və onlara qarşı etirazın dəlilləri, məhkəmə icraatı Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 06.06.2014-cü il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 tərəfindən satıcı- X4 50.000 (əlli min manat) pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş, "xxxx" MMC-nin 14/FL/02-19 saylı qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, ev 22-də yerləşən 158 nömrəli mənzilin 2014-cü il tarixə bazar qiyməti 110.000 manat məbləğində müəyyən edilmişdir. Bildiririk ki, alqı-satqı zamanı məbləğin 50.000 göstərilməsi rüsum və vergilərin azaldılması ilə bağlı olmuşdur. Belə ki, həmin mənzilin 50.000 manata alınması 2014-cü il üzrə bazar qiymətlərinə uyğun olmadığından ağlabatan hesab edilə bilməz. Mənzilin alınması zamanı Cavabdeh1 məhz iddiaçı tərəfindən 110.000 manat pul verilmişdir. Belə olan halda, iddia tələbi təmin edilməli və həmin məbləğ iddiaçıya qaytarılmalıdır. Cavabdeh1 kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə Ali Məhkəmədə baxılarkən cavabdehlərə və onlarının nümayəndələrinə məhkəmə iclasları barədə məlumat verilməmiş məhkəmənin qərarından yalnız iş yenidən apellyasiya baxışına qayıtdıqdan sonra, bu barədə məlumatları olmuşdur. Məhkəmənin onu məlumatlandırmamağı ucbatından, o, Ali Məhkəmədə öz hüquqlarını müdafiə etmək imkanından məhrum olmuşdur. Apellyasiya instansiya məhkəməsi şikayət olunan qətnaməni çıxararkən mülki prosessual qanunvericiliyin sübutların qiymətləndirilməsi ilə bağlı tələblərini yerinə yetirməmiş, bununla da apellyasiya instansiyası tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan hallar sübut edilməmişdir. Mübahisəli mənzil 105.460 manat müqabilində yox, 50.000 manata, yəni iddiaçının hesabından çıxarılmış məbləğdən 55.460 manat ucuz qiymətə satın alınmışdır. Məhkəmə özü də qətnamədə mənzilin 50.000 manata satın alındığını və qeyd olunan halın hazırki iş üzrə mübahisəsiz olduğunu vurğulamışdır. Məhkəmə “88 yaşlı qadının 105.460 manat pul vəsaitini başqa təyinat üzrə xərcləməsinin inandırıcı olmadığı”nı qeyd etsə də, həmin məbləğin 50.000 manatı mənə verildiyi halda, geri qalan 55.460 manatın 88 yaşlı qadın tərəfindən başqa təyinatlar üzrə istifadə oluna biləcəyini inandırıcı hesab etmişdir. Hazırki iş üzrə iddiaçının bank hesabından çıxardığı məbləği cavabdehə təqdim etməyi, onun mübahisəli evi məhz həmin pul ilə almağı barədə heç bir sübut mövcud deyildir. Göründüyü kimi, məhkəmə gəldiyi nəticəni təsdiq edən heç bir sübu t olmadan, tamamilə yanlış mülahizələrə əsaslanaraq qanunvericiliyə uyğun olmayan qətnamə çıxarmışdır. Məhkəmənin iddia tələbinin əsası kimi əsassız varlanma ilə bağlı müddəalara əsaslanmağı da hazırda mübahisələndirilən hüquq münasibətlərinə uyğun deyildir. Onun mübahisəli əmlakı iddiaçının hesabına əldə etməyi ilə bağlı hazırki işdə heç bir sübut mövcud deyildir. Bununla yanaşı, məhkəmə iddia tələbinin əsaslılığını əsassız varlanma ilə bağlı hüquq normaları ilə izah etsə də, iddia müddətinin ötürülməsi ilə bağlı məsələyə münasibət bildirərkən müddətin axımının başlanğıcının 2017-ci il olduğunu qeyd edərək, iddia müddətinin ötürülmədiyi qənaətinə gəlmişdir. Halbuki əsassız varlanma ilə bağlı müddəalardan aşkar şəkildə görünür ki, əsassız varlanma şəxsin başqa şəxsin hesabına əmlak əldə et məsi ilə həyata keçirilir. Bu halda, şəxsin öz hüquqlarının pozulduğunu bilməsi anı onun hesabına digər şəxsin əmlak əldə etdiyini bildiyi an hesab olunmalıdır. Yəni, məhkəmənin əsassız varlanma barədə yanaşması düzgün olsaydı belə, hazırki işdə iddia müddətinin axımı alqı-satqı müqaviləsinin bağlandığı tarix, yəni 06.06.2014-cü ildən hesablanmalı idi. Çünki iddiaçı özü dəfələrlə əmlakın ilk gündən onun adına olduğunu bildiyini qeyd etmişdir. Əgər o, həqiqətən də, məhkəmənin qeyd etdiyi kimi, iddiaçının hesabına əmlak əldə edib “əsassız varlanmış”dı isə, həmin hal iddiaçıya elə əmlakın əldə olduğu gün məlum idi. İddiaçı həm əsassız varlanma ilə əlaqədar müəyyən olunmuş 2 illik iddia müddəti, həmçinin Mülki Məcəllədə müqavilə tələbləri ilə nəzərdə tutulmuş 3 illik iddia müddətini itirmişdir. Məhkəmə iddiaçının hüquqlarının pozulduğu bildiyi vaxtın 2017-ci il, yəni onun mübahisəli mənzildən köçdüyü ilə uyğun gəldiyini qeyd etsə də, onun bu yanaşması qətnamədə əsaslanmış olduğu hüquq normalarına uyğun deyildir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3770/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi, qarşı tərəfin verdiyi kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh1 vəkili Vəkil2 kassasiya şikayəti verərək Bakı Ap ellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3770/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi, qarşı tərəfin verdiyi kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3- cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Maddə

382. İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: Maddə 407.2. Kassasiya şikayətində işin ha llarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətl i olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətlərinə əsasən apellyasiya instansiyası mə hkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən kassasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparılmış, işin faktiki halları ətraflı müəyyənləşdirilərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, iş üzrə kassasiya məhkəməsinin qərarında verdiyi göstərişlərə uyğun qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası hesab ed ir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3770/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il tari xli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar