Məhkəmə qərarları › İş №2(102)-2993/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2993/2025

04.11.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2993/2025 04.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Şirvan şəhəri 1 saylı notariat ofisinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: bağışlama müqaviləsinin etibarsızlığı. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Şirvan şəhər 1 saylı notariat ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onların əsasında verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kolle giyasının 2(106)-822/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh1, Cavabdeh2 tərəfindən birgə verilən kassasiya şikayətinə 04 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 15.10.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 şəhəri M.Əsədov küçəsi ev 3A ünvanında yerləşən mülkiyyətində olan torpaq sahəsinin 0,021 ha hissəsini İddiaçı satmışdır. 2. ünvan 1 (Yeni qaydalarla AZ1800 Şirvan şəhəri Məhəmməd Əsədov küçəsi ev 1) fərdi yaşayış evi və 0,021 ha torpaq sahəsi daşınmaz əmlak üzərində hüququ daşınmaz əmlakın dövlət reyestrində 24 nömrəli reyestr kitabının 36 nömrəli vərəqəsində İddiaçı adına xx.xx.2019-cu ildə mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. 3. xx.xx.2022-ci il tarixdə İddiaçı bacısı Cavabdeh2 xx.xx.2025-ci il tarixədək AR-İİ 816232 nömrəli etibarnamə vermiş, həmin etibarnamədə nümayəndəyə ona məxsus daşınar və daşınmaz əmlaklar barəsində sərəncam vermək hüququ verilmişdir.

4. Həmin etibarnamə əsasında Cavabdeh2 xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsi əsasında İddiaçı adından Şirvan şəhəri M.Əsədov küçəsinda yerləşən 3A saylı (Yeni qaydalarla AZ1800 Şirvan şəhəri Məhəmməd Əsədov küçəsi ev 1) fərdi yaşayış evini və 0,021 ha torpaq sahəsini anası Cavabdeh1 bağışlanmışdır. xx.xx.2023-cü il tarixdə həmin əmlaklar üzərində Cavabdeh1 mülkiyyət hüququ qeydə alınmışdır.

5. Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsi bağlanmış və Cavabdeh1 qeyd edilən əmlakları Cavabdeh2 bağışlamışdır. xx.xx.2024-cü il tarixdə həmin əmlak lar üzərində Cavabdeh2 mülkiyyət hüququ qeydə alınmışdır. 6. 08.02.2024-cü il tarixdə iddiaçı Cavabdeh2 verilmiş xx.xx.2022-ci il tarixli etibarnaməyə xitam verilməsinə dair notariat orqanına ərizə ilə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Şirvan şəhər 1 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvan 2 ünvanı Şirvan Şəhəri 1 Saylı Notariat Ofisində rəsmiləşdirilmiş “Daşınmaz Əmlakın Bağışlanmasına dair” 19 dekabr 2023-cü il tarixli 4Ə-1124 reyestr nömrəli və 12 mart 2024-cü il tarixli 4Ə-214 reyestr nömrəli daşınmaz əmlakın bağışlanmasına dair müqavilələrin etibarsız hesab edilməs i və bağışlanma müqavilələri əsasında əldə edilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, **********34-10301 reyestr nömrəli və xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli, **********34-10301 reyestr nömrəli çıxarışların ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan mübahisəli torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evini Cavabdeh2, İddiaçı vermiş olduğu etibarnamə əsasında Cavabdeh1 bağışlamış və Cavabdeh1 xx.xx.2023-cü il tarixli çıxarış sənədi ilə daşınmaz əmlakın dövlət reyestrində hüquqlarını qeydiyyata aldırmışdır. Sonradan Cavabdeh1 həmin ünvanda yerləşən mübahisəli torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evini Cavabdeh2 bağışlamış və Cavabdeh2 xx.xx. 2024-cü il tarixli çıxarış sənədinə əsasən hüquqlarını dövlət reyestrində rəşmiləşdirmişdir. İddiaçı bacısı Cavabdeh2 etibarnaməni verməkdə məqsədi Azərbaycan Respublikası hüdudlarından kənarda olduğu müddətdə mülkiyyətində olan “QAZ 2705” yük markalı **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini istifadəsi ilə bağlı hərəkətlərin həyata keçirilməsi olmuşdur. Lakin verilmiş olan etibarnamədən sui-istifadə edilərək, iddiaçının mülkiyyətində olan əmlak özgəninkiləşdirilmişdir.

9. Cavabdeh1 iddia tələbinə qarşı etirazını belə əsaslandırmışdır ki, mübahisəli əmlak onun qızı İddiaçı mülkiyyətində olub. Həmin evdə iddiaçının uşaqları yaşayır. Qızı İddiaçı nikahı pozulduqdan sonra başqa bir şəxslə ailə həyatı qurmuşdur. Onun evi öz adına özəlləşdirməkdə məqsədi evin digər şəxslərin əli nə keçməməsi və gələcəkdə İddiaçı övladlarına qalması olmuşdur.

10. Cavabdeh2 iddia tələbinə qarşı etirazını belə əsaslandırmışdır ki, mübahisəli əmlak həqiqətən də onun bacısı Dilarənin mülkiyyətində olub. O, Dilarənin ona vermiş olduğu etibarnamədən istifadə edərək, evi anasına bağışlamış və sonra da anası evi yenidən ona bağışlamışdır. Evi öz adına özəlləşdirməkdə məqsədi evin digər şəxslərin əlinə keçməməsi və gələcəkdə İddiaçı övladlarına qalması olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin olunmamasını xahiş etmişdir.

11. Şirvan Şəhər Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2(032)-758/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim Ceyhun Mustafayev).

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan əmlak onun iradəsi əleyhinə olaraq onu təmsil edən şəxs Cavab deh2 tərəfindən ilkin olaraq anası hazırkı iş üzrə Cavabdeh1 bağışlanmış, sonra isə təkrarən bağlanmış olan bağışlanma müqaviləsi əsasında Cavabdeh1 tərəfindən Cavabdeh2 bağışlanmışdır. Bununla da dolayı olaraq təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqd bağlanmışdır ki, bu da mülki qanunvericiliyin tələblərinə zidd olmuşdur.

13. İddiaçı tərəfindən Cavabdeh2 verilmiş olan etibarnaməyə münasibətdə hesab edilmişdir ki, “iddiaçı tərəfindən bacısı Cavabdeh2 etibarnamə verilsə də, verilmiş olan etibarnamə onun adından bağışlanma müqaviləsinin bağlanması ilə bağlı deyil, iddiaçının mülkiyyətində olan “QAZ 2705” yük markalı **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı hərəkətlərin həyata keçirilməsi ilə bağlı olmuşdur.

14. Həmçinin iddiaçının aidiyyəti qurumlara mür aciəti və onun məhkəməyə vermiş olduğu izahatlarından müəyyən edilmişdir ki, təmsilçi tərəfindən edilmiş olan hərəkətlər onun iradə ifadəsinə zidd olmuşdur.

15. Məhkəmə hesab etmişdir ki, sübutetmə yüklülüyü cavabdeh tərəfin üzərinə düşsə də, cavabdehlər tərəfindən həmin halı təkzib edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

16. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 5.3, 6.1.3, 324.1, 324.5, 337.1, 337.5, 359.1, 359.3, 668.1, 673.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

17. Cavabdehlər Cavabdeh2 Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayətində qeyd edilmiş dir ki, əgər iddiaçı yalnız övladları ilə əlaqədar sənədləşmə işlərinin aparılması və nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi ilə bağlı hüquqlarını etibar etmiş olsaydı, o halda etibarnamədə yuxarıda göstərilmiş hüquq normaları üzrə səlahiyyətləri cavabdehə verilmiş olmazdı. Digər tərəfdən, iddiaçı xx.xx.2023-cü il tarixində fərdi yaşayış evi üzrə mülkiyyətə dair sənədləri tapmadığını qeyd etsə də, iddiaçı şikayəti əsasında polis şöbəsində araşdırma aparılarkən şikayətini anasının sənədləri qaytaracağını bildirdiyindən 2023-cü ilin fevral ayında geri götürsə də, həmin sənədləri geri ala bilməməsinə, eyni zamanda, mülkiyyətində olan mübahisəli evin anasına etibarnamə əsasında bağışlanması barədə məlumatlı olmasına baxmayaraq həmin tarixlərdə deyil, 2024-cü ilin aprel ayında iddia qaldır mışdır. Qeyd olunmuş əsaslarla təsdiq etmişdir ki, iddiaçı ünvan 2 ünvanında yerləşən 175.6 kv.m olan fərdi yaşayış evinin bağışlanmasına etiraz etməmişdir və xx.xx.2023-cü il tarixli bağışlanma müqaviləsi barədə məlumatlı olmuşdur.

19. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 oktyabr 2024-cü il tarixli, 2(106)-1691/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi rədd edilmişdir (hakimlər: T.Heydərov - sədrlik edən və məruzəçi, M.Əsədli və A.Novruzova)

20. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı etibarnamə verərkən notarius tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, verdiyi etibarnamə ilə hansı hüquqi nəticələrin baş verə biləcəyi göstərilmişdir. İddiaçı həmin bağışlama müqaviləsindən məlumatlı olmuşdur.

21. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, etibarnamə üzrə İddiaçı tərəfindən verilən səlahiyyətlər qismində harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınan və daşınmaz əmlaklarını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, dəyişmək, hədiyyə qəbul etmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək, kirayə və icarəyə vermək haqqında əqdləri bağlamaq səlahiyyətləri açıq-aşkar göstərilmişdir.

22. Məhkəmə kollegiyası hesab etmişdir ki, biri nci instansiya qeyd edilən hüquqi sənədləri işin faktiki hallarına uyğun, tərəflərin izahatları ilə müqayisəli təhlil etmədən hesab etmişdir ki, təmsilçi yəni Cavabdeh2 təmsil edilənin, yəni İddiaçı iradəsinə zidd hərəkət etmişdir: əvvəla, İddiaçı Qaz 2705 yük markalı **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı etibarnamənin verilməsi ilə, etibarsızlığı tələb olunan bağışlama müqavilələri arasında heç bir səbəbli əlaqə müəyyən edilmir.

23. Əksinə apelyasiya icraatı zamanı tərəflərin izahatından müəyyən edilmişdir ki, İddiaçı tərəfindən bacısı Cavabdeh2 etibarnamə verməkdə məqsədi məhz onun mülkiyyətində olan daşınmaz əmlak üzərində sərəncam verməklə özgəninkiləşdirilməsi olmuş, Cavabdeh2 da, öz növbəsində verilmiş səlahiyyət həddində hüquqa uyğun davranmışdır. Əgər iddi açı iddia etdiyi kimi etibarnamə məhz nəqliyyat vasitəsi ilə əlaqədar verilmişdirsə, onda həmin etibarnamədə yalnız nəqliyyat vasitəsinin istifadə və idarə olunması ilə bağlı müddəalar əksini tapmış olardı. Lakin qeyd edilən etibarnamədə daşınar və daşınmaz əmlaklar barəsində sərəncam verilməsi ilə bağlı müddəalar, yəni (bütün daşınar və daşınmaz əmlaklarımı idarə etməyi, və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, dəyişmək, hədiyyə qəbul etmək, əmlakı ipotekanı qəbul etmək, bağlanan əqdlər üzrə haqq-hesab aparmağı kimi səlahiyyətləri vermişdir.) daşınmaz əmlakın bağışlanması səlahiyyəti dəqiqliklə qeyd edilmişdir.

24. Kollegiya hesab etmişdir ki, etibarnamə üzrə təmsilçi Cavabdeh1 daşınmaz əmlakın bağışlanması ilə bağlı səlahiyyət verilərkən iddiaçı həmin səlahiyyətin doğuracağı hüquqi nəticələrdən məlumatlı olmuş və artıq iddiaçının gələcəkdə bağlanacaq bağışlama müqaviləsinin bağlanmasına yönəlmiş iradə ifadəsi etibarnamə ilə öz təsdiqini tapmışdır. Ona görə də xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddiaçının hazırkı tələbi haqlı sayıla bilinməz.

25. Apellyasiya kollegiyası iddiaçının iddia tələbinin bağışlanma müqavilələri əsasında əldə edilmiş çıxarışların ləğv edilməsi ilə bağlı qeyd etmişdir ki, bu tələb iddiaçının iddia tələbinin birinci xahişi olan bağışlama müqavilələrinin etibarsız hesab olunması xahişindən törəmə tələb olduğundan birinci tələbin təmin edilməsi üçün əsaslar olmadığından ikinci tələbin təmin olunması da aradan qalxmış olur. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

26. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 5.3, 6.1.3, 324.1, 324.5, 337.1, 359.1, 359.3, 666.1, 668.1-ci, habelə Mülki Prosessual Məcəllənin 14.2, 217.3, 217.4, 218.1-ci maddələri pozulmuşdur. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 tərəfindən bağlanmış olan xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsi İddiaçı iradə ifadəsini ifadə etməmiş, sonradan mübahisəli əmlakın bağışlama mü qaviləsi üzrə yenidən Cavabdeh2 bağışlanması da təmsilçinin özü barəsində əqd bağlanması hesab edilməli idi.

28. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-563/2025 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (hakimlər: Vüqar Həsənov, İspəndiyar Şəfiyev, Əhməd Əhmədov).

29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayaq qeyd etmişdir ki, bütün əmlakı üzrə təmsilçiliyin təmsil edənə verilməsi özlüyündə etibar edənə məxsus olan bütün əmlaka sərəncam verilməsini özündə ehtiva edir. Lakin iddiaçı göstərir ki, ümumi etibarnamə vermiş olsa da faktiki olaraq həmin etibarnamənin verilməsində məqsədi mülkiyyət ində olan digər əmlakla (nəqliyyat vasitəsi) bağlı hüquqi hərəkətlərin ölkədə olmadığı müddət ərzində daha çevik aparılması ilə bağlı olmuşdur.

30. Apellyasiya instansiya məhkəməsi iddiaçının həmin dəlili ilə razılaşmamış və həmin dəlili əsaslı hesab etməmişdir. Lakin nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən etibarnamə 15 noyabr 2022-ci ildə verilmiş, istinad olunan nəqliyyat vasitəsinin istifadə edilməsinə dair sonuncu etibarnamə 09 oktyabr 2023-cü il tarixdə verilmiş, mülkiyyətçi adından etibarnamə Cavabdeh2 tərəfindən imzalanmışdır. Göstərilən etibarnamə və işdə olan digər etibarnamələrin məzmunundan da aydın olur ki, etibarnamələr bir il müddətinə verilmişdir.

31. Nəqliyyat vasitəsinə görə etibanamələrin müddətli verilməsi və müddətin bitməsindən sonra yeni etibarnamələr əsasında nəql iyyat vasitəsinin üçüncü şəxsin (lərin) istifadəsinə verilməsi işin müəyyən edilmiş hallarıdır. Belə olan halda iddiaçının göstərilən dəlili apellyasiya instansiyası məhkəməsi tərəfindən digər sübutlarla birlikdə qiymətləndirilməmişdir.

32. İddiaçı iddia edir ki, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi onun iradəsini ifadə etmir, müqavilə onun iradəsindən kənar olaraq rəsmiləşdirilmişdir.

33. Göstərilən qadağa təmsil olunanın təmsilçilikdə ən üstün müdafiəyə malik olmasına əsaslanmaqla onun qanuni maraqlarının təmin edilməsi ilə bağlıdır.

34. Lakin bundan əvvəl aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnaməni verməsinin hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsinin olmasıdır. Həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyekt ə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, bu zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir

35. Baxılan iş üzrə iddiaçı göstərmişdir ki, o, etibarnamə alan şəxsə mülkiyyətində olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi səlahiyyəti verməmişdir. İddiaçının bu göstərdikləri faktiki olaraq cavabdehlər tərəfindən qəbul olunmuşdur. Belə ki, onların birinci instansiya məhkəməsində vermiş olduğu izahatlarında və iddiaya etirazlarında bağışlama müqaviləsinin bağlanması zamanı iddiaçının razılığının olmasını ifadə etməmişlər, yalnız fərdi yaşayış evinin iddiaçının uşaqlarına qalması və başqa şəxslərin adına keçməməsi məqsədi ilə bu müqavilən in rəsmiləşdirdiklərini göstərmişlər.

36. Nəzərə alınmalıdır ki, mübahisəli evə dair etibarnamə verilərkən İddiaçı (təmsil olunan) Cavabdeh2 bu etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və Cavabdeh2 maraqları daxilində deyil, İddiaçı maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir.

37. Belə olan halda apellyasiya instansiya məhkəməsi hər iki tərəfin dəlillərini qarşılıqlı olaraq qiymətləndirmədən, ilk növbədə belə müqavilənin bağlanmasında iddiaçının iradəsinin mövcud olub-olmaması ilə bağlı heç bir araşdırma aparmamış və ümumi əsaslardan çıxış edərək əqdi etibarlı saymışdır. Halbuki işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi iddiaçının əqdin bağlanmasından sonra etmiş olduğu hərəkətlərini (polis orqanlarına müraciət edərək anasına vermiş olduğu mülkiyyətində olan əmlaka aid sənədlərini geri tələb etməsi, etibarnamə ləğv etdirməsi) kimi halların mövcudluğunu nəzərə almamışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsi məhz həmin hallara istinad edərək bağlanmış əqdin iddiaçının iradəsini ifadə etməməsi ilə bağlı nəticəyə gəlmişdir. Lakin apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının onun etibarnaməsi əsasında bağışlama müqaviləsi bağlanarkən göstərilən maddi hüquq normalarının tələblərinə riayət edilməməsi barədə irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verilməmişdir.

38. İddia tələbinin digər hissəsi üzrə apellyasiya məhkəməsi əvvəlki tələb üzrə müəyyən etdiyi işin halları baxımından təmsilçinin digər müqavilə üzrə əldə etdiyi daşınmaz əmlaka münasibətdə vi cdanlı alıcı olub-olmaması baxımından qiymətləndirmə aparılması zəruridir. Bu zaman isə Mülki Məcəllənin vicdanlı əldə etmə ilə bağlı normalarını hazırkı işin halları baxımından təhlil edilməli, iddiaçının dəlilləri həmin əsaslarla dəyərləndirilməlidir

39. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 14.2.1, 139.1, 140, 141.1, 141.2, 141.3, 148.2, 149.2, 157.2, 324.1, 324.2, 324.4, 324.5, 337.1, 337.2, 337.4, 359.1, 359.3, 360.1, 360.2, 362.1, 560.2, 560.3.4, 666.1, 666.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə, eyni zamanda “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 19 dekabr 2012-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. d) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

40. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)-822/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Pərviz Əhmədov – sədrlik edən və məruzəçi, İlham Əsədov, Cahid İmanov).

41. Məhkəmə tərkibi qeyd etmişdir ki, İddiaçı bütün əmlakı üzrə təmsilçiliyin təmsil edənə verilməsi özlüyündə etibar edənə məxsus olan bütün əmlaka sərəncam verilməsini özündə ehtiva edir.

42. İddiaçı məhkəmədə verdiyi izahatında göstərmişdir ki, ümumi etibarnamə vermiş olsa da, faktiki olaraq həmin etibarnamənin verilməsində məqsədi mülkiyyətində olan digər əmlakla (nəqliyyat vasitəsi) bağlı hüquqi hərəkətlərin ölkədə olmadı ğı müddət ərzində daha çevik aparılması ilə bağlı olmuşdur. Nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsinə görə etibarnamələrin müddətli verilməsi və müddətin bitməsindən sonra yeni etibarnamələr əsasında nəqliyyat vasitəsinin üçüncü şəxsin(lərin) istifadəsinə verilməsi işin müəyyən edilmiş hallarıdır. İddiaçı həmçinin bildirmişdir ki, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi onun iradəsini ifadə etmir, müqavilə onun iradəsindən kənar olaraq rəsmiləşdirilmişdir.

43. Bununla yanaşı, Cavabdeh2 birinci instansiya və apellyasiya instansiyası məhkəmələrində verdiyi izahatlarında göstərmişlər ki, mübahisəli daşınmaz əmlak bacısı İddiaçı mülkiyyətində olmuşdur. Onun verdiyi etibarnamə əsasında evi anasına bağışlamışdır. Bu zaman onun məqsədi evin başqa şəxslərin əlinə keçməməs i və gələcəkdə bacısı Dilarənin uşaqlarında qalması olmuşdur. Cavabdeh1 da həmin izahatı təsdiqləmişdir.

44. İddiaçı həmçinin göstərmişdir ki, o, etibarnamə alan şəxsə mülkiyyətində olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi səlahiyyəti verməmiş və bu fakt cavabdehlər tərəfindən də yuxarıda qeyd edildiyi kimi birinci instansiya məhkəməsində verdikləri izahatlarında etiraf olunmuşdur. Cavabdehlər fərdi yaşayış evinin iddiaçının uşaqlarına qalması və başqa şəxslərin adına keçməməsi məqsədi ilə bu müqavilənin rəsmiləşdirdiklərini göstərmişlər. Beləcə, mübahisəli evə dair etibarnamə verilərkən İddiaçı Cavabdeh2 bu etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və təmsil edənin maraqları daxilində deyil, təmsil olunanın maraqlarından hərəkət etmək səlahiyyəti vermişdi r.

45. Məhkəmə tərkibi Cavabdeh2 digər müqavilə üzrə əldə etdiyi daşınmaz əmlaka münasibətdə vicdanlı alıcı olub-olmaması baxımından qiymətləndirmə apararaq hesab etmişdir ki, Cavabdeh1 və Cavabdeh2 mübahisəli daşınmaz əmlak üzrə hüquqları məhz ona adıçəkilən etibarnamə əsasında verilmiş səlahiyyətlərdən sui-istifadə edilməsi nəticəsində əldə edilmişdir.

46. Bunun təsdiqi kimi qeyd edilməlidir ki, İddiaçı ilə anası – Cavabdeh1 arasında baş vermiş münaqişə ilə əlaqədar polis araşdırmasından sonrakı dövrdə həmin əmlak Cavabdeh1 adından yenidən Cavabdeh2 özgəninkiləşdirilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

47. Cavabdehlər kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rəd d olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

48. Kassasiya şikayətində maddi hüquq pozuntusu kimi MM-nin 152.1, 152.3, 154.1, 157.2, 239.2, 337.5-ci maddələrinin pozuntusu göstərilmiş və belə əsaslandırılmışdır ki, məhkəmənin iş üzrə hüquq normalarının pozuntusuna yol verməsi məhkəmə araşdırması aparılarkən işin həqiqi hallarına obyektiv hüquqi qiymət verilməmiş,1-ci instansiya məhkəməsinin iş üzrə qətnaməsində olan pozuntularla bağlı apellyasiya şikayətinin, ifadələrin, kassasiya şikayətinə etirazın və yazılı çıxışın dəlillərinə ümumiyyətlə qiymət verilməmiş, mübahisəli fərdi yaşayış sahəsinin qanuni əsaslarla bağışlanılması və Cavabdeh1 mülkiyyətində olması, bu səbəbdən mülkiyyət hüquqlarının pozulduğu nəzərə alınmamışdır. Bununla da məhkəmə iş üzrə mülkiyyət hüququnun t əsbit olunması və qorunmasına dair maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə iddiaçının vermiş olduğu etibarnamənin hansı məqsədlə verildiyini obyektiv qiymətləndirməmişdir. Belə ki, iddiaçı cavabdehə "QAZ 2705" yük markalı,**-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satılması, özgəninkiləşdirilməsi ilə bağlı iş tapşırmamış və sonuncu bununla bağlı ümumiyyətlə heç bir iş icra etməmişdir. Eyni zamanda, iddiaçının övladları ilə əlaqədar sənədləşmə işlərinin aparılması zərurəti də olmamışdır. İddiaçı ifadəsində övladları ilə əlaqədar hansı sənədləşmə işlərinin aparılmasını da izah etməmiş və bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qeyd olunanlar iddiaçının etibarnamənin verilmə səbəbi barədə dedikl ərinin doğru olmadığını təsdiqləsə də, işə baxan məhkəmə kollegiyası işin bu hallarına düzgün hüquqi qiymət verməmişdir.

49. Kassator onu da əlavə etmişdir ki, iddiaçı mübahisə predmeti olan mənzilin tam olaraq onun adına keçməsi üçün xx.xx.2024-cü il tarixdə öz istəyi və məsləhəti ilə hətta həmin evin pasport qeydiyyatından çıxmış və Sabirabad rayonu Çöl Beşdəli kəndinə pasport qeydiyyatına alınmışdır. İşə baxan məhkəmə kollegiyası isə işin bu faktiki halına da qiymət verməmişdir.

50. Kassator hesab etmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi sübutları düzgün qiymətləndirməmiş, Mülki Prosessual Məcəllənin 14.2, 88-ci maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

51. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək, şikayətin əsassız olduğu üçün təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

52. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır.

53. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

54. Maddə 324.5. İradə ifadəsinin təf siri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir

55. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

56. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə xətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

57. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

58. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. B ir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

59. Maddə 359.3 Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.

60. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verd iyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

61. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

62. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

65. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

66. Apellyasiya instans iyası məhkəməsinin qətnaməsi kassasiya şikayətinin dəlilləri əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

68. MPM-nin 418.4-cü maddəsinə əsasən kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq həmin normada nəzərdə tutulmuş prosessual pozuntulara yol verilməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edil məsi üçün əsas olduğundan məhkəmə kollegiyası ilk növbədə işə baxmış məhkəmə tərəfindən həmin pozuntulara yol verilib-verilmədiyini yoxlayaraq bu pozuntulara yol verilmədiyini müəyyən edir.

69. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyini nəzərə almaqla apellyasiya şikayətinin dəlilləri üzrə təkrar araşdırma aparmış məhkəmə birinci instansiya məhkəməsinin iş üzrə düzgün nəticəyə gəldiyini müəyyən etmişdir.

70. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının mülkiyyətində olmuş ünvan 1 (Yeni qaydalarla AZ1800 Şirvan şəhəri Məhəmməd Əsədov küçəsi ev 1) fərdi yaşayış evini və 0,021 ha torpaq sahəsini cavabdehlərə bağışlamaq niyyəti (iradə ifadəsi) olmamış, xx.xx.2022-ci il tarixdə bacısı Cavabdeh2 verilmiş etibarnamə yalnız mülkiyyətində olan nəqliyyat vasit ələri ilə bağlı etibarnamələrin rəsmiləşdirilməsi məqsədi ilə verilmişdir.

71. MM-nin 324.4-cü maddəsinin tələbindən göründüyü kimi, hər hansı müqavilənin bağlanmış hesab edilməsi üçün ilk növbədə müqavilə tərəflərinin buna iradə ifadəsinin olduğu təsdiq edilməlidir. Əqdin qurucu ünsürləri iradə ifadəsi və onun yönəldiyi hüququ nəticədir. Əqdin bağlanmasına iradə ifadəsinin olduğu müəyyən edilmirsə əqd bağlanmış sayılmır və əqdin bağlanması üçün zəruri olan qurucu ünsürlərdən birinin olmaması əqdin etibarsız sayılması üçün əsas təşkil edir.

72. Mülki Məcəllənin 359.3-cü maddəsi ilə təmsilçinin təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaması qadağan edilmişdir. Hazırkı halda təmsilçi Cavabdeh2 iddiaçının verdiyi etibarnamə əsasında onun mülkiyyətində olan əmlakları əvvəlcə anası na bağışladığı, ananın isə xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsi əsasında həmin əmlakları Cavabdeh2 mülkiyyətinə keçirdiyi, nəticədə təmsilçinin ona verilmiş səlahiyyətlərdən sui-istifadə edərək təmsil edilənin əmlakını özü üçün əmlak əldə etdiyi müəyyən edilmişdir. Məhkəmə tərəfindən mübahisələndirilən müqavilələrin bağlanmasında iddiaçının iradə ifadəsi olmadığı cavabdehlərin verdiyi izahatlarla da təsdiq edilmişdir.

73. Göstərilənlərə əsasən kollegiya apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və qətnamənin kassasiya qaydasında ləğv edilməsi üçün əsaslar müəyyən etmir.

74. Cavabdehlərin kassasiya şikayətinin işin faktiki hallarına və sübutlara düzgün hüquqi qiymət verilməməsinə dair dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, prosessual qanunvericiliyə əsas ən sübutları qiymətləndirmək səlahiyyəti apellyasiya instansiyası məhkəməsinə aid olduğundan kassasiya instansiyası məhkəməsi yalnız sübutların qiymətləndirilməsi zamanı prosessual qanunvericiliklə müəyyən edilmiş prinsiplərin və tələblərin pozulub-pozulmadığını yoxlayır. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 14, 77, 88-ci maddələrinin tələblərinin pozulduğu müəyyən edilmir.

75. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmadığı üçün hazırkı halda cavabdehlərin iddiaçıya məxsus əmlaklar üzərində mülkiyyət hüquqları yaranmadığından kassasiya şikayətində mülkiyyət hüququnun müdafiəsi ilə bağlı qeyd edilmiş maddi hüquq normalarının pozuntusu müəyyən edilmir.

76. Gös tərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

77. Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-822/2025 nömrəli, 24 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar