Məhkəmə qərarları › İş №2(102)-3003/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3003/2025

22.10.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3003/2025 22.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: ümumi mülkiyyətə xitam verilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 may 2025-ci il tarixli, 2(105)-74/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. 28 sentyabr 2010-cu il tarixdə Cavabdeh rəsmi nikah əsasında İddiaçı ilə ailə qurmuş və onların birgə nikahından 29 fevral 2012-ci il tarixdə X2 adlı bir uşaqları doğulmuşdur.

3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 9 sentyabr 2019-cu il tarixli, 2(008)4049/2029 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmuşdur.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2(008)4629/2019 nömrəli qətnaməsi ilə Quba rayonu, 2-ci Nüqədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı payı ½ hissədə, Cavabdeh payı isə ½ hissədə olmaqla müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəm əyə müraciət edərək Quba rayonu, 2-ci Nüqədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində onun payının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Sonradan iddiaçının nümayəndəsi iddia tələbini dəyişdirərək Quba rayonu, 2-ci Nüqədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və üzərindəki fərdi yaşayış evinin satış qiyməti müəyyən edilməklə açıq hərracda satılması və satış pulunun tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Məhkəmə Ekspertiza Mərkəzinin 27 aprel 2023-cü il tarixli, 10/8548 saylı rəyinə əsasən, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sah əsində onun ½ hissədə payının naturada ayrılması texniki cəhətdən mümkün deyil. Quba rayonu, 2-ci Nüqədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin paylara uyğun naturada bölgüsünün mümkün olmadığını nəzərə alaraq, onun tərəfindən cavabdehə mübahisəli torpaq sahəsinin hazırkı real bazar qiymətinə uyğun olaraq ½ hissədə məbləğinin, yəni 10.000 manat pulun kompensasiya şəklində ona ödənilməsi, bundan imtina edildiyi halda ona və ya məhkəməyə yazılı şəkildə məlumat verilməsi təklif edilmişdir. Cavabdeh ümumiyyətlə ona kompensasiya ödənilməsinə dair fikrini bildirməmişdir. Tərəflərin paylı mülkiyyətində olan torpaq sahəsinin və evin açıq hərracdan satılması və satış pulunun onlar arasında paylarına mütənasib surətdə bölüşdürülməsindən əvvəl Mülki Məcəllənin 220.3 və 220.4-cü maddələrinin tələblərinə əməl edilmişdir. Tərəflərin paylı mülkiyyətində olan torpaq sahəsi mülkiyyətçilərin paylarına uyğun şəkildə naturada bölgüsü mümkün olmadığından və paylara uyğun kompensasiya verilməsi barədə mülkiyyətçilərin yekdil razılığı əldə edilmədiyindən iddia tələbinin dəyişdirilməsinə zərurət yaranmışdır.

8. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, ona aid torpaq sahəsində heç bir tikinti yoxdur. Tikinti ona aid deyil, tikinti Nümayəndə torpaq sahəsində yerləşir. Tikintinin mübahisə predmeti olan sahəyə aidiyyəti yoxdur. O, torpaq sahəsinin qiymətləndirilməsində iştirak etməmişdir. İddiaçıya 5.000 manat kompensasiya ödəməyə də, torpaq sahəsinin bölünməsi ilə də razıdır.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eksperti za Mərkəzinin 27 aprel 2023-cü il tarixli rəyindən görünür ki, 0.04 ha torpaq sahəsinin üzərində fərdi yaşayaş evi mövcuddur. Tədqiqat faktiki olaraq mübahisələndirilən evin yerləşdiyi torpaq sahəsi üzrə keçirilmiş, rəydə torpaq sahəsinin plan ölçü sənədinin texniki parametrləri ilə faktiki vəziyyətin texniki parametrlərinin uyğunluq təşkil etdiyi göstərilmişdir. Lakin iş materiallarında tərəflərin mülkiyyətlərindəki torpaq sahəsinin plan ölçü sənədinin olmadığı müəyyən edilmişdir.

10. Quba Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(027)-47/2023 saylı qətnaməsi ilə (hakim V.M.Seyidov) iddia qismən təmin edilərək, paylı mülkiyyətdə olan Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satış qiyməti 10.000 manat müəyyən edilməklə açıq h ərracda satılması və satış pulunun tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi, iddianın “Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində olan fərdi yaşayış evinin satış qiyməti müəyyən edilməklə açıq hərracda satılması və satış pulunun tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi” hissəsində rədd edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsi üzərində iddiaçının, digər ½ hissəsi üzərində isə cavabdehin payı müəyyən edilmişdir. Hazırda tərəflərin Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı t əyinatlı torpaq sahəsini birgə idarə etməsi mümkün olmadığından, iddiaçı mübahisəli əmlakın dəyərinin onunla cavabdeh arasında bərabər şəkildə bölünməsi tələbini qoymuşdur. Ekspertin rəyinə əsasən Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 10.000 manat qiymət qoyulmuşdur.

12. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən qeyd etmişdir ki, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin açıq hərracda satılması və satış pulunun tərəflər arasında bölünməsi mümkün olduğundan, iddia qismən təmin edilməli, paylı mülkiyyətdə olan Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satış qiyməti 10.000 manat müəyyən edilməklə açıq hərracda satılmalı v ə satış pulu tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir.

13. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində fərdi yaşayış evinin inşa edilməsini, evin dövlət reyestrində qeydiyyatdan keçməsini sübut edə biləcək hər hansı bir mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir. Yəni bu hissədə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəllənin 139.1, 141.1, 141.2, 141.2, 141.3, 149.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilmə sinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarına, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına, habelə MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunması-yəni Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və üzər indəki fərdi yaşayış evinin satış qiyməti müəyyən edilməklə açıq hərracda satılması və satış pulunun tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi öz qətnaməsində hüququn və qanunun tətbiqində səhv buraxmışdır. Satış zamanı torpaq sahəsinin bazar dəyəri onun üzərində olan tikili ilə birgə müəyyən edilir. Belə ki, bu amil torpaqların satış zamanı bazar dəyərinin müəyyən edilməsi zamanı mütləq meyarlarından, bəlkə də birincisidir. Çünki torpaq satılacağı halda üzərində olan tikili də avtomatik olaraq üzərində satılacaqdır. İnşa edilmiş tikili birmənalı olaraq torpaqla möhkəm bağlı olduğundan (ondan ayrıla bilmədiyindən) həmin əşyalar v ahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. İş materiallarında olan sübutlar düzgün qiymətləndirilməyib. Halbuki, sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmənin qətnaməsi o zaman əsaslı olar ki, o, məhkəmə iclasında mülki məhkəmə icraatının prinsiplərinə və mülki prosessual qaydalara əməl olunmaqla hərtərəfli və tam araşdırılmış iş üçün önəmli olan hallara əsaslansın. Məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq dəyərləndirməlidir. Birinci instansiya məhkəməsi hazırkı mübahisə üzrə qanunun təfsirində səhvə yol vermişdir. Belə ki, qanunun həqiqi mənasının və məzmununu başqa cür başa düşülməsi və tətbiq edilməsi nəticəsində torpağın bazar dəyərini tikilidən ayrıca müəyyən etmişdir. Bu isə nət icədə məhkəmə tərəfindən maddi hüquq normasının pozuntusuna səbəb olmuşdur. Maddi hüquq norması səhv təfsir edildikdə və yeni araşdırmalara ehtiyac olmadıqda apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aktının apelyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır. Birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan faktiki hallar aydınlaşdırılmamışdır. Birinci instansiya məhkəməsində iş materiallarında kifayət qədər sübutlar olsa da, məhkəmə tərəfindən iş tam, obyektiv və hərtərəfli araşdırılmamışdır.

17. İddiaçı tərəf daha sonra apellyasiya şikayətinə əlavə verərək Quba Rayon Məhkəməsinin 2(027)-47/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsi, iddianın təmin olunmayan “Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.04 ha kənd təsərrüfatı təyin atlı torpaq sahəsinin üzərindəki fərdi yaşayış evinin satış qivməti müəyyən edilməklə açıq hərracda satılması və satış pulunun tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi” hissəsində yeni qətnamə çıxarılması, həmçinin apelyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 AZN məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 dekabr 2023-cü il tarixli, 2(105)-2092/2023 nömrəli qətnaməsi ilə (hakimlər S.A.Qafari - sədrlik edən və məruzəçi, A.A.Mahmudov və L.M.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Quba Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(027)-47/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Məhkəmə kollegiyası qeyd etmiş dir ki, işin araşdırılmış halları zamanı iddiaçı tərəfindən Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində fərdi yaşayış evinin inşa etmələrini və həmin evin dövlət reyestrində qeydiyyatdan keçməsini sübut edən hər hansı bir mötəbər dəlillər məhkəmə kollegiyasına təqdim edilməmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

20. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-1659/2024 nömrəli iş üzrə 02 iyul 2024-cü il tarixli qərarı ilə (hakimlər Əhmədov Əhməd - məruzəçi, Vüqar Həsənov və İsp əndiyar Şəfiyev) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2092/2022 nömrəli, 13 dekabr 2023cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.

22. Qərarda göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi, iddianın mübahisələndirilən hissəsi üzrə lazımi qaydada araşdırma aparmadan, 0,04 ha torpaq sahəsinin üzərində fərdi yaşayış evinin olub-olmadığını yerində yoxlamadan və MPM-in 88, 103-cü maddələrinin tələbləri baxımından qeyd olunan sübutlara, yəni ekspertin rəyinə, qiymətləndiricinin hesabatına tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermədən, habelə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarını həmin Məcəllənin 106.1- ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirmədən, yalnız cavabdehin formal mülahizələrinə əsaslanaraq 0,04 ha torpaq sahəsinin üzərində fərdi yaşayış evinin olmaması və iddiaçının mübahisəli evin dövlət reyestrində qeydiyyatdan keçməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməməsinə dair işin halları barədə səhv nəticəyə gəlib. Halbuki, cavabdeh özü də izahatında 0,04 ha torpaq sahəsinin üzərində hər hansı tikilinin olmadığını, mübahisələndirilən tikilinin isə həmin torpaq sahəsində deyil, Nümayəndə aid olan torpaq sahəsində yerləşdiyini göstərsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməyib. Göründüyü kimi 0,04 ha torpaq sahəsinin üzərində yerləşən mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində mü lkiyyət hüququ üzrə tərəflərin adına qeydə alınmasa da, həmin ev faktiki olaraq torpaq sahəsində mövcuddur. Belə olan halda həmin ev tərəflərin birgə nikahı dövründə əldə edilmiş torpaq sahəsinin üzərində inşa edildiyindən, evə çəkilən vəsaitə də tərəflərin bərabər əmlak hüquqları vardır.

23. Bu baxımdan kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə qismən razılaraq hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməmə li, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

24. Hazırkı apellyasiya icraatı zamanı məhkəmə kollegiyası 27 avqust 2024-cü il tarixli qərardadla məhkəmə tikinti-texniki ekspertizasının eyni zamanda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin mütəxəssislərinin iştirakı ilə aparılmasını qərara almışdır.

25. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 15 noyabr 2024-cü il tarixli, 3-21-3-34/2-15881/20 24 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin ölçü və koordinatları naturadan (yerdən) GPS aləti vasitəsilə götürülmüşdür. Kameral araşdırma nəticəsi olaraq bildiririk ki, ½ hissədə İddiaçı və ½ hissədə Cavabdeh paylı mülkiyyətlərində olan **********43 reyestr nömrəli çıxarışa əsasən torpaq sahəsinin koordinatları arasında kəskin uyğunsuzluqlar vardır. ½ hissədə İddiaçı və ½ hissədə Cavabdeh paylı mülkiyyətlərində olan **********43 reyestr nömrəli çıxarışa əsasən torpaq sahəsinin koordinatları arasında kəskin uyğunsuzluq olduğundan həmin çıxarışa əsasən torpaq sahəsinin daxilində hər hansı tikilinin mövcud olub-olmamasını müəyyənləşdirmək mümkün deyildir. İddiaçı tərəfindən iddia olunan torpaq sahəsi 0.10 ha təşki l edir və həmin torpaq sahəsinin daxilində fərdi yaşayış evi mövcuddur.

26. Ekspertin vəsatəti əsasında ekspertiza tədqiqatının keçirilməsi üçün mütəxəssis rəyi alınmış, torpaq sahəsinə dair faktiki koordinatlar və baza məlumatları əldə edilmiş, mübahisə predmeti təşkil edən torpaq sahəsinə baxış keçirilməsi 08 yanvar 2025-ci il tarixə saat 11:00-a, həmçinin 14 fevral 2025-ci il tarixə saat 11:00-a təyin edilmiş, bu barədə işdə iştirak edən şəxslərə və Məhkəmə Ekspertiza Mərkəzinə məlumat verilmiş, lakin ekspertizanın aparılmasından imtina edilmişdir.

27. Mübahisəli fərdi yaşayış evi və torpaq sahəsinə məhkəmə kollegiyası tərəfindən 20 may 2025-ci il tarixdə keçirilmiş yerli baxış zamanı Quba rayonu, İkinci Nügədi kəndi ərazisində mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazid ə Cavabdeh işarə edərək göstərdiyi mişar daşı ilə hasara alınmış və ümümi sahəsi bildirdiyinə görə 0.10 ha olan torpaq sahəsində bir mərtəbəli, dam örtüyü ilə üzlənmiş və pəncərələri quraşdırılmayan təmirsiz fərdi yaşayış evinin olması müəyyən edilmişdir. Mütəxəssis N.Nəbizadə tərəfindən xüsusi avadanlığın vasitəsilə koordinatların daxil edilməsi zamanı Cavabdeh adına dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********43 nömrəli çıxarış verilməklə qeydə alınmış 0.04 ha torpaq sahəsinin cavabdehin özünün əyani olaraq məhkəmə tərkibinə göstərdiyi mişardaşı ilə hasara alınmış torpaq sahəsindən təxmini olaraq 60-70 metr aşağı məsafədə ümumi yolun üzərində (torpaq sahəsinin hər iki hissəsi qonşunun hasarlanmış sahəsinə, bir hissəsi isə yola düşür) olması aşkar edilmişdir.

28. Yerli baxış zamanı şahid qismində dindirilmiş Nümayəndə bildirmişdir ki, mübahisə olunan ərazidə yerləşən və ümumi sahəsi 0.10 ha olan və mişar daşı ilə hasara alınmış, darvazası quraşdırılmış və hazırda Cavabdeh göstərdiyi torpaq sahəsinin 0.02 ha hissəsi onun, digər 0.04 ha hissəsi isə atası X1 adına dövlət qeydiyyatına alınmışdır. Fərdi yaşayış evi onun adına olan torpaq sahəsində yerləşir və həmin ev atası Ramiz Qarayev tərəfindən tikilmişdir. Evin çıxarışı yoxdur, amma torpaq sahələrinin çıxarışları vardır. Torpaq sahəsinin sənəd üzrə və koordinatlar daxil edilməklə faktiki yerləşdiyi yer arasında uyğunsuzluqlar vardır, bu səbəbdən məlumatları təqdim edə bilmir. Mübahisə olan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahələridir.

29. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki k ollegiyasının 2(105)-74/2025 saylı, 29 may 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Məmmədov - sədrlik edən və məruzəçi, A.Süleymanova və L.Rəhimli) apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 2(027)-47/2023 nömrəli, 21 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

30. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tədqiq edilmiş sübutlardan göründüyü kimi iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi 0.10 ha təşkil edir və məhz həmin torpaq sahəsinin daxilində fərdi yaşayış evi mövcuddur. Cavabdehin, şahidin və üçüncü şəxsin nümayəndəsinin yerli baxış və məhkəmə iclasında bildirdiklərinə görə həmin torpaq sahəsinin ev olan 0.02 ha hissəsi və boş olan 0.04 ha hissəsi şahidin və üçüncü şəxsin, boş olan 0.04 ha hissəs i isə cavabdehin mülkiyyətinə verilmiş mübahisəli torpaq sahəsidir. Lakin araşdırma zamanı müəyyən edildi ki, mübahisəli torpaq sahəsinin sənəd üzrə koordinatları ilə faktiki mübahisə olunan torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq vardır. Bu barədə mütəxəssis tərəfindən sxem tərtib edilərək rəyə əlavə edilmişdir.

31. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının mübahisələndirdiyi ev ümumiyyətlə tərəflərin mülkiyyətlərində olan torpaq sahəsində yerləşmir. Evin həmin torpaq sahəsində yerləşməsi və satış qiymətinin müəyyən edilməklə açıq hərracda satılması barədə tələb də məhz birinci instansiya məhkəməsindəki icraat zamanı keçirilən ekspertiza tədqiqatına dair yuxarıda adı çəkilən rəydən sonra iddia predmetinə çevrilmişdir ki, həmin vaxta qədər torpaq sahəsi ndə evin mövcudluğu məsələsi mübahisələndirilməmişdir. Eyni zamanda həmin evin tərəflərin birgə nikahı dövründə birgə vəsaitləri hesabına inşa edilməsi, evə çəkilən vəsaitə tərəflərin bərabər əmlak hüquqlarının olması hallarına dair məhkəməyə hər hansı sübut növü təqdim edilmədiyindən, o cümlədən göstərilən hal məhkəmə iclasında işin araşdırılan halları ilə müəyyən edilmədiyindən, kollegiya hesab edir ki, mübahisələndirilən evlə bağlı iddiaçının mövcud tələbinin təmin edilməsi mümkün deyildir.

32. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.1, 157.2, 213.1, 213.2, 220, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tar ixli Qərarına, MPM-nin 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

33. İddiaçı (vəkil – Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

34. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsindən iddiaçıya düşən hissəsinin naturada bölgüsünün mümkün olub-olmaması üçün məhkəmətikinti-texniki ekspertizası təyin edilməmişdir. Üzərində tikilinin mövcudluğu torpaq sahəsinin faktiki olaraq naturada bölünməsini istisna etmişdir. Ekspert rəyi xx.xx.2023-cü il tarixdə torpaq sahəsinə baxış keçirildikdən sonra tədqiqat nəticəsində verilmişdir. Fərdi yaşayış evi barədə ek spert rəyində xüsusi qeydlər göstərilmişdir. Başqa sözlə desək, əgər hazırkı halda torpaq üzərində tikili yoxdursa artıq iş üzrə verilmiş həmin rəyin əhəmiyyəti qalmır, çünki torpaq sahəsində tikili mövcud deyilsə, mübahisəli torpaq sahəsinin naturada bölgüsü də texniki cəhətdən mümkündür, həm də bu ədalətli məhkəmə araşdırması baxımından labüd idi.

35. Mübahisəli torpaq sahəsinin bazar dəyəri müəyyən edilməmişdir.

36. Məhkəmə çəkişməsinin artıq xx.xx.2023-cü il tarixdən (hazırkı işin Quba məhkəməsinə daxil olma tarixi) davam etdiyini nəzərə alsaq, torpaq sahəsinin qiymətində bahalaşma baş vermişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində istinad etdiyi torpaq sahəsinin satış qiyməti 10000 (on min) manat müəyyən edilməsi isə xx.xx.2023-cü il tarixə aiddir ("xxxx" MMC-nin 01/23-366 sa ylı fərdi evin qiymətləndirilməsi barədə hesabatı). Həmin qiymətləndirmə təşkilatının rəyindən 3 ildən artıq müddət keçmişdir. Nəzərə alsaq ki, ölkədə baş verən iqtisadi yüksəliş nəticəsində əmlak bazarının qiymətlərində kəskin şəkildə dəyişikliklər müşahidə olunmuş, eyni zamanda həmin əmlakların bahalaşması olmuşdur.

37. Hətta, apellyasiya instansiyası da haqlı olaraq torpaq sahəsinin bazar dəyərinin müəyyən edilməsi üçün bu barədə xx.xx.2024-cü il tarixli, 2(105)-1382/2024 nömrəli qərardad qəbul etsə də (icra olunmadan geri qayıdıb), sonradan bunu unutmuşdur. Yəni, əmlakın bazar dəyərinin müəyyən edilməsinin nəticəsi olmamışdır. Quba Rayon Məhkəməsinin istifadə etdiyi qiymətləndirmə sənədi artıq köhnəlmiş, 3 ildən çox müddət keçmişdir. Apellyasiya instansiyası bu məsələni dərk etsə də, s onradan qərardadını icra etməmiş və yeni qiymətləndirmə təşkil etməmişdir. Bu isə hüquqi və faktiki əsaslar olmadan qətnamə verilməsinə gətirib çıxarmışdır. Bəlli məsələdir ki, yerli baxış zamanı həmin əmlakın bazar dəyərinin müəyyən olunması mümkün deyil və yerli baxışdan sonra məhkəmə bunu da yaddan çıxarmışdır.

38. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1659/2024 nömrəli iş üzrə 02 iyul 2024-cü il tarixli qərarında qeyd edilən Nümayəndə aid olan torpaq sahəsində yerləşdiyini göstərsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim edilməyib” hissəsini araşdırmamışdır (məhkəmə özü də qətnaməsində bu göstərişin olmasını qeyd edib, lakin əməl etməyib).

39. Belə ki, cavabdehin həm məhkəmədə, həm də yerli baxış zamanı dindirilərkən iddiaçının tələb etdiyi evin onlara məxsus olmadığını bildirməsi, Nümayəndə bu işə 3-cü şəxs kimi cəlb edilməsi, onun formal olaraq torpaq sahəsində olan tikilinin ona məxsus olmasını qeyd etməsi torpaq sahəsinin üzərində tikilinin olmaması anlamına gəlmir və bu formal izahat sübut qismində istifadə oluna bilməz. Məhkəmə araşdırması zamanı Nümayəndə hansı torpaq sahəsinin və fərdi yaşayış evinin ona aid olmasını təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim etməsə də, məhkəmə nədənsə onun izahatlarını“mötəbər sübut” kimi qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəllləsi

41. Maddə

221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməs i və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, h ərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə kassasiya instansi yası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən madd i hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, tərəflərin hər birinin üzərində ½ payla mülkiyyət hüquqları olan, Quba rayonu İkinci Nügədi kəndində yerləşən 0.04 ha torpaq sahəsi üzərində ümumi mülkiyyət hüququna xitam verilməsi üçün əşya açıq hərracda satılmalı və satış pulu tərəflər arasında paylara mütənasib surətdə bölüşdürülməlidir. Birinci instansiya məhkəməsi kənd təsərrüfatı təyinatlı həmin torpaq sahəsinin satış qiymətini 10.000 manat müəyyən etmişdir.

51. İşdə mübahisəli olan digər hal torpaq sahəsi üzərində olduğu iddia edilən evin də qiymətləndirilməsi ilə bağlı idi. İkinci apellyasiya baxışında bu xüsusat üzrə müvafiq araşdırmalar aparılmışdır. Nəticədə mütəxəssis tərəfindən xüsusi avadanlığın vasitəsilə koordinatların daxil edilməsi zamanı Cavabdeh adına dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********43 nömrəli çıxarış verilməklə qeydə alınmış 0.04 ha torpaq sahəsinin iddia olunan evdən kənarda yerləşməsi aşkar edilmişdir.

52. Apellyasiya instansiyası məhkəməsi bu xüssuata dair işdəki sübutları birlikdə qiymətləndirərək belə qənaətə gəlmişdir ki, iddiaçının mübahisələndirdiyi ev ümumiyyətlə tərəflərin mülkiyyətlərində olan torpaq sahəsində yerləşmir.

53. Kollegiya bildirir ki, s übutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

54. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

55. Məhkəmə kolle giyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

56. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 may 2025-ci il tarixli, 2(105)-74/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar