Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2996/2023 17.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2445/2023 nömrəli iş üzrə 10 may 2023-cü il tarixli qətnaməsindən cavabd ehin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 31/K nömrəli 29 yanvar 2016-cı il tarixli əmrinə görə, İddiaçı Bakı şəhər ərazi idarəsinin Qeydiyyat sənədlərinin ilkin ekspertizası və qəbulu şöbəsinin hüquqların dövlət qeydiyyatı üzrə baş eksperti 30 yanvar 2016-cı il tarixdən 13-cü dərəcə vəzifə maaşı ilə Bakı şəhər ərazi idarəsinin Qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsinin Sənədlərin qəbulu sektorunun hüquqların dövlət qeydiyyatı üzrə baş eksperti vəzifəsinə keçirilmiş, bu barədə onunla 30 yanvar 2016-cı il tarixdə əmək müqaviləsi bağlanmışdır.
2. Azərbaycan Respublikası Əmək və X12 Nazirliyi Tibbi-Sosial Ekspert Komissiya sında sonuncu müayinəyə dair xx.xx.2017-ci il tarixli çıxarış vərəqəsinə görə, İddiaçı ikinci dərəcə əlildir.
3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 nömrəli Bakı ərazi idarəsinin Qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsinin Sənədlərin qəbulu sektorunun hüquqların dövlət qeydiyyatı üzrə baş eksperti İddiaçı ünvanladığı 28 dekabr 2021-ci il tarixli xəbərdarlıq məktubuna görə, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin yeni strukturu təsdiq edilmişdir. Eyni zamanda, Daşınmaz Əmlakın Dövlət Rey estri Xidmətinin ərazi idarələrinin yeni strukturunun təsdiq edilməsi nəzərdə tutulur. Yeni strukturda onun tutduğu vəzifə üzrə ştat ixtisar olunur və bu səbəbdən onunla bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv ediləcəkdir.
4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin X9 sədri X11 ünvanlanan xx.xx.2022-ci il tarixli təqdimata görə, İddiaçı əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi nəzərdə tutulmuşdur. İddiaçıla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə münasibətin bildirilməsi xahiş olunmuşdur.
5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin X9 11 iyul 2022-ci il tarixli iclasının 9 nömrəli qərarı il ə 1 nömrəli Bakı ərazi idarəsinin Qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsinin Sənədlərin qəbulu sektorunun hüquqların dövlət qeydiyyatı üzrə baş eksperti İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilməsinə etiraz edilməmişdir.
6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022ci il tarixli K-362 nömrəli əmrinə əsasən, 1 nömrəli Bakı ərazi idarəsinin Qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsinin Sənədlərin qəbulu sektorunun hüquqların dövlət qeydiyyatı üzrə baş eksperti İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 20 iyul 2022-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilə rin sayı və ya ştatların ixtisar edilməsi ilə ləğv edilmişdir.
7. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 nömrəli Bakı ərazi idarəsinin 2021-ci ilin 01 mart tarixindən qüvvədə olan Ştat cədvəlinə görə, Qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsi Sənədlərin qəbulu sektorunda Hüquqların dövlət qeydiyyatı üzrə ekspert vəzifəsi üzrə 5 ştat vahidi üzrə işçilər vardır. Qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsi Sənədlərin qəbulu sektorunda hüquqların dövlət qeydiyyatı üzrə ekspert vəzifəsində işləyən şəxslər X14, X6, X10, X13, X4r.
8. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı ərazi idarəsinin 07 may 2021-ci il tarixli Ştat cədvəlinə görə, Sənədlərin qəbulu sektorunda hüquqların dövlət qeydiyyatı üzrə baş ekspert vəzifəsi üzrə 1, hüquqların dövlət qeydiyyatı üzrə ekspert vəzifəsi üzrə 5 ştat vahidi mövcuddur.
9. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı ərazi idarəsinin 2022-ci ilin 10 fevral tarixindən qüvvədə olan Ştat cədvəlinə əsasən, Qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin şöbəsi Sənədlərin qəbulu və verilməsi sektorunda Hüquqların dövlət qeydiyyatı üzrə baş qeydiyyatçı vəzifəsi üzrə 3, Hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı vəzifəsi üzrə 32 ştat vahidi üzrə işçilər vardır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı Ərazi İdarəsinin 2021-ci ilin 01 mart tarixindən qüvvədə olan Ştat cədvəli üzrə ekspertlər hazırki ştat cədvəli üzrə: X14 - Daşınmaz əmlakın dövlət reyestrinin aparılması şöbəsi Sənədlərin ekspertizası s ektorunda hüquqların dövlət qeydiyyatı üzrə baş qeydiyyatçı; X6 Sənədlərlə və vətəndaş müraciətləri ilə iş şöbəsi Vətəndaş müraciətləri ilə iş sektorunda baş mütəxəssis; X10 - Qeydiyyat sənədlərinin qəbulu və vətəndaşlara xidmət şöbəsi Sənədlərin qəbulu və verilməsi sektorunda hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı; X13 - Daşınmaz əmlakın dövlət reyestrinin aparılması şöbəsi Sənədlərin ekspertizası sektorunda hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı; X1 qəbulu və vətəndaşlara xidmət şöbəsi Xidmətlərin təşkilinə nəzarət sektorunda mütəxəssis vəzifəsinə keçirilmişlər.
10. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı ərazi idarəsinin 17 fevral 2022-ci il tarixli Ştat cədvəlinə əsasən, Sənədlərin qəbulu və verilməsi sektorunda hüquqların dövlət qeydiyyatı üzrə baş qey diyyatçı vəzifəsi üzrə 3, hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı vəzifəsi üzrə 33 ştat vahidi mövcuddur. Bundan əlavə sektorun nəzdində 3 ştat üzrə baş mütəxəssis, 2 ştat üzrə mütəxəssis və 15 ştat üzrə mütəxəssis vəzifəsi mövcuddur.
11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı 27 dekabr 2022-ci il tarixli müraciətə cavab məktubunda qeyd edilmişdir ki, 1 nömrəli Bakı ərazi idarəsinin 2021-ci il tarixli ştat cədvəlinə əsasən Qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsində Sənədlərin qəbulu sektorunda hüquqların dövlət qeydiyyatı üzrə ekspert vəzifəsində işləyən 5 nəfər əməkdaşın kimlər olması, hazırda hansı şöbədə işləməsi və 2022-ci ilin ştat cədvəlinə əsasən Qeydiyyat sənədlərinin qəbulu və vətəndaşlara xidmət şöbəsinin Sənədlərin qəbulu və verilməsi sektorunda hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı və mütəxəssis vəzifələrində işləyən əməkdaşlar barədə məlumatlar təqdim olunur. Eyni zamanda bildirilir ki, 1 nömrəli Bakı Ərazi İdarəsinin vəzifə təlimatları hazırlanma mərhələsində olduğundan vəzifə təlimatlarının təqdim edilməsi mümkün deyildir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4310/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh DƏDRX-ə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-895/2022 nömrəli iş üzrə 23 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən çıxarılmağı barədə cavabdehin xx.xx.2022-ci il tarixli K-362 nömrəli əmrinin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-201/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Orxan Məmmədli) ilə iddia təmin edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli K-362 nömrəli əmrinin ləğv edilməsi və iddiaçının ə vvəlki vəzifəsinə bərpa olunması, məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının iddiaçıya cavabdeh tərəfindən ödənilməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Lakin iş materiallarına əlavə edilmiş işçi İddiaçı işdən azad olunmazdan əvvəl və sonrakı ştat cədvəllərinin müqayisəli təhlilindən görünür ki, işçinin işdən azad olunmasına səbəb kimi göstərilən “işçilərin sayı və ya ştatların ixtisar edilməsi” əsas olmamışdır. Belə ki, tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan və iş materiallarından da görünür ki, əksinə ştat vahidlərinin sayında artım müşahidə edilmiş, işçi İddiaçı ilə eyni vəzifədə çalışan digər işçilər başqa vəzifəyə keçirilərək işlə təmin olunmuşlar. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini n 1 nömrəli Bakı Ərazi İdarəsinin 07 may 2021-ci il tarixli Ştat Cədvəlindən görünür ki, Sənədlərin qəbulu sektorunda hüquqların dövlət qeydiyyatı üzrə baş ekspert vəzifəsi üzrə 1, hüquqların dövlət qeydiyyatı üzrə ekspert vəzifəsi üzrə 5 ştat vahidi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı Ərazi İdarəsinin 17 fevral 2022-ci il tarixli Ştat Cədvəlindən isə görünür ki, Sənədlərin qəbulu və verilməsi sektorunda hüquqların dövlət qeydiyyatı üzrə baş qeydiyyatçı vəzifəsi üzrə 3, hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı vəzifəsi üzrə 33 ştat vahidi mövcuddur. Bundan əlavə sektorun nəzdində 3 ştat üzrə baş mütəxəssis, 2 ştat üzrə mütəxəssis və 15 ştat üzrə mütəxəssis vəzifəsi mövcuddur. Həmçinin təqdim olunan sənədlərdən müəyyən olunur ki, əvvəlki ştat vahidi üzrə Daşınma z Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı Ərazi İdarəsinin Qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsinin Sənədlərin qəbulu sektorunda ixtisar prosesindən əvvəl hüquqların dövlət qeydiyyatı üzrə ekspert vəzifəsində işləyən əməkdaşlar (X14, X6, X10, X13, X7) hal hazırda da Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 nömrəli Bakı Ərazi İdarəsinin müxtəlif şöbələrində və sektorlarında qeydiyyatçı və mütəxəssis vəzifəsində çalışırlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildikə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilər. Belə ki, ixtisarın qanuni olmağı üçün ixtisar prosedurunun da qanunqanunvericiliyə uyğun aparılması mühüm şərtdi r. Bunun üçün aşağıdakı tələblərə əməl etmək vacibdir. İxtisar real olmalıdır, ixtisarın real olduğunu aşağıdakı sənədlərin məcmusu təsdiq edir; -ixtisar edilmiş ştatlar çıxarılmaqla müəssisənin yeni ştat cədvəlinin təsdiq edilməsi və köhnə ştat cədvəlində müvafiq dəyişiklik edilməsi barədə əmr; - işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənəd; - həmkarlar ittifaqının üzvü olan işçilərin ixtisarı zamanı müəssisənin həmkarlar təşkilatının əsaslandırılmış yazılı qərarı; -ixtisar barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən sənəd; - işçiyə ixtisar olunacağı barədə 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən işçinin i mzası olan sənəd və ya xəbərdarlıq müddəti əvəzinə iki aylıq əməkhaqqının ödənilməsi barədə işçinin yazılı razılığı və belə ödənişin edildiyini təsdiq edən sənəd; - xəbərdarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinin hər iş həftəsində azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi barədə əmr (və ya digər rəsmi sənəd); - ixtisar olunan hər bir işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmr. Məhkəmə qeyd edir ki, müəssisələrdə işçilərin sayının və ya ştatların ixtisarı müxtəlif səbəblərdən ola bilər: müəssisənin cari işləri daha az işçi ilə yerinə yetirə bilməsi, müəssisənin işinin azalması, fəaliyyət istiqamətinin dəyişməsi və nəticədə müəyyən qrup işçilərə ehtiyacın qalmaması və sair. İxtisar həm işçilərin sayının ixtis arı, həm də ştatların ixtisarı formasında ola bilər. İşçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür. Ştatların ixtisarı dedikdə isə, konkret vəzifənin ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılması (eyni və ya oxşar funskiyaları həyata keçirən bütün işçilərin ixtisarı) başa düşülür. Belə ki, ştatları ixtisar etmək işəgötürənin hüququ olmaqla bu hüquq Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “ə” bəndində nəzərdə tutulmuşdur. Lakin bu hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Kons titusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən zəif tərəfdir. İşçinin əmək haqqı onun və ailə üzvlərinin əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Habelə Konvensiyanın 14-cü maddəsi ilə ayrı-seçkilik qadağan olunur və təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və sosial mənşə, milli azadlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır. Beləliklə cavabdehin iddiaçının uzun illər xidmət etməsinə baxmayaraq onun müqaviləsinə i xtisarla bağlı xitam verməsi və onunla eyni vəzifədə olan digər ekspertlərin başqa vəzifəyə keçirilib, yalnız onunla əmək müqaviləsinə xitam verilməsi digər işçilərlə müqayisədə ayrı-seçkilik kimi qəbul edilməli və bu halın baş verməsi özü-özlüyündə ayrıseçkiliyin əsası kimi hesab olunmalıdır.” b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti vermişdir.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2445/2023 nömrəli iş üzrə 10 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməmişdir.
18. Apellyasiya instansiyası məhkəməs inin qətnaməsinin əsaslarına görə, “Məhkəmə kollegiyası bildirir ki, apellyasiya şikayətinin əsas dəlili işçinin AR ƏM- in 70-ci maddəsinin “b” bəndinə əsasən işdən çıxarılmasının qanunvericiliyinin tələblərinə uyğun olaraq yerinə yetirilməsi və iddiaçının əmək funksiyalarını yerinə yetirməməsinin rayon məhkəməsi tərəfindən lazımınca qiymətləndirilməməsi ilə bağlıdır.... İş materiallarına əlavə edilmiş işçi İddiaçı işdən azad olunmazdan əvvəl və sonrakı ştat cədvəllərinin müqayisəli təhlilindən görünür ki, işçinin işdən azad olunmasına səbəb kimi göstərilən “işçilərin sayı və ya ştatların ixtisar edilməsi” əsas olmamışdır. Belə ki, tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan və iş materiallarından da görünür ki, əksinə ştat vahidlərinin sayında artım müşahidə edilmiş, iddiaçı ilə ey ni vəzifədə çalışan digər işçilər başqa vəzifəyə keçirilərək işlə təmin olunmuşlar. Mülki iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı Ərazi İdarəsinin 07 may 2021-ci il tarixli Ştat Cədvəlindən görünür ki, Sənədlərin qəbulu sektorunda hüquqların dövlət qeydiyyatı üzrə baş ekspert vəzifəsi üzrə 1, hüquqların dövlət qeydiyyatı üzrə ekspert vəzifəsi üzrə 5 ştat vahidi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı Ərazi İdarəsinin 17 fevral 2022-ci il tarixli Ştat Cədvəlindən isə görünür ki, Sənədlərin qəbulu və verilməsi sektorunda hüquqların dövlət qeydiyyatı üzrə baş qeydiyyatçı vəzifəsi üzrə 3, hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı vəzifəsi üzrə 33 ştat vahidi mövcuddur. Bundan əlavə sektorun nəzdində 3 ştat üzrə baş mütəxəssis, 2 ştat üzrə mütəxəssis və 15 ştat üzrə mütəxəssis vəzifəsi mövcuddur. Həmçinin təqdim olunan sənədlərdən müəyyən olunur ki, əvvəlki ştat vahidi üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı Ərazi İdarəsinin Qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsinin Sənədlərin qəbulu sektorunda ixtisar prosesindən əvvəl hüquqların dövlət qeydiyyatı üzrə ekspert vəzifəsində işləyən əməkdaşlar (X14, X6, X10, X13, X7) hal hazırda da Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 nömrəli Bakı Ərazi İdarəsinin müxtəlif şöbələrində və sektorlarında qeydiyyatçı və mütəxəssis vəzifəsində çalışırlar.... Müəssisələrdə işçilərin sayının və ya ştatların ixtisarı müxtəlif səbəblərdən ola bilər: müəssisənin cari işləri daha az işçi ilə ye rinə yetirə bilməsi, müəssisənin işinin azalması, fəaliyyət istiqamətinin dəyişməsi və nəticədə müəyyən qrup işçilərə ehtiyacın qalmaması və sair. İxtisar həm işçilərin sayının ixtisarı, həm də ştatların ixtisarı formasında ola bilər. İşçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür. Ştatların ixtisarı dedikdə isə, konkret vəzifənin ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılması (eyni və ya oxşar funskiyaları həyata keçirən bütün işçilərin ixtisarı) başa düşülür. Kollegiya rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, ştatları ixtisar etmək işəgötürənin hüququ olmaqla bu hüquq Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “ə” bəndində nəzərdə tutulmuşdur. Lakin bu hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən zəif tərəfdir. İşçinin əmək haqqı onun və ailə üzvlərinin əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Əmək Məcəlləsinin 16-cı maddəsinin 1-ci hissəsinə əsasən Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosi al mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin pe şəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Rayon məhkəməsi hesab etmişdir ki, beləliklə, cavabdehin iddiaçının uzun illər xidmət etməsinə baxmayaraq onun müqaviləsinə ixtisarla bağlı xitam verməsi və onunla eyni vəzifədə olan digər şəxslər başqa vəzifəyə keçirilib, yalnız iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi digər işçilərlə müqayisədə ayrı-seçkilik kimi qəbul edilməli və bu halın baş verməsi özü-özlüyündə ayrıseçkiliyin əsası kimi hesab olunmalıdır. Kollegiya rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşır. Eyni zamanda iddiaçının tutmuş olduğu vəzifənin ixtisara salınmış olması müvafiq nəticəyə gəlinməs inə maneə törədən hal kimi qiymətləndirilə bilməz; belə ki, Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinə görə, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və, məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
19. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.
20. Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçının ardıcıl və mütəmadi şəkildə 2017-ci ildən işdən azad olunduğu tarixədək səhhəti ilə əlaqədar olaraq fasilələrlə uzun müddət işdə olmamağı onun əmək funksiyalarını keyfiyyətli və peşəkar səviyyədə icra etməməyinə, vəzifə öhdəlikləri üzrə verilmiş tapşırıqların icrasına məsuliyyətsiz yanaşmağına, vaxtında, tam həcmdə və keyfiyyətlə yerinə yetirə bilməməyinə səbəb olmuşdur. Bununla əlaqədar, 2017-ci ildən etibarən məzuniyyətlər istisna olmaqla iddiaçı 779 gün işdə olmamışdır. İşçinin peşəkarlıq səviyyəsi işəgötürən tərəfindən müəyyən olunur. Konkret halda işəgötürən iddiaçının peşəkarlıq səviyyəsini, işə münasibətini, əmək funksiyalarının icrasını digər işçilərdən aşağı qiymətləndirmişdir. Bununla bağlı 11 iyul 2022-ci ildə publik hüquqi şəxsin Həmkarlar İttifaqıTəşkilatının iclası keçirilərkən iclas iştirakçıları tərəfindən bu barədə müvafiq fikirlər bildirilmiş və bu xx.xx.2022-ci il tarixli protokolla rəsmiləşdirilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edil məsini təmin etməlidir. 23. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
24. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə
11. İşəgötürənin əsas hüquqları
1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək; Maddə
16. Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.... Əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrin i yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilmir; Maddə
68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; Maddə
70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; Maddə
71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər
3. İşəgötür ən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; Maddə
74. Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları
2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci h issəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər; Maddə
78. İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər
1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır; Maddə
80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar
1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarl a işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir;
2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir; Maddə
84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu
1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər;
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edə n məhkəmə tərəfindən etibarsız hesab edilə bilər;
3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər; Maddə
300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibə tlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdı qdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına isti nad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümləd ən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşa ması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının y ekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
29. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Apellyasiya ins tansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
32. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, aşağı instansiya məhkəmələri tərəfindən müəyyən olunmuşdur ki, iddiaçının işdən azad olunması “işçilərin sayı və ya ştatların ixtisar edilməsi” ilə bağlı olmamış, əksinə, ştat vahidlərinin sayında artım müşahidə edilmiş, iddiaçı ilə eyni vəzifədə çalışan digər işçilər başqa vəzifəyə keçirilərək, işlə təmin olunmuşlar.
33. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2445/2023 nömrəli iş üzrə 10 may 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.