Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2991/2023 27.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-2991/2023 (Açar sözlər: icraata xitamın əsasları; məhkəmə aidiyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3322/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən ve rilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı MMC tez hazır olan qida məhsullarının hazırlanması və istehlakçılara təqdim edilməsi sahəsində fəaliyyət göstərən yerli restoran şəbəkəsidir.
2. Şirkət X2 fəaliyyət göstərən “XLT Smart Solutions” şirkətindən 18 ədəd yeni sobanı satın alıb gəmi vasitəsilə Gürcüstana gətirmiş, oradan isə yük maşını ilə Azərbaycan Respublikasına gətirmişdir. Sobalar xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsində X4 Mal Nomenklaturası (XİF MN) üzrə ********** saylı kod altında “0” % gömrük rüsumu dərəcəsi ilə bəyan edilmişdir. Bakı Baş Gömrük İdarəsi malın XİF MN üzrə hansı kod altında sinıfləşdirilməsinı dəqiqləşdirmək üçün araşdırma aparmış, X5 İdarəsinin 2200-016/0xx- xx/005037 saylı, xx.xx.2021-ci il tarixli məktubuna əsasən malın XİF MN üzrə “**********” alt yarımmövqeyində “15%” gömrük rüsumu dərəcəsində sinifləşdirildiyi, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsində bəyan edilmiş malların XİF MN kodları dəyişdiyi təqdirdə İddiaçı MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 29653.03 AZN/ƏDV üzrə 5337 55 AZN təşkil etdiyi müəyyən edilmişdir. Bununla bağlı toplanmış sənədlər təhqiqat aparılması üçün Əməliyyat Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə göndərilmişdir. Təhqiqat nəticəsində xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, İddiaçı MMC-nin direktoru X6 əməllərində Azərbaycan Respublikası CM-nin 206.1 və 209.1-ci maddələrinin tərkib əlamətləri olmadığından onun barəs ində həmin maddələr ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməlidir. Bundan sonra Bakı Baş Gömrük İdarəsi “İpək Yolu” gömrük postunun 8-ci anbarında saxlanılan, "xxxx" MMC ünvanına göndərilmiş 91880 nömrəli xx.xx.2021-ci il tarixli invoysda göstərilən mallar gömrük rəsmiləşdirilməsi həyata keçirildikdən sonra Şirkətin səlahiyyətli nümayəndəsinə qaytarılmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4779 manat və 6030 ABŞ dolları məbləğində vurulmuş maddi zərərin əvəzinin, 15480 manat məbləğində əldən çıxmış faydanın, 500 manat məbləğində hüquqi xidmət xərcinin və 183,40 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı MMC öz milli brendini yaratmaqla 10 ilə yaxındır müştərilərinə xidmət etməkdədir. Şirkət müştərilərinə daha operativ və keyfiyyətli xidmət göstərmək üçün X2 fəaliyyət göstərən “XLT Smart Solutions” şirkətindən 3 dəqiqə ərzində un məmulatlarını bişirmək imkanına malik sobaları almağa niyyətlənmişdir. Bunun üçün "xxxx" ASC-dən xx.xx.2021-ci il tarixli müqavilə əsasında 36 ay müddətinə 14 faiz dərəcəsi ilə 200000 manat məbləğində kredit götürülmüşdür. Şirkət 18 ədəd sobanın satın alınması üçün “XLT Smart Solutions” şirkətinə 111516,38 ABŞ dolları pul vəsaiti ödəmişdir. Sobalar gəmi vasitəsilə Gürcüstana gətirilmi ş, oradan isə tırla Azərbaycan Respublikasına gətirilmişdir. Bunun üçün Gürcüstan Respublikasında fəaliyyət göstərən “U.F.E. Shipping Georgia LLCZ” şirkətinə ödəniş edilmişdir. Sobalar **********3646 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Bəyan edilən zaman istehsalçı şirkətin təqdim etdiyi sənədlərdəki XİF MN üzrə koda və digər məlumatlara istinad edilmişdir. İstehsalçı şirkət sobaları “**********” saylı kod altında sinifləşdirmişdir. Şirkət də bəyannamədə həmin kodu qeyd etmişdir. Lakin Bakı Baş Gömrük İdarəsinin inspektorları sobaların XİF MN üzrə kodunun dəqiqləşdirilməsini zəruri bilmiş və ekspertiza təyin etmişdir. X1 xx.xx.2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, idxal olunan yük pizza bişirmək üçün istifadə olunan elektrikli soba olub XİF MN-ə görə 8419 81 8000 alt yarımmövqeyində sinifləşdirilir. Şirkət bununla bağlı istehsalçı şirkətə müraciət edərək dəqiqləşmə tələb etmişdir, istehsalçı şirkət elektron məktubla sobanın XİF MN üzrə kodunun 8514 10 10000 olduğunu bildirmişdir. Ekspertiza rəyindən sonra material Əməliyyat Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə göndərilmiş, təhqiqatçı Xaqani Süleymanlının icraatına verilmişdir. Təhqiqatçı rəyi tərtib edən YYYın izahatını almışdır. Daha sonra təhqiqat şöbəsinə təqdim etdiyi vəsatət təmin edilmiş və komisyon ekspertiza təyin edilmişdir. xx.xx.2021-ci il tarixli rəydə idxal olunan yükün yığılmamış halda “XLT” markalı, qaz və elektriklə işləyən soba olub XİF MN-ə görə 8419 81 alt yarımmövqeyində sinifləşdirilməli olması müəyyən edilmişdir. Lakin ekspert təhqiqatçının “t əhqiqat obyekti olan əşya idxalatçının əvvəlcədən bəyan etdiyi 8417 və araşdırma zamanı təqdim etdiyi məlumatlara əsasən 8514-cü mal mövqelərinə aid ola bilərmi, aid deyildirsə, hansı əsaslara görə aid hesab edilmir və edilə bilməz” sualına cavab vermədiyi üçün əlavə ekspertiza təyin edilmişdir. xx.xx.2021-ci il tarixli ekspert rəyində yükün həm qaz, həm də elektriklə işləyən sobalar olub XİF MN-ə görə 8419 81 8000 alt yarımmövqeyində sinifləşdirilməsi müəyyən edilmiş, 8417 mal mövqeyində qeyrielektrik sənaye və ya laborator sobaların, 8415 mal mövqeyində isə ancaq elektrik və ya dielektrik itkiləri əsasında işləyən sobaların sinifləşdirildiyi göstərilmişdir. Daha sonra Şirkətə qarşı Cinayət Məcəlləsinin 209.1-ci maddəsi cinayət işi başlanılmışdır. Müstəntiq ilk öncə ziddiyyətli rəyi tərti b edən ekspert LLLun izahatını almışdır, LLL izahatında rəy verdikdən sonra sobalara baxış keçirdiyini və onların 8514 10 10000 alt yarımmövqeyində sinifləşdirilməli olduğunu müəyyən etdiyini bildirmişdir. İş üzrə təkrar ekspertiza təyin edilmiş, xx.xx.2021-ci il tarixli rəylə sobaların XİF MN üzrə kodu 8514 10 1000 müəyyən edilmişdir. Daha sonra isə xx.xx.2021-ci il tarixli qərarla Cinayət Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən Şirkətin direktoru Aslan Hacıyev barəsində cinayət işinin başlanması rədd edilmiş, ekspert LLL və digər ekspertlərin yol verdiyi qanun pozuntularına görə intizam məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq tədbirlər görülməsi qərara alınmışdır. Daxili Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Zalovun xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, ekspertlər tərəfindən sobaların XİF MN üzrə düzgün sinifləşdirilmədikləri, bununla da xidməti vəzifələrinin icrasına laqeyd yanaşaraq xidməti intizam qaydalarının tələblərini pozduqları müəyyən edilmiş, DGK sədrinin xx.xx.2022-ci il tarixli əmri ilə LLLa sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmiş, YYYa isə irad bildirilmişdir. Təəssüf ki, təhqiqat idarəsinin vəzifəli şəxsləri işdə birbirini təkzib edən 3 ədəd ekspert rəyi olmasına baxmayaraq son olaraq qəti rəy əldə etmək üçün ekspertlərə müraciət etmək əvəzinə Şirkətin direktorunun əməllərində cinayət tərkibinin olması kifayət qədər sübutlarla təsbit edilməməsinə, biri-birinə ziddiyyət təşkil edən ekspert rəylərinin olmasına baxmayaraq obyektiv qərar qəbul etməyə dair müvafiq səlahiyyətə malik olan şəxslər hesab edilsələr də, direktor barəsində cinayət işinin başlanması üçün materialı istintaqa göndəriblər. Bununla da Şirkətin direktoru barəsində əsassız cinayət təqibi aparılmasına, lüzumsuz istintaq tədbirlərinin görülməsinə, Şirkətin iqtisadi fəaliyyətinə süni maneələr törədilməsinə, sobaların Şirkət tərəfindən istehsalatda istifadə edilməsinə əsassız olaraq əngəl törədilməklə onların anbarda uzun müddət saxlanılmasına, nəticədə həm Şirkətin iqtisadi hüquqlarına, həm də onun direktorunun konstitusion, mülki və prosessual hüquqlarının kobud surətdə pozulmasına şərait yaratmışlar. Belə ki, 2021-ci ilin oktyabr ayından 2022-ci ilin yanvar ayının ortalarına qədər sobalar gömrük anbarından saxlanılmışdır və sobaların orada saxlanıldığı hər gün üçün gömrük anbarına ödəniş edilmişdir. Bununla bağlı "xxxx" MMM ilə 23 oktyabr 2021-ci il tarixli icarə müqaviləsi imzalanmışdır. Şirkət tərəfindən gömrük anbarında saxlanılma üçün icarəyə verənə cəmi 4779 manat icarə haqqı ödənilmişdir. Həmçinin, sobaları gətirən tırın və konteynerin Bakı Baş Gömrük İdarəsində qanunsuz saxlanılmasına görə 2021-ci ilin noyabr ayında 4700 ABŞ dolları və 1330 ABŞ dolları pul vəsaiti “U.F.E Shipping Georgia LLCZ” şirkətinə ödəniş edilmişdir. Lakin Şirkətə vurulmuş maddi ziyan bununla da bitmir, sobalar yeni açılacaq restoranlarda yerləşdirilməli idi, restoranların açılış tarixi sobaların ölkəyə gətirilmə tarixinə, yəni 2021-ci ilin oktyabr ayına planlaşdırılmışdı, “Zefir Mall”da yerləşən restoranla bağlı icarə müqaviləsi xx.xx.2021-ci il tarixdə imzalanmışdır, xx.xx.2021-ci il tarixdə müqaviləyə əlavə imzalanaraq 5 ay müddəti ndə, yəni xx.xx.2021-ci il tarixə qədər Şirkət restoran üçün lazım olan soba və digər avadanlıqların quraşdırılması üçün icarə haqqında azad edilmişdir. Həmin əlavə imzalanan tarixdə sobaların 2021-ci ilin oktyabr ayında ölkəyə gətirilməsi planlanırdı, amma sobaların gömrük anbarından çıxarılması 2022-ci ilin yanvar ayının ortalarına qədər çəkmişdir. 1 ədəd soba 1 saat ərzində 90 ədəd pizza bişirmək imkanına malikdir, lakin məlum olduğu kimi normal şəraitdə soba tam gücü ilə işləmir. Minimum hesabla nəzərə alınsa, 1 ədəd soba saat ərzində tam gücünün 5 faizi miqdarında işləyir və 4 ədəd pizza bişirir. Restoranlar 24 saat işləyir, amma minimum hesabla 3 saat ərzində aktiv pizza bişirildiyi götürülsə, gün ərzində 12 ədəd pizza bişirilir. Sobalar xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tar ixə qədər, yəni 86 gün ərzində qanunsuz olaraq gömrük anbarında saxlanılmışdır. Bu isə sadə riyazi hesablama ilə 1032 ədəd pizza edir. 1 ədəd pizzanın ortala qiyməti 15 manatdır, nəticədə isə 15480 manat (4x3=12x86=1032x15=15480) məbləğində əldən çıxmış fayda əmələ gəlir. Əgər 18 ədəd soba qanunsuz olaraq gömrük anbarından saxlanılmasa idi, 6 ədəd restoran 2 ədəd soba ilə işləyəcəkdi və nəticədə 86 gün ərzində Şirkət 30960 manat gəlir əldə edəcəkdi, amma baş verən qanunsuzluq ucbatından Şirkət 15480 manat məbləğində gəlirdən məhrum olmuşdur. Şirkət məhkəmədə təmsilçilik üçün “Ədalət Vəkil Bürosu”nun vəkili Nümayəndə1 ilə müqavilə bağlayaraq bank köçürməsi yolu ilə 500 manat məbləğində hüquq xidmət xərci ödəmişdir. Bundan əlavə iddia ərizəsinin verilməsi üçün Şirkət tərəfindən 183,40 manat məbləğdə dövlət rüsumu ödənilmişdir. Dövlət Gömrük Komitəsinin təhqiqat orqanının qanunsuz hərəkətləri nəticəsində İddiaçı MMC-yə 4779 manat və 6030 ABŞ dolları maddi zərər vurulmuş və 15480 manat məbləğindəki fayda əldən çıxmışdır. Şirkət 500 manat hüquqi xidmət və 183,40 manat dövlət rüsumu üçün xərc çəkmişdir.
3. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-1013/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, 4779 manat və 6030 ABŞ dolları (Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq) məbləğində vurulmuş maddi zərərin əvəzi, 15480 manat məbləğində əldən çıxmış fayda, 500 manat məbləğində hüquqi xidmət xərci və 183,40 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh Azərbaycan Respublikası Maliyy ə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.
4. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı MMC-nin ünvanına 99HF424/99ZB996 nömrəli avtonəqliyyat vasitəsi ilə 91880 saylı xx.xx.2021-ci il tarixli invoys sənədi əsasında daxil olmuş yük **********3646 nömrəli, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmiş, həmin gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün yoxlanılması zamanı Dövlət Gömrük Komitəsinin X5 İdarəsinin Ekspres Diaqnostik Tədqiqatlar Bölməsinin rəisi X10 və həmin idarənin digər vəzifəli şəxslərinin yol verdiyi qanun pozuntularına görə həmin sənədlər düzgün yoxlanılmamış, nəticədə iddiaçıya məxsus mal xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər, yəni 86 gün ərzində qanunsuz olaraq gömrük anbarında saxlanılmaqla iddiaçının hüquqları məhdudlaşdırılmış, göstərilən müddət ərzində iddiaçı həmin malların saxlanmasına və boşdayanmaya görə maddi zərərə düşmüşdür.
5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan göründüyü kimi iddiaçı barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslarla xitam verildiyindən iddiaçı cinayət təqibinə məruz qalması nəticəsində ona vurulmuş ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddiaçının istintaq orqanının səhvi nəticəsində maddi ziyanın dəyməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddiaçıya Azərb aycan Respublikası Dövlət Gömrük Komitəsinin istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində ona dəymiş ziyan “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ödənilməlidir. Qeyd olunmalıdır ki, iddiaçıya verilməli olan qurğu pizza bişirilməsi üçün istifadə olunur və nəticə etibarilə həmin məhsulların satışından gəlirin əldə edilməməsi iddiaçını bu gəliri dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də qurğunu vaxtında verməməklə istintaq orqanı, iddiaçıya faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Ona görə də istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində (qurğunun vaxtında qaytarılmaması) iddiaç ının hüquqları pozulmuş və bu pozuntu nəticəsində iddiaçı maddi itkilərə məruz qalmışdır. Belə ki, həmin maddi itkilər istintaq orqanının iddiaçıya məxsus olan qurğunun verilməsini gecikdirilməsindən yaranan maddi itkilərdir.
6. Məhkəmə hesab etmişdir ki, istintaq orqanı qurğunu vaxtında verməməklə iddiaçıya faktiki olaraq (4x3=12x86=1032x15=15480) əldən çıxmış fayda şəklində vurulmuş zərər ödənilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli OD1 saylı Ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə “Ədalət” Vəkil Bürosunun hesabına 500 manat ödəniş etmişdir. Məhkəmə hesab etmişdir ki, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 500 manat cavabdehdən iddiaçının xeyrinə tutulması işin hallarına uyğun olmaqla, ağlabatandır.
7. Məhkəmə gəldiyi nəti cəni Mülki Məcəllənin 21.1, 21.2, 1096, 1100, 1101.1, 1101.2-ci maddələri, Cinayət-Prosessual Məcəlləsinin 57.1, 58.1-ci maddəsi, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 4, 5, 6-cı maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 216-220, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi rayon Məhkəməsini n xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü hissəsinə əsasən vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə fərdi qaydada fəaliyyət göstərən vəkil və ya vəkilin daxil olduğu qurum arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 19-cu maddəsinin 1-ci hissəsinə görə vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının tərkibində həya ta keçirilməsi nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Göründüyü kimi vəkil tərəfindən göstərilən hüquqi yardıma görə haqqın məbləği yalnız tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Bu baxımdan sözügedən ödənişin hansı hüquqi xidmətlə bağlı olması aydın deyildir. Buna görə də məhkəmənin ödəniş tapşırığına istinadı əsaslı hesab oluna bilməz. Məhkəmə iddiaçıya dəymiş zərəri, xüsusilə də əldən çıxmış faydanı hesablayarkən həmin qanunvericiliyin tələblərini nəzərə almamış, yalnız iddiaçının mülahizələrinə (4x3=12x86=1032x15= 15.480 manat) əsaslanmışdır. Lakin iddiaçının hesablaması üzrə konkret faktlar (sübutlar) təqdim edilməmişdir. Belə ki, İddiaçı MMC-yə məxsus avadanlıqların (sobaların) gömrükdə saxlancda qaldığı müddətdə – 86 gündə i ddiaçı tərəfindən hər gün 12 pizzanın bişirələrək hər birinin 15 manatdan satılacağı konkret faktlara deyil, iddiaçının ehtimalına əsaslanır. Halbuki, həmin məsələlər iddiaçının hazırkı fəaliyyəti üzrə (əldə etdiyi gəlir, ödədiyi vergi və s.) araşdırma aparılmaqla müəyyən oluna bilərdi. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun adından və preambulasından görünür ki, həmin qanun hüquqi şəxslərə deyil, fiziki şəxslərə dəymiş zərərin ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Hazırkı iş üzrə iddiaçı qismində isə hüquqi şəxs – İddiaçı MMC çıxış edir və tələb olunan vəsait həmin cəmiyyətə dəyən zərərlə bağlıdır. Mülki Məcəllənin 1101.1-ci maddəsinə gəldikdə isə nəzərə alınma lıdır ki, həmin maddənin tələbinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası (konkret dövlət büdcəsi nəzərdə tutulmamışdır) qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Bundan başqa Cinayət Prosessual Məcəlləsinin 58-ci maddəsində də dəymiş zərərin dövlət büdcəsindən ödənilməsi ilə əlaqədar müddəalar yoxdur. Sözügedən Məcəllənin 63-cü maddəsində zərərin ödənilməsi qaydası ilə bağlı “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orq anlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanuna istinad olunur ki, yuxarıda da qeyd olunduğu kimi adıçəkilən qanun hüquqi şəxslərlə bağlı məsələləri ehtiva etmir. Digər tərəfdən Gömrük Məcəlləsinin 53.8-ci maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri hüquqazidd qərarlarına, hərəkətlərinə, hərəkətsizliklərinə görə müvafiq qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 90.2-ci maddəsinin tələblərinə görə qanunsuz zərər vurmuş gömrük orqanları və onların vəzifəli şəxsləri qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Eyni zamanda “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 133-cü hissəsində göstərilir ki, gömrük orqanlarında xidməti tənzimləyən normativ hüquqi aktların pozulmasına görə gömrük o rqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. Göründüyü kimi qüvvədə olan qanunvericiliyə əsasən gömrük orqanlarının qanunsuz hərəkətləri nəticəsində dəymiş zərərə görə bu orqanların vəzifəli şəxsləri məsuliyyət daşıyır və iddia tələbi də həmin orqanlara (şəxslərə) qarşı yönəlməli idi. Məhkəmə qeyd olunan tələbi nəzərə almayaraq, mübahisəyə ümumi məhkəmədə baxılmasına yol vermişdir. Belə ki, mübahisə predmeti inzibati orqanın hüquqi şəxsə qarşı yönəlmiş inzibati aktının qəbulu və bunun nəticəsində dəymiş zərədir. Təsadüfi deyildir ki, hazırki iş üzrə Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli e-2(102)-6317/2022 nömrəli qərardadının 19-cu bəndində göstərilir ki, ümumiyyətlə, inzibati orqanın (Dövlət Gömrük Komitəsinin) hərəkətl əri nəticəsində vurulmuş zərərin əvəzinin hansı əsaslarla Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tələb olunması aydın deyil. Zərər iddia ərizəsində qeyd olunduğu kimi inzibati orqanın əməkdaşlarının hərəkətləri nəticəsində vurulmuşdursa, onda həmin iddiaya inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları(inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu tipli çoxsaylı analoji məhkəmə işlərinə yuxarı instansiya məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılması da bu iş üzrə məhkəmə aidi yyətinin pozulmasını göstərən amillərdəndir.
10. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, burada cinayət təqibindən söhbət gedir. Hazırkı işdə cinayət təqibini aparan Əməliyyat Təhqiqat İdarəsi olmuşdur. İnzibati orqan hesab edilmir. Cinayət təqibi əsasında iddiaçıya zərər vurulub. 18 ədəd xüsusi soba sərhəddə saxlanılmışdır və bildirilmişdir ki, 18 % ƏDV-dən yayınmaq üçün qəsdən 18 % ƏDV-dən azad olunanlar üçün olan kodlardan istifadə edilmişdir. Beləliklə, təhqiqat başlayır və ekspertiza təyin edilir. Daha sonra iş ekspertiza rəyindən sonra material Əməliyyat Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə göndərilmiş və şirkətə qarşı cinayət işi başlanılmışdır. Təkrar ekspertiza keçirilir və cinayət işi nin başlanılması haqqında rədd qərarı qəbul edilmişdir. Burada inzibati aktdan və inzibati orqandan söhbət getmir. Birinci instansiya dövründə cavabdeh bu məsələ ilə bağlı heç bir etiraz da verməmişdir, yalnız yekun akt qəbul edildikdən etirazlarını bildirmişlər.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3322/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi) Cəmilə Musayeva və Fuad Babayev) cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-1013/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilərək, işin icraatına mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməsi qərara alınmışdır.
12. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə 29 dekabr 2021-ci il tarixli qərardan müəyyən olunur ki, gömrük orqanına bəyan edilmiş "xxxx" MMC-yə məxsus malların hansı kod altında sinifləşdirilməsinin X7 İdarəsi tərəfindən dəqiqləşdirilməsinə ehtiyac yaranmışdır. Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən ilkin tədqiqat materialları hüquqi qiymət verilməsi üçün Əməliyyat İstintaq Baş İdarəsinə göndərilmişdir. Nəticədə cinayət işinin başlanmasının rədd edilməsi, invoysda göstərilən malların gömrük rəsmiləşdirilməsi həyata keçirildikdən sonra səlahiyyətli nümayəndəyə qaytarılması, X7 İdarəsinin vəzifəli şəxslərinin intizam məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq tədbirlərin görülməsi qərara al ınmışdır.
13. İşdə olan Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə müəyyən edilir ki, X5 İdarəsi Əqli mülkiyyət obyektlərinin emal proseduru altında yerləşdirilmiş malların və mənşə ölkəsinin ekspertizası şöbəsinin inspektoru gömrük xidməti leytenantı X3 həyata keçirdiyi ilkin, həmin İdarənin Ekspress diaqnostik tədqiqat bölməsinin rəisi, gömrük xidməti mayoru X8 isə həyata keçirdiyi təkrar gömrük ekspertizası zamanı 06 oktyabr 2021-ci il tarixli **********3546 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan 20 ədəd pizza bişirmək uçun sobanın mal kodunu X4 Mal Nomenklaturası üzrə düzgün sinifləşdirmədikləri, bununla da xidməti vəzifələrinin icrasına laqeyd yanaşaraq xidməti intizam qaydalarının tələblərini pozduqları müəyyən edilmişdir.
14. İddiaçı hazırkı iddia ərizəsində sobaların gömrük orqanında saxlanılması və istifadə edilə bilməməsi ilə bağlı olaraq ona vurulmuş maddi zərərin və əldən çıxmış faydanın cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən tutulmasını xahiş edir.
15. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı tələb inzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş ziyan tələbidir. Ona görə də həmin mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Birinci instansiya məhkəməsi inzibati icraat qaydasında baxılmalı olan həmin tələbə mahiyyəti üzrə qiymət verməklə prosessual hüquq pozuntusuna yol vermişdir.
16. Məhkəmə kollegiyası gəldiyi nəticəni əsaslandırarkən MPM-in 31.1, 385.1.1, 387.1-ci maddələrinə, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair ” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarında ifadə olunmuş hüquqi mövqeyə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı kassasiya şikayəti verərək (Vəkil Nümayəndə1) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilərək sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə "xxxx" MMC-yə münasibətdə Dövlət Gömrük Komitəsinin cinayət təqibi orqanı qismində hərəkət etdiyini, şirkət barəsində aparılan icraatın məhz cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla yekunlaşdığını qəbul etsə də, Ali Məhkəmənin Plenumunun sözü gedən qərarının 7.2-ci maddəsinə zidd olan nəticəyə gəlmişdir. Məhkəmə nəzərə almamışdır ki, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı Xaqani Süleymanov və Əməliyyat İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsi İstintaq şöbəsinin böyük müstəntiqi Elmir Şirinov Cinayət-Prosessual Məcəlləyə uyğun olaraq ilkin təhqiqat araşdırması (cinayət təqibi) aparmışdır. Bütün bu dövrdə İnzibati-Prosessual Məcəllə ümumiyyətlə tətbiq edilməmişdir, çünki ortada inzibati icraat olmamışdır. İddiaçı barəsində də Dövlət Gömrük Komitəsinin qurumları tərəfindən gömrük ödənişlərindən yayınma faktına dair cinayət hadisəsinin müəyyən edilməsi üçün ilkin təhqiqat aparılmış, material toplanmış və onlara hüquqi qiymət verilmişdir. Məhkəmə hazırkı tələbin inzi bati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş ziyan tələbi olmasını hesab etsə də, BBGİ-nin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin və Əməliyyat istintaq Baş İdarəsinin istintaq və Təhqiqat idarəsi istintaq şöbəsinin iddiaçı barəsində inzibati icraat aparmasını, məhz hansı inzibati aktları qəbul etməsini müəyyən etməmişdir. Həmçinin, məhkəmə nəzərə almamışdır ki, invoysda göstərilən malların gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra iddiaçıya təhvil verilməsi və X7 İdarəsinin vəzifəli şəxslərinin intizam məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması hansısa inzibati aktda deyil, məhz cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda öz əksini tapmışdır. Hazırkı iş üzrə Dövlət Gömrük Komitəsi inzibati orqan kimi deyil, cinayət təqibi orqanı kimi çıxış etmişdir və onun tərəfindən hər hansı inzibati qərar (akt) qəbul edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 136 saylı qərarı ilə təsdiq edilmiş “inzibati orqanların təsnifatında" Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat və istintaq Baş idarəsinin adı qeyd edilməmişdir. Bu isə o deməkdir ki, həmin qurum inzibati orqan deyil və inzibati qərar (akt) qəbul etmək səlahiyyəti yoxdur. İddiaçıya maddi zərər vurulmasına səbəb olan hərəkətlərin (hərəkətsizliyin) hamısı aparılan cinayət təqibi gedişində baş vermişdir. Hazırkı işdə iddiaçı barəsində ölkəyə idxal etdiyi malı XİF MN üzrə düzgün kod altında sinifləşdirmədiyinə görə cinayət təqibi aparılmışdır, ortada nə inzibati orqan, nə inzibati akt, nə də inzibati icraat mövcud d eyil. Bu səbəbdən işə inzibati məhkəmə deyil, məhz ümumi məhkəmədə baxılmalıdır. Mübahisənin inzibati yoxsa mülki məhkəmə icraatı qaydasında baxılmalı olması ilə bağlı Ali Məhkəmənin formalaşmış mövqeyi mövcuddur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarı 20. 7.2. Nəzərə alınmalıdır ki, «İnzibati icraat haqqında» Qanunun 3.2, 3.2.1-ci maddələrinə əsasən, həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə şamil olunmadığından təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkət ləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə mə hkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun...” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.
22. Maddə 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim i ş üzrə icraata xitam verir.
23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
24. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
25. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
26. Maddə 417.1.3. Kassa siya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
27. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşa ğı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçı tərəfindən tam mübahisələndirildiyindən akt bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmalı və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün göndərilməlidir.
31. Belə ki, iddiaçı cavabdehdən 4779 manat və 6030 ABŞ dolları maddi zərərin və 15480 manat məbləğindəki əldən çıxmış faydanın tutulmasını tələb edir. İddiaçı həmin ziyanın Dövlət Gömrük Komitəsinin təhqiqat orqanının qanunsuz hərəkətləri nəticəsində yarandığını bildirir.
32. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində ona dəymiş ziyan “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ödənilməlidir.
33. Apellyasiya instansiyası məhkəməsi isə qeyd etmişdir ki, iddiaçı hazırkı iddia ərizəsində sobaların gömrük orqanında saxlanılması və istifadə edilə bilməməsi ilə bağlı olaraq ona vurulmuş maddi zərərin və əldən çıxmış faydanın cavabdeh Azərbaycan Respubl ikasının Maliyyə Nazirliyindən tutulmasını xahiş edir. Hazırkı tələb inzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş ziyan tələbidir. Ona görə də həmin mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz.
34. Məhəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin bu mövqeyi əsassızdır.
35. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.
36. Dövlət Gömrük Komitəsinin təhqiqat orqanının statusu və fəaliyyətinin əsasları ilə bağlı qeyd olunmalıdır ki, «Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə»nin 4.1.8-ci bən dinə görə Komitənin öz vəzifələrini həyata keçirmək üçün hüquqlardan biri - təhqiqatı və istintaqı gömrük orqanlarının səlahiyyətinə aid edilmiş cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması, onları hazırlayan, törədən və ya törətmiş şəxsləri müəyyənləşdirmək məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirməkdən ibrətdir.
37. Həmin Əsasnamənin 4.1.9-cü bəndində bu hüquqlardan biri kimi cinayətprosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təhqiqat və ibtidai istintaq aparmaq nəzərdə tutulmuşdur.
38. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 214.2-ci maddəsində cinayət işləri üzrə təhqiqatı aparaq təhqiqat orqanları və şəxslər müəyyən edilmişdir. Bu Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqan larının (təhqiqat orqanlarının) təhqiqatçıları - Azərbaycan Respublikasının həmin müvafiq icra hakimiyyəti orqanları müstəntiqlərinin səlahiyyətlərinə aid edilmiş cinayət işləri üzrə təqiqat aparmaq səlahiyyətinə malikdir.
39. Göründüyü kimi Dövlət Gömrük Komitəsinin təhqiqat orqanının fəaliyyəti cinayət təqibi üzrə fəaliyyət olub, “İnzibati icraat haqqında” qanunla deyil, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi ilə tənzimlənir.
40. Buna görə də Komitənin təhqiqat orqanının fəaliyyəti nəticəsində vurulmuş ziyanın ödənilməsi, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun təsir dairəsinə düşür.
41. Belə ki, həmin Qanunun preambulasına görə bu Qanun təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (səhvi və ya sui-istifadəsi) nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın dövlət tərəfindən ödənilməsi hüququnun təmin edilməsinə yönəldilmişdir. 42. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarın 7.2-ci bəndində də göstərilmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai is tintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıl a bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun.
43. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəflər arasında yaranmış mübahisənin Əməliyyat və İstintaq Baş İdarəsinin əməkdaşlarının deyil, Gömrük Xidmətinin inzibati fəaliyyəti ilə (məsələn, Ərazi gömrük idarəsinin, Gömrük postunun, X5 İdarəsinin və s. işçilərinin) bağlı olduğunu dəqiq müəyyən etməmişdir.
44. Bu halın müəyyən olunması ona görə zəruri idi ki, təhqiqat orqanının fəaliyyəti zamanı ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən y aranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun.
45. Doğrudur ki, iddia ərizəsində iddiaçının izahlarında X5 İdarəsinin (onun mütəxəssislərinin) qanunsuzluğundan bəhs olunur. Lakin ziyanın məhz Dövlət Gömrük Komitəsinin təhqiqat orqanının qanunsuz hərəkətləri nəticəsində vurulduğunu konkret olaraq qeyd etmişdir.
46. İddiaçının nümayəndəsi apelyasiya instansiyası məhkəməsində də tələbin təhqiqat orqanının fəaliyyəti ilə bağlı olduğunu məhkəmənin diqqətinə çatdıraraq bildirmişdir ki, “burada cinayət təqibindən söhbət gedir. Hazırkı işdə cinayət tə qibini aparan Əməliyyat Təhqiqat İdarəsi olmuşdur, inzibati orqan hesab edilmir, iddiaçıya cinayət təqibi əsasında zərər vurulub”.
47. İddiaçı təhqiqat orqanının hərəkəti nəricəsində vurulmuş zərərin ödənilməsini tələb etdiyinə görə, verilmiş iddia tələbinə mülki məhkəmə icraatında baxılmalıdır.
48. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların müdafiəsinə dair məhkəmə təminatı hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüququdur. Məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə digər təminatlar da nəzərdə tutulmuşdur.
49. Həmin təminatlardan biri Konstitusiyanın 62-ci maddəsində təsbit edilmiş hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququdur. Konstitusiyanın bu normasında qeyd olunan “qanunla müəyyən edilmiş məhkəmə” müddəasının şərhi bu anlayışa işlərin aidiyyət qaydalarını, qanunla müəyyən edilmiş məhkəmə tərkibinin mövcudluğunu, habelə digər şərtləri də daxil etməyə əsas verir.
50. Beləliklə, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır.
51. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddələrinə görə hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir.
52. Qeyd olunan beynəlxalq normaların mənasına görə, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur.
53. Nəzərdən qaçırılmamalıdır ki, məhkəmə aidiyyətinin əsassız və qeyri-qanuni dəyişdirilməsi yolverilməzdir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır.
54. Azərbaycan Respublikasının MPM-in 24.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.
55. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3322/2023 nömrəli xx.xx.2023-cü il t arixli qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.