Məhkəmə qərarları › İş №2(102)-3006/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3006/2024

01.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3006/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1na qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsızlığı və mirasdan məcburi pay tələbi ilə bağlı mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1na qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-487/202 4 nömrəli, 30 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 hüquqi varisləri X36 və X26 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X22 ilə X27 xx.xx.1991-ci il tarixdə nikaha daxil olmuşlar.

2. Birgə nikahlarından xx.xx.1992-ci il təvəllüdlü İddiaçı doğulmuşdur.

3. Ucar Rayon Xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli qətnaməsi ilə X22 ilə Cavabdeh2 arasında bağlanmış nikah ləğv edilmişdir.

4. Ucar şəhəri, N.Nərimanov küçəsi, 9-da (hazırda Heydər Əliyev küçəsi) yerləşən fərdi yaşayış evi (bundan sonra – mübahisəli miras əmlak) X11 adına olmuşdur. X20 xx.xx.1989-cu il tarixdə ölmüşdür və ölümündən sonra mübahisəli miras əmlak X22 və X4 adına bərabər hissədə keçmişdir.

5. X22 mübahisəli miras əmlakda ona aid hissəsini bacısı X10 vəsiyyət etmişdir. Vəsiyyətnamə xx.xx.2003-cü il tarixdə Cavabdeh1 dövlət notariusu tərəfindən təsdiq edilərək, reyestrdə 2V-16 nömrə ilə qeyd edilmişdir.

6. X22 xx.xx.2003-cü ildə ölmüşdür.

7. X14 xx.xx.2004-cü ildə ölmüşdür.

8. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X19 Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfindən verilmiş 1276 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən mübahisəli miras əmlakın 1/2 hissəsinə X22, 1/2 hissəsinə isə X4 mülkiyyət hüququ xx.xx.2004-cü ildə qeydiyyata alınmışdır.

9. Cavabdeh2 tərəfindən Cavabdeh1na ünvanlanmış ərizəyə əsasən xx.xx.2003-cü il tarixdə vəfat etmiş X12 qalan mübahisəli miras əmlakın ½ hissəsindən ibarət miras əmlakını xx.xx.1992-ci il təv əllüdlü oğlu – İddiaçı adından qəbul etməmiş, həmin hissənin Cavabdeh3 adına keçirilməsinə etiraz etməmiş, gələcəkdə buraxılmış müddətin bərpası üçün məhkəmədə iddia qaldırmayacağını qeyd etmişdir. 10. xx.xx.2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2003-cü il tarixdə vəfat etmiş X15 qardaşı - Cavabdeh3 miras qoyanın mübahisəli miras əmlakın 1/2 hissəsindən irs almışdır.

11. AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli məktuba əsasən mübahisəli miras əmlak X11 adına olmuşdur. Notariat kontorunun xx.xx.1990-cı il tarixli reyestr 4 vərəsəlik şəhadətnaməsinə əsasən 490 kv.m torpaq sahəsində 68 kv.m yaşayış sahəsi olan 3 otaqlı ev X22 və X4 adına bərabər hissədə irs keçmişdir. xx.xx.2004-cü il tarixli reyestr 2E-26 vərəsəlik işi nömrə 17 ilə notariat qaydada evin ½ hissəsi X15 adından Cavabdeh3 adına keçirilmişdir. xx.xx.2004-cü il tarixli reyestr 4Ə-37 alğı-satqı müqaviləsi nömrə 222971 ilə qalan ½ hissə X4 adından Cavabdeh3 ******* manat satılmış və hazırda əmlak Cavabdeh3 adında olmuşdur.

12. Ucar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(063)-400/2021 nömrəli qətnaməsi ilə İddiaçı Ucar rayon Notariat Kontorunda mübahisəli fərdi yaşayış evinin ona məxsus ½ hissəsinə dair X7 verilmiş xx.xx.2003-cü il tarixli, 2V-16 nömrəli reyestrdə qeydiyyata alınmış vəsiyyətnamənin etibarsız hesab edilməsi; xx.xx.2004-cü il tarixdə 2V26 reyestr nömrəsi ilə qeydə alınmış 17 saylı vərəsəlik işi üzrə Cavabdeh1 tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəha dətnamənin və AR ƏMDK yanında DƏDRX-in 16 saylı Ucar Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2004-cü il tarixli, 1276 saylı daşınmaz əmlakın reyestrindən çıxarışın mübahisəli fərdi yaşayış evinin ½ hissədə Cavabdeh3 adına qeydə alınması hissəsində etibarsız hesab edilməsi və onlardan irəli gələn bütün hüquqi nəticələrin ləğv olunması; xx.xx.2020ci il tarixdə 2V-96 reyestr nömrəsi ilə qeydə alınmış 95 saylı vərəsəlik işi üzrə Daşdəmirova Fatma Sabir qızına və X28 Cavabdeh1 tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi; mübahisəli fərdi yaşayış evinə dair vərəsəliyin qəbulu müddətinin iddiaçıya münasibətdə uzadılması; mübahisəli miras əmlakın ½ hissəsi üzərində iddiaçının payının müəyyən olunması; iddiaçının xx.xx.2003-cü il tarixdə vəfat etmiş mərhum atası X15 vərəsəsi kimi tanınması; Cavabdeh1 notariusu Elman Cəlalovun əməllərində cinayətlərin əlamətləri aşkara çıxarsa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən bu barədə xüsusi qərardad qəbul edilərək araşdırılması üçün aidiyyəti prokurorluq orqanına göndərilməsi; mübahisəli fərdi yaşayış evinə dair iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin Ucar rayon Notariat Ofisinin üzərinə qoyulması barədə iddia ərizəsi təmin edilməmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1na qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabde h3 adına mübahisəli miras əmlakın ½ hissəsinə Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin ləğv edilməsi, həmin fərdi yaşayış evinin 1/4 hissəsinə miras qoyan X15 yeganə oğlu və qanuni varisi iddiaçının adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini Cavabdeh1na vəzifə olaraq tapşırılması, Cavabdeh3 ləyaqətsiz vərəsə kimi tanınması və 20 manat dövlət rüsumunun Cavabdeh3 iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçı X15 yeganə oğlu olmuş, həmin ünvanda doğulmuşdur. İddiaçının anası Cavabdeh2 VCavabdeh3la aralarındakı nikah pozulana qədər birlikdə mübahisəli miras əmlakda yaşamışl ar. xx.xx.2003-cü ildə VCavabdeh3 vəfat etdikdən sonra onun qardaşı Cavabdeh3 iddiaçının qanuni nümayəndəsi olan anası Cavabdeh2 təzyiq edərək, atasından qalmış miras əmlakı onun maraqlarına və mənafeyinə uyğun olmayan şəkildə xx.xx.2004-cü ildə Cavabdeh1 öz adına qanun üzrə vərəsəlik şəhadətnaməsi almağa nail olmuşdur. Notariat Kontoru qeyd edilən miras əmlakı rəsmiləşdirərkən yerli icra hakimiyətinin qəyyumluq və himayə orqanlarına məlumat verməli olduğu halda bunu etməmişdir.

15. Cavabdeh3 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, Cavabdeh2 qardaşı Vəlinin həyat yoldaşı olmuş, 1995-ci ildə onların nikahları pozulmuş, həmin vaxtdan Qənirə oğlunu da özü ilə götürüb getmişdir. Xəstə olan qardaşı Vəli onun himayəsində qalmış, xx.xx.2003-cü il tarixdə də ölmüşdür. Həmin gün Cavabde h2 yas mərasiminə gəlmiş, 10-15 dəqiqədən sonra qayıdıb getmişdir. Qardaşı vəfat etməmişdən əvvəl uzun müddət xəstə olduğudan onun müalicəsinə daim kömək etmiş, lazım olan dərmanlarla təmin etmişdir. O, vəfat etdikdən sonra dəfn mərasiminin və qəbirüstü məzar daşının xərclərini ödəmişdir. 2003-cü ilin mart ayından sahibsiz qalan mənzilə köçmüş, orada təmir və bərpa işləri aparmış, mənzili qoruyub saxlamışdır. 2004-cü ilin may ayında Qənirə onunla əlaqə saxlamış və bildirmişdir ki, oğlu ilə Ucarda gəlib yaşayan deyil, ona görə də Notariat Kontoruna ərizə vermişdir. Bununla bağlı ondan 500 ABŞ dolları məbləğində pul almışdır. Bundan sonra o, öz telefonunu ona vermiş, xahiş etmişdir ki, oğlunun da telefonunu ona versin ki, qardaşının uşağı kimi ona himayədarlıq etsin. Lakin, Qənirə pulu alıb getmiş, bundan sonra bütün əlaqələri kəsilmişdir. Evin bütün kommunal xərclərini həmişə özü ödəmişdir. İddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir.

16. Məhkəmə iclasında Cavabdeh2 izahatında göstərmişdir ki, o, həyat yoldaşı mərhum X12 1995-ci ildə boşandıqdan sonra oğlunu özü ilə götürüb Ucar şəhərindən çıxıb getmiş, keçmiş ərinin dəfn mərasiminə gəlmiş, lakin ona yaxşı münasibət göstərilmədiyindən tez çıxıb getmişdir. Həyat yoldaşı sağlığında xəstə olduğundan ona qardaşı Əli köməklik göstərmişdir. 2004-cü ilin may ayında o, Ucar şəhərinə gəlmiş, qaynı Əlidən 500 ABŞ dolları aldıqdan sonra oğlunun qanuni nümayəndəsi kimi mirasın qəbul edilməməsi barədə ərizə yazmışdır. Hazırda Cavabdeh3 qardaşı oğluna heç bir maddi köməklik göstərməmiş, onunla maraqlanmamışdır. Bu səbəbdə n oğlu atasından qalan miras əmlakdan pay tələb etmişdir. İddianın təmin edilməsinə razı olduğunu bildirmişdir.

17. Məhkəmə iclasında Cavabdeh1 dövlət notariusu X32 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, onun tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanuni əsaslarla verilmişdir. İddiaçının qanuni nümayəndəsi Cavabdeh2 könüllü olaraq oğlunun adından miras əmlakı qəbul etmədiyini, miras əmlakı qəbul etmək üçün buraxılmış müddətin bərpası üçün gələcəkdə məhkəmədə iddia qaldırmayacağını bildirib, ərizəsini təqdim etmişdir. Həmin ərizə əqd xarakterli ərizə olmamışdır. İddia ərizəsində Mülki Məcəllənin 36-cı maddəsinə istinad etməyin bu işlə heç bir bağlılığı olmamışdır. İkinci növbədə olan vərəsə Cavabdeh3 faktiki olaraq miras əmlaka sahiblik etmişdir. İddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir.

18. Məhkəmə iclasında şahid qismində dindirilən X33 izahatında göstərmişdir ki, o, ünvan 2 ünvanda yaşamaqla Cavabdeh3 qonşusudur. X22 vəfat etdikdən sonra onun dəfnini və yas mərasimini qardaşı Əli təşkil etmiş, daha sonra onun evinə köçüb yaşamışdır. Yaxın qonşu kimi 1995-ci ildən sonra Qənirənin həmin evə gəldiyini görməmişdir.

19. Ucar Rayon Məhkəməsinin 2(063)-242/2009 nömrəli iş üzrə 22 oktyabr 2009-cu il tarixli qətnaməsi ilə (hakim Çingiz İsgəndərov) iddia təmin edilməmişdir.

20. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh3 miras qoyan VCavabdeh3 xəstə olduğu vaxtlarda onun müalicəsinə kömək etmiş, o, vəfat etdikdən sonra dəfn mərasiminin xərclərini ödə miş, mərhum qardaşından qalmış miras əmlakı olan fərdi yaşayış evinə köçmüş və həmin evə faktiki olaraq sahiblik etməyə başlamışdır. Mirası qanunvericilikdə müəyyən edilmiş müddət ərzində faktiki qəbul etmişdir. Miras qoyanın oğlu 1992-ci ildə anadan olmuş iddiaçının qanuni nümayəndəsi olan anası Cavabdeh2 2004-cü ilin may ayında Ucar rayon Notariat Kontoruna ərizə verərək, miras əmlakı oğlunun adından qəbul etmədiyini göstərmiş, müddətin bərpası barədə iddia verməyəcəyini və fərdi yaşayış evinin Cavabdeh3 adına qeydə alınmasına etiraz etmədiyini bildirmişdir.

21. Məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasında Cavabdeh3 ləyaqətsiz vərəsə olmasını təsdiq edən sübutlar təqdim edilməmişdir.

22. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375, 1137, 1243, 1244, 1246, 1247, 1255, 1272-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

23. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2V-26 saylı notariat işi ilə əlaqədar icraat notarius tərəfindən tamamilə qanunsuz və əsassız olaraq aparılmışdır. Belə ki, notariat işinin 2-ci səhifəsində qeyd olunmuşdur ki, X22 xx.xx.2003-cü il tarixdə bədən səthinin 1/3 hissəsinin termiki yanığı səbəbilə vəfat etmişdir. Həmin notariat işinin 14-cü səhifəsində isə X15 verdiyi vəsiyyətnamə öz əksini tapmışdır. Vəsiyyətnamə xx.xx.2003-cü il tarixdə, saat 17:00-da verilmişdir, yəni ölümündən 3 gün əvvəl. Həmin vəsiyyətnaməni mərhum un özü deyil, X34 imzalamışdır. Əsas da o olmuşdur ki, bütün barmaqlar yandığına görə mərhum guya tapşırıq vermişdir ki, Söhrab Əskərov vəsiyyatnaməni imzalasın. Bu tamamilə yalan olmuşdur. X10 iddiaçının atası tərəfindən verilmiş vəsiyyətnamə tamamilə saxtalaşdırılmışdır. Birincisi iddiaçının atasının tək əlləri deyil, bədəninin 1/3 hissəsi yanmışdır. Tibb elminə görə termiki yanıq yanıqların ən ağır növünə aiddir. İddiaçının atası belə ağır vəziyyətdə vəsiyyətnamə verə bilməzdi. Bundan başqa iddia ərizəsinə əlavə olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 saylı Psixiatriya X1 dair Ambulator Kitabçasından çıxarışdan və digər sənədlərdən görünmüşdür ki, onun atası VCavabdeh3 “şizofreniya” diaqnozu qoyulmuşdur, yəni o vəsiyyət verə bilməzdi. Onun verdiyi vəsiyyətnamə onsuz da bağ landığı andan etibarsız olmuşdur. Digər tərəfdən atası yananda affekt vəziyyətində olmuşdur. O heç danışa da bilməmişdir. Çünki ona güclü ağrıkəsicilər vurulmuşdur ki, ağrını hiss etməsin. Atası VCavabdeh3 anlaqsızlığı tərəfindən mötəbər dəlillərlə tam olaraq sübuta yetirilmişdir. Şizofreniya xəstəsi olan VCavabdeh3 öz əmlakını ölməmişdən 3 gün əvvəl öz doğma övladına deyil, yaşlı və ölüm ayağında olan Qətibə Daşdəmirovaya vəsiyyət etmişdir. VCavabdeh3 qardaşı Cavabdeh3 notariusun da yardımı ilə “iz itirməklə” öz qardaşının övladına çatası payı dolayı yollarla mənimsəmişdir. Bu nəinki qanuna zidd, həmçinin vicdansızlıqdır. İş materiallarından görünür ki, 1 il 3 ay sonra Cavabdeh2 iddiaçının adından qəbul etməmə barədə ərizə yazmışdır. Halbuki qanunvericiliyə əsasən mirasdan 3 ay ərzində imtina oluna bilərdi. Yəni 1 il 3 aydan sonra - iddiaçının anasını qucağında 11 yaşlı uşaqla məcburən qaçdığı Bakı şəhərindən Ucar Notariat Kontoruna çağırılıb ona məcburi yazdırılan ərizənin heç bir hüquqi qüvvəsi ola bilməz. Bu cür ərizə yazıldığı andan etibarsız olmuşdur. 1 il 3 ay sonra yazılmış ərizə artıq müddət bitdikdən sonra verildiyi üçün hüquq münasibətlərini dəyişdirmək və ləğv etmək iqtidarında olmamışdır. İddiaçının atası öləndə (xx.xx.2003-cü il) və miras açılarkən onun cəmi 11 yaşı olmuşdur. 11 yaşlı uşağın köməksiz vəziyyətindən istifadə edərək ona məxsus əmlakı əmisi Cavabdeh3 ələ keçirmişdir. O, 2016-cı il aprel döyüşlərinin, daha sonra 2020-ci il 44 günlük vətən müharibəsinin iştirakçısı olmuşdur. İddia ərizəsinə əlavə edilən Azərbaycan Resublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinasının xx.xx.2021, xx.xx.2021 və xx.xx.2020-ci il tarixli arayışlarından görünmüşdür ki, o Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Xocavənd rayonu istiqamətində gedən döyüşlər zamanı partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş QKBT, baş beyin silkələnməsindən sonrakı dağınıq ocaqlı nevroloji nişanələr, solda konverqensiya çatışmazlığı (nervus abducens) eksert diaqnozu ilə şəhadələndirilmişdir (kəllə beyin travması, baş beynin silkələnməsi və sol uzaqlaşdırıcı sinirin zədələnməsi). Bir gözü proyeksiyadan-yerindən qaçmışdır. 20032004-cü illərdə o məhdud fəaliyyət qabiliyyətli şəxs olmuşdur. Belə ki, onun cəmi 11 yaşı olmuşdur. Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazə si ilə yol verilir. Onun anası Cavabdeh2 mirasın qəbul edilməsindən imtina etmişdir. Lakin bu məhkəmənin icazəsi olmadan mümkün deyildi. İş materiallarında olan notariat işinin 8-ci vərəqindən görünmüşdür ki, Cavabdeh2 mirasdan imtina barədə ərizəsini öz əli ilə yazmamışdır. Bunu məhkəməyə ünvanladığı ərizəsində özü də etiraf etmişdir. Belə ki, ərizə latın qrafikası ilə yazılsa da, kirilcə “Cavabdeh2” sözləri yazılmış və imza edilmişdir. Həmin ərizəni onun anası imzalasa da, notarius saxta yollarla ona yardım adı ilə aldadaraq, ərizəyə imza atdırmışdır. Cavabdeh3 məhkəmədə öz dili ilə etiraf etmişdir ki, fərdi yaşayış evinin 1/4 hissəsindən ibarət miras əmlakın onun adına qeydə alınmasına etiraz etməməsi üçün ondan 500 ABŞ Dolları pul almışdır. Bunun özü bir etirafdır ki, 11 yaşlı uşağa mə xsus mirası cavabdeh pul qarşılığında mənimsəmişdir. Bundan başqa həmin vaxt anası latın qrafikasını bilməmişdir. Bunu özü də məhkəmədə təsdiq etmiş və bu barədə yazılı ərizə vermişdir. Ərizədən görünür ki, ərizə latınca yazılmış, lakin kirilcə imzalanmışdır. Notariusun 2009-cu ildə məhkəməyə verdiyi izahat tamamilə yalan olmuşdur. Onun anası Cavabdeh2 boşandığına görə və üstündən 3 ildən çox müddət keçdiyinə görə onun atasına qarşı hər hansı əmlak tələbi ola bilməzdi və atasından ona çatası miras payına münasibətdə xx.xx.2004-cü ildə onun ziyanına və mənafelərinə zidd olan sərəncam verə bilməzdi. Bu halda işə qəyyumluq və himayəçilik orqanı cəlb olunmalı və məhkəməyə müraciət olunmalı idi. Bütün bu hallara da Ucar rayon Notariat Kontoru nəzarət etməli idi. Qətibə Daşdəmirovanın ölümündən cəmi 2 ay keçdikdən sonra Cavabdeh3 vərəsəlik şəhadətnaməsi verilmişdir. Halbuki, vərəsəlik şəhadətnaməsi qanunvericiliyin tələbinə görə 6 aydan sonra verilə bilərdi. Notariat icraatının birinci səhifəsindən görünmüşdür ki, notarius Elman Cəlilov və X22 bilərəkdən-qəsdən X15 övladları qismində ondan savayı X3 miras qoyanın oğlu və X8 isə miras qoyanın qızı kimi göstərilmişdir. Halbuki, X2 Daşdəmirovun qardaşı, X13 isə VCavabdeh3 bacısı olmuşdur. Bundan əlavə, X15 payını vəsiyyət etdiyi Qətibə Daşdəmirovanın adı vərəsəlik işinin birinci səhifəsində qeyd olunan həmin 17 saylı ərizədə göstərilməmişdir.

25. Cavabdeh3 xx.xx.2020-ci ildə ölmüş, onun hüquqi varisləri X36 və Daşdəmirova Fatma Sabir qızı müəyyən edilmişdir.

26. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-225/2023 nömrə li mülki iş üzrə 30 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Elçin Mehdiyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

27. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya şikayətinin vəsiyyətnamənin saxta olmaqla etibarsız olması barədə dəlilləri əsassızdır. Çünki həmin dəlil qüvvədə olan Ucar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(063)-400/2021 nömrəli qətnaməsi ilə təkzib edilmişdir.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, yuxarıda qeyd edilən məhkəmə tərəfindən şəhadətnamənin etibarsız hesab edilməsinə dair iddianı rədd etdiyi halda yenidən indiki iddiaçı tərəfindən qaldırılan id dia tələbini əsaslı hesab edib təmin etmək qeyri-mümkün olmuşdur. Əgər əvvəlki məhkəmə iddiaçının şəhadətnamənin etibarsız hesab edilməsinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarırsa, məhkəmə şəhadətnaməni mövcud və etibarlı hesab etmişdir.

29. Kollegiya qeyd etmişdir ki, eyni səbəb və məntiqə görə də, əgər yuxarıda qeyd edilən qətnamə ilə şəhadətnamənin etibarsızlığına dair qaldırılan iddia məhkəmə tərəfindən təmin edilmədikdə, bu artıq həmin şəhadətnamənin hüquqi nəticə əmələ gətirən etibarlı bir sənəd olduğunun təsdiq olunması deməkdir. Bu səbəblə də ilkin iddia işi üzrə məhkəmə icraatı və həmin icraatlar üzrə qəbul edilən məhkəmə qətnamələri hüquqi və məntiqi zərurət olaraq həmin şəhadətnamənin etibarlı olub-olmadığı məsələsini əhatə etmişdir. Məhkəmə icraatında tərəflərin iddiaçı və ya yeni iddiaçı kimi statuslarının dəyişməsi istinad olunan şəhadətnamənin etibarlı olub-olmaması baxımından heç bir əhəmiyyət kəsb etməmişdir.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “Cavabdeh2 iddiaçının adından mirası qəbul etməmə barədə ərizəni miras açıldıqdan 1 il 3 ay sonra imtina etmişdir. Halbuki qanunvericilik deyir ki, mirasdan 3 ay ərzində imtina oluna bilərdi. Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. Məhdud fəaliyyət qabiliyyətli 1 növbəli vərəsə olan uşağa çatası miras əmlak İİ növbəli vərəsəyə verilərkən qəyyumluq və himayə orqanına müraciət edilməmiş və məhkəmənin icazəsi alınmamışdır” dəlili ilə bağlı qeyd etmişdir ki, iddiaçının mirasda olan payından an ası tərəfindən imtina edilməsi üçün qəyyumluq və himayə orqanına müraciət etməyə lüzum olmamışdır. Belə ki, qəyyumluq və himayə orqanına o vaxt müraciət etmək olardı ki, iddiaçı ya qəyyumluqda olsun yada himayə altında olsun. Halbuki həmin vaxt onun anası qanuni nümayəndə olaraq iddiaçını təmsil etmişdir. Hazırkı işdə iddiaçının mirasda olan payından qanuni nümayəndə olaraq anası tərəfindən imtina edilməsi qanunvericiliyin tələblərinə zidd olmamışdır.

31. İmtinanın 3 ay ərzində reallaşdırılmamasına dair şikayətin dəlilinə münasibət bildirən Kollegiya qeyd etmişdir ki, şikayətin bu dəlili də qətnamənin ləğv edilərək iddianın təmin edilməsinə əsas ola bilməz. Yəni imtinanın 3 ay ərzində reallaşdırılmaması yuxarıda qeyd edilən şəhadətnamənin etibarsızlığına əsas olsa da, ləğvi üçün əsas deyil dir.

32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvini tələb etmişdir. Ucar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(063)-400/2021 nömrəli qətnaməsindən görünmüşdür ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə dair vərəsəliyin qəbulu müddətinin iddiaçıya münasibətdə uzadılması tələbi təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almışdır.

33. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 36, 1243, 1244, 1246, 1247, 1255, 1263, 1268, 1272-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarına i stinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

34. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

35. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir.

36. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-21/2024 nömrəli mülki iş üzrə 15 yanvar 2024-cü il tarixli qərarı ilə (hakimlər Zaur Əliyev (məruzəçi), Aqil Abbasov və Vidadi Məmmədov) kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.

37. Kollegiya birinci və apellyasiya instansiyası məhkəmələrinin mövqelərini əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçının miras əmlaka vərəsəlik hüququna, mirası qəbul edib-etməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edibetməməsi əsasında hüquqi qiymət verilməlidir. Belə ki, mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Odur ki, şəxsin mirası qəbul etməməsinə görə onun vərəsəlik hüququndan məhrum olması barə də mövqe Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş vərəsəlik və mülkiyyət hüquqlarına ziddir.

38. Bundan əlavə Kollegiya qeyd etmişdir ki, fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli vərəsənin mirasdan imtina etməsinə məhkəmənin icazəsi ilə yol verilir.

39. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasın a dair” xx.xx.2023-cü il tarixli Qərarlarında göstərilən hüquqi mövqelərə və qanunvericiliyə uyğun olmamışdır.

40. Apellyasiya instansiyası məhkəməsi iddiaçının şikayətinin rədd edilməsinin əsaslarından biri kimi iddiaçının iddiası əsasında açılmış digər mülki iş üzrə məhkəmə aktına (Ucar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(063)-400/2021 nömrəli qətnamə) istinad etmişdir. Məhkəmə tərkibi belə yanaşmanı əsaslı saymayaraq qeyd etmişdir ki, sadalanan məhkəmə aktlarında hazırkı iş üzrə çıxarılmış Ucar Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsinə istinad olunmuşdur. Buna baxmayaraq hazırkı işdə də apellyasiya instansiyası məhkəməsinin öz qətnaməsində Ucar Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsindən sonra çıxarılan həmin məhkəmə aktlarına istinad etməsi qanuni və əsaslı olmamışdır. Ona görə ki, apellyasiya məhkəməsinin bu iş üzrə yoxlama predmetini Ucar Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi təşkil etmişdir. Bu səbəbdən həmin tarixdən sonra çıxarılmış məhkəmə aktları bu yoxlamada nəzərə alına bilməzdi.

41. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1134, 1151, 1159, 1160, 1166, 1193, 1255, 1256, 1268-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına da ir” xx.xx.2023-cü il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

42. İkinci apellyasiya baxışı zamanı xx.xx.2004-cü ildə vəfat etmiş X9 övladları X29 və X30 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.

43. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-487/2024 nömrəli mülki iş üzrə 30 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Günay Cavadova (sədrlik edən və məruzəçi), Əyyub Kərimov və Rövşən Rəfiyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, “Cavabdeh3 adına Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, mübahisəli yaşayış evinin 1/2 hissəsinə iddiaçının adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin qismən təmin edilərək iş üzrə yeni qətnamə qəbul edilməsi, mərhum X12 miras qalmış mübahisəli yaşayış evinin 1/2 hissəsinə Cavabdeh3 tam pay ilə qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 2V-26 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mübahisəli yaşayış evinin 1/2 hissəsinin 1/2 hissəsinə iddiaçının mirasda məcburi payının müəyyən edilməsi, qətnamənin qalan, “Cavabdeh3 ləyaqətsiz vərəsə kimi tanınması” tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

44. Apellyasiya i nstansiyası məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşmayaraq, iddiaçının apellyasiya şikayətinin dəlili - mirasdan imtinanın qanunvericiliyin tələblərinə uyğun olmaması, notariusun həmin əmlaka Cavabdeh3 qanun üzrə vərəsəlik hüququnu müəyyən etməkdə haqlı olmamasına dair dəlili ilə razılaşaraq qeyd etmişdir ki, iddia tələbinə bu hissədə iddiaçının mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməməsi əsasında hüquqi qiymət verilməlidir. Belə ki, mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Odur ki, şəxsin mirası qəbul etməməsinə görə onun vərəsəlik hüququndan məhrum olması barədə mövqe Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş vərəsəlik və mülkiyyət hüquqlarına ziddir. Bundan əlavə, fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli vərəsənin mirasdan imtina etməsinə məhkəmənin icazəsi ilə yol verilir.

45. Kollegiya qeyd etmişdir ki, miras açılan zaman – xx.xx.2003-cü ildə iddiaçının 11 yaşının olması və bununla da məhdud fəaliyyət qabiliyyətli şəxs hesab olunması işin mübahisəsiz halı olmuşdur. Belə olan halda onun adından mirasdan imtinaya yalnız məhkəmənin icazəsi ilə və Mülki Məcəllənin 1256-cı maddəsində nəzə rdə tutulmuş müddətdə yol verilə bilərdi ki, hazırkı mübahisədə belə halların olması öz təsdiqini tapmamışdır.

46. Məhkəmə hesab etmişdir ki, iddia tələbi Cavabdeh3 adına mübahisəli miras əmlakın 1/2 hissəsinə Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində əsaslı olmuş və bu hissədə birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmamışdır.

47. İddia tələbinin 2-ci hissəsi, yəni miras əmlak olan mübahisəli evin 1/2 hissəsinə miras qoyanın yeganə oğlu, birinci növbə vərəsəsi iddiaçının payının müəyyən edilməsi ilə bağlı Kollegiya qeyd etmişdir ki, miras açılan zaman xx.xx.2003-cü ildə iddiaçının miras qoyanın yeganə birinci növbə vərəsəsi olması işin mübahisələdirilməyən halı o lmuşdur. Həmçinin iş materialları ilə o da müəyyən olunmuşdur ki, miras qoyan mübahisəli yaşayış evinin ona aid hissəsini bacısı X10 vəsiyyət etmişdir. Vəsiyyətnamə xx.xx.2003-cü il tarixdə Cavabdeh1 dövlət notariusu tərəfindən təsdiq edilərək, reyestrdə 2V-16 nömrə ilə qeyd edilmişdir. İddiaçı apellyasiya şikayətində və məhkəmə iclaslarında verdiyi izahatında həmin vəsiyyətnamənin etibarsız olduğunu bildirmişdir. İddiaçının bu dəlili ilə bağlı Kollegiya qeyd etmişdir ki, sözügedən vəsiyyətnamənin etibarlı olub-olmamasını müəyyən etmək hazırkı iş üzrə yoxlama predmeti olmamışdır. Belə ki, sözügedən vəsiyyətnamə iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilmişdir. İddiaçının bu tələbi Ucar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə rədd edilmiş, qətnamə qanuni qüvv əyə minmişdir. Beləliklə müəyyən olunmuşdur ki, iddiaçının mübahisələndirdiyi hallarla bağlı qanuni qüvvəyə minmiş qətnamə olmuşdur.

48. Məhkəmə kollegiyası bildirmişdir ki, miras əmlak barəsində miras qoyanın vəsiyyətnaməsi olduğundan iddiaçının miras əmlakdan məcburi pay almaq hüququ yaranmışdır. Mülki Məcəllənin 1193-cü maddəsinin tələbindən çıxış edən Kollegiya hesab etmişdir ki, miras əmlaka iddiaçının payının müəyyən edilməsi hissəsində də iddia tələbini rədd etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Müzakirə olunan hissədə iddia tələbi və apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olmuşdur. İddiaçının miras əmlakda məcburi pay hüququnun olmasını nəzərə alan Məhkəmə kollegiyası hesab etmişdir ki, miras əmlakda iddiaçının 1/2 hissədə məcburi payı müəyyən e dilməlidir.

49. Kollegiya iddia tələbinin 3-cü hissəsi, yəni Cavabdeh3 ləyaqətsiz vərəsə kimi tanınması ilə bağlı qeyd etmişdir ki, Cavabdeh3 ləyaqətsiz vərəsə hesab edilməsini təsdiq edəcək sübutlar nə iddiaçı tərəfindən məhkəmələrə təqdim edilmiş, nə də Mülki Məcəllənin 1137-ci maddəsinin dispozitiv şərtlərinə cavab verən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, müzakirə olunan hissədə iddia tələbini rədd etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.

50. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 1133, 1134, 1151, 1159, 1160, 1166, 1193, 1255, 1256, 1268-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268. 2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri

51. Cavabdeh3 hüquqi varisləri X36 və Daşdəmirova Fatma Sabir qızı (Vəkil2) ayrıayrılıqda kassasiya şikayətləri verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

52. Şikayətlər onunla əsaslandırılmışlar ki, hazırkı mülki iş üzrə iddiaçının irəli sürdüyü ilk tələbi Cavabdeh3 adına Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi olduğu halda, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə iddiaçının bu hissədə olan iddia tələbini məhkəmənin tərəfindən işə baxmış hakimin öz mülahizəsinə əsasən, yəni iddiaçı tərəfin iş materiallarında həmin hissədə tələbin dəyişdirilməsi barədə rəsmi ərizəsi olmadan dəyişdirilərək (həmin qətnamədə qeyd edilmişdir ki, Cavabdeh3 adına mübahisəli evin 1/2 hissəsinə Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin etibarsız hesab edilməsi (iddia ərizəsində tələb şəhadətnamənin ləğv edilməsi ki mi qeyd olunsa da, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı sözügedən şəhadətnamənin etibarlılığını mübahisələndirmişdir), həmin hissədə olan iddia tələbi məhz xx.xx.2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi kimi təmin edilmişdir. Halbu ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qət edilənədək, bu iş üzrə çıxarılmış bütün yuxarıda istinad olunan məhkəmə qətnamələrindən və Ali Məhkəmənin sonuncu qərarından görünmüşdür ki, hazırkı mülki iş üzrə iddiaçının irəli sürdüyü tələbi həmişə Cavabdeh3 adına Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi olmuşdur. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini qət edərkən, iddiaçının iddia tələbind ən tamamilə qanunsuz olaraq kənara çıxmışdır.

53. Ucar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının irəli sürdüyü Cavabdeh3 adına Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və sair tələbləri rədd edildiyindən, qətnamə qanuni qüvvəsini aldığından, MPM-in 82.3-cü maddəsinin tələbi bu iş üzrə iddiaçının irəli sürdüyü Cavabdeh3 adına Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin mübahisələndirilməsi hissəsində də nəzərə alınmalıdır.

54. Ucar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi qüvvədə olduğu halda, tərəflər arasında eyni əmlakla bağlı eyni tələblər üzrə Ali Məhkəmənin Mülki kollegiyası 2(102)-21/2024 nömrəli, xx.xx. 2024-cü il tarixli qərarında Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarına zidd çıxması və fərqli mövqe nümayiş etdirməsi, ümumiyyətlə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına gətirib çıxarmışdır. Hazırda apellyasiya instansiyası məhkəməsinin 2(107)-487/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsində də həmin göstərilən əsaslara istinad etməsi bir daha məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına əsas vermişdir.

55. Şikayətlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 82, 149, 217, 218-ci maddələrinə istinad edilərək əsaslandırılmışlar. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

56. İddiaçı kassasiya şikayətlərinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətlərinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən sa xlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

57. Etirazın dəlilləri iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

58. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

59. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

60. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

61. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

62. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.

63. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

64. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsə lər sayılırlar.

65. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.

66. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

67. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

68. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

69. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü s əbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

70. Maddə 1268.2. Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarı

71. Qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ö lmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar....Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyrimüəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb ol maqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur.

72. Qanunverici göstərilən şəxslər tərəfindən miras əmlakdan imtina edilməsinin xüsusi formasını müəyyənləşdirərək, bu halda imtinanın yalnız məhkəmə qərarı əsasında mümkünlüyünü təsbit etmişdir (Mülki Məcəllənin 1268.2-ci maddəsi). Birtərəfli əqd olaraq miras əmlakdan imtinanın da yalnız məhkəmənin icazəsi ilə mümkünlüyünü müəyyənləşdirərkən qanunverici məhz fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin mənafelərinin qorunması, qəyyum və himayəçilər tərəfindən yol verilə biləcək sui-istifadə hallarının qarşısının alınması düşüncəsindən çıxış etmişdir. Nəzərə alınmalıdır ki, fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin mirasdan imtinası halların a da Mülki Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddətləri ilə bağlı məhdudiyyət şamil olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarı

73. Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət h üququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. 74....vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. 75....mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yar adacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur.

76. Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır.

77. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur.

78. Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. 79....miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. 80....mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. 81.... vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Azərbaycan Respublikasının Mü lki Prosessual Məcəlləsi

82. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

83. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

84. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

85. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

86. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmi yyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

87. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

88. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

89. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

90. Hazırkı kassasiya şikayətlərində qətnamə iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

91. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməmə si ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

92. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

93. Cavabdeh3 hüquqi varisləri X36 və Daşdəmirova Fatma Sabir qızının kassasiya şikayətlərinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, K onstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

94. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın qismən təmin edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

95. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəh bər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2024-cü il 30 aprel tarixli 2(107)487/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar