Məhkəmə qərarları › İş №2(102)-300/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-300/2024

24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpo
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-300/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Azərbaycan Respublikası Mərkəzi Bankına, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə və "xxxx" MMC-yə, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: borclunun əmlakının hərracdan satılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaqubo viçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 iyul 2023-cü il tarixli, 2(103)2961/2023 nömrəli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasinin 28 avqust 2019-cu il tarixli icra vərəqəsinə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli hökmü İddiaçı məxsus və üzərinə həbs qoyulmuş Bakı şəhərinin Nəsimi rayonunda 28 may küçəsində yerləşən 21a saylı evin 4, 6, 8, 14, 25, 27, 29, 31, 35 və 49 saylı mənzillərinin, Bakı şəhərinin Nəsimi rayonunda 28 may küçəs ində yerləşən 21a ünvanında yerləşən qeyri-yaşayış sahələrinin müsadirə olunmaqla hərrac yolu ilə satılması və əldə edilən vəsaitin vergi borcunun ödənilməsi, "xxxx" ASC və "xxxx" ASC-yə vurulmuş ziyanın ödənilməsinə aid hissədə ləğv olunması, İddiaçı məxsus və üzərinə həbs qoyulmuş Bakı şəhərinin Nəsimi rayonunda 28 may küçəsində yerləşən 21a saylı evin 4, 6, 8, 14, 25, 27, 29, 31, 35 və 49 saylı mənzillərinin, Bakı şəhərinin Nəsimi rayonunda 28 may küçəsində 21a ünvanında yerləşən qeyri-yaşayış sahələrinin hərrac yolu ilə satılaraq, əldə olunan vəsaitin ilk növbədə Azərbaycan Respublikasının Mərkəzi Bankına ödənilməsi, hərracdan əldə olunan vəsaitdən artıq qalarsa 28336 manat vurulmuş ziyana görə "xxxx" ASC-yə və vergidən yayındırılmış məbləğə görə 509524,25 manat Azərbaycan Respublikası nın Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə ödənilməsi qərara alınmışdır.

2. İcra sənədinin icrası qaydasında borclu İddiaçı məxsus və üzərinə həbs qoyulmuş mənzillərin və qeyri-yaşayış sahələrinin qiymətləndirilməsi üçün "xxxx" MMCdən mütəxəssis dəvət edilmiş və həmin MMC-nin 02 mart 2022-ci il tarixli rəylərinə əsasən İddiaçı məxsus və üzərinə həbs qoyulmuş Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən 21a saylı evin 4, 6, 8, 14, 25, 27, 29, 31 və 35 saylı mənzillərin hər birinin real bazar dəyəri 261660 manat müəyyən edilmişdir.

3. Daha sonra, icra məmuru tərəfindən "xxxx" MMC-yə hərracın keçirilməsi barədə 28 aprel 2022-ci il tarixli sifariş verilmişdir. 4. "xxxx" MMC tərəfindən borclu İddiaçı məxsus olan ünvan 3 saylı evin 4, 6, 8, 14, 25, 27, 29, 35 saylı mənzillərin satışı ilə bağlı hərrac ilkin satış qiymətləri 261660 manat olmaqla, 01 iyun 2022-ci il tarixə təyin edilmiş, həmin hərrac iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Bu barədə hərrac təşkilatı tərəfindən 01 iyun 2022-ci il tarixli 193/22 nömrəli protokol tərtib olunmuşdur.

5. Qeyd olunan mənzillərin satış qiymətləri 222411 manat təşkil etməklə, təkrar hərracı 20 iyun 2022-ci il tarixə təyin edilmişdir. 6. "xxxx" MMC-nin Hərracın nəticələri haqqında 20 iyun 2022-ci il tarixli, Y-193/22 nömrəli yekun protokoluna əsasən İddiaçı məxsus olan ünvan 4, 6 saylı mənzili son qiyməti 222411 manat dəyərində olmaqla Cavabdeh3 tərəfindən əldə edilmiş və həmin tarixdə "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanılmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əs asən göstərilən mənzil 222411 manat dəyərində olmaqla Cavabdeh3 tərəfindən alınmışdır. 7. "xxxx" MMC tərəfindən tərtib olunan İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 04 iyul 2022-cü il tarixli, 193/22 nömrəli protokoluna əsasən, İddiaçı məxsus Bakı şəhəri Nəsimi rayonu, 28 May küçəsində yerləşən 21a saylı evin 4, 8, 14, 25, 27, 29, 35 saylı mənzillər, hər birinin dəyəri 166808,25 manat olmaqla ipoteka saxlayan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən əldə edilmişdir. 8. "xxxx" MMC tərəfindən borclu İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 329,7 kv.m olan qeyri-yaşayış sahəsinin satışı ilə bağlı hərrac ilkin satış qiyməti ******* manat olmaqla, 30 noyabr 2022-ci il tarixə təyin edilmiş, həmin hərrac baş tutmamış elan edildiyindən satiş qiyməti 980857,50 manat olmaqla təkrar hərrac 20 dekabr 2022-ci il tarixə təyin edilmişdir. 9. "xxxx" MMC tərəfindən tərtib olunmuş ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 12 yanvar 2023-cü il tarixli, 409/22 nömrəli protokoluna əsasən İddiaçı məxsus olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 329,7 kv.m olan qeyri-yaşayış sahəsi ipoteka saxlayan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 735643,12 manata əldə edilmişdir. 10. "xxxx" MMC tərəfindən borclu İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 309,0 kv.m olan qeyri-yaşayış sahəsinin satışı ilə bağlı hərrac ilkin satış qiyməti ******* manat olmaqla, 30 noyabr 2022-ci il tarixə təyin edilmiş, həmin hərrac baş tutmamış elan edildiyindən satiş qiyməti ******* manat olmaqla təkrar hə rrac 20 dekabr 2022-ci il tarixə təyin edilmişdir. 11. "xxxx" MMC tərəfindən tərtib olunmuş ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 12 yanvar 2023-cü il tarixli, 410/22 nömrəli protokoluna əsasən İddiaçı məxsus olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 309,0 kv.m olan qeyri-yaşayış sahəsi ipoteka saxlayan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 2068368,75 manata əldə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdehlər Cavabdeh3, Azərbaycan Respublikası Mərkəzi Bankına, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə və "xxxx" MMC-yə, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən keçirilmiş 01 iyun 2022, 20 iyun 2022-ci il tarixli hərracların, habelə 20 iyun 2022-ci il tarixli Y-193/22 nömrəli protokolun, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən 21A saylı evin 4, 8, 14, 25, 27, 29, 31, 35 saylı mənzillərin 1167657,75 manat borc əvəzinə Mərkəzi Bank tərəfindən əldə edilməsinə dair 04 iyul 2022-ci il tarixli 193/222 saylı protokolun, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən 21A ünvanında yerləşən ümumi sahəsi 329,7 kv.m olan qeyri-yaşayış sahəsinin 735643,12 manat əvəzinə Mərkəzi Bank tərəfindən əldə edilməsinə dair 12 yanvar 2023-cü il tarixli 409/22 saylı protokolun, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən 21A ünvanında yerləşən ümumi sahəsi 329,7 kv.m olan qeyri-yaşayış sahəsinin 735643,12 manat əvəzinə Mərkəzi Bank tərəfindən əldə edilməsinə dair 12 yanvar 2023-cü il tarixli 410/22 saylı protokolun nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddia onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasinin 28 avqust 2019-cu il tarixli icra vərəqəsinə əsasən İddiaçı məxsus və üzərinə həbs qoyulmuş Bakı şəhəri, Nəsimi rayonunda 28 May küçəsində yerləşən 21A saylı evin 4, 6, 8, 14, 25, 27, 29, 31, 35 və 49 saylı mənzillərinin, Bakı şəhəri, Nəsimi rayonunda 28 May küçəsində 21A ünvanında yerləşən qeyri-yaşayış sahələrinin hərrac yolu ilə satılaraq əldə olunmuş vəsaitin ilk növbədə Azərbaycan Respublikasının Mərkəzi Bankına ödənilməli, artıq qalan vəsait isə ləğv edilmiş "xxxx" ASC-yə və vergi borclarının ödənilməsinə yönəldilməlidir. İcra sənədi üzrə Nəsimi rayon İcra şöbəsində 10 sentyabr 2019-cu il tarixdə müvafiq qaydada icraata başlanılmış, iş 2 ildən artıq müddətdə hərəkətsiz saxlanıldıqdan sonra 15 fevral 2022-ci il tarixdə qiymətləndiricinin dəvət edilməsi haqqında qərar qəbul edilərək "xxxx" MMC-yə sifariş verilmişdir. Lakin, həmin qərar iddiaçıya göndərilməmiş, qiymətləndirmə gizli qaydada həyata keçirilmişdir. Bununla da, iddiaçının “qiymətləndiricinin dəvət edilməsi haqqında” qərardan şikayət vermək hüququ məhdudlaşdırılmışdır. "xxxx" MMC-nin 02 mart 2022-ci il tarixli 041/22 nömrəli ekspert rəy ində 14 saylı mənzilin bazar qiyməti 261660 manat, 039/22 saylı rəydə 6 saylı mənzilin qiyməti 261660 manat, 038/22 saylı rəydə 4 saylı mənzilin qiyməti 261660 manat, 046/22 saylı rəydə 35 saylı mənzilin qiyməti 261660 manat, 045/22 saylı rəydə 31 saylı mənzilin qiyməti 261660 manat, 044/22 saylı rəydə 29 saylı mənzilin qiyməti 261660 manat, 043/22 saylı rəydə 27 saylı mənzilin qiyməti 261660 manat, 042/22 saylı rəydə 25 saylı mənzilin qiyməti 261660 manat, 040/22 saylı rəydə 8 saylı mənzilin qiyməti 261660 manat müəyyən edilmişdir. Lakin, icra məmuru qiymətləndiricinin dəvət edilməsi haqqında qərarı "xxxx" MMC-yə göndərmiş, sonuncu tərəfindən tərtib edilmiş “ekspert rəyi” M.V.Babayev adlı qiymətləndirici tərəfindən imzalanmışdır. Halbuki, qanuna əsasən 5 ildən az olmayaraq fəaliyyət gös tərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndirici dəvət olunmalı idi, sifariş MMC-yə göndərilməməli idi. Həmçinin, iş materiallarında M.V.Babayevin 5 ildən az olmayaraq fəaliyyət göstərməsini, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməməsini təsdiq edən sənədlər mövcud deyildir. "xxxx" MMC qiymətləndirmənin nəticələri haqqında hesabat əvəzinə ekspert rəyi tərtib etmişdir. Əvvəla qeyd olunmalıdır ki, icra məmuru ekspert deyil, qiymətləndirici dəvət edilməsi haqqında qərar qəbul etmişdir. İkincisi, "xxxx" MMC-nin ekspert rəyi tərtib etmək səlahiyyəti də yoxdur. Qiymətləndirmədən sonra icra məmuru və qurumun rəhbəri əmlakların açıq hərracda satılması (49 saylı mənzil istisna olmaqla) üçün 28 aprel 2022-ci il tarixli məktubla "xxxx" MMC-yə sifariş vermişdir. İddiaçıya isə həmin sifarişdən məlumatı belə olmamışdır. Belə ki, sifarişdə İddiaçı ünvanı ünvan 7ıqdır ki, cəzaçəkmə müəssisəsindədir, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilən icra vərəqəsində də onun ünvanı Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsi göstərilmişdir. Sözügedən əmlaklar ipoteka ilə yüklü edildiyinə görə “İpoteka haqqında" Qanunun 41.2-ci maddəsinə 28 dekabr 2018-ci il tarixdə edilmiş dəyişikliyə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azə rbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir, icra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verməli idi. İcra məmuru qanunun bu tələbinə əməl etməmiş, əmlakın satılması üçün istədiyi hərrac təşkilatına sifariş vermiş, tərəflərlə razılıq əldə edilməsinə belə səy göstərməmişdir. Əmlakların açıq hərracda ilkin satışı 01 iyun 2022-ci il tarixə təyin edilmiş, bu barədə hərrac bildirişi 22 may 2022-ci il tarixdə İddiaçı imza etdirilməklə təqdim olunmuşdur. Hərracın keçirilməsinə dair bildiriş ipoteka qoyan İddiaçı hərraca 8 gün qalmış təqdim olunmuşdur ki, bu da kobud qanun pozuntusudur. 01 iyun 2022-ci il tarixdə keçirilmiş açıq hərrac baş tutmadığına görə növbəti hərrac 20 iyun 2011-ci il tarixə təyin olunmuşdur. Bu dəfə isə ümumiyyətlə İddiaçı məlumat verilməmiş, bu barədə onun vəkili iş materialları ilə tanış olarkən məlumat əldə etmişdir. 20 iyun 2022-ci il tarixdə keçirilmiş hərrac zamanı isə mübahisəli mənzillərdən birini - 21A saylı evin 6 saylı mənzilini Kəlbəcər şəhər sakini Cavabdeh3 222411 manata almışdır. Qanunvericilikdə hərrac təşkilatının 5 illik fəaliyyət dedikdə onun vergi ödəyicisi kimi aktiv olması deyil, həmin illər ərzində müxtəlif hərraclar keçirməsini ehtiva edir. Çünki ipoteka ilə yüklü edilmiş əmlakı yeni yaranmış hər hansı hərrac təşkilatı d eyil, bu sahədə oturuşmuş təcrübəsi olan təşkilat həyata keçirməlidir. Məhz ona görə də “Bakı Hərrac Mərkəzi" MMC tərəfindən kobud qanun pozuntularına yol verilmişdir.

14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(004)760/2023 nömrəli qətnaməsi (hakim G.V.Babazadə) iddia təmin edilməmişdir.

15. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hərracların keçirilməsi qaydalarına riayət olunmuş, iddiaçının ünvanına rəsmi qaydada məlumat göndərilmişdir. Hərracların keçirilməsi barədə “Market” reklam və elanlar qəzetinin müxtəlif buraxılışlarında rəsmi məlumat dərc olunmuşdur.

16. İddiaçı "xxxx" MMC tərəfindən hərracın keçirilməsinin qanunsuz olduğunu bildirsə də, məhkəmə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal gəl irlər baş idarəsinin arayışına əsaslanaraq hesab etmişdir ki, "xxxx" MMC 12 fevral 2016-cı il tarixdən fəaliyyət göstərir və fəaliyyətinin dayandırılması barədə hər hansı rəsmi məlumat olmadığından iddiaçının bu əsası qəbul edilməzdir.

17. Məhkəmə hesab etmişdir ki, mənzillərə və qeyri-yaşayış sahələrinə dair keçirilən hərraclar qanunvericiliyin tələblərinə uyğun keçirilmiş və hərracın yekunları barədə protokollar tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsinə əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Həmçinin iddiaçı tələbinin əsası kimi istinad etdiyi faktları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərb aycan Respublikası Mülki Məcəlləsinin 414.1, 414.2, 414.3, 414.4, 414.5-ci, “İpoteka haqqında” Qanunun 41.2, 42.1 və 43.8-ci maddələri, “İcra haqqında” Qanunun 53.1, 53.2, 53.3, 62.1, 62.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

19. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(004)-760/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 iyul 2023-cü il tarixli, 2(103)-2961/2023 nömrəli qətnaməsi ilə (hakim F.H.Qasımovun sədrliyi və məruzəsi ilə, hakimlər F.V.Abdiyevdən və X.Ə.Sarıyevdən ibarət tərkibdə) apellyas iya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(004)760/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı istər iddia ərizəsində, istərsə də apellyasiya şikayətində iddianın hüquqi əsası kimi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına istinad etmişdir. 22. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasında qeyd olunmuşdur ki, bu Qanun mülki hüquqi müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsaslarını, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydalarını, tərəflərin hü quq və vəzifələrini müəyyən edir, habelə bu sahədə digər münasibətləri tənzimləyir.

23. Qeyd olunan məsələyə münasibətdə əvvəllər məhkəmə praktikasında fərqli hüquqi yanaşmalar mövcud olsa da, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli, 02/2021 №-li qərardadı ilə bu məsələyə aydınlıq gətirilmişdir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli, 02/2021 №-li qərardadında qeyd olunmuşdur ki, icra icraatı çərçivəsində borclunun ipoteka pr edmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir. İcra icraatı çərçivəsində borclunun ipoteka predmetinə və girov predmeti olan qiymətli kağızlarına aid olmayan əmlaklarına tutmanın yönəldilməsi zamanı əmlakın hərraca çıxarılan ilkin (başlanğıc) satış qiyməti onun bazar dəyəri ilə müəyyən olunur.

25. Hazırki işin hallarından müəyyən olunur ki, tərəflər arasında mülki hüquqi müqavi lə mövcud deyildir, tələbin əmlaka yönəldilməsinin əsasını icra sənədi təşkil edir, həmin icra sənədi də mülki hüquqi müqaviləyə deyil, cinayət nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələbin əmlaka yönəldilməsinə əsaslanır. Buna görə də, hazırkı mübahisənin araşdırılması üçün icra sənədinin icrası və hərracların keçirilməsi haqqında qanunvericiliyin tələblərinin pozulub-pozulmamasına qiymət verilməlidir. 26. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 51.1-ci maddəsində nəzərdə tutulmuş qayda iddiaçının istinad etdiyi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsində nəzərdə tutulmuş müddəalarla eynilik təşkil edir. Həmin normanını tələbinə görə borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikas ının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir, icra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir.

27. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən hərracı həyata keçirmiş təşkilatın 5 il daimi fəaliyyətinin olması halı tam, obyektiv və hərtərəfli araşdırılmaması barədə dəlilinə münasibətdə apellyasiya kollegiyası qeyd etmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal gəlirlər baş idarəsinin çıxarışa əsasən müəyyən e dilmişdir ki, "xxxx" MMC 12 fevral 2016-cı il tarixdən fəaliyyət göstərir və hal-hazıra kimi fəaliyyətinin dayandırılması barədə hər hansı rəsmi məlumat mövcud deyil. Məhz qeyd edilən rəsmi sənədlə təsdiq olunur ki, hərracların keçirildiyi 2022-ci ildə qiymətləndirici artıq 6 il fasiləsiz fəaliyyət göstərmişdir.

28. Həmçinin, apellyasiya məhkəməsi qeyd etmişdir ki, əmlakların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli, 02/2021 №-li qərardadının 29-cü bəndinə müvafiq olaraq bazar dəyərinə uyğun həyata keçirilmişdir.

29. Apellyasiya şikayətinin digər dəlili – bildirişlərin çatdırılmaması ilə bağl ı məhkəmə kollegiyası ilkin olaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Göründüyü kimi, qeyd olunan normanın məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsin ə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya və yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edəcək qadağa qoyulmur. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsində isə elanın və bildirişin anlayışları fərqləndirilib, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulub. Yəni, qanunvericilikdə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya və yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakınd an asılı edəcək qadağa qoyulmamışdır. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçının rəsmi qeydiyyatda olduğu ünvana həmçinin, həmçinin onu cəza çəkdiyi cəzaçəkmə müəssisəsinə rəsmi qaydada məlumat göndərilmiş, hərracların keçirilməsi barədə “Market” reklam və elanlar qəzetinin müxtəlif buraxılışlarında rəsmi məlumat dərc olunmuşdur.

30. Apellyasiya məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 415.2, 416.1, 416.2-ci, “İcra haqqında” Qanunun 51.1, 53.1, 61.1, 62.1, 62.2-ci, Mülki Prosessual Məcəllənin 4.1, 5.1, 14.2, 77.1, 217-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

32. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 iyul 2023-cü il tarixli, 2(103)-2961/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “İpoteka haqqında” Qanunun 41.2, 42, 42.3-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iş üzrə icra məmuru qanunun tələbinə əməl etməmiş, əmlakın satılması üçün öz istəyinə və seçiminə uyğun olaraq, müvafiq hərrac təşkilatına sifariş vermişdir. 01 iyun 2022-ci il tarixli ilkin hərrac baş tutmadığına gör ə, növbəti hərrac, yəni, 20 iyun 2022-ci il tarixə təyin edilmiş və bu barədə İddiaçı ümumiyyətlə bildiriş təqdim edilməmiş, ilkin hərracın keçirilməsinə dair bildiriş isə hərraca 8 gün qalmış ona verilmişdir.

34. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

35. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

36. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

37. İddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.1-ci maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. 414.4-cü maddəsinə əsasən hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qan unvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlard an istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 392.1.5-ci maddəsinə əsasən apellyasiya insta nsiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətn amə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 40. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normaları pozulmuş, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır.

42. İlk olaraq qeyd olunmalıdır ki, mübahisəli daşınmaz əmlakların ( Bakı şəhərinin Nəsimi rayonunda 28 may küçəsində yerləşən 21a saylı evin 4, 6, 8, 14, 25, 27, 29, 31, 35 və 49 saylı mənzillərinin, 329,7 kv.m və 309,0 kv.m qeyri-yaşayış sahələrin) iddiaçının mülkiyyətində olması və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 avqust 2019-cu il tarixli icra vərəqəsinə əsasən həmin əmlakların hərracdan satılması nəticəsində ilk növbədə Azərbaycan Respublikasının Mərkəzi Bankının, sonradan isə başqa şəxslərin tələblərinin təmin edilməsi qərara alınması işin mübahisəsiz hallarıdır.

43. Həmçinin iş üzrə müəyyən olunur ki, qeyd olunan əmlaklar icra məmurunun sifarişi əsasında qiymətləndirilmiş, hərracdan satılması sifariş olunmuş və cavabdeh hərrac təşkilatı tərəfindən keçirilən hərraclar nəticəsində mənzillərdən biri Cavabdeh3 satılmış, digər mənzi llər və qeyri-yaşayış sahələri isə tələbkar Mərkəzi Bankın mülkiyyətinə verilmişdir.

44. İddiaçı bu iddia ilə əmlakların qiymətləndirmə və hərracın keçirilmə prosedurlarını mübahisələndirməklə, hərracların nəticələrinin etibarsız hesab olunmasını xahiş etmişdir.

45. Apellyasiya məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən hesab etmişdir ki, əmlakların qiymətləndirilməsi və hərrac “İcra haqqında” Qanunun tələblərinə uyğun keçirilmişdir. Mövqeyini əsaslandırarkən məhkəmə “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 24 noyabr 2021-ci il tarixli qərardadına istinad etmişdir.

46. Azərbaycan Respublikası Ali Məhkəm əsinin Mülki və Kommersiya kollegiyalarının qeyd olunan qərardadında izah olunmuşdur ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir.

47. Hazırki iş materiallarından müəyyən olunur ki, iddiaçının əmlaklarının hərracdan satılması cinayət mühakimə icraatı qaydasında qəbul edilmiş qərara əsasən həyata keçirilmişdir. Bu nöqteyi-nəzərdən borclunun əmlaklarının satılması prosedurunun “ İcra haqqında” Qanunun müddəalarına uyğun yoxlanılması ağlabatan hesab etmək mümkün olardı.

48. Lakin, iş materiallarında olan hərrac sənədlərindən (bildiriş və protokollardan) görünür ki, mənzillərin və qeyri-yaşayış sahələrinin hərracı nəticələrinə dair mübahisəli protokollar tərtib edilərkən “İpoteka haqqında” Qanuna istinad olunmuşdur. Həmçinin əmlaklar cavabdeh Mərkəzi Bank tərəfindən qeyd olunan Qanuna uyğun olaraq, hərracdan satılması üçün müəyyən edilən ilkin satış qiyməti 15%, sonra isə 25% aşağı salınmaqla alınmışdır.

49. Halbuki, hərrac “İcra haqqında” Qanuna uyğun həyata keçirildiyi halda, Ali Məhkəmənin mülki və Kommersiya kollegiyalarının 24 noyabr 2021-ci il tarixli qərardadına əsasən, qanunun analogiyası olaraq “İpoteka haqqında” Qanuna istinad edilməsi qanunsuz olmuşdur. 5

0. Göründüyü kimi, işi mahiyyəti üzrə araşdıran apellyasiya məhkəməsi mübahisəli əmlakların hüquqi statusu, onların hərraca çıxarılması əsasları, o cümlədən həmin əmlakları iddiaçının və ya üçüncü şəxslərin tələbləri üzrə ipoteka ilə yüklü edilibedilməməsi, əmlakları ipoteka predmeti olduğu halda ipoteka saxlayanın kim olması və iş üçün əhəmiyyət kəsb edən sair halları araşdırmamış, bunun nəticəsində tərəflər arasında yaranan hüquq münasibətlərini müəyyən etməmiş və həmin münasibətlərinə uyğun olaraq, mübahisəyə “İcra haqqında” Qanunun və ya “İpoteka haqqında” Qanunun müddəalarının tətbiq edilməli olmasına, mübahisəli hərracların həmin qanunların tələblərinə uyğun həyata keçirilib-keçirilməməsinə hüquqi qiymət verməmiş, “İpoteka haqqında” Qanuna uyğun həyata keçirilən hərracları “İcra haqq ında” Qanununa uyğun olmasına dair ziddiyyətli nəticəyə gəlmişdir.

51. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hərracları mübahisələndirərkən dəlillərin biri ondan ibarət olmuşdur ki, mülkiyyətində olan daşınmaz əmlakların qiymətləndirilməsi qanunvericiliyin tələblərinə zidd həyata keçirilmişdir. 52. “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 24 noyabr 2021-ci il tarixli qərardadına görə borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir.

53. Göründüyü kimi, göstərilən Qərardadda irəli sürülən hüquqi mövqeyə uyğun olaraq, iddiaçı, mülkiyyətində olan əmlaklar hərracdan satıldığı üçün, qiymətləndirməni iddia icraatı qaydasında mübahisələndirmiş, tələbində ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən olunmamasını bilavasitə göstərməsə də, qiymətləndirməni həyata keçirən şirkətin və mütəxəssisin səlahiyyətli olmamasını, onun bu qiymətləndirmədən şikayət ve rmə hüququnun pozulmasını iddia etmişdir.

54. İş materiallarından görünür ki, iddiaçının mülkiyyətində olan mübahisəli mənzillərin hər biri "xxxx" MMC tərəfindən 261660 manat dəyərində qiymətləndirilmişdir. İşdə olan həmin MMC-nin qiymətləndirmə rəylərindən mənzillərə baxış keçirilməməsi, həmçinin mənzillərin hər birinin fərdi xüsusatlarının (sahəsinin, otaqların sayının, təmirli və ya təmirsiz olmasının, yerləşdiyi mərtəbənin və s.) nəzərə alınması müəyyən olunmur.

55. Eyni zamanda, iş üzrə müəyyən olunan hallara görə, hərraca çıxarılan qeyriyaşayış sahələrinin ölçüləri təxminən eyni olsa da (329,7 kv.m və 309,0 kv.m), onların ilkin satış qiymətlərində kəskin fərq mövcuddur (müvafiq olaraq ******* manat və ******* manat).

56. Apellyasiya məhkəməsi isə işin göstərilən hallarını tərəflərl ə müzakirə etməmiş, iddiaçının mülkiyyətində olan əmlakların qiymətləndirilməsini mübahisələndirdiyi halda, müəyyən olunmuş qiymətlərlə razı olub-olmamasını iddia tərəfi ilə araşdırmamış, buna uyğun olaraq qiymətləndirmə rəylərinin qanuniliyini yoxlamamışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, bu məqsədlə işdə iştirak edən şəxslərə prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir.

57. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlər ə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

58. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi t ərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

59. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

60. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

61. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217. 4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməklə, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.

62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 iyul 2023-cü il tarixli, 2(103)-2961/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar