Məhkəmə qərarları › İş №2(102)-2993/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2993/2024

23.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2993/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Əli qızının Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Əli qızının Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2279/2024 nömrəli, 23 may 2024-cü il tarixli qətnaməsindən cavabd eh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Razin qəsəbəsi, Bünyat-zadə küçəsi (hal-hazırda Ş.Kamilov küçəsi), 15/74 nömrəli evin 2 blok, 9 mərtəbəsində yerləşən 4 otaqlı, sahəsi 63.32 kv.m olan 40 nömrəli mənzilinə dair (bundan sonra – mübahisəli mənzil) Məmmədov Rafiq Paşayeviçin adına xx.xx.1986-cı il tarixdə order verilmişdir. Həmin mənzilə Məmmədov Rafiq Paşayeviç 5 nəfər ailə üzvü: İddiaçı2, İddiaçı1, X6, X7 və X9 ilə birlikdə yaşamaq hüququ əldə etmişdir.

2. X8 xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. 3. 146 saylı MKİS tərəfindən verilmiş 654 nömrəli, xx.xx.2021-ci il tarixli arayışa əsasən mərhum Məmmədov Rafiq Paşayeviç vəfat edən günədək mübahisəli mənzildə ailə üz vləri ilə birlikdə qeydiyyatda olub, yaşamışdır.

4. Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli arayışa əsasən, X4, X3, X5, Cavabdeh, X9, X7 mübahisəli mənzildə qeydiyyatdadırlar.

5. X7 və Məmmədova (Orucova) Aysel Sənhan qızının nikahları xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2551/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, X1 mübahisəli mənzilindən istifadə hüququ tanınmış və onun azyaşlı uşağı - xx.xx.2008-ci il təvəllüdlü X3 ilə birlikdə həmin mənzilə köçürülməsi qət edilmişdir.

7. İddiaçı2 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mübahisəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

9. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, X7 ilə cavabdeh faktiki nikah münasibətlərində olmuşlar, rəsmi nikahları xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. X7 ilə cavabdeh arasında 2013-cü ilin noyabr ayında mübahisə olduğundan cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X2 götürərək, evdən çıxıb getmişlər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli qətnaməsi ilə X7 ilə cavabdeh arasında xx.xx.2011-ci il tarixdə qeydiyyata al ınmış nikahları pozulmuşdur. Cavabdeh həmin vaxtdan bu günə kimi həmin ünvanda yaşamamışdır. Hal-hazırda onlarda olan məlumata əsasən cavabdeh Bakı şəhəri, Maştağa qəsəbəsində yaşamışdır. Bununla da onun mübahisəli mənzilə ehtiyacı aradan qalxmışdır. Onlara məxsus mübahisəli mənzildə cavabdeh 9 ilə yaxın müddətdir ki yaşamadığından və cavabdeh onların ailə üzvü hesab edilmədiyindən mövcud iddia tələbi irəli sürülmüşdür.

10. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, onun başqa yaşayış yeri olmamışdır. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(008)-2551/2014 nömrəli qətnaməsi ilə qeyd edilən mənzilə istifadə hüququ tanınmış və həmin mənzilə köçürülməsi qət edilmişdir. Lakin evdə yaşayan şəxslərin qanunsuz əməlləri nəticəsi ndə, yəni ona qarşı zor tətbiq etdiklərindən, icra sənədi icra məmurunun “İcra haqqında” qanunun 23.1.5-ci maddəsinə əsasən məhkəməyə geri qaytarılmışdır.

11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-1073/2023 nömrəli 16 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddia təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2551/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə mübahisəli mənzildən istifadə hüququ tanınmışdır. Hazırda iddiaçılar məhkəməyə müraciət edərək, cavabdehin istifadə hüququ tanınmış mənzildən onun istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş etsələr də, məhkəmə iddiaçıların diqqətinə çatdırara q qeyd etmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)2551/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə cavabdehin mübahisəli mənzilə istifadə hüququnun tanınması hazırkı mülki iş üzrə preyudisial əhəmiyyətə malik olduğundan, iddia tələbi təmin edilə bilməz. İddiaçılar yalnız kompensasiya verməklə cavabdehin qeyd edilən mənzilə istifadə hüququna xitam verilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər.

13. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan SSR-in xx.xx.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54, 123-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respubl ikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. İddiaçılar birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

15. İddia tələbinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, mənzilin mərhum sahibi olan Rafiq Məmmədovun övladlarından biri olan İlqar Məmmədov cavabdeh ilə ailə qurduqdan sonra cavabdeh mənzilə gəlin gəlmiş və mənzildə yaşamağa başlamışdır. İlqar ilə cavabdehin nikahı xx.xx.2014-cü il tarixdə pozulmuşdur. Belə olan halda, iddiaçıların cavabdehə qarşı irəli sürdükləri “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi b arədə” iddiaları Mülki Məcəllənin 228.2 və 228.5-ci maddələrinin tələbləri baxımından deyil, xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbləri baxımından həll olunmalı idi. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə səhv və əsassız olmuşdur.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3061/2023 nömrəli 13 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışınski və Azad İmanov) iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

17. Apellyasiya instansiya məhk əməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işə baxmış birinci instansiya məhkəməsi hazırkı işin hallarını səhv müəyyən etdiyindən iş üzrə tətbiq olunan maddi hüquq normalarını da səhv tətbiq etmiş, tətbiq edilməli olan normaları tətbiq etməmişdir. Apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olmuşdur. Lakin iddiaçıların cavabdehə qarşı irəli sürdükləri “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi barədə” iddiaları və bu iddia tələbinin əsaslı olması ilə bağlı apellyasiya şikayətlərinin dəlili əsassız olmuşdur.

18. Kollegiya qeyd etmişdir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2551/2014 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2014-cü il tarixli qətnamə əsasında yaranmamışdır. Həmin qətnamənin özündən də görünür ki, cava bdeh X7 ilə 2006-cı ildə faktiki nikaha daxil olmaqla mübahisəli evə gəlin kimi köçüb orada yaşadığı vaxtdan yaranmışdır.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıların istinad etdikləri və xx.xx.2009cu il tarixdə qüvvədə minmiş Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.

20. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə tərəflər arasında mənzildən istifadə edilməsi ilə əlaqədar münasibətlər xx.xx.2000-ci il tarixdən sonra, lakin xx.xx.2009-cu il tarixədək, yəni cavabdehin 2006-cı ildə mənzilə köçməsi zamanı yarandığından, hazırkı iş üzrə tərəflər arasında yaranmış mövcud mülki mübahisə iddiaçıların təklif etdikləri qaydada, yəni xx.xx.2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbləri baxımından həll edilə bilməz. Mübahisə, xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələbləri baxımından həll edilməlidir.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1992-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndinə görə, “belə hallarda məhkəmə şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsini və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Bu sübutlara şəxsin yaşayış yerindən qeydiyyatda n çıxmasını, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməsini, yeni iş yerində mənzillə təmin edilməsini və sair bu kimi halları təsdiq edən sənədlər aid ola bilər.” Lakin hazırkı işdə belə sənədlər olmamışdır. İddiaçılar cavabdehin daimi yaşamaq üçün başqa ünvana köçdüyünü bildirsələr də cavabdehin mülkiyyətində, icarəsində və ya istifadəsində başqa yaşayış sahəsinin olması, yaxud cavabdehin hər hansı bir şəxsin mülkiyyətində və ya icarəsində olan başqa yaşayış sahəsinə onun ailə üzvü kimi və ya digər əsasla istifadə hüququ əldə etməsi barədə sübutlar təqdim etməmişlər. Ona görə də cavabdehin mənzilə istifadə hüququnun itirilmiş hesab olunması barədə iddiaçıların tələbi əsassız olmuşdur. Mənzil cavabdehin yeganə və daimi yaşayış yeri olmuşdur. Cavabdehin yaşayış yerində yalnız uzu n müddət olmaması onun mənzilə istifadə hüququnun itirilməsinə əsas ola bilməz. Mütləq sübuta yetməlidir ki, cavabdeh yaşayış yerini daimi əsaslarla dəyişmişdir.

22. Kollegiya tərəfindən müəyyən edilmişdir ki, iddiaçılar cavabdehin mübahisəli mənzilə olan istifadə hüququna xitam verilməsi ilə bağlı cavabdehə, işə baxmış birinci instansiya məhkəməsinin bildirdiyi kimi, kompensasiya verməyə borclu deyillər. Birinci instansiya məhkəməsinin bu kimi yanaşması səhv olmuşdur. Bu baxımdan qəbul edilməlidir ki, apellyasiya şikayətinin həmin məsələ ilə bağlı olan dəlillərinin qismən əsaslı olmasına dəlalət etmişdir.

23. Məhkəmə cavabdehin mübahisəli mənzildə yaşamaması ilə bağlı qeyd etmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2551/2014 nömrəli xx.xx.2014-cü il tarixli qətnaməsi ilə c avabdehin mübahisəli mənzilə köçürülməsi qət edilsə də, cavabdeh bu günə kimi həmin mənzilə köçməmişdir. Cavabdeh bu halı onunla izah etmişdir ki, o, onun mənzilə köçürülməsi barədə qətnamənin olmasına baxmayaraq, mənzilə köçə bilməmiş, iddiaçılar onu mənzilə buraxmamışlar. İddiaçıların qanunsuz əməlləri nəticəsində, yəni ona qarşı zor tətbiq etdikləri üçün icra məmuru qeyd edilən qətnamə üzrə verilmiş icra vərəqəsini icra etmədən məhkəməyə qaytarmışdır.

24. Məhkəmə kollegiyası cavabdehin verdiyi bu məlumatların araşdırılması məqsədi ilə yuxarıda qeyd edilən qətnamənin icrasını həyata keçirən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən müvafiq sənədləri almış və onları tədqiq etmişdir. Həmin sənədlərə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)2551/2014 nömrəl i xx.xx.2014-cü il tarixli qətnaməsi əsasında xx.xx.2022-ci il tarixdə verilmiş icra vərəqəsi həmin İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərarına əsasən Şöbənin icraatında olmuşdur. Hazırkı iş üzrə iddiaçılara (qeyd edilən iş üzrə cavabdehlərə) icra sənədinin könüllü icra edilməsi ilə bağlı İcra Şöbəsi tərəfindən bildiriş verilsə də, onlar icra sənədini icra etməmişlər və İcra Şöbəsinin verdiyi təqdimata baxmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimatın təmin edilməsi, hazırkı iş üzrə iddiaçıların (qeyd edilən iş üzrə cavabdehlərin) İcra Şöbəsinə məcburi qaydada gətirilmələri qərara alınmışdır. Bununla da müəyyən edilmişdir ki, hazırkı iş üzrə iddiaçılar cavabdehin mübahisəli mənzilə köçməsinə, yaşamasına qəsdən mane olmuşlar.

25. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş) 53, 54, 60-cı maddələrinə, “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1992-ci il tarixli, 2 №-li və “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

26. İddiaçı1 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin evdən istifa də hüququ olub, lakin o, evi tərk edib daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçməklə evdən istifadə hüquqlarını itirmişdir. Belə ki, həmin şəxsin evdən istifadə etməsi ilə bağlı münasibətlər əvvəlki Mənzil Məcəlləsinin qüvvədə olduğu zaman yarandığından mübahisə həmin Məcəllənin müddəalarına uyğun həll edilməli idi. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarının 2-ci bəndindən görünür ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətdə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsində olan hüquqlarından məhrum etmir. Odur ki, əvvəlki Mənzil Məcəlləsinin 87-ci maddəsində əvvəlki göstərilən əsaslar müəyyən edildikdə icarədar və ya onun ailə üzvlərinin yaşayış sahəsində istifadə hüququ itirilmiş sayılır. Həmin əsas isə ondan ibarət olmuşdur ki, icarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməli və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməlidir. Bu qayda qanunun analogiyasına əsasən xüsusi mülkiyyətdə olan yaşayış sahələrinə də tətbiq edilir. Odur ki, göstərilən əsasla cavabdehin evdən istifadə hüquqları xitam olunmuşdur. Həmçinin hazırkı mübahisə üzrə tərəflər xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuşlar. Tərəflər arasında bağlanmış nikah xx.xx.2014-cü il tarixdə pozulmuşdur. Belə olan halda tərəflər arasında olan hüquq münasibətlərinin 01 oktyabr 2009-cu ildən sonrakı dövrdə yarandığı müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi işin hallarını yanlış qiymətləndirmiş, bu zaman Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə zidd mövqe tutmuşdur. Məhkəmə həmçinin təqdim olunmuş sübutlara deyil, özünün mülahizəsinə uyğun qərar qəbul etmişdir. Belə ki, iddiaçılar müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin təmin olunması üçün heç bir sübut məhkəməyə təqdim etməmişlər. Məhkəmə işin hallarını və qanun normalarını sadalamaqla qətnamə qəbul etmişdir. İddiaçılar öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişlər.

28. Ali Məhkəmənin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-48/2024 nömrəli 22 yanvar 2024-cü il tarixli qərarı ilə (hakimlər Zaur Əliyev (sədrlik edən və məruzəçi), Aqil Abbasov və Vidadi Məmmədov ) kassasiya şikayətinin qismən təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

29. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Apellyasiya məhkəməsi mübahisəyə qeyd olunan normaları tətbiq etməkdə haqlı olsa da, həmin qaydalar çərçivəsində meydana gəlmiş istifadə hüququnun (bu fakt daha əvvəl məhkəmə aktı ilə təsbit olunmuşdur) aradan qalxması ilə bağlı halları lazımi şəkildə araşdırmamış və mübahisəli hallara düzgün hüquqi qiymət verməmişdir.

30. Apellyasiya məhkəməsi iddianı rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, iddiaçılar, cavabdehin daimi yaşamaq üçün başqa ünvana köçdüyünü bildirsəl ər də, sonuncunun mülkiyyətində, icarəsində və ya istifadəsində başqa yaşayış sahəsinin olmasını, yaxud cavabdehin hər hansı bir şəxsin mülkiyyətində və ya icarəsində olan başqa yaşayış sahəsinə onun ailə üzvü kimi və ya digər əsasla istifadə hüququ əldə etməsi barədə sübutları təqdim etməmişlər. Kollegiya bu mövqeyi kifayət qədər əsaslandırılmış və mübahisənin düzgün həlli üçün yetərli hesab etməmişdir. Ona görə ki, mənzildən istifadə hüququnun itirilməsi üçün hüquq sahibinin mülkiyyətində və ya icarəsində başqa yaşayış sahəsinin olması, yaxud ailə üzvü kimi və ya digər əsasla istifadə hüququ əldə etməsi məcburi şərt deyil. Bu hallar istifadə hüququnun itirilməsinə əsas olsa da, bir şəxsin öz iradəsi daxilində, daimi olaraq və uzun müddət başqa ünvanda yaşaması da işin hallarına görə hə min hüququn itirilməsinə əsas verə bilər.

31. Kollegiya qeyd etmişdir ki, belə hallar qiymətləndirilərkən istifadə hüququ sahibinin mübahisəli mənzilə köçməməsinin səbəb(lər)i, bu halın onun öz iradəsindən qaynaqlandığı, yoxsa başqalarının maneçilik törətdikləri, maneçilik olmuşsa bunun üçün tələbkarın gördüyü tədbirlərin, yəni özünün prosessual fəallığının nədən ibarət olması (icra məmuruna və digər aidiyyəti orqanlara müraciət edib-etməməsi və s.), etməmişsə bunun səbəbləri, öz həyatını davamlı olaraq başqa yaşayış yerində qurması, həmin yerdə qaldığı müddətin uzunluğu və sair diqqətəlayiq hallar nəzərə alınmalıdır.

32. Baxılan işdə cavabdehin 2013-cü ildən mübahisəli mənzildə deyil, başqa ünvanda yaşadığı mübahisəsiz olmuşdur. İddiaçılar hazırkı iddianı xx.xx.2022-ci ildə qaldırmışlar. Bundan sonra, yəni xx.xx.2022-ci ildə cavabdehin mübahisəli evə köçürülməsi barədə 2014-cü ildə çıxarılmış məhkəmə qərarı üzrə icra vərəqəsi verilmiş və sonrakı tarixlərdə icra hərəkətləri aparılmışdır. Kollegiya vurğulamışdır ki, bu kimi hallar mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi cavabdehin mübahisəli mənzilə köçürülməsi barədə məhkəmə aktının olmasına baxmayaraq, 8 ildən artıq müddət ərzində başqa ünvanda qalmasının və həmin məhkəmə qərarı üzrə icra hərəkətlərinin aparılmamasının səbəblərini, cavabdehin bu müddət ərzində mübahisəli mənzildə yaşamaq üçün özündən asılı olan hüquqi hərəkətləri edib-etməməsini, iddiaçıların buna maneçilik yaradıbyaratmamasını və digər əhəmiyyətli halları araşdırmamış, iddianın qaldırıldığı vaxta dək tərəflər arasındakı münasibətlərə hüquqi qiymət vermədən, gəldiyi nəticənin əsaslarından biri kimi xx.xx.2022-ci il tarixdən sonrakı icra hərəkətlərinə istinad etmişdir.

34. Təkrar apellyasiya baxışı zamanı tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.

35. Məhkəmə kollegiyası mövq eyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş) 53, 54, 60, 87-ci maddələrinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

36. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-2279/2024 nömrəli 23 may 2024cü il tarixli qərardadı ilə (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Xəyal Sarıyev) birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, iddiaçıların cavabdehə qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iş üzrə icraata İddiaçı2 Əli qızına münasibətdə xitam verilmişdir.

37. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-2279/2024 nömrəli 23 may 2024cü il tarixli qətnaməsi ilə (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Fuad Abdıy ev və Xəyal Sarıyev) İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılmaqla, İddiaçı1 cavabdehə qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi iddiasının təmin edilməsi, cavabdehin mübahisəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi qət edilmişdir.

38. Məhkəmə mollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, kassasiya instansiyası məhkəməsinin mövqeyi nəzərə alınaraq, işin halları qiymətləndirilərkən istifadə hüququ sahibinin mübahisəli mənzilə köçməməsinin səbəb(lər)i, bu halın onun öz iradəsindən qaynaqlandığı, yoxsa başqalarının maneçilik törətdikləri, maneçilik olmuşsa bunun üçün tələbkarın gördüyü tədbirlərin, yəni özünün prosessual fəa llığının nədən ibarət olması (icra məmuruna və digər aidiyyəti orqanlara müraciət edib-etməməsi və s.), etməmişsə bunun səbəbləri, öz həyatını davamlı olaraq başqa yaşayış yerində qurması, həmin yerdə qaldığı müddətin uzunluğu və sair hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(008)-2551/2014 nömrəli icra sənədi ilə bağlı icra işinin materialları tələb olunmuşdur.

39. İcra işinin materialları araşdırılarkən müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(008)-2551/2014 nömrəli icra sənədi üzrə xx.xx.2014-cü il tarixdə icraata başlanılmış, qətnamənin icrası ilkin olaraq xx.xx.2014-cü il tarixə, sonradan isə xx.xx.2014-cü, xx.xx.2014-cü və xx.xx.2014-cü il tarix lərə təyin olunmuş, cavabdehə ünvanlanmış məktublarda gəlmədiyi təqdirdə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.5-ci maddəsinə əsasən icra sənədinin geri qaytarılacağı barədə xəbərdarlıq olunmuşdur. Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin xx.xx.2015-ci il tarixli qərarına əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(008)-2551/2014 nömrəli icra sənədi tələbkar-cavabdehə dəfələrlə məlumat verilməsinə baxmayaraq, gəlməməklə hərəkətsizlik göstərdiyinə görə icra sənədi məhkəməyə qaytarılmışdır.

40. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin xx.xx.2015-ci il tarixli qərarı tələbkar tərəfindən mübahisələndirilməmiş və hazırkı iddia qaldırılana kimi onun tərəfindən icra sənədinin icrası ilə bağlı hər hansı b ir müraciət olunmamışdır. Cavabdehin mübahisəli mənzilə köçürülməsi barədə məhkəmə aktının olmasına baxmayaraq, o, bu aktın icrasında maraqlı olmamış, hərəkətsizliyi ilə icranın həyata keçirilməsinə mane olduğundan icra sənədi məhkəməyə qaytarılmış, 8 ildən artıq müddət ərzində başqa ünvanda yaşamış, orada yaşamaq üçün özündən asılı olan heç bir hüquqi hərəkət etməmişdir.

41. Məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd olunan xüsusatlar yuxarıda göstərilən normalar baxımından cavabdehin mübahisə predmeti olan mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi üçün əsas olmuşlar.

42. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş) 53, 54, 60, 87-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

43. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

44. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh mübahisəli mənzilə Sabunçu rayon İcra Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə köçürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi xx.xx.2024-cü il tarixdə işə baxan zaman cavabdeh artıq mübahisəli mənzildə 10 aydır ki, köçüb yaşayırmış. Cavabdeh həmin mənzildə qanuni əsaslarla (məhkəmə qətnaməsinə əsasən) yaşamış, oradan istifadə etmiş, mənzilin kommunal xidmətlərini ödəmişdir. Keçmiş əri 10 ildir uşağına görə aliment ödəməmiş, onun 13.000 manat aliment borcu yaranmış, aliment ödəmədiyinə görə məhkəmə onu 1 il azadlıqdan məhrum etmişdir.

45. Mübahisəli mənzilə köçə bilməməyi barədə bildirir ki, Sabunçu rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli aktında icra zamanı mənzildə olan şəxslərin cavabdehin mübahisəli mənzilə köçürülməyinə maneçilik etməsinə baxmayaraq, icra sənədinin icra olunduğu qeyd olunur.

46. Cavabdeh keçmiş əri onu öldürmək istəməsi ilə bağlı Sabunçu rayon Polis İdarəsinə müraciət etmiş, buna dair sübutu olmuş, ərizəni məhkəməyə təqdim etmişdir. Onun bu mənzildən başqa yaşayış yeri olmamış, mənzildən çıxarıldıqdan so nra bir müddət anasının evində, sonra isə kirayədə yaşamışdır. Lakin buna baxmayaraq, 2014-cü ildən 2023-cü ilə kimi mübahisəli mənzilin kommunal xidmətlərini özü ödəmiş, buna dair qəbzləri olmuşdur. Bu hal cavabdehin həmin mənzil ilə əlaqəsinin kəsilmədiyini şəksiz nümayiş etdirmişdir.

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsi barədə qərarı bu tələbə aid olmamışdır. Bu qərar xüsusi mülkiyyətdə olan evlərə şamil olunur, cavabdehin köçdüyü ev isə dövlət mülkiyyətindədir, hələ də özəlləşdirilməmişdir, mənzilin icarədarı mərhum qayınatası olmuşdur. Hal-hazırda mənzilin icarədarı olmamış, iddiaçı da cavabdeh kimi həmin mənzilin sakini olmuş, onun cavabdeh barəsində iddia qaldırmaq hüququ olmamışdı r.

48. Cavabdeh şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 7, 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16-18, 139, 139-1, 144-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

49. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan)

50. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqla ra malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

51. Maddə

54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bəra bər surətdə istifadə etmək hüququ əldə edirlər.

52. Maddə

60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

53. Maddə

87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarı

54. Azərbaycan Respublikası Mülki Məcəll əsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

57. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

58. Maddə 2 17.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

61. Qanunun tələbinə görə, kassasiya inst ansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

62. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləy ən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

64. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

65. Bu baxımdan i şin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

66. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

67. Kassatorun mübahisəli mənzil mülkiyyətdə olan mənzil olmadığına görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsi b arədə qərarında ifadə olunmuş hüquqi mövqelərin bu işə tətbiq edilməsinin mümkün olmadığı barədə dəlilləri əsassızdır. Belə ki, yaşayış sahəsindən istifadə hüququ, hər bir halda başqasına məxsus mənzildə yaşamaq ehtiyacından yaranır. Başqa sözlə şəxsin mübahisəli mənzildən istifadə etməyə ehtiyacı yoxdursa və ya aradan qalxmışdırsa, həmin mənzildən istifadə hüququ da itirilir. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinə əsasən yaranmış istifadə hüququnun qanuni əsaslarla aradan qalxması da mümkündür.

68. Belə ki, həmin Məcəllənin 60 və 87-ci maddələrində icarədar və onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya köçməsi icarə müqaviləsinin pozulmuş sayılmasına imkan verən haldır. Müvəqqəti başqa yerə getdikdə isə onların yaşayış sahəsi altı ay saxlanılır.

69. Hətta şəxsi servitut sayılan mənzildən istifadə hüququ, MM-in 228.5-ci maddəsinə əsasən yarandıqdan sonra müvafiq şərtlər gerçəkləşdikdə (məsələn, istifadə hüququ sahibi ayrı yaşayış sahəsi əldə etdikdə, daimi olaraq yaşamaq üçün başa yerə köçdükdə və s.) həmin hüququn hər hansı kompensasiya verilmədən qanuna əsasən aradan qalxması mümkündür. Bu səbəbdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsini istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun aradan qalxdığı hallara aid etmişdir.

70. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də işin hallarını bu əsaslar üzrə yoxlamış, müəyyən etmişdir ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(008)-2551/2014 nömrəli icra sənədi üzrə xx.xx.2014-cü il tarixdə icraata başlanılmış, qətnamənin icrası ilkin olaraq xx.xx.2014-cü il tarixə, sonradan isə xx.xx.2014-cü, xx.xx.2014-cü və xx.xx.2014-cü il tarixlərə təyin olunmuş, cavabdehə ünvanlanmış məktublarda gəlmədiyi təqdirdə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.5-ci maddəsinə əsasən icra sənədinin geri qaytarılacağı barədə xəbərdarlıq olunmuşdur. İcra şöbəsinin xx.xx.2015-ci il tarixli qərarına əsasən icra sənədi tələbkarcavabdehə dəfələrlə məlumat verilməsinə baxmayaraq, gəlməməklə hərəkətsizlik göstərdiyinə görə icra sənədi məhkəməyə qaytarılmışdır. İcra şöbəsinin xx.xx.2015-ci il tarixli qərarı tələbkar tərəfindən mübahisələndirilməmiş və hazırkı iddia qaldırılana kimi onun tərəfindən icra sənədinin icrası ilə bağlı hər hansı bir müraciət olunmamışdır. Cavabdeh 8 ildən artıq müddət ərzində başqa ünvanda yaşamış, orada yaşamaq üçün özündən asılı olan heç bir hüquqi hərəkət etməmişdir.

71. Məhkəmə kollegiyası haqlı olaraq hesab etmişdir ki, bu hal, yuxarıda göstərilən normalar baxımından cavabdehin mübahisə predmeti olan mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi üçün əsasdır.

72. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkə mənin gəldiyi nəticə əsaslandırılmışdır.

73. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

74. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2279/2024 nömrəli, 23 may 2024 -cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar