Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3006/2020 21.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X14 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X9, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3, X2 qanuni nümayəndəsi X10, Üçüncü şəxs X22 və onun vəkili X23 iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-14029/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Səbail rayon məhkəmə sinin (hakim İlkin Rüstəmli) 2(009)-1752/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək mübahisəli mənzilin 1/3 hissəsinə vərəsəlik hüquqlarının tanınması, mənzildən İddiaçı miras payı 1/3 hissədə, Cavabdeh1 miras payı 1/3 hissədə və Cavabdeh3, X2 və Cavabdeh2 miras payının 1/3 hissədə müəyyən edilməsi qət edilmiş, üçüncü şəxs X11 iddiası isə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Fuad Babayev sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Elnur Həsənov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iləcavabdehlər Cavabdeh2, Cavabdeh3 və X2 qanuni nümayəndəsi X24 və üçüncü şəxs X22 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunmuş, Bakı şəhəri Səbail rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi qismən, yəni iddianın təmin olunmuş hissəsində ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı vərəsəlik hüququnun tanınması və miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddia tələbi rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 qanuni nümayəndəsi X16 və Bakı şəhəri 2 saylı Notariat Kontoruna qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Bibi-Heybət qəsəbəsi, 5-ci Salyan döngəsindəki 3 otaqlı, yaşayış sahəsi 38,0 kvadrat metr, ümumi sahəsi 104,5 kvadrat metr olan 2 saylı fərdi yaşayış evi üzrə miras əmlaka vərəsəlik hüququnun tanınması və həmin əmlakdan vərəsələr İddiaçı, Cavabdeh1 və Cavabdeh2, Cavabdeh3 və X2 qanuni nümayəndəsi X24 arasında payların m üəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Həbibə Abas qızına qarşı ərizə ilə məhkəməyə müraciət edərək və tələbini dəqiqləşdirərək 2014-cü ilin aprel ayında Bakı şəhəri, 2 saylı Notariat Kontorunda formasından asılı olmayaraq bağlanmış əqdin etibarsız hesab edilməsi, həmin əqdə əsasən mərhum X4 adına (Bakı şəhəri, Bibi-Heybət qəsəbəsi, 5-ci Salyan döngəsindəki 2 saylı fərdi yaşayış evinə dair) mülkiyyətə aid verilmiş xx.xx.2004-cü il tarixdə FM № 025189 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçıkassasiya şikayəti verərək Bakı Apellyasiya M əhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ilkin iddia tələbinin rədd edilən hissədə ləğv edilməsini və ilkin iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. İşə baxan apellyasiya instansiyası məhkəməsi verilmiş apellyasiya şikayətlərinin həddlərindən kənara çıxmış, mübahisələndirilməyən, digər cavabdeh tərəfindən etiraf olunmuş, predmetə aid olmayan yeni tələb əsasında apellyasiya şikayətlərini təmin, iddianı isə rədd etmişdir. Məhkəmə apellyasiya şikayətlərinin həddlərindən kənara çıxaraq qətnaməsində göstərmişdir ki, guya iş üzrə faktiki hallar tam araşdırılmamış, iddiaçının mirası qəbu l etməsinə dair sübut təqdim olunmamışdır. Məhkəmə işə baxarkən ən etibarlı sübut növü olan cavabdehin iddianı etiraf etməsinə dair istər birinci instansiya, istərsə də apellyasiya instansiyası məhkəməsində verdiyi izahatı, suallar əsasında verdiyi cavabları, qarşılıqlı iddiaya və apellyasiya şikayətinə qarşı verdiyi etirazları nəzərə almamışdır. Məhkəmə cavabdehin etirafedici izahatını göstərməmişdir. MPM-nin 191.3-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mövcud vəziyyət, işin halları, işdə olan sübutlarla təsdiq olunmuşdur ki, iddiaçı anasının ölümündən sonra vərəsə kimi anasını dəfn etmiş, həmin vaxt digər vərəsə Salman Tahirov türmələrdə, müalicələrdə olmuş, anasına məxsus bir neçə adda qızıl, gümüş əşyalarını, anasına məxsus palaz, kilim, xalçaları öz malı kimi götürmüş, faktiki evə sahiblik etmiş, təsərrüfatın idarə olunmasına nəzarət etmişdir. Hamı onu (iddiaçını) varis kimi tanımış və qəbul etmişdir. Buna digər cavabdeh də etiraz etməmiş, apellyasiya şikayətində bu məsələyə etirazını bildirməmişdir. Apellyasiya instansiyası məhkəməsi bu hallara əhəmiyyət verməyərək iş üzrə səhv nəticəyə gəlmişdir. Üçüncü şəxs X22 məhkəməyə kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı və onun vəkili X25 məhkəmə k ollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Üçüncü şəxs X22 və onun vəkili X36 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3, X2 qanuni nümayəndəsi X24 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi. Bakı şəhər 2 saylı Notariat ofisinin Notariusu məhkəməyə məktub göndərərək məhkəmə iclasına notariat ofisinin iştitakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayar aq iş üzrə digər Cavabdeh2 gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırda apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız iş üzrə İddiaçı kassasiya şikayəti vermiş və qətnaməni onun iddia tələbinin rədd edilməsi hissədə mübahisələndirir. İş üzrə üçüncü şəxs isə onun tələbinin rədd edilən hissədə apellyasiya instansiyası birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsi qətnaməsindən kassasiya şikayəti verməmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kas sasiya şikayətinə əsasən yalnız mübahisələndirilən hissədə kassasiya qaydasında yoxlanılmışdır. Məhkəmə kollegiyası məruzəçini, İddiaçı və onun vəkili X9, üçüncü şəxs X22 və onun vəkili X23 izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi İddiaçı kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Bibi-Heybət qəsəbəsi, 5-ci Salyan döngəsindəki 2 saylı fərdi yaşayış evi X5 adına xx.xx.2004-cü il tarixdə qeydiyyatdan keçmişdir. X42 ilə Tairov Abas ın birgə nikahından İddiaçı, Cavabdeh1, X37 anadan olmuşdur. Bənzər Tairova xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. X31 X26 ilə nikahından Höküməxanım, Mənzər, Mədinə adlı uşaqları var. Mübahisəli mənzildə X27 ailə üzvləri olan arvadı və uşaqları daimi qeydiyyatdadır. Səttar Əsədağa oğlu, X12 və X38 tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktda mübahisəli evdə X7 qeydiyyatda olduğu, 1970-ci ildə həmin evdən başqa bir evə köçməsi, 2005-ci ildə Tahirov Salmanın evləndikdən sonra Salmanın anası X4 X22 tərəfindən həmin evə köçürülməsi qeyd olunmuşdur. Səbail rayon İH Başçısının Bibi Heybət qəsəbəsindəki nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışda mübahisəli evdə X15 anası X3, arvadı X19, oğlanları X22, X28 və X29, qızı X17, qardaşı X39, qardaşı arvadı X8, qa rdaşı oğlu Cavabdeh1, qardaşı oğlu X37 və qardaşı qızı İddiaçı ilə birgə 1932-ci ildən-xx.xx.1970-ci ilə qədər yaşaması qeyd edilmişdir. xx.xx.1994-cü il tarixli Bağışlama müqaviləsinə əsasən X13 mübahisəli evi X32, sonuncu xx.xx.2004-cü il tarixdə X6 bağışlamışdır. Səbail rayon İH Başçısının Bibi Heybət qəsəbəsindəki nümayəndəliyi tərəfindən ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda X30 xx.xx.1954-cü ildən mübahisəli evdən pasport qeydiyyatında olduğu, həmin ünvandan xx.xx.1959-cu ildən qeydiyyatdan çıxdığı və həmin ildə Qobustan (keçmiş Divannı) qəsəbəsinə qeydiyyata düşdüyü, Cavabdeh1 göstərilən ünvana 16 yaşa çatdıqda pasport qeydiyyatında alındığı, lakin hal-hazırda göstərilən ünvanda qeydiyyatının olmadığı, habelə İddiaçı anası X4 yanında azyaşlı kimi qeydiyyatda olduğu, lakin 16 yaşına çatdıqdan sonra qeydiyyata alınmadığı və hal-hazırda göstərilən ünvanda qeydiyyatının olmadığı qeyd edilmişdir. İddia tələbindən görünür ki, iddiaçı mübahisəli mənzil üzrə vərəsəlik hüquqlarının tanınmasını və həmin mənzilin vərəsələr arasında bölünməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, vərəsələrin heç biri miras əmlaka vərəsəlik hüquqlarının rəsmiləşdirilməsini həyata keçirməmişdir. İddiaçı miras əmlakı faktik qəbul edib idarə etdiyini bəyan etsə də, mirası faktiki və ya rəsmi qəbul etmiş olduğuna dair hər hansı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcəlləsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontor una mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (maddə 1243.1-1243.2). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (maddə 1246). Mülki Məcəllənin 1273-1-ci maddəsinə görə, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, həmin hal vərəsənin susması kimi qiymətləndirilir. Vərəsənin susması isə mülki qanunvericiliyə əsasən mirası qəbul etməkdən imtinaya bərabər tutulur. Sadalanan normaların tələblərinə əsasən apellya siya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli evə münasibətdə anasının vərəsəsi kimi miras əmlakda olan hissəsi ilə bağlı hüququnun tanınması üçün iddiaçı yuxarıda qeyd olunan qaydada mirası qəbul etməli idi, hazırkı iş üzrə isə bu hal müəyyən olunmamışdır. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddətdə mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mül kiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Qeyd edilənlərə istinad edərək apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı vərəsə olaraq miras mülkdə yaşamamaqla miras əmlakı qəbul etməmiş və buna cəhd belə göstərməmişdir. Habelə iddiaçı mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etməmişdir. Ona görə də, onun iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası m ülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının anasının dəfn etməsi, onun dəfnində iştirak etməsi, hamının onu ölənin vərəsəsi kimi tanıması mirasın qəbulu kimi edilmiş hərəkətlər kimi qiymətləndirilə bilməz. Bu hərəkətləri onun əxlaq normalarına uyğun hərəkət etməklə övladlıq borcununun yerinə yetirməsidir. İddiaçının miras qoyan anasına məxsus bir neçə adda əşyanı – qızıl və gümüş əşyalar, palaz, kilim, xalçanı götürməsi, onlara sahiblik etməsi isə iş materialları ilə təsdiq edilmir, bu barədə sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kassasiya şikayətinin digər dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən iddia tələbinin etiraf etdiyini göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin eti raf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. İş materiallarından iş üzrə cavabdehlərdən hər hansı birinin məhkəməyə yazılı şəkildə iddia tələbinin etiraf edilməsi barədə ərizə verməsi və ya bu barədə məhkəmə iclas prokollarına imza etməsi müəyyən edilmir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iddiaçının kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 41 9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-14029/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iddiaçının kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-3006/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3006/2020
21.05.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver