Məhkəmə qərarları › İş №2(102)-2997/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2997/2021

17.06.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2997/2021 17.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa tələbi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və onun vəkili X2 və cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh Azərbaycan Respublikası Filialına qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6651/2020 nömrəli iş üzrə 22 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh Azərbaycan Respublikası Filialı tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 03.10.2016-cı il tarixdən Cavabdeh şirkətində Quyu tamamlanması üzrə texniki məsləhətçi vəzifəsinə təyin edilmiş və 03.10.2017-ci il tarixdən həmin şirkətdə Baş icraçı nümayəndə, biznes inkşafı vəzifəsinə keçrilmişdir. Cavabdeh şirkətinin 26.12.2019-cu il tarixli, k-143 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı ixtisar edildikdə) əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı həmin əmrlə razılaşmayaraq hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəmə sində icraat İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş k-143 saylı 26.12.2019-cu il tarixli əmrin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi iş buraxılmasına görə orta aylıq əmək haqqının hesablanmaqla, kompensasiya ödənilməklə cavabdeh təşkilatdan mənəvi ziyana görə iddiaçının xeyrinə 50000 (əlli min) manat pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi belə əsaslandırılmışdır: İşdən azad olunması barədə əmrində qeyd edilmişdir ki, 2017-ci il sentyabr ayında başlanan və 2019-cu il noyabr ayında yekunlaşan “Total” layihəsinə təhkim olunan İddiaçı baş icraçı Nümayəndə, Biznes İnkişafı (R505-ESG) əmək müqaviləsinə 26 dekabr 2019-cu tarixindən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin bəndi nə (işçilərin sayı ixtisar edildikdə) əsasən xitam olunmuşdur. Bundan başqa, işdən azad olunma barədə əmrin verilməsi üçün kifayət qədər heç bir əsaslar mövcud olmamışdır. Onun heç bir müraciəti olmadığı halda, əmrdə onun işdən azad olması barədə ərizəsinin mövcud olması öz əksini tapmışdır. Həmçinin 26.12.2019-cu il tarixli əmrin məzmunu düzgün tərtib edilməmişdir. Belə olan halda həmin əmrin etibarsız hesab edilməsi üçün əsaslar var. İddiaçı çalışdığı sahə üzrə 13 illik iş təcrübəsi olmaqla, tamamlama işləri üzrə texniki mütəxəssisindən əlavə Neft mühəndisliyi ixtisası üzrə magistr təhsili almışdır. İddiaçı 2 azyaşlı uşaq anası olmaqla 12 oktyabr 2009-cu il doğumlu X4 və 18 avqust 2014-cü il doğumlu X3 onun himayəsindədir. Bundan başqa, İddiaçı ixtisar edilərək vəzifəsindən azad olunan z aman Cavabdeh şirkəti bir neçə şəxsi işə qəbul etmə prosesi aparmışdır. Şirkət tərəfindən bu barədə məlumatlar internet portallarında yerləşdirilmişdir. Belə olan halda, iddiaçı ixtisar edilərək vəzifədən azad olunması qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasıdır. Cavabdeh şirkəti yerli mütəxəsislər olduğu halda, xarici mütəxəssisləri işə cəlb edərək iddiaçını qanunsuz olaraq ixtisara salmışlar. Həmin şirkət yalnız iddiaçını ixtisar edərək əmək qanunvericiliyinin tələblərini pozmuşdur.

3. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim Günay Həşimova) İddiaçı Cavabdeh Azərbaycan Respublikası Filialına qarşı “işə bərpa” tələbinə dair iddiası rədd edilmişdir.

4. İddianı rədd edən birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 3, 46, 74, 78, 81, 84, 300-cü maddələrinə, MPM-nin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad etmişdir. a) Apelyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər- T.Səmədov (sədrlik edən və məruzəçi) İ.Şirinov və A.Tanrıverdiyev) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(002)641/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı iddiası qismən təmin edilmiş, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Filialının (nümayəndələyinin) İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair K-143 nömrəli, 26 dekabr 2019-cu il tarixli əmr ləğv edilmiş, İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Filialında (nümayəndələ yində) iş yerinə (vəzifəsinə) bərpa edilmiş və məcburi iş buraxma müddəti üçün ona işə bərpa olunduğu günə qədər əmək haqqı ödənilməsi qət edilmiş, iddia qalan hissələrdə təmin edilməmişdir.

6. Apelyasiya instansiyası məhkəməsi qətnamənin hüquqi əsas kimi MPM-nin 217-ci, 77.1-ci, 80-ci, 381.1-ci, 218.1-ci, Əmək Məcəlləsinin 84-cü, 3-cü, 46-cı, 74, 81, 82, 300-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

8. İddiaçı apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməmiş hissəsində- cavabdehdən 50000 manat məbləğində mənəvi ziyana görə pulun tutulması hissəsində ləğv edilərək, iddia tələbinin həmin hissədə təmin olunması barədə qərar qəbul edilməsini xahiş etm işdir.

9. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(1031-6651/2020 saylı qətnaməsi ilə iddia tələblərinin əsas hissəsinin, cavabdeh Hallibörton Yeureyja Limited şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin “Əmək müqaviləsinin ləğv edilməsi barədə 26.12.2019-cu il tarixli, k-143 saylı əmrinin ləğv edilməsi, işə bərpa olunmağı, 26.12.2020ci il tarixdən - işə bərpa olunan günə qədər məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə olan hissəsinin təmin edilməsi faktı təsdiq edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmaqla qanunsuz olaraq onunla bağlanmış Əmək müqaviləsini ləğv etmiş, ona maddi və mənəvi ziyan vurmuşdur. Ona görə cavabdehdən onun xeyirinə vurulmuş mənəvi ziy ana görə pul tutulması labüddür.

10. Cavabdeh Azərbaycan Respublikası Filialı apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

11. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməmiş, qanunvericilik normalarını düzgün tətbiq etməmiş və nəticədə əsassız və qeyri-obyektiv qətnamə qəbul edilmişdir. Həmçinin əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh tərəfindən verilmiş əmrdə texniki səhvin olması iddiaçının iddiasının əsaslı olması demək deyildir. Belə ki, bu halı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi də öz izahatınd a "Əsas: İşçinin ərizəsi" qeydinin texniki səhv olduğunu təsdiq etmişdir.

12. Bundan əlavə, Məhkəmə Cavabdehin Əmək Məcəlləsinin 81-ci maddəsinin tələblərini pozması ilə bağlı gəldiyi qənaət əsassızdır. Birinci instansiya məhkəməsinə İddiaçının vəzifəsinin dəyişilməsi barədə xxxxxxx000102 saylı əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi (Qoşma 02) təqdim edilmişdir, İddiaçının vəzifəsinin dəyişdirdirildiyi və "baş icraçı nümayəndə, biznes inkişafı" olduğu sübut edilmişdir. Məhkəmə tərəfindən işin hərtərəfli araşdırılması prinsipi pozulmuş və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Kraska İsveçrəyə qarşı" iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə zidd Qətnamə çıxarılmışdır. Halbuki, qeyd edilən bildiriş mövcud dəyişikliyi təsd iq edən mötəbər bir sübutdur. İddiaçının özü tərəfindən iddia ərizəsində "quyu tamamlanması üzrə texniki məsləhətçi" vəzifəsinə qəbul edildiyi və 03 oktyabr 2017-ci il tarixində "bas icraçı nümayəndə, biznes inkişafı" vəzifəsinə keçirildiyi qeyd edilir. İddia ərizəsində və öz izahatında İddiaçının vəzifəsi ilə bağlı etiraf tədqiq edilmir, araşdırılmır və hüquqi qiymət verilmir. İddiaçının vəkili və nümayəndəsi öz izahatlarında onun vəzifəsinin "baş icraçı nümayəndə, biznes inkişafı" vəzifəsi olduğu etiraf edilir. Lakin bu etiraf tədqiq edilmir, araşdırılmır və hüquqi qiymət verilmir, iddiaçının etirafı nə məhkəmə iclas protokolunda nə də qətnamədə öz əksini tapmır. İddiaçının Teyrun Qəhrəmanovla eyni vəzifədə çalışsa da ondan daha üstün olduğunu iddia etməsi bir daha, İddiaçının Teyrun Q əhrəmanovla eyni vəzifədə "baş icraçı nümayəndə, biznes inkişafı" vəzifəsində çalışdığını sübut edir. Həmçinin İddiaçı apelyasiya şikayətində "işlədiyim müddətdə irəli çəkilməklə bu vəzifəyə təyin edilmişəm" deməklə, bir daha vəzifəsinin dəyişildiyini sübut edir. Lakin bu sübut tədqiq edilmir, araşdırılmır və hüquqi qiymət verilmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. İddiaçı cavabdehin kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçının nümayəndəsi X6 və vəkili X7 öz kassasiya şikayətini müdafiə edərək təmin olunmasını, qarşı tərəfin kassasiya şikayətinin rədd edilməsini xahiş etmişlər.

15. Cavabdehin vəkili Vəkil2 öz kassasiya şikayətlərini müdafiə edərək ona uyğun izahat verərək ş ikayətin təmin olunmasını, iddiaçının kassasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

17. Maddə

84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin və zifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

18. Maddə

70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları. Həmin normanın “b” bəndi) işçilərin sayı və ya ştatları ixtisar edildikdə. 19. 70-ci maddənin 3-cü bəndi. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən ed ilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

20. Maddə 78. 1-ci bənd. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.

21. Maddə 77. 1-ci bənd. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlər də rəsmi xəbərdar edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

26. Maddə 418.1., Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

27. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarı.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarı.

29. Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin 2-ci hissəsi. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını ara şdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. İddiaçı 03.10.2016-cı il tarixdə Cavabdeh şirkətində “Quyu tamamlanması üzrə texniki məsləhətçi” vəzifəsinə qəbul edilmiş, 03.10.2017-ci il tarixdən həmin şirkətdə baş icraçı nümayəndə, biznes inkişafı vəzifəsində çalışmış, Cavabdeh şirkətinin 27.11.2019-cu il tarixli N K-128/2 nömrəli əmri ilə Azərbay can Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

32. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi əsaslarından biridir. Həmin əsas işçilərin sayı və ya ştatlarının ixtisar edilməsi ilə bağıdır.

33. Qanunvericilik qeyd olunan əsaslarla işçinin ixtisar edilməsinin qaydalarını müəyənləşdirmişdir. Beləki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalı (70-ci maddənin 3-cü bəndi.), müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisası n (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılmalı, işçinin peşəkarlıq səviyəsini müəyyənləşdirməli (Maddə 78. 1-ci bənd), işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq rəsmi xəbərdarlıq etməlidir (Maddə 77. 1-ci bənd.).

34. İşə 1-ci instansiya məhkəməsində baxılarkən qeyd olunan qanuni prosedurlara əməl edilməsi halları araşdırılaraq onlara hüquqi qiymət verilmişdir. Apelyasiya Məhkəməsinin qətnaməsindən belə qənaət hasil olur ki, həmin məhkəmə işçinin ixtisarla bağlı işdən azad ol unması prosedurlarına riayət edilməsinə dair 1-ci instanqsiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Çünki qətnaməsində həmin qaydaların pozulmasına dair qiymətləndirmə aparmamışdır. Apelyasiya Məhkəməsi 1-ci instansiya məhkəməsinin qətnaməsini tamamilə fərqli əsaslarla ləğv edərək iddianı başqa əsaslarla təmin etmişdir. İddiaçı özü də Apelyasiya Məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq (işə bərpa olunması əsasları ilə) qətnamənin həmin hissəsindən kassasiya şikayəti verməmiş, ancaq mənəvi ziyan tələbinin rədd edilməsi ilə bağlı qətnamədən kassasiya şikayəti vermişdir.

35. Apelyasiya Məhkəməs iddiaçının iddiasını iki əsasla təmin etmişdir. 1-ci əsas, işdən çıxma barədə əmrdə əsas kimi işçinin ərizəsinin yazılması, 2-ci əsas, iddiaçının çıxarıldığı vəzifə ilə bağlı onunla əmək mü qaviləsi bağlanmaması.

36. Məhkəmə kollegiyası hər iki əsasla bağlı aşağıdakı qaydada dəyərləndirmə aparmaqla hesab edir ki, Apelyasiya Məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlməmişdir.

37. İddiaçının işdən azad olunmasına dair 26.12.2019-cu il tarixli K-143 nömrəli əmrdə deyilir: 2017-ci il sentyabr ayında başlanan və 2019-cu il noyabr ayında yekunlaşan “Total” layihəsinə təhkim olunan İddiaçı baş icraçı Nümayəndə, Biznes İnkişafı (R505ESG) əmək müqaviləsinə 26 dekabr 2019-cu tarixindən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı ixtisar edildikdə) əsasən xitam verilsin. Həmin əmrin altında əsas kimi işçinin ərizəsi barədə qeyd var. Apelyasiya Məhkəməsi həmin qeydi əsas tutaraq hesab etmişdir ki, verilmiş əmr Əmək Məcəlləsinin 84 -cü maddəsinə uyğun deyil.

38. Apelyasiya Məhkəməsi qeyd olunan normanı düzgün tətbiq etməmişdir.

39. Beləki, Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarı n) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

40. İddiaçının barəsində çıxarılmış əmrdə qeyd olunan normanın məzmununa aid olan bütün məlumatlar yer almışdır. O cümlədən, müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il göstərilməlidir.

41. İşçinin işdən azad olunması əsasları özü onu ehtiva edir ki, (70-ci maddənin “b” bəndi) belə hallarda işçi işəgötürən tərəfindən (onun təşəbbüsü ilə) iş dən azad olunur. Əmrdə Qanunun maddəsindən və bəndindən başqa mötərizə içərisində onun açıqlaması da verilmişdir ki, işçi işçilərin sayının ixtisar edilməsi əsası ilə işdən azad olunur. Bu əsasla işçinin işdən azad olunmasına işçinin ərizəsi əsas ola bilməz və buna zərurət yoxdur. Əks təqdirdə işəgötürən işçini bu barədə əvvəlcədən xəbərdar etməzdi. Əmrin altında yazılmış qeydin texniki səhv olması açıq-aşkardır və bunun hüquqi nəticələri ola bilməz.

42. Bundan başqa, məhkəmələr maddi hüquq normasını təfsir edərkən qanunun güddüyü məqsədə uyğun şərh verməlidirlər. Əmək Məcəlləsinin 84-cü maddəsinin güddüyü məqsəd ondan ibarətdir ki, işçi işəgötürənin təşəbbüsü ilə işdən azad olunanda onun barəsində verilmiş əmrdə zəruri olan bütün məlumatları ala bilsin. İşçi kim tərəfindən, hansı əsasla, hansı maddəyə əsasən, hansı vaxtdan işdən azad olunduğunu bilsin. İddiaçının həmin məsələ ilə bağlı problemi olmamışdır. Beləki, iddia ərizəsində iddiaçı hansı əsasla, hansı vəzifədən və hansı vaxtdan işdən azad olunmasını bildiyini təsdiq etmişdir.

43. Əmək Məcəlləsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

44. Apelyasiya Məhkəməsinin öz qətnaməsində qeyd olunan normaya (84-cü maddənin 2-ci bəndinə) istinad etməsi də əsaslı sayıla bilməz. Çünki yuxarıda şərh olunduğu kimi iddiaçının barəsində verilmiş əmrdə 84-cü maddədə nəzərdə tutulan bütün zəruri məlumatlar yer almışdır.

45. İddiaçının işə bərpa olu nması əsası kimi götürülmüş 2-ci əsas iddiaçının çıxarıldığı vəzifə ilə bağlı onunla ümumiyyətlə əmək müqaviləsi bağlanmaması əsasıdır.

46. Məhkəmə kollegiyası həmin məsələ ilə əlaqədar Apellyasiya Məhkəməsinin dəyərləndirməsi ilə razılaşmır.

47. Əvvəla, iddiaçı iddia ərizəsində özü təsdiq edir ki, (mülki iş səhifə 3.) 03.10.2017-ci il tarixdən həmin şirkətdə baş icraçı nümayəndə, biznes inkişafı vəzifəsində işləmişdir. İddiaçının əmək kitabçasında bununla bağlı qeydlər aparılmışdır(mülki iş səhifə 16). Qeyddə iddiaçının özünün təsdiq etdiyi kimi 03.10.2017-ci il tarixdən baş icraçı nümayəndə, biznes inkişafı vəzifəsinə keçirilmişdir. İşçi 755%li əmək müqaviləsinə 2 saylı əlavə ilə həmin işə keçirilmişdir.

48. Əmək kitabçasında istinad olunan əmək müqaviləsi işçi ilə 03.010.2016-cı il tari xdə bağlanmış əmək müqaviləsidir(səhifə14-25).

49. Cavabdeh tərəf iddiaçı ilə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişini məhkəməyə təqdim etmiş, 1-ci instansiya həmin sənədləri tədqiq etmişdir(mülki iş, səhifə130). Həmin bildirişdə 03.10.2016-cı il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi göstərilmiş, iş yeri barədə məlumatlar qrafasında işçinin vəzifəsinin dəyişdirilməsi ilə bağlı qeydlər əlavə edilmiş, əmək müqaviləsi üzrə baş icraçı nümayəndə, biznes inkişafı vəzifəsi barədə qeydlər aparılmışdır.

50. Keçən müddət ərzində iddiaçı ona aid olmayan vəzifədə işləməsi ilə bağlı mübahisə açmamış, iddia ərizəsində hansı vəzifəyə keçirilməsini, işdən azad olunan tarixədək həmin vəzifədə işləməsini təsdiq etmiş, həmin məsələ mübahisə predmeti olmamı ş, işə apelyasiya icraatında baxılarkən məhkəmə işin müəyyən edilən hallarına düzgün hüquqi qiymət verməməsi səbəbindən qeyd olunan əsasla əmrin ləğv edilməsi qənaətinə gəlmiş və nəticədə ziddiyyətli qətnamə qəbul etmişdir.

51. Məhkəmənin qənaəti belə olmuşdur ki, iddiaçının baş icraçı nümayəndə, biznes inkişafı vəzifəsinə keçirilməsi ilə bağlı onunla əmək müqaviləsi bağlanmamış və onun həmin işdən çıxarılması qanunsuzdur. Lakin, məhkəmə öz qətnaməsində iddiaçının hansı işə bərpa olunmasını göstərməməklə ziddiyyətə yol vermiş, gəldiyi nəticəni şübhə altına almışdır. İddiaçı iki il həmin vəzifədə işləmiş, əmək haqqı almış, işdən azad olunduqdan sonra həmin vəzifə üzrə son haq-hesab hesablanaraq ona ödənilmiş, həmin vəsaiti qəbul etmişdir. Məhkəmənin çıxardığı qərar əsasında iddiaçının hansı işə bərpa olunacağı naməlum qalmışdır. Qətnamədə qeyd edilmişdir ki, İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Filialında (nümayəndələyində) iş yerinə (vəzifəsinə) bərpa edilsin. İddiaçının iş yeri baş icraçı nümayəndə, biznes inkişafı vəzifəsi idi və məhkəmə həmin vəzifəni qanuni iş yeri kimi tanımadığı təqdirdə iddiaçının hansı vəzifəyə bərpa olunmasını göstərməliydi.

52. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, iş üzrə apelyasiya icraatı məhkəməsinin qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün qaytarılmalıdır.

53. Eyni zamanda iddiaçının kassasiya şikayəti də qismən təmin edilməlidir. İddiaçının şikayəti ona görə təmin edilməlidir ki, iddiaçı onun əsas tələbinin təmin olunduğunu, belə olan təqdirdə mənəvi ziyan tələbinin də təmin olunmasının labüd olmasına istinad edərək qətnaməni həmin hissədə mübahisələndirmişdir. İşə baxan məhkəmə iddiaçının işdən qanunsuz və əsassız olaraq çıxarılması qənaətinə gəlmişdirsə, onda, mənəvi ziyanın tutulması ilə bağlı ağlabatan dəyərləndirmə aparmalıydı. Lakin, Apelyasiya Məhkəməsi həmin tələblə bağlı ümumiyyətlə dəyərləndirmə aparmamış, həmin tələbi hansı əsasla rədd etməsini əsaslandırmamışdır.

54. Hazırkı qərarın 27-ci bəndindəki qərarda təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən v ə mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Eyni zamanda həmin qərarda göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

55. Hazırkı qərarın 28-ci bəndindəki məhkəmə qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddi açının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». 56. 29-cu bənddə qeyd olunan normaya görə ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılmalıdır.

57. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya Məhkəməsi mübahisəni həll edərkən maddi və p rosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, buda qətnamənin ləğv olunması üçün əsasdır.

58. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı və Cavabdeh Azərbaycan Respublikası Filialının kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6651/2020 nömrəli iş üzrə 22 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv olunaraq, iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar