Məhkəmə qərarları › İş №2(102)-3007/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3007/2019

06.05.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3007/2019 06.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, Ərizəçi qızının və maraqlı şəxsin vəkili Vəkil iştirakı ilə, Ərizəçi “əmək stajına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.12.2018-ci il tarixli 2(103)-12579/2018 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət S osial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, 14 avqust 1971-ci il tarixdən 18 noyabr 1988-ci il tarixə qədər Ermənistan (SSR) Respublikası Masis rayonu Dəmirçi kənd orta məktəbində riyaziyyat müəlliməsi vəzifəsində işləməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Ərizədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən 3364 saylı 10.10.2007-ci il tarixli qeydiyyatdan keçmiş Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli qərarının 2.5-ci bəndi; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 307.2.1 1, 308-ci maddələrinə istinadən qeyd edilmişdir ki, o, 14 avqust 1971 -ci il tarixdən 18 noy abr 1988-ci il tarixə qədər Ermənistan (SSR) Respublikası Masis rayonu Dəmirçi kənd orta məktəbində riyaziyyat müəlliməsi vəzifəsində işləmiş, lakin məlum hadisələrlə əlaqədar məcburi köçkün düşmüş və iş stajını təsdiq edən sənədləri özü ilə gətirə bilməmişdir. Hazırda bu faktı yalnız şahidlər təsdiq edə bilər. O, əmək pensiyasının təyin olunması üçün Dövlət Sosial Müdafiə Fondunun Sabunçu Rayon Şöbəsinə müraciət edərkən ona 14 avqust 1971 -ci il tarixdən 18 noyabr 1988-ci il tarixə qədər Ermənistan (SSR) Respublikası Masis rayonu Dəmirçi kənd orta məktəbində riyaziyyat müəlliməsi vəzifəsində işləməsi barədə heç bir sənəd təqdim etmədiyi üçün əməyə görə əmək pensiyasının təyin edilməsinin mümkün olmamasını bildirmişlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Anar Qasımov) 2(008)5995 /2018 saylı iş üzrə 28 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə ərizənin təmin edilməsi, Ərizəçi qızının 14 avqust 1971-ci il tarixdən 18 noyabr 1988-ci il tarixə qədər Ermənistan (SSR) Respublikası Masis rayonu Dəmirçi kənd orta məktəbində riyaziyyat müəlliməsi vəzifəsində işləməsi faktı müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (Fuad Talışinski - sədrlik edən və məruzəçi, hakimlər Zaur Əliyev və Rafael Eyvazov) 10.12.2018-ci il tarixli 2(103)-12579/2018 nömrəli qətnaməsi ilə iş üzrə maraqlı şəxsin apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli, 2(008)-5995/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müd afiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsi və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.12.2018-ci il tarixli qətnaməsinin ləğv edilərək ərizəçinin ərizəsinin təmin edilməməsi yeni barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1-ci bəndinə əsasən əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Ərizəçinin şöbəyə təqdim etdiyi əmək kitabçasında yuxarıda qeyd edilən illər olmad ığı üçün həmin illərin sığorta stajına daxil edilməsi mümkün deyildir. Buna baxmayaraq 1-ci instansiya məhkəməsi ərizəçinin ərizəsini təmin etmiş, apellyasiya instansiya məhkəməsi isə həmin qətnaməni dəyişdirmədən qüvvədə saxlamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Prosessual məsələlər Maraqlı şəxsin vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki halları ondan ibarətdir ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Sabunçu rayon şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış 16/01-3171 saylı 01 may 2018-ci il tarixli məktubuna əsasən Ərizəçi Ermənistan (SSR) Respublikası Masis rayonu Dəmirçi kənd orta məktəbində riyaziyyat müəlliməsi işləməsi barədə iş stajının əmək kitabçasında qeyd edilmədiyi üçün ona əməyə görə pensiya təyin edilməsindən imtina edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 və X3 ərizəçinin 14 avqust 1971ci il tarixdən 18 noyabr 1988-ci il tarixə qədər Ermənistan (SSR) Respublikası Masis rayonu Dəmirçi kənd orta məktəbində riyaziyyat müəlliməsi vəzifəsində işləməsi faktını təsdiq etmişlər. Ərizə çi tərəfindən təqdim edilmiş X1 məxsus əmək 01.09.1971-ci il tarixli kitabçasına (əsli ilə eyniləşdirilmiş kserosurətinə) əsasən o, 01.09.1971-ci il tarixdən 05.12.1988-ci il tarixədək Ermənistan (SSR) Respublikası Masis rayonu Dəmirçi kənd orta məktəbinin direktor vəzifəsində çalışmışdır. Eyni zamanda, 1971-1972, 1977-1978 və 1986-1987-ci tarixli məzun venetkalarıda iddiaçının müəllim kimi şəkilləri, iddiaçıya məxsus “xalq təhsili əlaçısı” nişanının sahibinin 120 saylı vəsiqəsi və digər sənədlər iddiaçının qeyd edilən məktəbdə qeyd etdiyi məktəbdə əmək fəaliyyətinin həyata keçirməsini təsdiq edir. Apellyasiya instansiyası məhkəməsi “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablan ması” Qaydalarının 2.5-ci bəndi; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2, 76.1, 77.1, 80, 82.1, 88, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab etmişdir ki, apellyasiya şikayətinin formal mülahizə səciyyəli və hüquqi əsası olmayan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçi ərizəsin də bu faktın tanınmasının ona pensiya təyin edilməsi üçün lazım olduğunu qeyd etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minm iş qərarı; Göründüyü kimi, qüvvədə olan qaydalara əsasən yalnız əmək fəaliyyətinə dair sənədlər üzrlü səbəblərdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, əmək stajı məhkəmə qaydasında müəyyən edilə bilər. Ərizəçi 14 avqust 1971-ci il tarixdən 18 noyabr 1988-ci il tarixə qədər Ermənistan (SSR) Respublikası Masis rayonu Dəmirçi kənd orta məktəbində riyaziyyat müəlliməsi vəzifəsində işləməsinə dair sənədlərin milli münaqişə səbəbindən əldə edilməsi mümkün olmadığından faktın başqa qaydada müəyyən edilməsi mümkün deyildir. Ərizəçi 14 avqust 1971-ci il tarixdən 18 noyabr 1988-ci il tarixə qədər Ermənistan (SSR) Respublikası Masis rayonu Dəmirçi kənd orta məktəbində riyaziyyat müəlliməsi vəzifəsində işləməsi həmin illərdə onunla birlikdə həmin məktə bdə işləmiş 2 nəfər şahidin ifadəsi və digər sənədlərlə təsdiq edilmişdir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin: - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən subutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyek tiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyi şdirilmədən saxlayarkən işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətində qətnamənin ləğvi üçün hər hansı tutarlı dəlil göstərilməmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tut araq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında DSMF-nun Bakı şəhəri Sabunçu rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.12.2018-ci il tarixli 2(103)-12579/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar