Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2999/2022 07.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Novruzova (Rüstəmova) Gülşən Vaqif qızının Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xüsusi mülkiyyətdə olan torpaq sahəsində başqası tərəfindən fərdi ev inşa edilməsinin hüquqi nəticələri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Novruzova (Rüstəmova) Gülşən Vaqif qızının Cavabdeh qarşı yaşayış və istifadə hüququna qoyulmuş maneənin aradan qaldırılması tələbinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası nın xx.xx.2022-ci il tarixli, 2(108)15/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi iddiaçıya xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsi əsasında X1 tərəfindən bağışlanmışdır və hədiyyə alanın mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınaraq, MH seriyalı, ******* saylı çıxarışla rəsmiləşdirilmişdir. Sözügedən torpaq sahəsində ikimərtəbəli, ümumilikdə 4 otaqdan ibarət fərdi ev inşa edilmişdir. Həmin ev faktiki olaraq Cavabdeh sahibliyindədir.
2. İddiaçı əvvəllər evli olmuş, evli olduğu müddətdə “Rü stəmova” soyadını almışdır. Buna görə də xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsində və torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* saylı çıxarışda iddiaçının soyadı “Rüstəmova” qeyd olunmuşdur. Sonradam iddiaçının nikahı pozulmuşdur və xx.xx.2020-ci il tarixdə nikahın pozulması qeydə alınanda ona “Novruzova” soyadı verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhəri, B.Abbasov küçəsi, 4/7 ünvanında yerləşən evindən yaşayış və istifadə hüququna Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı ünvan 1 ünvanında 0,04 ha torpaq sahəsi üzərində ikimərtəbəli olmaqla, ümumilikdə 4 otaqdan ibarət ev tikib təmir etdirməklə, mərhum atasının əminəvəsi Cavabdeh ailəsi ilə birlikdə müvəqqəti yaşaması üçün vermişdir. Bir müddət sonra iddiaçı cavabdehə dəfələrlə müraciət etsə də, cavabdeh evi təhvil verməkdən imtina etmiş, özünə məxsus əmlak kimi mənimsəməyə cəhd etmişdir. Dəfələrlə cavabdehə onun mülkiyyətində olan torpaq sahəsində olan evdən çıxmasını bildirsə də, onun tələbinə əməl etməmiş, evi bağlayaraq Bakı şəhərində yaşamağa başlamışdır. Sonradan həmin evin cavabdeh tərəfindən Türkiyə Respublikası vətəndaşlarına kirayə verdiyi bəlli olmuş, evdə faktiki olaraq kirayəçilər yaşadığına görə iddiaçı mülkiyyətindən istifadə edə bilməmişdir.
5. Cavabdehin vəkili və nümayəndəsi biri nsi instansiya məhkəməsində iddia tələbinə etiraz edərək bildirmişdir ki, 2013-cü ildə iddiaçının atası X2 mübahisəli torpaq sahəsini cavabdehə hədiyyə etmişdir. Tərəflər arasında bəxşiş müqaviləsi olmasa da, şifahi formada torpaq sahəsi cavabdehə hədiyyə olunmuşdur. Təxminən 2015-ci ildə cavabdeh həmin torpaq sahəsində 2 mərtəbəli fərdi yaşayış evi tikdirmiş, evin tikilməsinə 200000 manata yaxın pul xərcləmişdir. Vaqif Novruzov şifahi formada hədiyyə olunan torpaq sahəsini cavabdehin adına sənədləşdirməyi öhdəsinə götürsə də, müxtəlif səbəblər üzündən mümkün olmamış, 2020-ci ildə X5-19 xəstəliyi ilə əlaqədar vəfat etmişdir. 20132018-ci illərdə cavabdeh mübahisə predmeti olan fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşamış, 2018-ci ildə işdən çıxdıqdan sonra ailəsi ilə birlikdə Bakı şəhər inə köçmüşdür. Son altı aydır ki, cavabdeh həmin fərdi yaşayış evini türk vətəndaşlarına kirayə vermişdir. Torpaq sahəsi cavabdehə hədiyyə olunan zaman həmin torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evinin sadəcə qobulu və dam örtüyü mövcud olmuşdur. Torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh tərəfindən tikilmişdir. İddiaçı fərdi yaşayış evinin ona məxsus olmasını təsdiqləyən hüquqi sənədi məhkəməyə təqdim etməmişdir. İddiaçı bu tələbi irəli sürməyə subyektiv hüquqa malik deyil. İddiaçının mübahisə predmeti olan fərdi yaşayış evinə dair hüquqi ixtiyarı yoxdur.
6. Naxçıvan Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(078)-803/2020 nömrəli qətnaməsi ilə (hakim G.Səfərəliyeva) iddia təmin edilmiş, Cavabdeh tərəfindən Naxçıvan şəhəri, B.Abbasov 4/7A ünvanında yerləşən, İd diaçı mülkiyyətində olan torpaq sahəsində və onun üzərində tikilmiş fərdi yaşayış evində İddiaçı yaşayış və istifadə hüququna yaradılmış maneənin aradan qaldırılması qət edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, hazırki iddia tələbində iddiaçının öz mülkiyyətində olan torpaq sahəsində tikilmiş evə dair həmin əmlak qeydiyyata alınmasa da torpaq sahəsinin mülkiyyətçisi kimi “qanuni gözləntisi” olmuşdur. Həmin gözlənti iddiaçının mülkiyyətində olan torpaq sahəsinin onun adına qeydiyyata alınması ilə yaranmış, bu halda iddiaçı mülkiyyətçisi olan torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin “qanuni istifadəçisi” olmuşdur və iddia qaldırılan zaman onun mülkiyyətində olan torpaq sahəsində tikilmiş fərdi yaşayış evindən sərbəst və maneəsiz istifadə edilməsi üçün kifayət qədər mülki marağa malik o lmuşdur. İşin məhkəmədə araşdırılmış hallarından aydın olmuşdur ki, həqiqətən mübahisə predmeti olan fərdi yaşayış evində iddiaçının istifadəsi və yaşayışı üçün cavabdeh tərəfindən maneə yaradılmışdır. Bu maneənin mövcudluğu cavabdehin nümayəndəsi və vəkilinin təqdim etdiyi sənədlərlə, maneənin cavabdeh tərəfindən qoyulması şahid ifadələri ilə təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə cavabdeh tərəfindən fərdi yaşayış evinin kirayə verilməsi və aylıq kirayə haqqının onun tərəfindən alınması, hazırda həmin evdə kirayəçilərin qalması təsdiq edilmişdir.
8. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin iddiaçıya məxsus olan torpaq sahəsinin ona hədiyyə edilməsi, orada yaşayış evi inşa etdirməsi, həmçinin həmin evdə ailəsi ilə birlikdə müəyyən müddət yaşaması, evə dair vergilərin, kommunal xərclərinin, sığorta xərcinin ödənilməsi mübahisəli torpaq sahəsi və fərdi yaşayış evi üzərində cavabdehin mülkiyyət hüququnun əmələ gəlməsinə səbəb olan əqdin bağlanması kimi qiymətləndirilə bilməz. Belə ki, daşınmaz əmlakın bağışlanılması yalnız notarial qaydada bağlanmış müqavilə əsasında həyata keçirilə bilər. İş materiallarından aydın olur ki, iddiaçı və cavabdeh arasında belə bir müqavilə mövcud olmamışdır.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarına, Mülki Məcəlləsinin 139, 146.1, 146.3, 152, 157.2, 165, 394-cü maddələrinə istinadla əsaslandırmışdı r.
10. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə əsassız və ədalətsizdir. Belə ki, iddiaçının subyektiv hüququ mövcud deyildir. İddiaçının “mənim evim” deyə iddia etdiyi fərdi yaşayış evinin ona məxsusluğu heç bir hüquqi sənədlə öz təsdiqini tapmadığından onun hüquqi ixtiyarı da mövcud deyildir. Məhkəmə iddiaçını həmin fərdi yaşayış evinin “qanuni istifadəçisi” adlandırır ki, bu da tamamilə səhv və qərəzli yanaşmadır. Belə ki, onlar tərəfindən məhkəməyə yazılı və şifahi formada verilmiş izahatlarla, fotoşəkillərlə, həmin evin tikintisinin həyata keçirmiş ustaların yazılı ərizələri ilə, şahid ifadələri ilə, daşınmaz əmlakın icbari sığorta şəhadətnaməsi ilə və digər sənədlərlə tam sübuta yetirilir ki, həmin fərdi yaşayış evinin qanuni istifadəçisi kim olmuşdur. b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)65/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər S.Qarayev (sədrlik edən və məruzəçi), Ə.Xıdırov və M.Allahverdiyev) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(078)803/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Həmin məhkəmə yekun qərar qəbul edərkən mülkiyyətin müdafiəsinə dair maddi hüquq n ormalarına, eləcə də Mülki Məcəllənin 240, 180, 146 və s. maddələrinə istinad etmişdir. Məhkəmənin mübahisə ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, torpaq sahəsi iddiaçının xüsusi mülkiyətindədir, onun üzərində inşa edilmiş fərdi ev özbaşına tikilidir, həmin evə qanunla ancaq iddiaçının hüquqlarının tanınması imkanları təsbit olunur (MM-nin 180.3-cü maddəsi) və ona görə iddia əsaslıdır.
13. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Həmçinin şikayətdə qeyd edilmişdir ki, iddiaçının hazırkı, iddianı irəl i sürməyə subyektiv hüququ olmamışdır. İddiaçının evə dair heç bir gözlənilən hüququ yoxdur. Əksinə, cavabdehin belə bir hüququ mövcuddur. Belə ki, cavabdehin öz hesabına tikdiyi ev hazırda onun istifadəsindədir. c)Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 oktyabr 2021-ci il tarixli, 2(102)-5403/2021 nömrəli qərarı ilə (hakimlər İ.Xəlilov (sədrlik edən və məruzəçi), Ə.Əliyev və M.Əhmədova) Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(108)-65/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv olunaraq, iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir.
15. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki: «Apellyasiya instansi yası məhkəməsi iddiaçının tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 157.2-ci maddəsinə istinad etmişdir. Həmin normaya görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan normaya əsaslanaraq iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.
16. Hazırkı işdə iddiaçının mübahisəli evin inşa edildiyi torpaq sahəsinin mülkiyyətçisi olması işin mübahisəsiz halı kimi qəbul edilir. Amma, nəzərə almaq lazımdır ki, mübahisə predmeti mülkiyyətdə ola n torpaq sahəsi deyil, iddia tələbi torpaq sahəsi üzərində olan evdən cavabdeh tərəfindən yaradılmış yaşayış və istifadə hüququna olan maneənin aradan qaldırılması barədədir. Deməli, hazırkı tələbin qanuni əsası kimi 157.2. maddəsinin tətbiq olunmasından ötrü ilk növbədə fərdi evin iddiaçının mülkiyyətində olması zəruri şərtdir. Həmin evin iddiaçının mülkiyyətində olmaması isə işin mübahisəsiz halıdır. Ona görə qeyd olunan normanın tətbiq olunmasını istisna etmək üçün digər zəruri şərtlərincavabdehin həmin evə sahbilik etməsi və sahbiliyin qanuni və yaxud qanunsuz olması ilə bağlı əlavə araşdırılmasına zərurət aradan qalxır. Deməli, mülki qanunvericiliyin qeyd olunan norması (MM-nin 157.2-ci maddəsi) tələbin qanuni əsası kimi düzgün tətbiq edilməmişdir.
17. Kollegiya qeyd etmişdir ki, hər bir halda, tələbin uğurluluğu məhkəmələr tərəfindən müəyən edilmiş işin faktiki hallarının müvafiq normanın dispozisiya şərtlərinə uyğun gəlib-gəlməməsindən asılı olacaq. Hazırkı işdə məhkəmələrin müəyyən etməli olduğu mühüm hal - mübahisəli evin kim tərəfindən (kimin vəsaiti hesabına) inşa edilməsi və kimə məxsus olması ilə bağlı məsələdir. Apelyasiya Məhkəməsi həmin məsələ ilə bağlı birinci instansiya məhkəməsinin qeyri-müəyyən mövqeyi ilə razılaşmış və tikilinin kimə məxsus olması məsələsinə aydınlıq gətirməmişdir. Hansı ki, mübahisənin həlli həmin halın müəyyən edilməsindən birbaşa asılıdır.
18. İşdə olan və cavabdeh tərəfindən təqdim edilmiş sübutlar (mübahisəli evin cavabdeh tərəfindən, onun vəsaiti hesabına inşa edilməsi, Naxçıvan şəhərində yaşadıqları müddət ərzində onun ailəsinin istifadəsində olması, oradan köçdükdən sonra onun sahibliyində qalması, Türkiyə Respublikasından olan tələbələrə kirayəyə verilməsi ilə bağlı sübutlar) Apelyasiya Məhkəməsi tərəfindən MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun dəyərləndirilməmişdir. Çünki, iddiaçı tərəf torpağın onun mülkiyyətində olması halından başqa, cavabdehin dəlillərini təkzib etmək üçün digər sübutlar təqdim edə bilməmişdir.
19. Mübahisəli evin cavabdeh tərəfindən və onun vəsaiti hesabına inşa edilməsi halı müəyyən ediləcəyi təqdirdə, həmin evin mülkiyyətçinin razılığı olmadan inşa edilməsi ağlabatan görünmür. Çünki, torpaq sahəsində yerləşən ikimərtəbəli, tam təmirli, yaşayış üçün yararlı olan evin inşa edilməsinə və istifadəyə verilməsinə uzun müddət vaxt tələb olunur ki, həmin müddətdə mülkiyətçinin belə inşaat işlərindən məlumatsız olması inandırıcı deyil.
20. Mülki Məcəllənin 243.3-cü maddəsinə əsasən, özgə torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququna, habelə müvafiq binaları və qurğuları uçurmaq hüququna malikdir. Mübahisəli ev cavabdeh tərəfindən inşa edilmişdirsə, cavabdehin həmin evə, onun inşasına sərf edilmiş materiala və vəsaitə hüquqları olması istisna deyil». ç)Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
21. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)15/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Quliyev (sədrlik edən və məruzəçi), Y.Qurbanov və F.Abbasov) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Şəhər Məhkəməsin in 18 noyabr 2020-ci il tarixli, 2(078)803/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır: «İş materiallarına əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən (səh.8) üzərində fərdi yaşayış evi tikilmiş mübahisəli torpaq sahəsinin Naxçıvan şəhəri, B.Abbasov 4/7A ünvanında yerləşdiyi müəyyən olunur. Lakin birinci instansiya məhkəməsinin qətnaməsində və bir sıra digər sənədlərdə həmin ünvan Naxçıvan şəhəri, B.Abbasov 4/7 kimi göstərilmişdir. Bu hal texniki səhv kimi qəbul edilməli və üzərində fərdi yaşayış evi tikilmiş mübahisəli torpaq sahəsinin ünvanı qətnamədə Naxçıvan şəhəri, B.Abbasov 4/7A kimi oxunmalıdır....
23. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə ləndirilən evin iddiaçının mülkiyyətində olan torpaq sahəsində əvvəlcədən mövcud olmaqla iddiaçıya məxsus olması qarşı tərəfin izahatları ilə təsdiqini tapır və inkar olunmur. Belə ki, cavabdehin vəkili və nümayəndəsi Vəkil birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı verdiyi izahatlarda (səh. 43, 50) göstərilir ki, torpaq sahəsi cavabdehə hədiyyə olunan zaman həmin torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evinin sadəcə qobulu və dam örtüyü mövcud olub. Eləcə də apellyasiya şikayətində də qeyd olunur ki, həmin fərdi yaşayış evini iddiaçının mərhum atası və onun qardaşı şifahi formada hazırkı iş üzrə cavabdehə bağışlamış və cavabdeh də 2013-2018-ci illərdə həmin evdə yaşamışdır....
24. Cavabdehin mübahisələndirilən evin tikilməsi ilə bağlı xərc çəkməsi və həmin evə hüquqlarını n olması, iddiaçıya çıxarışın qanunsuz verilməsi ilə bağlı apellyasiya şikayətində göstərilən dəlilləri isə məhkəmə kollegiyası iddia predmetindən kənar hesab edərək hər hansı hüquqi münasibət bildirmir.
25. Bununla bağlı eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, “kənar şəxsə məxsus torpaq sahəsində tikinti işlərinin aparılmasına hər hansı formada töhfə edilməsi faktı, özü-özlüyündə heç bir halda həmin torpaq sahəsinin və üzərində yerləşdiyi tikilinin mülkiyyətçisi olmasına qanuni gözləntiyə əsas hesab edilə bilməz.” (“Vrahimi Türkiyəyə qarşı”, §50, 22 sentyabr 2009-cu il tarixli AİHM qərarı).
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarın da qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin mənasına görə, məhkəmələr qanunla nəzərdə tutulmuş müstəsna hallar istisna olmaqla, əsas və qarşılıqlı iddianın predmetinə aid olmayan halları və faktları araşdıra və qətnamədə bunlara hüquqi qiymət verə bilməzlər.
27. Torpağın cavabdehə şifahi formada bağışlanması dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 668.1- ci maddəsinin tələbinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır....
28. Apellyasiya şikayətində qeyd edilən iddiaçının subyektiv hüququnun mövcud olmaması, iddiaçının “mənim evim” deyə iddia etdiyi daşınmaz əmlaka dair heç bir hüquqi sənə din mövcud olmaması, dəlili ilə əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.2-ci maddəsinə uyğun olaraq torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir.
29. Eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsinə uyğun olaraq özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun.
30. İddianın dəqiqləşdirilməsi zamanı birinci instansiya məhkəməsinin kobud prosessual pozuntuya yol verməsi, iddia tələbindən kənara çıxaraq qətnamə qəbul etməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə hər hansı kobud p rosessual pozuntu müəyyən edilmir....
31. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarına və qanuni əsaslara istinad edərək belə nəticəyə gəlir ki, Naxçıvan şəhəri, B.Abbasov 4/7A ünvanında yerləşən torpaq sahəsində və onun üzərində olan fərdi yaşayış evində iddiaçı Novruzova (Rüstəmova) Gülşən Vaqif qızının mülkiyyət hüququndan irəli gələn yaşayış və istifadə hüququna cavabdeh tərəfindən qanunsuz müdaxilə mövcuddur və maneə aradan qaldırılmalıdır. 32. “Mançini İtaliyaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir.»
33. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.1, 157.2, 157.4, 180.3, 239.2, 240.2, 668.1-ci maddələrinə isti nadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Kassasiya şikayətinin dəlilləri
34. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmiş və kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyasının xx.xx.2021-ci il tarixli qərarında şərh edilən göstərişlərin heç birinə əməl etməmiş, iddiaçının subyektiv hüququ, cavabdehin tikiliyə qanuni gözləntisi, tikilinin cavabdeh tərəfindən tikilməsi məsələlərinə qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi hüquqi biganəlik göstərmiş, qərarda şərh edilənlərə heç bir əhəmiyyət veməmişdir. Cavabdehin mübahi səli tikiliyə qanuni gözlənti hüququ vardır. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi formal mülahizələrə əsaslanır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. İddiaçı kassasiya şikayətinə yazılı etiraz təqdim edərək, kassasiya şikayətinin rədd olunmasını, mübahisələndirilən qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Prosessual məsələlər
36. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.
37. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azər baycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq.
38. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qoru nan hüququdur. Maddə. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Maddə 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Maddə 240.2. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Maddə 241.3. Bu Məc əllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsindən istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər. Maddə 243.1. Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. Maddə 243.2. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir. Maddə 243.3. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququna, habelə müvafiq binaları və qurğuları uçurmaq hüququna malikdir.
39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyin in pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırki kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instan siyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
44. İddiaçının subyektiv hüququnun olmaması, cavabdehin tikiliyə qanuni gözləntisi barədə kassatorun dəlilləri ilə bağlı məhkəmə kollegiya sı qeyd edir ki, cavabdeh bu dəlilləri Mülki Məcəllənin 243.3-cü maddəsinə əsaslanmaqla irəli sürür. Bu normada deyilir ki, özgə torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququna, habelə müvafiq binaları və qurğuları uçurmaq hüququna malikdir.
45. Lakin baxılan işə həmin normanın tətbiq olunması üçün zəruri olan dispozisiya şərtləri mövcud deyil. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 243-cü maddəsində daşınmaz əmlakın mülkiyyətçisinin torpaq sahəsindən istifadə hüququ tənzimlənir. Yəni həmin normanın tətbiq olunması üçün ilk növbədə cavabdeh mübahisələndirilən evin (tikilinin) mülkiyyətçisi olmalıdır.
46. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 14-cü maddəsində mülki hüquq və vəzifələrin əmələ gəlmə əsasl arı müəyyən edilərək göstərilir ki, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
47. Nəzərə alınmalıdır ki, mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Yalnız qanunvericilikdə nəzərdə tutulmuş hüquqi faktların baş verməsi mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. Əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi üçün onun verilməsi barədə dövlət reyestrində qeydə alınması da zəruri şərtdir.
48. Mülkiyyət hüququ ilkin və törəmə üsullarla əmələ gələ bilər və bunların əsasları mülki qanunvericilikdə müəyyən edilmişdir. ( (qanunvericiliyin tələblərinə əməl edilməklə yeni əmlak yaradılması (Mülki Məcəllənin 178-ci maddəsinin 2-ci bəndi, 181-ci maddəsinin 3-cü bəndi) özbaşına tikiliyə mülkiyyət hüququnun tanınması (180-ci maddə), alğı-satqı, bağışlama, dəyişdirmə və s. müqavilələr (181-ci maddəsinin 4-cü hissəsi), birləşmə nəticəsində yaranan əşyaya mülkiyyət hüququnun yaranması (191-ci maddə) və s.).
49. Cavabdehin Mülki Məcəllədə nəzərdə tutulmuş əsaslara istinad edilməklə evin mülkiyyətçi kimi tanınması mümkün deyildir
50. Cavabdeh mübahisəli evə gözlənilən mülkiyyət hüququna istinad etmişdir və bu hal da işə baxmış məhkəmə kollegiyası tərəfindən araşdırılaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası Avropa İnsan Hüquqları Məhkəməsinin “Vrahimi Türkiyəyə qarşı” 22 sentyabr 2009-cu il tarixli qərarına isti nadla bildirmişdir ki, “kənar şəxsə məxsus torpaq sahəsində tikinti işlərinin aparılmasına hər hansı formada töhfə edilməsi faktı, özüözlüyündə heç bir halda həmin torpaq sahəsinin və üzərində yerləşdiyi tikilinin mülkiyyətçisi olmasına qanuni gözləntiyə əsas hesab edilə bilməz.”
51. Məhkəmə kollegiyası evin kim tərəfindən inşa edilməsinin araşdırılmaması barədə kassatorun dəlili ilə bağlı bildirir ki, işə baxmış məhkəmə kollegiyası bununla bağlı araşdırma aparmış və qeyd etmişdir ki, mübahisələndirilən evin iddiaçının mülkiyyətində olan torpaq sahəsində əvvəlcədən mövcud olmaqla iddiaçıya məxsus olması qarşı tərəfin izahatları ilə təsdiqini tapır və inkar olunmur. Belə ki, cavabdehin vəkili və nümayəndəsi Vəkil birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı verdiyi izahatlarda (səh. 43, 50) göstərilir ki, torpaq sahəsi cavabdehə hədiyyə olunan zaman həmin torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evinin sadəcə qobulu və dam örtüyü mövcud olub.
52. Göründüyü kimi mübahisəli torpaq sahəsindən cavabdeh istifadə etməyə başlayan vaxtdan orada yaşayış binasının divarları və dam örtüyünün olması cavabdeh tərəfin öz izahatı ilə təsdiq olunur. Bu halda həmin evdə tamamlama işlərinin görülməsi, bu işlərə xərclənən vəsaitin məbləğinin nə qədər təşkil etməsi iddianın düzgün həlli üçün əhəmiyyət kəsb etmir. Ona görə də məhkəmə kollegiyası kassatorun bu dəlilini əsassız sayır.
53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
54. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(108)-15/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.