Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2994/2020 28.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili Vəkil2, cavabdehin vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı işə bərpa, əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim Elçin Mehdiyev) İddiaçı Cavabdehnə qarşı işdən azad olunmasının qanunsuz hesab edilərək işdən azad edilməsi barədə xx xxxxxxxx 2018-ci il tarixli, 16 nömrəli əmrinin ləğv edərək Mənzil İstismar Sahəsində işlədiyi vəzifəsi üzrə əvvəlki iş yerinə bərpa edilməsi, qanunsuz olaraq işləməkdən məhrum edildiyi bütün vaxt üçün işə bərpa olunduğu günə qədər orta aylıq əmək haqqının onun xeyrinə ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Şəki Apelyаsiyа Məhkəməsinin Mülki Kollegiyаsının (sədrlik edən Ə.Məcidov, hakimlər M.Əsədli və İ.Quliyev) xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2 018-ci il tarixli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən Q.Əsgərov, hakimlər E.Vəliyeva və S.Hacıyev) xx xxxxxxxx 2019- cu il tarixli qərarı ilə İddiaçı kasasiya şikayəti təmin edilməmiş, Şəki Apelyаsiyа Məhkəməsinin Mülki Kollegiyаsının xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apelyаsiyа Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli (sədrlik edən E.Hüseynov, hakimlər A.Mahmudov və V.Məlikov) qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kasasi ya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh işdən azad edilməsi barədə əmrinin ləğv edilməsi, kadrlar üzrə müfəttiş vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçü n əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun işdən azad olunmasının qanunsuz hesab edilərək işdən azad edilməsi barədə xx xxxxxxxx 2018-ci il tarixli, 16 nömrəli əmri ləğv edərək Mənzil İstismar Sahəsində işlədiyi vəzifəsi üzrə əvvəlki iş yerinə bərpa edilməsi, qanunsuz olaraq işləməkdən məhrum edildiyi bütün vaxt üçün işə bərpa olunduğu günə qədər orta aylıq əmək haqqının onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qəbul etdiyi qətnaməni işin aşağıda qeyd edilən halları ilə əsaslandırmışdır. İşin hallarından görünür ki, İddiaçı 1990-cı ildən Cavabdehndə müxtəlif vəzifələrdə işləmiş və o, 2006-cı ildən etibarən Cavabdehndə kadrlar üzrə müfəttiş vəzifəsində, həmçinin 2006-cı ildən Həmkarlar komitəsinin sədri vəzifəsində işləmişdir. Həmçinin işin halları ilə müəyyən edilir ki, İddiaçı üzürlü səbəb olmadan 2018-ci ilin avqust ayının əvvəllərindən sentyabr ayının 17-dək işə gəlməmiş və işə gəlməməsinin səbəbi barədə rəhbərliyə heç bir məlumat verməmişdir. İddiaçı işə gəlməməsi ilə bağlı ayrı-ayrı tarixlərdə Cavabdeh nın 11-12 nəfər əməkdaşının iştirakı ilə müvafiq aktlar tərtib edilmişdir. İddiaçı mütəmadi qaydada heç bir üzürlü səbəb olmadan işə gəlməməsi ilə əlaqədar tərtib olunmuş aktlara əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq xx xxxxxx 2018-ci il tarixdə ona sahə daxili 13 saylı əmrlə töhmət verilmişdir. Cavabdehnın rəisi də Mənzil İstismar X1 sədri yazdığı xx xxxxxxxx 2018-ci il tarixli təqdimatda Mənzil İstismar Sahəsinın kadrlar üzrə müfəttişi İddiaçı uzun müddət heç bir üzürlü səbəb olmadan işə çıxmaması ilə əlaqədar onun işdə qalıbqalmaması məsələsinin sahə işçiləri ilə Həmkarlar Təşkilatının birgə iclasında müzakirə edilməsini xahiş etmişdir. Şəki Mənzil İstismar X1 xx xxxxxxxx 2018-ci il tarixli, 01 nömrəli protokoluna əsasən Cavabdehnın kadrlar üzrə müfəttişi İddiaçı Əmək Məcəlləsinin müvafiq maddəsi əsasında xx xxxxxxxx 2018-ci il tarixdən işdən azad edilməsi qərara alınmışdır. Cavabdehnın rəisinin xx xxxxxxxx 2018-ci il tarixli, 16 nömrəli əmri ilə Cavabdehnın kadrlar üzrə müfəttişi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx xxxxxxxx 2018-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Azərbaycan Beynəlxalq Bankının Şəki filialının xx xxxxxx 2019-cu il tarixli məktubuna əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı ******************** saylı kart hesabına xx xxxxxx 2018-ci il tarixdə 145,46 manat əmək haqqı, xx xxxxxxxx 2018-ci il tarixdə isə 210,73 manat son haqq-hesab köçürülmüşdür. Kart hesabına əmək haqqı köçürüldükdən sonra 145 manat xx xxxxxx 2018-ci il tarixdə, son haqq-hesab k öçürüldükdən sonra 211 manat xx xxxxxxx 2018-ci il tarixdə kartdan məxaric edilmişdir. İddiaçı iddiasının əsası kimi işə gəlmədiyi müddətdə məzuniyyətdə olduğunu və bununla bağlı işlədiyi Cavabdehnə ərizə təqdim etdiyini bildirsə də, həmin faktla bağlı onun göstərdiyi hallar öz təsdiqini tapmamışdır. Əksinə, iş materiallarında olan sənədlərlə, o cümlədən tərtib edilmiş aktlarla, həmçinin, Azərbaycan Beynəlxalq Bankının Şəki filialının xx xxxxxx 2019-cu il tarixli məktubuna əlavə edilmiş hesabdan çıxarışdan da tam təsdiq edilir ki, həmin 2018-ci ilin avqust ayının əvvəllərindən xx xxxxxxxx 2018-ci il tarixədək iddiaçı məzuniyyətdə olmamış və bununla da İddiaçı əmək vəzifələrini kobud şəkildə pozaraq qəsdən vəzifə borcunu yerinə yetirməmiş, buna görə də müvafiq iş yerində işin, əmək və icr a intizamının ahəngi pozulmuş, işə götürənin, habelə əmək kollektivinin ayrı-ayrı üzvlərinin hüquqları və qanunla qorunan mənafelərinə ziyan dəymiş, müştərilərin narazılığına səbəb olmuş, müştərilərin xidmət göstərmək barədə müraciətlərindən yayınmış, əmək funksiyasını pozduğuna görə bundan əvvəl də işə götürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq təkrarən əmək funksiyasını pozmasına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xx xxxxxxxx 2018-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və onun tutduğu peşədən azad edilməsi qərara alınmışdır. Bununla bağlı Cavabdehnın rəisi tərəfindən İddiaçı işdən azad edilməsi haqqında xx xxxxxxxx 2018-ci il tarixli, 16 nömrəli əmr verilmiş və həmin əmr verilərkən qanunve riciliyin hər hansı bir tələbləri pozulmamışdır. Həmin əmrin ləğv edilməsi üçün əsaslar yoxdur Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin «a» bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 72-ci maddəsinin «ə» bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfind ən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Bundan başqa iddiaçı əmək məzuniyyətinə çıxmaq üçün ərizəni xx xxxx 2018-ci il tarixdə verdiyini və xx xxxxxx 2018-ci il tarixdən məzuniyətinin əmrləşdirildiyini bəyan etsə də, işin faktiki halları bunu təkzib edir. Belə ki, iddiaçıya 2018-ci ilin iyul ayı üçün əmək haqqı hesablanaraq xx xxxxxx 2018-ci il tarixdə onun əmək haqqı kartına köçürülmüş, iddiaçı həmin pulu xx xxxxxx 2018ci il tarixdə nağdlaşdırmışdır. Əgər iddiaçının məzuniyəti xx xxxxxx 2018-ci il tarixdə rəsmiləşdirilmiş olsaydı, sonuncuya məzuniyyət pulu onun iyul ayının əmək haqqısı ilə birlikdə hesablanaraq əmək haqqı kartına köçürülərdi ki, bu hal da baş verməmişdir. İddiaçı tələbində razılaşdırılmış qaydada xx xxxxxx 2018-ci il tarixdə əmək məzuniyyətinə çıxmasını, xəstəliyi ilə bağlı 2018-ci ilin avqust ayının 18-dən Bakı şəhərində tibbi müayinədə olmasını göstərir. Belə olan halda iddiaçı məzuniyyət pulunun hesablanmasında və vaxtında almasında maraqlı olmalı idi. Eyni zamanda mühasibatlıq sənədlərindən də iddiaçının məzuniyyətdə olduğu müəyyən edilmir. Аzərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 138-ci maddəsinin 2-ci bəndində göstərilmişdir ki, məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı beş gün qalmış verilir və işçi onunla tanış edilir. Həmin Məcəllənin 140-cı maddəsinin 5-ci bəndində göstərilmişdir ki, işçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmı ş ödənilir İddiaçı kasasiya şikayətində cavabdehin onun məzuniyyətə çıxması barədə olan əmri və əmrlər kitabını gizlətməklə ona qarşı qərəzli münasibətin sərgilədiyini iddia edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi məzuniyyətdə olmasına dair dəlilinə düzgün və obyektiv qiymət verilməsi üçün apelyasiya instansiyası məhkəməsi müəssisənin əmrlər kitabına baxış keçirmiş, həmin kitab tikilmiş, nömrələnmiş, sulğuclanmış halda olmuş, əmrlər kitabında iddiaçının məzuniyətə çıxması barədə əmrə rast gəlinməmişdir. Əmrlər kitabında pozulma, qaralanma, silinmə və ya düzəliş edilməsi halları olmamışdır. Eyni zamanda iddiaçı ikinci bir kitabın mövcud olmasını göstərsə də buna dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim e tməmişdir. Yuxarıda şərh olunanlardan belə nəticə hasil olur ki, iddiaçının xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxxxx 2018-ci il tarixədək məzuniyyətdə olduğu nə müəssisənin əmrlər kitabı, nə mühasibat sənədləri, nə də bank sənədləri (məzuniyyət pulunun əmək haqqı kartına köçürülməməsi) ilə təsdiq olunur. Əksinə, xx xxxxxxxx 2018-ci il tarixdə iddiaçının əmək haqqı kartına 210,73 manat son haqq-hesab köçürüldüyü müəyyən olunmuşdur. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbay can Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2994/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2994/2020
28.07.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver