Məhkəmə qərarları › İş №2(102)-3001/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3001/2023

26.09.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3001/2023 26.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC və X4 qarşı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 İddiaçı və "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlak tələbi, fərdi-müəyyən əşyanın təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X5 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə və X4 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin təhvil verilməsi” barədə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 İddiaçı və "xxxx" MMC-yə qarşı “müqavilən in etibarsız hesab edilməsi” barədə iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2167/2023 nömrəli, 14 mart 2023-cü il tarixli qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs kassasiya şikayətinə 26 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Satıcı "xxxx" MMC-nin direktoru X9 ilə alıcı Maraqlı şəxs arasında bağlanmış xx.xx.2009-cu iİ tarixli müqaviləyə əsasən satıcı ünvan 1-cu mərtəbəsində ümumi sahəsi 91,4 kv.m-dən ibarət olan 2 otaqlı 72 nömrəli mənzili alıcının mülkiyyətinə verməyi, alıcı həmin sahəni qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını ödəməyi öhdəsinə göt ürmüşdür. Müqavilənin 2.1.2-ci bəndinə əsasən mənzilin dəyəri hər kv.m üçün 1000 ABŞ dolları olmaqla cəmi 91400 ABŞ dolları təşkil edir. Maraqlı şəxs mənzilin dəyərini tamamilə ödəyib və hazırda "xxxx"ə heç bir borcu yoxdur. Bu barədə ona xx.xx.2009-cu il tarixli maliyyə arayışı verilmişdir.

2. Satıcı "xxxx" MMC-nin direktoru X9 ilə alıcı X7 arasında bağlanmış xx.xx.2013cü iİ tarixli müqaviləyə əsasən satıcı ünvan 1-cu mərtəbəsində ümumi sahəsi 91,4 kv.mdən ibarət olan 3 otaqlı mənzili alıcının mülkiyyətinə verməyi, alıcı həmin sahəni qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.2-ci bəndinə əsasən mənzilin dəyəri hər kv.m üçün 438 ABŞ dolları olmaqla cəmi 40100 ABŞ dolları təşkil edir. X7 mənzilə görə "xxxx" MMC-yə 40100 ABŞ dolla rı ödənmişdir və borcu yoxdur. Bu barədə ona xx.xx.2013-cü il tarixli, 105 saylı maliyyə arayışı verilmişdir.

3. Satıcı "xxxx" MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2013-cü iİ tarixli müqaviləyə əsasən, satıcı ünvan 1-cu mərtəbəsində ümumi sahəsi 91,4 kv.m-dən ibarət olan 2 otaqlı mənzili alıcıya təhvil verməyi, alıcı həmin mənzili qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.2-ci bəndinə əsasən mənzilin dəyəri hər kv.m üçün 450 manat olmaqla cəmi 41130 manat təşkil edir. İddiaçı mənzilin dəyərini tam ödəmiş və şirkətə borcu yoxdur. Bu barədə ona xx.xx.2013-cü il tarixli, 199 saylı maliyyə arayışı verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh "xxxx " MMC-yə qarşı iddia ərizəsi və sonradan X6 da cavabdeh qoymaqla iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, X7 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində Cavabdeh tərəfindən inşa edilmiş 1 saylı yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 91,4 kv.m olan 2 otaqlı mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırılmışdır ki, "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə əsasında cavabdehin Yeni Yasamal yaşayış massivində inşa etdiyi 1 saylı yaşayış binasının 10-cu mərtəbəsində yerləşən 91,4 kv.m ümumi sahəsi olan iki otaqlı mənzili iddiaçı almışdır. Mənzilin qiyməti hər kvadrat metr üçün 450 manat olmaqla, ümumilikdə 41130 manat müəyyən edilmiş, məbləğ tam şəkildə iddiaçı tərəfındən cavabdehə ödənilmiş və bu barədə xx.xx.2013-cü il tarixli 199 saylı maliyyə arayışı verilmişdir.

6. Müqavilənin 3.2-ci bəndinə əsasən cavabdeh 24 ay ərzində binanı tam şəkildə tikib başa çatdırmağı və ona təhvil verməyi öz öhdəsinə götürmüşdür. Binanın tikilib başa çatmasına baxmayaraq, cavabdeh mənzili təhvil verməkdən müxtəlif bəhanələrlə yayınır.

7. Z.M.Kişiyeva ilə Meqa-Siti Holdinq MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə etibarsız müqavilədir. Müqavilədən belə görünür ki, həmin müqaviləni MMC-nin adından direktor X9 bağlamışdır. Halbuki müqavilənin sonunda, tərəflərin imzaları qrafasında direktor Məmmədov E.A. sözlər inin qarşısındakı imza xxx məxsus imza deyildir. Bunu iş materiallarında olan digər sənədlərdəki imzalarla, eləcə də onunla bağlanmış müqavilədə olan E.Məmmədovun imzası ilə müqayisə etdikdə aydın surətdə görmək olar.

8. Beləliklə MMC-nin adından müqaviləni Cəmiyyəti təmsil etmək səlahiyyətinə malik olmayan hər hansı kənar şəxs imzaladığına görə xxxa ilə bağlanmış müqavilə etibarsızdır. Bundan başqa, qeyd olunmalıdır ki, tərəflərin müqavilənin dəyişdirilməsi barədə gəldikləri razılıq da mülki qanunvericiliyin tələblərinə ziddir.

9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 337.1, 423.1, 425.1, 442, 443.1, 448.1, 752.1 və 752.2-ci maddələrinə istinad etmişdir.

10. X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs kimi hər iki tərəfə qarşı iddia verərək, "xxx x" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, xx.xx.2013-cü il tarixli müqavilədən irəli gələn öhdəliklərin icra edilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması və müqavilədə göstərilmiş mənzil üzərində istifadə və sahiblik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Üçüncü şəxs xxxa tələbini belə əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixində Cavabdeh MMC ilə alqı-satqı müqaviləsi bağlayıb, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasının, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 91.4 kv.m olan 3 otaqlı mənzili 40100 ABŞ dollarına almışdır. Mənzilin dəyərini tam ödədiyi barədə maliyyə arayışı verilmişdir. Mənzili aldıqdan son ra 12-ci mərtəbəyə çıxıb-düşməyin gələcəkdə çətinliklər yarada biləcəyini düşünərək, mənzili aşağı mərtəbələrdə yerləşən mənzillə dəyişmək istəmiş, bu məqsədlə Cavabdeh MMC-nin rəhbərliyinə müraciət etmişdir. Binanın yalnız 10-cu mərtəbəsində boş mənzilin olduğu, həmin mənzili onunla əvəzləşdirməyi bildirmişdirlər. 12. xxxa ərizə yazaraq mənzilin dəyişdirilməsini xahiş etmiş, əvvəlki müqavilənin tarixində düzəliş edərək müqaviləni ona qaytardıqda, yeni müqavilə bağlanılmasını xahiş etmişdir. xx.xx.2013-cü il tarixində əvvəlki müqaviləni təhvil verərək yeni müqavilə bağlamışlar. Mənzili aldıqdan bir müddət sonra mənzili təmir etdirməklə əlaqədar Cavabdeh MMC-yə əlavə olaraq pul ödəmiş və mənzildə təmir işlərinin aparılmasına icazə verilməsi barədə arayış verilmişdir. Mənzildə tam təmir işlə ri aparıldıqdan sonra mənzili yaşaması üçün oğluna vermişdir və artıq uzun müddətdir ki, oğlu mənzildə ailəsi ilə birlikdə yaşayır.

13. Bir-neçə gün bundan əvvəl İddiaçı Şəfı oğlu adlı şəxsin Cavabdeh MMC-yə qarşı oğlunun yaşadığı mənzilin özünə təhvil verilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri, Yasamal rayon Məhkəməsinə müraciət etməsi ona məlum olmuşdur. İddiaçı iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Əvvala ona görə ki, İddiaçı Şəfı oğlu ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə əsasında İddiaçı 2 otaqlı mənzil satılıb. Halbuki, həmin binanın 10-cu mərtəbəsində ümumi sahəsi 91.4 kv.m olan 2 otaqlı mənzil mövcud deyildir.

14. Mübahisəli mənzil xx.xx.2013-cü il tarixindən üçüncü şəxsin faktiki olaraq sahibliyindədir. xx.xx.2013-cü il tarixində ca vabdehlər arasında həmin mənzil barəsində müqavilə bağlanarkən Cavabdeh MMCnin müqavilə bağlamaq hüququ olmamış, həmçinin mənzil İddiaçı təhvil verilməmişdir.

15. Üçüncü şəxs tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 567.-ci maddəsinə istinad etmişdir.

16. Birinci instansiya məhkəməsində şahid X9 göstərmişdir ki, "xxxx" Holdinq MMCnin əvvəlki qanuni təmsilçisi olmuşdur, adından və imzasından istifadə etməklə mənzillər satılmışdır. Ümumiyyətlə, "xxxx" Holdinq MMC-dən çıxsa da, sənədləşmədə adından istifadə olunub. Şəxsən heç kimə mənzil satmamışdır. Mənzillərin dəyərini vətəndaşlar təsisçilərə ödəyiblər. Sadəcə müqavilələri imzalamışdır. "xxxx" Holdinq MMC-nin möhürü onda olmayıb. Hazırki mübahisə üzrə isə X7 ilə "xxxx" Holdinq MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilədə o lan imza ona məxsus olsa da, xx.xx.2013-cü il tarixli maliyyə arayışını o imzalamamışdır. İddiaçı ilə "xxxx" Holdinq MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilədə və həmin tarixli maliyyə arayışında olan imzalar da ona məxsus deyil. Formal olaraq 2016-cı ilin aprel ayından "xxxx" Holdinq MMC-nin qanuni təmsilçisi deyil.

17. İddiaçı nümayəndəsi və vəkili vəsatət verərək, müqavilələrdəki imzanın MMCnin direktoru olmuş xxx məxsus olub-olmamasını müəyyən etmək üçün xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir.

18. Birinci instansiya məhkəməsi xx.xx.2018-ci il tarixli qərardadla məhkəməxətşünaslıq ekspertizası təyin etmişdir.

19. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli, 25176 saylı ekspert rəyinə əsasən "xxxx" MMC və X3 adlarından olan xx.xx.2013-c ü il tarixli müqavilənin 2-ci vərəqəsində “7. Tərəflərin imzaları.” hissəsində “Direktor Məmmədov E.A.” sözlərinin qarşısındakı imza və "xxxx" MMC-nin adından X3 adına olan xx.xx.2013-cü il tarixli 105 nömrəli maliyyə arayışında “MeqaSiti Holdinq MMC-nin direktoru” qrafasındakı imza X9 tərəfindən icra olunmuşdur. "xxxx" MMC və İddiaçı adlarından olan xx.xx.2013-cü il tarixli müqavilənin 2-ci vərəqəsində “7. Tərəflərin imzaları.” hissəsində “Direktor Məmmədov E.A.” sözlərinin qarşısındakı imza və "xxxx" MMC-nin adından İddiaçı adına olan xx.xx.2013-cü il tarixli 199 nömrəli maliyyə arayışında “Meqa-Siti Holdinq MMC-nin direktoru” qrafasındakı imza X9 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

20. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4139/2018 saylı 21 noyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilməmiş, X3 iddiası təmin edilmiş, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə etibarsız hesab edilmiş, X3 Cavabdeh MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi 1 saylı binanın 10- cu mərtəbəsində ümumi sahəsi 91,4 kv.m-dən ibarət olan 3 otaqlı mənzilə sahiblik və istifadə hüquqlarının tanınması, "xxxx" MMC ilə X7 arasında bağlanmış xx.xx.2013-cü iİ tarixli müqavilədən irəli gələn öhdəliklərin icra edilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması, ödənilmiş 10 manat dövlət rüsumunun İddiaçı və "xxxx" MMC-dən tutularaq X4 ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 133 manatın İddiaçı tutulub dövlət büdcəsinə keçirilməsi qət e dilmişdir. (hakim Sərdar Mehrəliyev)

21. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, "xxxx" MMC Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi 1 saylı binanın 10-cu mərtəbəsində ümumi sahəsi 91,4 kv.m-dən ibarət olan 3 otaqlı mənzili xx.xx.2013-cü iİ tarixli müqavilə əsasında X4, həmin mərtəbədə yerləşən ümumi sahəsi 91,4 kv.m-dən ibarət olan 2 otaqlı mənzili isə xx.xx.2013-cü iİ tarixli müqavilə əsasında İddiaçı satmışdır. Ekspert rəyinə əsasən İddiaçı ilə bağlanmış müqavilədə və mənzilin dəyərinin ödənilməsi barədə maliyyə arayışında olan imzalar satıcı qismində göstərilən şəxs, yəni "xxxx" MMCnin direktoru X9 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. X7 ilə bağlanmış müqavilədə olan imza isə "xxxx" MMC-nin direktoru X9 tərəfindən icra olun muşdur. İddiaçı tərəfindən ciddi hesabat blankı olan mədaxil qəbzi iddia ərizəsinə əlavə edilməmişdir.

22. Birinci instansiya məhkəməsi qeyd edib ki, Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi 1 saylı binanın 10-cu mərtəbəsində ümumi sahəsi 91,4 kv.m-dən ibarət olan 3 otaqlı mənzilin alqı-satqısına dair "xxxx" MMC ilə X7 arasında xx.xx.2013-cü iİ tarixli müqavilə bağlanmış, mənzilin müqavilə ilə nəzərdə tutulmuş qiyməti alıcı tərəfindən tam olaraq ödənilmişdir. Mübahisəli mənzilin alqı-satqı müqaviləsi ilkin olaraq X7 ilə bağlandığından onun razılığı olmadan sonradan həmin mənzilin İddiaçı satılması mülki qanunvericiliyin tələblərinə və müqavilə şərtlərinə ziddir.

23. Birinci instansiya məhkəməsi yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlm işdir ki, üçüncü şəxs X3 iddiası əsaslı, cavabdehin iddiası isə əsassızdır.

24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.8, 178.8, 337.2, 337.3, 337.4, 339, 340, 385.1, 425.1, 521, 646.1, 646.2, 648.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

25. İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, mübahisəli mənzilə onun sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

26. Apelyasiya şikayətinin dəlilləri belə olub: - hər bir kv.m 1000 ABŞ dolları olmaqla ümumilikdə 91400 ABŞ dollarını (Azərbaycan ekvalentinə uyğun olaraq) öd əyərək xx.xx.2009-cu il tarixli 46 nömrəli müqavilə ilə "xxxx" MMC-nin inşa etdiyi Bakı şəhəri Yasamal rayonu, Yeni-Yasamal yaşayış massivi, 1 saylı binanın 10-cu mərtəbəsində ümumi sahəsi 91,4 kv.m olan 2 otaqlı, 72 saylı mənzili almışdır. Bundan sonra, xx.xx.2009-cu il tarixdə tərtib edilmiş "xxxx" əsasən mənzilin dəyərini tam şəkildə ödəyib və MMC-yə heç bir borcu yoxdur. Ev ona təhvil verilməmişdir; - təsisçilərdən olan Maksim adlı şəxsin istifadəsində olan (070) 612- 86-89 mobil telefon nömrəsi ilə əlaqə saxlamış, məsələ ilə bağlı maraqlandıqda, Maksim adlı şəxs bildirmişdir ki, ona məxsus bu binada ev yoxdur, Zöhrə Kişiyeva qeyd edilən mənzili 2010cu ildə alıb; - bundan sonra Nərimanov rayon Prokurorluğun şikayət ərizəsi ilə müraciət olunmuşdur. Nərimanov rayon Polis İdarəsinin İstin taq Şöbəsinin müstəntiqi “cinayət işinin rədd olunması barədə” xx.xx.2021-ci il tarixli qərarla cinayət işi başlamamışdır. Həmin qərarda müəyyən olunmuşdur ki, Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)4139/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə X3 cavabdeh "xxxx" MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən 1 saylı binanın 10-cu mərtəbəsində ümumi sahəsi 91,4 kv.m olan 2 otaqlı mənzilə sahiblik və istifadə hüquqları tanınmışdır. Halbuki mənzili X2 da öncə əldə etmişdir; - Mülki Məcəllənin 152.1, 157.8, 178.8, 385.1, 425.1, 452.1, 646.1, 646.2 və 648.1ci maddələri birinci instansiya məhkəməsi tərəfindən pozulmuşdur.

27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2167/2023 nömrəli, 14 mart 2023-cü il tarixli qətnam əsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4139/2018 saylı iş üzrə 21 noyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Məhəmməd Rüstəmli)

28. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, mübahisədə adı keçən mənzil xx.xx.2013-cü il tarixli müqavilə ilə X4, xx.xx.2013-cü il tarixli müqavilə ilə İddiaçı satılmışdır. Keçirilmiş ekspertizanın nəticəsinə görə İddiaçı ilə bağlanmış müqavilədə və mənzilin dəyərinin ödənilməsi barədə maliyyə arayışında olan imzalar satıcı qismində göstərilən şəxs – MMC-nin direktoru X9 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Digər müqavilədəki imza isə direktor X9 tərəfindən icra olunm uşdur.

29. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, apelyasiya baxışı zamanı təqdim edilmiş müqavilə və maliyyə arayışına görə satıcı "xxxx" MMC-nin direktoru X9 ilə alıcı Maraqlı şəxs arasında bağlanmış xx.xx.2009-cu iİ tarixli müqaviləyə əsasən satıcı ünvan 1-cu mərtəbəsində ümumi sahəsi 91,4 kv.m-dən ibarət olan 2 otaqlı 72 nömrəli mənzili alıcının mülkiyyətinə verməyi, alıcı həmin sahəni qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.2-ci bəndinə əsasən mənzilin dəyəri hər kv.m üçün 1000 ABŞ dolları olmaqla cəmi 91400 ABŞ dolları təşkil edir. xx.xx.2009-cu il tarixli maliyyə arayışına əsasən Maraqlı şəxs mənzilin dəyəri tamamilə ödəyib və hazırda "xxxx"ə heç bir borcu yoxdur.

30. Apellyasiya instansiyası məhkəməsinin mövqe yinə görə mülki hüquq münasibətlərində mülkiyyətçinin eyni əşyanın alqı-satqısı barədə bir neçə alıcı ilə razılığa gəlməsi istisna edilmir. Belə bir yanaşma Mülki Məcəllənin 452.1-ci maddəsinin məzmunundan da irəli gəlir. Həmin maddəyə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

31. Apellyasiya instansiyası məhkəməsi vurğulayıb k i, istinad edilən normadan göründüyü kimi fərdi müəyyən əşyanın digər şəxsin mülkiyyətinə və ya əvəzli istifadəsinə verilməsi barədə bir neçə etibarlı müqavilənin olması istisna deyil və qanunverici belə halda əşyanın hansı kreditora verilməsi qaydasını da tənzimləyir. Etibarlı müqavilə isə hüquqi nəticə, yəni hüquq və öhdəliklər yaradır. Başqa sözlə, ikitərəfli əqd üzrə borclunun kreditorun xeyrinə müəyyən hərəkəti etmək (əmlak vermək, pul ödəmək və s.) öhdəliyi, kreditorun isə həmin ödəliyin icrasını tələb etmək hüququ əmələ gəlir. Müqavilədə razılaşdırılmış öhdəliyin icrası mümkünsüz olduqda kreditorun təklif olunan ayrı icranı qəbul etmək (Mülki Məcəllə, m.435) və ya öhdəliyin pozulması nəticəsində düşdüyü zərərin əvəzinin ödənilməsini tələb etmək (Mülki Məcəllə m.443.1 və 452.2) hüquq ları vardır.

32. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, mübahisəli mənzil 2009-cu il tarixli müqavilə ilə Maraqlı şəxs, 2013-cü il tarixli müqavilə ilə isə Zöhrə Kişiyevaya satılmışdır. İkinci müqaviləyə əsasən mənzili almış tərəf X7 mənzili təmir etmiş və mənzil uzun müddətdir onun istifadəsindədir. Bu hal Maraqlı şəxs tərəfindən də mübahisələndirilmir. Bildirməsinə görə, mənzillə yalnız 2019-cu ildə maraqlanmış və mənzilin başqa şəxs – Zöhrə Kişiyeva tərəfindən təmir olunaraq orada yaşaması məlum olmuşdur.

33. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanlara əsasən hesab etmişdir ki, Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməməlidir.

34. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi onu da göstərib ki, Maraqlı şəxs bağladığı müqavilə üzrə (həmin müqavilə etibarlılıq şər tlərinə cavab verdiyi təqdirdə) ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

35. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1.6, 385.1, 443.1, 452.1, 452.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

36. İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

37. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış, apellyasiya instansiyası məhkəməs i tərəfindən Mülki Məcəllənin 152.1, 157.8, 178.8, 385.1, 425.1, 452.1, 646.1, 646.2 və 648.1-ci maddələrinin pozulmasına istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1.6. Qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin üzərində mülkiyyət hüquqların əmələ gəlməsi üçün əsas hesab olunur. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ara şdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıd ır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxu d qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

40. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

41. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

44. İşin müəyyən edilən hallarına görə mübahisədə adı keçən mənzillə bağlı xx.xx.2013-cü il tarixdə X7 ilə, xx.xx.2009-cu iİ tarixdə Maraqlı şəxs arasında müqavilələr bağlansa da, işin mübahisəsiz halına görə xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən mənzili almış tərəf X7 mənzili təmir etmiş və mənzil uzun müddətdir onun istifadəsindədir.

45. Nəzərə alınsa ki, mübahisədə adı keçən mənzil fərdi-müəyyən əşya olaraq artıq X1 verilib və onun istfadəsindədir, belə olan halda Mülki Məcəllənin 452.1-ci maddəsinin tələbləri baxımından apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir.

46. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 3035-ci bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görm ür.

47. Belə ki, apellyasiya instansiyası məhkəməsi marağına toxunan şəxsin apellyasiya şikayəti üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə uyğun qiymət verməklə müəyyənləşdirmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir.

48. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Məhz həmin dəlillərə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilməklə iş üzrə yuxarıda göstərilən nəticəyə gəlinib.

49. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədə n saxlanılmalıdır.

50. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İşdə iştirak etməyə cəlb edilməyən, qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2167/2023 nömrəli, 14 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar