Məhkəmə qərarları › İş №2(102)-3001/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3001/2020

21.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3001/2020 21.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı və vəkili Məmmədova Adilə İsa qızının iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-xxxx nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim İ.Abbasova) xx.xx.2018-ci il tarixli, 2(011)xxxx nömr əli qətnaməsi ilə İddiaçının Cavabdehə qarşı “pul” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Nəbiyev, R.Qurbanov, A.Hüseyn) xx.xx.2019-cu il tarixli, 2(103)-xxxx/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-xxxx/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Q.Əsgərov, E.Vəliyeva, S.Hacıyev) xx.xx.2019-cu il tarixli, 2(102)-xxxx/2019 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-xxxx/201 9 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Məhərrəmova, M.Məmmədov, E.Şamayev) xx.xx.2019-cu il tarixli, 2(103)-xxxx/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-xxxx/2018 saylı qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbi qismən təmin edilərək, Cavabdeh əsas borc üzrə 107 manat və faiz borcu üzrə 140 manat olmaqla, ümumilikdə 247 manat borcun tutularaq İddiaçı ödənilməsi, iş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılan ekspertiza tədqiqatının dəyəri olan 120 manatın 50%-nin, yəni 60 manatın İddiaçı, q alan 50%-nin isə, yəni 60 manatın isə Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə “xxxx” MMC tərəfindən aparılan ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50%-nin, yəni 50 manatın İddiaçı, qalan 50%-nin isə, yəni 50 manatın Cavabdeh tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdehə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehə 7886 ABŞ dollarının cavabdehdə olan əmlakının qətnamənin icra edildiyi günə manatla məzənnəsinə uyğun olaraq və avtomobilin ona qaytarıldığı vaxtdan hesablanmaqla qətnamənin çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə müəyyənlə şdirilərək ödəniləcək məbləğdən faizlərin də tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Məmmədova Adilə İsa qızı kasasiya şikayətini onunla əsaslandırmışlar ki, işə yenidən baxan apellyasiya kollegiyası Ali Məhkəmənin göstərişlərinə birtərəfli və qeyri-obyektiv yanaşmaqla düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası ekspertiza təyin edərkən ekspert qarşısında ancaq avtomobilin 2014-2018-ci illər üçün amortizasiya məbləğinin müəyyən edilməsini tələb etmişdir. Bundan əlavə, apellyasiya məhkəməsi nəzərə almamışdır ki, həmin müddət ərzində iddiaçı cavabdehin maşınından istifadə etdiyi kimi, cavabdeh də iddiaçının ödədiyi 840 5 manatdan istifadə etməklə bəhrələnmişdir. Apellyasiya məhkəməsi ekspert rəyi ilə əldə edilmiş avtomobilin hazırki bazar qiymətinin 7200 manat təşkil etməsini nəzərə almadan ancaq ekspert rəyi ilə müəyyən edilmiş aşınma dərəcəsi ilə kifayətlənmişdir. Apellyasiya məhkəməsi onu da nəzərə almamışdır ki, 2014-cü ildə cavabdeh avtomobili iddiaçıya 10000 ABŞ dollarına satan zaman dolların Azərbaycan manatına məzənnəsi ilə həmin avtomobilin dəyəri 7800 manat civarında olmuşdur. xx.xx.2018-ci ildən avtomobilin dəyərinin 7200 manat müəyyən edilməsi onu göstərir ki, avtomobil iddiaçı tərəfindən normal vəziyyətdə qaytarılmışdır. Maşına ekpsert baxış keçirən zaman iddiaçı avtomobilin ondan alınıb qaytarıldıqdan sonra avtomobillərin arxa oturacaqlarının çıxarılıb yük daşınması üçün istifadə edilməsini görmüşdür. Artıq 2 ildir ki, maşın cavabdehin istifadəsindədir. Mütəxəssis və ekspert rəyi cavabdehin fikrlərinə uyğun verilmişdir. Apellyasiya məhkəməsinin istinad etdiyi sübutlar gəldiyi nəticə ilə ziddiyyət təşkil edir. Məhkəmə kollegiyası təkcə maşının aşınmasını araşdırmaqla kifayətlənərkən nəzərə almamışdır ki, sürüldüyü, aşılandığı qədər də onun bərpa dəyəri, yəni saxlanması üçün xərc tələb olunur. Məhkəmənin iddiaçı tərəfindən sübut təqdim edilə bilməməsinə əsaslanması əsassızdır. Belə ki, əgər bu günə kimi iddiaçının cavabdehə ödədiyi pul vəsaiti ona qaytarılmamışdırsa, bu cavabdehin həmin puldan hər hansı şəkildə öz xeyrinə istifadə etməsi, dövr etdirərək faydalanması üçün əsasdır və əlavə sübuta ehtiyacı da yoxdur. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-xxxx/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının başqa tarixə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Məmmədova Adilə İsa qızı kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya i nstansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İddianın qismən təmin edilməsi qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandrmışdır ki, kollegiya mübahisəli avtomobilin 44 ay ərzində iddiaçının istifadəsində olmasını və həmin müddətdə aşınma dərəcəsi nəzərə alınaraq hesab edir ki, iddiaçının ödədiyini tərəflərin mübahisələndirmədiyi 8405 manatdan amortizasiya məbləği çıxılaraq arada qalan fərq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ödənilmiş 8405 manatdan avtomobilin istismar edildiyi dövrdə amortizasiya məbləği çıxıldıqdan sonra yerdə qalan məbləğ (8512 manat -8405 manat = 107 manat) 107 manat təşkil edir. İddiaçının hazırkı apelyasiya baxışının predmeti olan tələbinin hüquqi əsas ı kimi istinad etdiyi Mülki Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009cu il tarixli Qərarın da göstərilmişdir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur....Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə v erilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur”. Nəzərə alınmalıdır ki, hər han sı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qayta rmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir. Apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının sözügedən tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsi nəzərdən keçirilə bilər; belə ki, həmin maddəyə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. Ona görə də apelyasiya kollegiyası belə qənaətə gəlmişdir ki, iddiaçının digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmək imkanı olmadığından iddia tələbi Mülki Məcəllənin 445.7-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olmuşdur. Apelyasiya kollegiyası qeyd etmişdir ki, cavabdehdən faiz qismində İddi açı xeyrinə 140 manat (8405 x 5% = 420,25 manat; 420,25: 12 = 35 manat; 4 ay x 35 = 140 manat) tutulmalıdır. Belə ki, avtomobilin xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının istifadəsində olduğu işin mübahisəsiz halıdır. O, avtomobili xx.xx.2018-ci il tarixdə cavabdehə geri qaytardıqdan sonra hazırki iddia tələbi ilə xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət etmiş, yəni avtomobil bu 4 ay ərzində cavabdehin istifadəsində olsa da, o, iddiaçının ödədiyi məbləği geri qaytarmamışdır. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə əsasən eynilik təşkil etmiş, apellyasiya araşdırması zamanı iddiaçıya ödənil məli olan pul məbləğinin qismən əsaslılığı yuxarıda göstərilən qaydada düzgün olaraq müəyyən edilmişdir. Kasasiya yoxlaması zamanı da apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)xxxx/2019 nömrəli qətnaməsi dəyişiklik edilm

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar