Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3007/2020 03.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13963/2019 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında bax araq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun xüsusi mülkiyyətində olan 1 mənzilin yaşayış sahəsi 14,0 kvm, ümumi sahəsi 27,9 kvm olan 1 otağından çıxarılması, həmin otağın boşaldılaraq ona təhvil verilməsi, həmin mənzilin cavabdehin mülkiyyətindəki 44,9 kvm ümumi sahəsi olan 2 otağında olan ona məxsus əşyaların cavabdehdən alınaraq ona verilməsi, həmin mənzilin cavabdehin mülkiyyətində olan 2 otağının və mənzilin ümumi istifadədə olan sahəsinin təmirinə çəkdiyi təmir xərclərinin əvəzində 47000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2407/19 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, Cavabdeh o ğlunun ünvan 1 ünvanında yerləşən 70 saylı mənzilin yaşayış sahəsi 14,0 kv.m., ümumi sahəsi 27,9 kv.m. olan 1 otağından çıxarılması, ünvan 1 ünvanında yerləşən 70 saylı mənzilin yaşayış sahəsi 14,0 kv.m., ümumi sahəsi 27,9 kv.m. olan 1 otağının boşaldıraraq İddiaçı verilməsi, ünvan 1 ünvanında yerləşən 70 saylı mənzilin cababdehin mülkiyyətindəki 44,9 kvm ümumi sahəsi olan 2 otağında olan iddiaçıya məxsus əşyaların Cavabdeh oğlundan alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsiqət edilmişdir. (hakim Natavan Tağıyeva) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)13963/2019 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi rayon Məhkəməsinin 2(006)-2407/19 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin də yişdirilmədən saxlanılması qət edilmişir.(hakimlər Tofiq Səmədov (sədrlik edən və məruzəçi) İkram Şirinov, Elşən Kazımov) Cavabdeh və vəkili Vəkil2 kassasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin adıçəkilən qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. Belə ki, iddiaçı hansı əşyaların cavabdehdən alınıb ona verilməsini göstərməmiş, birinci instansiya məhkəməsi də bunu araşdırmamış, apelyasiya instansiyası məhkəməsi də bunu müəyyən etməmişdir. Həmçinin məhkəmə cavabdehin yaşayış sahəsi 14,0 kv.m., ümumi sahəsi 27,9 kv.m. olan1 otaqdan çıxarılmasını qət etmişdir. Halbuki yardımçı sahələr də ümumi istfadədə olan 27,9 kv.metrin daxilindədir. Nəticədə cavabdeh ümumi istifadədə olan sahədən də çıxarılıb. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1kassasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də cavabdeh və onun vəkili məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsin ə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi mənzilin ümumi istifadədə olan sahəsinin təmirinə çəkilmiş təmir xərclərinin əvəzində 47000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməmiş, iddiaçı həmin hissədən apelyaisya şikayəti verməmişdir. Qətnamədən yalnız cavabdeh apelyasiya və kassasiya şikayəti vermişdir. Bu baxımdan, cavabdehin kassasiya şikayəti üzrə hazırki kasasiyanın predmetini iddianın təmin edilən hissəsi təşkil edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin edilməli Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13963/2019 nömrəli qətnaməsi Nəsimi rayon Məhkəməsinin 2(006)-2407/19 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ünvan 1 ünvanında yerləşən 70 saylı mənzilin cababdehin mülkiyyətindəki 44,9 kvm ümumi sahəsi olan 2 otağında olan iddiaçıya məxsus əşyaların Cavabdeh oğlundan alınaraq İddiaçı verilməsi barədə iddianın təmin olunan hissəsinin dəyişdirilməyən saxlanan hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarılmalı, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanmalıdır. İddiaçı iddiasını onunla əsaslandırıb ki, 1 ünvanda yerləşən 70 saylı mənzilin yaşayış sahəsi 14,0 kvm, ümumi sahəsi 27,9 kvm olan 1 otağı onun mülkiyyətində, yaşayış sah əsi 44,9 kv.metr olan digər 2 otağı isə cavabdehin mülkiyyətindədir. Cavabdeh həmin otağı tutub onu mənzilə buraxmır, üstəlik, mənzildə olan bütün əşyalar ona məxsus olsa da, cavabdeh həmin əşyaları özünün 2 otağına yığıb qaytarmır. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.2-ci maddəsinə istinad etmişdir. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən 1 ünvanda yerləşən x mənzilin yaşayış sahəsi 14,0 kvm, ümumi sahəsi 27,9 kvm olan 1 otağının iddiaçının, yaşayış sahəsi 44,9 kv.metr olan digər 2 otağının isə cavabdehin mülkiyyətində olmasını müəyyən edərək, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, gəldiyi nəticəni də Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152 və 157.4-cü maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq iddiaçının mülkiyyətində olan otaqdan cavabdehin çıxarılması və həmin otağın iddiaçıya təhvil verilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İşin məhkəmələr tərəfindən müəyyən edilən mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 1, mənzil 70-in 1 otağı X1 xüsusi mülkiyyətindədir.Hazırda mənzilin digər 2 otağının mülkiyyətçisi olan Cavabdeh iddiaçının mənzildə yaşamasına mane olur. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş hallarına uyğun olaraq qeyd edilən hissədə mübahisəyə mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Çünki qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtləri hazırki işin müəyyən edilmiş hallarına uyğun gəlir. Bu baxımdan, qeyd edilən hissədə apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntula rı ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qeyd edilən hissədə kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mənzilin cavabdehin mülkiyyətindəki 44,9 kvm ümumi sahəsi olan 2 otağından ona məxsus əşyaların cavabdehdən alınaraq qaytarılmasını xahiş etsə də, konkret olaraq olaraq həmin əşyaların nədən ibarət olmasını göstərməmiş, hər iki instansiya məhkəməsi də bunu müəyyən etmədən həmin hissədə iddianı təmin etməklə səhvə yol vermişlər. Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinə görə məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Prosessual qanunvericiliyin bu tələbi qanuni qüvvəyə minmiş qətnamələrinin icrasında hər hansı anlaşılmazlıqları aradan qaldırmaq, qətnamə ilə tutulan əmlakı eyniləşdirməyə imkan yaratmaq, ümumiyyətlə, qətnamənin icrasını hər hansı çətinlikdən qorumaq məqsədi daşıyır. Birinci instansiya məhkəməsi isə mənzilin cavabdehin mülki yyətindəki 44,9 kvm ümumi sahəsi olan 2 otağındaniddiaçıya məxsus əşyaların cavabdehdən alınaraq qaytarılmasını qət etsə də, qətnamədə həmin əmlakların adını qeyd etməməklə MPM-in 221.1-ci maddəsinin tələblərinə əməl etməmişdir. Apelyasiya şikayətində cavabdehin xüsusi olaraq həmin halı dəlil kimi irəli sürməsinə baxmayaraq, apelyasiya instansiyası da həmin dəlilə qiymət verməmiş, birinci instansiya məhkəməsinin qətnaməsini qeyd edilən hissədə dəyişdirmədən saxlamaqla, birinci instansiya məhkəməsinin səhvini təkrarlamışdır. Halbuki MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxdığı üçün həmin hissədə işin hallarını müəyyən etmək və cavabdehin dəlillərinə qiymət verməkl ə qanuni qərar verə bilərdi. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi ünvan 1 ünvanında yerləşən 70 saylı mənzilin cababdehin mülkiyyətindəki 44,9 kvm ümumi sahəsi olan 2 otağında olan iddiaçıya məxsus əşyaların Cavabdeh oğlundan alınaraq İddiaçı verilməsi barədə iddianın təmin olunan hissəsində qətnaməni dəyişdirmədən saxlamaqla prosessual hüquq normalarını pozmuşdur. Bu da qətnamənin həmin hissədə ləğvi üçün əsas verir. Çünki Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 417.1.3.-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Buna görə də yuxarıda göstərilənlərə əsasən qətnamə qeyd edilən hissədə ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13963/2019 nömrəli qətnaməsi Nəsimi rayon Məhkəməsinin 2(006)-2407/19 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ünvan 1 ünvanında yerləşən 70 saylı mənzilin cababdehin mülkiyyətindəki 44,9 kvm ümumi sahəsi olan 2 otağında olan iddiaçıya məxsus əşyaların C avabdeh oğlundan alınaraq İddiaçı verilməsi barədə iddianın təmin olunan hissəsinin dəyişdirilməyən saxlanan hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarılmalı, işə yenidən baxan məhkəməhazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi yuxarıda göstərilən nöqsanları aradan qaldırmalı və bunun nəticəsi olaraq həmin hissədə qanuni və əsaslı qərar qəbul etməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)13963/2019 nömrəli qətnaməsi Nəsimi rayon Mə hkəməsinin 2(006)-2407/19 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ünvan 1 ünvanında yerləşən 70 saylı mənzilin cababdehin mülkiyyətindəki 44,9 kvm ümumi sahəsi olan 2 otağında olan iddiaçıya məxsus əşyaların Cavabdeh oğlundan alınaraq İddiaçı verilməsi barədə iddianın təmin olunan hissəsinin dəyişdirilməyən saxlanan hissəsində ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün yeni apellyasiya baxışına qaytarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3007/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3007/2020
03.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver