Məhkəmə qərarları › İş №2(102)-3006/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3006/2023

18.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3006/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikas Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 yanvar 2023-cü il tarixli, 2(104)-244/2023 saylı qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayəti üzrə işə 18 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Azərbaycan Respubl ikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışın notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən 0,06 ha yaşayış məntəqəsinə dair torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışın notarial qaydasında təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən 0,06 ha yaşayış məntəqəsinə dair torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir.

3. Azərba ycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, RX Seriyalı ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarış və ********** qeydiyyat nömrəli 03.xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin 0,06 ha-dək hissəsi cavabdeh tərəfindən istifadə edilir. Ekspert tərəfindən qeyd olunur ki, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarış və ********** qeydiyyat nömrəli 03.xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Şəmkir rayo nu, Zəyəm qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin 0,06 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Daşınmaz Əmlakın Dövlət Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışın torpaq sahəsinin kordinatları Cavabdeh istifadəsində olan torpaq sahəsinin koordinantları ilə üst-üstə düşür.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3515 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin inventarlaşdırıcı mühəndisi İlqar Məmmədovun mütəxəssis rəyində qeyd olunur ki, Seriya RX ********** qeydiyyat nömrəli xx.xx.2021 -ci il tarixli çıxarış və ********** qeydiyyat nömrəli 03.xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin 0,06 ha-dək hissəsi cavabdeh tərəfindən istifadə edilir. Ekspert tərəfindən qeyd olunur ki, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarış və ********** qeydiyyat nömrəli 03.xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin 0,06 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Daşınmaz Əmlakın Dövlət Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışın torpaq sahəsinin koordinatları Cavabdeh istifadəsində olan torpaq sahəsinin koor dinantları ilə üst-üstə düşür.

5. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir filialının 05 yanvar 2023-ci il tarixli K-3-01 saylı cavab məktubundan görünür ki, Şəmkir rayon XDS Rəyasət Heyətinin 16 iyul 1995-ci il tarixli, 74 saylı iclas protokolu ilə Zəyəm qəsəbə sakinlərinə “İnqilab” adına sovxozun ərazisindən hər birinə o, cümlədən X4 0.06 ha həyətyanı torpaq sahəsi verilməsi qeyd edilmişdir.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrindən arayışda qeyd edilmişdir ki, Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən 0.06 ha həyətyanı torpaq sahə sinə dair X3 adına tam mülkiyyət hüququ ilə 15 fevral 2018-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Əsas: Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir filialının 05 yanvar 2018-ci il tarixli, D-X-K-1-06 saylı arxiv arayışı və Şəmkir rayonu baş memarının və Zəyəm Bələdiyyəsinin təsdiq etdikləri ayrılmış 0.06 ha torpaq sahəsinin koordinatlarını özündə əks etdirən Zəyəm qəsəbəsinin kompleks yerquruluşu layihəsindən çıxarış. Qeyd edilən torpaq sahəsi Şəmkir rayon 1 saylı notariat ofisinin 08 dekabr 2021-ci il tarixli 2V-1552 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında X1 adına özgəninkiləşdirilmişdir. Nəzifə Əliyeva da miras payını Şəmkir rayon 1 saylı Notaria Ofisinin 08 dekabr 2021-ci il tarixli 3M-987 reyestr nömrəli müq aviləsi əsasında İddiaçı adına özgəninkiləşdirmiş və ona tam mülkiyyət hüququ ilə 15 dekabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ona mülkiyyət hüququ ilə məxsus olan Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Daha sonra iddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehin ona mülkiyyət hüququ ilə məxsus olan Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən 0.12 ha həy ətyanı torpaq sahəsindən çıxarılması, onun ödəmiş olduğu dövlət rüsumu və ekspertiza xərci cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

9. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddia üzrə cavabdeh onun həmkəndlisidir. Cavabdeh, ona mülkiyyət hüququ ilə məxsus olan və Şəmkir rayonu, Zəyəm qəsəbəsi ərazisində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsini zəbt edib və həmin torpaq sahəsindən onun razılığı olmadan istifadə edir. Qeyd olunan torpaq sahəsini o alqı-satqı yolu ilə əldə etmişdir. Həmin torpaq sahəsinə görə onun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb. O dəfələrlə cavabdehdən zəbt etmiş olduğu torpaq sahəsindən çıxmasını xahiş etsə də, cavabdeh onun xahişinə məhəl qoymur. Torpaq mülkiyyətçilərinin və istifadəçilərinin hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının Torpaq Məcəlləsi və digər normativ hüquqi aktları ilə tənzimlənir. Cavabdehin mübahisəli torpaq sahəsi ilə bağlı heç bir hüquq müəyyənedici sənədi yoxdur. Buna görə də hazırki iddia ilə məhkəməyə müraciət edir.

10. Şəmkir Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(076)-1185/2022 saylı qətnaməsi ilə (hakim Rəşad Mustafayev) iddianın qismən təmin edilməsi, Daşınmaz Əmlakın Dövlət Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarış əsasında iddiaçının mülkiyyətində olan Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsindən cavabdehin çıxarılması və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.

11. Məhkəmə iş üzrə gəldiyi nəticəni onunla əsasla ndırmışdır ki, iddiaçının Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və onun adına Daşınmaz Əmlakın Dövlət Xidməti tərəfindən çıxarış verilmişdir və o həmin torpaq sahəsinin qanuni sahibidir və onun həmin torpaq sahəsindən öz istədiyi kimi istifadə etmək hüququ vardır. Lakin həmin mübahisəli torpaq sahəsinə dair cavabdehin hər hansı bir hüququnun olmasını təsdiq edən hər hansı bir mötəbər sübut mövcud deyildir.

12. Məhkəmə hüquqi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139-1.1.1, 140, 146, 157 və 180-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apell yasiya şikayəti verərək, iş üzrə Şəmkir Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(076)-1185/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdırmamış, onun təqdim etdiyi mübahisəli torpaq sahəsinin Şəmkir rayon XDS Rəyasət Heyətinin 16 iyul 1995-ci il tarixli, 74 saylı qərarı ilə ona verilməsinə dair müvafiq arayışlar təqdim etsə də nəzərə alınmamışdır. Məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinin harada yerləşməsi də müəyyən edilməmişdir.

15. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 yanvar 2023-cü il tarixli, 2(104)-244/2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fikrət Mehtiyev sədrlik edən, məruzəçi, Rəhman Muradov və Ədil Məmmədov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Şəmkir Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarış və ********** qeydiyyat nömrəli 03.xx.xx.2020ci il tarixli çıxarışla iddiaçının mülkiyyətindədir. Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışda göstərilən torpaq sahəsinin 0,06 ha hissəsi cavabdehin qanuni əsas olmadan istifadəsində olmaqla iddiaçının öz mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsindən istifadə edə bilmə məsi, bununla da onun sahiblik və istifadə hüquqlarının pozulması ilə nəticələnmişdir.

17. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş 0.06 ha hissəsindən cavabdehin çıxarılmasını qət etməkdə haqlı olmuşdur.

18. Cavabdeh apellyasiya şikayətinin dəlillərində mübahisəli torpaq sahəsinin uzun illər onun istifadəsində olmasını və onun mülkiyyətində olduğunu göstərmişdir. Halbuki işdəki sənədlərlə sözügedən torpaq sahəsinin iddiaçının mülkiyyətində olması öz təsdiqini tapmışdır. Torpağın faktiki olaraq cavabdehin istifadəsində olması dəlili isə özlüyündə iddiaçının hüquqlarının pozulmasını göstərir və h əmin torpaq sahəsi hüquqmüəyyənedici sənədlərlə iddiaçıya məxsusdur.

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razilaşmış, onu qanuni və ədalətli hesab etmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 139.1, 139-1.1.1, 140, 146, 157 və 180-ci maddələrinin, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü madələrinin tələblərinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh ka ssasiya şikayəti verərək, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 yanvar 2023-cü il tarixli, 2(104)-244|2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi işin faktiki hallarını araşdırmamış, onun təqdim etdiyi mübahisəli torpaq sahəsinin Şəmkir rayon XDS Rəyasət Heyətinin 16 iyul 1995-ci il tarixli, 74 saylı qərarı ilə ona verilməsinə dair müvafiq arayışlar təqdim etsə də nəzərə alınmamışdır. Məhkəmə kollegiyası tərəfindən mübahisəli torpaq sahəsinin harada yerləşməsi də müəyyən edilməmişdir. Kassasiya şikayətinə dair etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Tətbiq edilən hüq uq Azərbaycan Respublikasının Konstitusiyası

24. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 139-1.1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur.

26. Maddə 139-1.1.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsin ə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.

27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

28. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

29. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun ol mamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

37. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi i şin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsini iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, məhkəmə aktının qanuniliyi və əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiya məhkəməsinin mövqeyi

40. Kassasiya instansi yası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

41. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

42. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarına görə, xx.xx.2021-ci il tarixli və xx.xx.2020-ci il tarixli Çıxarışlara əsasən, Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınmışdır.

43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş 0.06 ha hissəsindən cavabdehin çıxarılmasını qət etməkdə haqlı olmuşdur.

44. Cavabdeh kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərində mübahisəli to rpaq sahəsinin uzun illər onun istifadəsində olmaqla faktiki sahibliyində olduğunu göstərmişdir. Halbuki işə əlavə edilmiş hüquqmüəyyənedici sənədlərdə sözügedən torpaq sahəsinin iddiaçının mülkiyyətində olması öz təsdiqini tapmışdır. Torpağın faktiki olaraq cavabdehin istifadəsində olması dəlili isə özlüyündə iddiaçının hüquqlarının pozulmasını göstərir və həmin torpaq sahəsi hüquqmüəyyənedici sənədlərlə iddiaçıya məxsusdur.

45. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razilaşıb, cavabdehin apellyasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, iddianı qismən təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məh kəməsi düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası Q ə r a r a aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 yanvar 2023-cü il tarixli, 2(104)-244/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar