Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2995/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-84/2025 nömrəli, 29 may 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 20 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Şamaxı Bələdiyyə sinin xx.xx.2005-ci il tarixli, 81 nömrəli qərarı ilə İddiaçı Şamaxı şəhərinin şimal-qərb hissəsində fərdi yaşayış evi tikmək üçün 30,0 metr uzunluğunda, 20,0 metr enində olmaqla 600 kv.m torpaq sahəsi ayrılmışdır.
2. Şamaxı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 36 nömrəli qərarı ilə Cavabdeh Şamaxı şəhərinin 25A nömrəli məhəlləsində fərdi yaşayış evi tikmək üçün 800 kv.m torpaq sahəsinin alqı-satqı yolu ilə satılmışdır.
3. Şamaxı Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 33 nömrəli arayışına əsasən, Cavabdeh həqiqətən Şamaxı şəhəri, 25A nömrəli məhəllədə 800 kv.m torpaq sahəsində 110 kv.m fərdi yaşayış evi inşa etdirmişdir.
4. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-2993/2025 nömrəli qərardadı ilə İddiaçı Şamaxı rayon Şamaxı Bələdiyyəsinə qarşı “Cavabdeh Şamaxı şəhərinin 25A nömrəli məhəlləsində 0,08 ha torpaq sahəsi satılması haqda Şamaxı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 36 nömrəli qərarının ləğv edilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinin mümkün sayılmaması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Şamaxı şəhəri, “Yurd Yeri” yaşayış massivində Şamaxı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 81 saylı qərarına əsasən Şamaxı şəhərinin şimal-qərb hissəsində ayrılmış 0,06 ha torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri alınaraq, cavabdehin həmin torpaq sahəsindən çıxarılması, əsassız və qanunsuz zəbt etdiyi s ahədə inşa etdiyi tikili-özülün sökülməsi və Şamaxı Bələdiyyəsi tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə verilmiş “verilir Cavabdeh ondan ötrü ki, o, Şamaxı şəhəri, 25 “A” saylı məhəllədə 0,08 ha torpaq sahəsində 110 kv.m sahəsi olan fərdi yaşayış evi inşa etdirmişdir” məzmunlu arayışın və həmin tikilinin yerləşdiyi yerin cavabdehə ayrılmış sahə kimi Bələdiyyənin möhürü ilə 2023-cü ildə təsdiqlənmiş plansxeminin Şamaxı rayon İcra Hakimiyyətinin memarlıq və arxitektura şöbəsində qeydə alınmadığından, etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, ona fərdi yaşayış evinin tikintisi üçün Şamaxı Bələdiyyəsinə 2005-ci ilin may ayında etdiyi yazılı müraciəti əsasında, Şamaxı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 81 saylı qərarına əsasən Şamaxı şəhərinin şimal-qərb hissəsində, “Yurd Yeri” adlanan ərazidə 0,06 kv.m torpaq sahəsi ayrılmış və Bələdiyyənin bu Qərarı ilə birlikdə ona “Bələdiyyə torpaqlarının kadastr məlumatlarının saxlayıcısı” olan Şamaxı Rayon Torpaq və Xəritəçəkmə Şöbəsinin möhürü ilə təsdiq edilmiş rəyi, satılması nəzərdə tutulmuş ərazidə 0,06 ha torpaq sahəsinin normativ qiymətinin müəyyən edilməsi üçün X3 və Xəritəçəkmə Komitəsinə ünvanladığı xx.xx.2005-ci il tarixli, 163 nömrəli məktubunun surəti; torpağın iddiaçıya satılmasına dair Şamaxı Bələdiyyəsinin və Şamaxı Rayon Torpaq və Xəritəçəkmə Şöbəsinin müdirinin iştirakı ilə tərtib edilmiş “Torpağın alqısatqısına dair Akt”ın surəti; həmin torpağa görə iddiaçı tərəfindən xx.x x.2005-ci il tarixli, 07 saylı qəbzlə X1 Bankının Şamaxı filialındakı hesabına ödədiyi 1.500.000 manat pulun mədaxil edilməsinə dair qəbzin surəti; satılmış sahənin Şamaxı Rayon Torpaq və Xəritəçəkmə Şöbəsinin və Şamaxı Bələdiyyəsinin möhürləri ilə təsdiq edilmiş Şamaxı şəhər Baş Planından Çıxarışının (xəritənin) və torpağın yerində dəqiq Planı verilmişdir. 2010-cu il onun Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon Şöbəsinə ona satılmış torpaq sahəsinə kadastr planı hazırlanmasına köməklik göstərilməsi barədəki ərizəsinə Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon Şöbəsi tərəfindən 17-3/185 nömrəli xx.xx.2010-cu il tarixli cavabında göstərilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli, 158 saylı Qərarına müvafiq olaraq Şamaxı rayonunun Şamaxı Bələdiyyəsinin qərarı ilə iddiaçıya satılmış 0,06 ha torpaq sahəsinin “Dağ Şirvan” kadastr qiymət rayonuna aiddir. Həmin torpaq sahəsi Şamaxı Bələdiyyəsinin mülkiyyətinə aiddir. Arayış üç nüsxədən ibarət tərtib edilmişdir. Onun bir nüsxəsi torpaq sahəsinin Normativ qiyməti barədə arayış verilməsi üçün müraciət edən Şamaxı Bələdiyyəsinə təqdim etmək üçündür. Arayışın ikinci nüsxəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon Şöbəsində saxlanılır. Üçüncü nüsxəsi Ağsu regional torpaq qeydiyyat mərkəzinə təqdim edilir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon Şöbəsinin müdiri “imza-möhür” M. Əfəndiyev”. Lakin 2023-cü ilin aprel-may ayında Ağsu rayonu, Suraxanı kənd sakini Cavabdeh Şamaxı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 36 nömrəli Qərarına əsasən, ona satılmış 0,08 ha (800 kv.metr) torpaq sahəsinin (lakin onun tərəfindən həmin torpaq sahəsinin dəyərinin Şamaxı Bələdiyyəsinə ödənilməsini təsdiq edən köçürmə sənədi, həmin vəsaitin Bələdiyyənin hesabına mədaxil edilməsini təsdiq edən qəbz, bank sənədi yoxdur) yerləşməsinə dair sxemdə Şamaxı Rayon Torpaq və Xəritəçəkmə Şöbəsinin müdiri M.Əfəndiyevin imzası olduğu halda, Şamaxı şəhər Baş Planından Çıxarış verilməmiş və yalnız torpağın iddiaçının ayrılmış torpaq sahəsinin plan və sxeminə uyğun gəlməyən yerdə olması barədə cizgisi verilsə də, o, özbaşına olaraq iddiaçıya məxsus 0,06 ha torpağı və həmin torpağa bitişik, başqasına məxsus torpaq sahəsinin 0,02 ha ərazisini də dəmir üstlərlə hasarlayaraq, orada müvafiq orqanların icazəsi olmadan 110 kv.m evin tikintisinin aparılması məqsədilə ilkin özül qoy ma işi aparmışdır. Eyni zamanda, Şamaxı Bələdiyyəsinin sədri X2 da, Cavabdeh guya “xx.xx.2023-cü il tarixdə 25 “A” saylı məhəllədə 0,08 ha torpaq sahəsində 110 kv.m sahəsi olan fərdi yaşayış evi inşa etdirməsi barədə obyektiv həqiqətə uyğun gəlməyən Arayış və həmçinin həmin tikilinin yerləşdiyi yerin yalnız özü tərəfindən təsdiq edilmiş sxemini vermişdir. Halbuki, xx.xx.2006-cı il tarixdən 2023-cü ilin mart ayına kimi olan dövrə qədər cavabdeh bir dəfə də olsun həmin əraziyə gəlməmiş, həmin torpaq sahəsi ilə bağlı nəinki iddiaçıya, eləcə də, hər hansı bir orqana qarşı tələb irəli sürməmişdir. Cavabdehə ayrılmış torpaq sahəsinin sxemi iddiaçının torpaq sahəsinin sxemi ilə üst-üstə düşməməsinə baxmayaraq, cavabdeh əsassız və qanunsuz olaraq iddiaçıya ayrılmış torpaq sahəsini zəbt edərək onu hasarlamış və ilkin özülqoyma işi aparmışdır. Ona məxsus torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən alınmalı, o, əsassız və qanunsuz zəbt etdiyi sahədən çıxarılmalı və onun inşa etdiyi tikili sökülməlidir. Cavabdeh Ağsu rayonunda yaşayır. Şamaxı Bələdiyyəsi tərəfindən cavabdehə “xx.xx.2023-cü il tarixdə verilmiş arayışın və həmin tikilinin yerləşdiyi yerin cavabdehə ayrılmış sahə kimi Bələdiyyənin möhürü ilə 2023-cü ildə təsdiqlənmiş plan-sxemi də Şamaxı rayonu ərazisində Bələdiyyə torpaqlarının kadastr saxlayıcısı olan Şamaxı rayon İcra Hakimiyyətinin memarlıq və arxitektura şöbəsində qeydə alınmadığından etibarsız sayılmalıdır.
7. Cavabdeh, məhkəmə iclasında Şamaxı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə ona 0,08 ha torpaq sahəsi satıldığını, həmin torpaq sahəsində ev tikdiyini və iddiaçıya aid torpaq sahəsini zəbt etmədiyini əsas gətirərək, iddianın rədd edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında üçüncü şəxs qismində iştirak edən Şamaxı bələdiyyəsinin nümayəndəsi iddia tələbini qəbul etməyərək göstərmişdir ki, vaxtilə iddiaçı ilə bələdiyyə arasında torpaq sahəsinin alqı-satqısı baş tutmuş, lakin sonradan məlum olmuşdur ki, mübahisə predmeti olan torpaq sahəsi meşə fondu torpaqları kateqoriyasına aid olmaqla, dövlət mülkiyyətindədir. Həmçinin, vaxtilə alqı-satqı baş tutarkən, iddiaçıya torpaq sahəsi təhkim edilməmiş, sadəcə torpaq sahəsinin yeri göstərilmişdir.
9. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən, Reyestr Xidmətinin xx.xx.2024-cü il tarixli məlumatına görə, iddiaçının naturada fak tiki istifadəsində torpaq sahəsi yoxdur. Lakin, iddiaçının iddia etdiyi cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları naturada müəyyənləşdirildi, iddiaçı cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin cənub hissəsinin ona məxsus olduğunu bildirir. Mülki iş materiallarına əlavə olunmuş Şamaxı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 81 nömrəli Qərarı ilə iddiaçıya verilmiş 0.06 ha torpaq sahəsinə aid sxemlər yerquruluşu qaydasında hazırlanmadığından (miqyas, ayrılmış torpaq sahələrinin ölçüləri, yerləşdiyi ərazi və qonşuluqları, hər hansı istinad nöqtəsindən məsafənin göstərilməməsi) torpaq sahəsinin naturada dəqiq yerini müəyyən etmək mümkün deyil. Cavabdehin faktiki naturada istifadə etdiyi və ətrafı şiferlə hasara alınmış torpaq sahəsinin koordinatları mü əyyənləşdirildi. Cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi 0.1122 ha təşkil edir. Mülki iş materiallarına əlavə olunmuş Şamaxı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 36 saylı Qərarı ilə cavabdehə verilmiş 0.08 ha torpaq sahəsinə aid sxemlər yerquruluşu qaydasında hazırlanmadığından (miqyas, ayrılmış torpaq sahələrinin ölçüləri, yerləşdiyi ərazi və qonşuluqları, hər hansı istinad nöqtəsindən məsafənin göstərilməməsi) torpaq sahəsinin naturada dəqiq yerini müəyyən etmək mümkün deyil. Cavabdeh, faktiki naturada istifadə etdiyi torpaq sahəsinin ətrafını şiferlə hasara almış və həmin torpaq sahəsi üzərində tikinti (yarımtikili) işi aparmışdır. Elektron baza məlumatlarına əsasən, mübahisə predmeti olan torpaq sahəsi meşə fondu torpaqları kateqoriyasına aid olmaqla dövlət mülkiyyətidi r.
10. Şamaxı Rayon Məhkəməsinin 2(074)-50/2024 nömrəli iş üzrə 14 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim Fərid Yaqubov) iddia təmin edilməmişdir.
11. Məhkəmə, mövqeyini onunla əsaslandırmışdır ki, işə əlavə edilmiş ekspert rəyi ilə müəyyən olunur ki, iddiaçının naturada faktiki istifadəsində torpaq sahəsi yoxdur. Lakin, iddiaçının iddia etdiyi cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları naturada müəyyənləşdirildi, iddiaçı cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin cənub hissəsinin ona məxsus olduğunu bildirir.
12. Məhkəmə, həmçinin işə əlavə edilmiş sübutları araşdıraraq müəyyən etmişdir ki, Şamaxı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 81 nömrəli Qərarı ilə iddiaçıya verilmiş 0.06 ha torpaq sahəsinə aid sxemlər yerquruluşu qaydasında hazırlanm adığından (miqyas, ayrılmış torpaq sahələrinin ölçüləri, yerləşdiyi ərazi və qonşuluqları, hər hansı istinad nöqtəsindən məsafənin göstərilməməsi) torpaq sahəsinin naturada dəqiq yerini müəyyən etmək mümkün deyil. Cavabdehin faktiki naturada istifadə etdiyi və ətrafı şiferlə hasara alınmış torpaq sahəsinin koordinatları müəyyənləşdirildi. Cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi 0.1122 ha təşkil edir.
13. Məhkəmə, eyni zamanda müəyyən etmişdir ki, Şamaxı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 36 saylı Qərarı ilə cavabdehə verilmiş 0.08 ha torpaq sahəsinə aid sxemlər yerquruluşu qaydasında hazırlanmadığından (miqyas, ayrılmış torpaq sahələrinin ölçüləri, yerləşdiyi ərazi və qonşuluqları, hər hansı istinad nöqtəsindən məsafənin göstərilməməsi) torpaq sahəsinin naturada dəqiq yer ini müəyyən etmək mümkün deyil. Cavabdeh, faktiki naturada istifadə etdiyi torpaq sahəsinin ətrafını şiferlə hasara almış və həmin torpaq sahəsi üzərində tikinti (yarımtikili) işi aparmışdır. Elektron baza məlumatlarına əsasən, mübahisə predmeti olan torpaq sahəsi meşə fondu torpaqları kateqoriyasına aid olmaqla dövlət mülkiyyətidir. Ona görə də iddia təmin oluna bilməz.
14. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 140, 148, 149-cu, “Torpaq islahatı haqqında” Qanunun 9-cu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddələrinə, “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması na dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı dəfələrlə Ağsu regional quruma gedib kadastr planının nə vaxt hazırlanacağını öyrənmək istəsə də, hər dəfə məsələnin tezliklə həll olacağı barədə verilən vədlərdən bezib bir daha ora getməmiş və sonradan da ona rəsmi cavab da verilməmişdir. Bir müddət sonra isə “Ağsu Regional torpaq qeydiyyatı Mərkəzi” ləğv edilmişdir. Maddi imkanı olmadığından ərazidə tikinti işi apara bilməsə də, onun kənarına məftillərdən mərz çəkmiş və sonralar bu mərz nişanları olan məftilləri də dəmir yığıb satan naməlum şəxslər gizlin söküb aparmışlar. Buna baxmayaraq, torpağına tez-tez baş çəkməklə onu mühafizə etmişdir. Oğlu Türkiyədə litseydə oxuduğundan və o da heç bir yerdə iş tapa bilmədiyindən, 2022-ci ildə Türkiyəyə getmiş və 2023-cü ilin martında cavabdeh onun torpağını tutub orada 110 kv.m ev tikmək üçün beton özül tökdüyünü eşitmiş, həmin ilin aprel ayında Şamaxıya qayıdıb torpağına baxış keçirərkən naməlum şəxsin onun torpaq sahəsindən başqa, qonşuluqda yerləşən torpağın 0,02 ha, baxış zamanı isə onun 1132 kv.m torpağı zəbt edərək kənarına bəzi yerdə məftil, bəzi yerdə köhnə şifer, bəzi yerində setka, bəzi yeri də açıq qalmaqla hasara aldığını görmüş və Şamaxı bə lədiyyəsinə gedib sənədlərini təqdim edərək, yerini zəbt etmiş şəxsin torpağından çıxarılmasını tələb edəndə bələdiyyə sədri həmin şəxsi tanımadığını bildirmiş, səhəri günü gəlməyini xahiş etmiş və səhəri günü Şamaxı bələdiyyəsinin binasına gələndə biri orta yaşlı, digəri isə 60-65 yaşlı şəxslə qarşılaşaraq, torpağa dair hər hansı bir hüququ olmayan, orta yaşlı şəxs bələdiyyə sədrinin yanında üstünə hücum çəkib torpağın onun olduğunu, bunu təsdiq edən sənədini göstərmək tələbinə isə “siz kimsiniz ki, sizə sənəd göstərim” deyərək onu hədələmiş və Bələdiyyə sədri də məsələyə qarışmadığını bildirmişdir. Sonradan o, torpağının zəbt edilməsi barədə Şamaxı RPİ-nə ərizə vermiş və təhqiqatçı xx.xx.2023-cü il tarixli qərarla material üzrə cinayət işinin başlanılmasını rədd etmişdir. Həmin qərar əsa ssız olduğundan rayon prokurorunun qərarı ilə ləğv edilmiş və əlavə araşdırma zamanı 2005-2006-cı illərdə Şamaxı bələdiyyəsinin sədri vəzifəsində işləmiş X5 izahatında cavabdehə xx.xx.2006-cı il tarixdə Şamaxı bələdiyyəsi tərəfindən torpaq sahəsi satılmadığını, bələdiyyənin ona torpaq satılmasına dair xx.xx.2006-cı il tarixli, 36 saylı Qərarındakı imzanın da onun olmadığını göstərdiyindən material araşdırılma davam etdirilməsi üçün Şamaxı rayon Pİnin İstintaq Şöbəsinə göndərilmişdir. Araşdırma materialları ilə tanışlıq zamanı müəyyən edilmişdir ki, cavabdehə fərdi yaşayış evi tikmək üçün 800 kv.m torpaq sahəsi ayrılması uçun Şamaxı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 36 saylı Qərarı, “Torpaqların alqısatqısına dair” Şamaxı bələdiyyəsinin sədri M.Zeynalov, alıcı Cavabdeh və Şamaxı rayo n Torpaq Şöbəsinin müdiri M.Əfəndiyev soyadları göstərilən, lakin yalnız M.Zeynalov və M.Əfəndiyev tərəfindən imzalanmış və DT və XK-nin Şamaxı rayon Şöbəsinin rəsmi möhürü ilə möhürlənmiş, Şamaxı bələdiyyəsinin 3,8x3,8 mm-lik girdə möhürü əvəzinə, oturacağındakı yazılar 2005-ci ildəki möhürün yazılarından fərqli oİmaqla, hündürlüyü 33 mm, eni isə 31 mm olan və girdə əvəzinə oval şəkilli möhürü və bələdiyyə sədrinin imzası ilə təsdiq edilmiş akt, Şamaxı rayon icra Hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsinin müdiri Musayev və Aparıcı mühəndis S.Səmədovun imzaları və oturacağında “Şamaxı rayon icra hakimiyyəti Baş Memar” sözləri yazılmış möhürlə təsdiqlənmiş “rəy” (2006-cı ildə PİH-nin Tikinti və Memarlıq Şöbələrinin belə səlahiyyəti olmamışdır), DT və XK-nin Şamaxı rayon Şöbəsinin müdiri M.Əfəndiyevin imzası və möhürü ilə təsdiqlənmiş rəy, üzərində cavabdehə ayrılıb-satılan torpaq sahəsi 800 kv.m 40 m x 20 m yer, yol cizgisi və ona paralel 20 m, perpendikulyar isə 40 m, ən aşağıda isə Şamaxı rayon Torpaq və Xəntəçəkmə Şöbəsi müdiri imza vardır” sözləri yazılmış, plan-sxem, Şamaxı bələdiyyəsinin hazırkı sədri tərəfindən verilmiş “verilir Cavabdeh ondan ötrü ki, o, Şamaxı şəhəri, 25 “A” saylı məhəllədə 0,08 ha torpaq sahəsində 110 kv.m sahəsi olan fərdi yaşayış evi inşa etdirmişdir. Arayış lazımi dövlət orqanlarına təqdim edilməsi üçün verilir” məzmunlu xx.xx.2023-cü il tarixli arayışı da vardır. Arayışın saxtalığı ondandır ki, bundan 4 ay yarım sonra onun Şamaxı rayon Pİ-nə verdiyi ərizə ilə bağlı həmin torpağa baxış keçirilərkən orada özüldən başqa heç nə aşkar edilməmişdir. İşin məhkəmə baxışı zamanı məhkəmənin həmin torpaqda hər hansı bir tikinti işi aparılmasının qadağan edilməsi barədə qərardad qəbul edilməsinə baxmayaraq, bundan sonra cavabdeh orada həmin özülün üstündə əlavə olaraq 1 metr hündürlüyündə divar tikdirdi, torpağın yanını 80-90 faiz hissədə köhnə şifer və dəmirlə əhatə edib qapı qoydurmuşdur. Bundan başqa, cavabdehin xəritəsində sahə yol boyu 20 metr, yola perpendikulyar isə 40 metr kimi göstərilir. İddiaçının xəritəsində isə əksinə, yol boyu 30 m, yola perpendikulyar isə 20 metr. Cavabdehin zəbt etdiyi torpağın yola perpendikulyar hissəsi 20 metrdir və orada 40 metrlik dərinlik yoxdur. Cavabdeh isə yol boyu 60 metrə yaxın sahəni zəbt edib ki, hətta bunun 1015 metri içərisində 2 mərtəbəli ev tikilmiş, sahibi də hazırda başqa dövlətdə olan şəxsin ərazisinə düşür. İkincisi, əgər məhkəmə hesab edirsə ki, bu torpaq dövlət torpağıdır, onda yəqin ki, dövlətin mənafeyinin müdafiəsi üçün cavabdehin həmin torpaqda guya 110 kv.m sahəsi olan ev tikməsi barədə Şamaxı bələdiyyəsinin saxta məzmunlu 33 nömrəli, xx.xx.2023-cü il tarixli arayışını ləğv etməli idi və həmin torpağın cavabdehin istifadəsində olmasını qətnaməsində iddia tələbinin təmin edilməməsinin əsaslarından biri kimi götürməli deyil. Bundan başqa, Şamaxı bələdiyyəsinin cavabdehə 2023-cü ildə verdiyi Şamaxı şəhərinin Baş Planından çıxarışda həmin torpaq sahəsinin bələdiyyə torpağı kimi qeyd olunması aşkar görünür. Əgər bu doğrudursa, onda məhkəmə iddiaçının iddiasını təmin etməli idi. Yox əgər Şamaxı bələdiyyəsi cavabdehə 2023-cü ildə verdiyi Şamaxı şəhərinin Baş Planından çıxarışın məzmununa saxta məlumat yerləşdirilmişdisə, onda məhkəmə bələdiyyə sədrini mütləq dindirib qanuni tədbir görülməsini təmin etməli idi. Cavabdehin sənədinin saxtalığı iş materiallarında açıq-aşkar görünür. Lakin, məhkəmə bu barədə hər hansı bir qanuni tədbir görməmiş və hətta bu qanunsuzluğun iştirakçılarından biri olan Şamaxı bələdiyyəsinin qanuni təmsilçinin məhkəmədə iştirakını təmin etməkdən boyun qaçırmışdır. Məhkəmə Şamaxı bələdiyyəsindəki saxtakarlıqları, cavabdehin saxta sənədlərdən istifadə etmələri faktında cinayət xarakterli məlumat aşkar etsə də, bu barədə MPM-in 265.4-cü maddəsinə əsasən xüsusi qərardad çıxarıb prokurora məlumat verməli olduğu halda bunu etməmişdir. Cavabdehin təqdim etdiyi sənədlər qanuni sənədlər olmamışdır. Cavabdeh ən azı 5 il Şamaxı bələdiyyəsin in ərazisində yaşamalı idi.
17. Məhkəmənin sorğusuna cavab olaraq Reyestr Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən, Ərazi İdarəsində mövcud olan elektron bazada və İdarənin arxivində Şamaxı rayon torpaq şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə eydiyyata alınmış torpaqların alqı-satqısına dair akta əsasən Şamaxı bələdiyyəsi ərazisində iddiaçıya ayrılmış 0.06 ha və Şamaxı rayon torpaq şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair akta əsasən Şamaxı bələdiyyəsi ərazisində cavabdehə ayrılmış 0.08 ha torpaq sahələrinə dair plan və ölçü sənədləri mövcud deyil.
18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-84/2025 nömrəli mülki iş üzrə 29 may 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Almaz Süleymanova (sədrlik edən, məruzəçi), Lalə Rəhimli və Fuad Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli olan maddi hüquq normalarını hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. İşin hallarından göründüyü kimi iddiaçı tərəfindən torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin plan və ölçüsü, koordinatları və s.) təqdim olunmadığından həmin torpaq sahəsinin sərhədlərini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Bu isə cavabdeh tərəfindən i ddia edilən torpaq sahəsinə müdaxilə olub-olmamasını, həmin torpaq sahəsinin iddiasının qanuni sahibliyində olmasını müəyyən etməyə imkan vermir.
20. Belə ki, iddiaçının istinad etdiyi bələdiyyə qərarı ilə mübahisələndirilən torpaq sahələrinin sərhədlərini, yerləşmə vəziyyətini müəyyən etmək mümkün deyil. İddiaçı tərəfindən mübahisələndirilən ərazinin ona ayrılmasını təsdiq edən ixtiyarlı subyekt tərəfindən təqdim edilmiş plan və ölçü məhkəməyə təqdim edilməmişdir. Bununla da iddia edildiyi kimi cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə müdaxilə olubolmadığını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, göründüyü kimi həmin torpaq sahəsi dövlət mülkiyyətinə aid olmaqla meşə fondu torpağıdır.
21. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsini n 166, 238, 241-ci, Torpaq Məcəlləsinin 4, 5, 67, 68, 80, 82, 84, 111-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan apellyasiya instansiyası məhkəməsi işin hallarını ümumiyyətlə nəzərə almamış, hazırkı mübahisəyə münasibətdə Torpaq Məcəlləsinin 68-ci maddəsini mübahisəyə tətbiq etməli olmadığı halda tətbiq etmiş, bununla da həmin maddi hüquq normalarının tələblərinin pozulmasına yol verərək, apellyasiy a şikayətinin təmin edilməməsinə və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qanunsuz və əsassız məhkəmə aktı qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.
26. Maddə 238.1 daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
27. Maddə 241.2 Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
28. Maddə
4. Torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sah əsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir.
29. Maddə
5. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə ə xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. T orpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
30. Maddə
67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
31. Maddə
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
32. Maddə
80. Torpaq mülkiyyətçilərinin torpaq sahəsi üzərində torpağın məqsədli təyinatına uyğun olan yaşayış evləri, istehsal, mədəni-məişət təyinatlı və digər tikililər və qurğular inşa etmək hüquqları vardır.
33. Maddə
82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar.
34. Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
35. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla q adağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin bax ılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
44. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq norma larının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
45. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
46. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edi lməli olan maddi hüquq normalarını hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. İşin hallarından göründüyü kimi, iddiaçı tərəfindən torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin plan və ölçüsü, koordinatları və s.) təqdim olunmadığından, həmin torpaq sahəsinin sərhədlərini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Bu isə cavabdeh tərəfindən iddia edilən torpaq sahəsinə müdaxilə olub-olmamasını, həmin torpaq sahəsinin iddiaçının qanuni sahibliyində olmasını müəyyən etməyə imkan vermir.
47. Apellyasiya instansiyası məhkəməsi, həmçinin iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq iddiaçının iddia etdiyi bələdiyyə qərarı ilə mübahisələndirilən torpaq sahələrinin sərhədlərini, onun yerləşmə vəziyyətini müəyyən etmək mümkün deyil. Bundan başqa, iddiaçı tərəfindən mübahisələndirilən ərazinin ona ayrılmasını təsdiq edən ixtiyarlı subyektlər tərəfindən təqdim edilmiş plan və ölçü sənədləri məhkəməyə təqdim edilməmişdir. Bununla da iddiaçının iddia etdiyi kimi cavabdeh tərəfindən ona məxsus olan torpaq sahəsinə müdaxilə olub-olmadığını müəyyən etmək mümkün olmamışdır.
48. Həmçinin, işdən görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi əslində dövlət mülkiyyətində olmaqla meşə fondu torpaq sahəsinə aiddir. Belə olan haldı birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir.
49. Göstərilənlərə əsasən, kassasiya instans iyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasi ya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 may 2025-ci il tarixli, 2(105)-84/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.