Məhkəmə qərarları › İş №2(102)-2992/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2992/2025

01.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2992/2025 01.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, işin kommersiya məhkəməsinə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan və İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 avqust 2025-ci il tarixli, 2(107)717/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmi ş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 16.000 manat məbləğində əsas borcun, 01 aprel 2025-ci il tarixdən 01 aprel 2025-ci il tarixədək pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 3.200 manat faiz borcunun və 148,0 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Qəbələ Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2(025)-179/2025 nömrəli qətnaməsi ilə (hakim Ü.Qənbərov) iddia qismən təmin olunmuş, Cavabdeh 16.000 manatın və 138,0 manat dövlət rüsumunun alınıb İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

3. Qəbələ Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2(025)-179/2025 nömrəli əlavə qətnaməsi ilə (hakim Ü.Qənbərov) İddiaçı Cavabdeh qarşı 3.200 manat faiz və 10,0 manat dövlət rüsumu tələbinə dair iddiası təmin olunmamışdır.

4. Birinci instansiya məhkəməsinin 01 may 2025-ci il tarixli, 2(025)-179/2025 nömrəli əlavə qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.

5. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 avqust 2025-ci il tarixli, 2(107)-717/2025 nömrəli qərardadı ilə (hakim E.İsayevin sədrliyi və məruzəsi ilə, hakimlər E.Mehdiyev və T.Musayev) İddiaçı nümayəndəsi, Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2(025)-179/2025 nömrəli qətnaməsi və Qə bələ Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2(025)-179/2025 nömrəli əlavə qətnaməsi ləğv edilmiş, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir.

6. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 62-ci, Mülki Prosessual Məcəlləsinin 24.1, 24.2, 26.1, 26.2, 31.1, 32.3, 32.4, 32.7, 365, 387.2.1-ci, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli qərarına istinad etməklə göstərmişdir ki, elektron məhkəmə portalı vasitəsilə edilmiş sorğulara əsasən əldə edilmiş sənədlərə əsasən İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir və adına ********** nömrəli VÖEN açılmışdır. Bundan başqa elektron məhkəmə portalı vasitəsilə edilmiş sorğulara əsasən əldə edilmiş sənədlərdən görünür ki, Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir və adına ********** nömrəli VÖEN açılmışdır. Qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmeti nin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. İş materialları ilə müəyyən edilir ki, həm İddiaçı, həm də Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. Bu baxımdan, mübahisə üzrə tərəflərdən hər ikisi sahibkar statusuna malik olduqlarından, hazırkı tələbə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır. Şikayətin dəlilləri:

7. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.

8. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 24.2, 233.1, 372.6, 387.2.1-ci, “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 111 -ci maddələrinin, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının tələbləri pozulmuşdur.

9. Belə ki, apellyasiya məhkəməsi səlahiyyət hədlərindən kobud surətdə kənara çıxmış, Qəbələ Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli qətnaməsi mübahisələndirilməsə də, həmin qətnamə də ləğv olunmuşdur. Bundan başqa, iddiaçı ilə cavabdeh arasında tapşırıq hüquq münasibətləri yaranmış və iddiaçı etibarnamə verərək ona məxsus fərdi yaşayış evinin satılmasını və satışdan əldə edilən vəsaitin tam şəkildə ona təhvil verilməsini tapşırmışdır. Cavabdeh isə h əmin vəsaiti tam şəkildə iddiaçıya təhvil verməmişdir. İşdən görünür ki, nə alqı satqı-müqaviləsində, nə də notariat işində olan digər sənədlərdə iddiaçının və ya cavabdehin vergi ödəyicisi statusunda olması və fərdi yaşayış evini sahibkarlıq məqsədi ilə satılması göstərilməmişdir. İddiaçı fərdi sahibkar kimi fəaliyyət göstərsə də, onun irəli sürdüyü tələb sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə deyil, tapşırıq müqaviləsi üzrə hüquqlarının pozulması ilə bağlıdır. Eyni zamanda, iddiaçı tərəfindən illik 5 faiz zərər tələb edilməsi də hüquq münasibətlərinin xarakterinin dəyişməsinə səbəb olmur. Çünki, hər bir halda iddiaçı tapşırıq müqaviləsi üzrə hüquqlarının pozulması hallarına istinad edir. Tərəflər vergi ödəyicisi statusunda olsalar da, mübahisəli hüquq münasibəti onların sahibka rlıq fəaliyyətindən irəli gəlməmişdir. Apellyasiya məhkəməsi isə mübahisəli hüquq münasibətinin xarakterini müəyyənləşdirmədən, ancaq tərəflərin vergi ödəyicisi olmasına əsaslanaraq işin kommersiya mübahisəsi olması qənaətinə gəlmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qətnamələri ləğv edərək, mülki işin aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edərkən düzgün olmayaraq Mülki Prosessual Məcəllənin 387.2.1-ci maddəsinə əsaslanmışdır. Halbuki, aşağı məhkəmənin qətnaməsini məhkəmə aidiyyəti qaydaları pozulmaqla baxılmasına görə ləğv edən apellyasiya məhkəməsi işə MPM-in 387.2.1-ci maddəsini deyil, MPM-in 387.2.9-cu maddəsini tətbiq edə bilər. Apellyasiya məhkəməsinin belə qərarları yanlış məhkəmə təcrübəsinin formalaşmasına səbəb olur.

10. Ş ikayətə etiraz verilməmişdir. Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə

30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Maddə 31.2. Aidiyyət qaydalarına riayət etməklə məhkəmən in öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.4. işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.9. işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulm ası ilə baxılmışdırsa. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mü bahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının:

11. Mülki Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tə rkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhk əmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

13. Qarışıq məhkəmə tərkibi kassasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, ap ellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

14. Belə ki, Mülki Prosessual Məcəllənin 24.2, 25.2 və 26.1-ci maddələrinin əlaqəli təhlilindən aydın olur ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti; 3) hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.

15. Hazırkı iş üzrə həm iddiaçının, həm də cavabdehin fərdi sahibkar statusunda olmaları işin mübahisə edilməyən halıdır. Mübahisənin predmeti – pul tələbi həmçinin işin kommersiya məhkəməsinə aid olmasını istisna etmir.

16. Odur ki, işin məhkəmə aidiyyətinin müəyyən olunması üçün hüquq münasibətlərinin xarakteri araşdırma predmeti olmalıdır.

17. Apellyasiya instansiyası məhkəm əsi rayon məhkəməsinin qətnaməsini ləğv edərək, işi kommersiya məhkəməsinə göndərərkən yalnız tərəflərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarını əsas kimi götürmüş, hüquq münasibətlərinin xarakterini nəzərə almamışdır. (bax bənd 6)

18. Halbuki, Ali Məhkəmənin Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının 11ci bəndində izah olunduğu kimi, “MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetini n məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir.”

19. Qarışıq tərkib qeyd edir ki, iddiaçı hazırkı tələbi irəli sürərkən mülkiyyətində olan torpaq sahəsinin və fərdi yaşayış evinin satılması və satışdan əldə olunan vəsaitinin ona verilməsi məqsədi ilə cavabdehə etibarnamə verdiyini, aralarında tapşırıq müqaviləsindən irəli gələn münasibətlərin yaranmasını, cavabdehin tapşırığı icra edərək iddiaçının mülkiyyətində olan daşınmaz əmlakı satsa da, əldə olunan pulu tam ona verməməsini iddia etməklə, bu vəsaiti və gecikdirdiyi üçün faizin ödənilməsini məhkəmədən xahiş etmişdir.

20. Göründüyü kimi, iddiaçı tərəflər arasında yaranmış münasibətlərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini göstərməmiş və iddia üzrə məhkəməyə təqdim olunan sübutlarda buna istinad olunmamışdır.

21. Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında şərikli mağaza açmaq barədə iddiaçı ilə razılığa gəldiyini, bu məqsədlə avadanlıq almaqdan ötrü iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin satılması üçün ona etibarnamə verdiyini, həmin etibarnamədən istifadə etməklə daşınmaz əmlakı satdığını, lakin bir müddət sonra zərərə düşdüyünü və iddiaçıya evin dəyərindən 27500 manatı qaytararaq 16000 manat borclu olduğunu göstərmişdir. Lakin, cavabdeh göstərdikləri bu hallarla bağlı məhkəməyə sübut təqdim etməmişdir.

22. Birinci instansiya məhkəməsinin əlavə qətnaməsindən apellyasiya şikayəti verən iddiaçı dəlillərində xüsusi olaraq bir daha da, tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlərin olmasını, cavabdehin tapşırığı icra etməsini, lakin əldə olunmuş pulun iddiaçıya tam şəkildə verməməsini, hər hansı əsas olmadan pulu özündə saxlamasını göstərmişdir. Əlavə olaraq qeyd etmişdir ki, cavabdeh pulun onda qalmasının səbəbini iddiaçı ilə şərikli iş görməsi ilə izah etsə də, bu hal təsdiqini tapmamışdır.

23. Göründüyü kimi, iddiaçı apellyasiya şikayətində iddianın sahibkarlıq fəaliyyətindən irəli gəlməsini inkar etmişdir.

24. Lakin, apellyasiya instansiyası məhkəməsi yalnız cavabdehin izahatını və tərəflərin fərdi sahibkar statusuna malik olmalarını əsas götürməklə, mübahisənin onların sahibkarlıq fəaliyyəti ilə əlaqəni əsaslandırmamaqla işin məhkəmə aidiyyətinə göndərilməsi barədə qərardad qəbul etmişdir.

25. Bu səbəbdən, qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

26. İddiaçının kassasiya şikayəti yuxarıda qeyd olunan əsaslarla təmin olunmalı olduğundan, kassasiya şikayətində istinad olunan digər (məhkəmə tərəfindən prosessual hüquq normaların düzgün tətbiq edilməməsi və apellyasiya baxışının hədlərinin pozulması barədə) dəlillərə prosessual qənaət prinsipinə əsasən hüquqi qiymət verilməsinə zərurət yoxdur.

27. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.2-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 avqust 2025-ci il tarixli, 2(107)-717/2025 nömrəli qərardadı ləğv edilsin və iş mahiyyəti üzrə baxılması üç ün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar