Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2991/2020 05.05.2020 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vəliyeva X7 Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1636/2019 nömrəli, 27 iyun 2019-cu il tarixli qətnaməsindən X3 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: Maraqlı şəxs X3 və vəkili X6 tərəfindən iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.06.2019-cu il tarixli 2(107)-1636/2019 nömrəli qətnaməsindən 13.01.2020-ci il tarixdə kassasiya şikayəti vermişlər. Kassasiya şikayəti öyrənilərkən müəyyən olundu ki, X1 Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.06.2019-cu il tarixli 2(107)-1636 /2019 nömrəli qətnaməsindən 15.09.2019-cu il tarixdə verilmiş kassasiya şikayəti dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyi üçün 19.09.2019-cu il tarixli qərardadla geri qaytarılmış, həmin qərardadın surətini 05.10.2019-cu il tarixdə rəsmi qaydada qəbzə (poçt xəbərnaməsinə) imza etməklə almış (iş v. 132) və buraxılmış nöqsan qısa müddətdə aradan qaldırılmamış, yalnız 4 ay müddət keçəndən sonra, 21.02.2020-ci ildə yeni kassasiya şikayəti vermiş və bu zaman kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxılmış və bunun üzürlü səbəbdən baş verməsi barədə nə ərizə nə də sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-in 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqla rdan vicdanla istifadə etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-in 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Azərbaycan Respublikası MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası MPM-in 130.3-cü maddəsinə əsasən isə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikası MPM-in 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülm əklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. Azərbaycan Respublikası MPM-in 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Azərbaycan Respublikası MPM-in 408.3-cü maddəsinə əsasən kassasiya şikayət inin qaytarılması barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən hesab edirəm ki, kassasiya şikayəti qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddət ötürülməklə verildiyinə görə icraata qəbul edilə bilməz. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 405, 407, 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Maraqı şəxs X2 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.06.2019-cu il tarixli 2(107)-1636/2019 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-2991/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-2991/2020
05.05.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver