Məhkəmə qərarları › İş №2(102)-3005/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3005/2025

06.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3005/2025 06.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Atakişiyeva (Rəhimova) Tünzalə Bakir qızının cavabdehlər Sumqayıt şəhər 1 saylı notariat ofisinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “icra qeydinin ləğv edilməsi”; Mülki mübahisənin kateqoriyası:Müqavilə münasibətlərindən irəli gələn mübahisələr;Müqavilə öhdəliklərindən irəli gələn mübahisələr; Öhdəliklərin icrası;kredit müqaviləsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Sumqayıt şəhər 1 saylı notariat ofisi və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-132/2025 nömrəli, 14 may 2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən kassasiya şikayətinə dair işə 6 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. xx.xx.2024-cü il tarixli İcra qeydinə əsasən Cavabdeh2 ASC (VÖEN: **********) xeyrinə ünvan 1i ünvanında qeydiyyatda olan İddiaçı (AZE********, xx.xx.2015- Asan Sumqayıt 2; Fin: xxxxxxx; D/T: xx.xx.1979) BAL0018711/11 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 5165 manat 07 qəpik tutulması müəyyən edilmişdir. Həmin icra qeydi xx.xx.2024- cü ildə aparılmışdır. İcra qeydində qeyd olunmuşdur ki, Sumqayıt şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu X2 “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən Cavabdeh2 ASC (VÖEN: **********) xeyrinə ünvan 1i ünvanında qeydiyyatda olan İddiaçı (AZE********, xx.xx.2015Asan Sumqayıt 2; Fin: xxxxxxx; D/T: xx.xx.1979) BAL0018711/11 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 5165 manat 07 qəpik tutulsun. Bundan əlavə təklif edir borcludan İddiaçı QİZİNDAN 1149 manat 76 qəpik məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu olmaqla, cəmi 6339 manat 83 qəpik pul tutulsun 2. xx.xx.2012-ci il tarixli BAL0018711/11 saylı Kredit Kartı üzrə bank hesabı müqaviləsinə dair razılaşmaya əsasən, Cavabdeh2 ASC- nin “Sumqayıt” filailı ilə X4 (bundan sonra mətndə-iddiaçı) arasında bağlanmış müqaviləyə əsasən cavabdeh bank tərəfindən iddiaçıya 2500 manat məbləğində kredit xətti ayırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı cavabdehlərə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər 1 saylı Notariat ofisinin notariusu X2 tərəfindən verilmiş xx.xx.2024-cu il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, iddiaçı ilə Cavabdeh2 ASC arasında BAL0018711/11 nömrəli kredit müqaviləsi bağlanmışdır. Sumqayıt 1 saylı Notariat ofisinin xx.xx.2024- cu il tarixli “icra qeydi” ilə Cavabdeh2 ASC (VÖEN: ******* ***) xeyrinə ünvan 1i ünvanında qeydiyyatda olan iddiaçıdan (AZE********, xx.xx.2015- Asan-Sumqayıt2; Fin: xxxxxxx; D/T: xx.xx.1979) BAL0018711/11 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 5165 manat 07 qəpik tutulması müəyyən edilmişdir. Həmin icra qeydi xx.xx.2024-cü ildə aparılmışdır. İcra qeydində qeyd olunmuşdur ki, Sumqayıt şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu X2 “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən Cavabdeh2 ASC (VÖEN: **********) xeyrinə ünvan 1i ünvanında qeydiyyatda olan iddiaçıdan (AZE********, xx.xx.2015- Asan- Sumqayıt2; Fin: xxxxxxx; D/T: xx.xx.1979) BAL0018711/11 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 5165 manat 07 qəpik tutulsun. Bundan əlavə təklif edir borcludan iddiaçıdan 1149 manat 76 qəpik məbləğində cərimə penya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu olmaqla, cəmi 6339 manat 83 qəpik pul tutulsun. Həmin icra qeydi xx.xx.2024-cü il tarixdə aparılmışdır.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/10699 nömrəli məhkəmə-mühasibatlıq növündə ekspert rəyindən görünür ki, Cavabdeh2 ASC ilə X4 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, BAL0018711/11 saylı kredit kartı bank hesabı müqaviləsi üzrə, Kreditdən istifadəyəgörə tərəflər arasında razılaşdırılmış illik faiz dərəcəsi göstərilmədiyindən X1 bank tərəfindən hesablanmış borc məbləği üzrə hesablamalar aparmaq mümkün olmadı. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 20 manat təşkil etmişd ir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/2037 nömrəli məhkəmə-xətşünaslıq növündə ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş xx.xx.2012-ci il tarixli BAL0018711/11 nömrəli Kredit kartı üzrə bank hesabı müqaviləsində “Kredit alan” hissəsində “İmza” qrafasındakı imza və həmin müqaviləyə dair xx.xx.2013-cü il tarixli Razılaşmada “Kredit alan” hissəsində “İmza” qrafasındakı imza – Rəhimova (Atakişiyeva) Tünzalə Bakir qızı tərəfindən icra olunmuşdur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 110 manat təşkil etmişdir.

7. Cavabdeh Bankın nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia əizəsində qeyd olunanlar həqiqəti əks etdirmir. Belə ki, iddiaçı tərəf nindən 2500 manat bankdan kredit əldə edilmişdir. Hazırda yaranmış mübahisənin səbəbi yaranmış faizdir. İddiaçının təqdim etdiyi sənədlərdəndən göründüyü kimi iddiaçının ümumi borcu icra qeydindəki borc məbləği ilə eynilik təşkil edir. Ümumiyyətlə icra qeydinin ləğvi anlayışı hələ mübahisə olaraq qalır. Bununla bağlı qanunvercilikdə birbaşa göstəriş yoxdur. Bütün bunlar onu deməyə əsas verir ki, icra qeydi tam qanuni əsaslarla çıxarılmışdır. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi.

8. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-4780/2024 nömrəli 7 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim G.F.Tağızadə) iddiaçının cavabdehlər Sumqayıt şəhər 1 saylı notariat ofisinə və Cavabdeh2 Açıq Sə hmdar Cəmiyyətinə qarşı “icra qeydinin ləğv edilməsi tələbinə” dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur k, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.

10. Belə ki, iddiaçı iddia ərizəsində borcunun tam ödənilməsini bildirsə də, məhkəmə iclasında onun Cavabdeh2 ASC-nə qeyd olunan müqavilə üzrə borcun qaldığını etiraf etmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 406.2 və 407.2-ci maddələrinə, “İnsan Hüquqlarının və X3 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsi və konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası “Notariat haqqında” qanununun 17.15, 76, 78 və 79-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 106.1, 124.2, 217.2, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:

12. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 2(060)-4780/2024 nömrəli, 7 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, xx.xx.2012-ci il tarixli BAL0018711/11 saylı Kredit Kartı üzrə bank hesabı müqaviləsinə dair razılaşmadan görünür ki, Cavabdeh2 ASC-nin “Sumqayıt” filailı ilə bağlanmış müqaviləyə əsasən Bank tərəfindən ona 2500 (iki min beş yüz) manat məbləğində kredit xətti ayırmışdır. İddiçı qeyd edir ki, borcunu tam ödəmişdir, borcu qalmamışdır. Bu barədə məhkəmə iclasında öz ifa dəsində göstərmişdir. Lakin tərəfindən göstərilən dəlillər məhkəmə tərəfindən nəzərə alınmamışdır.

14. İddiaçı, onun nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

15. Cavabdeh Bankın nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/10699 nömrəli məhkəmə-mühasibatlıq növündə ekspert rəyinə əsasən, Cavabdeh2 ASC ilə iddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, BAL0018711/11 saylı kredit kartı bank hesabı müqaviləsi üzrə, kreditdən istifadəyə görə tərəflər arasında razılaşdırılmış illik faiz dərəcəsi göstərilmədiyindən bank tərəfindən hesablanmış borc məbləği üzrə hesablamalar aparmaq mümkün olmadı. Eksp ertiza xərclərinə dair bildirişə əsasən, ekspert tədqiqatının dəyəri 20 manat təşkil etmişdir.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/2037 nömrəli məhkəmə-xətşünaslıq növündə ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş xx.xx.2012-ci il tarixli BAL0018711/11 nömrəli Kredit kartı üzrə bank hesabı müqaviləsində “Kredit alan” hissəsində “İmza” qrafasındakı imza və həmin müqaviləyə dair xx.xx.2013-cü il tarixli Razılaşmada “Kredit alan” hissəsində “İmza” qrafasındakı imza –iddiaçı tərəfindən icra olunmuşdur. Ekspertiza xərclərinə dair bildirişə əsasən, ekspert tədqiqatının dəyəri 110 manat təşkil etmişdir.

18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası (bundan sonraapellyasiya instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixli, 2(105)-132/2025 nömrəli qətnamə ilə, (hakimlər L.E.Rəhimli (sədrlik edən və məruzəçi), A.M.Süleymanova, F.Ə.Məmmədov) apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4780/2024 nömrəli qətnaməsi ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmasını, Sumqayıt şəhər 1 saylı Notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş xx.xx.2024-cu il tarixli icra qeydinin isə ləğv edilməsini, iş üzrə aparılmış ekspertiza tədqiqatları üçün tələb edilən 110 (yüz on) manat məbləğində pul vəsaitinin iddiaçıdan, 20 (iyirmi) manat məbləğində pul vəsaitinin isə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsini qət etmişdir.

19. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillə rini və iş materiallarını araşdıraraq hesab edib ki, qanunvericiliyin tələbləri baxımından icra qeydlərinin aparılmasının vacib şərtlərindən biri də təqdim olunan sənədlərin borcun mübahisəsiz olduğunu təsdiq etməsidir.

20. Göründüyü kimi qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir.

21. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır.

22. İşin tədqiq olunan hallarına əsasən, hazırkı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi ilə bağlı mübahisə mövcuddur. 2

3. Belə ki, iddiaçı iddia ərizəsində və apellyasiya şikayətində ondan əsassız olaraq pul tələb olunduğunu bildirmişdir. Belə olan halda qanunvericiliyin tələbləri baxımından hazırkı vəziyyətdə icra qeydinin verilməsi yolverilməzdir.

24. Əlavə olaraq qeyd olunmalıdır ki, mübahisələndirilən icra qeydi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci bəndində qeyd olan şərtlərə uyğun keçirilməmişdir.

25. Belə ki, iş materiallarında olan notariat işinə əsasən, Cavabdeh2 ASC icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməmişdir.

26. Odur ki, iddiaçının icra qeydi n aparılması barədə məlumatı olmadığından, o, icra qeydin aparılmasına vaxtında etiraz edə bilməmişdir.

27. Göründüyü kimi cavabdeh Bank tərəfindən iddiaçıya müvafiq bildiriş çatdırılmadığından, icra qeydin verilməsi qanunvericiliyin tələbləri baxımından əsaslı hesab oluna bilməz.

28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 373, 385.1, 425.1, 442, 445.2.1, 445.7 və 739.1-ci maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə, “Notariat haqqında” Azərbaycan Respublikasının qanununun 76-cı maddəsinə, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarının 161, 162, 164 və 170-1-ci bəndlərinə, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4, 372.6, 372.7, 382, 384.0.2, 385.1.1-385.1.4, 392, 393, və 405.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a)Kassasiya şikayətinin dəlilləri:

29. Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(105)-132/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbininn təmin olunmam ası barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsində qeyd olunub ki, mübahisə predmeti olan kredit müqaviləsi üzrə borc mübahisəli olduğuna görə, icra qeydinin verilməsi yolverilməzdir. Lakin iş materiallarına əlavə edilən sənədlərdən göründüyü kimi xx.xx.2024-cü il tarixdə borclu iddiaçının ünvanına icra qeydinin aparılacağı barədə bildiriş göndərilmiş və xx.xx.2024-cü il tarixdə isə borclunun barəsində icra qeydi aparılmışdır. Göründüyü kimi, tələbkar tərəfindən heç bir pozuntuya yol verilməmiş və borclunun icra qeydinin aparılmasını mübahisələndirilmək imkanı məhdudlaşdırılmamışdır.Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə pr insipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə,qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Cavabdeh Bank hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən bu normanın tələbləri pozulmuşdur. Belə ki, şikayət edilən məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş qaydada borcluya borc barəsində bildiriş göndərilməmişdir. Lakin, kassasiya şikayətinə əlavə olunan sənəd siyahısından da göründüyü kimi, xx.xx.2024-cü il tarixdə borcluya bildiriş göndərilmiş, lakin borclu ünvanda olmadığı üçün bildirişi qəbul edə bilməmiş və bu məlumat qəbzdə qeyd olunmuşdur. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Tə limatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarına əsasən, poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Məhkəmənin gedişində bildirişin göndərilib-göndərilməməsi ilə bağlı məsələyə toxunulmamışdır. İlk məhkəmə iclasında cavabdeh bankın nümayəndəsi tərəfindən işin bütün halları barədə məhkəməyə təfərrüatlı izahat verilmiş, icra qeydinin aparılacağı barədə bildirişin borcluya göndərili b-göndərilməməsi ümumiyyətlə müzakirə predmeti olmamış, bildirişin borcluya göndərilib-göndərilməməsi barədə məsələyə toxunulmamış və həmin bildirişin məhkəməyə təqdim olunması tələb olunmamışdır. Sonuncu məhkəmə iclasında isə qeyd olunan proseslə digər məhkəmə proseslərinin eyni vaxta təsadüf etməsi səbəbindən prosesdə iştirak edə bilməmişdir, hakim isə bu məsələnin müzakirə edilməsi ilə bağlı cavabdeh tərəf olaraq iştiraklarının zəruri olduğunu bildirməmiş, onların iştiraklarını təmin etməmiş və özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərə əsaslanaraq və prosessual qanunvericiliyin tələblərini pozaraq birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş, yeni qətnamə qəbul etmişdir.Cavabdeh Bank əlavə olaraq qeyd edib ki, xx.xx.2024-cü il tarixdə onlar tərəfindən elektro n məhkəmə sistemi vasitəsi ilə məhkəməyə apellyasiya şikayətindən yazılı etiraz ünvanlanmış, lakin məhkəmənin qətnaməsində Cavabdeh2 ASC-nin etirazıyla bağlı məsələyə toxunulmamış və məhkəmənin qətnaməsinin 11-ci bəndində cavabdeh tərəfindən yazılı şikayətin daxil olmaması qeyd edilmişdir. Bütün bunları nəzərə alaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsi işi hərtərəfli, tam və düzgün araşdırmayaraq birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmişdir.

31. Kassasiya şikayətinin əsası kimi Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarının 162-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.1, 88 və 418.1-ci maddələrinə istinad edilmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

32. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

33. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

34. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

35. Maddə 425.1.Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şə kildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

36. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

37. Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

38. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

39. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşya lara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu:

40. Maddə 6.1.4. Notariusun icra qeydləri icra sənədi hesab olunur. “Notariat haqqında” Azərbaycan Respublikasının qanunu:

41. Maddə

76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər.

42. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişi n forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur.

43. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur.

44. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər.

45. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı

46. Bənd

161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir.

47. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir.

48. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir.

49. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur.

50. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Bənd

162. İcra qeydi aşağıdakı hallarda aparılır: 51. 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 52. 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə.

53. Bənd

164. İcra qeydləri ödəniləsi məbləğ və tələb olunu b alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə); haqqın miqdarı, tələbkarın ödəyəcəyi və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləğini özündə əks etdirməlidir.

54. Bənd 170-1. İcra qeydinin aparılması ilə əlaqədar notariusa müraciət edildikdə, notarius icra qeydinin aparıldığı əqd üzrə öhdəliklərin icra intizamını mənfi xarakterizə edən neqativ məlumatı bu Təlimatın 7-ci hissəsinin on altıncı abzasının məqsədləri üçün “Elektron notariat” informasiya sisteminə daxil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

55. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hər əkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

57. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur

58. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır.

59. Maddə 218.1 Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir.

60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:

62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası m əhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

63. Hazırkı kassasiya şikayətində cavabdeh Bank tərəfindən qətnamə tam mübahisələndirdiyindən apelyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

65. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

66. Beləliklə, mə hkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

67. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-132/2025 nömrəli, 14 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar