Məhkəmə qərarları › İş №2(102)-2994/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2994/2023

05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2994/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə (Maraqlı şəxs maraqlarına toxunan şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: Podrat müqaviləsi, podratçının sifarişçi üçün podratın nəticəsini üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad təhvil vermə öhdəliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu, Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 mart 2023-cü il ta rixli, 2(103)-1408/2023 nömrəli qətnaməsindən üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Payçı” - İddiaçı ilə “İcraçı” - Cavabdeh MMC (direktoru X5 şəxsində) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 27 saylı müqaviləyə əsasən Cavabdeh MMC Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi küçəsi 2 ünvanda inşa edilən 10 mərtəbəli yaşayış binasının 1-3-cü blokunda 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 400 kv.metr olan qeyri-yaşayış sahəsinin İddiaçı verilməsi öhdəliyini götürmüşdür. Həmin müqavilənin şərtlərinə əsasən qeyri-yaşayış sahəsinin qiyməti 1 kv.metri üçün 2200 manat olmaqla, ümumi dəyəri 880.00 0 manat təşkil edir.

2. İddiaçı tərəfindən müqavilədə müəyyən edilmiş məbləğ Cavabdeh MMC-yə ödənilmiş və bu barədə iddiaçıya xx.xx.2018-ci il tarixli maliyyə arayışı verilmişdir. 3. “İcraçı”- fiziki şəxs X17 ilə “Payçı” - Maraqlı şəxs arasında bağlanmış xx.xx.2006ci il tarixl müqavilələrə əsasən, icraçı ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 1-ci mərtəbəsində 140.5 kv.m olan qeyri-yaşayış sahəsini, həmin binanın 2-ci blokunun 1-ci mərtəbəsində yerləşən 164.5 kv.m qeyri-yaşayış sahəsini, habelə 3-cü blokunun birinci mərtəbəsində yerləşən ümumi sahəsi 118,3 kv.m olan qeyriyaşayış sahəsini inşa edib payçıya təhvil verməyi, Maraqlı şəxs isə qeyd olunan 140.5 kv.m qeyri-yaşayış sahəsinə görə 140500 manat, 164.5 kv.m qeyri-yaşayış sahəsinə görə 164500 manat, 118,3 kv.m qeyri-yaşayış sahəsi üçün 118300 manat ödəməyi öhdəsinə götürmüşdür.

4. Maraqlı şəxs tərəfindən xx.xx.2006-ci il tarixl müqavilə əsasında ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 1-ci mərtəbəsində 140.5 kv.m üçün 140500 manat, 2-ci blokun 1-ci mərtəbəsində yerləşən 164.5 kv.m üçün 164500 manat, 3-cü blokunun birinci mərtəbəsində olan 118,3 kv.m qeyri-yaşayış sahəsi üçün 118300 manat ödəməsi barədə maliyyə arayışları verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-nə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 27 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Y eni Yasamal yaşayış massivi, Xarici Dairəvi küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 400 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixli müqaviləyə uyğun olaraq 400 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin hər 1 kv.metri üçün 2200 manat olmaqla 880000 manat məbləğində ödəniş edilmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilmişdir. MTK binanın tikintisini müqavilədə göstərilən müddətdə başa çatdırsa və tərəfindən müqavilə şərtləri qeyd-şərtsiz icra olunsa da, cavabdehin məsuliyyətsiz davranı şından, heç bir səbəb göstərilmədən, sözügedən mənzil təhvil verilməmişdir.

7. Məhkəmə iclasında cavabdeh MMC-nin direktoru iddia tələbini qəbul etməyərək bildirmişdir ki, müqaviləni o imzalamışdır. Belə ki, İmran adlı şəxs ona 50000 manat ödəniləcəyini bildirmişdir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(004)-751/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim:K.Xudayev) iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 04 iyul 2018-ci il tarixli 27 saylı müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 400 kv.metrdən ibarət olan qeyriyaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmuş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı aralarında bağlanmış müqavilə üzrə müəyyən edilmiş məbləği tam şəkildə ödəməklə mübahisəli qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququ əldə etmişdir. İddiaçı müqavilə üzrə razılaşdırılmış məbləği vaxtında ödəsə də, cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəliyi yerinə yetirməyərək, müqavilə üzrə mübahisəli qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməmişdir. Cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün iddiaçının pay dəyərini tam ödədiyi qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini cavabdehdən tələb etməkdə haqlıdır.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərba ycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ, 29-cu maddəsinin İV hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 152.2, 152.3, 157.4, 157.8, 178.8, 385.1, 425.1, 442, 448.1, 560.1, 560.2, 752.1-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarına istinad edərək əsaslandırmışdır.

11. Bundan sonra iddiaçının nümayəndəsi və vəkili məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin MTT(004)-73/2021 xx.xx.2021-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş, həmçinin qeyri-yaşayış sahəsinin bir hissəsinə dair fiziki şəxs X17 ilə Maraqlı şəxs arasında bağlanmış müqaviləyə dair bağlılıq olubolmamasının, Bak ı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-751/2022 saylı 29 aprel 2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 400 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinin tələbkar İddiaçı təhvil verilməsi barədə üzərinə öhdəlik qoyulmuş Cavabdeh MMC ilə bağlı qətnaməyə izah verilməsini xahiş etmişdir.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-751/2022 nömrəli qətnaməsinin nəticə hissəsindəki – «İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 04 iyul 2018-ci il tarixli 27 saylı müqaviləyə əsasən Bakı şəhəri, Yasam al rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 400 kv. metrdən ibarət olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun» ifadəsinin – «İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 04 iyul 2018-ci il tarixli 27 saylı müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 400 kv. metrdən ibarət olan qeyriyaşayış sahəsi İddiaçı təhvil verilsin» kimi başa düşülməsi qərara alınmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qətnamə maraqlarına tox unan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2006-ci il tarixli müqavilələr əsasında ünvan 2 ünvanında yerləşən binanın 1-ci blokunun 1-ci mərtəbəsində 140.5 kv.m, 2-ci blokun 1-ci mərtəbəsində yerləşən 164.5 kv.m və 3-cü blokunun 1-ci mərtəbəsində 118.3 kv.m sahələrdən ibarət qeyri-yaşayış obyektləri binanın sahibi olmuş X3 almış, həmin müqavilə üzrə nəzərdə tutulmuş qeyri-yaşayış sahələrinin dəyəri onun tərəfindən tam şəkildə ödənilmiş və ona təhvil verilmişdir. Qeyri-yaşayış sahələri onun tərəfindən təmir olunmuşdur və həmin vaxtdan onun sahibliyində və istifadəsindədir. İddiaçı ilə cav abdeh arasında qeyri-yaşayış sahəsinə dair xx.xx.2018-ci il tarixdə müqavilə bağlanmışdır. Cavabdeh MMC-nin ünvan 3 ünvanında yerləşən binaya dair heç bir hüququ olmamışdır. Bina "xxxx" MTK tərəfindən idarə olunur. Birinci instansiya məhkəməsi tərəfindən 04 iyul 2018-ci il tarixli müqavilənin etibarlı olub-olmaması araşdırılmamışdır. Cavabdeh MMC-nin direktoru Telman Səlimov binanın sahibi Şakir Hüseynovun həbsdə olmasından sui-istifadə edərək, MMC yaratmaqla, ünvan 3 ünvanında yerləşən binadan müxtəlif şəxslərə mənzil satdığı üçün Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə məhkum edilmişdir. Məhkəmə araşdırmamışdır ki, sözügedən bina Telman Səlimov tərəfindən tikilməyib və onun bu bina ilə heç bir hüquqi bağlılığı yoxdur. Cavabdeh MMC binada heç bir tikinti işləri aparmamışdır və binanın tik intisi barədə cavabdehə aid heç bir sənəd mövcud deyil.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəməsi) 07 mart 2023-cü il tarixli, 2(103)-1408/2023 nömrəli qətnaməsi ilə (hakimlər: Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və F.Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, Maraqlı şəxs şikayətdə qeyd etdiyi hallarla bağlı məhkəmə kollegiyasına heç bir mötəbər sübut təqdim etməmişdir.

17. Məhkəmə kollegiyası Maraqlı şəxs qeyd etdiyi qeyri-yaşayış obyektlərini "xxxx" MTK ilə bağladığı müqavilələr əsasında əldə etməsi barədə dəlili ilə bağlı qeyd etmişdir k i, hazırki iş üzrə iddiaçı mübahisələndirilən qeyri-yaşayış sahəsini Cavabdeh MMC ilə bağlanmış müqavilə üzrə əldə etmişdir və iddiaçının qeyri-yaşayış sahəsini əldə etməsi barədə müqavilə qüvvədədir, ləğv və ya etibarsız hesab olunmamışdır. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet vergi idarəsindən (Cild 1, İ.v-12) verilən çıxarışdan görünür ki, Cavabdeh MMC hüquqi şəxs kimi vergi orqanında qeydiyyatdadır.

18. Həmçinin iş materiallarından müəyyən olunur ki, baxılan iş üzrə cavabdeh olan Cavabdeh MMC-nin direktorunun iddia tələbinin rədd edilməsi barədə göstərdiyi dəlillər əsaslı hesab edilməmişdir. İşin qeyd edilən halları iş üzrə Cavabdeh MMC-nin cavabdehlik daşımasını təsdiq edir.

19. Buna görə də məhkəmə kollegiya sı qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs Cavabdeh MMC-nin iddiaçının mübahisələndirdiyi qeyri-yaşayış sahəsinə aidiyyətinin olmaması, orada cavabdehin hər-hansı bir tikinti işləri aparmaması barədə göstərdiklərini əsassız hesab edir və eyni zamanda qeyd edir ki, qətnamə maraqlarına toxunan şəxsin iddiaçının mübahisələndirdiyi qeyri-yaşayış sahəsinin ona məxsus qeyri-yaşayış sahəsi ilə eyni olması barədə dəlillərini də əsaslı saymır və bu barədə təsdiqedici sübutlar qətnamə maraqlarına toxunan şəxs tərəfindən təqdim edilməmişdir.

20. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 152.2, 152.3, 157.4, 157.8, 178.8, 385.1, 425.1, 442, 448.1, 560.1, 560.2, 752.1, 752.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14. 2, 77.1, 88, 217.3, 217.4, 218.1, 372.1, 372.6, 372.7, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Maraqlı şəxs kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Maraqlı şəxs əldə etdiyi əmlak xx.xx.2006-ci il tarixli müqavilələr əsasında sonuncunun natamam mülkiyyət hüququ ilə yüklü olmuşdur. Belə olan halda əmlakın mülkiyyətçisi Maraqlı şəxs razılığı olmadan əmlak başqa şəxsə özgəninkiləşdirilə bilməzdi. İddiaçı qeyri-yaş ayış sahələrinə dair binadaxili hüdudlarını əks etdirən yerləşmə sxemi və koordinatlarını əks etdirən plan-sxemi məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı, cavabdehin ünvan 3 ünvanında yerləşən binaya dair heç bir hüququ olmamışdır.

23. Həmçinin Yasamal Rayon Məhkəməsinin 8(004)-576/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Yasamal rayon İcra və Probasiya şöbəsinə qarşı şikayəti təmin olunaraq Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ona məxsus olduğu sübut olunmuş, sözügedən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun olduğu təsdiq edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)- 1868/2014 saylı icra sənədi üzrə qəbul edilmiş Yasamal rayon İcra şöbəsinin xx.xx.2019-cu il tarixli icraata xitam verilməsi haqqında qərarı ləğv edilmiş və Yasamal rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli aktı Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal yaşayış massivi, Xarici Dairəvi küçəsi 2 saylı binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin başqa şəxsə təhvil verilməsi hissəsində etibarsız hesab edilmişdir. İlk olaraq Yasamal rayon Məhkəməsinin qərardadından verilmiş apellyasiya şikayəti üzrə çıxarılmış 8(103)-30/2023 saylı (icra işi üzrə) qərardadla sözügedən qeyri-yaşayış sahələrinin maraqlarına toxunan şəxs Maraqlı şəxs məxsus olması sübut olunmuş, məhz bu səbəbdən başqa bir qətnamənin icrası zamanı icra məmuru tərəfindən səhvən hazırki mübahisəli qeyri-yaşayış sahələrin in tələbkarların nümayəndəsi olan X10 təhvil verilməsi xx.xx.2023-cü il tarixli qərardadla qanunsuz hesab edilərək, Maraqlı şəxs sözügedən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun olduğu təsdiq edilmişdir. Göründüyü kimi, ona məxsus eyni qeyri-yaşayış sahələri barədə heç bir hüquqi əsaslandırma aparmadan müxtəlif və ziddiyətli məhkəmə aktları qəbul edilmişdir.

24. Beləliklə, işə baxan məhkəmə ona təqdim olunan sübutların mötəbər olubolmamasını müəyyən edə bilməmiş, maraqlarına tonunan şəxs Maraqlı şəxs tələbini təsdiqləyən faktlara və hallara, yazılı sübutlara (binanın yerləşmə sxemi, qeyri-yaşayış sahəsinin planı və.s) müvafiq hüquqi qiymət verməmişdir.

25. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 162, 164, 165, 452.1, 572.1, 575-ci və Azərbaycan R espublikası Mülki Prosesual Məcəlləsinin 4.1, 77, 80, 88, 217.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Apelly asiya instansiyası məhkəməsinin qətnaməsi maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

29. Maddə 13 (hissə İ). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

30. Maddə 29 (hissə İ). Hər kəsin mülkiyyət hüququ vardır.

31. Maddə 29 (hissə İİ). Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

33. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

34. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

35. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

36. Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərki b hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.

37. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

38. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə v ə ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

39. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

40. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

41. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

42. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətl ər isə etibarsızdır.

43. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

44. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

45. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

46. Maddə 762.4. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün göndərilməlidir.

54. Belə ki, iddiaçı cavabdehlə bağlanmış xx.xx. 2018-ci il tarixli müqaviləyə əsasən hazırki iddianı irəli sürmüşdür. Həmin müqavilənin şərtlərinə əsasən, cavabdeh Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi küçəsi 2 ünvanda inşa edilən 10 mərtəbəli yaşayış binasının 1-3-cü blokunda 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsini iddiaçıya verməyi, iddiaçı isə razılaşdırılmış məbləği cavabdehə ödəməyi öhdəsinə götürmüşdür.

55. Tərəflərin arasında olan bu münasibətlər podrat münasibətləri (Mülki Məcəllənin 752-776-cı maddələri), aralarında olan razılaşma isə podrat müqaviləsidir (Mülki Məcəllənin 389, 752-ci maddələri). Buna görə də baxılan iddia podrat hüquq münasibətlərini tənzimləyən müddəalar əsasında həll olunmalıdır.

56. İşə baxmış məhkəmələr, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliyin tam icra edildiyinə istinad etməklə iddianı təmin etmişdir.

57. Lakin üçüncü şəxs də mübahisəli qeyri-yaşayış sahəsinə dair başqa podratçı ilə bağlanmış podrat müqaviləsi təqdim edərək, həmin sahənin faktik olaraq ona təhvil verildiyini bildirir.

58. İşin bu halı apelyasiya instansiyası məhkəməsi tərəfindən üçüncü şəxsin təqdim etdiyi müqavilədə göstərilən qeyri-yaşayış sahəsinin iddiaçının tələb etdiyi qeyriyaşayış sahəsi ilə eyni olub-olmadığını, mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın kim tərəfindən inşa edildiyini, tikilidən sahələrin satılması hüququnun kimə məxsus olduğunu araşdırmağı tələb edirdi. Məhkəmə iddia tələbinin düzgün həlli üçün, iddia tələbi təmin edildiyi təqdirdə gəlinən nəticənin podratın nəticələrini qüsursuz icra etmə tələbinə uyğun olacağını araşdırmalı idi. Çünki, Mülki Məcəllənin 762-ci mad dəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır.

59. Üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri məhz ondan ibarət idi ki, «sözügedən bina Telman Səlimov tərəfindən tikilməyib və onun bu bina ilə heç bir hüquqi bağlılığı yoxdur. Cavabdeh MMC binada heç bir tikinti işləri aparmamışdır və binanın tikintisi barədə cavabdehə aid heç bir sənəd mövcud deyil».

60. Apelyasiya instansiyası məhkəməsi isə üçüncü şəxsin bu dəlillərini qəbul etməmiş və mövqeyini belə əsaslandırmışdır ki, “Maraqlı şəxs şikayətdə qeyd etdiyi hallarla b ağlı məhkəmə kollegiyasına heç bir mötəbər sübut təqdim etməmişdir.... Maraqlı şəxs Cavabdeh MMC-nin iddiaçının mübahisələndirdiyi qeyri-yaşayış sahəsinə aidiyyətinin olmaması, orada cavabdehin hər-hansı bir tikinti işləri aparmaması barədə göstərdiklərini əsassız hesab edir və eyni zamanda qeyd edir ki, qətnamə maraqlarına toxunan şəxsin iddiaçının mübahisələndirdiyi qeyri-yaşayış sahəsinin ona məxsus qeyri-yaşayış sahəsi ilə eyni olması barədə dəlillərini də əsaslı saymır və bu barədə təsdiqedici sübutlar qətnamə maraqlarına toxunan şəxs tərəfindən təqdim edilməmişdir”.

61. Halbuki, üçüncü şəxsin təqdim etdiyi müqavilələrə əlavə edilmiş evin mərtəbəsinin eskiz layihəsində Yeni ünvan 5 ünvanda yerləşən binanın layihəsinin Bakı şəhəri İH Memerlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırıl ması qeyd olunub.

62. Bundan başqa, üçüncü şəxsin təqdim etdiyi X5 Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə 23 may 2018-ci il tarixli sübutlarln qiymətləndirilməsi haqqında qərarda və 31 may 2018-ci il tarixdə təsdiqlənmiş ittiham aktında göstərilir ki, X18 xx.xx.2012-ci ildə təsis etdiyi, sahibliyində, istifadəsində və mülkiyyətində hər hansı əmlakı mövcud olmayan Cavabdeh MMC-nin direktoru vəzifəsində işləyərkən, tanışı X6 və qeyrilərinin Azərbaycan Respublikası CM-nin 178.3.1, 178.3.2, 306.2, 308.2, 213.1, 213.2.1, 213.2.2-ci maddələri ilə məhkum olunmalarına dair Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 iyun 2009-cu il tarixli hökmündə və həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2 0 noyabr 2009-cu il tarixli qərarında onun üzərinə Bakı və Sumqayıt şəhərlərində 117 nəfər zərərçəkmiş şəxsə mənzil və obyekt tikib vermək vəzifəsinin qoyulmasının guya ona ünvan 7 ünvanında inşa edilmiş, X13 məxsus çoxmərtəbəli yaşayış evindən mənzil satmaq hüququ verdiyini əsas gətirərək, buna səlahiyyətinin olduğuna X22 və X19 inandırmaqla aldadaraq binanın 2-ci blok, 10-cu mərtəbəsində yerləşən, 4 otaqlı, 165 kv/m ölçülü 55 nömrəli mənzilin Şahin Aslanovun qohumu X11 adına rəsmiləşdirilməsi ilə bağlı məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – xx.xx.2015-ci il tarixli, 46 nömrəli alqı-satqı müqaviləsini və mənzilin dəyərinin tam ödənilməsi barədə həmin tarixli və nömrəli maliyyə arayışını imzası və rəhbərlik etdiyi Cəmiyyətin möhürü ilə t əsdiq edərək sonuncuya cavab verməklə mənzilin dəyəri kimi 57000 manat pulu vahid niyyətlə Şahin Aslanovdan alıb özgənin külli miqdarda 57000 manat pulunu öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə dələduzluq etmiş, təkrarən vəzifə saxtakarlığı törədib, həmin əməli ilə X14 faktiki olaraq mənzildən məhrum etməklə fiziki şəxsin qanunla qorunan mülkiyyət hüquqlarına mühüm zərər vurulmasında ifadə olunan əməl törətmişdir.

63. Eyni zamanda həmin qərar və ittiham aktında zərərçəkmiş şəxs kimi tanınmış X21 ifadəsində qeyd etmişdi ki, atası X17 2009-cu ildə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2016-cı ildə vəfat etmişdir. Bundan sonra bacısı X7 adına "xxxx" MTK təsis edilmişdir və həmin MTK-nın direktorudur.

64. Bundan əlavə, üçüncü şəxsin təqdim etdiyi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-553/2021 saylı qətnaməsindən müəyyən olunurdu ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddiaçı X8 cavabdeh X12 qarşı iddia tələbi təmin edilərək, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi küçəsi 2 saylı ünvanda yerləşən 10 mərtəbəli binanın 2, 5, 7, 6a, 16, 19, 21, 22, 24a, 25, 26, 38, 43, 51, 53, 65, 67, 69, 73 və 75 saylı mənzillərin iddiaçıya verilməsi qət edilmişdir. Lakin həmin iş üzrə icra mərhələsində icra məmurunun səhvi nəticəsində X10 məhkəmə qətnaməsi ilə müəyyən edilmiş yaşayış sahələri ilə yanaşı Maraqlı şəxs məxsus qeyri-yaşayış sahəsi də təhvil verilmişdir. Buna görə də Həsənov X16 rayon icra və probasiya şöbəsinə qarşı (X2, X15, X20 və "xxxx" MTK üçüncü şəxslər qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi, icra sənədinin geriyə icra olunması və icra məmurunun üzərinə qeyri-yaşayış sahələrinin təhvil verilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunan mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 2(004)-553/2021 nömrəli, 06 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin olunması, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi küçəsi 2 ünvanında yerləşən binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən 140,5 kv.m və ikinci blokun 1-ci mərtəbəsində yerləşən 164,5 kv.m qeyri-yaşayış sahələrinin X4 və X1 nümayəndəsi X10 təhvil verilməsində ifadə olunan hə rəkətin qanunsuz hesab edilməsi, Yasamal Rayon icra və probasiya şöbəsinin üzərinə ünvan 8 ünvanında yerləşən binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən sahəsi 140,5 kv.m və ikinci blokun 1-ci mərtəbəsində yerləşən sahəsi 164,5 kv.m olan qeyriyaşayış sahələrinin boşaldılaraq Maraqlı şəxs təhvil verilməsi vəzifəsinin qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

65. Göründüyü kimi mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh MMC-yə məxsus olub-olmamasını araşdırmağı zəruri edən kifayət qədər məlumat mənbələri apelyasiya instansiyası məhkəməsinə təqdim olunmuşdu. Ücünşü şəxsin işə apelyasiya icraatında qoşulması, apelyasiya instansiyası məhkəməsindən tam hüquqlu məhkəmə kimi işdə olan və əlavə təqdim olunmuş sübutların tam araşdlrılmasını tələb edirdi. Lakin işə baxmış məhkəmə kollegiyası Yasamal Rayon Məhkəməsinin 2(004)-553/2021 nömrəli, 06 may 2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunan hallara heç bir qiymət verməmiş, bu qətnamənin qanuni qüvvəyə minməsini, ləğv olunmuşsa mübahisənin hansı qaydada həllini tapdığını müəyyən etməmişdir (İşə yenidən baxacaq məhkəmənin diqqətinə çatdırılır ki, mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı qeyd olunan mübahisə üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-576/2022 saylı qərardadı və Bakı Apelyasiya Məhkəməsinin 8(103)-30/2023 saylı qərardadları çıxarılmışdır). Məhkəmə kollegiyası ümumiyyətlə mübahisəli çoxmərtəbəli yaşayış binasının cavabdeh tərəfindən inşa edilib edilmədiyini, oradan yaşayış və qeyri-yaşayış sahəsini özgəninkiləşdirmək hüququna malik olub-olmadığını, torpaq sahəsinin hans ı fiziki və ya hüqiqi şəxsə ayrıldığını, çoxmərtəbəli binanı inşa etmək üçün kimə icazə verildiyini araşdırmamışdır. Nəticədə, Cavabdeh MMC-nin üzərinə tələb olunan qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi barədə öhdəliyin qoyulmasının Mülki Məcəllənin 762-ci maddəsinin tələblərinə, yəni podratın nəticəsinin üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olmasına uyğunluğu araşdırılmamışdır.

66. Apelyasiya instansiyası məhkəməsinin «hazırki iş üzrə iddiaçı mübahisələndirilən qeyri-yaşayış sahəsini Cavabdeh MMC ilə bağlanmış müqavilə üzrə əldə etmiş və hazırda iddiaçının qeyri-yaşayış sahəsini əldə etməsi barədə müqavilə qüvvədədir, ləğv və ya etibarsız hesab olunmamışdır” kimi mövqeyi də, işin hazırki vəziyyətində, yəni, mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi bi nanın cavabdehə aidiyyətinin (binadan qeyri-yaşayış sahəsini satmaq, bununla bağlı podrat müqaviləsi bağlamaq səlahiyyətinin) müəyyən olunmadığı halda əsassızdır.

67. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə qətnaməsinə verilmiş izahla əslində işin sonrakı icraatına təsir edən prosessual vəziyyət yarandığına görə, apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq cavabdehin mövcud olub olmamasını araşdırmağa borclu idi.

68. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsinə izah verilməsi barədə iddiaçının ərizəsi belə əsaslandırılmışdı ki, icra tədbiri qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdeh "X24” MMC-nin üzərinə qoyulmasıdır, hazırda isə "X24” MMC həmin ünvanda fəaliyyət gö stərmədiyindən, mövcud olmadığndan, eyni zamanda həmin qeyri-yaşayış sahəsinin bir hissəsinə dair fiziki şəxs X17 ilə Maraqlı şəxs arasında bağlanmış müqavilə mövcud olduğundan məhkəmə qərarının icrasında çətinliklər yaranmışdır.

69. Birinci instansiya məhkəməsi qətnaməyə izah verərək, qətnamənin nəticə hissəsindən qeyri-yaşayış sahəsinin təhvil verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə müddəanı xaric edərək, qətnamənin həmin hissəsinin “İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 04 iyul 2018-ci il tarixli 27 saylı müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 400 kv. metrdən ibarət olan qeyri-yaşayış sahəsi İddiaçı təhvil v erilsin” kimi başa düşülməli olduğu barədə qərar vermişdir.

70. Bu cür nəticə əslində qətnamənin icrasında olan maneənin aradan qaldırılmasına xidmət etmir. Bu qərardadın apelyasiya baxışına təsiri isə ondan ibarətdir ki, birinci instansiya məhkəməsi həmin izahla bilavasitə iş üzrə cavabdeh hüquqi şəxsin “mövcud olmadığını” təsbit etməklə, apelyasiya israatı zamanı cavabdeh tərəfin mövcud olub olmamasının araşdırılmasını birinci növbədə həll olunmalı prosessual məsələyə çevirmişdi. Çünki MPM-nin 261.0.8-ci maffəsinin tələbinə görə işdə iştirak edən hüquqi şəxs ləğv olunduqda iş üzrə icraata xitam verilməlidir.

71. Həmçinin MPM-nin 254.1.1-ci maddəsinə əsasən, işdə tərəf olan hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə, iş üzrə icraat dayandırılır.

72. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 44.1-ci maddəsinə görə hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.

73. Hüquqi şəxsin mövcudluğuna qanunla nəzərdə tutulmuş üsullarla son qoyulur. Hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Qanunla müəyyənləşdirilmiş hallarda hüquqi şəxsin bölünməsi və ya tərkibindən bir və ya bir neçə hüquqi şəxsin ayrılması şəklində yenidən təşkili məhkəmənin qərarı ilə həyata keçirilir. Hüquq i şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir (Mülki Məcəllənin 55.1, 55.2, 56.1, 59.1-ci maddələri).

74. Hüquqi şəxsin ləğv olunmasının qaydaları da Mülki Məcəllənin 60-61-ci maddələri ilə dəqiq tənzimlənmişdir.

75. Hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir (Mülki Məcəllənin 48.1-ci maddəsi).

76. Hüquqi şəxslərin dövlət qeydiyyatı - Azərbaycan Respublikasının ərazisind ə hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsidir. Hüquqi şəxslərin dövlət reyestri - Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusudur (Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Qanunun 2.0.7 və 2.0.8-ci maddələri).

77. Lakin birinci instansiya məhkəməsi cavabdeh hüquqi şəxsin yenidən təşkil edildiyini (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) və ya ləğv olunduğunu araşdırmadan hüquqi şəxsin “mövcud olmadığı” barədə nəticəyə gəlmiş, apelyasiya instansiyası məhkəməsi də icraat zamanı cavabdehin mövcud olub olmadığını araşdırmamışdır.

78. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi işin mahiyyəti üzrə düzgün həll olunması üçün zəruri olan həddə işin hallarını araşdırmamışdır. Məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxarır. Bu da öz növbəsində həmin məhkəmə aktı ilə hər-hansı hüquqi nəticəyə gəlinməsinə ciddi çətinliklərin yaranmasına səbəb ola bilər. Bu baxımdan mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.

79. Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üz rə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və s. Qərarları).

80. Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

81. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması barədə MPM-nin tələblərinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yen idən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

82. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməli, həmçinin "xxxx" MTK-nın üçüncü şəxs kimi işə cəlb olunması məsələsi müzakirə edilməlidir.

83. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 mart 2023-cü il tarixli, 2(103)1408/2023 nömrəli ləğv edilsin və iş yenidən baxılması üçün göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar