Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2995/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X cavabdeh X7 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi 27.07.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 may 2023-cü il tarixli, 2(107)595/2023 saylı qərardadından cavabdeh X10, habelə Cavabdeh4 və X birgə verdikləri kassasiya şikayəti üzrə işə 27 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Yevlax rayon Aqrar İslahat Komissiyasının 25 aprel 1998-ci il tarixli qərarı ilə Cavabdeh1 və onun ailə üzvüləri olan X7, Cavabdeh4 və X kənd təsərrüfatı məhsullarının istehsalı üçün Yevlax rayonu, X kəndində 2.88 hektar pay torpaq sahəsi verilmişdir. 11 aprel 2006-cı il tarixli, 351 saylı məktubla Yevlax Şəhər İcra Hakimiyyəti Cavabdeh1 Əlipənah oğlunun yetkinlik yaşına çatmayan övladları Cavabdeh4 və X hüquq və mənafelərinin qorunub saxlanmasına riayət etmək şərtilə sonuncuların pay torpaq sahələrinin satılmasına razılıq verilməsinə etiraz etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Sabəddin qızı cavabdehlər Cavabdeh1 və X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayonu, X kəndində cavabdeh X4 JN 60 8 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən mülkiyyətçisi hesab edildiyi 2.88 hektar pay torpaq sahəsinin alqı-satqısına dair cavabdehlər X11 və X10 ilə onun arasında əqdin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər ər-arvad olmaqla Yevlax rayonu, Tanrıqulular kəndində iki nəfər azyaşlı uşaqları ilə birlikdə 2.88 hektar pay torpaq sahələri olmuş, Cavabdeh1 JN 608 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən rəsmi mülkiyyətçi kimi tanınmış, qeyd olunan 2.88 hektar pay torpaq sahəsi cavabdehlərin razılığı ilə ona satılmış, qarşılıqlı razılaşma əsasında müəyyənləşdirilmiş məbləği Cavabdeh1 ödəmiş, həmin torpaq sahəsini təhvil almış, eyni zamanda Cavabdeh1 qeyd olunan daşınmaz əmlakın alqı-satqısının tezliklə rəsmiləşdirəcəyinə söz vermiş, lakin əqddən irəli gələn öhdəliyi yerinə yetirməmiş, ötən zaman kəsiyində cavabdehlər rəsmi olaraq boşanmaqla, iki nəfər azyaşlı uşaqları Cavabdeh1 himayəsində qalmış, cavabdehlər rəsmi boşandıqdan sonra cavabdeh x onun torpaq payının satışından əldə edilən məbləği ona vermədiyi üçün alqı-satqının rəsmiləşdirilməsinə razılıq verməyəcəyini bildirmiş, eyni zamanda Cavabdeh1 da x X çatacaq məbləğin ödənilməsinə dair mübahisə etmiş, yəni həmin məbləği ödəmək istəməmiş, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yevlax Rayon Məhkəməsinin 03 iyul 2007-ci il tarixli, 2-321/2007 saylı qətnaməsi ilə (hakim Ə.Tağıyev) iddia təmin olunmuş, tərəflər arasında Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən JN 608 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən rəsmi mülkiyyətçisi olduğu 2.88 hektar pay torpaq sahəsinin alqı-satqısı ilə bağlı aralarında olan əqd bağlanmış hesab edilmiş, JN 608 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən təsbit edilmiş Yevlax rayonu, x kəndində 2.88 hektar pay torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququ tanınmış, qətnamənin surətinin müvafiq qeydiyyat aparılması üçün DƏDRX-nin Yevlax rayon ərazi idarəsinə göndərilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflərin arasında olan razılaşma üzrə alıcı üzərinə düşən öhdəliyə tam əməl etmiş, pay torpaq sahəsinin razılaşdırılmış qiymətini cavabdehlərə ödəmiş, cavabdehlər isə alqı-satqının predmetini təşkil edən 2.88 hektar pay torpaq sahəsini alıcıya təhvil verməsinə baxmayaraq, əqdin notariat qadasında təstiqlənməsindən boyun qaçırmışlar. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 2005-ci ilə qədər qüvvədə olmuş 335.2-ci maddəsinə, habelə Ailə Məcəlləsinin 33.2 və 33.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh X və işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan şəxs qismində Cavabdeh4 və X apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, x belə bir iddia tələbindən və məhkəmə iclasından məluma tı olmamış, məhkəməyə hər hansı notarial qaydada təsdiqlənmiş ərizə göndərməmişdir. Bu hal məhkəmənin prosessual hüquq pozuntusu ilə işə baxmasını sübut edir. Məhkəmənin iclası barədə ona hər hansı bir məlumat verilməmişdir. O, 2007-ci ildə mülkiyyətində olan torpağın iddiaçının mülkiyyətinə keçməsinə, satılmasına razı idisə, 30 aprel 2009-cu ildə mülkiyyətində olan torpaq üzərində X3 etibarnamə üzrə sərəncam verməyi etibar etməzdi. O, iddiaçıdan pul almamış, daha sonra isə əlavə olaraq pul tələb etməmiş, ona və həmin vaxt azyaşlı olmuş uşaqlarına məxsus torpaq sahəsinin satılmasına razı olmamışdır. Cavabdeh1 ilə boşandıqdan sonra əlaqələri kəsilmişdir. Onların nikahları 2005-ci ildə məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Həmin məhkəmə qətnaməsində onların 8 il əvvəl ayrı yaşadıqları göst ərilmişdir. Cavabdeh1 JN 608 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında özünə məxsus 0.72 hektar pay torpaq sahəsini sata bilərdi. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 avqust 2022-ci il tarixli, 2(107)1009/2022 saylı qətnaməsi ilə (hakimlər Ə.Məcidov sədrlik edən, məruzəçi, V.Məlikov və A.Mahmudov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Yevlax Rayon Məhkəməsinin 03 iyul 2007-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, hazırki iş üzrə iddia ərizəsi Yevlax Rayon Məhkəməsinə 11 aprel 2007-ci il tarixdə daxil olmuş, 11 aprel 2007-ci il tarixdə işin məhkəmədə baxılmağa hazırlanması barədə qərardad qəbul edilməklə məhkəmə iclası 28 aprel 2007-ci il tarixə, saat 1 5:00-a təyin edilmişdir. Həmin qərardadın qəbul edilməsi ilə bağlı və 28 aprel 2007-ci il tarixdə keçirilməsi nəzərdə tutulan iclasla bağlı protokollar işin materiallarında mövcud deyildir. İş məhkəmənin icraatına daxil olandan 3 ay 11 gün keçdikdən sonra 22 iyun 2007-ci ildə məhkəmə baxışının təyin edilməsi barədə yeni qərardad qəbul edilmiş və məhkəmə baxışı 3 iyul 2007-ci ilə saat 15:00-a təyin edilmişdir. Həmin tarixdə məhkəmə iclası keçirilmiş və yekun məhkəməyə qətnaməsi qəbul edilmişdir. Bu hallar birinci instansiya məhkəməsi tərəfindən kobud prosessual pozuntulara yol verilməsi kimi qiymətləndirilir və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.7-ci maddəsinə əsasən qətnamənin ləğv edilməsi üçün əsasdır. Məhkəmə qeyd etmişdir ki, hazırki iş üzrə tərəflər arasında h ər hansı müqavilənin bağlanması heç bir halla sübut olunmur. Belə ki, iş materiallarında nə yazılı formada bağlanmış müqavilə mövcuddur, nə də müqavilənin notariat qaydada təsdiqlənməsini sübut edəcək hər hansı dəlil aşkar olunur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2005-ci ilə qədər qüvvədə olmuş 335.2-ci maddəsinə istinad etmişdir. Halbuki, hazırki iş üzrə mübahisəli hüquq münasibətinin yaranmasının 2005-ci ilə qədər baş tutmuş olmasına dair tək dəlil iddiaçının müqavilənin 2002-ci ildə bağlanmış olmasını deməsidir ki, həmin hal da iş materialları ilə təsdiq olunmur. İş materiallarının 9-cu vərəqində yer alan Yevlax Şəhər icra Hakimiyyəti Başçısının Aparatı tərəfındən verilmiş 351 nömrəli məktubda ŞİH başçısının Təhsil Səhiyə və Mədəniyyət üzrə müavi ni, YYÇ-ın işləri və hüquqlarının müdafiəsi üzrə komissiya Yevlax rayonu Tanrıqulular kənd sakini X5 Yetkinlik yaşma çatmayan övladları Cavabdeh4 Talib oğlu və X9 hüquq və mənafelərinin qorunub saxlanmasına riayət etmək şərti ilə pay torpaqlarının satılmasına razılıq verilməsinə etiraz edilmədiyigöstərilmişdir ki, sözü gedən məktub da 11 aprel 2006-cı il tarixlidir. Buradan belə aydın olur ki, məktubun verildiyi tarixdə hələ müqavilə bağlanmamışdı. Beləliklə hazırki iş üzrə birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24 iyun 2005-ci ilə qədər qüvvədə olmuş 335.2-ci maddəsinə istinad edərək və ümumilikdə iddianı təmin etməklə səhvə yol vermişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 2005-ci ilə qədər qüvvədə olmuş 335.2-ci maddələrinə, habelə Ailə Məcəlləsinin 33.2 və 33.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı torpağı qanuni əsaslarla əldə etmişdir və həmin torpağı idarə edir. Bu barədə DƏDRX-dən 14 sentyabr 2007-ci il tarixdə Çıxarış əldə edərək, mübahisələndirilən torpaq sahəsinin tam mülkiyyətçisidir. Heç bir qanuni əsas olmadan mübahisəli torpağın əvvəlki mülkiyyətçilərindən biri x iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində cavabdeh X3 30 aprel 2009-cu il tarixli etibarnamə ilə sərəncam verməyi etibar etmişdir. İşdə həmin etibarnamə Yevlax Rayon Məhkəməsinin 11 oktyabr 2010-cu il tarixli qətnaməsinin qovluğundadır. Bu hal da iddiaçının torpaqla bağlı məlumatını əks etdirir. Bundan başqa, həmin qovluqda Şəki Apellyasiya Məhkəməsinin 23 sentyabr 2011-ci il tarixli qətnaməsində qeyd etdiyi hal öz əksini tapıb. Şikayətçi mübahisələndirdiyi torpaq sahəsi ilə bağlı mövcud qətnamədən xəbərdar olmuşdur. Hətta 2009-cu ildə öz nümayəndəsi X3 rəsmi etibarnamə də vermişdir. Həmin etibarnamə əsasında bu şəxs iddiaçının şikayətinə baxılan məhkəmə prosesində hazırkı apellyasiya şikayəti verənin nümayəndəsi olmuşdur. Cavabdeh məhkəmə qətnaməsindən xəbərdar olmuş, qanunla müəyyən olunmuş şikayət vermə müddətini ötürmüşdür. Bu səbəbdən 15 ildən sonra verilmiş apellyasiya şikayəti aidiyyəti üzrə göndərilə bilməzdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 06 mart 2023-cü il tarixli, 2(102)-289/2023 saylı qərarı ilə (hakimlər V.M.Məmmədov məruzəçi, Z.Ə.Əliyev və A.Ə.Abbasov) kassasiya şikayəti təmin edilmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, Yevlax Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qərardadı ilə cavabdeh X və işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan şəxslər qismində Cavabdeh4 və X tərəfindən 2 5 yanvar 2022-ci il tarixdə, yəni mübahisəli qətnamədən 15 ilə yaxın müddət keçdikdən sonra verilən apellyasiya şikayəti, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında şərh olunan hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “resjudicata” prinsipinin tələblərinə cavab verib-verməməsi, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulan müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının həminprinsipin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirib-gətirməməsi, ən əsası isə mülki məhkəmə icraatında iştirakı təmin olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsi məsələləri araşdırı lmadan, bu məsələlərə heç bir hüquqi qiymət verilmədən, o cümlədən MPM-in 364-cü maddəsinin tələbləri yerinə yetirilmədən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayətinin mümkün sayılması barədə 02 mart 2022-ci il tarixli (həmin qərardad apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ləğv edilmişdir) və 21 iyul 2022-ci il tarixli qərardadlarında sözügedən hüquqi məsələlərə birinici instansiyası məhkəməsi tərəfindən qiymət verilib-verilməməsinə heç bir münasibət bildirməmiş, qeyd olunan hallar qərardadlarda müzakirə edilməmişdir.Halbuki, iddiaçı Yevlax Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qərardadından 15aprel 2022-ci il tarixli şikayətində, eynilə kassasiya şikayətində o lduğu kimi, mübahisəli torpağa dair DƏDRX-dən 14 sentyabr 2007-ci il tarixdə çıxarış əldə etdiyini, cavabdeh Leyla Cəfərovanın iddiaçının mülkiyyətində olan torpaqla bağlı öz nümayəndəsi X8 adlı şəxsə 30 aprel 2009-cu il tarixli etibarnamə verdiyini, həmin etibarnamə əsasında sonuncunun, iddiaçının şikayətinə baxılan məhkəmə prosesində L.Cəfərovanın nümayəndəsi olduğunu, həmin etibarnamənin Yevlax Rayon Məhkəməsinin 11 oktyabr 2010-cu il tarixli qətnaməsi qəbul edilən mülki işin qovluğunda olduğunu, bu halın Şəki Apellyasiya Məhkəməsinin 23 sentyabr 2011-ci il tarixli qətnaməsində də öz əksini tapdığını, Leyla Cəfərovanın torpaq sahəsi ilə bağlı mövcud qətnamədən xəbərdar olduğunu irəli sürmüşdü. Odur ki, iddiaçının istinad etdiyi Yevlax Rayon Məhkəməsinin 11 oktyabr 2010-cu il tarixli və Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 sentyabr 2011-ci il tarixli qətnamələri hər bir halda nəzərdən keçirilməli, cavabdeh X və onun apellyasiya şikayəti verən iki övladının Yevlax Rayon Məhkəməsinin 03 iyul 2007-ci il tarixli qətnaməsi ilə öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu an müəyyən edilməli, sözügedən tarix təsbit edildikdən sonra 15 il müddətin keçməsində apelyatorların təqsirinin olubolmamasına, həmçinin, onların bu barədə məlumatlı olduqdan sonra qanunla nəzərdə tutulan 1 aylıq prosessual müddətə əməl edibetmədiklərinə, hər iki halda müddətin buraxılmasının üzrlü sayılıb-sayıla bilməyəcəyinə hüquqi qiymət verilməlidir. Kassasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Mülki Məcəllənin 335.2 (xx.xx.2005-ci ilə qədər qüvvədə olmuş), 394. 567, 646. 1, 646.2-ci maddələrinə və digər maddi, prosessual hüquq normalarına istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 may 2023-cü il tarixli, 2(107)595/2023 saylı qərardadı ilə (hakimlər M.A.Əsədli sədrlik edən, məruzəçi, R.R.Rəfiyev və E.M.Mehdiyev) İddiaçı Sabəddin qızının cavabdehlər Cavabdeh1 və X7 qarşı “əqdin bağlanmış hesab edilməsi” tələbinə dair 2(107)-1009/2022 saylı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin şikayətə baxılmasının mümkün hesab edilməklə işin icraata qəbul edilməsi haqqında 21 iyul 2022-ci il tarixli qərardadı ləğv edilmiş, işin apellyasiya baxışından çıxarılması və apellyasiyanın qeyri-mümkün hesab edilməklə Yevlax Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə kol legiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin uyğunluğunu yoxlamalı olduğu halda, bunu etmədiyindən həmin şikayətə apellyasiya qaydasında baxılması mümkün deyil. Belə ki, cavabdehə və maraqlı şəxslərə birinci instansiya məhkəməsinin qətnaməsinin surətinin MPM-nin 227.3-cü maddəsində göstərilən müddətlərdə təqdim olunması (alınması) və ya rəsmi qaydada verilməsi barədə sübut yoxdur. Lakin hazırki işin vəziyyəti, apellyasiya şikayətinin verilməsində müddətlərin həllində bir qədər atraflı araşdırma aparılmasını tələb edir. İşdən görünür ki, Yevlax Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qərardadı ilə cavabdeh X və işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan şəxslər qismində Cavabdeh4 və X tərəf indən 25 yanvar 2022-ci il tarixdə, yəni mübahisəli qətnamədən 15 ilə yaxın müddət keçdikdən sonra verilən apellyasiya şikayəti, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında şərh olunan hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “resjudicata” prinsipinin tələblərinə cavab verib-verməməsi, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulan müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının həmin prinsipin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirib-gətirməməsi, ən əsası isə mülki məhkəmə icraatında iştirakı təmin olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsi məsələləri araşdırılmadan, bu məsələlərə heç bir hüquqi qiymət verilmədən, o cümlədən MPM-in 364-cü maddəsinin tələbləri yerinə yetirilmədən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Halbuki, iddiaçı Yevlax Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qərardadından 15 aprel 2022-ci il tarixli şikayətində mübahisəli torpağa dair DƏDRX-dən 14 sentyabr 2007-ci il tarixdə çıxarış əldə etdiyini, cavabdeh x iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə bağlı öz nümayəndəsi X8 adlı şəxsə 30 aprel 2009-cu il tarixli etibarnamə verdiyini, həmin etibarnamə əsasında sonuncunun, iddiaçının şikayətinə baxılan məhkəmə prosesində X nümayəndəsi olduğunu, həmin etibarnamənin Yevlax Rayon Məhkəməsinin 11 oktyabr 2010-cu il tarixli qətnaməsi qəbul edilən mülki işin qovluğunda olduğunu, bu halın Şəki Apellyasiya Məhkəməsinin 23 sentyabr 2011-ci il tarixli qətnaməsində də öz əksini tapdığını, X torpaq sahəsi ilə bağlı mövcud qətnamədən xəbərdar olduğunu irəli sürmüşdü. Kassasiya instansiyası məhkəməsinin qanuni göstərişlərini nəzərə alan Məhkəmə kollegiyası Şəki Apellyasiya Məhkəməsinin 2(107)-447/11 saylı iş üzrə 23 sentyabr 2011-ci il tarixli qətnaməsini Şəki Apellyasiya Məhkəməsinin arxivindən tələb edərək mülki iş materiallarına əlavə etmişdir. Məhkəmə kollegiyası tərəfindən Şəki Apellyasiya Məhkəməsinin 2(107)-447/11 saylı mülki iş üzrə 23 sentyabr 2011-ci il tarixli qətnaməsini nəzərdən keçirərkən müəyyən etmişdir ki, X10 İddiaçı mülkiyyətində olan torpaq sahəsi üzərində cavabdeh X3 30 aprel 2009-cu il tarixli etibarnamə ilə sərəncam verməyi etibar etmişdir. Göründüyü kimi X6 Yevlax Rayon Məhkəməsinin 03 iyul 2007-ci il tarixli qətnaməsindən ən azından 2011-ci ildən məlumatlı olmuşdur. Ancaq o, qanunla müəyyən edilmiş müddətdə həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Daha sonra, Məhkəmə kollegiyası iş üzrə Yevlax Rayon Məhkəməsinin 03 iyul 2007ci il tarixli, 2(039)- 321/2007 saylı qətnaməsi ilə maraqlarına toxunulan şəxslər Cavabdeh4 və X apellyasiya şikayətinin mümkünlüyünə qiymət verərək qeyd etmişdir ki, həmin şəxslər də apellyasiya şikayəti vermə müddətini ötürmüşlər. Belə ki, Cavabdeh4 18 yaşı 2011-ci il tarixdə tamam olmuşdur. X 18 yaşı isə 2012-ci ildə tamam olmuşdur. Bu müddətdə apellyatorların iş üzrə Yevlax Rayon Məhkəməsinin 03 iyul 2007-ci il tarixli qətnaməsindən məlumatlı olmamaları barədə dəlilləri əsassızdır. Mübahisəli torpaq sahəsi ataları tərəfindən icarəyə verildiyindən, həmin torpaq sahəsi ilə maraqlanmadıqları barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyatorların bu dəlili inandırıcı deyil. Belə ki, Cavabdeh1 Yevlax Rayon Məhkəməsinin 3 iyul 2007-ci il tarixli qətnaməsini mübahisələndirməmişdir. Həmin qətnaməni mübahisələndirmədiyi halda Cavabdeh1 öz övladları Cavabdeh4 və x necə deyə bilərdi ki, torpaq sahəsini icarəyə vermişdir. Eyni zamanda torpağı hansı məbləğdə icarəyə verdiyini deyə bilərdi. Halbuki, apellyatorlar torpaq sahəsini hansı məbləğdə icarəyə verilməsinə dair hər hansı bir sübutu məhkəmələrə təqdim etməmişlər. Həmin torpaq sahəsinin icarəyə verilməsinə dair apellyatorların dedikləri inandırıcı deyil. Ona görə də Məhkəmə kollegiyası hesa b etmişdir ki, apellyatorlar mübahisəli torpaq sahəsinin ataları tərəfindən satılmasına dair Yevlax Rayon Məhkəməsinin 03 iyul 2007-ci il tarixli qətnaməsindən ən azından 18 yaşları tamam olduğu müddətdə xəbərdar olmuşlar. Çünki həmin vaxt onlar mübahisəli torpaq sahəsinin əkib-becərilməsində maraqlı olardılar. Ancaq torpaq sahəsinin satılmasından xəbərdar olduqlarından bu işdə maraqlı olmamışlar. Göründüyü kimi, Yevlax Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qərardadı ilə cavabdeh X və işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan şəxslər qismində Cavabdeh4 və X tərəfindən 25 yanvar 2022-ci il tarixdə, yəni mübahisəli qətnamədən 15 ilə yaxın müddət keçdikdən sonra apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 13.4, 82.3, 106.1, 227.3, 357.1, 357.2, 360, 363.1, 363.2, 363.4, 364.1, 364.2, 366.1, 366.2, 366.3, 372.1, 372.7, 384.0, 400, 402.2.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh X10, habelə Cavabdeh4 və X kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və apellyasiya şikayətinə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 18 may 2023-ci il tarixli qərardad ı qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İş üzrə Yevlax Rayon Məhkəməsinin 03 iyul 2007-ci il tarixli qətnaməsindən kassatorların məlumatıolmamışdır. Həmçinin Yevlax Rayon Məhkəməsinin 11 oktyabr 2010-cu il və Şəki Apellyasiya Məhkəməsinin 23 sentyabr 2011-ci il tarixli qətnamələrindən də kassatorların məlumatı olmamışdır. Belə ki, kassatorlar torpaq sahəsinin qanunsuz olaraq İddiaçı tərəfindən sənədləşdirilməsindən məlumatları olsaydı X10 30 aprel 2009-cu il tarixdə mülkiyyətində olan torpaq sahəsi üzərində istifadə, sərəncam və sahiblik hüququnu X3 verməzdi. Bu etibarnamə 30 il müddətinə verilmişdir. Yevlax Rayon Məhkəməsinin 11 oktyabr 2010-cu il tarixli qətnaməsi qəbul edilməmişdən bir il yarım əvvəl X3 etibarnamə məhkəmələrlə bağ lı deyil, torpaq sahəsi ilə bağlı verilmişdir. Torpaq sahəsinin mülkiyyət hüququna dair Dövlət aktına əsasən 30 aprel 2009-cu il tarixli etibarnamə verilmişdir. Həmin vaxt mübahisə edilən torpaq sahəsi İddiaçı mülkiyyətində olsaydı, X10 tərəfindən ona dair etibarnamə verilə bilməzdi. 2009-cu ildən sonra X8 ilə əlaqə tamam kəsilmişdir. İddiaçı torpaq sahəsindən çıxarılması ilə bağlı X3 qarşı iddia tələbindən məlumatıları olmamışdır. İşdə, hər hansı bir məhkəmə iclasına dəvət edilməsi və yaxud məhkəmə qərarının kassatorlara göndərilməsini təsdiq edən sənəd yoxdur. “Elektron Notariat Avtomatlaşdırılmış X2”dan görünür ki, 30 aprel 2009-cu il tarixdə X3 verilmiş 7E-1991 nömrə ilə qeyd olunmuş etibarnamə 23 sentyabr 2021-ci il tarixdə ləğv edilmişdir. Pula ehtiyacı olduğundan etibarnamə ləğv etd irildikdən sonra X10 yaz mövsümündə torpaq sahəsini ya Vidadi Cəfərova ya da başqasına satmalı idi. 2022-ci ilin əvvəllərində X1 rayonu, Tanrıqulular kəndinə gəlmiş X8 ilə görüşüb torpaq sahəsi ilə bağlı maraqlanmışdır. Bu zaman X8 bildirmişdir ki, məhkəmə qərarı ilə torpaq sahəsini onun əlindən almışlar. Bundan sonra, X10 hüquqşünasla məsləhətləşmiş, Yevlax Rayon Məhkəməsinə müraciət edib, qətnaməni almış və bir ay tamam olmamış apellyasiya şikayəti vermişdir. Cavabdeh4 və X da mülkiyyətində olan torpaq sahəsinin qanunsuz olaraq məhkəmə qaydasında İddiaçı tərəfindən əldə edilməsindən və sonrakı məhkəmə çəkişmələrindən məlumatılı olmamışlar. Belə ki, anaları X torpaq sahəsini satmaq istəyəndə onlar da özlərinə məxsus paylarını satmaq istəmiş, həmin vaxt onlara məlum olumuşdur ki, onlara mə xsus torpaq sahəsi İddiaçı tərəfindən qanunsuz olaraq adına sənədləşdirilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutl ara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Maddə
360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 363.1.3. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsəapellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdəapellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəti cəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər. Maddə 384.0.6. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bil ər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindənasılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışını n hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki kassasiya şikayətində cavabdeh X10, habelə Cavabdeh4 və Cəfərova Günay Talıb qızı qərardadı tam mübahisələndirdiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya i nstansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh X, habelə Cavabdeh4 və X kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, apellyasiyanın qeyri-mümkün hesab edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdeh X, habelə Cavabdeh4 və X qətnamədən verdikləri apellyasiya şikayətinin uyğunluğunu yoxlamalı olduğu halda, bunu etmədiyindən həmin şikayətə apellyasiya qaydasında baxılması mümkün deyil. Çünki cavabdeh X və digərlərinə birinci instansiya məhkəməsinin qətnaməsinin surətinin MPM-nin 227.3-cü maddəsində göstərilən müddətlərdə təqdim olunması (alınması) və ya rəsmi qaydada verilməsi barədə sübut yoxdur. Lakin hazırki işin vəziyyəti, apellyasiya şikayətinin verilməsində müddətlərin həllində bir qədər atraflı araşdırma aparılmasını tələb edir. İşdən görünür ki, Yevlax Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qərardadı ilə cavabdeh X və işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə o nların hüquq və vəzifələrinə toxunan şəxslər qismində Cavabdeh4 və X tərəfindən 25 yanvar 2022-ci il tarixdə, yəni mübahisəli qətnamədən 15 ilə yaxın müddət keçdikdən sonra verilən apellyasiya şikayəti, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında şərh olunan hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “resjudicata” prinsipinin tələblərinə cavab verib-verməməsi, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulan müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının həmin prinsipin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirib-gətirməməsi, ən əsası isə mülki məhkəmə icraatında iştirakı təmin olunmamış şəxsin öz hüququnun pozu lduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsi məsələləri araşdırılmadan, bu məsələlərə heç bir hüquqi qiymət verilmədən, o cümlədən MPM-in 364-cü maddəsinin tələbləri yerinə yetirilmədən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Halbuki, iddiaçı Yevlax Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qərardadından 15 aprel 2022-ci il tarixli şikayətində mübahisəli torpağa dair DƏDRX-dən 14 sentyabr 2007-ci il tarixdə çıxarış əldə etdiyini, cavabdeh Leyla Cəfərovanın iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə bağlı öz nümayəndəsi X8 adlı şəxsə 30 aprel 2009-cu il tarixli etibarnamə verdiyini, həmin etibarnamə əsasında sonuncunun, iddiaçının şikayətinə baxılan məhkəmə prosesində X nümayəndəsi olduğunu, həmin etibarnamənin Yevlax Rayon Məhkəməsinin 11 oktyabr 2010-cu il tarixli qətnaməsi qəbul edilən mülki işin qovluğunda olduğunu, bu halın Şəki Apellyasiya Məhkəməsinin 23 sentyabr 2011-ci il tarixli qətnaməsində də öz əksini tapdığını, X torpaq sahəsi ilə bağlı mövcud qətnamədən xəbərdar olduğunu irəli sürmüşdü. Kassasiya instansiyası məhkəməsinin qanuni göstərişlərini nəzərə alan Məhkəmə kollegiyası Şəki Apellyasiya Məhkəməsinin 2(107)-447/11 saylı mülki iş üzrə 23 sentyabr 2011-ci il tarixli qətnaməsini Şəki Apellyasiya Məhkəməsinin arxivindən tələb edərək mülki iş materiallarına əlavə etmişdir. Məhkəmə kollegiyası tərəfindən Şəki Apellyasiya Məhkəməsinin 2(107)-447/11 saylı mülki iş üzrə 23 sentyabr 2011-ci il tarixli qətnaməsini nəzərdən keçirərkən müəyyən etmişdir ki, X10 İddiaçı mülkiyyətində olan torpaq sahəsi üzərində cav abdeh X3 30 aprel 2009-cu il tarixli etibarnamə ilə sərəncam verməyi etibar etmişdir. Göründüyü kimi X6 Yevlax Rayon Məhkəməsinin 03 iyul 2007-ci il tarixli qətnaməsindən ən azından 2011-ci ildən məlumatlı olmuşdur. Ancaq o, qanunla müəyyən edilmiş müddətdə həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Daha sonra, Məhkəmə kollegiyası iş üzrə Yevlax Rayon Məhkəməsinin 03 iyul 2007ci il tarixli, 2(039)- 321/2007 saylı qətnaməsi ilə maraqlarına toxunulan şəxslər Cavabdeh4 və X apellyasiya şikayətinin mümkünlüyünə qiymət verərək qeyd etmişdir ki, həmin şəxslər də apellyasiya şikayəti vermə müddətini ötürmüşlər. Belə ki, Cavabdeh4 18 yaşı 2011-ci il tarixdə tamam olmuşdur. X 18 yaşı isə 2012-ci ildə tamam olmuşdur. Bu müddətdə apellyatorların iş üzrə Yevlax Rayon Məhkəməsinin 03 iyul 2007- ci il tarixli qətnaməsindən məlumatlı olmamaları barədə dəlilləri əsassızdır. Mübahisəli torpaq sahəsi ataları tərəfindən icarəyə verildiyindən, həmin torpaq sahəsi ilə maraqlanmadıqları barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyatorların bu dəlili inandırıcı deyil. Belə ki, Cavabdeh1 Yevlax Rayon Məhkəməsinin 3 iyul 2007-ci il tarixli qətnaməsini mübahisələndirməmişdir. Həmin qətnaməni mübahisələndirmədiyi halda Cavabdeh1 öz övladları Cavabdeh4 və X necə deyə bilərdi ki, torpaq sahəsini icarəyə vermişdir. Eyni zamanda torpağı hansı məbləğdə icarəyə verdiyini deyə bilərdi. Halbuki, apellyatorlar torpaq sahəsini hansı məbləğdə icarəyə verilməsinə dair hər hansı bir sübutu məhkəmələrə təqdim etməmişlər. Həmin torpaq sahə sinin icarəyə verilməsinə dair apellyatorların dedikləri inandırıcı deyil. Ona görə də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, apellyatorlar mübahisəli torpaq sahəsinin ataları tərəfindən satılmasına dair Yevlax Rayon Məhkəməsinin 03 iyul 2007-ci il tarixli qətnaməsindən ən azından 18 yaşları tamam olduğu müddətdə xəbərdar olmuşlar. Çünki həmin vaxt onlar mübahisəli torpaq sahəsinin əkib-becərilməsində maraqlı olardılar. Ancaq torpaq sahəsinin satılmasından xəbərdar olduqlarından bu işdə maraqlı olmamışlar. Göründüyü kimi, Yevlax Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qərardadı ilə cavabdeh x və işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan şəxslər qismində Cavabdeh4 və X tərəfindən 25 yanvar 2022-ci il tarixdə, yəni mübahisəli qətnamədən 15 ilə yaxın müddət keçdikdən sonra apellyasiya şikayəti vermişlər. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, cavabdeh X, habelə Cavabdeh4 və x birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığından, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti üzrə apellyasiyanı qeyri-mümkün hesab etməklə düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmə dən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh X10, habelə Cavabdeh4 və X birgə verdikləri kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 may 2023-cü il tarixli, 2(107)-595/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.