Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2997/2020 20.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X5 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh5 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(011)-5811/2019, hakim A.N.Həsənova) “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, X2, X3 və XXXa q arşı iddiası təmin edilmiş, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 69 saylı evin 67 saylı mənzilindən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi və qətnamə qanuni qüvvəyə mindikdən sonra “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlərin həmin mənzildən çıxarılmaları qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-13858/2019, hakimlər Ş.A.Məmmədova, V.T.Həsənov və X.Ə.Sarıyev Cavabdeh5 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh5 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apell yasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə X1 “xxxx” KB ASC-nin xeyrinə xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 49.458 ABŞ dolları, xx xxxxx 2015-ci il tarixli əlavə kredit xətti müqaviləsi üzrə 2683 ABŞ dolları məbləğində borcun tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş Cavabdeh5 mülkiyyətində olan ilkin satış qiymətinin 59.000 manat təşkil edən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 69 saylı evin 67 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və satışdan əldə ediləcək vəsait hesabına borcun ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 69 saylı evin 67 saylı mənzili satıldıqdan ən geci bir ay ərzində Cavabdeh5, Cavabdeh3, Cavabdeh6, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 həmin mənzildən çıxarılmaları qət edilmişdir. “xxxx” KB ASC hərrac vasitəsi ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 69 saylı evin 67 saylı mənzilini almışdır. xx xxx 2019-cu il tarixdə “xxxx” KB ASC X6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, X2, X3 və XXXa qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və yaşayış sahəsinin boşaldılması tələblərinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfində n qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallar tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilm əsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını ipoteka predmeti olmuş və məhkəmə qətnaməsi əsasında tutma yönəlməklə iddiaçının mülkiyyətinə keçmiş mənzildən cavabdehlərin istifadə hüquqlarının itirilməklə mənzilin boşaldılması təşkil edir. “İpoteka haqqında” Azərbaycan Respublikasının 59-cu maddəsi ilə ipoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsinin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka q oyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bununla bərabər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsi ilə mülkiyyətin müdafiəsinin əsasları müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən də müəyyən edildiyi kimi iddiaçının mülkiyyətində olan mübahisəli mənzil cavabdehlərin qanunsuz sahibliyindədir və bu hal iddiaçının həmin daşınmaz əmlaka mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququnu məhdudlaşdırır. Beləliklə, apellyasiya məhkəməsi tərəfi ndən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2997/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2997/2020
20.05.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver