Məhkəmə qərarları › İş №2(102)-2998/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2998/2023

09.10.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2998/2023 09.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (X4 üçüncü şəxs qismində cəlb olunmaqla) iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X3 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2380/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İ ddiaçı Mirzəyev (bundan sonra - iddiaçı) ilə X4 xx.xx.2007-ci il tarixdə nikah bağlamışlar, bu nikahdan xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh1 Səxavət oğlu doğulmuşdur.

2. İddiaçı ailə qurduqdan sonra Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 88 saylı evin 136 saylı mənzilinə (bundan sonra – mübahisəli mənzil) köçərək həmin ünvanda yaşamağa başlamışdır.

3. Mübahisəli mənzil Cavabdeh1 Nərimanov Rayon İcra Hakimiyyətinin 014533 nörməli, xx.xx.1991-ci il tarixli orderi əsasında verilmiş və xx.xx.2010-cu ildə özəlləşdirmə ilə dövlət reyestrində mülkiyyət hüququ ilə onun adına qeydə alınmışdır. 4. 84 saylı MKİS-in xx.xx.2022-ci il tarixli, 414 saylı arayışına əsasən, iddiaçı mübahisəli mənzilə xx.xx.2010-cu il tarixdə qeydiyyata düşmüşdür.

5. Sözügedən yaşayış sahəsindən iddiaçı nın istifadə etməsi ilə bağlı tərəflər arasında mübahisə yaranmış və aşağıdakı iddia qaldırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il təvəllüdlü övladı Cavabdeh1 Səxavət oğlu ilə birlikdə mübahisəli mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, cavabdehlərdən mənzilin mülkiyyətçisi Cavabdeh1 onun qayınatası, Cavabdeh2 onun qaynanası və digər Cavabdeh3 isə qaynıdır. Gəlin köçdükdən təxminən 2 il sonra mübahisəli mənzildə qeydiyyata düşmüşdür. Həmin mənzilə qeydiyyata düşdüyü vaxt mənzilin orderi olmuş və sonradan ev qaynatasının adına özəlləşdirilmişdir. Həyat yoldaşı ilə münasibətlərinin soyumasından istifadə edən cavabdehl ər ona mənzili boşaltmaqla bağlı təzyiqlər etmiş və sonunda azyaşlı övladı ilə birlikdə onu məcburi şəkildə avqust ayının 27- də sözügedən mənzildən çıxarmışlar. O, hal-hazırda övladı ilə valideyninin yanına sığınmaq məcburiyyətində qalmışdır. Övladı məktəblidir, Nizami rayon 251 saylı tam orta məktəbin 9-cu sinfində oxuyur. Özü də həmin rayonda yerləşən Körpələr evində rus dili müəlliməsi vəzifəsində çalışır. Valideyninin evinin dar olmağı, uşağın təhsil aldigi məktəbin və iş yerinin uzaq olması bir sıra çətinliklər yaradır.

8. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iddiaya münasibətdə xx.xx.2022-ci il tarixdə ərizə verərək, iddia tələbinə xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, arvadı İddiaçı ondan xəbərsiz, icazəsi olmadan, onunla məsləhətləşm ədən doğma atasi Cavabdeh1, anası Cavabdeh2 və qardaşı Cavabdeh3 qarşı mənzilə köçürmə tələbi ilə Nizami Rayon Məhkəməsində iddia qaldırmışdır. Onun iddia ərizəsində yazdıqları onun valideynlərinə qarşı şər və böhtandır. Belə ki, ünvan 1 ünvanında yerləşən mənzil onun atası Cavabdeh1 tam mülkiyyətindədir. Valideynləri və orada yaşayan qardaşı humanizm göstərərək onların tikdirdikləri Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev pr. 167 ünvanında olan "xxxx" MMC-yə məxsus mənzil hazır olana qədər ailəsi ilə birlikdə atasının mülkiyyətində olan mənzildə müvəqqəti yaşamağa icazə vermişdir. Hal-hazırda həmin mənzil hazırdır, onlar həmin mənzilə köçmək ərəfəsindədirlər. Lakin onun arvadı İddiaçı anasının diktəsilə ailəyə narazılıq salıb. Narazılığın əsas səbəbi ondan ibarətdir ki, ona məxsus maaş kartından xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək pulları çıxardıb, ancaq "xxxx" MMC-yə ödəməyib. O, bunu biləndən sonra arvadına irad bildirmiş, maaş kartını bağlatdırmış, yeni maaş kartı alıb özü krediti ödəməyə davam etmişdir. Bunun səbəbini arvadı İddiaçı soruşanda o mənə bildirdi ki, pulları maaş kartından çıxardıb anasına vermişdir. Bu söz-söhbət olandan sonra ümumi istifadə etdikləri mənzilin açarının surətini hamıdan xəbərsiz olaraq çıxartmış onlardan xəbəri olmadan evdən çıxıb getmişdir. Atası Cavabdeh1 şəkər xəstəsidir, anası Cavabdeh2 böyrək əməliyyatından sonra bir böyrəyi çıxarılmış, xəstədir, qardaşı Cavabdeh3 otuz iki yaşı var, evlənmək istəyir. Lakin o, öz evi, mənzili ola-ola doğmalarına arvadı İddiaçı ilə birlikdə narahatlıq verirlər. Onun tikdirdiyi “ AAAF NŞAAT"MMC-yə məxsus Xırdalan şəhəri, H.Əliyev pr. 167-də “AAAF-Park" yaşayış massivi 28 saylı küçədə yerləşən 4 saylı binada 57 saylı mənzilləri hazırdır. Arvadı İddiaçı, övladı Cavabdeh1 Səxavət oğlunu götürüb öz mənzilinə köçür. Onun ailəsini saxlamağa imkanı var. Hələ valideyinləri də ona kömək edir. Mənzilinin təmiri müddətində bir müddət kirayədə qalacaq. O, valideynlərinin bu yaşında razı deyil ki, onlar ona və ailəsinə görə əziyyət çəksinlər.

9. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 nümayəndəsi Cavabdeh3 iddianı qəbul etmədiklərini bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. O əlavə olaraq qeyd etmişdir ki, mübahisəli mənzil özgəninkiləşdirilərkən iddiaçının razılıq ərizəsi olmamış, ondan razılıq ərizəsi istənilməmişdir. İddiaçı qardaşı Səxavətin həyat yo ldaşıdır, hər ikisi işləyirlər, onların başqa yerdə yaşamağa, yəni kirayə tutmağa imkanları var. Onun valideynləri də dəfələrlə iddiaçıya kirayə pulları vermək istədiklərini, gedib kirayədə qalmalarını demişlər, qardaşı da iddiaçıya dəfələrlə kirayədə yaşamalarını təklif etmiş, amma iddiaçı bunlara razı olmamışdır. Bundan başqa qardaşı həyət evi tikdirir, tikintinin başa çatması üçün bir mərtəbəsi qalmışdır. Həmin sözügedən mənzil atasının adınadır, atası çıxarış alandan sonra iddiaçı ora qeydiyyata düşmüşdür. İddiaçı 2007-ci ildən 2022ci ilin avqust ayınadək həmin mənzildə qalmış, hazırda isə faktiki anasıgildə qalır. Halhazırda qardaşı Səxavət həmin mənzildə onlarla yaşayır. İddiaçının fikri onlardan pul almaqdır. O, qardaşından ona 25.000 manat verilməsini istəmişdir. İddiaçı 10.000 man at verilsə çıxacağını demişdir. Qardaşı iddiaçıya kredetin ödənilməsi üçün 6000 manat pul vermiş, lakin iddiaçı anası ilə birlikdə həmin pulu mənimsəmişdir. Onlar qardaşının və uşağın evə gəlməsinə, orada yaşamasına etiraz etmirlər.

10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-3172/22 saylı iş üzrə 27 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) iddia təmin edilmişdir.

11. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” qərarının 1-ci bəndinə görə 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (m ənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

12. İddiaçı 2007-ci il tarixdə X4 ilə rəsmi nikaha daxil olaraq mübahisəli mənzilə köçsə də, həmin mənzil Cavabdeh1 Nərimanov Rayon İcra Hakimiyyətinin 014533 nörməli, xx.xx.1991- ci il tarixli orderinə əsasən verildiyindən və bununla bağlı məsələlər köhnə Mənzil Məcəlləsi ilə tənzimləndiyindən məhkəmə hesab edir ki, hazırki halda mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin müddəaları tətbiq edilməklə qiymət verilməlidir.

13. Birinci instansiya məhkəməsi hesab etmişd ir ki, Cavabdeh1 ona orderlə verilən ünvan 3 ünvanında yerləşən 136 saylı mənzilə gəlini İddiaçı razılıq əsasında köçürmüş və İddiaçı mübahisəli mənzildə istifadə hüququ əldə etməklə 2007-ci ildən yoldaşı və cavabdehlərlə birgə yaşamışdır. Daha sonra Cavabdeh1 həmin mənzilin xx.xx.2010-cu ildə mülkiyyətçisi olduqdan sonra xx.xx.2010-cu il tarixdə İddiaçı oraya qeydiyyata salmışdır. Hazırda İddiaçı və X4 arasında nikah pozulmamış, onların bir-birinə münasibətdə qarşılıqlı hüquq və vəzifələri yaranmışdır. Həmçinin, valideyn kimi öz uşağını yaşayış yeri ilə təmin etmək iddiaçının vəzifəsidir və onun azyaşlı uşağı var. Məhkəmə iclasında İddiaçı və X1 evlərinin hələ hazır olmaması, evə iddiaçının köçərək yaşaması üçün lazımi şəraitin olmaması, yəni evin təmirsiz olması, özünəməxsus başqa yaşayı ş sahəsinə malik olmaması öz təsdiqini tapmışdır. İş üzrə cavabdehlərin və iddiaçının həyat yoldaşının onların başqa yaşayış yerində kirayə qalacaq imkana malik olmasına dair gətirdikləri dəlillə bağlı məhkəmə bildirir ki, şəxsin kirayə haqqı ödənilməklə müəyyən yerdə yaşaması imkanının olması onun əvəllər istifadə hüququ yaranmaqla yaşadığı mənzilə olan ehtiyacını aradan qaldırmır. Bu hallar, İddiaçı özünü başqa yaşayış sahəsi ilə təmin etməyə imkan verməməsinə və onun mübahisəli mənzilə ehtiyacının aradan qalxmamasına əsas verir. Belə olan halda, məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli mənzilə köçürülməlidir. İddiaçının altı ay və daha uzun müddətə başqa yerə getməsi isə onu yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.

14. Məhkəmə onu da qeyd etmişdir ki, İddiaçı ilə birlikdə xx. xx.2008- ci il təvəllüdlü övladı Cavabdeh1 Səxavət oğlu ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 88 saylı evin 136 saylı mənzilinə köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının xx.xx.1982-ci il tarixli Azərbaycan SSR Mənzil Məcəlləsinin 53, 54, 60, 82, 87 və 123-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdehlər və üçüncü şəxs apellyasiya şikayəti veərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmə sini və iddianın rədd olunmasını xahiş etmişlər.

17. Apellyasiya şikayəti üçüncü şəxsin birinci instansiya məhkəməsindəki icraat zamanı verdiyi etiraz ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2380/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), V.N.Sadıqov və M.Ə.Rüstəmli) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə iddia tələbi rədd edilmişdir.

19. Apellyasiya instansiya məhkəməsi bildirmişdir ki, iddiaçı 2007-ci ildə mənzilə köçərkən mənzil mülkiyyətdə olmamış, yalnız 2010-cu ildə mənzil üzərində Cavabdeh1 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Belə olan halda, xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişməsinə səbəb olmuşdur.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Cavabdeh2 şikayəti üzrə 11 iyul 2014-cü il qərarında ifadə edilmiş hüquqi mövqeyə görə yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsi, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228. 2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır.

21. Mübahisəli mənzil üzərində mülkiyyət hüququnun qeydə alındığı zaman qüvvəyə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə müvafiq olaraq yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

22. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsini n 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-ci il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin b ağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.

23. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən mülkiyyətçinin ailə üzvü olmayan şəxsin yaşayış sahəsinə istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə həmin şəxs arasında notariat qaydada təsdiq olunmuş saziş imzalanmalı və həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır.

24. Sadalanan qanunvericilik normalarına əsasən iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi Cavabdeh1 ailə üzvü sayılmır və belə olan halda onun həmin mənzildən istifadə hüququ yalnız Mülki Məcəllənin 228.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada mülkiyyətçi ilə həmin şəxs arasında notariat qaydada təsdiq olunmuş saziş əsasında yarana bilər. İşdən göründüyü kimi, tərəflər arasında belə bir sazişin bağlandığı müəyyən edil mir.

25. Bu baxımdan Kollegiya istifadə hüququ olmayan şəxsin mənzilə köçürülmə tələbini əsaslı hesab etmir.

26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

28. Kassasiya şikayəti işin hallarına istinadən belə əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi nəzərə almayıb ki, iddiaçı boşanmayıb, yəni keçmiş ailə üzvü sayılmır, o, həmin mənzildən istifaə hüququ olan Səxavət Mirzəyevin həyat yold aşıdır, onların övladları var.

29. Həmçinin qeyd olunmuşdur ki, mülki hüquq münasibətləri mülkiyyətçi dəyişəndən sonra 2010-cu ildə mövcud olan yeni Mənzil Məcəlləsi ilə tənzimlənməlidir, bu halda da apellyasiya məhkəməsi yeni Mənzil Məcəlləsinin tələblərini pozmuş olur. Belə ki, məhkəmənin müəyyən etdiyi işin hallarından aydın olur ki, iddiaçının azyaşlı övladı Cavabdeh1 Səxavət oğlu ilə başqa yaşayış yerləri yoxdur, Yeni Mənzil Məcəlləsi istifadə hüququ olmadığı halda belə vətəndaşa ədalətli davranmağı qeyd edir. Belə ki, hazırda özünə yaşayış sahəsi əldə etmək imkanı yoxdur, önun azyaşlı övladı var, gəlirləri yoxdur, kirayədə qalmaq məcburiyyətindədir, maddi vəziyyəti çox aşağıdır. Qanunverici bu halda iddiaçının maddi durumunu və diqqətə layiq digər halları, özünü yaşayış sahəsi ilə tə min etməyə imkan vermədikdə, hətta keçmiş ailə üzvünün belə göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilməsini qeyd edir.

30. Bundan əlavə, iddiaçılar özlərinin saxlanılmasını tələb etmək hüququ vardır. Bundan əlavə, digər qohumlar mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

31. Həmçinin iddiaçının maddi durumu çox çətindir, o, azyaşlı övladı ilə harda qalmasını, necə dolanmasını bilmir, bir qadının taleyinə bu qədər biganəlik qanunvericilikdə və formalaşmış məhkəmə təcrübəsində yoxdur. Məhz buna görə də belə vəziyyətlərdə qanunverici məhkəmələrə bu məsələnin araşdırıb ədalətli qər ar qəbul edilməsi vəzifəsini də qoyur. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Cavabdehlər və üçüncü şəxs kassasiya şikayətinə etiraz təqdim edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

33. Maddə 60, hissə

1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X6 X5:

34. Maddə 6, hissə.

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Məcəllə

35. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsi:

36. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

37. Maddə

54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

38. Maddə

60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

39. Maddə

87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Mülki Prosessual Məcəllə

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

43. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktı tam mübahisələndirildiyindən qətnamə bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli mənzilin 2010-cu ildə Cavabdeh1 adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınması orada yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişm əsinə səbəb olmuşdur. Kollegiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Cavabdeh2 şikayəti üzrə 11 iyul 2014-cü il qərarına istinadən qeyd etmişdir ki, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Sadalanan qanunvericilik normalarına əsasən iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi Cavabdeh1 ailə üzvü sayılmır və belə olan halda onun həmin mənzildən istifadə hüququ yalnız Mülki Məcəllənin 228.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada mülkiyyətçi ilə həmin şəxs arasında notariat qaydada təsdiq olunmuş saziş əsasında yar ana bilər. İşdən göründüyü kimi, tərəflər arasında belə bir sazişin bağlandığı müəyyən edilmir (§ 18-26).

49. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prossessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

50. Qanunvericiliyə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır (§ 43).

51. Apellyasiya kollegiyası nəzərə almamışdır ki, mübahisə predmeti olan mənzillə bağlı tərəflər arasındakı hüquq münasibətlərinin iddiaçının ailə qurması ilə həmin yaşayış sahəsinə köçdüyü 2007-ci ildə yaranması, həmin vaxt dövlət mülkiyyəti sayılan mənzilin order əsasında cavabdehlərin kirayəsində olması barədə iş materiallarında çox sayda məlumatlar mövcuddur (§ 1-3).

52. Bu xarakterli hüquq münasibətləri 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsi ilə dəqiq şəkildə tənzimlənmişdir. Həmin Məcəllənin 53 və 54-cü maddələrinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlər inin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər (§ 36-37).

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə etmək hüququna malik olması qanunda təsbit edilməklə yanaşı, bu hüququn aradan qalxma əsasları da nəzərdə tutulmuşdur. 54. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrində icarədar və onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya köçməsi icarə müqaviləsinin pozulmuş sayılmasına imkan verən hal kimi nəzərdə tutulmuş, müvəqq əti başqa yerə getdikdə isə onların yaşayış sahəsinin altı ay saxlanıldığı göstərilmişdir (§ 38-39).

55. Hazırkı işə baxmış birinci instansiya məhkəməsi iddiaçının mübahisəli mənzildən istifadə etmək hüququnun qeyd olunan Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə əsasən yarandığını, hazırkı məqamda iddiaçının mənzil ehtiyacını başqa yerdə qarşılamaq üçün real imkana malik olmamasını, bu səbəbdən mübahisəli yaşayış sahəsinə ehtiyacının aradan qalxmadığını və onun öz iradəsi ilə daimi olaraq başqa yerə köçməsi sübuta yetirilmədiyi üçün mübahisəli mənzilə münasibətdə yaranmış hüququnun aradan qalxmadığını vurğulamışdır (§ 13, 15).

56. Buna baxmayaraq apellyasiya məhkəməsi qeyd edilən xüsusatlara münasibət bildirməmiş, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə hansı arqumentlərə gör ə razılaşmadığını lazımi şəkildə əsaslandırmamışdır.

57. Halbuki, mübahisəni mahiyyəti üzrə həll edən apellyasiya məhkəməsi işin müəyyən olunmuş faktiki hallarının aidiyyəti (xüsusilə birinci instansiya məhkəməsinin tətbiq etdiyi) maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğun olub-olmamasını yoxlamalı, aşağı məhkəmədən fərqli bir hüquqi mövqeyə malik olduğu halda öz fikrini ətraflı şəkildə əsaslandırmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.

58. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, İnsan Hüquqlarının və X6 X2 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir (§ 33-34).

59. Kollegiya onu da qeyd etməyi zəruri bilir ki, ailə üzvlərinin yaşayış sahəsindən istifadə etmək hüquqları qanuni əsaslarla yarandıqdan sonra daşınmaz əşyanın bu hüquqlarla yüklü olduğunu bilərək onu dövlət reyestrində mülkiyyət hüququ ilə öz adına rəsmiləşdirən şəxsin həmin yüklülüyü nəzərə almadan özünün mülkiyyət hüquqlarına istinad etməsi, Mülki Məcəllənin 152.5-ci maddəsinin tələbləri ilə uzlaşmır.

60. Həmin normaya əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (§ 35).

61. Beləliklə, məhəmə tərkibi bu qənaətə gəlir ki, apellyasiya məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamış, qətnaməni iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırmamışdır (§ 42, 44).

62. Ona görə də kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

63. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kol legiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2380/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar