Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2999/2019 29.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 dekabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkilin kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2 (001)-2400/2017 saylı, 12.06.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı ilkin iddiası qismən təmin edilərək qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh onun xeyrinə 43010 manat pulun tutulması, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2018-ci il tarixli, 2(103)-13013/2018-saylı qətnaməsi ilə (hakimlər V.Baxışova sədrlik edən, məruzəçi, V.Həsənov və N.Cəfərov) Cavabdehin apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2 (001)-2400/2017 saylı, 12.06.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilərək İddiaçı dövlət büdcəsinə 100 manat ekspertiza xərci tutulmuşdur. İŞİN HALLARİ: İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Zirə qəsəbəsi ərazisində yerləşən istixananın su, elektri k, istilik sistemlərinin qurulması üçün Cavabdeh tərəfindən ona ödənilməli olan 15.000 xidmət haqqının, istixanada çalışmış fəhlələrə Cavabdeh əvəzindən ödədiyi 25.000 manat və istixananın təmirində istifadə olunmuş mal-materialın dəyəri - 6500 manat pulun, ümumilikdə 46500 manat məbləğində pulun, həmçinin 2015-ci ilin oktyabr ayında cavabdehin ona ödəməli olduğu 46500 manatın həmin dövr üzrə ekvivalenti, yəni 44285,71 ABŞ dolları (1 ABŞ dolları =1.05 manat məzənnə hesabı ilə) ilə alacağı məbləğin hazırkı dövrdə ekvivalenti, yəni 30592 ABŞ dolları (1 ABŞ dolları =1,52 manat məzənnə ilə) arasındakı fərq 13693 ABŞ dolları dəymiş zərərin cavabdehdən tutularaq ona ödənilinəsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin İddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı öhdəlik nəticəsində yaranmış 90 000 manat vəsaitin və vurmuş olduğu ziyanın, yəni 300 ton pomidor məhsulunun hazırkı real dəyəri 1 kq = 2 manat olmasını nəzərə alaraq 600 000 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarını pozmuşdur. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş edrilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil kassasiya şkikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin MKnın 12 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, cavabdeh tərəf üzrlü səbəblər olmadan gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 dekabr 2018-ci il tarixl i qətnaməsi ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin göndərilməlidir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normaların düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara isti nad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi nəticədən görünür ki, İddiaçı ilə 2015-ci ildə Bakı şəhəri, Zirə qəsəbəsi ərazisində yerləşən istixananın suvarma, elektrik və istilik sistemlərinin qurulması üçün podrat müqaviləsi X2 adlı şəxsin sifarişi və tapşırığı əsasında onun işlərinə nəzarət edən Cavabdeh tərəfindən bağlanıldığından və iddiaçı ilə b ağlanmış podrat müqaviləsinin tərəfi X2 olduğundan həmin şəxsin öhdəliyinə görə Cavabdeh mülki hüquqi məsuliyyəti müəyyən edilə bilməz. Apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi digər nəticədən görünür ki, iddia tələbi iddiaya cavab verməli olan şəxsə qarşı yönəlmədiyindən məhkəmə işdəki sübutlara, birinci instansiya məhkəməsi tərəfindən dindirilmiş şahidlərin ifadələrinə və ekspert rəyinə hüquqi qiymət verilməsini zəruri hesab edilmir. Apellyasiya instansiyası məhkəməsi nəticələrin maddi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1, 777.1-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də, gəldiyi nəticəsi maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Belə ki, işin materiallarından görünür ki, İddiaçı tələbində Cavabdeh ilə aralarında 15.06.2015-ci il tarixdə şifahi podrat müqaviləsi bağlandığını, həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh və onun ortağı olan X2 adlı şəxsə məxsus Bakı şəhəri, Zirə qəsəbəsi ərazisində yerləşən istixananın suvarma, elektrik və istilik sistemlərinin qurulmasının onun tərəfindən həyata keçirildiyini, X2nin bu işlərdən məlumatı olduğunu və işlərin onun razılığı ilə həyata keçirildiyini, cavabdeh tərəfindən ona işlərin dəyəri olaraq 60.000 manat pul ödənildiyini, fəhlələrə əmək haqqı olaraq onun tərəfindən ödənilmiş 25.000 manat pulun, ona ödənilməli olan 15.000 manat xidmət haqqının, 6500 manat mal-materialın dəyərinin dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq X2 və Cavabdeh tərəfindən ödənilmədiyini mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisənin halları baxımından Cavabdeh iddia ərizəsində adı qeyd edilmiş X2 adlı şəxsin ortağı deyil, onun işlərinə nəzarət edən şəxs olmasının, iddiaçı ilə X2yə məxsus istixanada isitmə sisteminin quraşdırılması üçün şifahi podrat müqaviləsinin Cavabdeh X2nun sifarişi və tapşırığı əsasında onun adından bağlamasının və iddiaçıya ödənilmiş 60.000 manat məbləğində pulun onun tərəfindən, lakin X2nin vəsaiti hesabına ödənilməsi qənaətinə gələrkən əsasən cavabdehin izahatlarına istinad etsə də, işin bu halına diqqət yetirməmişdir ki, bu halları tə sdiq edən heç bir mötəbər sübütlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə araşdırma zamanı cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməsinə baxmayaraq, şikayətin məzmununu həm də qarşılıqlı iddia tələbinin dəlilləri üzərində də qurulduğu halda ondan məhz apellyasiya instansiyası mərhələsində imtina edilməsinə və bu barədə ərizədə imtinanın (bu onun prosessual hüquqlarından biri olsa da) səbəblərinin göstərilməməsinə də hüquqi qiymət verməmiş, məhkəmənin özü tərəfindən bu səbəblərə aydınlıq gətirilməsinə təşəbbüs göstərilməmişdir. Belə ki, əvvəla işin materiallarında cavabdehin istər iddiaya olan etirazının, istər apellyasiya şikayətinin dəlillərinin əsası kimi X2nin adından is tinad etdiyi halların doğru və əsaslı olmasının ən azından sonuncu tərəfindən istər birbaşa, istərsə də dolayısı ilə də olsa təsdiq edilməsinə dair heç bir sübut yoxdur. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddiadan imtna edilməsinə baxmayaraq cavabdehin bu tələbində öhdəlik nəticəsində yaranmış 90 000 manat vəsaitin və vurmuş olduğu ziyanın, yəni 300 ton pomidor məhsulunun hazırkı real dəyəri 1 kq = 2 manat olmasını nəzərə alaraq 600 000 manat pul vəsaitinin tutulmasını tələb etməsinə və məhz bu tələbi də təmin olunmadığı üçün də eyni əsaslarla apellyasiya şikayəti verməsi halına düzgün hüquqi qiymət verməmiş, bütün bu halları heç bir sübutla təsdiqlənmədiyi halda cavabdehin iddiaçıya qarşı qaldırdığı qarşılıqlı iddianı X2yə dəymiş ziyanın tutulması üçün qaldırmağa, iddia ərizəsində cavabdeh qismində onun göstərildiyi üçün qarşılıqlı iddianı da öz adından qaldırmağa məcbur olması kimi izahatları ilə əsaslandırmağa çalışmışdır. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu cür sübutlar əldə olunub, tədqiq olunmamışdır və beləliklə də məhkəmə tərəfindən iş üzrə obyektiv nəticəyə gəlmək üçün prosessual qanunun göstərilən tələbinə əməl olunmamışdır. Bu isə ona dəlalət edir ki, apellyasiy a instansiyası məhkəməsi tərəflərin hüquqi vəziyyətini, onların göstərilən vəziyyətdə hüquq və vəzifələrini müəyyənləşdirməmişdir. Kollegiya məlumat xarakterli olmaqla qeyd etməyi də zəruri sayır ki, qarşılıqlı iddia təmin edildiyi halda cavabdehin bu iddiadan imtina etməsi kimi hüququndan istifadə etməsinin heç də inandırıcı və ağlabatan olmamasına, eləcə də bu iddiadan imtinanın məqsədli olaraq ilk iddianın rədd edilməsi üçün bir növ iddia tələbinin iddiaya cavab verməli olan şəxsə qarşı yönəlməməsi istiqamətində hüquqi əsas yaradılmasına apellyasiya instansiyası məhkəməsi diqqət yetirməyərək lazımi hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasə n tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. “Məhkəmələr və hakimlər haqqında” qanunun 3-cü maddəsinə əsasən məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edirlər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin qanuni əsasını MM-in öhdəliklə, eləcə də vurulmuş ziyanın ödənilməsi ilə bağlı maddi hüquq normaların tələbləri təşkil etsə də, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisənin maddi əsas kimi podrat münasibətlərini tənzimləyən maddi hüquq normalarına istinad etmiş, lakin şifahi podrat müqaviləsinin X2 ilə bağlanması barədə cavabdehin heç bir sübut növü ilə əsa slı olması təsdiq edilməyən izahatlarından başqa iş materiallarında hər hansı sübut olmamasına hüquqi qiymət verməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası daha so nra apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin iddiaya cavab verməli olan şəxsə qarşı yönəlmədiyindən işdəki sübutlara, birinci instansiya məhkəməsi tərəfindən dindirilmiş şahidlərin ifadələrinə və ekspert rəyinə hüquqi qiymət verilməsinin zəruri olmamasına dair mövqeyi ilə razılaşmır və qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxa rmağa əsas verməlidir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəy ərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Kollegiya qeyd edir ki, sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymə tləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə iddia tələbi iddiaya cavab verməli olan şəxsə qarşı yönəlmədiyinə dair mötəbər sübutlar olmadığı üçün apellyasiya instansiyası məhkəməsinin iddiaçının iddia tələbinin, cavabdehin isə iddiaya olan etirazın əsası kimi istinad edilən hallarla yanaşı, bu hallarla bağlı birinci instansiya məhkəməsi tərəfindən dindirilmiş şahidlərin ifadələrinə və ekspert rəyinə hüquqi qiymət verilməsi zəruri idi. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şə xs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Həmçinin şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə məhz cavabdeh tərəfin iddiaya etirazın əsası kimi istinad edilən halları üzrə, onun mənayefinə uyğun hüquqi qiymət verməyə çalışsa da iddiaçı tərəfin iddianın əsası kimi istinad etdiyi hallara diqqət yetirməmiş, cavabdeh tərəfin sübut kimi hesab etdiyi dəlillərini birtərəfli qiymətləndirmiş, qəbul etdiyi qətnaməsində işin tam hüquqlu məhkəmə kimi işə apellyasiya qaydasında baxması nəticəsində işin hallarını araşdırılmasını və araşdırılmasının nəticəsi kimi işin hansı faktiki hallarını müəyyən etməsini göstərməmişdir. Halbuki, işdə olan sübu tları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şik ayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində göstərilənlərə qeyd edilən Plenum qərarının tələbləri baxımından müfəssəl hüquqi qiymət verməyərək işə baxarkən həqiqətə nail olmaq üçün iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, iddiaçının iddiasının əsası kimi, cavabdeh tərəfin isə iddiaya etirazlarına dair istinad etdikləri hallara düzgün hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qəzərsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apel lyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol verməklə düzgün hüquqi nəticəyə gəlmədiyindən qəbul etdiyi qətnaməsi qanuni, əsaslı sayıla bilmədiyi üçün ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazı m olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2999/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2999/2019
29.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver