Məhkəmə qərarları › İş №2(102)-3005/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3005/2020

22.07.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3005/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)4087/2019 saylı qətnaməsindən ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Ə.Mehdiyev, iş № 2(004)-560/2019) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası təmin edilərək onun ünvan 1 saylı evin “B” tikilisində onun mülkiyyətin də olan 2 otağına köçürülməsi, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı ünvan 1 ünvanına dair X9 və İddiaçı verilmiş vərəsəlik şəhadətnamələrinin və onların əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi, mənzilin istifadələrində olan hissəsinə Cavabdeh1 mülkiyyət hüququnun tanınması və həmin hissədə adına çıxarışın verilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ş.Cavabdeh2, V.T.Həsənov və X.Ə.Sarıyev) ilkin iddia tələbi üzrə cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilkin iddia tələbi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Akif qızına münasibətdə dəyişdirilmədən saxla nılmışdır. İşin halları: N küçəsində yerləşən və ümumi sahəsi 132,6 kv.metr olan fərdi yaşayış evinin “B” tikilisindən 2 otağı X2, “B” tikilisindən 1 otaq X6, “A” tikilisindən 1 otaq X1, “A” tikilisindən 1 otaq X7, “B” tikilisindən 2 otaq İddiaçı məxsusdur. Həmin şəxslərin evə dair paylı mülkiyyət hüquqları xx xxxxx 2018-ci il tarixli Dövlət Reyestrindən Çıxarışla dövlət qeydiyyatına alınmışdır. 2018-ci ilin oktyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Nda yerləşən evin “B” tikilisindən 2 otağın mülkiyyət hüququ əsasında ona məxsus olmasına baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus iki otaqda yaşamalarını əsas göstərməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən ona məxsus 2 otağa köçürülməsinə dair qətnamə qəbul edilməsini xah iş etmişdir. Həmin iddia tələbi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia verərək 36 saylı evin bir otağının X3 tərəfindən 1956-cı ildə razılaşma əsasında Cavabdeh1 nənəsi Asya Məmmədovaya satılmasını, həmin otağın valideynləri tərəfindən sökülərək hazırda yaşadıqları iki otağın tikilməsini və Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2000-ci il tarixli qətnaməsi ilə həmin iki otağa istifadə hüquqlarının tanınmasını və s. əsas göstərməklə həmin tikiliyə X4 adına verilmiş xx xxxxxx 1996-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş Dövlət Reyestrindən Çıxarışın, xx xxxx 2018-ci il tarixdə İddiaçı adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş xx xxxxx 2018-ci il tarixli Reyestrdən Çıxarışın etibarsı z hesab edilməsi və yaşadıqları sahəsi 20,8 kv.metr olan iki yaşayış otağına, 5,2 kv.metr köməkçi sahəyə, sahəsi 6,20 kv.metr olan mətbəxə və 12,0 kv.metr həyətyanı torpaq sahəsinə Cavabdeh1 mülkiyyət hüququnun tanınması və adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İlk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kasasiya şikayəti verərək qətnamənin işin faktiki hallarına və sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını və s. əsas göstərməklə ləğv edilməsini, iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Kasasiya kollegiyasının iclasında ilk iddia üzrə cavabdehlər və onların vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayı r. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, evin “B” tikilisinin 2 otağı X8 məxsus olmuş və iddiaçı həmin sahəyə əri Nin ölümündən sonra vərəsəlik qaydasında mülkiyyət hüququ əldə etmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərardadına əsasən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, “B” tikilisinin 2 otağı Nların faktiki istifadəsində olan mənzilə aid deyildir. Mübahisəli iki otağın əvvəllər Nin mülkiyyətində olması sonra İddiaçı mülkiyyətinə vərəsəlik qaydasında keçməsi iş materialları ilə təsdiq olunmaqla həmin hərəkətlər qanunun tələbinə uyğun olduğundan, bu barədə olan şəhadətnamələrin və reyestrdən çıxarışların etibarsız sayılması üçün əsaslar olmamışdır. A zərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İddiaçı mülkiyyət hüq uqu ilə ona məxsus olan əmlaklardan istədiyi kimi istifadə etmək hüququna malik olduğundan, o, mülkiyyətində olan yaşayış sahəsinə köçürülməsini tələb etməkdə haqlı olmuş və məhkəmə kollegiyası düzgün olaraq onun iddiasını təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Məmmədovlar tərəfindən irəli sürülən dəlillər qarşılıqlı iddianın təmin edilməsi üçün əsas vermədiyindən, kollegiya hesab edir ki, qarşılıqlı iddianın rədd edilməsi qanuni və əsaslı olmuşdur. Kollegiya göstərilənlərlə əlaqədar apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə əməl edilməklə çıxarıldığından kasasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar