Məhkəmə qərarları › İş №2(102)-2994/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2994/2021

28.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2994/2021 28.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ Ərizəçi: Ərizəçi Maraqlı şəxs: Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası Maraqlarına toxunulan şəxslər: Maraqlı şəxs2, X6 İddia tələbi: şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi Açar sözlər: şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Maraqlarına toxunulan şəxs X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Ko llegiyasının 22 oktyabr 2020-ci il tarixli qətnaməsindən ərizəçinin kassasiya şikayətinə 28 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları 16.05.1940-cı ildə anadan olmuş X9 “meninqotelematoz, əsas sümüyün sol böyük qanadının ekstraserebral şişi” diaqnozu qoyulmuşdur. Birinci instansiya məhkəməsində icraat 13 fevral 2019-cu il tarixdə Ərizəçi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı hazırki ərizə ilə məhkəməyə müraciət edərək, 16.05.1940-cı ildə Rusiya Federasiyası, Tatarıstan Respublikasında anadan olmuş X7 fəaliyyəti qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X14 ərizəçinin anasıd ır. O, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, orada yaşayır. Venera Sadıqova son illər ağır xəstəliyə düçar olduğundan özünü müstəqil idarə edə bilmir, müstəqil sürətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə qadir deyil. Verilən sualları anlamır, hərəkətlərinin mahiyyətinə varmır. Onun xəstəlik tarixçəsindən görünür ki, ağır onkoloji xəstəliyi ilə bağlı əməliyyat olunmuşdur. Əməliyyatdan sonra özünü müstəqil idarə etmək imkanını bərpa etməmişdir. Bu səbəbdən ciddi həkim müşahidəsi altında qalması labüd sayılmışdır. İş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının 11.05.2019-cu il tarixli rəyindən görünür ki, X8 baş beynin şiş xəstəliyi nəticəsində demensiya (ağıl zəifliyi) qeyd olunur. Bunu anamnestik məlumatlar - son iki ildə kobud yaddaş pozuntularının qeyd olunması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər ünsiyyətə çətin daxil olması, sualların mövzusundan yayınması, təfəkkürünün azproduktivliyi, əhvaliruhiyyəsinin dəyişkən olması, maraq dairəsinin məhdudluğu, yaddaş və intellektinin kobud pozulması, emosional-iradi sferasının enməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Tibbi sənədlərə əsasən, V.A.Sadıqovada psixi və davranış pozuntuları 2018-ci ilin əvvəllərindən başlamışdır. Hal-hazırda X4 qeyd olunan demensiya (ağıl zəifliyi) nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil və o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Xətai Rayon Məhkəməsinin 2(011)-3699/2019 saylı iş üzrə 19 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.Ə.Misirzadə) ərizə t əmin edilmiş, 16.05.1940-cı ildə anadan olmuş X7 fəaliyyəti qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Neyrocərrahlıq xəstəxanası tərəfindən verilmiş xəstənin stasionar tibbi kartından çıxarış, məhkəmə-psixiatriya ekspertizasının 11.05.2019-cu il tarixli rəyi, Mülki Məcəllənin 28.8-ci və Mülki Prosessual Məcəllənin 317.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən maraqlarına toxunulan şəxslər apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və ərizənin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin məlum qətnaməsi ilə fəa liyyət qabiliyyəti olmayan hesab edilmiş X12 tərəfindən 29 mart 2018-ci il tarixdə, Bakı şəhəri 18 saylı notariat kontorunda, doğma qızı (ərizəçinin bacısı) X10 baş etibarnamə verilmiş, etibarnamə rəsmiləşdirilən zaman Venera Sadıqovanın hər hansı bir psixi pozuntusu olmamış, həmin etibarnamə əsasında Tatyana Salimzanova, anası Venera Sadiqovanın adından, onun mülkiyyətində olmuş Bakı şəhəri Xətai rayonu Gen. Mehmandarov küçəsində yerləşən 82 saylı evin 26 saylı mənzilinə dair Maraqlı şəxs2 ilə 26 may 2018-ci il tarixdə, Bakı şəhəri 18 saylı notariat kontorunda (15000 manat ödənilərək) beh müqaviləsi, 30 may 2018-ci il tarixdə isə, elə həmin notariat kontorunda (daha 25000 manat ödənilərək) həmin mənzilin alqı-satqı müqaviləsi bağlanmış, 29 avqust 2018-ci il tarixdə Bakı şəhəri 2 saylı “ Asan xidmət” mərkəzindəki notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən həmin mənzil Maraqlı şəxs2 tərəfindən 42000 manata X1 ki, bu zaman da mənzildə qeydiyyatda olan şəxslər kimi Tatyana Salimzanova öz adından, həmin etibarnamə əsasında isə anası Venera Sadıqovanın adından mənzilin satılmasına dair razılıq ərizələrini imzalamışdır. Hazırki ərizə həmin alqı-satqı müqavilələrinin mübahisələndirilməsi məqsədi ilə verilmişdir. İş üzrə əlavə məhkəmə-psixiatriya ekspertizasının 25 dekabr 2019-cu il tarixli rəyindən görünür ki, X11 2018-ci ilin yanvarında nevroloji əlamətlər və bəzi nevrotik səviyyəli pozuntular meydana çıxmışdır. 07.11.2018-ci il tarixdə beyin şişi ilə əlaqədar Neyrocərrahlıq Mərkəzində cərrahiyyə əməliyyatı olunmuşdur. Neyrocərrahiyyə Xəstəxanasında olduğu dövr də V.A.Sadıqovanın psixi vəziyyəti təsvir olunmamışdır. 14.03.2019-cu il tarixdə 7 saylı Şəhər Poliklinikası tərəfindən psixiatrın konsultasiyasına göndərilmişdir. 19.03.2019-cu il tarixdə X12 2 saylı X5 həkim-psixiatr komissiyasına təqdim olunmuş və “Baş beynin üzvi xəstəliyi (şiş mənşəli) nəticəsində yaranan psixi pozuntular və ağır ağıl zəifliyi (demensiya)” diaqnozu təyin olunmuşdur. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 11.05.2019-cu il tarixli 792 saylı rəyində X11 “Baş beynin şiş xəstəliyi nəticəsində demensiya ağıl zəifliyi” diaqnozu təyin olunmuşdur. İş üzrə təkrar məhkəmə-psixiatriya ekspertizasının 16 sentyabr 2020-ci il tarixli rəyindən görünür ki, ekspert-psixiatr keçirilən ilkin və əlavə ambulator məhkəmə-psixiatrik ekspertizaları təqdim edilmiş tibbi sənədlərin tədqiq atından başlayır və sonra canlı şəxslə apardığı sorğu-sual (müsahibə) gedişatında yoxlanılan şəxsin psixi sferalarında təzahür edən hər-hansı bir psixi pozuntunun aşkar edilib-edilməməsindən asılı olaraq ekspert qarşısında qoyulan sualları cavablandırır. (Kliniki psixopatoloji metod). Yuxarıda göstərildiyi kimi ekspert təqdim edilmiş tibbi sənədlərin tədqiqatını başa çatdırdıqdan sonra və təqdim edilmiş şəxsin hazırki psixi vəziyyətini nəzərə alaraq V.Sadıqovada olan psixi funksiyaların pozulmalarının məhz 07.11.2018-ci ildə keçirdiyi cərrahi əməliyyatdan sonra başlaması qənaətinə gəlmişdir. (Kliniki psixopatoloji metod). Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5014/2020 nömrəli iş üzrə 22 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova, E.Ə.Mehdiyev, R.M.Hə sənov) apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, ərizə təmin edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 19.03.2019-cu il tarixdə X12 2 saylı X5 həkim-psixiatr komissiyasına təqdim olunmuş və onda “Baş beynin üzvi xəstəliyi (şiş mənşəli) nəticəsində yaranan psixi pozuntular və ağır (demensiya)” diaqnozu təyin olunmuşdur. Tibbi sənədlərin tədqiqi və təhlili nəticəsində qoyulan suala cavab olaraq göstərmək olar ki, 19.03.2019-cu il tarixdə X12 aşkar edilən “denmensiya (ağıl zəifliyi)” onda Neyrocərrahlıq Xəstəxanasında cərrahi əməliyyatdan bilavasitə əvvəl müəyyən edilmiş psixi pozuntular (Neyrocərrahlıq Xəstəxanasının stasionar tibbi kartından çıxarışına görə qeyd edilən nitq və davranış pozuntularının təzahür etməsi ilə əlaqədar onunla birbaşa nitq kontaktının çətinləşməsi və yaddaş pozuntularının aşkar edilməsi) cərrahi əməliyyatdan sonra daha da artması səbəbindən meydana gəlmişdir. Beləliklə qeyd edilməlidir ki, X11 müəyyən edilən “demensiya” 29.03.2018-ci il tarixdə və ondan əvvəl meydana gəlməmişdir. Tibbi ədəbiyyata görə son diaqnoz kimi demensiyanın müəyyən edilməsi üçün müxtəlif müddətlər ərzində (bir neçə aydan bir neçə ilə kimi-beyin damarlarının aterosklerozu, beyin şişləri, beyin sifilisi, Parkinson xəstəliyi, Hentinqton xoreyası və s.) psixi pozuntu əlamətlərinin tədricən artması nəticəsində meydana gəlməsi və həmçinin qısa müddət ərzində (beyin insultu, beyin damarının trombozu, cərrahi əməliyyatdan sonra) demensiyanın meydana gəlməsi göstərilir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı apellyasiya məhkəməsi qe yd etmişdir ki, məhkəmə-psixiatriya ekspertizasının 25 dekabr 2019-cu il tarixli əlavə və 16 sentyabr 2020-ci il tarixli təkrar məhkəmə-psixiatriya ekspertizasının rəyləri ilə müəyyən olunur ki, 19.03.2019-cu il tarixdən X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Ərizəçinin vəkili və nümayəndəsi kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və Xətai Rayon Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, həmin şəxslərin apellyasiya şikayəti vermək üçün subyektiv hüquqları olmadığı halda apellyasiya məhkəməsi işi icraata götürmüş, əsassız ekspertiza ke çirmiş, ekspertin qarşısında işin mahiyyətindən kənara çıxan suallar qoymuş, məhkəməyə təqdim olunmuş sənədlərin hamısı xüsusi biliyə malik olmayan şəxslər tərəfindən tərtib edilmiş, nəticədə də qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında maraqlarına toxunulan şəxs X6 vəkilsiz iştirak etmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxu d qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətn aməsi ərizəçinin kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız t ərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya ins tansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar