Məhkəmə qərarları › İş №2(102)-3/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3/2024

16.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh4, X13, Cavabdeh2 və X5 qarşı ilk, Cavabdeh4 İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X19 və Zərdab şəhəri Mənzil İstismar Sahəsi) qarşı qarşılıqlı tələblər barədə iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma, istifadə hüququnun müəyyən edilməsi, subyektiv hüquq, əsl olmayan cavabdeh) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlundan (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu ndan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh4, X7, Cavabdeh2 və X5 qarşı mənzildən çıxarılma tələbinə dair ilkin iddiası, Cavabdeh4 İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı mənzilə istifadə hüquqlarının müəyyən edilməsi, çıxarışın ləğv olunması tələbinə dair qarşılıqlı iddiası üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2022-ci il i tarixli, 2(107)-584/2022 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Zərdab şəhəri Azərbaycan küçəsi 6-cı məhəllədə 19 nömrəli binada yerləşən 9 nömrəli mə nzili Zərdab rayon XDS İK tərəfindən 15 mart 1990-cı ildə verilmiş orderə əsasən İddiaçı və ailə üzvlərinə məxsus olmuşdur. 2. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 85.2 kv.m olan mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmış, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında RX seriyalı, ******* saylı çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və X5 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mübahisəli mənzildən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi işin yuxarıda qeyd edilən f aktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, Zərdab rayon X15 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 104 saylı orderinə əsasən mübahisəli mənzil İddiaçı verilmişdir. Sonradan “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna uyğun olaraq o, həmin mənzili özəlləşdirmiş və bu barədə ona xx.xx.2018-ci il tarixli çıxarış verilmişdir. İddiaçının həyat yoldaşı Göyçay rayon Polis Şöbəsində müstəntiq işlədiyi üçün uzun illər Göyçay şəhərində yaşamış və yuxarıda sözügedən mənzilə gəlməmiş, sonradan uşaqlarının təhsili və həyat yoldaşının xəstəliyi ilə məşğul olduğundan mənzillə əlaqəsi kəsilmişdir. 2018-ci ildə iddiaçıya məlum olmuşdur ki, cavabdehlər ona məxsus sözügedən mənzilə qanunsuz daxil olaraq orada yaşamışlar. İddiaçı tələb etməsinə baxm ayaraq cavabdehlər sözügedən mənzildən çıxmamışlar.

5. Cavabdeh4 İddiaçı və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 16 saylı Ucar Ərazi İdarəsinə qarşı qarşılıqlı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilə dair istifadə hüquqlarının müəyyən edilməsi, həmin mənzilin İddiaçı adına dövlət reyestrindəki qeydiyyatının etibarsız hesab olunması və DƏDRX-in 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə hüquqi qeydiyyatdan keçməklə verilmiş RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Zərdab rayon X15 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 104 saylı orderinə əsasən mübahisəli mənzi l İddiaçı verilmiş, İddiaçı həmin mənzili Zərdab rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli 1 saylı dəyişmə orderinə əsasən Dəmirçiyan (Abullayeva) Roza Ağası qızına məxsus Göyçay şəhəri, (Kommunist) M.Ə.Rəsulzadə küçəsi, 129 saylı evin, 20 saylı mənzili ilə dəyişdirmişdir. Həmin vaxtdan etibarən İddiaçı Göyçay şəhərindəki həmin mənzilə köçərək orada yaşamışdır. Göyçay Mənzil Təsərrüfat Təmir İstehsalat İdarəsi balans saxlayan kimi xx.xx.1992-ci ildə həmin mənzili bağışlama müqaviləsinə əsasən İddiaçı bağışlamışdır. Daha sonra İddiaçı dövlət mənzil fonduna aid olan həmin mənzili əvəzsiz olaraq mülkiyyətinə keçirmiş və bu barədə ona 2275 saylı, xx.xx.1993-cü il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Göyçay şəhərindəki mənzili mülkiyyətinə keçirtdikdən sonra İddiaçı həmin mənzili Göyçay rayo n Dövlət Notariat Kontorunda təsdiqlənmiş xx.xx.1993-cü il tarixli, 210 saylı alğı-satqı müqaviləsinə əsasən Rafiq Abdullayev adlı başqa bir şəxsə satmışdır. İddiaçı Göyçay rayonuna köçdükdən sonra sözügedən mənzildə hazırkı Cavabdeh4 və onun ailə üzvləri olan digər cavabdehlər yaşamışlar. Dəyişmədən sonra İddiaçı mübahisəli mənzildə yaşamasa da, Zərdab şəhər MİS-in keçmiş rəisi Kamil Ağayevlə əlbir olaraq, qanunsuz yollarla sözügedən mənzili də ələ keçirmişdir. Belə ki, əvvəllər Zərdab şəhər MİS-in rəisi olan Kamil Ağayev xx.xx.2018-ci il tarixdə balans saxlayan olan Zərdab şəhər MİS-in adından mənzildə qeydiyyatda olan Dəmirçiyan (Abullayeva) Roza Ağası qızına qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbi ilə məhkəmədə iddia qaldırmış və Zərdab Rayon Məhkəməsinin xx.x x.2018-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, Dəmirçiyan (Abullayeva) Roza Ağası qızının mübahisəli mənzildən istifadə hüququ itirilmiş hesab edilmişdir. Bundan sonra Kamil Ağayev İddiaçı xeyrinə saxta arayışlar vermiş və nəticədə sözügedən mənzil “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 7-ci maddəsinin tələblərinin pozulması ilə İddiaçı adına özəlləşdirilmiş, bu barədə ona xx.xx.2018-ci il tarixli çıxarış verilmişdir. Cavabdeh4 sözügedən mənzili 7000 manat pul verməklə mənzilin əvvəlki sahibi Dəmirçiyan (Abullayeva) Roza Ağası qızından şifahi razılaşmaya əsasən almış, 1990-cı ilin iyun ayından ailə üzvləri ilə birlikdə sözügedən mənzildə yaşamağa başlamışlar və hazırda da yaşayırlar. Cavabdeh4 (və onun ailə üzvləri olan digər cavabdehl ər) Mülki Məcəllənin 179.1-ci maddəsinə əsasən artıq sözügedən mənzilin mülkiyyətçisinə çevrilmiş və mülkiyyət hüququ əldə etmişdir. Qanunvericiliyə uyğun olaraq İddiaçı bir dəfə dövlət mənzil fonduna aid olan mənzili əvəzsiz əldə etmək (özəlləşdirmək) hüququ olmuş və o, bu hüququnu Göyçay şəhəri, (Kommunist) M.Ə.Rəsulzadə küçəsi, 129 saylı evin, 20 saylı mənzili əldə etməklə reallaşdırmışdır. Onun ikinci dəfə dövlət mənzil fonduna aid olan mənzili əvəzsiz əldə etmək (özəlləşdirmək) hüququ olmamışdır.

7. İddiaçı qarşılıqlı iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, Cavabdeh4 hazırki tələb ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Cavabdeh4 eyni tələblə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.

8. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 30 il müddətində sözügedən mənzildə yaşadıqlarını, mənzilin İddiaçı tərəfindən Zərdab şəhər MİS-in hazırda sabiq rəisi olan Kamil Ağayevlə əlbir olub saxta sənədlər əldə etməklə özəlləşdirildiyini və saxta sənədlər əsasında mənzilə mülkiyyət hüququna dair saxta çıxarış aldığını bildirərək, məhkəmədən İddiaçı iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

9. Məhkəmə iclasında üçüncü şəxs qismində iştirak edən X19 izahatında bildirmişdir ki, xx.xx.2015-xx.xx.2020-ci illərdə Zərdab şəhər MİS-in rəisi vəzifəsində işləmişdir. Mübahisəli mənzil orderə əsasən İddiaçı verilmiş və o, həmin mənzili dəyişmə orderinə əsasən Dəmirçiyan (Ab dullayeva) Roza Ağası qızı ilə dəyişdirmişdir. Lakin dəyişmə formal olaraq qalmışdır. Ona görə ki, Roza erməni millətindən olduğu üçün 1990-cı ilin 20 Yanvar hadisələrindən sonra azərbaycanlılarla bir binada yaşaya bilmədiyindən Göyçay şəhərindəki mənzilin dəyərini İddiaçı aldıqdan sonra dəyişdiyi mənzilə köçməmiş, mənzilə dair kirayə müqaviləsi bağlamamış, icarə haqqını ödəməmiş və 1990-cı ilin may ayından daimi yaşamaq üçün məlum olmayan ünvana köçmüşdür. Roza formal olaraq qeydiyyatda qaldığı üçün MİS-in adından məhkəməyə müraciət edilmiş, Rozanın mübahisəli mənzildən istifadə hüququ itirilmiş hesab edilmişdir. 1990-cı ildən sözügedən mənzildə Cavabdeh4 və onun ailə üzvləri özbaşına yaşasalar da, onlar da MİS ilə kirayə müqaviləsi bağlamamış, icarə haqqı ödəməmişlər. Dəyişmə orderi MİS- də olmamışdır. Bildiyinə görə Dilşadın hüquqi sənədləri olmadığı üçün Yeganə ilə razılaşmaları olmuşdur ki, mənzil Yeganənin adına özəlləşdirilsin və bundan sonra Dilşadın adına keçirilsin. Beləliklə, o, sözügedən mənzilə dair müvafiq arayışları vermiş və mənzil 2018-ci ildə Yeganənin adına özəlləşdirilmişdir. Lakin sonradan nədənsə Yeganə ilə Dilşadın razılaşması pozulmuşdur. O, mənzilə dair hər hansı bir saxta sənəd verməmişdir. Əks təqdirdə mənzilin özəlləşdirməsini həyata keçirən dövlət orqanları onun verdiyi sənədləri qəbul etməzdilər.

10. DƏDRX-in 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********53 saylı, xx.xx.2021-ci il tarixli və **********00 saylı, xx.xx.2021-ci il tarixli məktublara və əlavə edilmiş sənədlərə əsasən Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 12 9 saylı evin, 20 saylı mənzili Göyçay Mənzil Təsərrüfat Təmir İstehsalat İdarəsi tərəfindən xx.xx.1992-ci ildə bağışlama müqaviləsi əsasında İddiaçı bağışlanmış və 2275 saylı, xx.xx.1993-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olmuşdur. Həmin mənzil İddiaçı tərəfindən Göyçay rayon Dövlət Notariat Kontorunun xx.xx.1993-cü il tarixli, 210 saylı alqı-satqı müqaviləsinə əsasən X1. ünvan 3 ünvanında yerləşən mənzil daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır.

11. Zərdab şəhər MİS-nin rəisi Z.Əliyev tərəfindən verilmiş 08 saylı, xx.xx.2021-ci il tarixli arayışa əsasən Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və X2 şəhəri, 20 Yanvar küçəsi, dalan 5, ev 4-də qeydiyyatda olmalarına baxmayaraq 1990-cı ildən mübahisəli mənzildə yaşamışlar.

12. Zərdab Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(035)-85/2021 nömrəli, 20 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Tahir Qubadov) qarşılıqlı iddianın təmin edilməməsi, ilk iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və X3 mübahisəli mənzildən çıxarılmaları qət edilmişdir.

13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh4 1990-cı ilin iyun ayından ailə üzvləri ilə birlikdə sözügedən mənzildə yaşamağa başlasalar da, balans saxlayan Zərdab şəhər MİS ilə mənzil kirayə müqaviləsi bağlamamış, mənzilin kirayə haqqını ödəməmiş, mənzilə qeydiyyata düşməmiş, nə də ki, məhkəmə və ya hər hansı bir başqa qaydada mənzilə istifadə hüququnu tanıtdırmamışdır. Cavabdeh4 sözügedən mənzilə dair hüquq verən sənədə (mənzilə köçməyə əsas verən orderə, mənzildə yaşamaq hüququ verən mənzil kirayə müqaviləsinə və s.) malik olmamışdır.

14. Məhkəmə qeyd etmişdir ki, İddiaçı sözügedən mənzilə dair mülkiyyət hüququ dövlət tərəfindən tanınmış və bu barədə ona ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixli çıxarış verilmişdir. Həmin çıxarış nə məhkəmə qaydasında, nə də ki inzibati qaydada ləğv olunmamışdır. Cavabdeh4 sözügedən mənzilin ona məxsus olması və ya mənzilə istifadə hüququnun tanınmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, Cavabdeh4 qarşılıqlı iddianı vermək üçün subyektiv hüquqa malik olmamışdır.

15. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası mə hkəməsindəki icraat

16. Cavabdeh4 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin rədd olunması, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi tam qanunsuz, əsassız və qərəzli olmuşdur. Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş, onları düzgün tətbiq etməmişdir. Mübahisəli mənzilin kirayəçisi İddiaçı rəsmi müraciəti əsasında Zərdab rayon XDS İK-nın 10 may 1990-cı il tarixli 1 saylı saxta dəyişmə orderi əsasında kirayəçi X8 Göyçay şəhəri, (Kommunist) M.Ə.Rəsulzadə küçəsi, 129 saylı evin, 20 saylı mənzili ilə dəyişdirmişdir. O, 1990-cı ilin iyun ayında mübahisəli mənzili Zərdab rayon XDS-nın rəhbərliyi, Zərdab rayon MİS-in razılığı ilə mən zilin sahibi X11 6.000 manat verməklə əldə etmişdir. Yəni, mənzilin qanuni kirayəçisinin və onun ailə üzvlərinin razılığı ilə mənzilə köçərək, daimi istifadəçisi olmuşdur. Beləliklə, mənzilin daimi istifadəçisi kimi mənzilə sahiblik və ondan istifadə etmişdir.

18. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-584/2022 nömrəli, 16 may 2022-ci il tarixli qərardadı ilə (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Mahir Əsədli) Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən hissədə qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - qarşılıqlı iddianın təmin olunmamış “mənzilin dövlət reyestrindəki qeydiyyatının etibarsız hesab olunması və RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi” hissəsində ləğv edilməsi və bu hissədə iş üzrə icraata xitam verilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin 2(107)-584/2022 nömrəli, 16 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Mahir Əsədli) Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən - ilk iddianın təmin olunmuş, qarşılıqlı iddianın “istifadə hüququnun müəyyən edilməsinin” təmin olunmayan hissələrində dəyişdirilmədən saxlanılmışdır.

20. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilmişdir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətində olmuş, mənzilə dair hüquq müəyyənedici sənəd (çıxarış) alınmış, çıxarış hazırda ilk iddiaçının adına olmaqla qüvvədə olmuşdur.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İlk iddiaçı bir müddət mübahisəli evdə yaşamasa da, hazırda həmin evə dair hüquq müəyyənedici sənəd əldə etməklə, mülkiyyətçi kimi özünə məxsus olan evdə yaşamaq niyyətində olmuşdur. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, qeyd olunan yaşayış sahəsi ilk iddiaçıya məxsus olmaqla cavabdeh tərəf bu illər ərzində həmin mənzildə heç bir hüquqi əsas olmadan yaşamışdır. Kollegiya tərəfindən hər hansı sübut verilməsi təklif edildikdə isə, heç bir sənədlərinin olmadığını bildirməklə, “el adəti” əsasında yaşadıqlarını qeyd etmişlər.

22. Məhkəmə kollegiyası hesab etmişdir ki, ilk i ddiaçı tərəf qeyd olunan mənzilə mülkiyyət hüququna malik olmaqla hazırki iddianı qaldırmaq üçün subyektiv hüquq və vəzifəsinin daşıyıcısı olmuşdur. Cavabdehin bu kimi müdaxiləsi mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilmişdir.

23. Kollegiya belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddianın “istifadə hüququnun müəyyən edilməsi” hissəsinə də hüquqi qiymət verildiyindən, məhkəmə gəlinən nəticə ilə tam razılaşmışdır.

24. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası bir daha qeyd etmişdir ki, cavabdehin 1990-cı ildən ailə üzvləri ilə birlikdə sözügedən mənzildə heç bir hüququ olmadan yaşamağa başlaması, sonuncuların mübahisələndirilən yaşayış sahəsindən istifadə hüququnun olm ası kimi qiymətləndirilə bilməz. Çünki 1 oktyabr 2009cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələbi baxımından cavabdehlərin sözügedən mənzilə köçməsi və yaşamaqda davam etməsi yaşayış evi mülkiyyətçisinin razılığı ilə baş verməsi iş materialları ilə sübut olunmamışdır.

25. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) 53, 54, 123-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh4 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidə n baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayətinin bir sıra dəlilləri qarşılıqlı iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, mənzilin heç bir kommunal şəraiti yox idi. Divarlara hətta suvaq belə vurulmamışdır. Mənzili alandan sonra orada 40.000 manatdan çox təmir işləri aparmış, mənzilin dəyəri həcmində onu yaxşılaşdırmışdır. Təmirdən sonra bütün əmlakı və ailə üzvləri ilə birlikdə 1990-cı ildən heç bir mübahisə və etiraz olmadan mənzilə köçmüşdür. 2020-ci ilin sentyabr ayına kimi, yəni 30 il müddətində mənzildə mübahisəsiz, maneəsiz yaşamışdır. Onun bu mənzilə istifadə hüququ həmin zaman qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsi ilə yaranmışdır.

28. Şikayət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci, Azərbaycan SSR Mənzil Məcəlləsinin 54-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 152.1. Mülkiyy ət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir.

31. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

32. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş)

33. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

34. Maddə

54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, (ərini), uşaqlarını, valideynlərini, habel ə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanma köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

35. Maddə

123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəll əsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fak tiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araş dırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə ilkin iddianın təmin olunması və qarşılıqlı iddia ərizəsinin mübahisəli mənzilə istifadə hüququnun tanınması hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla ilk iddia tələbi və qarşılıqlı iddia tələbi rədd olunmalıdır.

45. Belə ki, işin hallarından göründüyü kimi İddiaçı Zərdab şəhə ri Heydər Əliyev prospektində yerləşən 19 saylı binanın 9 saylı mənzilin onun mülkiyyətində olduğuna istinad edərək hazırki iddianı irəli sürmüş, cavabdehlərin mənzildən çıxarılmasını tələb etmişdir. İddiaçının sözügedən mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınaraq, hüquqların dövlət qeydiyyatı haqqında RX seriyalı, ******* saylı çıxarışla rəsmiləşdirilmişdir.

46. Lakin hazırki işə kassasiya instansiya məhkəməsində baxılan dövrdə, qeyd olunan mənzil üzərində iddiaçının mülkiyyət hüququ mübahisələndirilmişdir. Belə ki, Zərdab şəhər Mənzil İstismar Sahəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 s aylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Zərdab şəhəri, H.Əliyev prospekti (keçmiş Azərbaycan küçəsi), 19 nömrəli evin 9 nömrəli 4 otaqdan ibarət 58,34 kv.m mənzilinə dair xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli mülkiyyət hüquqlarının qeydiyyatına dair çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

47. Zərdab şəhər Mənzil İstismar Sahəsinin iddia tələbi Şəki İnzibati Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, e-2-1(116)-274/2023 saylı qərarı təmin edilməmişdir.

48. Həmin qərardan iddiaçı Zərdab şəhər Mənzil İstismar Sahəsi və üçüncü şəxs Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayətləri Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-407/2023 nömrəli, 27 sentyabr 2023-ci i l tarixli qərarı ilə təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, e-2-1(116)- 274/2023 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Zərdab şəhəri, H.Əliyev prospekti (keçmiş Azərbaycan küçəsi) 19 nömrəli evin 9 nömrəli 4 otaqdan ibarət 58,34 kv.m mənzili üzərində xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli mülkiyyət hüquqlarına dair qeydiyyatın və çıxarışın ləğv edilməsi öhdəliyi qoyulmuşdur.

49. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)- 407/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qərarından ü çüncü şəxs İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-532/2024 saylı qərarı ilə təmin edilməmişdir.

50. Həmin inzibati işə baxmış məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Zərdab şəhəri Azərbaycan küçəsi 6-cı məhəllədə 19 nömrəli binada yerləşən 9 nömrəli mənzili Zərdab rayon XDS İK tərəfindən 15 mart 1990-cı ildə verilmiş orderə əsasən İddiaçı və ailə üzvlərinə məxsus olmuşdur. 1990-cı ildə İddiaçı orderlə ona və ailə üzvlərinə verilmiş Zərdab şəhəri Azərbaycan küçəsi 6-cı məhəllədə 19 nömrəli binada yerləşən 9 nömrəli mənzili X9 məxsus olan Göyçay şəhəri M.Ə.Rəsulzadə (Kommunist) küçəsi 129 nömrəli evin 20 nömrəli mənzil ilə dəyişdirmiş, hər iki rayon XDS İK-nin sədrinin məktubu ilə m ənzillərin dəyişdirilməsinə razılıq verilmişdir. Bundan sonra Göyçay rayon XDS İK 24 aprel 1990-cı ildə İddiaçı adına Göyçay şəhərində olan mənzilə dair dəyişdirmə orderi tərtib və təsdiq etmişdir. Zərdab rayon XDS İK tərəfindən 15 mart 1990-cı ildə verilmiş orderə əsasən Zərdab şəhəri, H.Əliyev prospekti (keçmiş Azərbaycan küçəsi) 19 nömrəli evin 9 nömrəli 4 otaqdan ibarət 58,34 kv.m mənzilinə dair cavabdeh tərəfindən İddiaçı adına xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli mülkiyyət hüquqlarına dair çıxarış verilmişdir.

51. Həmçinin inzibati məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, X14 ona məxsus olan Göyçay şəhəri M.Ə.Rəsulzadə (Kommunist) küçəsi 129 nömrəli evin 20 nömrəli mənzilini İddiaçı məxsus olan Zərdab şəhəri Azərbaycan küçəsi 6-cı məhəllədə 19 nömrəli binada yerl əşən 9 nömrəli mənzili ilə dəyişdiyindən İddiaçı Zərdab rayon XDS İK tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, 104 nömrəli order öz hüquqi qüvvəsini itirdiyindən inzibati orqan tərəfindən həmin order əsasında mülkiyyət hüquqlarının qeydiyyata alınması və xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın verilməsi qanunsuz olmuşdur.

52. Göründüyü kimi mübahisə predmeti olan Zərdab şəhəri Heydər Əliyev prospektində yerləşən 19 saylı binanın 9 saylı mənzili üzərində iddiaçının mülkiyyət hüququna dair qeydiyyat və bu barədə çıxarış ləğv edilmişdir.

53. Məhkəmə kollegiyası qeyd edir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmal ıdır.

54. Nəzərə alınmalıdır ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabde h tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

55. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müd afiə hüququ.

56. Bu baxımdan işin halları araşdırıldıqda müəyyən edilir ki, ilk iddia tələbi üzrə iddiaçı Y.Məmmdəyarovanın mənzilə dair subyektiv hüququ yoxdur.

57. Nəzərə alınmalıdır ki, mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Yalnız qanunvericilikdə nəzərdə tutulmuş hüquqi faktların baş verməsi mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. İddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququ yoxdur.

58. Mülki Məcəllənin 14.1-ci maddəsində deyilir ki, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

59. Bu baxımdan məhkəm ə kollegiyası mübahisəli mənzilə dair iddiaçıya Zərdab rayon XDS İK tərəfindən 15 mart 1990-cı ildə verilmiş orderə münasibət bildirərək qeyd edir ki, mənzil sonradan dəyişdirildiyinə görə, iddiaçıya dəyişdirmə orderi verildikdən sonra Zərdab rayon XDS İK tərəfindən 15 mart 1990-cı ildə verilmiş orderin hüquqi qüvvəsi qalmamışdır. Bu hal mənzilə dair mübahisəyə baxmış inzibati məhkəmələr tərəfindən müəyyən edilmişdir.

60. Göründüyü kimi iddiaçı Y.Məmmdəyarovanın mübahisəli mənzilə dair hər hansı hüququ yoxdur və buna görə də iddia tələbi təmin edilə bilməz.

61. Cavabdeh4 İddiaçı və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 16 saylı Ucar Ərazi İdarəsinə qarşı qarşılıqlı iddiası üzrə mübahisəli mənzilə dair istifadə hüquqlarının müəyyən edilməsi tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin cavabdehlər mənzildən istifadə hüququnun müəyyən olunması barədə tələb üzrə cavabdeh olan şəxslər deyil. Belə ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mənzilə dair hüququnun olmadığı müəyyən edilmişdir. Qarşılıqlı iddia üzrə digər cavabdeh DƏDRX-in 16 saylı Ucar Ərazi İdarəsi isə mənzil fondunu idarə etmək səlahiyyətinə malik deyildir. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6, 3.9.8, 4.9.8-ci bəndlərinə görə bu səlahiyyətlər yerli icra hakimiyyətlərinə aid edilmişdir.

62. Buna görə də Cavabdeh4 İddiaçı və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 16 saylı Ucar Ərazi İdarəsinə qarşı qarşılıqlı iddiası üzrə mübahisəli mənzilə dair istifadə hüquqlarının müəyyən edilməsi tələbi də təmin oluna bilməz.

63. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və A zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu madələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-584/2022 nömrəli iş üzrə 16 may 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar çıxarılmaqla iddia tələbləri təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar