Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3005/2019 03.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinin Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasın ın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsi Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinəqarşı “əmək stajı hüquqi faktının müəyyən edilməsinə dair” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 03 avqust 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən A.Rzayev, iş 2(001)-6463/2018) iddia təmin edilmiş, Ərizəçi sosial sığorta stajının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilərək Ərizəçi 24 iyun 1973-cü il tarixdən 01 dekabr 1993-cü il tarixə kimi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin Füzuli Aqrokombinatının Aşağı Rəfədinli kəndində yerləşən K.Marks adına kolxozda kolxozçu vəzifəsində işləməsi faktı və 1994-cü ildən bu günə kimi, yəni 03 iyul 2018-ci il tarixə kimi 1-ci qrup əlil, yataq xəstəsi olan X2 qulluq etməsi faktının müəyyən edilməsi və həmin müddətin ona iş stajı kimi hesablanması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər V.Həsənov(sədrlik edən və məruzəçi), hakimlər Ş.Məmmədova, N.Cəfərov, İş № 2(103)-978/2019) iş üzrə Bakı şəhər i Binəqədi rayon məhkəməsinin 03 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Məhkəmə iclasında vəkilsiz i ştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq Ərizəçi izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Ka ssasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iş materiallarında olan İT № ****** * saylı əmək kitabçasına əsasən, Ərizəçi 24 iyun 1973-cü il tarixdən 01 dekabr 1993-cü il tarixə kimi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin Füzuli Aqrokombinatının Aşağı Rəfədinli kəndində yerləşən K.Marks adına kolxozda kolxozçu vəzifəsində çalışmış, işdə olan şahid ifadələrinə əsasən Ərizəçi 1994cü ildən bu günə kimi, yəni 03 iyul 2018-ci il tarixə kimi 1-ci qrup əlil, yataq xəstəsi olan X2 qulluq faktını tanımasıilə bağlı sosial sığorta stajı faktı apelyasiya instansiyası məhkəməsi tərəfindən tanınmışdır. Ərizəçi 24 iyun 1973-cü il tarixdən 01 dekabr 1993-cü il tarixə kimi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin Füzuli Aqrokombinatının Aşağı Rəfədinli kəndində yerləşən K.Marks adına kolxozda kolxozçu vəzifəsində işləməsi faktı və 199 4-cü ildən bu günə kimi, yəni 03 iyul 2018-ci il tarixə kimi 1-ci qrup əlil, yataq xəstəsi olan X2 qulluq etməsi faktının müəyyən edilməsi ilə bağlı sosial sığorta stajı müəyyən olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307, 308, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci, 30.1-ci, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununa əsasən əmək pensiyaları nın təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydalarının” 2.5-ci, "Əmək pensiyaları haqqında" 07.02.2006-cı il tarixli Azərbaycan Respublikası qanunun 21.2.4-cü maddələrini tətbiq etmişdir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələbinə görə, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydalarının” 2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlə r üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. "Əmək pensiyaları haqqında" 07.02.2006-cı il tarixli Azərbaycan Respublikası qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququn un müəyyən edilməsi zamanı nəzərə alman iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “...aşkar olan haldır ki, ərzəçinin işlədiyi Füzuli rayon Aşağı Rəfədinli kə ndi işğal altındadır, əmək stajının təsdiq edilməsinə dair sənədin ərizəçidən tələb edilməsi düzgün hesab edilə bilməz. Həmin sənədlərin əmək fəaliyyətini yerinə yetirdiyi kolxozda olması səbəbindən ərizəçinin işğal zamanı onu çıxarmaq imkanı olmamış və ola da bilməzdir. Ərizəçi özlüyündə belə sənədi təsdiq etmək imkanına malik ola bilməz. Ərizəçinin işlədiyi müddət üçün əmək stajını təsdiq edən sənədləri təqdim etmək vəzifəsi bu sahədə funksiyasını yerinə yetirən qurumun vəzifəsi olmasına baxmayaraq bu vəzifəni yerinə yetirmədiyinə görə ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi ərizəsində göstərdiyi faktın təsdiq olan sübutlarını təqdim etmiş, lakin ondan asılı olmayan səbəbdən həmin faktın qarşılıqlı olaraq yoxlanması mümküsüzdür. Müvafiq orqanda ərizəçinin əmək stajı ilə bağlı məlumatların saxlanmaması onun ərizəsinin təmin edilməməsinə əsas ola bilməz. Maraqlı şəxs qətnamənin tam ləğv olunmasını xahiş etmiş olsa da əlillik dərəcəsi olan şəxsə qulluq edilməsi ilə bağlı əmək stajının müəyyən olunmasına dair hissə ilə bağlı hər hansı dəlil göstərməmişdir”. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsi kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasının əsası kimi ona istinad etmişdir ki, “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılm ası Qaydalarının 4.2.7 bəndinə zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanılması göstərilmişdir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə görə sığortaolunanlanın qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alman sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanlann qazanılmış əmək pensiyası hüquqlannm nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: Qaydaların 3.1.1-ci bəndinə görə Qa nunun qüvvəyə mindiyi günədək sığortaolunanlann qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. "Vətəndaşların pensiya təminatı haqqında".AR Qanununun 69-cu maddəsində iş stajının təsdiq edilməsi qaydası nəzərdə tutulmuşdur.İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə, və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajının sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” AR Qanununa əsasən, “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”-nın 3.1.1-ci bəndi qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı “Əmək kit abçasına” əsasən müəyyən edilir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşır. Məhkəmə kollegiyası vurğulayır ki, “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları”nın 3.4 – cü bəndinə əsasən əmək fəaliyyəti barəsinə sənədlər üzrlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o, cümlədən qaçqın və məcburi köçkünlərin) sosial stajı məhkəmə qaydasında müəyyən olunur. İş materiallarından da göründüyü kimi vətəndaşın əmək kitabçası mövcuddur (iş m. səh. 6). Vətəndaşın əmək kitabçasının olması onun sosial sığorta stajının məhkəmə tərəfind ən qeydə alınması faktını istisna edir. Məhkəmə kollegiyası izah edir ki, vətəndaş ilk öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fonduna müraciət etməli idi. Əgər DSMF əmək stajı faktını qeydiyyata almaqdan imtina edərsə o zaman həmin imtinanı inzibati-iqtisadi məhkəmədə mübahisələndirə bilər. Azərbaycan Respublikasinin inzibati prosessual məcəlləsinin 2.2.2-ci bəndinə görə, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu baxımdan Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Həmin maddi pozuntular iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən, Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin məcəllənin 418.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yan var 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2019-cu il tarixli il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3005/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3005/2019
03.05.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver