Məhkəmə qərarları › İş №2(102)-3004/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3004/2023

17.10.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3004/2023 17.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı "xxxx" BOKT MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə iddiaçı "xxxx" BOKT MMC-nin Cavabdeh qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2476/2023 nömrəli iş üzrə 11 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı i craat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Tərəflər arasında bağlanmış 04 fevral 2019-cu il tarixli 2019/00528 nömrəli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə 24 ay müddətə illik 30 faiz dərəcəsi ilə 23.000 manat məbləğdə kredit verilmiş, eyni tarixli ipoteka müqaviləsinə əsasən, cavabdehə məxsus olan ünvan 1 ünvanda olan 5 mərtəbəli binanın zirzəmisində yerləşən 56,90 kv.m. ümumi sahəsindən ibarət qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilərək, bankın tələb hüququna təminat vermişdir.

2. İpoteka müqaviləsində ipoteka predmetinin likvid dəyəri 54.000 manat qiymətləndiirlmiş, ipoteka daşınmaz əmlakların rəsmi reyestrində qeydiyyata alınmış, müvafiq çıxarış verilmişdir.

3. Cavabdeh borcunu qrafik üzrə qaytarmayaraq, öhdəliyin icrasını gecikdirmiş dir. Bank borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. 4. Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Еkpеrtizаsı Mərkəzinin 21 iyun 2022-cu il tarixli 9/3569 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 4 fevral 2019-cu il tarixli 2019/00528 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehin ekspertiza qarşısında qoyulmuş sual üzrə müqavilənin müddətinin bitdiyi, yəni xx.xx.2021-ci il tarixə olan ödənişlər nəzərə alınmaqla iddiaçıya olan borcu 23.756,19 manat məbləğdə müəyyən edilmişdir, o cümlə dən: əsas borc üzrə 17.583,29 manat; faiz borcu üzrə 6.172,90 manat müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış 4 fevral 2019-cu il tarixli 2019/00528 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, həmin müqaviləyə əsasən cavabdehdən onun xeyrinə 15 noyabr 2021-ci il tarixə yaranmış 41.986,26 manat məbləğində (18.019,76 manat əsas borc, 15.872,40 manat faiz borcu və 8.094,10 manat dəbbə pulu) məbləğdə borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan qeyri-yaşayış sahəsinə yönəldilərək, açıq hərracdan satılması və borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 ay ərzində ipoteka predmeti olan qeyri-yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4472/2021 nömrəli iş üzrə 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilimiş, cavabdeh ilə iddiaçı arasında bağlanmış 04 fevral 2019-cu il tarixli 2019/00528 nömrəli kredit müqaviləsi ləğv edilmiş, cavabdehdən kredit müqaviləsi üzrə 18.019,76 manat əsas borc, 15.872,40 manat faiz borcu və 804 manat cərimə borcu olmaqla, cəmi 34.696,16 manat iddiaçının xeyrinə tutulması, tələinb cavabdehə məxsus ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin ilkin (likvid) qiyməti 100.000 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcunun ödənilməsi, ipotekaya qoyulmuş cavabdehə məxsus olan ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış sahəsinə tutma yönəldikdən sonra əmlak satıldıqda ən geci 1 ay ərzində mənzildə qeydiyyatda olan cavabdehin mənzildən çıxarılması və həmin mənzilin onun tərəfindən boşaldılması, iddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 50%, yəni 15 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan 50%, yəni 15 manat iddiaçıya aid edilməsi, eyni zamanda 300 manat qiymətləndirmə xərcinin 50%, yəni 150 manat Cavabdeh, 50%, yəni 150 manat iddiaçıdan tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

7. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razıl aşmayan cavabdeh ondan apellyasiya şikayəti vermişdir.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2463/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Qürbət Əsgərov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi 4 fevral 2019-cu il tarixli 2019/00528 nömrəli kredit müqaviləsi üzrə 18.019,76 manat əsas borc, 15.872,40 manat faiz borcunun tutulması hissəsində dəyişdirilməklə, əsas borc 17.583,26 manat, faiz borcu isə 6.172,90 manat müəyyən edilmişdir. c) Kassasiya instansiyası məhkəməsində icraat

9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti vermişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kol legiyasının 2(102)-97/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır.

11. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyinə görə, “Hazırki iş üzrə cavabdeh apellyasiya şikayətində qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsini xahiş etsə də, apellyasiya şikayətindəki dəlilləri borc məbləğinin düzgün hesablanmaması, ipoteka qoyulmuş əmlakın boşaldılması hissəsi ilə bağlı olmuş, borcun qətnamə ipoteka predmetinə yönəldilməsi, ipotekanın satış qiyməti və s. hissələr barədə hər hansı dəlil irəli sürülməmişdir.

12. Apellyasiya məhkəməsi isə qətnaməni iddi anın təmin edilən hissədə yoxladığını, qeyd etmiş, bu zaman yalnız əsas borc və faiz məbləğinin dəyişdirilməli olduğu qənaətinə gəlmiş, apellyasiya şikyətindəki dəlillərə əhəmiyyət vermədən ipoteka predmeti qeyriyaşayış sahəsi olduğu halda, birinci instansiya məhkəməsinin qətnaməsində yol verdiyi səhvi təkrarlamaqla, “əmlak satıldıqda ən geci 1 ay ərzində mənzildə qeydiyyatda olan cavabdehin mənzildən çıxarılması və həmin mənzilin onun tərəfindən boşaldılması”hissəsində qətnaməni düzgün hesab etmiş, qətnamənin əsas borc və faiz məbləği istisna olmaqla, iddianın təmin edilən digər hissələrinin dəyişdirilmdən saxlanılmalı olduğunu əsaslandırma hissəsində göstərmiş, nəticə hissəsində isə yalnız əsas borc və faiz hissəsində qətnaməni dəyişdirmiş, qalan hissələrə münasibət bildirməmişdir.” d) A pellyasiya instansiyası məhkəməsində ikinci icraat

13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2476/2023 nömrəli iş üzrə 11 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Sabit Bəhrəmzadə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, cavabdehdən kredit müqaviləsi üzrə 17.583,26 manat əsas borc, 6.172,90 manat faiz borcu və 800 manat cərimə borcu olmaqla, cəmi 24.556,16 manat pulun iddiaçının xeyrinə tutulması, tələbin cavabdehə məxsus olan ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanda olan 5 mərtəbəli binanın zirzəmisində yerləşən 56,90 kvadrat metr ümumi sahəd ən ibarət qeyriyaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin ilkin (likvid) qiymətinin 100.000 manat olmaqla, açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcunun ödənilməsi, cavabdehin ona məxsus olan ünvan 1 ünvanda olan 5 mərtəbəli binanın zirzəmisində yerləşən 56,90 kvadrat metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması, iddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 50 faizinin, yəni 15 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan 50 faizinin, yəni 15 manat pulun iddiaçıya aid edilməsi, 300 manat qiymətləndirmə xərcinin 50 faizinin, yəni 150 manatının cavabdehdən, 50 faizinin, yəni 150 manat pulun iddiaçıdan tutularaq "xxxx" MMC-yə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pulun 50 manatının cavabdehdən, 50 manatının isə iddiaçıdan tutularaq dövlət büdcəsinə köçürülməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun apellyatorun özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “İşin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı "xxxx" MMC tərəfindən xx.xx.2021-ci ildə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi-iddianın həcminin artırılması barədə ərizə təqdim edilsə də, həmin məhkəmə iclasında cavabdeh tərəf iştirak etməmiş, məhkəmə tərəfindən iddianın həcminin artırılması barədə ərizənin cavabdehə təqdim edilməsi təmin olunmamış, bununla da çəkişmə prinsipinin şərt ləri pozularaq prosesssual pozuntuya yol verilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı "xxxx" BOKT MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmış və "xxxx" BOKT MMC-si tərəfindən illik 30 % olmaqla 24 ay müddətinə Cavabdeh 23000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi ilə özünə məxsus ünvan 2 ünvanında olan 5 mərtəbəli binanın zirzəmisində yerləşən 56.90 kv.m ümumi sahəsindən ibarət qeyri-yaşayış sahəsini BOKT qarşısında ipoteka ilə yüklü etmişdir.... Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin kredit borc u üzrə əsas və faiz borcu ekspertiza rəyində göstərilən məbləğdə nəzərə alınmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi əsas və faiz borc məbləği üzrə maliyyə arayışı iddiaçı tərəfin subyektiv mülahizəyə əsaslanır və iddiaçının mövqeyini əks etdirir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən 04 fevral 2019-cu il tarixli kredit müqaviləsi üzrə Banka ödənilməmiş əsas borcu 17583,29 manat, faiz borcunun məbləği isə 6172,90 manat müəyyən edilməlidir.... İşin faktiki hallarıdan göründüyü kimi cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyindən iddiaçı tələbin ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsini iddia etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti "xxxx" MMC-si tərəfindən verilmi ş 24 sentyabr 2021-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatda göstərilən - 100000 manat müəyyən edilməlidir. Belə ki, işin araşdırılmış halları ilə ipoteka predmetinin dəyərinin həmin məbləğdən fərqli qiymətə olması müəyyən edilməmişdir.... Lakin Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi - tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi hissəsində əsassız olmuşdur. Belə ki, tərəflər arasında kredit müqaviləsi 04 fevral 2019-cu il tarixdə bağlanmış və "xxxx" BOKT MMC tərəfindən illik 30 % olmaqla 24 ay müddətinə Cavabdeh 23000 manat məbləğində kredit verilmişdir. Göründüyü kimi kredit müqaviləsi 24 ay müddətinə bağlanmış və hazırda həmin müqavilənin qüvvədə olma müddəti bitmişdir. Qüvvədə olmayan müqavilənin ləğv edilməsi isə qanunvericilikdə nə zərdə tutulmamışdır.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

16. Kassasiya şikayətinin dəlillərinə görə, tərəflər arasında bağlanmış 04 fevral 2019-cu il tarixli 2019/00528 nömrəli kredit müqaviləsinin müddəaları ekspert tərəfindən nəzərə alınmamış və nəticə olaraq ekspert tərəfindən həmin kredit müqaviləsi üzrə borc məbləği düzgün hesablanmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Konstitu siyası: Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 19. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müq avilə olmalıdır; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; Maddə 445.1. İcranı gecikdirmiş borcl u gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götü rür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həm in sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır; Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; Maddə 106.1. İşdə iştirak edən ş əxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.

1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qə rardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Kassasiya şikayətində qətnamənin borc məbləği hissədə qismən ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı yalnız həmin hissədə və şikayətdə irəli sürülən dəlillər üzrə yoxlanılır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətlərinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.

26. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin kredit müqaviləsinin müddəalarının ekspert tərəfindən nəzərə alınmaması və ekspert tərəfindən kredit müqaviləsi üzrə borc məbləğinin düzgün hesablanmaması bərədə dəlili əsassızdır. Belə ki, iş üzrə alınmış ekspert rəyində aparılmış tədqiqatların təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilmişdir, rəyin mötəbər sayılmaması hər hansı hal işdən müəyyən edilmir. Şikayətdə də borc məbləğinin düzgün hesablanmamasının nədə ifadə olunması, borcun əslində nə qədər olmalı və necə hesablanmalı olması konkretləşdirilməmişdir

27. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.

28. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2476/2023 nömrəli iş üzrə 11 aprel 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılsın. İddiaçı "xxxx" BOKT MMC-nin kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar