Məhkəmə qərarları › İş №2(102)-2992/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2992/2019

29.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2992/2019 29.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı2 və vəkili Vəkil iştirakları ilə. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2018-ci tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24 avqust 2017-ci il tarixli qətnaməsi ilə (hakim: P.A.Hüseynov;2(00 6)-5013/2017) iddia ərizəsi təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmiş, ödənilmiş dövlət rüsumunun İddiaçı1 aid edilməsi, “Bank VTB (Azərbaycan)” ASC ilə İddiaçı1 arasında bağlanmış 04.10.2013-cü il tarixli ************** saylı avtomobil krediti müqaviləsi üzrə 15.209,25 ABŞ dolları məbləğində əsas borc, 1.239,56 ABŞ dolları məbləğində faiz borcu, 48,94 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 16.497,75 ABŞ dolları məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun İddiaçı1 və İddiaçı2 müştərək qaydada alınaraq “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi, tələbin cavabdeh İddiaçı1 məxsus ipoteka ilə yüklü ed ilmiş “KİA Sportage” minik markalı ** ********** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən cəmi 16.497,75 ABŞ dolları məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi, qalan məbləğin İddiaçı1 verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2018-ci tarixli qətnaməsi ilə (hakimlər: X.Cəmilova (sədrlik edən və məruzəçi), İ.Xəlilov, İ.Kərimli; 2(103)-506/2018) cavabdehlər İddiaçı1 və İddiaçı2 apelyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nəsimi r ayon Məhkəməsinin 24 avqust 2017-ci il tarixli qətnaməsi ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində dəyişdirilmiş, ipoteka predmetinin ilkin satış qiyməti 28000 (iyirmi səkkiz min) manat müəyyən edilməsi, işin apellyasiya baxışı zamanı keçirilmiş hər iki ekspertiza tədqiqatının dəyəri olan 200 (150 + 50) manat pul qarşılıqlı cavabdehlər İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15(on) beş manat dövlət rüsumunun cavabdehlərə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla “Bank VTB (Azərbaycan)” ASC-nin 3№-li Nizami filialı arasında 04 oktyabr 2013-cü il tarixdə bağlanmış 11 7963 saylı bank hesabı müqaviləsinin, eləcə də həmin tarixli avtomobil kredit müqaviləsinin, ipoteka və zaminlik müqavilələrinin ləğv edilməsinə, 2016-cı il tarixdə müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə bağlanmış müqavilələrin ləğv edilməsi, banka üç ildən artıq müddətə ABŞ dolları ilə ödədiyi pulların əsas məbləğdən çıxılaraq yerdə qalan borc məbləğinin manat hesabına dəyişdirilərək yeni müqavilə bağlanması öhdəliyinin “Bank VTB (Azərbaycan)” ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, «Bank VTB (Azərbaycan)» Açıq Səhmdar Cəmiyyətinin 3 №-li Nizami filialı ilə 04 oktyabr 2013-cü il tarixində 18 % olmaqla 60 ay müddətinə 21142 ABŞ dolları kredit müqaviləsi imzalayaraq, KİA Sportage markalı (mühərrik * **********, ban: ***********, buraxılış ili: 2013, rəngi ağ) avtomobilini ipotekaya götürərək müqavilə bağlamışdır. Müqavilə bağlandığı gündən etibarən üç ildən çox müddətdir ki, o, banka dollar ilə olan ödənişlərini vaxtı-vaxtında ödəmiş, hətta artıqlaması ilə də ödədiyi vaxtlar olmuşdur. Lakin ölkədə baş verən devalivasiya ilə bağlı artıq o, ödənişlər etməkdə çətinlik çəkir. Bank isə bu məqamı özü üçün fürsət kimi dəyərləndirərək ona 28 yanvar 2016-cı il tarixli ABŞ dollarının manata nisbətində olan yeni kurs ilə müqavilələrinə imza çəkdirərək öz mənafeləri üçün istifadə etmişdir. Belə ki, KİA Sportage markalı avtomobil onun adında olan yeganə əmlakıdır və o, onunla ailəsinə qazanc gətirir. Bank qarşısında götürdüyü öhdəlikləri də yerinə yetirməkdən ötrü o, «Bank VTB (Azərbaycan)» ASC-ni n rəhbərliyinə ona güzəştlər edilməsi ilə bağlı müracət etmişdir. Lakin bankdan ona heç bir cavab verilmədiyindən, öz maraqlarını vətəndaş amilindən üstün tutduğundan, bu günə qədər 04.10.2013-cü il tarixli müqavilə üzrə dollar ilə ödədiyi pulların çıxılaraq, yerdə qalan borcunun manat hesabına keçərək ona artıq hesablanmış faizlərin silinərək yerdə qalmış məbləğə yeni müqavilənin bağlanmasına köməklik göstərilməli, bankın daimi müştərisi kimi onun müraciətinə laqeyd yanaşılmamalıdır. Bu səbəbdən o, məcburiyyət qarşısında qalıb 04 oktyabr 2013-cü il tarixli bank hesabı müqaviləsinin, avtomobil krediti müqaviləsinin, ipoteka və zaminlik müqavilələrinin ləğv edilməsi, müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə müqavilələrin ləğv edilməsi, ona artıq yazılmış faizlərin və pul borcunun s ilinərək, bu günə qədər müqaviləyə əsasən ABŞ dolları ilə ödədiyi pulların əsas məbləğdən çıxılaraq, dollar ilə olan kredit müqaviləsinin manat hesabı ilə əvəz edilərək yeni müqavilə bağlanması öhdəliyinin «Bank VTB (Azərbaycan)» ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılması üçün iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. «Bank VTB (Azərbaycan)» ASC-nin rəhbərliyinin və əməkdaşlarının maraqları vətəndaş amillərindən yüksəkdir. Məhkəmədən onunla «Bank VTB (Azərbaycan)» ASC-nin 3№-li Nizami filialı arasında 04 oktyabr 2013-cü il tarixdə bağlanmış 117963 aylı bank hesab müqaviləsinin, 04.10.2013-cü il tarixli avtomobil krediti müqaviləsi, ipoteka müqaviləsi, eləcə də həmin tarixli zaminlik müqavilələrinin ləğv edilməsi, üç ildən artıq müddət ərzində ABŞ dolları ilə ödədiyi pulların əsas məbləğdən çıxılaraq, yerdə qalan məbləği manat ilə hesablayaraq yeni müqavilə bağlanması barədə tələbi əsaslı olduğundan təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, ipoteka predmeti olan Kia Sportage markalı avtomobil onun adında olan yeganə əmlak olması və onun yeganə qazanc əldə etmə mənbəyinin olması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh “Bank VTB (Azərbaycan)” ASC İddiaçı1 və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Bank VTB (Azərbaycan)» Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı1 arasında bağlanmış 04.10.2013-cü il tarixli, ************** saylı kredit müqaviləsinə əsasən 09.06.2017-ci il tarixə banka bo rclu olduğu 15.209,25 ABŞ dolları məbləğində əsas borc, 1.239,56 ABŞ dolları məbləğində faiz borcu, 48,49 ABŞ dolları məbləğində cərimə üzrə borcu,ümumilikdə isə 16.497,75 ABŞ dolları məbləğin (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və 30 manat məhkəmə üçün ödənilmiş dövlət rüsumunun müştərək qaydada İddiaçı1 və İddiaçı2 «Bank VTB (Azərbaycan)» Açıq Səhmdar Cəmiyyətin xeyrinə tutulması, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş «KİA Sportage» markalı, ağ rəngli, mühərrik ***********, ban *********** olan ** ********** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılması, satışdan əldə edilən vəsaitin «Bank VTB (Azərbaycan)» ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X2 qarşılıqlı iddia tələbini müdafiə edərək, ilkin iddia tələbini isə qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı1 ilə «Bank VTB (Azərbaycan)» ASC arasında bağlanmış ************** saylı 04 oktyabr 2013-cü il tarixli “Avtomobil krediti müqaviləsi”nə əsasən cavabdehə avtomobil alınması üçün 60 ay müddətinə illik 18 faiz hesablanmaqla 21.142,00 ABŞ dolları məbləğində kredit verilmişdir. Borclu kredit vəsaitindən istifadə etsə də, “Avtomobil krediti müqaviləsi” üzrə üzərinə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə problemli kreditlərin siyahısına edilmişdir. Cavabdehə borcunu ödəməsi ilə bağlı pretenziya məktubları göndərilmiş, həmçinin şifahi danışıqlar aparılmış və nəticədə kredit borcunun restrukturizasiya edilməs i, ödəniş cədvəlindəki vaxtın uzadılması ilə aylıq ödəniş yükünün azaldılması barədə razılığa gəlinmişdir. Bununla bağlı cavabdehlə Bank arasında bağlanmış «************** saylı 04 oktyabr 2013-cü il tarixli “Avtomobil krediti müqaviləsi’nə dəyişiklik və əlavələr edilməsi barədə» 01 saylı 26.0l.2016-cı il tarixli Razılaşmaya əsasən İddiaçı1 15.640,33 ABŞ dolları məbləğində borcu 33 ay müddətinə 04.10.2018-ci il tarixədək illik 18% hesablanmaqla kapitallaşdırılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh İddiaçı1 mülkiyyətində olan «K1A Sportage» markalı, ağ rəngli, mühərrik ***********, ban *********** olan ** ********** dövlət nömrə nişanlı avtomobili 04.10.2013-cü il tarixli **************** saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipotek a ilə yüklü edilmişdir. Eyni zamanda kredit müqaviləsi üzrə İddiaçı1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı2 04.10.2013-cü il tarixli ************* saylı zaminlik müqaviləsi əsasında İddiaçı1 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin borclu şəxs İddiaçı1 öz üzərinə götürdüyü kredit öhdəliklərini 26.01.2017-ci il tarixdən icra etməmiş və nəticəsində cavabdehin Banka 15.209,25 ABŞ dolları məbləğində əsas borc, 1.239,56 ABŞ dolları məbləğində faiz borcu 48,94 ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 16.497,75 ABŞ dolları məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etm ək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Eyni zamanda Bank ilə X.M.Məmmdov arasında bağlanmış zaminlik müqaviləsinə əsasən «Kredit alan» kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etmədikdə «Zamin» «Kredit alan» ilə birlikdə «Bank» qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilənin və qanunvericiliyin tələblərinə əsasən İddiaçı1 və X.M.Məmmdov Bank qarşısında birgə məsuliyyət daşıyırlar. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qıydada həll etmək məqsədi ilə tərəflərindən Y8 və X8 xəbərdarlıq edilmişdir, lakin bundan da qeyd olunan müqavilələrin şərtləri onlar tərəfindən y erinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Bundan başqa, Bank ilə İddiaçı1 arasında bağlanmış 04.10.2013-cü il tarixli ************ saylı ipoteka müqaviləsinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə girov saxlayanın predmetinə ödəniş yönəltmək hüququ vardır. İlkin iddia tələbi ilə əlaqədar qeyd edir ki, iddiaçının istinad etdiyi maddi hüquq normaları tərəflər arasında bağlanılmış kredit müqaviləsinə münasibətdə həmin normanın tətbiqi aşağıdakı müddəalara əsasən istisna edilir. İddiaçının müqavilənin ləğv edilməsi ilə bağlı tələbinə dair qeyd edilir ki, müqavilə o zaman ləğv oluna bilər ki, müqavilədə bununla bağlı ayrı qayda nəzərdə tutulmamışdır. İddiaçının devalivasiya ilə bağlı bildirilir ki, tərə flər arasında bağlanılmış müqaviləyə əsasən iddiaçının borcunun manata çevrilməsi mümkün deyil. Belə ki, 04 oktyabr 2013-cü il, ************** saylı “Avtomobil krediti müqaviləsi”nin 4.2-ci bəndinə əsasən “ödəniş verilmiş kreditin valyutasında həyata keçirilir” və həmin müqavilənin 5.1.3-cü bəndində isə “əgər “Kredit alan”a qarşı pul tələbləri üzrə vəsaitin valyutası onun hesabında olan pul vəsaitinin valyutasından fərqlidirsə, bu halda “ Bank”ın vəsaitin silinmə günü üçün müəyyən etdiyi məzənnə ilə vəsait “Kredit alan”ın hesabına silinir”. Bundan başqa qeyd edilir ki, valyuta məzənnəsinin dəyişməsi riski həmişə mövcud olub, və tərəflər bu riski nəzərə alaraq qarşılıqlı razılığa gəlmişlər. Bak həm qanuna əsasən həm də müqavilə üzrə götürdüyü öhdəliklərin icrasının təmin edilməsini verdiyi kreditlər hesabına ödədiyi üçün bankla müştərilər arasında bağladığı müqavilələr üzrə kredit siyasətini qabaqcadan müəyyən etdiyi mülki dövriyyənin iştirakçılarının sabitliyi baxımından nizama salır. Borclu tərəfindən verilən kredit üzrə qaytarılmalı olan borc məbləği bankların öhdəliklərinin icrasını təmin edir. Ona görə də tərəflər arasında bağlanılmış kredit müqaviləsi üzrə qaytarılmalı olan borc məbləğinin icrası müqavilə şərtləri həddində yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Həm sözügedən maddələrdən, həm də iş materiallarından görünür ki, müqavilənin ləğvi o zaman mümkündür ki, bununla bağlı müqavilədə ayrı qayda nəzərdə tutulmasın. Lakin 04 oktyabr 2013-cü il, ************** saylı “Avtomobil krediti müqaviləsi” nin 7.1-ci bəndinə əsasən “Bu müqavilə tərəflərin imzaları və möhürü olan tərəfin möhürü ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və kredit alan tərəfindən kredit faiz və digər pul tələbləri üzrə öhdəliklərin banka tam icra olunduğu andan qüvvədən düşür. Tərəflər arasında bağlanılmış müqaviləyə əsasən müqavilənin ləğv edilməsinə dair ayrı qayda mövcuddur və bu səbəbdən də müqavilə ləğv olunmamalıdır. Göstərilənlərə əsasən ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək vaxtında ödənişlər həyata keçirdiyindən 15209.25 ABŞ dolları məbləğində əsas, 1239.56 ABŞ dolları məbləğində faiz borcunun düzgün hesablanaraq çıxarılması yeni qərar çıxarılmasını xahi ş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikasının Konstitusyanın 60-cı maddəsinin birinci bəndinin, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası 6-cı maddəsinin tələblərinin pozulması ilə çıxarılmış, iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməmiş faiz və əsas borcun hansı məbləğ təşkil etməsi, həmin məbləğlərin əsas məbləğdən deyil, əsasız olaraq faiz və cərimələrdən çıxarılması, nəzərə alınmamış nəticə də əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəmə kollegiyasının iclasında İddiaçı2 və vəkili Vəkil kassasiyaşikayətininməzmununauyğunizahatverərək, şikayətintəminedilməsinixahişetdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə l azımi qaydada məlumatlandırılmasına iddiaçı və cavcabdehin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onuniştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməs inin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən müəyyən edilir ki, “Bank VTB (Azərbayca n)” ASC ilə İddiaçı1 arasında bağlanmış ********** saylı 04.10.2013-cü il tarixli bank hesabı müqaviləsinə əsasən bank müştəriyə cari hesab açmağı, açılmış hesaba pul vəsaitini daxil etməyi, hesab üzrə əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi, müştəri isə hesab vasitəsilə əməliyyatların aparılması üzrə bank xidmətlərinin haqqını ödəməyi öhdəsinə götürmüşdür. “Bank VTB (Azərbaycan)” ASC ilə İddiaçı1 arasında bağlanmış ************** saylı 04.10.2013-cü il tarixli avtomobil krediti müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, İddiaçı1 KİA Sportage minik markalı avtomobilin satın alınması məqsədilə bank tərəfindən illik 18% hesablanmaqla 60 ay müddətinə 21.142 ABŞ dolları məbləğində kredit verilmiş, borcalan bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanmış faizləri Borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən ödəniş verilmiş kreditin valyutasında həyata keçirilir. Həmin Müqavilənin 5.1.3-cü bəndinə əsasən əgər kredit alana qarşı pul tələbləri üzrə vəsaitin valyutası onun hesabında olan pul vəsaitinin valyutasından fərqlidirsə, bu halda bankın vəsaitin silinmə günü üçün müəyyən etdiyi məzənnə ilə vəsait kredit alanın hesabına silinir. Bank VTB (Azərbaycan)” ASC ilə İddiaçı1 arasında bağlanmış ************* saylı 04.10.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən ************** saylı 04.10.2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq KİA Sportage minik markalı avtomobil girov qoyulmuşdur. Həm in Müqavilənin 3.5-ci bəndinə əsasən ipoteka predmeti 24727 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. Bank VTB (Azərbaycan)” ASC ilə İddiaçı2 arasında bağlanmış ******** saylı 04.10.2013-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı2 ************ saylı 04.10.2013-cü il tarixli kredit müqaviləsi üzrə borclu İddiaçı1 kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərinə götürmüşdür. Bank VTB (Azərbaycan)” ASC ilə İddiaçı2 arasında bağlanmış 117964-7-9150 saylı 04.10.2013-cü il tarixli avtomobil krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı 26.01.2016-cı il tarixli Razılaşmaya görə kredit alanın banka 26.01.2016-cı il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 15640.33 ABŞ dolları məbləğində müə yyən edilmişdir. Kredit alan kredit məbləğini kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada 33 ay müddəti ərizndə istifadə etməyi və 04.10.2018-ci il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə banka illik 18% ödəməyi öhdəsinə götürmüşdür. Kredit alan 26.01.2016-cı il tarixinə kapitallaşdırılmış kredit məbləğindən əlavə 0.80 ABŞ dolları məblğində cərimə borcu mövcuddur. Bank VTB (Azərbaycan)” ASC ilə İddiaçı1 arasında bağlanmış ************** saylı 04.10.2013-cü il tarixli ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 26.01.2016-cı il tarixli 01 saylı Razılaşmadan görünür ki, bu müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəlik bankla ipoteka qoyan arasında bağlanmış ************** saylı 04.10.2013-cü il tarixli kredit müqaviləsindən əmələ gələn mövcud, həm də bankla ipote ka qoyan arasında gələcəkdə bağlanacaq kredit müqaviləsindən, mövcud və gələcək kredit müqaviləsinə dəyişiklik edilməsi barədə razılaşmalardan irəli gələn bankın ipoteka qoyana qarşı qanunvericiliklə müəyyən edilən bütün tələblərdir. İpoteka qoyan bank tərəfindən verilmiş 15640.33 ABŞ dolları məbləğdə krediti 33 ay müddətinə qaytarmağı və həmin kredit üzrə illik 18% ödəməyi öhdəsinə götürmüşdür. “Bank VTB (Azərbaycan)” ASC ilə İddiaçı2 arasında bağlanmış 352712 saylı 28.01.2016-cı il tarixli zaminlik müqaviləsinə əsasən İddiaçı2 ************** saylı 04.10.2013-cü il tarixli kredit müqaviləsi, ona edilmiş və ediləcək əlavələrdən irəli gələn bütün tələblər üzrə borclu İddiaçı1 kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borclu ilə birgə öz öhdəsinə götü rmüşdür. 09.06.2017-ci il tarixli arayışa əsasən İddiaçı1 *************** saylı 26.01.2016-cı il tarixli avtomobil krediti müqaviləsi üzrə 09.06.2017-ci il tarixə 15209.25 ABŞ dolları məbləğində əsas, 1239.56 ABŞ dolları məbləğində faiz borcu və 48.94 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 16497.75 ABŞ dolları borcu vardır. Kassa məxaric ordenə əsasən İddiaçı1 10.10.2013-cü ildə “Bank VTB (Azərbaycan)” ASC-dən 20720 ABŞ dolları məbləğində vəsait götürmüşdür. AR DİN BDYPİ-nin İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA seriyalı, ********* nömrəli 10.10.2013-cü il tarixli çıxarışa əsasən İddiaçı1 məxsus KİA Sportage minik markalı ** ********** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. İpoteka saxlayan “Bank VT B (Azərbaycan)” ASC-dir. 2670/p saylı 05.04.217-ci il tarixli prtenziya məktubunun, 4603/p saylı 06.06.2017-ci il tarixli bildirişin və ***** saylı 06.06.2017-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı1 banka olan borcunun ödənilməsi, əks təqdirdə kreditin, kredit faizinin və cərimənin ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət olunacağı barədə “Bank VTB (Azərbaycan)” ASC tərəfindən xəbərdar olunmuş, həmin bildiriş 13.06.2017-ci il Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat İmtahan şöbəsində qeydə alınmışdır. AC seriyalı ****** saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, KİA Sportage minik markalı ** ********** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı1 məxsusdur. İddiaçı1 tərəfindən “Bank VTB (Az ərbaycan)” ASC-yə ünvanlanmış 17.03.2017-ci il tarixli ərizədən görünür ki, İddiaçı1 aralarında balanmış müqavilələrin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -445.2.1 və 445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci i nstansiya məhkəməsi iddianın təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında imzalanmış kredit müqaviləsindən göründüyü kimi, tərəflərin qarşılıqlı razılaşmasına əsasən kredit ABŞ dolları ilə verilmiş, habelə müqavilədə ödənişin verilmiş kreditin valyutasında həyata keçirilməsi tərəflər arasında razılaşdırılmışdır. Banklar ayrı-ayrı fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb olunması, öz adından və öz hesabına kreditlərin verilməsini həyata keçirən hüquqi şəxsdir, bankların öz müştəriləri ilə aralarında qarşılıqlı öhdəlikləri vardır, ölkə daxilində baş verən iqtisadi dəyişikliklər hər bir subyektə bu və ya digər dərəcədə təsir göstərir. Belə olan halda ABŞ dollarının manata nisbətən məzənnəsinin artması müqavilənin məhkəmə qaydasında ləğv olunması üçün əsas ola bilməz. İddiaçının zaminlik müqaviləsinin ləğvi barədə tələbinə münasibətdə də düzgün olaraq qeyd olunmuşdur ki, iddiaçı həmin müqavilənin tərəfi olmadığından bu tələbi irəli sürə bilməzdi. Digər iddia tələbi, yəni iddiaçının ödədiyi pulların əsas məbləğdən çıxılaraq yerdə qalan borc məbləğinin manata dəyişdirilərək yeni müqavilə bağlanması öhdəliyinin Bankın üzərinə qoyulması barədə tələbə gəldikdə isə məhkəmə «müqavilə azadlığı» prinsipinə istinad edərək müqavilə bağlamağa məcburetməyə yol verimədiyini qeyd etmişdir. Beləliklə, iş üzrə toplanmış sübutları araşdırıb onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi düzgün hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi barədə qanuni və əsaslı qətnamə qə bul etmişdir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi cavabdeh olan Bankın qarşılıqlı iddiasına münasibətdə hesab etmişdir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində dəyişdirilməli, ipoteka predmetinin ilkin satış qiyməti 28000 (iyirmi səkkiz min) manat müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3. maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Ona görə də apellyasiya baxışı zamanı məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilmiş, həmin ekspertizan ın nəticəsi olaraq verilmiş rəydən görünür ki, ipoteka predmeti olan avtomobilin 2018-ci ilin iyul ayına olan bazar qiyməti təxminən 28000 manat təşkil edir. 16 iyul 2018-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının verdiyi rəyi ilə müəyyən edilmişdir ki, ipoteka predmeti olan “KİA Sportage” minik markalı avtomobilin 2018-ci ilin iyul ayına olan bazar qiyməti təxminən 28000 manat təşkil edir. 23 oktyabr 2018-ci il tarixli Məhkəmə-mühasibatlıq ekspertizasının verdiyi rəyi ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi və ona əlavə razılaşmanın şərtləri nəzərə alınmaqla İddiaçı1 09.06.2017-ci il tarixə Banka olan əsas borcu 15209,18 ABŞ dolları, faiz borcu isə 1239,55 ABŞ dolları məbləğində təşkil edir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tə ləbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara qeyd olunan Məcəllənin 88, 101-ci maddələrinin tələblərinə müvafiq qaydada iş üzrə toplanmış sübutlarla, həmçinin ekspertizanın rəyləri tədqiq olumuş digər sübutlarla birlikdə hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianın təmin edilməsi qənaətinə gələrkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Lakin “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin ipoteka predmetinin ilkin satış qiymətini göstərməli olduğu halda göst ərilməmiş, ona görə də apellyasiya baxışı zamanı məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilmiş, həmin ekspertizanın nəticəsi olaraq verilmiş rəydən görünür ki, ipoteka predmeti olan avtomobilin 2018-ci ilin iyul ayına olan bazar qiyməti təxminən 28000 manat təşkil edir. Beləliklə, apellyasiya qaydasında işə baxmış məhkəmə kollegiyası tərəfindən qanunun qeyd olunan normalarının tələblərinə tam əməl olunmuş, maddi və prosessual hüquq normalar düzgün tətbiq olunaraq birinci instansiya məhkəməsinin qətnaməsində yuxarıda göstərilən dəyişiklik edilməklə iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 28 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar