Məhkəmə qərarları › İş №2(102)-300/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-300/2019

11.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-300/2019 11.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 oğlunun, İddiaçı, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əsas borcun, borcdan istifadəyə görə faizin, gecikdirməyə görə hesablanmış uçot faiz dərəcəsi və inflyasiya əlavələrinin ödənilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin MK-nın 24 sentyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin 04 may 2018-cı il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev) İddiaçı Cavabdeh qarşı əsas borcun, borcdan istifadəyə görə faizin, gecikdirməyə görə hesablanmış uçot faiz dərəcəsi və inflyasiya əlavələrinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 10000 manat borc və 10 manat dövlət rüsumu olmaqla, cəmi 10010 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 24 avqust 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Şükürov, hakimlər M.Hüseynov və R.Əliyev) Şəki Rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edə rək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin MK-nın 24 avqust 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi verərək, Cavabdeh 10000 manat əsas borc, 13480 manat faiz borcu, gecikdirməyə görə 1500 manat faiz əlavəsi və 1344 manat inflyasiya əlavəsi, mənəvi zərərə görə 5000 manat olmaqla, cəmi 31324 manat məbləğində pulun alınaraq ona birdəfəlik qaydada ödənilməsi barədə qətnamə çıxarılmasın ı xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 12 oktyabr 2016-cı il tarixli borc müqaviləsinə əsasən İddiaçı Zabrat Qəsəbəsində yerləşən FF market adlanan ticarət obyektində biznesini genişləndirmək üçün ona müraciət edən FF marketin sahibi Cavabdeh X2 şahidliyi ilə iyirmi min manat (20000 AZN) pul vermişdir. Müqavilənin məzmununa görə Cavabdeh iyirmi min manatın (20000 AZN) faizi olaraq ona hər ay üçün min manat (100 0 AZN) verəcək, iyirmi min manat (20000 AZN) Cavabdeh bir il müddətinə verilir. İyirmi min manat (20000 AZN) pulun Cavabdeh verildiyi və onun göstərilən məbləği aldığını tərəflər imzaları ilə təsdiq etmişlər. Həmin müqaviləyə edilmiş 20 oktyabr 2016-cı il tarixli əlavədən görünür ki, əsas müqavilədə göstərilən iyirmi min manata (20000 AZN) 2000 manat (iki min manat) da əlavə olunur. Bu məbləğin aylıq faiz məbləği 100 manat (yüz manat) təşkil edir. Beləliklə, aylıq ödəniləcək faiz məbləği cəmi 1100 manat (min yüz manat) təşkil edir. Həmin müqaviləyə edilmiş 03 noyabr 2016-cı il tarixli əlavədən görünür ki, İddiaçı Cavabdeh əlavə olaraq 6000 manat vermişdir və bu məbləğin aylıq faiz dərəcəsi 6,5 faiz təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqav iləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin halları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh aldığı pulu müəyyən olunmuş müddətlərdə və məbləğdə tam ödəməmiş və bununla da iddiaçının hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borc ludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 24 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar