Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3005/2022 07.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk iddiası və Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: nikah müddətində əldə olunmuş əmlakdan payın müəyyən edilməsi, mənzildən istifadə hüququna xitam verilərək, mənzildən çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilərək çıxarılma tələbinə dair ilkin iddiası və Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə ə ldə edilmiş əmlakın bölünməsi tələbinə dair qarşılıqlı iddia tələbi üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10502/2021 nömrəli, 23 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 7 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər 3 fevral 2018-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuş, 21 may 2020-ci il tarixdə nikahları pozulmuşdur.
2. İddiaçı xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Gəncə prospekti ev 20A, 19 nömrəli mənzili alğı-satqı müqaviləsi əsasında X2 37600 manata almışdır. Həmin mənzil üzərində İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır.
3. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 8-ci döngə, 20 a saylı fərdi yaşayış evinin özünə aid hissəsini iddiaçı ilə nikaha daxil olanadək, yəni xx.xx.2017ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında 35.000 manata X1. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında yerləşən 19 saylı mənzildən cavabdehin istifadə hüququna xitam verilməsi, bu xitamın cavabdehin həmin ünvandan pasport qeydiyyatından çıxarılması üçün əsas hesab edilərək, mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Türkiyə Respublikasının vətəndaşıdır, 25 ildir ki, İsveçrə dövlətində yaşayır. Cavabdeh ilə xx.xx.2018-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan övladları yoxdur. Lakin rəsmi nikaha daxil olmadan öncə cavabdeh özünə aid bir evin olmadığını və kirayədə yaşamaq istəmədiyini bildirərək ayrı bir mənzilin alınmasını israrla tələb etmiş, mənzil alınmadığı təqdirdə ailəsinin bu nikaha icazə verməyəcəyini bildirmişdir. Beləliklə xx.xx.2018-ci il tarixdə (rəsmi nikaha daxil olmadan 4 gün öncə), Bakı şəhərində ev almaq üçün İsveçrənin Glarus şəhərində yerləşən “Glarner Kantonalbank”dakı öz hesabından 23.600 Frank (kurs 1.16 Avro ilə 20.344 avro) pulu çıxararaq, özü ilə Bakı şəhərinə gətirmişdir (bankdan rəsmi çıxarış mövcuddur). Həmin zamana olan məzənnə ilə 20.344 avro Azərbaycan manatı ilə 38.000 manat edirdi. xx.xx.2018-ci ildə tərəflər rəsmi nikaha daxil olurlar. Bundan 2 gün sonra yəni xx.xx.2018-ci il tarixdə 52 saylı DNK-nun 4Ə/124 reyestr nömrəsi ilə Bakı şəhəri, Xətai rayonu, mənzil 19-da yerləşən 43.8 kv.m-dən ibarət olan 2 otaqlı mənzilin alğı-satqısı baş tutur, (mənzil təqribi 38.600 manata alınmışdır). Mənzilin alğı-satqı prosesində özü iştirak edib və mənzilin dəyərini özü ödəyib. xx.xx.2018-ci il tarixdə DƏDRX-də mənzilin çıxarışı onun adına rəsmiləşdirilmişdir. Mənzil təmirsiz idi. Mənzilin təmirinə də xərclənən pul vəsaiti özü tərəfindən ödənilmişdir. O, İsveçrədə yerləşən “Glarner Kantonalbank”dakı öz hesabından 5.771 frank və 1500 avro, 2000 ABŞ dolları pul vəsaitini bankdan çıxararaq, ayrı-ayrı vaxtlarda, qısa müddət ərzində Cavabdeh göndərmişdir. Yəni, mənzilin satın alınmasından ə lavə, mənzilin təmirinə də xərclənən pul vəsaiti onun şəxsi hesabından ödənilmişdir. Nikahları xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-673/2020 saylı qətnaməsi ilə pozulmuşdur. Hal-hazırda cavabdeh ona məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 20, mənzil 19 da qeydiyyatdadır və orada yaşayır. Cavabdehlə həm rəsmi, həm faktiki bütün qohumluq münasibətləri bitmişdir. Lakin özünə məxsus əmlakdan istifadə edə bilmir və sərəncam verə bilmir. Belə olan halda mülkiyyət hüquqları məhdudlaşır, məhz buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Mübahisəli mənzil birgə nikah müddətində rəsmiləşdirilsə də, həmin əmlakın ümumi əmlak hesab edilməsi üçün bu hal kifayət deyildir. Belə ki, həmin əmlak həm də ər-arvadın, yəni mövcud halda Cavabdeh və onun nikahı dövründə onların ümumi gəliri hesabına əldə edilməmişdir.
6. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, qarşı tərəfin iddia ərizəsində iddiaçının Bakı şəhərində ev almaq üçün İsveçrənin Glarus şəhərində yerləşən “Glarner Kantonalbank”dakı hesabından 23.600 frank pulu çıxararaq özü ilə Bakı şəhərinə gətirməsi (bankdan rəsmi çıxarışın mövcud olması qeyd olunaraq) qeyd olunsa da, iddia ərizəsinə həmin çıxarış əlavə edilməmişdir. İddia ərizəsində qeyd olunduğu kimi 23.600 frank pulun, yəni 10.000 ABŞ dolları ekvivalentindən yuxarı məbləğdə ölkəyə gətirilməsi üçün «Sərnişin gömrük bəyannaməsi» və «Gömrük vəsiqəsi» ilə rəsmiləşdirilməsi barədə sənəd təqdim edilməlidir, Qanunun həmin tələblərinin yerinə yetirilməməsi, yəni qeyd olunan məblə ğin bəyannamədə göstərilmədən ölkə ərazisinə gətirilməsi isə cinayət məsuliyyəti yaradır. Lakin iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunan məbləğ ölkəyə gətirilərkən bəyan edilməsi barədə sənəd məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, iddia ərizəsində mənzilin təmirinə xərclənən pul vəsaitinin İsveçrədə yerləşən “Glamer Kantonalbank”dakı hesabından 5.771 frank və 1500 avro, 2000 ABŞ dolları pul vəsaitini ayrı-ayrılıqda qısa müddət ərzində ona göndərilməsi qeyd olunsa da, mənzil alındığı xx.xx.2018-ci il tarixdən sonra iddiaçı tərəfindən ona qeyd olunan məbləğlər göndərilməmişdir. Həmin hal onun bank kartına mədaxil olmuş məbləğlərlə bağlı çıxarışla da təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Daha sonra Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Gəncə prospekti ev 20A, 19 nömrəli mənzilin 2/3 hissəsinə mülkiyyət hüququnun tanınaraq, həmin əmlakın 2/3 pay nisbətində bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə rəsmi nikaha xx.xx.2018-ci il tarixdə girsə də, fakitiki olaraq xx.xx.2017-ci il tarixdə toyları olmuş və faktiki olaraq həmin tarixdən də ər-arvad münasibətində olmuşlar. Rəsmi nikaha toydan 4 ay sonra girmələrinin səbəbi, keçmiş həyat yoldaşının Türkiyə Cümhuriyyətinin vətəndaşı olduğundan sənədləşmə işlərinin yubanması ilə bağlı olmuşdur. İddiaçı Bilal oğlu ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikah a girdikdən sonra xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Gəncə prospekti ev 20A, 19 nömrəli mənzili almışlar. Belə ki, ailə qurmamışdan öncə valideynləri rəhmətə getmiş, valideynlərindən qalan mənzil qardaşı X3 və onun mülkiyyətinə keçmişdir. Ailə qurduğuna görə keçmiş həyat yoldaşının evi olmadığından ev almaq məqsədilə valideynlərindən qalan Bakı şəhəri, Xətai rayonu G.Şıxlinski küçəsi 8-ci döngə, ev 20 a mənzilin özünə aid hissəsini 35.000 manata xx.xx.2017-ci il tarixdə, yəni faktiki nikahdan 1 ay sonra satmışdır. Bundan başqa, ailə qurduğuna görə keçmiş həyat yoldaşı ilə planlaşdırdıqları kimi onun yaşadığı ölkəyə gedəcəklərindən işdən çıxdığına görə xx.xx.2018-ci il tarixdə 1545 manat da işdənçıxma müavinəti almışdır. Həmçinin, toylarından da 2000 manatadək pul yığılmışdır. Faktiki ni kahdan, yəni xx.xx.2017-ci il tarixdən 1 ay sonra xx.xx.2017-ci il tarixdə özünə məxsus evi satması, həmçinin rəsmi nikahdan öncə işdən çıxma müavinəti alması, mübahisəli mənzili isə rəsmi nikahdan 3 gün sonra alması iddia ərizəsinə əlavə etdiyi sənədlərlə, həmçinin məhkəməyə gələcək şahid ifadələri ilə sübut olunur. Beləliklə, mənzilin alınması üçün mənzilin ümumi dəyərinin 21.000 manatı onun tərəfindən, qalan hissəsi isə iddiaçı tərəfindən ödənilmişdir. Mənzilin dəyərinin çox hissəsinin onun tərəfindən ödənilməsinə baxmayaraq, iddiaçının adına almaqda məqsədləri onun gələcəkdə Azərbaycan Respublikası vətəndaşlığını qəbul etmək istəyi olmuşdur. Bundan başqa, mənzil tam təmirsiz olduğundan mənzil təmir olunanadək 2-3 ay müddət qardaşının evində yaşamışlar. Evin təmiri də özünün vəsaiti ilə həyata keçirilmiş, hətta evin əşyalarının alınması üçün özünə məxsus zinət əşyalarından da satmış və özünə məxsus evin satış pulu, işdənçıxma müavinəti və toydan yığılan pullar hesabına evi alıb və təmir etdirmişlər.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4529/2021 nömrəli, 5 avqust 2021ci il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev) ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, birgə nikahları dövründə əldə edilmiş Bakı şəhəri, Gəncə prospekti ev 20A, 19 nömrəli mənzilin üzərində 1/2 hissədə iddiaçı Cavabdeh, 1/2 hissədə cavabdeh İddiaçı payları müəyyən edilməklə, mülkiyyət hüquqlarının tanınması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsinin ilk iddianın təmin edilməməsi barədə mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı mübahisəli mənzilin y alnız onun vəsaiti hesabına əldə olunması və təmir olunmasını iddia etsə də, bu barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.
11. Qarşılıqlı iddianın təmin edilməyən hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh qeyd olunan mənzilin onun hesabına təmir olunmasını göstərərək, mənzilin üzərində payların qeyri-bərabər müəyyən olunmasını xahiş etsə də, tələbini əsaslandıra bilməmişdir.
12. Qarşılıqlı iddianın təmin edilən hissəsində məhkəmə qeyd etmişdir ki, mübahisəli əmlakın tərəflər arasında qeyri-bərabər bölünməsi üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulmuş şərtlərin mövcud olmamasını nəzərə alınmaqla, Bakı şəhəri, Gəncə prospekti ev 20A, 19 nömrəli mənzilin üzərində 1/2 hissədə iddiaçı Cavabdeh, 1/ 2 hissədə cavabdeh İddiaçı payları müəyyən edilməlidir.
13. Məhkəmə öz mövqeyini xx.xx.2009-cu il tarixdək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü, Mülki Məcəllənin 228.1, 228.2, 228.5-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli qərarı, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1, 32.2.2, 36.1, 36.2, 36.3, 37.1, 37.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyas ı məhkəməsindəki icraat
14. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, araşdırılmalı olan hallar araşdırılmamışdır.
16. Qətnamədən həmçinin qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, qarşılıqlı iddiaya dair hissəsinin ləğv edilməsi, qarşılıqlı iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Cavabdeh apellyasiya şikayətini qarşılıqlı iddia ərizəsində göstərilən eyni əsaslara istinadla əsaslandırmışdır.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər R.M.Həsə nov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) 2(103)-10502/2021 nömrəli, 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə ilk iddianın təmin edilməsi, ilk iddia üzrə Cavabdeh Bakı şəhəri Xətai rayonu Gəncə prospekti ev 20A, 19 saylı mənzildən istifadə hüququna xitam verilməsi və onun həmin mənzildən çıxarılması qət edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki: «sözügedən mənzilin tərəflərin ümumi gəlirləri hesabına əldə edilib-edilməməsi işin mübahisələndi rilən halıdır.
20. Məhkəmə kollegiyası hesab edir ki, həm ilk, həm də qarşılıqlı iddiaların düzgün və obyektiv həlli üçün ilk növbədə mübahisəli mənzilin tərəflərin birgə nikahı dövründə əldə edilmiş əmlak olub-olmaması araşdırılmalıdır. Tərəflərin verdikləri izahatlardan görünür ki, həm ilk, həm də qarşılıqlı iddiaçı mənzilin faktiki olaraq birgə nikah dövründə qazanılmış vəsait hesabına əldə edilmədiyini qəbul edirlər. Belə ki, ilk iddiaçı ümumiyyətlə, həmin vəsaitin hamısının ona məxsus olduğunu, mənzilə görə ödənilmiş məbləği mənzil əldə edilməmişdən bir neçə gün əvvəl İsveçrədə öz bank hesabından çıxararaq Bakıya gətirdyini və burada Azərbaycan manatına çevirərək mənzili əldə etdiyini bildirir. Qarşılıqlı iddiaçı isə mübahisəli mənzili əldə etməmişdən təxminən üç ay əvvəl qardaşı il ə birlikdə paylı mülkiyyətlərində olan mənzilin özünə aid ½ hissəsini satdığını və əldə etdiyi vəsaitin 21.000 manatını bu evin alınmasına sərf etdiyini bildirmişdir. Konstitusiya Məhkəməsinin 21 dekabr 2012-ci il tarixli qərarındakı hüquqi mövqeyə görə, hazırkı mübahisəli mənzilin tərəflərin birgə nikah dövründə əldə etdikləri birgə mülkiyyət hesab edilməsi üçün ilk növbədə həmin əmlakın birgə nikah müddətində, daha sonra isə tərəflərin ümumi gəlirləri hesabına əldə edilməsi sübuta yetirilməlidir.
21. Qeyd edildiyi kimi, tərəflər nikaha xx.xx.2021-ci ildə daxil olmuşlar, mübahisəli mənzilin alğı-satqı müqaviləsi isə xx.xx.2021-ci ildə rəsmiləşdirilmişdir. Göründüyü kimi, təqvim hesabı ilə mübahisəli mənzil tərəflər nikaha daxil olduqdan iki gün sonra əldə edilmişdir, bu səbəbdən də mənzil tərəflərin birgə nikahda olduqları müddətdə əldə edilmiş hesab edilməlidir.
22. Buna baxmayaraq, iş materiallarından da göründüyü kimi, həmin mənzilin alqısatqısı ilə bağlı notariat hərəkətləri xx.xx.2021-ci ildə başlanmış, mənzilin dəyərinin tam ödənilməsi də xx.xx.2021-ci ildə, tərəflərin rəsmi nikaha daxil olduqları gün həyata keçirilmişdir. Tərəflər özləri də mənzilə görə ödənilmiş pul məbləğinin onların birgə vəsaiti olmadığını, bu vəsaiti nikaha daxil olmamışdan əvvəl əldə etdiklərini bildirmişlər.
23. Bütün qeyd edilənlər onu deməyə əsas verir ki, mübahisəli mənzil ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməmişdir.
24. Yaranmış vəziyyətdə mənzilin əldə edilməsinə sərf edilmiş vəsaitin 21.000 manat hissəsinin ona məxsus olmasını sübut etmək vəzifəsi qarşılıqlı iddiaçının üzərinə düşür. Bununla bağlı qarşılıqlı iddiaçı mübahisəli mənzilin alınmasından təxminən üç ay əvvəl özünə 1⁄2 payla məxsus olan mənzildəki payının satışından gəlir əldə etməsinə və əldə etdiyi həmin gəlirdən 21.000 manat vəsaitin mübahisəli mənzilin alınmasına sərf etməsinə istinad etmişdir.
25. İş materialları ilə həqiqətən də, qarşılıqlı iddiaçı Cavabdeh xx.xx.2017-ci ildə bağlanmış alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 8ci döngə, 20A saylı fərdi yaşayış evinin özünə aid hissəsini 35.000 manata satdığı müəyyən olunur. Lakin qarşılıqlı iddiaçı bu alğı-satqıdan əldə etdiyi vəsaitin bir hissəsini mübahisəli mənzilin alınmasına sərf etdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.
26. Məhkəmə kollegiya işin hallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab etdir ki, Bakı şəhəri, Gəncə prospekti ev 20A, 19 nömrəli mənzilin ilk İddiaçı ilə qarşılıqlı iddiaçı Cavabdeh ümumi gəlirləri hesabına əldə edilməsi sübut olunmur. Bu səbəbdən mübahisəli mənzil tərəflərin birgə nikah dövründə əldə etdikləri ümumi birgə mülkiyyəti deyil, ilk İddiaçı mülkiyyəti hesab edilməlidir və iddia tələblərinə hüquqi qiymət verilərkən bu hal nəzərə alınmalıdır.
27. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, tərəflər arasında nikah münasibətlərinə məhkəmə qətnaməsi ilə xitam verildiyindən, habelə mənzildən istifadə ilə bağlı tərəflərin arasında hər hansı başqa razılaşma olmadığından, qarşılıqlı iddiaçı Cavabdeh mübahisəli mənzildən istifadə hüququnu itirmiş hesab edilməlidir».
28. Eyni əsaslarla məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli mənzilin tərəflərin birgə əmlakı olması məhkəmə araşdırması zamanı sübuta yetmədiyindən həmin mənzilə pay hüququnun müəyyən edilərək bölünməsinə dair qarşılıqlı iddia tələbi əsassız olmuşdur.
29. Məhkəmə öz mövqeyini Ailə Məcəlləsinin, 32.1, 32.2.2, 36.1, 36.3, 37.1-ci, Mülki Məcəllənin 157.1, 157.2, 225.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012ci il tarixli qərarı, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tar ixli qərarı, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
31. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisəli mənzilin tərəflərin birgə nikah dövründə ümumi gəlirləri hesabına əldə edilmədiyini hesab edərək, yekunda belə bir əsassız və qanunsuz məhkəmə qətnaməsinin qəbul edilməsinə yol vermişdir. Məhkəmə sözügedən qətnaməsində tam yalnış olaraq göstərmişdir ki, tərəflər özləri də mənzilə görə ödənilmiş pul məbləğinin onların birg ə vəsaiti olmadığını, həmin vəsaiti nikaha daxil olmamışdan əvvəl əldə etdiklərini bildirmişlər. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu mövqe iş üzrə mövcud olan faktiki hallara, məhkəməyə təqdim edilmiş sübutlara uyğun olmamaqla yanaşı tərəflərin faktiki münasibətlərinə də uyğun gəlmir. Belə ki, məhkəməyə sözügedən mübahisəli mənzilin tərəflərin ümumi gəlirləri hesabına əldə edildiyinə dair sübutlar, təsdiqedici sənədlər təqdim edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. Prosessual məsələlər
33. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün ç ağırılmadan baxılmışdır.
34. Cavabdeh vəsatət verərək, işə məhkəmə iclasında baxılmasını xahiş etmiş, lakin məhkəmə kollegiyası vəsatəti təmin etməmişdirr. Çünki işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq
35. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə
30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən a ilə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşa yış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
36. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmu nu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmla ka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifa də etməlidir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
38. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
39. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
40. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini ehtiva etdiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş yenidən baxılması üçün göndərilməlidir.
43. Belə ki, iddiaçı ilkin iddia ərizəsində tələbini mülkiyyət hüququnun müdafiəsi barədə müddəalarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsi də cavabdehin mənzildən çıxarılması tələbinin həlli zamanı mülkiyyətin müdafiəsi barədə Mülki Məcəllənin 157-ci maddəsinin müddəalarına istinad etmişdir. Nəzərə alınmaldır ki, mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bi lər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Lakin mülkiyyətçinin bu hüquqları hüdudsuz deyildir. Mülki Məcəllənin 152.5-ci maddəsi həmin səlahiyyətlərin qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə, qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmamaq, yaxud hüquqdan sui-istifadə etmə olmadan həyata keçirilməsini tələb edir.
44. Ümumiyyətlə, mənzildən çıxarılma tələbi üzrə tərəflərin arasında yaranmış münasibətlər mənzildən istifadə üzrə yaranmışdır və bu mübahisənin həllinə də Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır.
45. Mənzil Məcəlləsinin 8-ci maddəsində deyilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil mü nasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir.
46. Həmin Məcəllənin 8.0.6-cı maddəsində mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsaslarından biri kimi mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi nəzərdə tutulmuşdur.
47. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.
48. Cavabdeh Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən iddiaçının ailə üzvü sayılırdı.
49. Bu baxımdan cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququ yaranmışdı və bu hüququn yaranması üçün başqa razılaşmanın olmasına ehtiyac yox idi. Ailə münasibətinin (iddiaçı ilə ər-arvad olmanın) mövcudluğu bu hüququn yaranması üçün qanuni əsas idi.
50. Mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verilməsi isə birmənalı olaraq cavabdehin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən çıxarılmasına əsas vermir.
51. Çünki Mənzil Məcəlləsinin 30.4-cü maddəsi yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hall ar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanılmasını mümkün sayır.
52. Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi Cavabdeh mənzildən çıxarılması barədə iddianı təmin edərkən, cavabdehin bu normaya əsasən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanmasını araşdırmamışdır. Nəzərə alınmalıdır ki, cavabdehin yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanması, bu barədə tələbin olub-olmamasında asılı olmayaraq məhkəmə tərəfindən araşdırılmalıdır.
53. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü mad dəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair» 22 yanvar 2015ci il tarixli qərardadında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, «yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər».
54. Konstitusiya Məhkəməsi daha son ra bildirmişdir ki, «mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olubolmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür».
55. Göründüyü kimi cavabdehin yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanması hüququ məhkəmə tərəfindən araşdırılmamış, işin həlli üçün əhəmiyyəti olan bütün hallar müəyyən edilməmişdir.
56. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin “mübahisəli mənzilin ərarvadın ümumi gəlirləri hesabına əldə edilməməsi” əsası ilə mənzilin tərəflərin birgə əmlakı sayılmasından imtina etməsi barədə gəldiyi nəticə üzrə işin halları tam araşdırılmamışdır.
57. Çünki Ailə Məcəlləsinin 35-ci maddəsi ər-arvadın hər birinin əmlakının onların birgə mülkiyyəti sayılmasını mümkün sayır. Bunun üçün dispozisiya şərti kimi nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulmasından (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) ibarətdir.
58. İddianın bu hissədə diqqətəlayiq işin halları ondan ibarətdir ki, tərəflər 3 fevral 2018-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuş, 21 may 2020-ci il tarixdə nikahları pozulmuşdur. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 8-ci döngə, 20 a saylı fərdi yaşayış evinin özünə aid hissəsini toy məclisindən sonra – lakin nikahları rəsmiləşdirilənə qədər, yəni xx.xx.2017-ci il tarixdə 35.000 manata satmışdır. Mübahisə predmeti olan mənzil isə xx.xx.2018-ci il tarixdə alınmış, mənzilin pulu xx.xx.2018-ci il tarixdə İddiaçı adından ödənilmişdir.
59. Göründüyü kimi tərəflərin mübahisəli mənzilin alğı-satqısına qədər, ailə qurmaq barədə qəti niyyətə əsaslanan münasibətləri formalaşmışdı. Həmin dövrdə onların mənzil almaq üçün birgə hərəkət etməsi tamamilə ağlabatandır. Mübahisəli mənzilin alınması ilə bağlı xx.xx.2018-ci il tarixli beh müqaviləsi nin cavabdehin qardaşı K.İsgəndərovla bağlanması isə bununla bağlı şübhələri tamamilə aradan qaldırır. İşin halları, cavabdehin mənzilin alınması üçün vəsait qoymaq iqtidarında olmasını da təsdiq edir. Çünki cavabdeh özünə məxsus mənzili xx.xx.2017-ci il tarixdə 35000 manat pula satmışdı. Həmçinin cavabdeh onun xx.xx.2018-ci il tarixədək əmək haqqı ilə bağlı ödənişlərə dair sübutları təqdim etmişdir.
60. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən qeyd etmişdir ki, qarşılıqlı iddiaçı mənzilinin alğı-satqsınıdan əldə etdiyi vəsaitin bir hissəsini mübahisəli mənzilin alınmasına sərf etdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.
61. Məhkəmənin bu yanaşması MPM-nin 77-ci maddəsinə əsaslanmaqla qanunidir. Lakin sual doğuran hal ondan ibarətdir ki, cavabdeh m übahisəli mənzilin alınması üçün ödənilmiş pulun (və ya onun bir hissəsinin) məhz cavabdehin öz mənzilini satmaqdan əldə etmiş vəsait olduğunu hansı sübutlarla təsdiq edə bilər və bu təcrübi olaraq mümkündürmü? İşə baxmış məhkəmə bu cür sübutu məhz hansı məlumatlarda görürdü və MPM-nin 14-cü maddəsində nəzərdə tutulmuş vəzifələrdən çıxış etməklə cavabdehə bu cür sübutu təqdim etməyi təklif etmişdirmi?
62. Bu baxımdan işin hallarına nəzərə salındıqda ümumiyyətlə görünür ki, iddiaçı mübahisəli mənzilin alınması üçün ödədiyi pulu xx.xx.2018-ci il tarixdə İsveçrədə bankdan çıxardığı 23600 frank, ekvivalentə uyğun 38000 manat pul olduğunu bildirmişdir. Cavabdeh iddiaçının bu sübutunu qəbul etməmiş və belə bir mövqe bildirmişdir ki, iddiaçı həmin pulu Azərbaycan Respublikasına həqiqətən də gətir mişdirsə gömrük bəyannaməsini təqdim etməlidir.
63. Bu halda məhkəmə tərəflərlə bu dəlili müzakirə etməli, mənzilin alınması üçün ödənilən məbləğin məhz xaricdə bankdan çıxardığı məbləğ olmasını təsdiq edən sübutu təqdim etməyi təklif etməli, yaxud bu halı əlavə sübut olmadan qəbul olunmasını əsaslandırmalı idi. Lakin bu cür əsaslandırma aparılmamışdır.
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə sübutların obyektiv, hərtərəfli və tam tədqiqinə əsaslanmır. MPM-nin 88-ci maddəsi məhkəmənin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsini tələb edir.
65. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və a parılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bu tələblərə riayət edilməsən çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respubl ikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
66. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu madələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10502/2021 nömrəli, 23 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.